Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


İnternetdə: www.ru.wikipedia.orq



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   36   37   38   39   40   41   42   43   44

İnternetdə:

www.ru.wikipedia.orq 

 

 


374 

 

29 Noyabr - Alman yazıçısı Vilhelm Qaufun anadan olmasının 215 illiyi, 



                     (1802-1827) 

Alman  yazıçısı,  nağılçı  və  novellist  Vilhelm  Qauf  Ştutqartda  anadan 

olmuşdur.  Vilhelmin  7  yaşı  olarkən  atası  vəfat  edir  və  anası  dörd  uşağını  da 

götürərək  Tyubingen  universitet  şəhərində  məskunlaşır.  V.Qaufun  gənclik  illəri 

orada,  ana  babasının  evində  keçir.  Burada  o,  babasının  böyük  və  zəngin 

kitabxanasındakı  kitabları  mütaliə  edir.  1818-ci  ildə  onu  monastır  məktəbində 

oxumağa göndərirlər. İki ildən sonra gənc Vilhelm Tyubingen Universitetinə daxil 

olur.  Universiteti  fəlsəfə  və  ilahiyyat  doktoru  dərəcəsi  ilə  bitirərək  o  vaxtkı 

müdafiə  naziri  baron  fon  Xögelin  ailəsinə  repetitor  işinə  daxil  olur  və  onun 

uşaqlarına dərs deyir. Bu ailə ilə birlikdə Fransaya səfər edən Qauf Almaniyanın 

mərkəz və şimal hissələrini də gəzir.  

Qauf məhz baron fon Xögelin uşaqları üçün sehrli nağılları qələmə almışdır 

və  bu  nağıllar  ―Kübar  ailələrin  oğulları  və  qızları  üçün  1826-cı  ilin  yanvar 

Almanaxı‖nda dərc olunmuşdur. Burada ―Balaca Muk‖, ―Xəlifə Hacıleylək‖ kimi 

məşhur əsərlər vardı. Bu əsərlər çap olunduqdan dərhal sonra almandilli ərazilərdə 

böyük  populyarlıq  qazanmışdır.    1826-cı  ildə  ―Şeytanın  xatirələrinin  vərəqləri‖ 

romanının  birinci  hissəsi  və  ―Aydan  gələn  adam‖  romanı  yazılır.  Valter  Skottun 

romanlarından  ilham  alan  Qauf  ―Lixtenşteyn‖  romanını  qələmə  alır.  Bu  roman 

Almaniyada böyük şöhrət qazanır.  

V.Qaufun  ―Karvan‖,  ―Kabus  gəmi  haqqında  əhvalat‖,  ―Fatimənin  xilası‖, 

―Saxta  şahzadə  haqqında  əhvalat‖,  ―İskəndəriyyə  şeyxi  və  onun  əsirləri‖,  ―Əl-

Mənsurun əhvalatı‖, ―Cırtdan Burun‖, ―Səidin macəraları‖ və s. nağılları və digər 

əsərləri onun adını dünya ədəbiyyatı tarixinə həmişəlik yazmışdır.  

Vilhelm Qauf 1827-ci il noyabrın 18-də qarın yatalağından vəfat etmişdir.  



İnternetdə:

www.ru.wikipedia.orq 

 

 

 

 



 

 

 

375 

 

30 Noyabr - İngilis yazıçısı Conatan Sviftin anadan olmasının 350 illiyi,  



                     (1667-1745) 

 

Satirik,  publisist,  filosof,  şair  və  ictimai  xadim  Conatan  Svift  Dublində 



anadan  olmuşdur.  Çox  ağır,  çətin  bir  həyat  yaşamışdır.  Buna  görə  də  yaşadığı 

ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış 

və  yaradıcılığında  bütün  ömrü  boyu  bunlara  qarşı  barışmaz  mübarizə  aparmışdır. 

Bu  mübarizə  ideyası  onun  "Qulliverin  səyahəti"  romanında  da  aydın  görünür. 

Roman 

dörd hissədən ibarətdir və baş qəhrəman ingilis əsilli, kiçik torpaq sahibinin 



oğlu   Lemuel  Qulliverin  dörd  səyahətini  əks  etdirir.  Qulliver,  hər  dəfə  liman 

şəhərlərinin  birindən  səyahətə  çıxaraq  xəyali,  əsrarəngiz  ölkələrə  düşür.  Bu 

ölkələrdə  yaşayan  insanların  həyat  tərzi,  adət  -  ənənələri  və  mövcud  qanunlarla 

yaxından  tanış  olur  və  onlara  İngiltərə  haqqında  məlumat  verir.  Əsərin  tam  adı 

belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin 

səyahəti" (1772-1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və 

sərkədələr  arasındakı  bənzəyişi  verməklə  onları  ifşa  etmişdir.  Onları  cirtdan 

liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Gülüş, məzəli və 

ağıllı Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi 

liliputlar  ölkəsindən  başqa  nəhənglər  ölkəsində,  uçan  Saputi  adasında,  ağıllı, 

düşüncəli  atlar  diyarında  da  olmuş,  bu  ölkənin  hər  birində  C.  Svift  təsvir  etdiyi 

hadisələr  vasitəsilə  öz  zamanındakı  nöqsan  və  eybəcərliklərin  üstünü  açmışdır. 

Liliputlar  ölkəsində  Qulliver  kralı,  əyanları,  sərkərdələri  öz  cib  yaylığına  büküb 

cibinə  qoymuş,  onların  bir  yığın  hərb  gəmisini  bir  barmağına  doladığı  nazik  iplə 

sürüyüb aparmışdır.  

Conatan Svift 19 oktyabr 1745-ci ildə, 77 yaşında vəfat etmişdir. 

  

  

  



 

 

 



 

 

 



 

 

 

376 

 

İncəsənət 



3 Noyabr - Xalq rəssamı Tağı Tağıyevin anadan olmasının 130 illiyi, 

                   (1887-1965)  

 

 



 

 

 



 

 

 



 

Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi Tağı Tağıyev Bakı 

şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından rəsmə olan böyük həvəsi, onu 

Ə.Əzimzadə  adına  Rəssamlıq  Texnikumuna  gətirir.  Texnikumu  bitirdikdən  sonra 

gənc  rəssam  portret  və  tematik  əsərlər  üzərində  çalışır.  Orijinal  və  özünəməxsus 

dəst-xəttə  malik  olan  T.Tağıyevin  portretlərinin  obrazlılığı  və  mükəmməlliyi, 

Azərbaycan  təsviri  sənətində  onu  görkəmli  portret  ustası  kimi  tanıtmışdır.  Onun 

xalq  qəhrəmanı  Koroğluya  həsr  etdiyi  ―Koroğlunun  portreti‖,  ―Gənc  qadın 

portreti‖,  ―İmtahan  qarşısında‖,  sənət  dostları  K.Xanlarova,  M.Rəhmanzadəyə, 

S.Bəhlulzadəyə həsr etdiyi əsərlərin hər biri öz fərdiliyi, daxili aləmi ilə maraqlıdır. 

T. Tağıyev nəinki portret janrında, eyni zamanda maraqla izlənən mənzərə, tematik 

abloların  müəllifidir.  Bu  əsərlərində  o,  doğma  diyarın  təbiətini,  insanları  böyük 

məhəbbətlə  vəsf  edir.  T.Tağıyevin  əsərləri  bir  çox  respublika,  keçmiş  ittifaq  və 

xarici  ölkələrin  Moskva,  Kiyev,  Qahirə,  Dəməşq,  Beyrut,  Dakar,  Praqa,  Sofiya, 

Berlin,  İstanbul,  Monreal  və  s.  şəhərlərin  tanınmış  muzey  və  sərgi  salonlarında 

nümayiş  etdirilmiş,  tamaşaçıların  və  mütəxxəssislərin  böyük  marağına  səbəb 

olmuşdur.  

Xalq  rəssamı  Tağı  Tağıyev  1993-cü  ildə,  77  yaşında  Bakı  şəhərində  vəfat 

etmişdir. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


377 

 

7 Noyabr - Xalq artisti, bəstəkar Tofiq Quliyevin anadan olmasının 100 illiyi, 



                   (1917-2000) 

 

 



 

 

 



 

 

 



 

Tofiq  Quliyev  Bakı  şəhərində,  mühəndis-iqtisadçı  Ələkbər    Quliyevin  

ailəsində  anadan  olmuşdur,    onun    anası  Yaxşıxanım  Mahmudova    Hacı 

Zeynalabdin Tağıyevin qızlar qimnaziyasında, müqəddəs Nina məktəbində  təhsil  

almış,  1937-ci  ilə  kimi  hakim  işləmişdir.  Tofiq  Quliyev  12  yaşında  Azərbaycan 

Dövlət  Konservatoriyası  yanında  peşə  məktəbinə, 1934-cü  ildə  Konservatoriyaya 

daxil  olub.  Həm  İ.S.  Aysberqin  sinfində  fortepiano,  həm  də  S.Q.  Ştrasserin 

sinfində  dirijorluq  dərsi  alıb  və  1936-cı  ildə  Konservatoriyanı  bitirib.  1931-ci 

ildə Asəf  Zeynallının  məsləhəti  ilə   M.Ə.Sabirin sözlərinə  "Məktəbli"  mahnısını 

bəstələyib. 1935-ci  ildə  M.Əzizbəyov  adına  Azərbaycan  Dövlət  Dram  Teatrında 

dirijorluğa  başlayıb. 1936-cı  ildə  bəstəkar  Z.Baqnrovla  birgə  "Rast",  "Segah", 

"Zabul", 

"Dügəh" 

muğamlarını 

fortepianoda 

hazırlayıb. 

Üzeyir 

Hacıbəyovun təşəbbüsü  ilə  təhsilini  davam  etdirmək  üçün  Moskva  Dövlət 



Konservatoriyasına  göndərilib.  Tezliklə  orada  A.  Tfasmanın  rəhbərlik  etdiyi 

orkestrdə pianoçu işləməyə başlayıb.  1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə 

"Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl 

üçün  müxtəlif  patriotik  mahnılar  yazıb. 1943-cü  ildə  iki  yerə  bölünən  ansamblın 

"Qırmızı flot" hissəsinin rəhbəri olub. Müharibədən sonra M. Əzizbəyov (dram), S. 

Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX 

əsrin  40-cı  illərindən  həm  də  kino  sahəsində  işləməyə  başlayıb. 1948-ci  ildə 

Moskva  Dövlət  Konservatoriyasında  təhsilini  davam  etdirib. 1951-ci  ildə 

aspiranturaya  daxil  olub  və  A.Qaukun  rəhbərliyi  altında  elmi  iş  müdafiə  edib. 

Həmin  il  "Azərbaycan  xalq  rəqsləri"  toplusunu  hazırlayanlardan  biri  olub.  XX 

əsrin  70-ci  illərinin  sonlarında  bir  çox  uşaq  və  gənc  musiqi  müsabiqələrini,  o 

cümlədən  "Bakı  payızı"nı  yaradıb. 1969-cu  ildən  1979-cu  ilə  qədər  Azərbaycan 

Bəstəkarlar  İttifaqına  rəhbərlik  edib. 1990-cı  ildən  ömrünün  sonuna  kimi 

Azərbaycan  Bəstəkarlar  İttifaqının  idarə  heyətinin  sədri  vəzifəsində  çalışıb. 

Ailəsinə  hədsiz  dərəcədə  bağlı  olan  Tofiq  Quliyevin  nəvəsi  –  Cəmilə 

Muradasilovaya  həsr  etdiyi  fortepiano  üçün  "Cəmilənin  albomu"  uşaq  pyesləri 

məcmuəsindən  uşaq  musiqi  məktəblilərinin  repertuarında  geniş  istifadə  edilir. 

Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – 

"Şir evdən getdi" və "Musiqi müəllimi" filmlərində çəkilib.  

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib. 

 

İnternetdə: 

www.az.wikipedia.orq 


378 

 

22 Noyabr - Xalq artisti  Fikrət Əmirovun anadan olmasının 95 illiyi,  



                    (1922-1984) 

 

 

 



 

 

 



 

Fikrət  Məşədi  Cəmil  oğlu  Əmirov 1922-ci  ildə  Kirovabad    (indiki  Gəncə) 

şəhərində  anadan  olmuşdur. 1948-ci  ildə  Bakı  Konservatoriyasını Üzeyir 

Hacıbəyov və  Boris  Zeydmanın  sinfində  bitirmişdir.  Gəncə  (1942-43)  və  M. 

Maqomayev  adına  Azərbaycan  Dövlət  Filarmoniyalarının  (1947)  bədii  rəhbəri, 

M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-

1959)  vəzifələrində  çalışıb.  SSRİ  Bəstəkarlar  İttifaqının  katibi  seçilmişdir. 

Bəstəkarın  ixtira  etdiyi  yeni,  simfonik  muğam  janrı  "Şur"  ,  "Kürd  Ovşarı"  və 

"Gülüstan  Bayatı-Şiraz"  kimi  dəyərli  əsərlərlə  təmsil  olunub.  F.  Əmirovun 

"Nizami"  simfoniyası,  doğma  vətəni  tərənnüm  edən  "Azərbaycan  kapriççiosu", 

"Azərbaycan  süitası"  ,  "Azərbaycan  qravürləri"  bəstəkar  irsinin  dəyərli 

səhifələridir.  F.  Əmirov  C.Cabbarlının  dramı  əsasında  yazdığı  "Sevil"  operası 

Azərbaycanda  ilk  dəfə  lirik-psixoloji  operanın  əsasını  qoymuşdur.  O,  musiqili 

komediya  janrında  da  "Ürəkaçanlar",  "Gözün  aydın"  kimi  maraqlı  əsərlər 

yaratmışdır.  F.  Əmirovun  gözəl  baletləri  "Min  bir  gecə"  və  "Nəsimi"  də 

dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. Özünəməxsus bəstəkarlıq dəst-

xətti  onun  instrumental və  kamera  vokal əsərlərində də  təzahür  edir.  "Fortepiano 

üçün  12  miniatür",  müxtəlif  pyeslər,  "Ulduz"  ,  "Azərbaycan  elləri",  "Gülüm", 

"Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. 

O, həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki, gözəl deyildim" və digər 

filmlərə maraqlı musiqi bəsləmişdir.  

Xalq artisti Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat etmişdir.  



Operalar: "Ulduz" (1948), "Sevil" (1953) 

Baletlər: "Şur (simfonik mugam)" (1968), "Nəsimi dastanı" (1973), "Xəzəri fəth 

edənlər" (1975), "Min bir gecə" (1979),  "Nizami (simfoniya)" (1984) 



Uşaq mahnıları: Bip-bipin nəğməsi, yaxud Uçdu göylərə bizim peykimiz 

(Sözləri: Teymur Elçin), Bizim həyət (Sözləri: Teymur Elçin), Odlar ölkəsi 

(Sözləri: Tofiq Mütəllibov), Qatar (Sözləri: Zeynal Cabbarzadə), Quzum 

(Sözləri: Zeynal Cabbarzadə)  



Kitabları: ―Iyirmi mаhnı‖ аdlı fоrtеpiаnо ilə охumаq üçün nоt məcmuəsi (1977), 

―Nəsimi  hаqqındа  dastan‖  –  fаciə  musiqisi:  Böyük  Simfоnik  Оrkеstr  üçün 

pаrtiturа, ―Fоrtеpiаnо üçün əsərlər‖ nоt məcmuəsi (1979) və s.   

İnternetdə: 

www.az.wikipedia.orq

 


379 

 

Milli qəhrəmanlar zirvəsi 



10 Noyabr - Azərbaycanın Milli Qəhrəmanı Güləliyev Oqtay Güləli oğlunun 

                      anadan olmasının 55 illiyi, (1962-1992) 

 

 

 

 

 



 

 

 



 

  

Güləliyev  Oqtay  Güləli  oğlu  Laçın  rayonunun Xaçınyalı kəndində 



doğulmuşdur. 1982-ci  ildə  orta  məktəbi  bitirdikdən  sonra  hərbi  xidmətə 

çağırılmışdır. 1984-cü  ildə Poltava Kooperativ  İnstitutunun Bakı filialına  qəbul 

olmuşdur. Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da 

kəskinləşdiyi  bir  vaxta  təsadüf  etdiyindən  Oqtay  Güləliyev  də  polis  işçisi  kimi 

ermənilərə  qarşı  əməliyyatlatda  iştirak  etmiş,  uğurszluqla  sona  çatan  "Daşaltı 

əməliyyatı"  zamanı  onun  rotası  mühasirəyə  düşən  80  nəfər  əsgəri  təhlükəsiz 

zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəni yaxınlığında ağır 

yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın 

dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa 

çatmış  və  beləliklə  Gorus-Şuşa  yolu  nəzarətə  alınmışdır,  lakin  düşmən  ərazini 

yenidən  ələ  keçirməyə  müvəffəq  olmuş  və  Oqtay  Güləliyevin  qüvvələri 

mühasirəyə düşmüşdür.  

11  oktyabr  1992-ci  ildə  Hoçaz  yüksəkliyində  gedən  ağır  döyüş  onun  son  döyüşü 

olmuşdur.  Döyüşçülərini  təhlükəsiz  yerə  keçirə  bilsə  də  bu  döyüşlərdə  Oqtay 

Güləliyev  özü  qəhrəmancasına  həlak  olmuşdur.  Bakı şəhərinin Şəhidlər 

xiyabanında dəfn edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı 

ilə  Güləliyev  Oqtay  Güləli  oğluna  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı  adına  layiq  görülmüşdür. 

Laçın  şəhərində və Piçənis kəndində  adına  məktəb  var.  2015-ci  ildə 

―Yaddaş‖  studiyasında  Milli  qəhrəmana  həsr  edilmiş  ―Laçın  qartalı‖  adlı  sənədli 

film çəkilmişdir.  



İnternetdə: 

www.az.wikipedia.orq 

Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010 

 

 



 

 


380 

 

21 Noyabr - Azərbaycanın Milli Qəhrəmanı Sayadov Mehman Rəşid oğlunun 



                     anadan olmasının 45 illiyi, (1972-1992) 

 

 



 

 

 



 

 

 



 

Sayadov 


Mehman 

Rəşid  oğlu   Qərbi  Azərbaycanın  Vardenis 

rayonunun   Günəşli     kəndində    anadan    olmuşdur.      Orta    məktəbin    yeddinci 

sinfini    burada    bitirən  Mehman    erməni  millətçilərinin   1988-ci  ildə 

azərbaycanlıları  deportasiya  etdikləri  zaman  ailəsi  ilə  Samux  rayonuna 

köçür. 1988-ci illərdə  Xalq  Hərəkatının  öndə gedənlərindən idi.  Mehman  18  yaşı 

tamam olan kimi Sovet Ordusuna çağırılır. Qarabağda baş verən hadisələr onu bərk 

narahat  edirdi.  Mehman  altı  ay  xidmət  etdikdən  sonra Vətənə  dönür  və  könüllü 

olaraq  cəbhəyə  yollanır.  5    noyabr   1991-ci    ildə    "Azərbaycan    Qarabağı"    adlı  

könüllü  özünümüdafiə  batalyonlarından birinə  yazılan Mehman  Şuşa   cəbhəsində 

əfsanəvi  qəhrəmanlıqlar  göstərir.   Kosalar  və     Nəbilər  kəndlərində      vuruşan   

Mehman  döyüşçü  dostları  ilə 70  erməni  yaraqlısını  və  xeyli  zirehli  texnikanı  

sıradan  çıxarır. Mehman  1992-ci il  9 may  tarixdə Şuşanın  Nəbilər  kəndində öz 

ölümü  ilə  ölməzliyə    qovuşur.    Döyüş    meydanında  gənc  Mehmanın  cəsədi 

ətrafında  onlarla  erməni  əsgərinin  meyiti  səpələnmişdi.  Bu  Mehmanın 

qəhrəmanlığından 

xəbər 

verirdi. 



Onun 

bu 


qəhrəmanlığı Qarabağ 

müharibəsi dövründə  dildən-dilə,  eldən  elə  gəzdi.  Subay  idi.    Bütün  cəhdlərə 

baxmayaraq  qəhrəmanımızın  cəsədini  döyüş  meydanından  çıxarmaq  mümkün 

olmamışdır. 

Azərbaycan Respublikası  Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı 

ilə  Sayadov  Mehman  Rəşid  oğluna  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı  adı verilmişdir. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010 



 

 

 



 

 


381 

 

Dekabr

 

Əlamətdar tarixi günlər və bayramlar 

1 Dekabr - Ümumdünya  QİÇS-lə  Mübarizə Günü, (1988) 

3 Dekabr - Beynəlxalq Əlillər Günü, (1992) 

6 Dekabr -  Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günü, (2006)  

7 Dekabr - Beynəlxalq Mülki Aviasiya Günü, (1996) 

10 Dekabr - Ümumdünya Futbol Günü.    

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, (1950) 

11 Dekabr - Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri  Günü, (1994)  

11 Dekabr - Beynəlxalq Dağlar Günü, (2003) 

12 Dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü, (2003) 

15 Dekabr - Beynəlxalq Çay Günü, (2004-2005) 

25 Dekabr - ―Qızıl qələmlər‖ Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925) 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, (1991) 

Bu tarixi unutmayaq 

26 Dekabr- Xankəndinin işğalı günü, (1991) 



Azərbaycanın görkəmli şəxsiyyətləri 

Alim Xudu Məmmədovun 90 illiyi, (12.12.1927 - 15.10.1988) 



Yubilyar yazıçı və şairlər 

Şairə Elmira Qasımovanın 75 illiyi, (01.12.1942) 

Yazıçı Cəmil Əlibəyovun 90 illiyi, (05.12.1927 - 26.10.2014) 

Yazıçı, şair İsmayıl Qarayevin 90 illiyi, (05.12.1927 - 09.10.1989) 

Dramaturq, publisist Nüşabə Məmmədlinin 70 illiyi, (08.12.1947) 

Yazıçı İnqilab Vəlizadənin 80 illiyi, (10 12.1937) 

Şair Əhəd Muxtarın 80 illiyi, (12.12.1937 - 23.05.1998) 

Şair Xəzangül Hüseynovanın 70 illiyi, (17.12.1947)

 

Yazıçı Kamran Məmmədovun 95 illliyi, (21.12.1922 - 06.04.1989)



 

Yazıçı, tərcüməçi Hamlet Qocayevin 75 illiyi, (22.12.1942) 

Publisist Ömər Faiq Nemanzadənin 145 illiyi, (24.12.1872 - 10.10.1937) 

Şair Yusif Həsənbəyin 85 illiyi, (26.12.1932) 

Ədəbiyyatşünas, pedaqoq Əlyar Səfərlinin 80 illiyi, (28.12.1937) 

Ədəbiyyatşünas Zəkiyyə Qiyasbəylinin 85 illiyi, (30.12.1932) 

Yazıçı Eynulla Ağayevin 110 illiyi, (31.12.1907 - 05.10.1978) 

Yazıçı Tofiq Əfəndiyevin 95 illiyi, (31.12.1922 - 28.10.1995) 



Xarici ədəbiyyat 

Britaniya yazıçısı Enn Faynın 70 illiyi, (07.12.1947) 

Alman şairi Henrix Heynenin 220 illiyi, (13.12.1797 - 17.02.1856) 

Rus yazıçısı, ssenaristi Eduard Uspenskinin 80 illiyi, (22.12.1937) 

Türk şairi Tofiq Fikrətin 150 illiyi, (24.12.1867 - 19.08.1915 

 

 



382 

 

İncəsənət 

Rəssam Sadıq Şərifzadənin 105 illiyi, (05.12.1912 - 02.01.1986) 

Bəstəkar Ağabacı Rzayevanın 105 illiyi, (15.12.1912 - 05.07.1975) 

Dramaturq Rəhman Əlizadənin 70 illiyi, (19.12.1947 -16.03.2013) 

Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun 90 illiyi, (21.12.1927) 

Bəstəkar Oqtay Kazıminin 85 illiyi, (27.12.1932 - 09.08.2010) 

Xalq artisti, pianoçu Fərhad Bədəlbəylinin 70 illiyi, (27.12.1947) 

 

Milli qəhrəmanlar zirvəsi  

Əliyev Əliyar Yusif oğlunun 60 illiyi,  (14.12.1957 - 03.10.1992) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


383 

 

Əlamətdar tarixi günlər və bayramlar 



1 Dekabr - QİÇS-lə Mübarizə Günü, (1988) 

Bu  gün  1988-ci  ildə  təsis  edilmişdir. 

HİV  -  infeksiyası  pandemiyası  dünya 

səhiyyəsinin  infeksion  xəstəliklər  sahəsində 

ən  ciddi  problemidir.  BMT-nin  HİV/AİDS 

üzrə Birləşmiş proqramının və Ümumdünya 

Səhiyyə  Təşkilatının  (ÜST)  məlumatına 

görə, dünyada hər gün 6800-dən artıq insan 

HİV-ə  yoluxur,  5700-dən  artıq  insan  isə 

AİDS  səbəbindən  vəfat  edir.  2007-ci  ilin  sonuna  yer  kürəsində  HİV-lə  yaşayan 

insanların sayı 33,2 milyon təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 

milyonu uşaqdır. 

Azərbaycanda  da  HİV/AİDS  problemi  ən  aktual  problem  olaraq  daim 

Səhiyyə  Nazirliyinin  nəzarətindədir.  Respublikamızda  HİV-ə  yoluxma  səviyyəsi 

aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa 

aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan 

vətəndaşları  arasında  təkcə  2009-cu  ilin  11  ayı  ərzində  aşkar  olunan  HİV-ə 

yoluxma  hallarının  63,3%-ı,  ümumilikdə  isə  1992-01.12.2009-cu  il  tarixinə  olan 

dövrdə  yoluxma  hallarının  64,4%-ı  inyeksion  narkotik  istifadəsi  nəticəsində  baş 

vermişdir. Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 

2009-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV 

infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 

2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir. HİV-ə 

yoluxmuş  Azərbaycan  vətəndaşlarından  1799-u  (84,1%)  kişi,  339-u  (15,9%) 

qadındır.  AİDS  mərhələsində  olan  Azərbaycan  vətəndaşlarının  sayı  448  nəfər, 

AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur. Azərbaycan 

vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin 

1 dekabr tarixinədək 2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və 

Abşeron  rayonunda,  1465-i  (68,5%)  respublikanın  digər  54  inzibati  ərazisində 

qeydiyyatda  olan  şəxslərdir,  39  nəfərin  (1,8%)  yaşayış  yeri  naməlumdur.1992-ci 

ildən  2009-cu ilin 1 dekabr  tarixinədək  Azərbaycanda 780  ailədə  HİV-ə  yoluxma 

faktı  qeydə  alınmışdır.  Səhiyyə  Nazirliyi  tərəfindən  HİV-lə  yaşayan  insanlara 

profilaktika,  müalicə,  qulluq  və  dəstəyin  göstərilməsinin  təmin  edilməsi  işi 

Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.  



Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin