Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Ensiklopedik məlumat kitabı, Bakı, 2011



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   36   37   38   39   40   41   42   43   44

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 

411 

 

 



31 Dekabr  - Yazıçı Eynulla Ağayevin anadan olmasının 110 illiyi, (1907-1978) 

 

Eynulla  Ağayev  Bakının  Ramana  kəndində,  neftçi  ailəsində  doğulmuş, 



ibtidai  təhsilini  kənd  məktəbində  almış,  1926-cı  ildə  Sabir  adına  23  saylı  ikinci 

dərəcəli  məktəbdə  təhsilini  davam  etdirmişdir.  Hərbi  xidmət  illərində  Nuxa  və 

Dağlıq  Qarabağda  cinayətkarlara  qarşı  mübarizə  aparmış,  sonra  Suraxanı  neft 

mədənlərində  fəhləlik  etmişdir.  Hələ  orta  məktəbdə  oxuduğu  vaxtdan  ədəbiyyata 

güclü  meyl  göstərmiş,  ilk  şerlərini,  məqalə  və  qeydlərini  "Gənc  işçi", 

"Kommunist",  "Yeni  yol"  qəzeti  redaksiyalarına  göndərmişdir.  İlk  hekayəsi 

"Balıqçı  Kamil"  1928-ci  ildə  Tiflisdə  buraxılan  "Qızıl  şəfəq"  jurnalının  12-ci 

sayında  çap  olunmuşdur.  Bundan  sonra  o,  ədəbi  dərnəklərdə  müntəzəm  iştirak 

etmiş, 1931-ci ilin noyabrında "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi 

qəbul  olunmuşdur.  Eyni  zamanda  pedaqoji  institutda  təhsilini  qiyabi  davam 

etdirmiş, 1935-ci ildə institutu bitirdikdən sonra "Yeni yol" qəzetinin ədəbiyyat və 

incəsənət  şöbəsində  müdir,  sonra  isə  məsul  katib  işləmişdir.  II  Dünya 

müharibəsinin  ilk  günlərində  səfərbərliyə  alınmışdır.  Kerç  döyüşlərində  ağır 

yaralanmış,  müalicədən  sonra  yenidən  ön  cəbhəyə  qayıtmışdır.  416-cı  Taqanroq 

diviziyasının  tərkibində  ağır  döyüş  yolu  keçmiş,  Mozdok,  Kuban,  Krım,  Qərbi 

Ukrayna, Polşa, Çexoslovakiya, Macarıstan uğrunda döyüşlərdə iştirak etmiş, ağır 

yaralanmış,  Krakovda  hərbi  xəstəxanada  müalicədən  sonra,  1946-cı  ilin  martında 

ordudan tərxis olunmuşdur. "Qırmızı ulduz", "Şərəf nişanı", "Hərbi xidmətə görə", 

"Qafqazın müdafiəsinə görə" orden və digər medallarla təltif olunmuşdur. 1946-cı 

ilin  mayından  "Azərbaycan  pioneri"  qəzetinin  məsul  redaktoru  olmuş,  bütün 

yaradıcılığını gənc nəslin yetişdiriliməsinə həsr etmişdir. 

Eynulla Ağayev 1978-ci il noyabnn 5-də Bakıda vəfat etmişdir. Bakı şəhər 

orta məktəblərindən biri onun adını daşıyır. 

Kitabları: ―Alagöz‖ (1942), ―Sirli qala‖ (1955), ―Dəcəllər‖ (1958), ―Tək qayıq‖ 

(1961), ―Şişpapaq‖  (1964), ―Dağlarda şimşək çaxır‖ (1967), ―Yağış mahnısı‖ 

(1968), ―Povest və hekayələr‖ (1976), ―Baba nağılı‖ (1978), ―Teleqram‖ (1982) və 

s. 


Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

412 

 

 



31 Dekabr - Yazıçı Tofiq Əfəndiyevin anadan olmasının  95 illiyi, (1922-1995) 

 

 

Tоfiq 


Mirməhəmməd 

əfəndi 


оğlu 

Əfəndiyev  

Qаryаgində 

(indiki   Füzuli   şəhərində)    anadan    olmuş,    ortа    məкtəbi    bitirəndən    sоnrа 

pedoqoji    tехniкumdа    təhsil    almışdır.    Daha    sonra    müхtəlif    məкtəblərdə 

müəllim  (1941-1948),  "Аzərbаycаn  müəllimi"  qəzеtində    хüsusi    müхbir  

işləmişdir (1948-1951). Аzərbаycаn  Dövlət  Pedoqoji  Хаrici  Dillər  Institutunun 

ingilis    dili    şöbəsində    təhsilini    dаvаm    еtdirmişdir  (1951-1955).    Bir    müddət 

Bакı  şəhəri  7 saylı  məкtəbdə  müəllim (1955-1959), Аzərbаycаn  Dövlət  Tеlе-

Rаdiо  Vеrilişləri    Коmitəsində    ədəbi-drаm  vеrilişləri    bаş  rеdакsiyаsındа  bаş 

rеdакtоr    işləmiş,    sоnrа    yаzıçı  кimi  bütün  qüvvəsini  ədəbi  fəаliyyətə  həsr 

еtmişdir. 



 

Kitabları:  ―Ağ  çiçəklər‖  (1962),  ―Dağ  yolu‖  (1965),  ―Cənub  mehi‖  (1969), 

―Prokuror‖ (1976), ―Münaqişə: Badminton oyunu‖ (1980), ―Qara qapılar‖ (1984) 

və s. 

 

 



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



413 

 

Xarici ədəbiyyat 



 

 7 Dekabr - Britaniya yazıçısı Enn Faynın anadan olmasının 70 illiyi, (1947) 

 

Enn  Fayn  Lester  şəhərində  anadan  olmuşdur.  Uorik  Universitetini  siyasi 

texnologiyalar  üzrə  bitirən  Fayn  bir  müddət  qızlar  məktəbində  dərs  demişdir. 

Həyat  yoldaşı  ilə  birgə  Amerikada,  Kanadada  yaşamış,  yazıçı  1981-ci  ildə 

boşandıqdan sonra Britaniyaya qayıtmışdır.  

Britaniya  imperiya  ordusunun  zabiti  (2003),  Kral  Ədəbiyyat  Cəmiyyətinin  üzvü 

(2003),  Britaniyanın  nüfuzlu  mükafatlarının  laureatı,  ikiqat  Karnegi  medalının 

sahibi  Enn  Fayn  ―Günahların  siyahısı‖,  ―Qatil  pişiyin  gündəliyi‖,  ―Qatil  pişiyin 

qayıdışı‖,  ―Missis  Dautfayr‖,  ―Undan  körpələr‖,  ―Dombalangöz‖  və  s.  əsərlərin 

müəllifidir.  

 

 

İnternetdə: 



www.ru.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



414 

 

 



 

13 Dekabr - Alman şairi Henrix Heynenin anadan olmasının 220 illiyi,  

                     (1797-1856) 

 

Heyne Düsseldorf şəhərində  dünyaya  gəlib  və  ilk 



təhsilini  yerli  liseydə  alıb. Onun  ilk  şeirləri  1816-cı 

ildə   Hamburqda olarkən Froydhold  Rizenharf   (Freudhold 

Riesenharf)  təxəllüsü  ilə  çap  olunub.  Heynrix  Heyne   gənclik 

illərində  Bayronun şeirlərini  tərcümə  edib  və  eyni  zamanda 

romantik  stilin  incəliklərinə  yiyələnib.  1820-ci  ildə  Heyne 

Qöttingen  şəhərindəki universitetə qəbul edilib.  H.Heyne  kimi 

onun ilk şeiri 1821-ci ildə Berlində işıq üzü görüb. O, Berlində  

1821-1823-cü  illərdə  filosof Hegelin yanında  təhsil  alıb.  1822-ci  ildə  onun  şerlər 

kitabı,  1823-cü  ildə  isə  "Fəlakət"  kitabı  çapdan  çıxıb.  1824-cü  ildə  33  şeirdən 

ibarət  topluda  Heyneni  məşhur  edən  əsərlər  də  (―Su  pərsi‖)  çap  olunub.  Henrix 

Heynenin  1826-ci  ildə  "Harts  səfəri"  adlı  kitabı  çap  olunub.  Bu  kitab  ona  böyük 

uğur  gətirib.  O,  1827-ci  ildə  Heynenin  şöhrətinin  əsası  sayılan lirik 

mahnılar məcmuəsini çap etdirib. Heyne çox vaxt şeirlərində siyasi  movzuları da 

ironik  şəkildə  təsvir  edirdi.  1827-28-ci  illərdə  o, Londona və İtaliyaya səfəri 

zamanı  gördüklərini  "Səyahət  təəssüratları"  əsərində  çap  etdirib.  "Le  Grand" 

kitabında  Heyne  Napoleona  olan  rəğbətini  açıqlayır  və fransız  inqilabının 

nailiyyətlərindən  söhbət  açıb.  Artıq  1830-cu  illərdə  Heyne  Almaniyada  və 

Avropada istedadlı şair kimi ad qazanıb.

 

Henrix  Heyne  17  fevral  1856-cı  ildə  vəfat  edib  və  Parisdə  Monmartr 



qəbiristanlığında dəfn olunub. 

 

Kitabları: ―Mahnılar kitabı‖ (1827), ―Şekspirin qızları və qadınları‖ (1839), 

―Salon‖ (1834), ―Fəlakət‖ (1857), ―Son şeirlər və düşüncələr‖ (1869)  və s. 

 

İnternetdə: 



www.ru.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 

 

415 

 

22 Dekabr - Rus yazıçısı Eduard Uspenskinin anadan olmasının  80 illiyi, 



                     (1937) 

 

 

Sovet  və  rus  yazıçısı,  ssenaristi  və  uşaq  kitablarının  müəllifi  Eduard 



Nikolayeviç  Uspenski  Moskva  vilayətində  anadan  olmuşdur.  Moskva  Aviasiya 

İnstitutunda  təhsil  alan  Uspenski  əvvəllər  multfilmlərə  ssenari  yazmaqla  məşğul 

olurdu.  Yazıçının  ilk  kitabı  ―Fyodor  dayı,  it  və  pişik‖  1974-cü  ildə  çapdan 

çıxmışdır.  Kitab  üzrə  üç  cizgi  filmi:  ―Prostokvaşinodan  olan  üçlük‖, 

―Prostokvaşinoda  tətillər‖,  ―Prostokvaşinoda  qış‖  filmləri  çəkilmişdir.  Yazıçı 

―Gecəniz  xeyrə  qalsın,  uşaqlar‖,  ―ABVQDeyka‖,  ―Radiodayə‖,  ―Bizim  limana 

gəmilər  gəldi‖  kimi  verilişlərin  yaradıcılarından  olmuşdur.  2010-cu  ildə  Korney 

Çukovski  adına  mükafata  layiq  görülmüşdür.  Eduard  Uspenski  Timsah  Gena, 

Çeburaşka,  pişik  Matroskin,  poçtalyon  Peçkin,  Fyodor  dayı  və  s.  kimi  məşhur 

personajların yaradıcısıdır.  



 

İnternetdə: 

www.ru.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

416 

 

24 Dekabr - Türk şairi Tofiq Fikrətin  anadan olmasının 150 illiyi,  



                      (1867-1915) 

 

Osmanlı  dövründə  yaşamış  büyük türk 



şairi,  pedaqoqu  və  jurnalisti,  türk 

ədəbiyyatında  "Sərvəti-fünun"  və  ya  "Ədəbiyyati-cədidə"  adlanan  cərəyanın  banisi 

Tofiq  Fikrət  İstanbulda  dünyaya  gəlib.  O,

 Qalatasaray  liseyini  bitirdikdən  sonra  bir 

müddət Xarici İşlər Nazirliyində işləyib. Sonra türk dili və ədəbiyyatından dərs deyib. 

İlk  şeirlərini  və  ədəbiyyatın  ictimai  roluna  dair  məqalələrini  redaktoru  olduğu 

"Sərvəti-fünun" jurnalında dərc etdirib. 

Tofiq Fikrət

 türk şeirinə məzmum və formaca 

yenilik  gətirib.  "Sənət  həyat  üçündür"  prinsipini  həm  əməldə,  həm  də  nəzəriyyədə 

tətbiq  edən  ilk  türk  şairidir.  İnqilabi  ruhlu  şeirlərində  zülm,  fanatizm  və  istibdadı 

qətiyyətlə  qamçılayıb,  humanizm  və  azadlıq  ideyalarını,  xalqların  dostluğunu 

tərənnüm  edib.  Qadağan  edilməsinə  baxmayaraq,  əsərləri  gənclər  və  hərbiçilər 

arasında əldən-ələ keçərək əzbərlənib və yayılıb. Hakim dairələr tərəfindən ömrünün 

sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalıb. Əsərlərində ərəb-

fars  kəlmələrinin,  tərkiblərinin  sıx-sıx  işlədilməsi  Tofiq  Fikrətin  dilini  xeyli 

qəlizləşdirirdi. Buna baxmayaraq onun əsərləri Azərbaycanda böyük rəğbət qazanıb.  

Onun  yaradıcılığı  M.  Hadi,  H.  Cavid,  A.  Səhhət  və  başqalarının  yaradıcılığına  təsir 

göstərib. Əsərləri  Azərbaycan  alimləri tərəfindən  də öyrənilib  və  "Seçilmiş  əsərləri" 

respublikamizda nəşr olunub.

 

Kitabları: ―Seçilmiş əsərləri‖ və s. 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 



 

   


417 

 

  İncəsənət 



5 Dekabr - Rəssam Sadıq Şərifzadənin anadan olmasının 105 illiyi,  

                   (1912-1986) 

 

Sadıq  Şərifzadə   Cənubi  Azərbaycanda anadan  olmuş, 



Azərbaycan  Dövlət  Rəssamlıq  Texnikumunda  (1932)  və 

Kiyev Rəssamlıq İnstitutunda (1936) təhsil almışdır. 1939-cu 

ildə  Şərifzadə öz xahişi  ilə  Surikov  adına Moskva  Rəssamlıq 

İnstitutuna  köçürülmüşdür.  Lakin  o,  1940-cı  ildə  institutun 

beşinci  kursundan  çıxaraq  Bakıya  qayıtmış  və  yaradıcılıqla 

məşğul  olmuşdur.  1940-1958-ci  illərdə  rəssam  bir  sıra  tarixi 

və müasir mövzularda gözəl əsərləri yaradır: "Üzüm yığımı", 

"Səttar  xan‖,  ―Fədailərin  Təbrizi  müdafiəsi",  Sosialist  Əməyi 

Qəhrəmanı  neftçi  Ağa  Neymətullanın,  Sovet    İttifaqı  

Qəhrəmanı    Gəray    Əsədovun,    sərkərdə    Babəkin,  SSRİ    Xalq    artisti    Mirzəağa  

Əliyevin    portretləri,    "Göy-göl"    mənzərəsi,    "Dənizdə  neft    buruqları",    "Xətib  

Təbrizi  və  Əbülüla  Müərri" və s. S.Şərifzadə təkçə boyakar rəssam kimi deyil, həm 

də istedadlı bir teatr rəssamı kimi tanınmışdır.  

Sadıq  Şərifzadə   hələ  texnikuma  girməzdən  əvvəl  görkəmli  teatr 

xadimləri Abbas  Mirzə  Şərifzadə, Kazım  Ziya,  A.  A.  Tuqanov  və  başqaları  ilə 

birlikdə  işləmiş  və  onlardan  teatr  sənətinin  incəliklərini  öyrənmişdir.  S.Şərifzadənin 

bədii  tərtibini  verdiyi   Abdulla  Şaiqin   "Fitnə",   Süleyman  Rüstəmin   "Qaçaq  Nəbi", 

"Qastello",  Mehdi Hüseynin  "Cavanşir",  Lope de Veqanın "Sevilya ulduzu",  İslam 

Səfərlinin  "Göz həkimi", İ. Qurbakovun "Əcəb işə düşdük", M.İbrahimovun  "Kəndçi  

qızı"  və b. tamaşalar hər  bir    sənətsevərdə orijinal  fikir yaradır. 1958-ci  ildə rəssam 

XVI  əsrdə  yaşamış  böyük  Azərbaycan  şairi Məhəmməd  Füzulinin portretini  işləmiş 

və bu əsərə görə rəssam respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.  

1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilən Azərbaycan Ədəbiyyat 

və  İncəsənət  ongünlüyündə  nümayış  etdirmiş  və  elə  həmin  ildə  ona  Azərbaycan 

təsviri  sənətinin  inkişafındakı  xidmətlərinə  görə  Əməkdar  İncəsənət  xadimi  adı 

verilmişdir. 

Sadıq Şərifzadə 1986-cı il yanvarın 2-də Bakıda vəfat etmişdir. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


418 

 

15 Dekabr - Bəstəkar Ağabacı Rzayevanın anadan olmasının 105 illiyi,  



                     (1912-1975) 

Ağabacı  İsmayıl  qızı  Rzayeva  Bakıda,  ziyalı  ailəsində 

anadan  olub.  O,  pedaqoji  texnikumu  bitirib  (1929),  bir  neçə  il 

Saray,  Kürdəxanı  və  Maştağa  kəndlərində  müəllimlik  edib. 

Ağabacı  xanım  tarzən  və  bəstəkar Səid  Rüstəmovdan,  muğam 

üzrə Mirzə Mənsur Mənsurovdan dərs alıb. O, Azərbaycan Dövlət 

Konservatoriyasında Üzeyir  Hacıbəyovun  sinifində  təhsil  alıb. 

Onun  bəstələdiyi  ilk  əsər  "Gənc  vətənpərvərlər  marşı"  olub.  İlk 

qadın  bəstəkarımız  klassik  və  müasir  şairlərimizin,  aşıqların  və 

digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət edib. 

Bəzən  Ağabacı  Rzayeva  özü  də  şairliyə  meyl  edib,  bəzi  mahnıları  öz  sözlərinə 

bəstələyib.  –  "Durna  qatarlı  qızlar".  Bəstəkarın  qəhrəman  neftçilərimizin  əmək 

şücaətini  tərənnüm  edən  "Neftçi  Qurban",  ata-anaların  gözlərini  sevincdən  yaşardan 

"Evimizə  gəlin  gəlir",  "Oxuma  gözəl",  "Çoban  Qara",  balaca  qızların  gözləri 

qarşısında  şirin  və  möcüzəli  bir  aləm  açan  "Kukla",  "Qaranquş",  "Ağ  göyərçinim", 

"Sabahın  ustaları",  "Balaca  kapitan",  "Qərənfiləm  mən"  və  s.  əsərləri  milli 

mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona 

xalqın rəğbətini qazandırıb. Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin 

"Höcət  eləmə"  (1965,  İsmayıl  Quliyevlə birgə)  musiqili  komediyasının,  "Ögey  ana" 

dramı,  Xalq  Çalğı  Alətləri  Orkestri,  simli  kvartet  üçün  pyeslərin,  simfonik 

əsərlərin,Nəsiminin sözlərinə  7  romansın  və  s.  əsərlərin  müəllifidir.  Xalq  Çalğı 

Alətləri Orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə 

bağlıdır. A. Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edib. O, bir neçə 

çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə "Qırmızı Əmək Bayrağı" 

ordeni,  "Şərəf  Nişanı"  ordeni  və  müxtəlif  medallarla  təltif  olunub.  1960-cı  ildə  ona 

Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.  

Ağabacı Rzayeva 5 iyul 1975-ci ildə Bakıda vəfat edib və II fəxri Xiyabanda torpağa 

tapşırılıb.   



Mahnıları: “Ad günü‖, ―Bağçamız‖, ―Balaca kapitan‖, ―Bizim Bakı metrosu‖, 

―Bizim gəmi‖,  ―Buzov‖, , ―Dostluq qatarı‖, ―Gəl, gəl, a yaz günləri ―, ―İynə‖, 

―Kukla‖, ―Qırmızı şar‖ ,  ―Qış mahnısı‖, ―Şən yolka‖, ―Təyyarə‖, ―Vətənimiz‖, ―Xoş 

gəlmisən, təzə il‖ və s. 



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

419 

 

19 Dekabr - Dramaturq Rəhman Əlizadənin anadan olmasının  70 illiyi, 



                     (1947-2013) 

 

 

 

 

 

 

 

Rəhman  Balarza  oğlu   Əlizadə  Bakıda doğulub.  237  saylı  orta  məktəbdə 



oxuyub.  Azərbaycan  Dövlət  İncəsənət  İnstitutunun  mədəni-maarif  fakültəsini 

bitirib (1972). 1968-ci ildən 1983-cü ilədək Mərdəkan qəsəbəsindəki Nizami adına 

mədəniyyət  evində  bədii  rəhbər  işləyib.  1983-cü  ildən  1993-cü  ilədək  Mərdəkan 

Xalq  Teatrının  rejissoru  olub.  1993-cü  ildən  2006-cı  ilədək Abdulla  Şaiq  adına 

Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə 

dramaturq    özünün  qələmə  aldığı  "Sindibadın  xoşbəxtlik  adasına  səyahəti",  "Tıq-

tıq  xanım",  "Bilqamıs  əfsanəsi",  "Keçəlin  toyu",  "Dəli  Domrul",  "Damdabaca", 

"Maymaq",  "Eramızdan  milyon  il  əvvəl",  "Ay  dəli",  "Ələkbər  əmi  gülüş 

planetində",  "Dəcəl  çəpişlər,  belə-belə  işlər"  pyeslərinə  quruluş  verməklə  yanaşı, 

"Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" 

(Aleksandr  Puşkin),  "Göyçək  Fatma"  (K.Ağayeva)  və  s.  tamaşaları  hazırlayıb. 

Ümumiyyətlə,  o,  2006-cı  ilədək  Azərbaycan  Dövlət  Kukla  Teatrında  hazırlanmış 

32 tamaşanın quruluşçu rejissorudur.  

28 oktyabr 2000-ci ildə ona Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. Bir 

dramaturq kimi 25-dən artıq pyesi dövlət teatrlarında tamaşaya hazırlanıb. 2008-ci 

ildə "Komediyalar" kitabı nəşr olunub. Bu kitabda – "Laləli düzlər", "Kəndimizin 

narları",  "Dadaşbala  əməliyyatı",  "Doğmalar",  "Dünyanın  axırı",  "Günah", 

"Əbləhlərin  toyu"  pyesləri  toplanıb.  2009-cu  ildə  "Pyeslər"  kitabı  nəşr  olunub.  

Otuz pyesin müəllifidir. İşlədiyi teatrlarda yetmişdən çox tamaşaya quruluş verib. 

Rəhman Əlizadə 15 mart 2013-cü ildə vəfat edib. 



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 



 

 

 

420 

 

21 Dekabr - Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun anadan olmasının   



                     90 illiyi, (1927) 

Ömər  Eldarov   Dərbənd  şəhərində  anadan  olub. 

Azərbaycan  Rəssamlıq  Məktəbinin  heykəltəraşlıq 

bölməsini  qurtardıqdan  sonra  Leninqraddakı  İ.  Repin 

adına 

Rəngkarlıq, 



Heykəltəraşlıq 

və 


Memarlıq 

İnstitutunun  heykəltəraşlıq  fakültəsində  təhsilini  davam 

etdirib.  1946-cı  ildən  etibarən  Ömər  Eldarov  mütəmadi 

olaraq  müxtəlif  respublika,  regional  və  beynəlxalq  sərgi 

və  müsabiqələrin  iştirakçısı  olub.  Sənətkarın  yaratdığı 

heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu əsərlər sırasında 

şairə  Natəvanın,  şair  Məhəmməd  Füzulinin,  şair-dramaturq  Hüseyn  Cavidin, 

Azərbaycanın  görkəmli  oftalmoloq  alimi  Zərifə  Əliyevanın,  professor  İhsan 

Doğramacının heykəlləri, ulu öndər Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, 

rəssam  Səttar  Bəhlulzadənin,  yazıçı  Süleyman  Rəhimovun,  akademik  Ziya 

Bünyadovun  və  başqalarının  qəbirüstü  abidələrini  göstərmək  olar.  Eyni  zamanda 

sənətkar bir sıra kiçik həcmli əsərlərin müəllifidir. Ömər Eldarov yaradıcılıqla yanaşı, 

həm  də  Azərbaycanın  ictimai  və  mədəni  həyatının  fəal  iştirakçısıdır.  1958-1968-ci 

illərdə  o,  Rəssamlar  İttifaqının  katibliyinə  üzv  seçilib.  1970-ci  ildə  isə  o,  SSRİ 

Rəssamlıq  Akademiyasının  heykəltəraşlıq  üzrə  Bakıdakı  yaradıcılıq  emalatxanasının 

rəhbəri  təyin  edilib.  Bu  illər  ərzində  heykəltəraş  tərəfindən  bir  neçə  nəsil  istedadlı 

peşəkar  rəssam  yetişdirilib.  Ömər  Eldarov  1969-1973-cü  illərdə  Bakı  Sovetinin 

deputatı  seçilib  və  burada  mədəni-maarif  işi  üzrə  komissiyanın  rəhbəri  vəzifəsində 

çalışıb.  1995-ci  ildə  isə  Ömər  Eldarov  Milli  Məclisə  deputat  seçilib.  Hazırda 

Azərbaycan  Rəssamlıq  Akademiyasının  rektorudur.

 

‖Şərəf  nişanı‖(1959),  ―Qırmızı 



Əmək  Bayrağı‖(1986),  ―İstiqlal‖  ordenləri  ilə  təltif  olunub.  16  aprel  2014-cü  ildə 

"Birlik  ulduzları-2014"  mükafatının  laureatı  olub.

 

18  aprel  2014-cü  ildə  akademik 



Ömər  Eldarov  Azərbaycan  mədəniyyətinin  və  monumental  heykəltəraşlıq  sənətinin 

inkişafındakı xidmətlərinə görə Üzeyir Hacıbəyli adına mükafata layiq görülüb.

 

Əsərləri:  “Şairə Natəvan‖ (1960),  ―Şair Məhəmməd  Füzuli‖(1963),  ―Dramaturq 

Hüseyn Cavid‖ (1993), ―Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyev‖ (1987) 

,‖Bəstəkar Üzeyir Hacıbəyov‖ (1955), ―Rəssam Səttar Bəhlulzadə‖ (1974), ―Bəstəkar 

və  caz  musiqiçisi  Vaqif  Mustafazadə‖  (1984),  ―Dirijor  Niyazi‖  (1989),  ―Yazıçı 

Süleyman  Rəhimov‖  (1991),  ―Bəstəkar  Fikrət  Əmirov‖  (1988),  ―Şərqşünas-tarixçi, 

akademik Ziya Bünyadov‖ (2000), ―Akademik Həsən Əliyev‖ (1988) xatirə abidələri 

"Elegiya"  abidəsi  (1989  il),  ―Akademik  Zərifə  Əliyeva‖  (1995),  ―Azərbaycanın 

ümummilli lideri Heydər Əliyev‖ (2004) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 

 

 

421 

 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin