Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

 

 

217 

 

20 İyun - Yazıçı, dramaturq Cabbar Məcnunbəyovun anadan olmasının 



                105 illiyi, (1912-1967) 

 

   


Cabbar  Məcnunbəyov  İrəvan  şəhərində,  qulluqçu 

ailəsində  doğulmuşdur.1918-ci  ildə  ailəliklə  Türkiyənin 

Qars  şəhərinə  köçmüş,  bir  il  sonra  Gəncə    şəhərinə 

qayıtmışlar.  1927-ci  ildə  onun  ilk  qələm  təcrübəsi- 

―Beşincidir‖  pyesi  Bakı  Gənc  Fəhlə  Teatrında  tamaşaya 

qoyulmuşdur.  Leninqrad  Fəlsəfə  və  Dilçilik  İnstitutuna 

daxil  olmuşdur  (1931).  1934-cü  ildə  Azərbaycan  Dövlət 

Nəşriyyatında tərcüməçi, uşaq ədəbiyyatı şöbəsinin müdiri 

işləmişdir  (1934-1938).  Həmin  vaxtdan  ciddi  ədəbi 

fəaliyyətə  başlamışdır.  M.Qorkinin  ―Foma  Qordeyev‖,  Y.M.Lermantovun 

―Zəmanəmizin qəhrəmanı‖ və b. əsərləri tərcümə etmişdir. Bununla yanaşı, pyeslər 

və  kiçik  hekayələr  (―Ana‖,  ―İlk  məhəbbət‖,  ―Gül  dəstəsi‖  və  s.)  də  yazmışdır. 

―Uşaqgəncnəşr‖də  şöbə  müdiri  (1937-1939)  işləmişdir.  Onun  ilk  irihəcmli  səhnə 

əsəri  ―Yanan  vadi‖  1938-ci  ildə  Azərbaycan  Dövlət  Dram  Teatrında  tamaşaya 

qoyulmuşdur.  1941-1948-ci  illərdə  Sovet  ordusu  sıralarında  hərbi  qəzetlərdə 

işləmiş, İkinci Dünya müharibəsi mövzusunda oçerk və hekayələr qələmə almışdır. 

Ordudan  tərxis  olunduqdan  sonra  yenə  ―Uşaqgəncnəşr‖də  şöbə  müdiri  (  1948-

1950),  baş  redaktor  (1951-1952)  işləmişdir.  Onun  ―Böyük  məhəbbət‖  (1951), 

―İldırım‖  (1955),  ―Ayrılan  yollar‖  (1956)  pyesləri  tamaşaya  qoyulmuşdur. 

―Qırmızı ulduz‖ ordeni və medallarla təltif olunmuşdur.  

Cabbar Məcnunbəyov 1967-ci il fevralın  1-də vəfat etmişdir. 

Tərcümələri: ―Zəmanəmizin qəhrəmanı‖ romanı (1937),‖Tülkü və qazlar‖,  

―Başsız atlı‖ (roman) 



Kitabları: ―Böyük məhəbbət‖ (1950), ―Dostların kələyi‖ (1958), ―Sevdiyim qız‖ 

(1961), ―İldırım‖ (1987) və s. 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -  “Azərbaycan  yazıçıları    (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 

 


218 

 

 



22 İyun -  Şair Eldar Baxışın anadan olmasının 70 illiyi, (1947-1996) 

 

 



 

 

 



 

 

 



 

Eldar  Baxış   (Ağayev  Eldar  Baxış  oğlu)  Qubadlı   rayonunun   Diləli-

Müskanlı   kəndində    doğulmuşdur.  Burada    ibtidai  məktəbi,  Qubadlıda  isə 

onbirillik    məktəbi    bitirib,   ADU-nun  tarix  fakültəsində   təhsil  almışdır  (1965-

1969).  Bakı  kəndlərində  müəllimlik  etmiş,  öz  ərizəsi  ilə  bir  il  əsgəri  xidmətdə 

olmuşdur. Azərbaycan  Dövlət  Televiziya  və  Radio  Verilişləri  şirkətində kiçik 

redaktor,  redaktor  (1972-1988),  televiziyanın  ədəbi-dram  verilişləri  baş 

redaksiyasının  televiziya  tamaşaları  şöbəsinin  böyük  redaktoru  (1988-1990) 

vəzifələrində  çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini  yaratmış,  "Səs"  qəzetinin 

baş  redaktoru  olmuşdur  (1990-1992).  Yenidən  Azərbaycan  Televiziya  və  Radio 

Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin ictimai-siyasi şöbəsinin müdiri 

işləmişdir  (1992-1993).  Radionun  bilgi  və  uşaq  dünyası  verilişləri  Baş 

redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən). 

"Köynək"  adlı  ilk  şeiri 1966-cı  ildə "Azərbaycan  gəncləri"  qəzetində dərc 

olunmuşdur.  Həmin  vaxtdan  dövri  mətbuatda  müntəzəm  çıxış  etmişdir.  Əsərləri 

SSRİ 


və 

xarici 


ölkə 

xalqlarının 

dillərinə 

tərcümə 


olunmuşdur. 

Vladivostokda keçirilən Umumittifaq Poeziya Festivalında iştirak etmişdir (1985). 

Qardaş    xalqlar    ədəbiyyatından    seçmə    nümunələri    Azərbaycan  dilinə 

çevirmişdir.  Kukla  Teatrı  onun  "Məlikməhəmməd"  pyesini  səhnələşdirmişdir 

(1982). Bu pyes Mərdəkan Xalq Teatrı aktyorlarının  ifasında  Praqada  tamaşaya 

qoyulmuşdur.  Eyni  zamanda  xalq  teatrlarına Tbilisidə  keçirilən  Ümumittifaq 

baxışda    yüksək  mükafata  layiq  görülmüşdür. "Azərbaycan"  jurnalında çap 

etdirdiyi  "Qaravun dərənin dükançısı" (1981) onun ilk nəsr əsəridir. "Uzun Həsən" 

pyesi  Şuşa  Dövlət  Teatrında  tamaşaya  hazırlansa  da  erməni  təcavüzü  üzündən 

oynanılmamışdır.   Özbəkistanın  Ürək  Dostları  Klubunun  fəxri  üzvü  seçilmişdir 

(1992).  

Eldar  Baxış  1996-cı  il   mayın  22-də   Bakıda   vəfat  etmiş,  Xırdalan 

qəbristanlığında dəfn olunmuşdur. 

Kitabları: ―İydə çiçəyi‖ (1977), ―Üçtəpə  bayatıları‖ (1979) ―Allı qız, ballı qız, 

xallı qız‖ (1983), ―Ağ saçların işığı‖ (1985), ―Qara ilə Qaracanın nağılı‖ (1986), 

―Deyə bilmədiyim sözlər‖ (1988), , ―Atlı oğlanlar‖ (1990) və s. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

219 

 

25 iyun -  Yazıçı, dramaturq Hüseynbala Mirələmovun anadan olmasının  



                70 illiyi,  (1945) 

Yazıçı,    ssenarist,    millət  vəkili,    Azərbaycan    Dövlət 

Neft  Akademiyasında   kafedra  müdiri,  texnika   elmləri 

doktoru, 

professor, 

Azərbaycan 

Mühəndislər 

Akademiyasının 

müxbir 

üzvü, 


Rusiya 

Mədən 


Akademiyasının,   Azərbaycan   Yazıçılar   Birliyinin   və 

Azərbaycan    Jurnalistlər    Birliyinin    üzvü    Hüseynbala 

Mirələmov  çoxsaylı  elmi  və  bədii   əsərlərin   müəllifi, 

"Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" 

və  "Rəsul  Rza"  mükafatları  laureatı,  Fransa  Sənayeçilər  

Assosiasiyasının    "Napoleon"  qızıl  medalının    sahibidir.  

MDB  ölkələri  üzrə  8  dəfə  "İlin  direktoru"  adına  layiq 

görülmüşdür.  

Hüseynbala Mirələmov Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 

Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir. 

1965-ci  ildən  "Azərbaycan  pioneri"  qəzeti  redaksiyasının  baş  ədəbi  işçisi 

olmuşdur. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz Tikinti-

Quraşdırma  İdarəsində  iş  icraçısı,  baş  mühəndis  və  rəis  işləmişdir.  1986-cı  ildən 

"Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin 

rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini 

vəzifələrində  çalışmışdır.  1992-ci  ildən  biznes  fəaliyyəti  ilə  məşğul  olmuşdur. 

1996-cı  ildən  "Bakqaz"  İstehsalat  İdarəsi  rəisinin  müavini,  1998-ci  ildən 

―Azərbaycan  Qaz  Emalı‖  Açıq  Səhmdar  Cəmiyyətinin  sədri  olmuşdur.  Hazırda 

ARDNŞ  prezidentinin  müşaviridir.  Yeni  Azərbaycan  Partiyası  Xətai  rayon 

təşkilatının  sədridir.  2005-ci  il  noyabrın  6-da  33  saylı  Xətai  birinci  seçki 

dairəsindən  deputat  seçilmişdir.  Milli  Məclisin  Təbii  ehtiyatlar,  energetika  və 

ekologiya  məsələləri  daimi  komissiyasının  üzvüdür.  Azərbaycan-Amerika 

Birləşmiş  Ştatları,  Azərbaycan-Böyük  Britaniya,  Azərbaycan-Litva,  Azərbaycan-

Rusiya,  Azərbaycan-Türkiyə  parlamentlərarası  əlaqələr  üzrə  işçi  qruplarının 

üzvüdür. 

Kitabları: ―Tənha durna uçuşu‖ (1986), ―Amalın işığında‖ (2002),  ―Yaddan 

çıxmaz Qarabağ‖ (2002), ―Qayada çiçək‖ (2002), ―Xəcalət‖ (2002), ―Həqiqət‖ 

(2003), ―Daha bir ümid sabahı‖ (2003) və s. 

Filmoqrafiya: ―Tənha durna uçuşu‖ (film, 2003), ―Son arzu‖ (film, 2003), ―Yeni 

həyat, (2005) 



İnternetdə: www.az.wikipedia.orq 

Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



220 

 

27 İyun - Böyük maarifçi Həsənbəy Zərdabinin anadan olmasının  175 illiyi, 



                (1837-1907)   

 

      Həsən  bəy  Zərdabi  Azərbaycanın  görkəmli  ziyalısı, 

Moskva  Universitetini  namizədlik  diplomu  ilə  bitirən  ilk 

müsəlman məzunu, islam dünyasının ilk təbiətşünas alimi, 

Bakı  Gimnaziyasının  ilk  müsəlman  müəllimi  (1869), 

Azərbaycanda  və  bütün  müsəlman  Şərqində  islam 

xeyriyyəçilik 

hərəkatının 

banisidir 

("Cəmiyyəti-

Xeyriyyə", 1872).  H.Zərdabi 1873-cü ildə öz şagirdləri ilə 

birlikdə  Bakıda  Azərbaycan  dilində  ilk  teatr  tamaşası 

göstərmişdir.    O,  Azərbaycan  müəllimlərinin  birinci 

qurultayının  təşkilatçısı  və  qurultayın  sədri  (1906) 

olmuşdur. 

Həsən  bəy  Zərdabi  Göyçay  qəzasının  Zərdab  kəndində  anadan  olmuşdur.  İlk 

təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini 

isə  Tiflisdə  tamamlamışdır.  1861-ci  ildə  Moskva  Universitetinə  imtahansız  daxil 

olmuş,  dörd  il  sonra  həmin  universitetin  təbiət-riyaziyyat  fakültəsini  bitirmişdir. 

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Ana dilində 

qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy  Zərdabi hökumətə müraciət 

etmişdir. Bununla əlaqədar o, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 

22  iyulunda  Bakıda  qubernator  mətbəəsində  Azərbaycan  dilində  "Əkinçi" 

qəzetinin  nəşrinə  müvəffəq  olmuşdur.  Bu  qəzetlə  Azərbaycan  milli  mətbuatının 

əsası  qoyulmuşdur.  1875-ci  ilin  22  iyulundan  1877-ci  ilin  29  sentyabrına  qədər 

çapını davam etdirən "Əkinçi" ayda iki dəfə, 300-400 tirajla nəşr olunmuşdur. Bu 

illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. İlk mətbu orqan kimi "Əkinçi" 

öz  əsas  ideyasına  uyğun  olaraq  incəsənət  və  ədəbiyyata  da  aid  yeni  demokratik 

tələblər irəli sürürdü.  

1877-ci  il  sentyabrın  29-da  "Əkinçi"  öz  nəşrini  dayandırmağa  məcbur 

olmuşdur. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür 

yaşasa  da  xalqın  milli  və  müasir  ruhda  tərbiyə  olunmasında  çox  böyük  rol 

oynamışdır.  Maarifçi  və  demokratik  ideyaların  carçısı  olan  "Əkinçi"  realist 

Azərbaycan  ədəbiyyatının  inkişafında  müstəsna  xidmətlər  göstərmişdir.  Məhz 

buna  görə  də  belə  tərəqqipərvər  qəzet  mürtəce,  işğalçı  bir  rejimin  əsarəti  altında 

çox  yaşaya  bilmədi.  Gərgin  elmi  fəaliyyətlə  məşğul  olan  Həsən  bəy  Zərdabi 

həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 

28-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 


221 

 

30 İyun - Yazıçı, dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli  Axundovun 



                anadan olmasının  205 illiyi,  (1812-1878) 

 

Mirzə Fətəli Axundov Nuxa  (indiki Şəki)  şəhərində 



anadan olmuşdur. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi 

Azərbaycanın  müxtəlif  bölgələrində  yaşamışdır. 1825-ci 

ildə anası ilə Şəkiyə qayıtmışdır. Dövrünün  müasir  elmləri 

ilə  maraqlanan  Fətəli 1833-cü  ildə   Şəkidə  açılmış  rus 

məktəbinə    daxil    olmuş    və    bir    il    burada    təhsil  

almışdır. 1834-cü ildə o,  Tiflisə getmiş, Qafqaz canişininin 

baş  dəftərxanasında  mülki  işlər  sahəsində  Şərq  dilləri 

mütərcimi  təyin  olunmuş  və  ömrünün  sonuna  qədər  bu 

vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. 1851-ci 

ildə  Rus  Coğrafiya  Cəmiyyəti  Qafqaz  şöbəsinə  üzv  seçilən  Axundov  sonralar 

Qafqaz  Arxeoqrafiya  Komissiyasında  tədqiqat  işlərinə  cəlb  olunmuşdur. 

O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili 

Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.  

M.F.Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). 

O,  Azərbaycan  ədəbiyyatında  azad  düşüncə  tərzinin  ən  böyük  nümayəndəsidir. 

M.F.Axundov 1850-1855-ci  illərdə  özünün  məşhur  altı  komediyasını  yazmaqla 

nəinki Azərbaycan  ədəbiyyatında,  bütövlükdə Balkanlardan Hindistana qədərki 

türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. 

Mirzə  Fətəli  Axundov  1878-ci  ildə  Tiflisdə  vəfat  etmiş  və oradakı  Botanika 

bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.  

Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini 

göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya 

Mirzə  Fətəli  Axundov  dramaturgiyasının  ənənələri  işığında  inkişaf  etmişdir. 

Azərbaycan  teatrı Axundovun  ölməz  komediyaları  zəminində  yaranmışdır.  1873-

cü  ildə   Həsənbəy  Zərdabi,   Nəcəfbəy  Vəzirovla birlikdə Bakı məktəblərinin 

birində məşhur ―Hacı Qara‖ əsərinin tamaşasını göstərməklə, Azərbaycanda, həm 

də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur.  

2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə 

Fətəli  Axundov    haqqında    bioqrafik    bədii  film  çəkilmişdir.  "Sübhün  səfiri" 

adlanan  filmi    mütəfəkkirin    200    illik    yubileyi    münasibətilə    ekranlara  

çıxmışdır.   

Kitabları: ―Hacı Qara‖ 1850), , ―Müsyö Jordan və Dərvişi Məstəli şah‖  (1850), 

―Aldanmış kəvakib‖ (1857) və s.

 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

222 

 

İncəsənət 



17 İyun - Xalq artisti, müğənni Fidan Qasımavanın anadan olmasının 70 illiyi, 

                

(

1947) 

Fidan    Əkrəm  qızı  Qasımova    Bakıda   dünyaya 

gəlmişdir. Bülbül  adına  Musiqi  Məktəbini  bitirdikdən 

sonra    1966-cı  ildə   Ü.Hacıbəyli    adına  Azərbaycan 

Dövlət  Konservatoriyasına   daxil    olmuş,    məhz    parlaq 

istedadı  və zəhməti  sayəsində  eyni  vaxtda  iki  ixtisas - 

skripka  və  vokal  üzrə  təhsil  almışdır.  1974-cü 

ildə 


 Moskva 

Konservatoriyasının 

aspiranturasını 

bitirdikdən 

sonra 

 Bakıya 


 qayıtmış, 

həmin 


vaxtdan   M.F.Axundov  adına  Azərbaycan  Dövlət 

Akademik  Opera  və  Balet  Teatrının solisti  olmuş, 

həmçinin Azərbaycan 

Dövlət 


Konservatoriyasında  

(indiki  Bakı  Musiqi  Akademiyası)  dərs  deməyə  başlamışdır.  1992-ci 

ildənTürkiyənin İstanbul 

Dövlət 


Konservatoriyasının 

professorudur. 

F.Qasımovanın 2008-ci  ildə  ―Besame  mucho‖  adlı  albomu  buraxılıb.  ―Eta 

Production‖  studiyasında  yazılmış  disk  ölkənin  birinci  xanımı Mehriban 

Əliyevaya həsr  olunub.  Sənətkarın  adı  ―Dünyanın  100  qadını‖  kitabına  salınıb. 

Fidan  Qasımovanın  yaratdığı  unudulmaz  obrazlar  qalereyası  -  Dezdemona,  Aida 

(―Otello‖, "Aida", Cüzeppe Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san (―Toska‖, 

―Turandot‖, 

―Bohema‖, 

―Çio-Çio-san‖, Cakomo 

Puççini), 

Mikaela 


(―Karmen‖, Jorj  Bize),  Tatyana  (―Yevgeni  Onegin‖, Pyotr  Çaykovski),  Nigar 

(―Koroğlu‖, Üzeyir  Hacıbəyli),  Marqarita  (―Faust‖, Şarl  Fransua  Quno),  Sevil 

(―Sevil‖, Fikrət  Əmirov)  və  digərlərindən  ibarətdir.  Onun  zəngin  repertuarına 

Azərbaycan  bəstəkarlarından Üzeyir  Hacıbəyli, Asəf  Zeynallı, Qara  Qarayev,Arif 

Məlikov, Niyazi;  rus  bəstəkarlarından Mixail  Qlinka, Pyotr  Çaykovski, Sergey 

Raxmaninov;  Qərbi  Avropa  bəstəkarlarından  A.Stradella, İohan  Sebastyan 

Bax, Georq  Fridrix  Hendel və  başqalarının  kamera-vokal  əsərləri,  eləcə  də 

Azərbaycan  xalq  mahnıları  -―Laçın‖,  ―Qubanın  ağ  alması‖,  ―Girdim  yarın 

bağçasına‖ və s. daxildir.  

Azərbaycanın  opera  müğənnisi,  Azərbaycan  Respublikasının  Xalq  artisti 

(1982),  SSRİ  xalq  artisti  (1988),  Azərbaycan  Respublikasının  Dövlət  mükafatı 

laureatı  (1984)  Fidan  Qasımova  ―Şöhrət‖  (1997)  və  ―Şərəf‖  ordenlərinə  (2010) 

layiq görülüb. 

Filmoqrafiya:  “Kədərimiz...  Vüqarımız...‖  (film,  1998),  ―Maestro  Niyazi‖  (film, 

2007),  ―Rəşid  Behbudov  20  il  əvvəl‖  (film,  1996),  ―Torpaq.  Dəniz.  Od.  Səma‖ 

(film,  1967),  ―Üç  eskiz‖  (film,  1978),  ―Ürəkdən  ürəyə‖  (film,  2007),  ―Üzeyir 

ömrü‖ (film, 1981) və s.                                        



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 



223 

 

22 İyun -  Xalq artisti, müğənni Bülbülün anadan olmasının 120 illiyi,  



                (1897-1961) 

 

 

 



 

 

 



 

 

 



 

 

Bülbül    (Məmmədov    Murtuza    Məşədi    Rza    oğlu,    Bülbül    adı    ona  xalq 



tərəfindən  qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir) Şuşa yaxınlığında, 

hazırda Xankəndinin cənub  ərazisi  olan Xanbağı adlanan  yerdə  anadan  olmuşdur. 

Səhnə  fəaliyyətinə 1916-cı  ildən  başlamışdır. 1920-ci  ildən Azərbaycan  Dövlət 

Akademik  Opera  və  Balet  Teatrının  solisti  olmuşdur.  Fəaliyyətinin  ilk 

illərində Üzeyir  Hacıbəyovun "Leyli  və  Məcnun"  (İbn  Salam),  "Əsli  və  Kərəm" 

(Kərəm),  Z.Hacıbəyovun  "Aşıq  Qərib"  (Qərib)  operasında  oynamışdır. 1927-ci 

ildə Bakı  Konservatoriyasını  bitirmişdir.  Təhsilini  davam  etdirmək  üçün  dövlət 

xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını 

bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs 

deməyə  başlamışdır. 1932-ci  ildə  onun  təşəbbüsü  ilə Azərbaycan  Dövlət 

Konservatoriyası  nəzdində  xalq  musiqisini  öyrənən  elmi-tədqiqat  kabineti 

yaradılmışdır. 1945-ci  ildən  etibarən  Azərbaycan  xalq  musiqisinin  tədqiqi 

ilə Azərbaycan  Elmlər  Akademiyasının  İncəsənət  İnstitutu məşğul  olmağa 

başlamışdır. 1938-ci  ildə  SSRİ  Xalq  artisti  adına  layiq  görülmüşdür. 1940-cı 

ildə professor seçilmişdir. 1950-ci  ildə  SSRİ  Dövlət  Mükafatı  laureatı 

olmuşdur. Azərbaycan  SSRİ  Ali  Sovetinin deputatı  seçilmişdir.  SSRİ-nin  2 

dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı Ordeninə, "Şərəf nişanı" ordeninə, 

İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.  



   Bülbül  26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri 

Xiyabandadır. Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını 

daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi 

məktəbi fəaliyyət göstərir. 



Oynadığı əsas partiyalar: Ü.Hacıbəyov: Koroğlu- "Koroğlu", Əsgər – "Arşın mal 

alan",  Qərib  –  R.M.  Qlier,  "Şahsənəm",  Əlyar  – Müslüm  Maqomayev,  "Nərgiz", 

Nizami  – Əfrasiyab  Bədəlbəyli,  "Nizami",  Fərhad  – Niyazi,  "Xosrov  və  Şirin", 

Aslan  – Qara  Qarayev və Cövdət  Hacıyev,  "Vətən",  Mario  – Cakomo  Puççini, 

"Toska" və s. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 


224 

 

25 İyun - Xalq artisti Sona Hacıyevanın anadan olmasının  110 illiyi,  



               (1907-1979) 

Sona  Salman  qızı  Hacıyeva  Şəkidə  dünyaya  gəlmişdir. 

1923-cü  ildə  S.Hacıyeva   Azərbaycan  Dövlət  Dram  Teatrının 

səhnəsində  ilk  rolunu  ifa  etmişdir. Əbdürrəhim  bəy 

Haqverdiyevin "Pəri-Cadu"  əsərində  yaratdığı  Səlimə  rolu 

teatrın  direktoru   Rza  Təhmasibin çox  xoşuna  gəlmişdir. 

Sonralar  Sona  Hacıyeva uzun  illər  bu teatrda  çalışaraq  müasir 

və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb 

edən  obrazlar  yaratmışdır.  Sona  Hacıyevanın  yaratdığı  Leyli, 

Əsli,  Asya,  Şahsənəm  maraqla  qarşılanmışdır.    Qeyd  edək  ki, 

həmin  vaxta  kimi  operada  qadın  rollarını  ancaq  kişilər 

oynayırdılar.  Sona  Hacıyeva 1920-ci  ildən  ömrünün  sonuna 

(1979)  kimi  Dövlət  Dram  Teatrının  səhnəsində  Azərbaycanın  klassik 

dramaturqlarından  tutmuş  müasirlərinə  kimi,  eləcə  də  dünya  dramaturqlarının 

əsərlərində müxtəlif obrazlar yaratmışdır. Mirzə Fətəli Axundov,  Əbdürrəhim bəy 

Haqverdiyev, Cəlil 

Məmmədquluzadə,   Hüseyn  Cavid,   Süleyman  Sani 

Axundov,   Cəfər  Cabbarlı,   Səməd  Vurğun,   Mirzə  İbrahimov,   Mehdi 

Hüseyn,   Zeynal  Xəlil,   Sabit  Rəhman,  İslam  Səfərli kimi  dramaturqların 

əsərlərində  müxtəlif  obrazlara  səhnə  həyatı  vermiş  Sona  Hacıyeva  dövrünün 

görkəmli  teatr  xadimləri  ilə  tərəf  müqabil  olmuşdur.  "Qızmar  günəş  altında", "O 

olmasın,  bu  olsun","Səhər" filmlərinə  çəkilən  Sona  Hacıyeva  milli  Azərbaycan 

kinosunun tarixində də böyük xidmətlərin sahibidir. Onun bu əməyi hələ o dövrdə 

"Şərəf nişanı" ordeni və başqa medallarla qiymətləndirilmişdir. 



Filmoqrafiya:  ―Bəxtiyar‖  (film,  1955),  ―Bismillah‖  (film,  1925),  ―Əmək  və 

qızılgül‖  (film,  1962),  ―Qızmar  günəş  altında‖  (film,  1957),  ―Min  birinci  söz‖ 

(film,  1997),  ―O  olmasın,  bu  olsun‖  (film,  1956),  ―Prima‖  (film,  1992),  ―Səhər‖ 

(film, 1960), ―Sən niyə susursan?‖ (film, 1966), ―Telefonçu qız‖ (film, 1962) və s. 



 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

225 

 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin