Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

 

 



 

 


189 

 

Xarici ədəbiyyat 

 

2 May - Avstraliya yazıçı Alan Marşallın anadan olmasının 115 illiyi, 

              (1902-1984) 

 

Avstraliya yazıçı və publisisti Alan Marşall altı yaşında polimielit xəstəliyi 

keçirmiş,  əlil  qalmışdır.  Bu,  onun  həyatına  və  ədəbi  karyerasına  təsir  etmişdir. 

1920-ci  illərdə  ədəbi  yaradıcılığa  başlamışdır.  Yazıçının  ən  məşhur  kitablarından 

olan  ―Mən  gölməçələrdən  tullanmağı  bacarıram‖  (1955)  onun  avtobioqrafik 

trilogiyasının  ilk  hissəsidir.  Digər  iki  kitab  isə  ―Hər  yerdə  bitən  ot‖  (1962)  və 

―Mənim qəlbimdə‖ (1963) adlanır. Kitabın qəhrəmanları və hadisələrin baş verdiyi 

məkanlar  real  insanlar  və  yerlər  olmuşdur.  Yazıçı  həmçinin  Avstraliya 

aborigenlərinin əfsanələrini toplamış və nəşr etdirmişdir.  

Alan Marşall 1984-cü il yanvarın 21-də vəfat etmişdir. 

  

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


190 

 

19 (31) May - Rus yazıçısı Konstantin Georgiyeviç Paustovskinin anadan 



                        olmasının 125 illiyi, (1892-1968) 

Rus  sovet  yazıçısı,  rus  ədəbiyyatının  klassiki  Konstantin  Georgiyeviç 

Paustovski Moskvada anadan olmuşdur. 1898-ci ildə ailəsi ilə Ukraynaya köçmüş, 

1904-cü  ildə  Kiyevdə  gimnaziyaya  daxil  olmuşdur.  1912-ci  ildə  oranı  btirdikdən 

sonra Kiyev Universitetinin tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. I Dünya 

Müharibəsi  başladığı  zaman  Moskvaya  qayıtmış,  müxtəlif  işlərdə  çalışmışdır. 

1930-cu  illərdən  ―Pravda‖  qəzetində,  ―30  gün‖  və  digər  jurnallarda  jurnalist  kimi 

fəaliyyət göstərmiş, çoxlu səyahət etmişdir.  1928-ci ildə ilk hekayələr toplusu olan 

―Qarşı  gəmilər‖  çapdan  çıxmışdır.  1931-ci  ildə  ―Kara-Buqaz‖  povesti  ilə  ədəbi 

yaradıcılıq fəaliyyətini seçmiş və peşəkar yazıçı olmuşdur. 

1932-ci  ildə  ölkənin  şimalına  səfər  etmiş  və  bu  səfərin  təəssüratları  ―Şarl 

Lonsevilin  taleyi‖,  ―Göl  cəbhəsi‖ povestləri  və  oçerklərdə öz əksini tapmışdır.  II 

Dünya  Müharibəsi  zamanı  bir  müddət  hərbi  müxbirlik  etmiş,  sonra  yeni  pyesi 

üzərində işləməsi üçün ailəsi ilə birgə Alma-Ataya göndərilmişdir. Burada o, ―Nə 

qədər  ki,  ürək  vurur‖  pyesini,  ―Vətənin  tüstüsü‖  romanını,  bəzi  hekayələrini 

qələmə  almışdır.  1950-ci  illərin  ortalarında  Paustovski  dünya  tərəfindən 

tanınmışdır. Avropaya səyahət imkanı qazanan yazıçı bir çox ölkələrdə olmuş, bir 

müddət  Kapri  adasında  yaşamışdır.  1965-ci  ildə  Nobel  mükafatına  mümkün 

namizədlər sırasında olmuş, amma mükafat M.Şoloxova verilmişdir.  

Görkəmli  yazıçı  Konstantin  Georgiyeviç  Paustovski  1968-ci  il  iyulun  14-də 

Moskvada vəfat etmişdir.  

K.G.Paustovski  özündən  sonra  çox  böyük  ədəbi  irs  qoymuşdur.  ―Kolxida‖, 

―Qara  dəniz‖,  ―Şimal‖,  ―Meşera  diyarı‖,  ―Qızılgül‖  povestləri,  6  kitabdan  ibarət 

avtobiqrafik  ―Həyat  haqqında  povest‖  əsəri  və  s.  böyük  yazıçının  adını  daim 

yaşadacaq dəyərli ədəbi nümunələrdir. Onun əsərləri ekranlaşdırılmış, bu əsərlərin 

motivləri əsasında filmlər, seriallar və cizgi filmləri çəkilmişdir. 

 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 



 

 


191 

 

 



İncəsənət 

 

2 May -  Əməkdar artist, dramaturq Məcid Şamxalovun anadan olmasının 

               110 illiyi, (1907-1984) 

 

 



 

 

 



 

 

 



 

 

 



Məcid    Baba  oğlu  Şamxalov  Ağdam  rayonunun  Gülablı  kəndində  anadan 

olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə  Bakıya köçmüşlər. 

Burada S.S.Axundovun rus-tatar məktəbini bitirmişdir. M.F.Axundov adına Dövlət 

Teatr  Texnikumunda  təhsil  aldıqdan  sonra  (1924-1926)  taleyini  milli  səhnəyə 

bağlamış,  Azərbaycan  Akademik  Dram  Teatrında  aktyor  işləmişdir.  İlk  ədəbi-

ictimai  fəaliyyəti  "Damğa"  tənqid-təbliğ  teatrında  rejissorluğu  dövründə  kiçik 

həcmli  əsərlər  yazması  ilə  başlamışdır.  Onun  ilk  əsəri  "Mənzər"  1955-ci  ildə 

Azərbaycan  Dövlət  Nəşriyyatında  çap  olunmuşdur.  Gənc  məzhəkəçilərin 

respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. 

 Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir. 

 

Kitabları: 

―Mənzər‖ (1957), ―Qayınana‖ (1964) və s. 



Filmoqrafiya:  ―Qız  qalası  əfsanəsi‖  (1923),  ―Lətif‖  (1930),  ―Məhəbbət‖  (1935), 

―Bakılılar‖ (1938), ―Qara daşlar‖ (1956), ―Qaynana‖ (1978) və s. 

 

İnternetdə: www.az.wikipedia.orq 

 

 

 



 

 

 

 

 

 

 

192 

 

12 May - Xalq artisti, bəstəkar Səid Rüstəmovun anadan olmasının 110 illiyi 



                (1907-1983)

 

 

Səid  Əli  oğlu  Rüstəmov  İrəvan  şəhərində anadan 

olmuşdur.  1924-cü  ildə  musiqi  məktəbinin  xalq  çalğı 

alətləri şöbəsinə qəbul olunub. 1926-cı ildə Müəllimlər 

Seminariyasını  bitirdikdən  sonra   19  nömrəli  birinci 

dərəcəli  məktəbə  müəllim  təyin  olunub.  1932-ci  ildə 

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Musiqi 

məktəbləri  üçün  "Not  savadı"  dərsliyinin  əsas 

tərtibçilərindən  biri  olanda  da,  ilk  "Tar  məktəbi"  dərs 

vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla 

çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və 

baş  dirijorunun  köməkçisi,  sonralar  isə  orkestrin  bədii 

rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və 

rəqs ansamblının (1945), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (1951) 

rəhbəri  vəzifəsində  çalışanda  da  öyrətmək  məharəti  ilə  tanınan  pedaqoq  kimi 

fərqlənmişdir. Dahi Üzeyir Hacıbəyovun vəfatından sonra Azərbaycan Bəstəkarlar 

İttifaqının  sədri  vəzifəsinə  seçilməsi  və 1953-cü  ilədək  həmin  postda  ustad 

müəllimin  adına  layiq  çalışması  onun  həm  də  ictimai  xadim  kimi  yetişməsini 

göstərirdi.  S.Rüstəmov  dəfələrlə  Bakı  şəhər  Sovetinə  deputat  seçildiyi  illərdə  də 

zəhmətkeşlərin  mədəni  həyat  səviyyəsinin  yüksəlməsi  naminə  yorulmadan 

çalışmışdır.  Bəstəkar,  dirijor,  pedaqoq,  Əməkdar  incəsənət  xadimi  (1938),   SSRİ 

Dövlət mükafatı laureatı (1951), Azərbaycanın Xalq artisti (1957) S.Rüstəmov üç 

dəfə Qırmızı  Əmək  Bayrağı  ordeni vəXalqlar  Dostluğu  ordeni və  bir  sıra 

medallarla təltif olunmuşdur. O, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii 

rəhbəri və dirijoru (1935-1975) idi. 

Səid Rüstəmov 1983-cü il iyun 10-da, 76 yaşında vəfat etmişdir.  

Əsərləri:"Alma","Ana  məktəb","Azərbaycan  melodiyası‖,  "Dağlar",  "Dəstə 

rəhbəri",  "Düşərgəmiz","Getmə",  "Gəlin  baxçamıza",  "Gün,  çıx",  "Keçi", 

"Kəndimiz‖,"Maral",  "Qaytağı",  "Qış  baba",  "Quzum"  ,  "Saat",  "Səhər  nəğməsi" 

və s. 


 

İnternetdə: www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

193 

 

 



15 May - Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasının  95 illiyi, 

                (1922-1995) 

 

Rauf  Soltan  oğlu  Hacıyev  Bakı  şəhərində  anadan 



olmuşdur.  Üç  yaşınadək  gözləri  görməyib, 

sonrandan  görmə  qabiliyyəti  bərpa  olunub.  Onun 

musiqi  istedadı  erkən  yaşlarından  özünü  büruzə 

vermişdir. 

Raufun 

bəstəkarlıq 



sahəsində 

formalaşmasında   Üzeyir    Hacıbəyovun   mühüm 

rolu  var.  Belə    ki,    Raufun  fortepiano  üçün 

pyeslərini ("Tarantella",  "Dağıstan",  "Ləzgihəngi") 

dinlədikdən    sonra  dahi  bəstəkar  onun  fitri 

istedadını  yüksək  qiymətləndirmiş  və  ilyarım 

onunla    məşğul    olandan    sonra    Rauf  bir  neçə 

mahnı  bəstələmişdir.  Həmin  mahnılardan  xüsusilə 

"Samur",  "Mingəçevir",  "Gənclik  marşı"  ona  şöhrət  gətirmişdir.  Ilk  gənclik 

məhsulu  olan  bu  mahnılardan  sonra  mahnı  janrı  R.  Hacıyevin  yaradıcılığında 

aparıcı  əhəmiyyət  kəsb  etmişdir.  Xüsusilə  bəstəkarın  həm  ifaçılar,  həm  də 

musiqisevərlər  arasında  aşağıdakı  mahnıları  daha  çox  populyarlıq  qazanmışdır: 

"Sevgilim",  "Mənim  Azərbaycanım",  "Lirik  mahnı",  "Bahar  gəlir",  "Sevimli 

şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və  sair. O, 

15-ə  qədər filmə  ("Əhməd  hardadır",  "Mən  rəqs  edəcəyəm",  "Bir  qalanın  sirri", 

"Kölgələr  sürünür",  "Qara  daşlar"  və  s.)  musiqi  yazmışdır.  Bu  filmlərdə  musiqi 

obrazların  dolğun  təcəssümü,  səmimiyyəti,  gözəl  melodikliyi,  şəffaf 

orkestrləşdirməsi ilə fərqlənir. R. Hacıyev 7 operetta yazmışdır. O, 1964-cü ildə 

M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə 

isə  Azərbaycan  Respublikasının  mədəniyyət  naziri  təyin  olunmuşdur.  Nazir 

işlədiyi  illərdə  onun  təşəbbüsü  ilə  Azərbaycan  Dövlət  Xor  Kapellası,  Mahnı 

Teatrı,  Azərbaycan  Dövlət  Rəqs  Ansamblı,  eləcə  də  dünyada  birinci  Xalça 

Muzeyi  açılmışdır.  Azərbaycan  Bəstəkarlar  İttifaqının  V  qupultayında  İdarə 

Heyətinin  birinci  katibi,  VI  qurultayda  isə  İdarə  Heyətinin  katibi  seçilmişdir.  R. 

Hacıyev SSRİ xalq artisti (1978 adına layiq görülmüşdür. 

Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da Bakıda vəfat etmişdir.  

 

Əsərləri:      Baletlər-  "Yallı"  (1969),  "Ləzgihəngi"  (1969),  "Azərbaycan  süitası", 

"Üç inqilab" (1973), "Alov"; Simfonik poemalar-  "Şeyx Sənan" (1982), "Səbuhi" 

(1983),  "Həzi  Aslanov"  (1984),  "Səməd  Vurğun"  kantatası;  Fortepiano  üçün  3 

pyes: "Taratella", "Dağıstan", "Ləzginka";  



Filmoqrafiya: ―Abşeron ritmləri‖ (film, 1970), ―Azərbaycan elləri‖ (film, 1976). 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 

 

194 

 

 



20 May - Xalq artisti, müğənni Həqiqət Rzayevanın anadan olmasının  

                110 illiyi, (1907-1969) 

 

 

 



 

 

 



  

 

 



Azərbaycan  səhnəsində  çıxış  edən  ilk  qadın  müğənnilərimizdən  biri  - 

Həqiqət Əli qızı Rzayeva Lənkəran rayonunun kiçik kəndlərindən birində anadan 

olmuşdur.  Azərbaycan sovetləşəndən  sonra  isə  onun  ailəsi Bakıya köçür.  Gənc 

Həqiqət də operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən 

sonra  yaranır.  Bəstəkar Müslüm  Maqomayev  səsini  yoxlayandan  sonra 

onu Azərbaycan Opera  Teatrında  işə  götürür.  Ailəsinin  narazı  olmasına 

baxmayaraq, Həqiqət xanım Opera Teatrına ömürlük bağlanmış olur. 1928-1932-ci 

illərdə Azərbaycan Dövlət  Konservatoriyasının  muğam  şöbəsində oxuyur.  Burada 

o, Cabbar  Qaryağdıoğlu, Seyid  Şuşinski və Qurban  Pirimovdan dərs  alır. 1927-

1952-ci  illərdə  Opera  və  Balet  Teatrının  solisti,  muğam  və  xalq  mahnılarımızın 

ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev), Leyli, Əsli, 

Telli  ("Leyli  və  Məcnun",  "Əsli  və  Kərəm",  "Arşın  Mal  Alan"  - Üzeyir 

Hacıbəyov),  Şahsənəm  ("Aşıq  Qərib"  - Zülfüqar  Hacıbəyov)  onun  yaratdığı  əsas 

səhnə  obrazlarıdır.  Rzayeva  az  filmdə  çəkilmişdir.  Lakin  bu  filmlərə  baxdıqda 

onun  nəinki  bir  opera  müğənnisi,  həmçinin,  çox  istedadlı  bir  kino  aktrisası 

olduğunu da görürük. "Ögey ana" filmində Qəmər xala obrazı buna yaxşı misal ola 

bilər.  Həqiqət  Əli  qızı  Rzayeva  Azərbaycanın  xalq  artisti  (1946)  adına  layiq 

görülmüşdür. 

Həqiqət Rzayeva 2 avqust 1969-cu ildə Bakıda vəfat etmişdir.  

Filmoqrafiya: ―Lətif‖  (film, 1930),  ―İsmət‖ (film, 1934)-Həqiqət, ―Dostlar‖ 

(film, 1934)-Ana,‖ Ögey ana‖ –Qəmər xala (film, 1958), ―Muğamlar‖ (film, 1965), 

―Üzeyir ömrü‖ (film, 1981) və s.  

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 



195 

 

22 May - Xalq artisti, bəstəkar Aqşin Əlizadənin anadan olmasının  80 illiyi, 



                (1937-2014) 

 

Aqşin Əliqulu oğlu Əlizadə  Bakıda anadan olub.  



Bakı  Konservatoriyasını, Cövdət  Hacıyevin bəstəkarlıq 

sinfini bitirib (1962). Tələbə vaxtı yazdığı sonata Gənc 

Bəstəkarların  I  Ümumittifaq  Müsabiqəsində  I  dərəcəli 

diploma  (1962),  sonra  yazdığı  Birinci  simfoniya 

"Zaqafqaziya  Baharı"  festivalında  I  diploma  layiq 

görülüb.  16  simli  alətlər  üçün  yazılan  "Ekspressiya" 

əsəri  aleatorik  və  sonor  texnikası  üçün  maraqlı 

təcrübədir.  "Bayatılar"  əsəri  Azərbaycan  musiqisində 

özünəməxsus  eksperiment  olaraq,  daha  çox  monodik 

xarakter  daşıyır.  Aqşin  Əlizadənin  yaradıcılığının 

ümumi  cəhətləri  virtuoz  etnoqrafizm,  dərin  fəlsəfi 

ümumiləşdirmə, emosional genişlik, konstuktivlik, şərqsayağı əlvan dekor və ciddi 

forma  mütənasibliyidir.  Əsas  əsərləri  "Babək"  baleti,  "Qаfqаzа  səyаhət"  baleti, 

"Ümid  vаlsı"  baleti,  5  simfoniya,  xor  üçün  "Bayatılar",  "Təntənə",  "Azərilər" 

kantatası,  "Ana  torpaq",  "Qədim  lay-lay",  kamera  orkestri  üçün  "Pastoral", 

"Aşıqsayağı",  "Cəngi",  "Kənd  suitasi",  "Uşaq  süitasi",  fortepiano  üçün  sonata, 

"Dastan",  "Qədim  oyunlar",  "Portret",  xoreoqrafiq  simfoniya  və  s.  50-dən  artıq 

bədii  film,  cizgi  filmi  və  tamaşaya  musiqi  yazıb.  Xalq  artisti,  professor, 

Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978)  A. Əlizadə "Şöhrət" və "Şərəf" 

ordenlərinə layiq görülüb.  

   Aqşin Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.  

Baletlər: "Babək" (1979), "Qafqaza səyahət" (2002), "Ümid valsı" (2008) 

Orkestr üçün bəstələr: Beş simfoniya, Skripka ilə orkestr üçün konsert, Violonçel 

ilə orkestr üçün poema və s.  

Kamera əsərləri: Kamera simfoniyası, "Kənd süitası", "Uşaq süitası", "Pastoral" 

"Aşıqsayağı", "Cəngi", "Abşeron lövhələri", "Şirvan lövhələri", Skripka və 

fortepiano üçün "Portret", Fortepiano üçün "Dastan" Fortepiano üçün "Köhnə 

oyunlar", Skripka və orqan üçün "Dialoq" və s. 



Vokal-simfonik əsərləri: "Azərilər" və "Təntənə" kantatası, "Ana torpaq" odası, 

"Bayatılar" (xor tsikli a capella), "Qədim laylay" (a capella xoru üçün), 

"Yumoreska" (uşaq xoru üçün) və s.  

Filmoqrafiya: “Axtarış həvəsi‖ (film, 1970), ―Fitnə‖ (film, 1970), ―Dəmirağac‖ 

(film, 1971),‖ Torpaq patriarxları‖ (film, 1971), ―Tülkü həccə gedir‖ (film, 1971), 

―Çaqqal oğlu çaqqal‖ (film, 1972), ―Qızıl qaz‖ (film, 1972), ―Bulud niyə ağlayır?‖ 

(film, 1973) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

196 

 

31 May - Xalq artisti, müğənni Sara Qədimovanın anadan olmasının 95 illiyi, 



               (1922-2005) 

 

Sara  Qədimova     Bakıda   anadan  olub.  Əslən 

Ağdamın 

Abdal-Gülablı 

kəndindəndir. 

 

Əmək 



fəaliyyətinə 1941-ci  ildə  Müslüm  Maqomayev  adına 

Azərbaycan  Dövlət  Filarmoniyasının  solisti  kimi  başlayan 

Sara  xanım  nadir  istedadı  sayəsində  qısa  müddət  ərzində 

müğənni  kimi  tanınıb,  dinləyicilərin  böyük  məhəbbətini 

qazanıb.  Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrında 

aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera 

səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb.  

Onun  oxuduğu  "Bayatı-Şiraz",  "Şur",  "Şahnaz",  "Qatar", 

"Mahur-hindi",  "Xaric  segah"  muğamları  və  müxtəlif   Azərbaycan  xalq 

mahnıları  ifaçılıq  sənəti  tariximizə  qızıl  hərflərlə  yazılıb. Müğənninin ifasında 

"Qarabağ  şikəstəsi"  isə Azərbaycan  musiqisi tarixində  özünəməxsus  yer  tutur. 

Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara xanım ifa üslubu ilə milli 

musiqi  xəzinəmizi  zənginləşdirən  böyük  sənətkarlardan  olub,  dərin  tarixi  köklərə 

və  ənənələrə  malik  Azərbaycan  xanəndəlik  məktəbində  layiqli  yer  tutaraq,  onun 

inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü 

emosional  təsir  yaratmaq  bacarığı  Sara  Qədimova  yaradıcılığının  xarakterik 

xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının 

başlıca  qayəsi  Azərbaycan  mədəniyyətinə  xidmət  göstərmək  olub.  Sara 

Qədimovanın  milli  musiqimizə  hədsiz  sədaqətlə  səciyyələnən  həyat  yolu  gənc 

xanəndələr  nəsli  üçün  daim  örnəkdir.  Milli  mədəniyyətimizi  dəfələrlə  xarici 

ölkələrdə  böyük  uğurla  təmsil  etmiş  Sara  Qədimova  Azərbaycan  xalq  musiqisini 

müxtəlif  xalqların  nümayəndələrinə  sevdirə  bilib  və  çıxış  etdiyi  ən  mötəbər 

səhnələrdə  dərin  rəğbətlə  qarşılanıb.   Sara  xanım  SSRİ-nin  "Şərəf  nişanı", 

Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir. 

Sara Qədimova 2005-ci il may ayının 12-də vəfat etmişdir. 

 Əsas  rolları:  "Leyli  və  Məcnun  (opera)"  operasında  Leyli,  "Əsli  və  Kərəm" 

operasında Əsli, "Aşıq Qərib" operasında Şahsənəm 

Filmoqrafiya: ―Qayğı‖ (film, 1943),‖ Sara Qədimova‖ (film, 2003) 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 

197 

 

Milli qəhrəmanlar zirvəsi 



17 May - Azərbaycanın Milli Qəhrəmanı Şükürov Şahlar Əvəz oğlunun 

                anadan olmasının  65 illiyi, (1952-1990) 

 

 

  



 

 

 



 

 

 



 

 

Şahlar  Şükürov   Kəlbəcər  rayonunun   Zülfüqarlı  kəndində  anadan  olmuşdur. 



Məktəbi  bitirdikdən  sonra Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitutuna daxil 

olmuşdur. 1972-ci  ildə  təhsilini  başa  vurduqdan  sonra  hərbi  xidmətə  getmişdir. 

Ordudan  tərxis  edildikdən  sonra Ucar  rayonu   Daxili  İşlər  Şöbəsində 

çalışmışdır. 1986-cı  ildə  Rostov  Ali  Polis  Akademiyasını  bitirmişdir.    Polis 

mayoru   Şahlar  Şükürov  Zərdab  rayonunda rəis  müavini  vəzifəsində  çalışmışdır. 

O,  tez-tez  döyüş  bölgələrinə  getmiş,  torpaqlarımızın  bütövlüyü  uğrunda  qaynar 

döyüşlərə atılmışdır. 1990-cı ilin 11 iyulunda Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən 

maşın  karvanı  erməni  işğalçılarının  hücumuna  məruz  qalmışdır.  Bu  zaman  son 

nəfəsinədək  vuruşan  Şahlar  Şükürov  qəhrəmancasına  həlak  olmuşdur.  Şahlar 

Şükürov  Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib. Ailəli idi, iki övladı 

yadigar qalıb. 

Azərbaycan  Respublikası  Prezidentinin 8  oktyabr 1992-ci  il  tarixli  264  saylı 

fərmanı  ilə  Şükürov  Şahlar  Əvəz  oğlu  ölümündən  sonra  "Azərbaycanın  Milli 

Qəhrəmanı" adına layiq görülmüşdür. 

Zərdab rayonunda adına küçə var. Buradakı məktəblərdən biri onun adını daşıyır. 

Sən mənə anasan, anamdan əziz, 

Sənə məhəbbətim dənizdir, dəniz. 

Ömrümün bir anı keçməsin sənsiz, 

Ey mənim varlığım, qəlbim, vicdanım, 

Mən sənə qurbanam, Azərbaycanım! 

                                                                                     Solmaz Şirin 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 



198 

 

22 May - Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Mərifət Əhməd oğlunun 



                anadan olmasının 45 illiyi, (1972-1992) 

  

Qazax 



rayonunun  

Məzəm  kəndində  anadan 

olmuşdur.   1979-1989-cu  illərdə  Qazax  rayon  kənd 

məktəbində  təhsil  almışdır. 1990-cı  il  hərbi  xidmətə 

çağırılır.  Sovet  ordusunda  xidmət  edir  və  1  ildən  sonra 

Vətənə 


qayıdır. 

Mərifət 


könüllü 

olaraq  


Milli 

Orduya  yazılır və  onun  cəbhə  həyatı başlayır. İlk gündən 

qorxmazlığı,  mərdliyi  cəbhədə  ona  hörmət  qazandırmışdı. 

Döyüşlərdə  ön  cərgədə  olar,  rəşadətlə  vuruşardı. 1992-ci 

ilin   28  yanvarında   Mərifətin    son    döyüşü  oldu.   Qazax 

rayonunun   Quşçu  Ayrım   kəndində    gedən  qanlı  döyüşdə 

qəhrəmancasına həlak oldu. Subay idi.  

Azərbaycan  Respublikası  Prezidentinin 7  iyul 1992-ci  il  tarixli  833  saylı  fərmanı 

ilə  Nəsibov  Mərifət  Əhməd  oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli 

Qəhrəmanı" adı verilmişdir. 

Qazax    rayonunun   Məzəm   kəndində    dəfn    edilmişdir.  Qazax  rayonundakı  

Heydər  Əliyev  adına  parkda  onun  adına  bulaq  tikilmişdir.  2013-cü  ildə  onunla 

yanaşı   Qazax  rayonundan   olan  digər  iki  Milli  Qəhrəman  -  Rafiq 

Alıcanov   və   Şamoy    Çobanovun   həyat    və    döyüş    yollarından    bəhs  

edən  "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.   

2015-ci  ildə Qazax və Ağstafada doğulub  boya-başa  çatmış  üç  igidin  —

 Mərifət  Nəsibov, Rafiq  Alıcanov və Şamoy  Çobanov haqqında  ―İZ  Production‖ 

studiyası  tərəfindən  ―Ölümə  qənşər‖  adlı  bədii-sənədli  film  çəkilmişdir.  Ekran 

əsərində  onların  döyüş  yolundan  söz  açılıb,  yaxın  dostlarının,  ailə  üzvlərinin  və 

qohumlarının xatirələrinə yer verilib.  



                             Qəhrəman Mehdilərə

 

 

 

Həzilərə həsədim, 

                         Cəbhələrdən dönməyən 

                             Atalara həsrətim –  

                            Hərbi andımdır mənim. 

                                                                                  Ələmdar Quluzadə 

 

 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin