Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

Kitabları: ‖Azərbaycanın maarifpərvər qadınları‖(1960), ―Canlı xatirələr‖ (1960), 

―18  ay  düşmən  arxasında‖  (1965),  ―Üç  qız,  üç  tale‖  (1970),  ―Nurlu  ömürlərin 

dastanı‖  (1975),  ―İşıqlı  ömürlər,  kövrək  talelər‖  (1991),  ―Hər  sətirdə  bir  tarix‖ 

(1994), ―‖Qadın, gözəllik və ülviyyət‖ (2001)  və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur – “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 


244 

 

Xarici  ədəbiyyat 



 

24 İyul - Fransız yazıçısı Aleksandr Dümanın anadan olmasının 215 illiyi , 

               (1802-1870) 

  

Fransız  yazıçısı,  dünyada  ən  çox  oxunan  və  başqa 

dillərə  tərcümə  olunan  Aleksandr  Düma  çox  məhsuldar 

yazıçı  olmuş,  müxtəlif  janrlarda  yazmışdır.  Onun  əsərləri 

100-dən  çox  dilə  tərcümə  olunmuşdur.  O,  yazıçılıq 

karyerasına  pyeslər  yazmaqla  başlamışdır.  Dümanın 

əsərləri  100.000  səhifədən  çoxdur.  Onun  ən  məşhur 

romanları  –  ―Qraf  Monte-Kristo‖  və  ―Üç  muşketyor‖ 

yazıçıya böyük şöhrət qazandırmışdır. Onun oğlu da yazıçı 

olduğu  üçün  adına  ―Ata‖  sözü  də  əlavə  olunur  ki,  səhv 

salınmasın. 

Aleksandr  Düma  1802-ci  ildə  general  Tom  Aleksandr  Dümanın  ailəsində 

anadan  olmuşdur.  Gənc  yaşlarından  dramaturq  olmağa  qərar  verir.  Onun  yazdığı 

―III Henrix və onun sarayı‖ dramı 1829-cu ildə tamaşaya qoyulur və uğur qazanır. 

Onun ―Antoni‖ pyesi də 1831-ci ildə böyük uğurla tamaşaya qoyulur. 1851-ci ildə 

çevriliş  zamanı  Belçikaya  qaçır  və  burada  özünün  ―Memuarlar‖ını  qələmə  alır. 

1858-1859-cu  illərdə  Rusiyaya  səfəri  çərçivəsində  Qafqazda  da  olur.    Parisə 

qayıdan  Düma  bu  səfərdən  aldığı  təəssüratları  öz  həmvətənləri  ilə  bölüşmək 

arzusunda  olur.  Bu  məqsədlə  o,  özünün  mətbəəsini  açır  və  artıq  1859-cu  ilin 

aprelindən  ―Qafqaz.  Gündəlik  nəşr  olunan  səyahətlər  və  romanlar  qəzeti‖nin 

nəşrinə  başlayır.  Həmin  il  ―Qafqaz‖  Parisdə  ayrıca  kitab  kimi  də  çapdan  çıxır. 

Səyahət haqında təəssüratlar 1859-cu ildə Parisdə, 1861-ci ildə Tiflisdə rus dilində, 

1862-ci ildə isə Nyu-Yorkda ingilis dilində çapdan çıxır.  

Yazıçı  ən  məşhur  romanları  olan  ―Qraf  Monte  Kristo‖  (1844-1845),    ―Üç 

muşketyor‖  (1844),  ―İyirmi  ildən  sonra‖  (1845),  ―Kraliça  Marqo‖  (1845), 

―Qrafinya de Monsoro‖ (1846) və s. əsərləri dəfələrlə ekranlaşdırılmışdır. 

Aleksandr Düma 5 dekabr 1870-ci ildə vəfat etmişdir.  

 

Kitabları: ―Üç müşketyor‖ (1844), ―Qraf Monte Kristo‖ (1845-46), "İki Diana" 

(1846), "Kraliça Marqo" (1845), "Qara zanbaq" (1850), "Qafqaz səfəri: Bakı" və s.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

245 

 

 



26 İyul  -  Amerika yazıçı Pol Uilyam Qellikonun anadan olmasının  120 illiyi, 

                (1897-1976) 

 

 

 

 

 

 

 

 



 

Amerika  yazıçı  Pol  Uilyam  Qelliko  Nyu-Yorkda,  Avstriyadan  Amerikaya 

mühacirət etçiş italyan ailəsində anadan olmuşdur. Gələcək yazıçının pianoçu olan 

atası oğlunu musiqiçi kimi görmək istəyir, lakin gənc Pol həkim olmağı qərara alır. 

Bütün planların əksinə olaraq, o, 1921-ci ildə Kolumbiya Universitetini incəsənət 

bakalavrı  ixtisası  üzrə  bitirir.  Sonralar  özünün  yazdığı  kimi  o,  uşaqlıqdan  yazıçı 

olmağı arzulayırdı. Lakin gənc yazıçının inadla müxtəlif jurnalların redaksiyalarına 

göndərdiyi hekayələri isə geri qayıdırdı.  

Müxtəlif peşələri sınaqdan keçirən Pol Qelliko 1936-cı ildə Avropaya köçür 

və  özünü  yazıçılığa  həsr  edir.  40-cı  illərdə  o,  şöhrətlənir,  bu  məşhurluğa  isə  nəşr 

etdirdiyi  ―Qar  qazı‖  kitabı  səbəb  olur.  Bundan  sonra  onun  bütün  kitabları 

bestsellerə  çevrilir.  Bu  əsərlərdən  ən  məşhurları  –  ―Cenni‖,  ―Yeddi  gəlinciyə 

məhəbbət‖,  ―Tomasina‖,  ―Missis  Harris  üçün  güllər‖,  ―Missis  Harris  Nyu-Yorka 

gedir‖  və  s.-dir.  P.Qelliko  heyvansevər  olmuş,  xüsusən  pişikləri  çox  sevmişdir. 

Onun  evində  23  pişik  yaşayırdı.  ―Cenni‖  və  ―Tomasina‖  adlı  maraqlı  nağılların 

yaranmasına  da  məhz  bu  heyvanlar  səbəb  olmuşlar.  Yazıçının  əsərlərinin 

əksəriyyəti ekranlaşdırılmışdır.  

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

246 

 

İncəsənət 



18 İyul -  Xalq rəssamı, heykəltəraş Tokay Məmmədovun anadan olmasının 

                90 illiyi , (1927) 

 

         Tokay  Həbib  oğlu  Məmmədov  Bakıda anadan 



olmuşdur.  Atası  Həbib  Qurban  oğlu  Məmmədov 

texniki  elmlər  doktoru,  anası  Zivər  xanım  isə 

Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini 

anasından alıb. 1942-ci ildə yeddinci sinfi bitirdikdən 

sonra  Tokay  Bakı  Rəssamlıq  Məktəbinə  imtahan 

verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində 

heykəltəraşlıq  şöbəsi  yenicə  təşkil  edilmişdi.  1945-ci 

ildə  Tokay  Məmmədov Əzim  Əzimzadə  adına  Bakı 

Rəssamlıq  Məktəbinin üçüncü  kursunu  bitirərək Leninqrad şəhərinə  gedir  və 

İ.E.Repin  adına  Rəssamlıq  Akademiyasının  heykəltəraşlıq  fakültəsinə  qəbul 

olunur.  Ali  təhsil  aldığı  dövrdə,  yəni  1947-ci  ildə  Azərbaycanın  xalçaçı 

rəssamı Lətif  Kərimovun   portret  büstünü  hazırlayır.  T.  Məmmədov  1948-ci 

ildə Moskvada təşkil  edilmiş  sərgidə  rus  şərqşünaslığının  banisi,  görkəmli 

Azərbaycan alimi Mirzə Kazımbəyin portretini nümayiş etdirir. O, 1953-cü ildə ilk 

dəfə  ağacdan  Azərbaycanın  dahi  şairi Nizami  Gəncəvinin təsvirini  yonub.  Bu 

qəbilədən  onun  "Səməd  Vurğun",  "Xalq  rəssamı  Qəzənfər  Xalıqov",  dövlət 

xadimi,  həkim  və  yazıçı  "Nəriman  Nərimanov",  uzunömürlü  azərbaycanlı  "Şirəli 

Müslümov"  və  başqa  portretlərini  qeyd  etmək  olar.  Onun  Azərbaycanda  opera 

yanrının  əsasını  qoymuş,  musiqiçi  alim  "Üzeyir  Hacıbəyov",  ―Xalq  rəssamı 

Rüstəm  Mustafayev",  qadın  rəssamımız  "Vəcihə  Səmədova",  ―yazıçı  Süleyman 

Rəhimov",  polyak  bəstəkarı  "F.Şopen"  və  Avstriya  bəstəkarı  "V.A.Motsart"  kimi 

dahilərin  büst  -  portretlərini  qeyd  etmək  olar.  1960-ci  ildə  dahi  bəstəkar  Üzeyir 

Hacıbəyovun  heykəlini  Konservatoriya  binası  qarşısında  qoyurlar.  Heykəltəraş 

monumental  sahədə  həmçinin  Azərbaycan  şairi  İmaməddin  Nəsiminin    abidəsini 

yaradıb.  Tokay  Məmmədov  yaradıcılığının  ilk  günlərindən  başlayaraq 

heykəltəraşlığın  qabartma  sahəsində  bir  çox  insanın  surətlərini  canlandırıb.  Bu 

qabartmalardan  ən  dəyərlisi  Sovet  İttifaqı  Qəhrəmanı  Mehdi  Hüseynzadənin 

portretidir.  T.Məmmədov  xalq    qəhrəmanı Koroğlunun   obrazı  üzərində  on  ildən 

çox işləyib.  

       Tokay Məmmədov yaratdığı əsərlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 

1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf 

nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

247 

 

Milli Qəhrəmanlar zirvəsi 



2 İyul - Azərbaycanin Milli Qəhrəmanı  Qəmbərov Ramiz Bulud  oğlunun 

             anadan olmasının 55 illiyi,  (1962-1992) 

 

        Ramiz 



Qəmbərov  

Şuşa 


şəhərində 

anadan 


olmuşdur. 1979-cu    ildə    H.Hacıyev    adına    Şuşa    şəhər 

orta  məktəbini  bitirmişdir.  1980-ci  ildə  hərbi  xidmətə 

çağırılmış, 1982-ci  ildə  ordudan  tərxis  olunaraq   Şuşaya 

qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri 

İnstitutuna  daxil  olmuşdur.  Amma  təhsilini  başa  çatdıra 

bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ 

müharibəsi  minlərlə  qeyrətli  Azərbaycan  oğulları  kimi 

Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur 

etmişdir. 

Ramiz 1988-ci 

ildən 

xalq 


hərəkatına 

qoşulmuşdur.  O,  1992-ci  ildə  könüllü  özünümüdafiə 

batalyonu  yaratmış  və  bu  batalyonun  başçısı  olmuşdur.  Onun  taboru  Şuşa 

şəhərinin, Kərkicahan,  Kosalar,  Nəbilər,  Qaybalı,  Malıbəyli,  Quşçular,  Göytala 

kəndlərinin  müdafiəsində  mərdliklə  vuruşmuşdur. 29  aprel 1992-ci  ildə  erməni 

işğalçıları  Kosalar  və  Kərkicahan  kəndləri  yaxınlığındakı  postlara  hücum  edən 

zaman  Ramiz  Qəmbərovun  taboru  döyüşə  atılmış  və  bu  döyüşdə  cəsur  komandir 

ağır  yaralanmışdır.  Bir gün sonra, 30 aprel 1992-ci ildə o, dünyasını dəyişmişdir. 

Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir. 

 Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı 

ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı 

adına layiq görülmüşdür. 

Bakı  şəhərindəki  küçələrdən  biri  onun  adını  daşıyır.  Ramiz  Qəmbərov 

haqqında  rejissor Kəmalə  Musazadənin quruluşunda  ―Şuşalı  şəhid‖  adlı  film 

çəkilib.  

Göz açdığım qədim torpaq, 

Dayağımsan sən dünyada. 

Doğma anam, ey mehriban, 

Ey qəhrəman, Azərbaycan! 

                                                   



Şəhidlərin al qanından, 

                                                     Lalə açmış yollar ilə, 

                                                      İstiqlalın sabahına 

                                                 Qürurla get, Azərbaycan! 

                                                           Nəbi Xəzri 



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

248 

 

26 İyul - Milli Qəhrəman Asif Yusif oğlu Məhərrəmovun anadan olmasının 



               55 illiyi,  (1952-1994) 

  

      Asif  Yusif  oğlu  Məhərrəmov  (Fred  Asif)  Ağdam 

şəhərində anadan olub. On bir uşağı olan bir  ailənin  ilki  

idi. Uşaqlıqdan  boks  və  futbolla  məşğul  olub.  1969-cu 

ildə  Ağdam  şəhər  1  saylı  orta  məktəbi  bitirib,  Ağdam 

Dəzgahqayırma  Zavodunda  fəhlə  kimi  əmək  fəaliyyətinə 

başlayıb.  1991-ci  ilin  15  noyabrında  ―Haqq  Cəbhəsi‖ 

batalyonunu  yaradıb.  Qardaşları  Ədalət,  Səxavət,  Bəhlul 

və  Mahir  də  onun  batalyonunda  döyüşüblər.  1991-ci  il 31 

dekabr Xramort kəndinin 

azad 

edilməsində 



xüsusilə 

fərqlənib.  Ağdamın Muradbəyli kəndi  ərazisindəki  hərbi 

hissəni  müxtəlif  siyasi  qüvvələr  dağıdıb,  ordakı  silah-sursatdan  hakimiyyət 

uğrunda mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb. 

Sonra öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirib və ordakı sursat 

yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunub. Azərbaycan Respublikasının 

müdafiə  naziri Dadaş  Rzayevin sərəncamı  ilə  Asifə  polkovnik-leytenant  hərbi 

rütbəsi  verilib.  Asifin  hərbi  təhsili  olmamasına  baxmayaraq,  o,  859  saylı 

batalyonun  ilk  komandiri  olub.  1992-ci  il  fevralın  25-dən  26-na  keçən 

gecə Xocalı əhalisini  xilas  etmək  üçün  Ağdam-Əsgəran  istiqamətində  dəhlizin 

açılmasında  batalyonu  ilə  iştirak  edib.  Həmin  ilin  mart  ayının  20-də Füzuli 

şəhərini öz  batalyonunun  köməyi  ilə  düşməndən  qoruyub. 1993-cü  ilin 27 

oktyabrında  Asif Şelli uğrunda  gedən  döyüşdə  iştirak  edib,  onun  səhhəti  vərəmə 

görə ağırlaşıb, hərbi hissəni təhvil verərək və müalicəyə gedib. Lakin 1 iyul 1994-

cü ildə vərəmdən vəfat edib. Bakıda II Şəhidlər xiyabanında dəfn edilib. 

Azərbaycan  Respublikası  Prezidentinin  7  dekabr  1992-ci  il  tarixli  350  nömrəli 

Fərmanı  ilə  Məhərrəmov  Asif  Yusif  oğlu  Azərbaycanın   Milli  Qəhrəmanı  adına 

layiq görülüb.  

Bakıdakı    küçələrdən  biri  onun  adını  daşıyır.  2007-ci  ildə  X  siniflər  üçün  nəşr 

edilən  ―İbtidai  hərbi  hazırlıq‖  dərslikliyinə  ilk  dəfə  olaraq  Fred  Asif  haqqında 

məlumat  daxil  edilib. 2008-ci  ildən  Fred  Asif  adına  İnkişaf  Fondu  fəaliyyət 

göstərir.  



        Yandır haqqın məşəlini, aləm nura dönsün,  

       Çıxsın yağı düşmən önünə, ərlər öyünsün,   

       Üçrəngli bayrağı qaldır, dünyada görünsün.   

       Çal cəngini, olsun yağının bağrı qızıl qan,  

     Azərbaycan, türkün Vətəni, can sənə qurban. 

                                                                                                 Ələkbər Sadiq 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 


249 

 

30 İyul - Azərbaycanın Milli Qəhrəmanı Əliyev Nadir Alış oğlunun anadan 



                olmasının  55 illiyi, (1962-1993) 

 

Əliyev  Nadir  Alış  oğlu   Ağdam  rayonunun 



Əliağalı   kəndində  doğulub. 1977-1981-ci  illərdə  Bakı 

Politexnik  Texnikumunda  təhsil  alıb.  

1991-ci    ildə    DTK-nın  F.E.Dzerjinski  adına  Ali 

Məktəbini,  1993-cü  ildə  isə   Bakı    Dövlət  Universitetinin 

hüquq fakültəsini  bitirib. 1991-ci  ildən   Mili Təhlükəsizlik  

Nazirliyində  həqiqi  hərbi  xidmətdə  olan  N.Əliyev  1991-

ci    ilin    sentyabr    ayından    dekabr    ayınadək  Azərbaycan  

DTK-nın  (1991-ci  ilin noyabr ayından MTN-nin) Mardakert  

(Ağdərə)    rayon  bölməsində, 1992-ci    ildən  isə  Azərbaycan  

Respublikası    Milli  Təhlükəsizlik    Nazirliyinin    Qarabağ  üzrə  İdarəsinin  Ağdərə 

Rayon  Bölməsində  baş  əməliyyat  müvəkkili  işləyib.  1993-cü  ilin  yanvar  ayında 

MTN-nin  Ağdam  Rayon  Şöbəsinə baş  əməliyyat  müvəkkili  təyin olunub. Ağdərə  

uğrunda  döyüşlərin  qızğın  dövründə    cəbhə    bölgəsinə    ezam  edilməsi  üçün 

könüllü surətdə rəhbərliyə raportla müraciət edib, MTN-nin xüsusi  təyinatlı  hərbi  

dəstəsinin    tərkibində    Ağdərə  rayonunun   Sırxavənd   kəndində  gedən  döyüşlərdə 

rəşadət   göstərib, Ağdam   rayonunun   Qiyaslı  kəndi   uğrunda   gedən  döyüşlərdə  

düşmənə əsir  düşməmək  üçün  sonadək  müqavimət  göstərib  və qəhrəmancasına 

həlak  olub.  Ailəli  idi.  İki  övladı  var.  Bakı  şəhərinin Şəhidlər  xiyabanında dəfn 

edilib. 

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı 

Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı 

adına layiq görülüb. 

Suraxanı  rayonundakı  282  saylı  orta  məktəb  qəhrəmanın  adını  daşıyır. 

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. 



Od ürəkli , od nəfəsli diyarımsan 

Ocağına canım qurban , Azərbaycan ! 

Əzilsən də , əyilməyən vüqarımsan 

Bu çağına canım qurban , Azərbaycan ! 

Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

Hər qonşuda bir parçası əsir qalan 

Torpağına canım qurban , Azərbaycan ! 

                                                                                                  Nəriman Həsənzadə 



 

 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

250 

 

 



AVQUST 

 

Əlamətdar tarixi günlər və bayramlar 

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, (2001) 

3 Avqust - Ümumdünya Qarpız Günü 

5 Avqust - Hərbi Donanma Günü, (1996) 

5 Avqust  - Beynəlxalq İşıqfor Günü, (1914) 

8 Avqust - Beynəlxalq Alpinizm Günü, (1786) 

12 Avqust - Beynəlxalq Gənclər Günü, (1999) 

15 Avqust - ―Allo‖ sözünün ad Günü, (1877) 

18 Avqust - Sərhəd  Qoşunları  Günü, (2002) 

26 Avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010) 



Bu tarixi unutmayaq 

23 Avqust - Cəbrayıl rayonunun işğalı günü, (1993) 

23 Avqust - Füzuli rayonunun işğalı günü, (1993) 

31 Avqust - Qubadlı rayonunun işğalı günü, (1993) 



Yubilyar yazıçı və şairlər 

Şair Rüfət Zəbioğlunun 85 illiyi, (06.08.1932 - 20.07.1983) 

Şair Hafiz Əlinin 80 illiyi, (08.08.1937) 

Tərcüməçi Beydulla Musayevin 110 illiyi, (10.08.1907 - 23.06.1979) 

Şair Vilayət Rüstəmzadənin 80 illiyi, (12.08.1937 - 26.02.2001) 

Xalq şairi Mirvarid Dilbazinin 105 illiyi, (19.08.1912 - 12.07.2001) 

Yazıçı İslam Ağayevin 85 illiyi, (20.08.1932 - 27.01.2014) 

Şair Davud Nəsibin 75 illiyi, (25.08.1942 - 26.03.2003) 

Ədəbiyyatşünas, publisist Qəzənfər Paşayevin 80 illiyi, (27.08.1937) 

Şair İsgəndər Coşğunun 90 illiyi, (1927 - 10.12.1996) 



Xarici ədəbiyyat 

Belçika yazıçısı Moris Meterlinkin 155 illiyi, (29.08.1862-06.05.1949) 



İncəsənət 

Xalq artisti, müğənni Müslüm Maqomayevin 75 illiyi, (17.08.1942-25.10.2008) 

Xalq artisti, dirijor Niyazinin 105 illiyi, (20.08.1912-02.08.1984) 

 

Milli qəhrəmanlar zirvəsi 

Əliyev Ehtiram İsrayıl oğlunun 45 illiyi, (01.08.1972) 

Nəcəfov Yunis İsa oğlunun 50 illiyi, (31.08.1967) 

 

 

 



 

 


251 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili  Günü, (2001) 

 

Dil hər bir xalqın mənəvi sərvəti, qürur yeridir.Tarixin sınağından çıxıb 

cilalana-cilalana bu günümüzədək gəlib çatan Azərbaycan dili də bizim hər 

birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir. Öz ana dilini bilməyən 

adamlar şikəst adamlardır...”

                                            

                                                                                 Ümummilli lider  Heydər Əliyev 

                                                                                       

       

Ulu  əcdadlarımız  olan  albanların  52  hərfdən  ibarət 

əlifbası  vardı.  Ölkəmizdə  İslam  dininin  yayılması  ilə 

əlaqədar  ərəb  əlifbasından  geniş istifadə olunmuş,  yüz 

illər  boyu  ərəb  dili  din,  elm  və  təhsil  dili  rolunu 

oynamışdır.  Lakin  əsrlərlə  müxtəlif  xalqların  mədəni 

əlaqələrinə  xidmət  etmiş  ərəb  qrafikası  dilimizin  səs 

sistemini  dolğunluğu  ilə  əks  etdirə  bilmir,  onun 

quruluşu  və  xarakteri  haqqında  tam  aydın  təsəvvür 

yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla, dövrün mütərəqqi 

maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu 

ideyanı  həyata  keçirmək  mümkün  olmamışdı.1922-ci  ildə  Azərbaycan 

hökumətinin  qərarı  ilə  Yeni  Əlifba  Komitəsi  yaradıldı.  Bu  komitəyə  Azərbaycan 

(türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu, yeni əlifbaya 

keçilməsi  yolunda  atılmış  ilk  ciddi  addım  oldu.  1923-cü  ildən  etibarən  latın 

qrafikalı  əlifbaya  keçmə  prosesi  sürətləndirildi.  1926-cı  ildə  keçirilmiş  Birinci 

Ümumittifaq  Türkoloji  Qurultayın  tövsiyəsinə  əsasən,  1929-cu  il  yanvarın  1-dən 

etibarən  Azərbaycanda  kütləvi  şəkildə  latın  qrafikalı  əlifba  tətbiq  edildi.  Lakin 

Türkiyə  Cümhuriyyətində  də  latın  qrafikalı  əlifbaya  keçilməsi  və  bunun 

nəticəsində  SSRİ-də  və  xaricdə  yaşayan  türk  xalqları  arasında  mədəni  əlaqələrin 

güclənməsi  qorxusu  Sovet  imperiyası  rəhbərliyində  Azərbaycan  əlifbasının 

yenidən  dəyişdirilməsi  planlarını  yaratdı.1940-cı  il  yanvarın  1-dən  kiril  qrafikalı 

əlifbaya  keçmək  haqqında  qərar  qəbul  olundu.  Sonralar  kiril  qrafikasının 

Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril 

qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində 

kiril  qrafikası  ilə  Azərbaycan  elmi  və  mədəniyyətinin  qiymətli  nümunələri 

yaradıldı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı 

Azərbaycan  əlifbasının  bərpası  üçün  tarixi  şərait  yarandı.  Nəticədə  1992-ci  ildə 

latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci 

ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.  

Latın  qrafikalı  əlifbanın  tətbiqinin  Azərbaycan  Respublikasının  siyasi 

həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 

Azərbaycan  Prezidenti  Heydər  Əliyev  2001-ci  il  avqustun  9-da  fərman 

imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan 

Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.

  

İnternetdə: 

www.books.google.com 


252 

 

3 Avqust - Ümumdünya Qarpız Günü 



 

Qarpız  günü  ilk  dəfə  avqustun  3-də  Amerikada  qeyd  olunmuşdur.  Bu 

ölkənin, xüsusən latınamerikalı əhalisi qarpızı çox sevirlər. Orada bu şirin və dadlı 

meyvə  yay  pikniklərinin  zəruri  atributlarından  biridir.  Ümumiyyətlə,  qarpızı  kim 

sevmir  ki?  Bu  böyük,  orqanizmin  susuzluğunu  yatıran,  təravət  verən  meyvə  90% 

sudan  ibarətdir.  Şirin  olmasına  baxmayaraq,  kalorisi  az  olan  qarpızın  bayramının 

kim və nə zaman təyin edildiyi məlum deyil.  

Qabaqkimilər  fəsiləsindən  olan  qarpız  birillik  bostan  bitkisidir.  Qarpızın 

qabığı müxtəlif rəngdə ola bilər: ağ və sarı rəngdən tünd yaşıla qədər. Üzərində isə 

ləkə, zolaq və s. formalarda şəkilləri olur. Hazırda dünyanın 90-dan çox ölkəsində 

qarpızın 1200-dən çox növü becərilir. Qarpızın vətəni Cənubi Afrika hesab olunur. 

Hətta  Qədim  Misirdə  aparılan  qazıntılar  sübut  etmişdir  ki,  orada  qarpız  becərilib. 

Qədim  Misir  miflərində  və  papiruslar  üzərindəki  qədim  reseptlərdə  bu  meyvənin 

adı  çəkilir.  Qarpız  Qədim  Romada  da  məlum  idi.  Qədim  Çinə  ticarət  gəmiləri 

vasitəsilə aparılan qarpız orada da sevilmişdir. Bu gün də dünyada qarpızın ən çox 

becərildiyi yer Çindir. Qarpız Rusiya və Avropada təxminən XI-XII əsrlərdə (bəzi 

faktlara görə, XIII-XIV əsrlərdə), Amerikada isə XVI əsrdə peyda olmuşdur. 

Qarpızı sevənlər çox olduğu üçün bu günü qeyd etmək onlara əlavə bayram 

əhval-ruhiyyəsi yaşadır.  


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin