Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

Filmoqrafiya:  “Bakıda  küləklər  əsir‖  (film,  1974),  ―Əgər  bir  yerdəyiksə‖  (film, 

1975),  ―İşarəni  dənizdən  gözləyin‖  (film,  1986),  ―Mücrü‖  (film,  1973),  ―Onun 

bəlalı  sevgisi‖  (film,  1980),  ―Sehrlənmiş  küpə‖  (film,  1979),  ―Yeddi  oğul 

istərəm...‖ (film, 1970), ―Yenilməz batalyon‖ (film, 1965) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

151 

 

30 Aprel - Xalq artisti, tarzən Ramiz Quliyevin anadan olmasının  70 illiyi, 



                 (1947) 

Ramiz  Quliyev  Ağdamda anadan  olub.  1954-cü  ildə 

Ağdam  şəhər  7  illik  musiqi  məktəbinə,  1960-cı  ildə Üzeyir 

Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə daxil 

olub.  1964-69-cu  illərdə  Ü.Hacıbəyov  adına  Azərbaycan 

Dövlət  Konservatoriyasında tar  və   dirijorluq ixtisasları  üzrə 

təhsil  alıb.  Ağdam    Orta    İxtisas    Musiqi    Məktəbində  

oxuduğu  illərdə  "Şur"  xalq    çalğı    alətləri    ansamblının  

tərkibində    bir  çox   müsabiqə   və   festivallarda,    1961-ci 

ildə  Moskvada  keçirilən  Xalq  Təsərrüfatı Nailiyyətləri   Sərgisində  iştirak  edib,  

medal  və  fəxri  fərmanlarla  təltif  olunub.      Rayon  Pionerlər  Evində tar ixtisası  üzrə 

dərnək  rəhbəri  və Əbdürrəhim  bəy  Haqverdiyev adına  Ağdam  Dram  Teatrında 

musiqi hissə müdiri olub.  

1963-64-cü  illərdə  Ağdam  1  saylı,  1965-1974-cü  illərdə   Bakı 1  və  20  saylı 

musiqi  məkləblərində,  1974-92-ci  illər  ərzində  Ü.Hacıbəyov  adına  Azərbaycan 

Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, 

baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 

Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tun

is, AFR, Hindistan, ABŞ, Kanada,  Danimarka,  İran,  İraq,  Fransa,  İngiltərə,  İsrail, 

Norveç  və  s.  ölkələrdə  konsertlər  verib.  1988-ci  ildə YUNESKO xətti  ilə  ABŞ-da 

keçirilən Beynəlxalq Folklor Festivalında xüsusi diploma layiq görülüb. 1989-cu ildə 

"Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsert 

verib. 1964-94-cü  illərdə  M.Maqomayev  adına Azərbaycan  Dövlət  Filarmoniyasının 

və Dövlət Konsert Birliyinin solisti olub. 1978-ci ildə Respublika Lenin Komsomolu 

Mükafatı laureatı, 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti adlarına layiq 

görülüb.  1994-cü  ildə  Türkiyənin İzmir şəhərinin  Ege  Universıtetində,  1997-ci  ildə 

İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət 

Universitetində  "ustad  dərsləri"  verib.  1981  və  1984-cü  illərdə  XVIII  və  XIX 

çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib. 1993-cü ildə "Humay" Milli 

mükafatına, 2001-ci ildə "Simurq‖ milii mükafat fondunun təsis etdiyi "XXI əsrin ilk 

laureatları - ali dərəcəli mükafatı - "İlin fədakar sənətçisi" fəxri adına layiq görülüb. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

 

152 

 

Milli qəhrəmanlar zirvəsi   



 

1 Aprel - Azərbaycanın Milli Qəhrəmanı Eyvazov Qorxmaz Abış oğlunun 

                 anadan olmasının 50 illiyi, (1967-1994) 

Qorxmaz  Eyvazov  Laçın  rayonunun  Güləbird  kəndində 

anadan  olmuşdur.  1974-1984-cü  illərdə  kənd  orta 

məktəbində oxuyub, 127 saylı texniki peşə məktəbinə daxil 

olub.  (Hazırda  127  saylı  texniki  peşə  məktəbi  Qorxmaz 

Eyvazovun  adını  daşıyır.)  1985-ci  ildə  ordu  sıralarına 

çağrılıb.  Hərbi  xidmətini  Ukrayna  Daxili  İşlər  Nazirliyinin 

Daxili  Qoşunlarında  keçib.  Hərbi  xidmət  zamanı  6  aylıq 

serjant kursunu bitirib. O, xidmət müddətində dəfələrlə fəxri 

fərmanlar,  tərifnamələrlə  yanaşı,  birinci  dərəcəli  idmançı 

vəsiqəsi almış və döş nişanı ilə təltif edilib. Qorxmaz 1987-

ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür. 

Qorxmaz  Eyvazov  1988-ci  ildə  Laçında  yaradılmış  partizan  dəstəsinə 

qoşulub.1991-ci  ildə  O,  Laçın  rayon  polis  şöbəsinə  qəbul  edilir.  Qorxmaz 

Eyvazovun  döyüş  yolu  öz  doğma  yurdundan  Qazdərəsi,Suarası,Mazutlu 

kəndələrindən  başlayıb.  Qızartı  dağı  uğrunda  gedən  döyüşlərdə  onun  xüsusi 

fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. 4 avqust 1992-ci ildə erməni 

quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçirlər və Qorxmaz 

qolundan  güllə  yarası  alır.  Ona  qolunun  fəaliyyətini  itirməsi  ilə  əlaqədar  əlillik 

təklif  edilsədə  o  6  ay  çəkən  müalicədən  sonra  yenidən  döyüşlərə  qatılır.  Füzuli 

rayonu   ərazisində  gedən  döyüşlərdə  Qorxmaz  böyük  şücaət  göstərir.  Horadiz 

əməliyyatı  zamanı  göstərdiyi  igidliyə  görə  onu  rota  komandiri  təyin  edirlər  və 

Qorxmaz Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılır. 

Horadizin işğaldan azad edilməsi zamanı Ulu öndər Heydər Əliyevin cəbhə 

səfəri  zamanı  Qorxmaz   1  erməni  tankını  2  erməni  ilə  birlikdə  əsir  götürərək 

qənimət kimi gətirir. O, Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılır. 

10  fevral  1994-cü  il  də  Cəbrayıl  rayonu  Cocuq-Mərcanlı  kəndi  uğrunda 

gedən döyüşdə O,düşmənin xeyli canlı qüvvəsini məhv edir,lakin bu döyüşdə özü 

də həlak olur. 

Azərbaycan  Respublikası  Prezidentinin  15  yanvar  1995-ci  il  tarixli  262  saylı 

fərmanı  ilə   Qorxmaz  Abış  oğlu  Eyvazova  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı adı verilmişdir.  

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 


153 

 

14 Aprel - Azərbaycanın Milli Qəhrəmanı, Əməkdar jurnalist Alı 



                  Mustafayevin  anadan  olmasının 65  illiyi, (1952-1991) 

 

 

 

 



 

 

 



 

 

 



 

Alı  Mustafa oğlu Mustafayev  Qazax rayonunun  Qazaxbəyli  kəndində fəhlə 

ailəsində doğulmuşdur.  1969-cu  ildə  kənd  məktəbini  bitirmiş, hərbi  xidmətdə  

olmuşdur.   1981-ci    ildə   Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika 

fakültəsini 

 bitirmişdir. 

Ədəbi-bədii 

yaradıcılığa 

tələbəlik 

illərindən 

başlamışdır.   Onun  lirik  şeirləri  və  publisist  yazıları  dövri  mətbuatda  müntəzəm 

çap  edilmişdir. Dolğun  məzmunlu  reportaj,  oçerk  və  müsahibələrinə,  ekrana 

çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. 

Alı  Mustafayev  ―Günün  ekranı‖  proqramının  aparıcı  əməkdaşlarından  biri  idi. 

1991-ci  ilin  18-19  noyabrında  erməni  quldurlar Xocavəndin Qaradağlı kəndində 

kütləvi qırğın törədəndə  bu  xəbəri  eşidən  Alı  Mustafayev  bütün  gecəni  yata 

bilmədi.  Səhəri  iş  yeri Azərbaycan  Televiziyasına gəlib  təcili Ağdama yola  düşən 

qrupa rəhbərliyi öz üzərinə götürdü. Yoldaşlarının səhhətindəki problemləri təkidlə 

xatırlatması  onu  bu  ağır  səfərdən  çəkindirə  bilmədi.  Noyabrın  20-də  Ağdamdan 

Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya 

aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi. 

Alı  Mustafayev  1991-ci  il 20  noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin 

yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi  ərazisində  erməni  hərbiləşdirilmiş 

dəstələri  tərəfindən  vurulan  Azərbaycanın  hərbi  helikopter  hadisəsində  həlak 

olmuşdur.  Hesablamalara  görə, Qarakənd  üzərində  üç  yüz  metr  yüksəklikdə 

uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. 

Alı  Mustafayev  Bakı şəhərində Şəhidlər  xiyabanında   dəfn  edilmişdir. 

Bakı şəhərinin   Nərimanov  rayonundakı  202  saylı  orta  məktəb  və  bir  küçə  Alı 

Mustafayevin adınadır. Onun adını həm də 1992-ci ildən gəmi daşıyır. O, 1991-ci 

il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb. Ölümündən 

sonra  Alı  Mustafayevə Azərbaycan  Respublikasının  Prezidentinin 6  noyabr 1992-

ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.  



Kitabları:‖Dəli bir ağlamaq keçir könlümdən‖ (şeirlər) (1992)  

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 


154 

 

18 Aprel - Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Rasim Səxavət oğlunun 



                 anadan olmasının  55 illiyi, (1962-1992) 

 

İbrahimov  Rasim  Səxavət  oğlu  Bakı  şəhəri  Əzizbəyov  rayonunun  Çilov 



adasında  neftçi  ailəsində  anadan  olmuşdur.  1969-cu  ildə  buradakı  131  saylı 

məktəbin  birinci  sinfinə  getmiş  və  səkkizinci  sinfədək  həmin  məktəbdə  təhsil 

almışdır. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 

1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 

1988-ci  ildə  Bakıya  qayıdan  R.İsmayılov  1992-ci  ildə  o  Füzuli  rayonunun  cəsur 

oğulları  ilə  birlikdə  könüllü  özünümüdafiə  taboru  yaradıb.  Bu  tabor  Füzuli 

rayonunun  kəndlərini  mərdliklə  qoruyurdu.  Onların  taboru  1992-ci  ilin  28 

iyununda  Tuğ  kəndi  uğrunda  döyüşə  girir.  Onlarla  erməni  quldurunu  məhv  edən 

döyüşçülər  digər  dəstənin  gəlib  çatmamasına  görə  mühasirəyə  düşürlər.  Cəsur 

komandir  R.İbrahimov  döyüşçü  dostlarını  mühasirədən  xilas  edərkən  özü 

düşmənin  mühasirəsinə  düşür.  Ermənilərə  təslim  olmayan  R.İsmayılov 

"Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara 

ilə  partladır.  Bakı  şəhərinin  Şəhidlər  xiyabanında  dəfn  edilmişdir.  Ailəli  idi,  iki 

övladı  qalıb.  Oğlu  bu  gün  atasının  yolunu  davam  etdirir.  Çilov  adasında  abidəsi 

ucaldılıb və orada qəhrəmanımızın adına bağ salınıb. 

Azərbaycan  Respublikası  prezidentinin  16  sentyabr  1994-cü  il  tarixli  203  saylı 

fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli 

Qəhrəmanı" adına layiq görülüb. 



Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

 Hər qonşuda bir parçası əsir qalan 

          Torpağına canım qurban , Azərbaycan ! 

                                                                         

Nəriman Həsənzadə 



 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



155 

 

18 Aprel - Azərbaycanın Milli Qəhrəmanı Mədətov Fariz Əlövsət oğlunun 



                  anadan olmasının 45 illiyi, (1972) 

  

Fariz

 

Mədətov  Yevlax rayonunun  Varvara  kəndində  



anadan    olmuşdur.   1979-1989-cu  illərdə  burada  orta  təhsil 

almışdır. 1990-1992-ci  illərdə  hərbi  xidmətdə  olmuşdur.  O, 

xidmətini  başa  vurub  qayıtdığı  zaman   Qarabağ  

müharibəsi   artıq    başlamışdı.    Buna  görə  də  Milli  Ordu 

sıralarına  daxil  olaraq  döyüşlərə  girir.  İlk  döyüşü Qubadlı 

rayonunun   Başarat   kəndində  olur.  Sonra  onu   Füzuli 

rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində 

qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq  göstərir. Daha sonra 

Kəlbəcər  və  Goranboy  rayonlarında  düşmənə  qarşı  vuruşur.  Fariz  xeyli  erməni 

yaraqlısını  şəxsən  məhv  edir. 1994-cü  ildə Tərtər  rayonunu  ərazisində gedən 

döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən döyüşçü paltarını geyinir.  

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı 

ilə Mədətov Fariz Əlövsət oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq 

görülmüşdür. 

1996-cı il ordudan tərxis olunur və Yevlax rayon Polis İdarəsində çalışmağa 

başlayır.  Fariz 1998-2003-cü  illərdə  Polis  Akademiyasında  təhsil  alıb.  Hazırda 

Yevlax rayon Polis İdarəsində işləyir. Evlidir. 

Od ürəkli , od nəfəsli diyarımsan 

Ocağına canım qurban , Azərbaycan ! 

Əzilsən də , əyilməyən vüqarımsan 

Bu çağına canım qurban , Azərbaycan ! 

Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

Hər qonşuda bir parçası əsir qalan 

Torpağına canım qurban , Azərbaycan ! 

                                                                                                  Nəriman Həsənzadə 



 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 

 

 

 



 

 

 

156 

 

May



 

Əlamətdar tarixi günlər və bayramlar 

3 May - Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü, (1993) 

3 May - Türk Dünyasının Həmrəylik Günü, (1944) 

3 May -  Beynəlxalq Günəş Günü, (1994) 

5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992) 

8 May - Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953)  

9 May - Faşizm üzərində Qələbə Günü, (1945) 

15 May - Beynəlxalq Ailə Günü, (1994) 

15 May - Beynəlxalq İqlim Günü, (1992) 

18 May - Beynəlxalq Muzeylər Günü, (1977) 

20 May - Ümumdünya Meteorologiya Günü, (1875) 

21May-Ümumdünya Dialoq və İnkişaf  Naminə Mədəni Müxtəliflik  Günü, (2002) 

22 May - Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000)  

23 May - Ümumdünya Tısbağa Günü,  (2000) 

28 May - Respublika Günü, (1918) 

31 May - Ümumdünya Tütünlə Mübarizə Günü,

 

(1988)  


Bu tarixi unutmayaq 

 8 May - Şuşa şəhərinin işğalı günü, (1992)  

17 -18 May - Laçın rayonunun işğalı günü, (1992) 

Azərbaycanın görkəmli şəxsiyyətləri 

10 May- Ulu öndər Heydər Əliyevin doğum günü, (10.05.1923 - 12.12.2003) 



Yubilyar yazıçı və şairlər 

Şair Rasim Kərimlinin anadan olmasının 85 illiyi, (01.05.1932 - 24.06.1996) 

Yazıçı, maarifçi Əsgərağa Goraninin 160 illiyi, (03.05.1857 - 09.03.1910) 

Yazıçı, tərcüməçi Cəfər Bağırın 105 illiyi, (05.05.1912 - 17.06.1983) 

Şair Əhməd Cavadın 125 illiyi, (05.05.1892 - 09.10.1937) 

Şair Rüzgar Əfəndiyevanın 70 illiyi, (09.05.1947 - 2011) 

Yazıçı Əhməd Mirzə Cəfərlinin 90 illiyi, (10.05.1927 - 19.04.1994) 

Şair Musa Yaqubun 80 illiyi, (10.05.1937) 

Şair Allahverdi Tağızadənin 85 illiyi, (15.05.1932 - 08.03.2000) 

Şair Eldar Nəsiblinin  65 illiyi, (18.05.1952 - 2010) 

Şair, dramaturq Cahan Əfruzun 95 illiyi, (21.05.1922 - 06.12.1984) 

Publisist Ömər Faiq Nemanzadənin 145 illiyi, (24.12.1872 - 10.10.1937) 

Şair Mirzə Ələkbər Sabirin 155 illiyi, (30.05.1862 - 12.07.1911) 

Yazıçı Fuad Tarıverdiyevin 85 illiyi, (31.05.1932) 



Xarici ədəbiyyat 

Avstraliya yazıçı Alan Marşallın 115 illiyi, (02.05.1902 - 21.01.1984) 

Rus yazıçısı Konstantin Paustovskinin 125 illiyi, (19(31).05.1892 - 14.07.1968) 


157 

 

 



İncəsənət 

Dramaturq Məcid Şamxalovun 110 illiyi, (02.05.1907 - 13.10.1984) 

Xalq artisti, bəstəkar Səid Rüstəmovun 110 illiyi, (12.05.1907 - 10.06.1983) 

Xalq artisti, bəstəkar Rauf Hacıyevin 95 illiyi, (15.05.1922  - 19.09.1995) 

Xalq artisti, müğənni Həqiqət Rzayevanın  110 illiyi, (20.05.1907 - 02.08.1969) 

Xalq artisti, bəstəkar Aqşin Əlizadənin 80 illiyi, (22.05.1937 - 03.05.2014) 

Xalq artisti, müğənni Sara Qədimovanın 95 illiyi, (31.05.1922 - 02.05.2005) 

Milli qəhrəmanlar zirvəsi 

Şükürov Şahlar Əvəz oğlunun 65 illiyi, (17.05.1952  - 11.07.1990) 

 Nəsibov Mərifət Əhməd oğlunun 45 illiyi,  (22.05.1972 - 28.01.1992) 

Məmmədov Aytəkin İsrayıl oğlunun 50 illiyi, (29.05.1967 - 1991) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



158 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

3 May Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü, (1993) 

  

1991-ci  il  mayın  3-də  Namibiyanın 



paytaxtı Vindhukda regional seminara toplaşmış 

jurnalistlər  azad  və  müstəqil  informasiya 

vasitələrinə  yardımçı  olmaq  məqsədilə  bütün 

dünya  hökumətlərinə  mətbuat  azadlığının  və 

demokratikliyinin  təminatına  yardımçı  olmağa 

çağıran  Vindhuk Bəyannaməsini qəbul ediblər. 

Buna  görə,  BMT  Baş  Məclisi  1993-cü  ildə 

mayın  3-nü  Beynəlxalq  Söz  və  Mətbuat 

Azadlığı  Günü  elan  edib.  Söz və  mətbuat  azadlığı  demokratiyanın  meyarı  olaraq 

tanınır. Söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına 

daha çox rast gəlinir. Bu gün bir çox beynəlxalq qurumlar ölkələrdə söz və mətbuat 

azadlığını diqqət mərkəzində saxlayırlar.  



İnternetdə: 

www.books.google.com 

3 May Türk Dünyasının Həmrəyliyi Günü, (1944) 

Türk millətinin bayrağı onun müqəddəslik simvoludur. 

Bu  tarixi  gün  ilk  dəfə  1944-ci  ilin  3 

mayında  Topxana  hərbi  həbsxanasında 

10  nəfər  məhkum  tərəfindən  qeyd 

olunub.  Azərbaycanda  Türkçülük  Günü 

1992-ci  ilin  may  ayının  3-dən  etibarən 

qeyd  edilir.  Türkçülük  Günü  Türkiyədə 

daha  geniş  qeyd  olunur.  Azərbaycanda 

isə  bu  günü  əsasən  milliyyətçilər  qeyd 

edirlər.  Hər  bir  xalq  öz  keçmişini, 

tarixini bilməli, özünü tanımalı və mirası yaşatmalıdır. 3 May tarixinin Türkçülük 

Günü kimi tarixə yazılmasında, türkçülük uğrunda mübarizə aparan insanlar uzun 

illər  təqiblərə  məruz  qalmışlar.  Türkçülük  Günü  əslində  Türkiyədən  qaynaqlanır. 

Türk dünyası bütün dünyaya ədalət, hürriyyət gətirdi. Sonradan türkü məhv etmək 

üçün  müəyyən  qüvvələr  hərəkətə  gəldi.  Türk  dövlətləri  sıradan  çıxarıldı  və 

nəhayət, 1918-ci ildə Birinci Dünya müharibəsi bitənə kimi Osmanlı imperiyasını 

da  çökdürdülər.  Bundan  sonra  meydana  Atatürk  gəldi  və  türk  millətini,  türk 

milliyyətçilərini qalibiyyətə apardı. Atatürkdən sonra baş verən proseslər yenidən 

Qərb dünyasının istəyi ilə getməyə başladı. Bu dövrdə milliyətçilər təqiblərə məruz 

qaldılar və bunun kuliminasiya nöqtəsi isə 3 may 1944-cü ildə baş verdi.  Bu tarix 

Nihal Atsızın, Orxan Şaiq Gökayın, İsmət Rasin Tümtürkün, Fəthi Təvətoğlunun 

və bir çox türk milliyyətçisinin tarixidir.  Bu mübarizlərin qoyduğu ənənəni bu gün 

də  davam etdirən insanlar var.  

İnternetdə: 

www.books.google.com 


159 

 

3 May Beynəlxalq Günəş Günü, (1994) 



 

 

 

   


Bu gün YUNESKO-nun qərarı ilə təyin olunmuşdur. Yer kürəsinə ən yaxın 

ulduz Günəşdir.  Yaşayışın mənbəyi olan Günəşi nə qədər tanıyırıq?  Beynəlxalq 

Günəş  Günü  artıq  on  ildən  çoxdur  ki,  may  ayının  3-də  qeyd  edilir.  Günəş  Günü 

Milli  Uçuş  və  Kosmos  İdarəsi  tərəfindən  qeyd  edilir.  Günəş  bitki  və  heyvanlar 

aləminə  lazım  olan  istiliyi  və  işığı  verir.  Yer  Kürəsinin  atmosferini 

formalaşdırır.   Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi,  böyük   şairimiz 

Məmməd Araz hələ 1982-ci ildə maraqlı bir şeir yazmışdır: ―Günəş günü‖. Bu şeir 

təbiəti,  işığı,  yerin  və  göyün  gözəlliklərini,  eləcə  də  insanın  ruhundakı  nuru, 

xeyirxah əməlləri qorumaq üçün bir çağırış idi: 

Əkinçi, səpinçi gününə yaxın, 

Dəmirçi, kömürçü gününə yaxın, 

Bu günü qoparaq il budağından, 

Elə adisinin, elə bozunun. 

Süpürüb qarını, silib tozunu 

Yuyub gözümüzdə, sözümüzdə biz 

Sərib qurudub da sinəmizdə biz, 

O günə ad verək, ad - Günəş günü, 

Əkək ağlımıza, yaddaşımıza. 

Bir gün salam verək, - İşığın aydın! 

Töhfəmiz olmasın işıqdan ayrı... 

Bu  şeir  yazılandan  xeyli  sonra  -  1994-cü  ildə  beynəlxalq  təqvimlərdə  əlamətdar 

günlər  sırasına  biri  də  əlavə  olundu:  Günəş  Günü.  Beynəlxalq  Günəş  Enerjisi 

Cəmiyyətinin  Avropa  bölməsinin  təşəbbüsü  ilə  insanların  diqqətini  bərpa  olunan 

enerji mənbələrinə cəlb etmək üçün hər il mayın 3-də dünyada Günəş Günü qeyd 

olunur.  Həmin  gündə  alimlər,  ictimai  təşkilatlar  və  şirkətlər  günəş  enerjisinin 

imkanlarını nümayiş etdirmək üçün müxtəlif tədbirlər təşkil edirlər.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 


160 

 

5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)



 

 

 



 

  

1992-ci  ildən  BMT  Baş  Assambleyasının  qərarı  ilə  hər  il  5  may  Əlillərin 



Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan 

insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı 

dövlət  proqramı  mövcuddur.  Həmin  proqramda  əlilliyin  qarşısının  alınması, 

əlillərin reabilitasiyası  və sosial  müdafiəsi  haqqında  qanunun bütün  müddəaları 

öz  əksini  tapıb. Əlillərin  sosial  müdafiəsi  isə  ildən-ilə  daha  da  gücləndirilir,  bu 

istiqamətdə  genişmiqyaslı  tədbirlər  həyata  keçirilir.  Bu  işlər  onların  cəmiyyətə 

inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara 

pensiya  və  sosial  müavinətlər  verir.  Onların  sağlamlığının  bərpası  üçün 

paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar 

əlilliyin  qarşısının  alınmasında,  əlillərin  reabilitasiyasında  mühüm  rol  oynayır. 

       BMT-nin  nüfuzlu  strukturlarından  biri  olan  Uşaq  Fondunun  (UNİCEF) 

Azərbaycandakı  nümayəndəliyi  tərəfindən  ölkəmizin  Prezidentinə  ünvanlanmış 

2008-ci  il  12  dekabr  tarixli  müraciətdə  "Əlillərin  hüquqları  haqqında" 

Konvensiyanın  yerli  və  mərkəzi  səviyyədə  müxtəlif  dövlət  qurumları  arasında 

əlaqələndirməni  təmin  etmək  məqsədilə  hökumətdə  əlaqələndirici  şəxsin  təyin 

olunması  və  əlaqələndirmə  mexanizminin  yaradılması  (maddə  33.1), 

Konvensiyanın  həyata  keçirilməsinin  təşviqi  və  monitorinqi  (maddə  33.2) 

məqsədilə  Ombudsman  Aparatında  müvafiq  bazanın  yaradılması  üçün  adekvat 

tədbirlərin  görülməsi  təklif  edilmişdir.  Bu  UNİCEF-in  həmin  istiqamətdə 

hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir. 



Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin