AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   13   14   15   16   17   18   19   20   21

5. ―ĠBLĠSĠN ĠNTĠQAMI‖ 
 
1936-cı  ilin  axırları  və  37-ci  ilin  əvvəllərində  Cavid 
―İblisin  intiqamı‖  dramını  yazır.  Bu  onun  son  əsəri 
deyildir.  Bu  arada  şairin  Azərbaycan  qadınının  sosializm 
quruluşu  cəbhəsindəki  mübarizəsini  göstərən  ―Şəhla‖ 
pyesini,  tarixi  mövzuda  olan  bir  dram,  ―Koroğlu‖ 
ssenarisini  və  bir  çox  lirik-epik  şeirlər  yazdığını  da 
təsdiq  edənlər  vardır.  Lakin  hələlik  bu  əsərlərdən  əldə 
olan ancaq ―İblisin intiqamı‖dır. 
―İblisin  intiqamı‖  Almaniya,  İtaliya  və  Yaponiya 
faşistləri əleyhinə yazılmış təbliği bir
 
pyes idi. 
Əsərin  mövzusu  1936-37-ci  illərdə  dünyanın  bütün 
xalqlarını  ciddi  məşğul  edən  mühüm  beynəlxalq 
hadisələrdən  alınmışdı.  Yapon  imperialistlərinin  Çin-
Mancuriya  və  Monqolustana  qarşı  təcavüzkar  hücumları, 
İtaliya faşistlərinin Həbəşistanda törətdikləri qanlı qırğın, 
İspaniya  faşistlərinin  işğalçılarla  əlbir  olub  İspaniyada 
azadlıq  hərəkatını  boğmaları,  bu  təcavüzkarlığa  qarşı 
İspaniya  respublikaçılarının  mübarizəsi,  təpədən  dırnağa 
qədər 
silahlanmış 
hitlerçilərin 
dünyaya 
meydan 
oxumaları  və  birinci  növbədə  Sovetlər  İttifaqı  əleyhinə 
təcavüzkar  müharibə  planları  tərtib  etmələri,  bu  illərdə 
Avropanın  müxtəlif  ölkələrində  çağırılan  Millətlər 
cəmiyyətinin  uğursuz  fəaliyyəti,  burjua  diplomatlarının 
ümumsülh 
haqqında  yalançı,  hiyləgər  manevrləri, 
nəhayət,  Sovet  dövlətinin  sülhü  müdafiə  üçün  göstərdiyi 

 
277 
tarixi 
fəaliyyət,  sovet  diplomatiyasının  qazandığı 
beynəlxalq  nüfuz  və  sovet  adamlarının  bütün  dünyada 
sülhü  qorumaq  üçün  müharibə  qızışdırıcılarına  qarşı 
mübarizəsi  —  əsərdə  əhatə  edilən  və  yarıromantik, 
yarıreal planda göstərilən əsas hadisələr bunlar idi. 
Şairin  18  il  ondan  əvvəl  müharibə  əleyhinə  yazdığı 
―İblis‖  faciəsində  olan  İblis,  Arif  və  Rəna  bu  əsərdə  də 
iştirak  edirlər.  Lakin  burada  onların  mənası,  vəzifəsi, 
təmsil  etdikləri  qüvvələr  tamamilə  başqa  idi.  İblis  bu 
dramda  faşizmin  müharibə  ideyalarını,  hitlerçilərin 
fitnəkar  təxribatçılıq  təşəbbüslərini  təmsil  edirdi.  İblis 
yeni  dünya  müharibəsinin  əsas  ilhamçısı,  İtaliya  və 
yapon  faşistləri  isə  onun  pərəstişkarları  kimi  göstərilirdi. 
Əsərdə  İblisi  müxtəlif  tipli  şeytanlar  əhatə  etmişdir.  Bu 
şeytanlardan  biri  ―Yapon  siyasi  qılığında‖  olub,  yapon 
faşistlərini, ikincisi  ―İtaliya siyasi qılığında‖  olub  İtaliya 
faşistlərini,  üçüncüsü  ―İspaniya  siyasi  qılığında‖  olub, 
İspaniya faşistlərini və sairəni təmsil edir. Bütün dünyanı 
yenidən  qan  dənizində  üzdürməyə  çalışan  bu  faşist 
şeytanlar İblisin əlində bir vasitə, onun müti qulları kimi 
göstərilir. 
Birinci  pərdədə  şeytanların  hərəsini  bir  ölkəyə 
göndərmiş İblis onların gətirdiyi ―şad‖ xəbərləri dinləyir: 
B i r i n c i   Ģ e y t a n   (Hitlerçi  faşist  qılığında)  —  Ən 
parlaq müjdələr!.. Mən Hitler Almaniyasını dolaşdım, özümüzə 
bir çox məsləkdaş qazana bildim. Oradakı əməkçilərdən başqa 
hər kəs ―qan-qan!‖ deyə qızmış canavar kimi dünyaya meydan 
oxuyurlar. 
İ k i n c i  ş e y t a n (Yapon faşistləri qılığında) — Yapon 
diplomatları hər gün yeni fitnələr uydurub, qonşu hökumətlərə 
rahatçılıq  vermir.  Bir  yandan  Mancuriya  ilə  Monqolustana 
soxulur,  bir  yandan  Çini  parça-parça  bölməyə  çalışırlar. 
Minlərcə, yüz minlərcə insan qanı axır. Kimsə səsini çıxarmır. 
Xalqın var-yoxu yanıb kül olur da, tüstüsü, dumanı çıxmır. 

 
278 
Ü ç ü n c ü   Ģ e y t a n   (İtaliya  faşistləri  qılığında)  — 
Mən  faşizm  beşiyinə  vardım,  pərəstişkarım  Mussolini  ilə 
görüşdüm. Bir kibritlə bütün başları alovlandırdım. Hamı ―qan-
qan!‖  deyə  cahangirlik  xülyası  ilə,  əzəmət  sevdası  ilə 
müharibəyə  girişir.  Atəşli  makinalarla  yerdən-göydən  həbəş 
ölkəsini yaxıb, yıxırlar. 
D ö r d ü n c ü  
Ģ e y t a   n  (İspaniya  faşistləri 
qılığında)  —  İspaniyaya  gəldikdə  qarışıq,  hər  könüldə  kin  və 
dəhşət, hər ağızda qan qoxusu! Ölkə ikiyə bölünmüş; bir yanda 
cümhuriyyətçilər  və  inqilabçılar,  bir  yanda  faşizm  generalları 
ilə qiyamçılar... 
İblis  qəhqəhələr  qoparıb  ―İnsanları  canlandıran  ancaq 
müharibədir‖ deyir və bu xəbərlərdən xeyli şad olduğunu 
bildirir.  Burada  Arif  bir  sülh  tərəfdarı  kimi,  müharibə 
fitnəkarı  İblisə  qarşı  çıxıb,  onun  müharibə  ideyalarını 
rədd edir. 
A  r  i  f  —  Yalan!  Bu  vəsvəsələr  faşistlərin  düşüncələrində 
parlayan  qara  bir  şimşəkdir...  Mən  qan  içənlərə  nifrət  edirəm! 
Sən xain və alçaq bir məxluqsan! 
İnsanın  İblisə  qarşı  çıxdığını  görən  və  əsərdə  əbədi 
sülhün  simvolu  kimi  verilən  ―insaniyyət  sevgisi  ilə, 
mərhəmət duyğusu ilə çırpınan sülh pərisi zərif qız‖ Sima 
Arifin  köməyinə  gəlir.  Arif  onu  görcək  ―sən  kimsən!‖ 
deyə soruşur. Sülh pərisi deyir: 
S ü l h   p ə r i s   i  —  Mən  bir  çox  şairlərin,  filosofların, 
könlünü alovlayan, ən dərin düşüncələrə qanad verən bir dilək 
pərisiyəm. 
A r i f — Səni dünyada ən çox maraqlandıran nədir? 
S ü l h   p ə r i s i   —  Yalnız  sülh  və  məhəbbət!  Mən 
bəşəriyyət  üçün  çırpınan,  qan  izlərini  silməyə  çalışan  sülh 
pərisiyəm. 
Ariflə  Sülh  pərisi  birləşib,  sülh  uğrunda  mübarizə 
etməyi  qərara  alır.  Onlar  eyni  zamanda,  hiss  edirlər  ki, 
böyük  sülhə  də  ancaq  böyük  mübarizələr  yolu  ilə  nail 

 
279 
olmaq  olar.  Onlar  özlərinə  məğlubedilməz  bir  rəhbər, 
köməkçi  tapırlar.  Bu  qüdrətli  qəhrəman  —  Sovetlər 
ölkəsinin  böyük  vətəndaşı,  əmək  dünyasının  yenilməz 
əsgəri,  inqilab  cəbhəsinin  sarsılmaz  bir  nəfəri,  tarlalarda 
çalışan,  fabriklərdə işləyən, qabarlı əllərin, tərli  alınların 
bir  rəmzi,  sarsılmaz  bir  nümayəndəsi  olan  Spartak 
qiyafəli, tunc heykəlli qəhrəman Tüncərdir. 
Arif  və  Sülh  pərisi  Tüncərlə  birləşib  faşizm  taununa 
qarşı  mübarizə  aparan  qəhrəman  respublikaçılara  kömək 
etmək  üçün  İspaniyaya  gedirlər.  Pyesin  ekspozisiyası  və 
ilk  səhnəsi  bir  qədər  romantik  planda  yazıldığı  halda, 
qalan səhnələri daha çox realist planda işlənmişdir. İkinci 
pərdədə biz Tüncəri Arif, Rəna və Sülh pərisi ilə birlikdə 
Madriddə, respublikaçılar sırasında görürük. Onlar əsərdə 
qəhrəman  respublikaçıların  nümayəndələri  kimi  verilən 
vətənpərvər  Kastillo,  Ema,  Natalya,  mərakeşli  Xalid  və 
başqaları  ilə  birlikdə  əksinqilaba  qarşı  vuruşurlar. 
İspaniyanın əmək adamları ilə sosializmə, demokratiyaya 
qarşı olan faşistlər arasında ölüm-dirim mübarizəsi gedir. 
Cəbhədə respublikaçıların məğrur səsi yüksəlir: 
 
―Vətən  eşqi,  vətən  qurtuluşu  hər  şeydən  yüksək  və 
müqəddəsdir.  Vətən  anadır.  Vətəndaşlar,  faşizm  ordusu 
getdikcə azmağa başlayır, gecə-gündüz vəhşi hücumlardan vaz 
keçmirlər,  inkvizision  cəlladlar  kimi  önlərinə  gələni  yaxıb 
yıxmaqdan çəkinmirlər. İspaniya faşizmin məzarı olmalıdır‖. 
 
Bu  səsə  sovet  vətəndaşı  Tüncərin  səsi  qüvvət  verir. 
Tüncər faşist generallarına üzünü tutaraq deyir: 
 
―Bu zəfərlər  sizi öyündürməsin. Bu sərxoşluq və sərsəmlik 
uzun  sürməz.  Sizin  yardımçınız  bir  yığın  cahangirlərsə,  bizim 
arxamızca bütün cahan əməkçiləri durmuşdur‖. 
 

 
280 
Əsərin qalan səhnələri Millətlər cəmiyyətinin müxtəlif 
iclaslarını göstərir. 
Bu  səhnələrdə  ən  maraqlı  cəhət  müharibə  tərəfdarları 
olan  ikiüzlü  burjua  diplomatları  ilə  əsil  sülh  tərəfdarları 
arasındakı 
konfliktlər, 
dramatik 
toqquşmalardır. 
Dramaturq  birinci  cəbhənin,  müharibə  tərəfdarlarının 
nümayəndəsi  olaraq  eyni  şeytanları  göstərir.  Onlar  indi 
simalarını dəyişmiş, biri alman, bir italyan, biri də yapon 
diplomatı  cildinə  girmişdir.  Onlar  qara  geymişlər, 
başçıları  İtaliya  papası  vəkili  cildinə  girmiş  İblisdir. 
İkinci  cəbhənin  nümayəndələri  həbəş  nümayəndəsi, 
müəllifin  ―əsil  alman‖  adlandırdığı,  alman  xalqının 
nümayəndəsi,  Arif,  Tüncər,  Sülh  pərisi  və  başqalarıdır. 
Bu  həqiqi  sülh  tərəfdarlarının  başında  isə  sovet  nüma- 
yəndəsi  və  diplomatı  durmuşdur.  Millətlər  cəmiyyətində 
faşistlərin  müharibə  planlarına  qarşı  sülh  tərəfdarlarının 
səsi yüksəlir. 
S o v e t   n ü m a y ə n d ə s i   —  Yer  üzündə  sülh 
istəyənlər  müharibə  tərəfdarlarından  qüvvətlidirlər.  Çünki 
onların  arxasında  hərbə  qarşı  kin  və  nifrət  bəsləyən  xalqlar 
durmuşdur. 
Ə s i l   b i r   a l m a n   —  Mən  hitlerçilərin  izi  ilə 
sürünməkdə heç bir şərəf görmürəm. 
S o v e t   n ü m a y ə n d ə s i   —  Biz  bütün  ölkələrə, 
bütün  insanlara  qurtuluş  yolları  göstərməliyik. O  yol da  ancaq 
işçi siniflərinin, dünya əməkçilərinin birləşməsidir. 
S ü l h  p ə r i s i — Bütün bəşəriyyətin səadəti və qurtuluşu 
ancaq 
nasırlı  əllərdədir,  ancaq  dünya  əməkçilərinin 
birləşməsindədir. 
T  ü  n  c  ə  r  —  Faşizm  Almaniyası  ilə  yapon  imperatorluğu 
Sovetlər İttifaqına qarşı yeni hərb müahidəsi bağlamış, hər iki 
tərəfdən  inqilab  yurdunun  alovlarını  söndürmək  istəyirlər. 
Zərər  yoxdur,  onlar  bizə  taxmaq  istədiyi  zəncirləri  tez-gec  öz 
qollarında görəcəklər. 

 
281 
S o v e t  n ü m a y ə n d ə s i  — Bütün cahan əməkçiləri 
əmin  olmalıdırlar  ki,  sülh  düşmənlərinin  bulanıq,  qanlı 
dalğaları  bizim  hüdudumuzun  divarlarına  çırpılıb  qırılacaq, 
azğın orduları tez-gec sərab olmuş ümidlər kimi saralıb məhv 
olacaqlar. 
 
―İblisin  intiqamı‖  bədii  forma  etibarı  ilə  publisist 
xarakterli,  təbliği  bir  pyes  olaraq  Sovet  hakimiyyətinin 
ilk  illərində  sovet  dramaturqlarından  Süleyman  Sani 
Axundovun  Tənqid-təbliğ  teatrı  üçün  yazdığı  pyesləri 
xatırladırdı.  Onun  məzmununa  gəlincə,  misallardan 
göründüyü kimi ―Almaniya, Yaponiya və İtaliya faşistləri 
Sovetlər  İttifaqı  xalqlarını  əsarət  altına  almaq  üçün 
hazırladıqları  zəncirləri  tez-gec  öz  qollarında  görəcəklər 
və  Sovet  Vətəninə  doğru  yönəldilmək  məqsədi  ilə 
hazırlanan  faşist  orduları  hüdudumuzun  divarlarına 
çarpıb  qırılacaq,  məhv  ediləcəkdir‖  fikri  əsərin  əsas 
ideyasını təşkil edirdi. 
Oxucu  yaxşı  bilir  ki,  bu  illərdə  faşizm  ideologiyasına 
qarşı  mübarizə  çoxmillətli  sovet  ədəbiyyatının  ən  aktual 
mövzularından  biri  olmuşdur  və  bu  mövzu  Azərbaycan 
sovet  ədəbiyyatında,  nəsr,  şeir  və  publisistikasında  da 
çox  mühüm  bir  yer  tutmuşdur.  Bir  dramaturq  olaraq 
Hüseyn  Cavid  də  öz  öhdəsinə  düşən  vəzifəni  yerinə 
yetirib,  Azərbaycan  səhnəsinə  faşizm  əleyhinə  bu  ilk 
əsəri  verməyə  çalışmışdır.  Bu  əsər  Cavidin  sosializm 
ölkəsinin  yenilməz  olduğuna,  Sovetlər  İttifaqının  bütün 
dünyada  sülhün  böyük,  sarsılmaz  dayağı  olduğuna 
bəslədiyi  inamı,  sosializm  quruluşu  işinə  bir  yazıçı  kimi 
sədaqətlə xidmət etdiyini göstərirdi. 
 
 

 
282 
BEŞİNCİ FƏSİL 
 
CAVĠDĠN DRAMLARINDA  
SƏNƏTKARLIQ XÜSUSĠYYƏTLƏRĠ 
 
Cavidin  dramları  əsas  etibarı  ilə  xarakterlər  dramıdır. 
Lakin  bu  xarakter  dramlarını  bir-birindən  kəskin  surətdə 
fərqləndirən  spesifik  dram  xüsusiyyətləri  də  vardır.  Bu 
xüsusiyyətlər  müxtəlifdir.  Məsələn,  ―Şeyx  Sənan‖  və 
―Xəyyam‖  xarakterlər  dramı  olmaqla  bərabər,  həmçinin 
fəlsəfi  dramlardır.  Amma  bu  iki  əsəri  də  bir-birindən 
fərqləndirən  cəhətlər  vardır.  ―Şeyx  Sənan‖  faciədir. 
Burada 
qəhrəmanın 
taleyi 
fəlakətlə 
nəticələnir. 
―Xəyyam‖  isə  dramdır.  Burada  fəlakət  deyil,  müəyyən 
dərəcədə  peripetiya  (qəhrəmanın  taleyinin  birdən-birə 
dəyişməsi)  xətti  əsas  götürülmüşdür.  ‖Şeyx  Sənan‖ 
təəssübkeş  dindarların  təqibinə  məruz  qalıb,  özünü 
Xumarla  bərabər  faciəli  surətdə  məhv  etdiyi  halda, 
Xəyyam  qoca  yaşlarında,  təbliğ  etdiyi  ideyaların  geniş 
yayıldığı və gənc nəsil, Nişapur gəncləri tərəfindən qayğı 
ilə  əhatə  edildiyi  bir  zamanda  öz  əcəli  ilə  ölür.  Bu  iki 
əsəri  başqa  bir  xüsusiyyət  də  fərqləndirir.  ―Şeyx  Sənan‖ 
fəlsəfi  dram  olmaqla  bərabər,  daha  çox  bir  məhəbbət 
dramıdır.  ―Xəyyam‖da  da  nakam  bir  məhəbbət  xətti 
vardır (Xəyyam ilə Sevdanın bir-birini sevməsi, Sevdanın 
gənc  ikən  ölməsi),  lakin  burada  fəlsəfi  dram  xətti  daha 
əsaslı  və  ardıcıldır.  Bütün  bu  fərqləri  ilə  bərabər, 
növlərinə  görə  hər  iki  əsər  fəlsəfi  məzmunlu  xarakterlər 
dramıdır. 
Cavidin  dramlarının  çoxu  xarakterlər  dramı  olmaqla,  eyni 
dərəcədə  ehtiraslar  dramı  şəklində  yaradılmışdır.  Bu  əsərlərdə 
üz-üzə gələn, çarpışan qüvvələr birinci  növbədə  müsbət-mənfi 
xarakterlər,  müsbət-mənfi  ehtiraslardır.  Bu  ehtiraslar  çox 
müxtəlifdir, 
rəngarəngdir: 
idrak 
eşqi, 
xeyirxahlıq, 

 
283 
insanpərvərlik,  sülhpərvərlik,  azadlıq,  vətənpərvərlik  kimi 
müsbət  insan  ehtirasları  ilə  şöhrətpərəstlik,  qısqanclıq, 
mənsəbpərəstlik, əyyaşlıq, dindarlıq, bədxahlıq, hərbculuq kimi 
mənfi ehtiraslar qarşılaşır. Məsələn, ―Xəyyam‖ dramında şair-
filosof  Xəyyamda  başlıca  ehtiras  yüksək  idrak  eşqidir  ki,  bu 
surətin əsas, aparıcı xarakteri kimi meydana çıxır. Xəyyam, hər 
şeydən  əvvəl,  ağıl,  mərifət  aşiqi,  zəmanəsinə  görə  çox-çox 
yüksəlmiş  mütəfəkkir  şairdir.  Köhnəlmiş  etiqadları,  adət-
ənənələri,  köhnəlmiş  əxlaq  normalarını,  dini,  fanatizmi  və 
asketizmi  yıxıb  dağıtmaq,  onun  yerində  real  düşüncəni, 
rasionalizmi  əsaslandırmaq  Xəyyamın  varlığında  ən  qüvvətli 
bir ehtirasa çevrilmişdir. 
Diqqəti  cəlb  edən  başqa  bir  cəhət  də  budur  ki,  bu 
xüsusiyyət, yəni, Xəyyamın idrak, mərifət ehtirası sanki əsərdə 
başqaları arasında da paylaşdırılmışdır. Bu ehtiras az və ya çox 
Xəyyamın  dostlarında,  həmdərdlərində,  Xacə  Nizam,  Rəmzi, 
Xərabati, Vəfa, Səfa və Sevdada, üsyançıların başçısı Yusifdə, 
hətta  epizodik  surətlərdən  olan  qəbirqazanlarda  və  erməni 
kəndlisində  də  vardır.  Bunlar  da  dindar  fanatikləri,  müftiləri, 
müridləri,  xəlifəni  Xəyyam  kimi  tənqid  edir,  onlara  gülür, 
cənnət, cəhənnəm əfsanəsini, asketizmi lağa qoyurlar. 
Beləliklə  vahid  bir  ideya  müsbət  planda  verilib,  ayrı-ayrı 
fərdi  xüsusiyyətlərə  malik  olan  bu  surətlər  arasında  müştərək 
ehtiraslar, hisslər, arzular, qənaətlər və dolayısı ilə də dostluq, 
mehribanlıq,  səmimiyyət,  sədaqət  şəklində  təzahür  edir, 
şöhrətpərəstlik,  hakimiyyət,  dindarlıq  kimi  mənfi  ehtiraslara 
qarşı durur. 
Buradan aydın görünür ki, Cavid mütləq mücərrəd ehtiraslar 
tanımır.  Onun  dramlarında  ehtirasları  və  xarakterləri,  hər 
şeydən  əvvəl,  ideya  və  dünyagörüşü  müəyyənləşdirib 
istiqamətləndirir.  Odur  ki,  vahid  bir  görüş  ətrafında  birləşmiş 
müsbət  ehtiraslar,  bir-birinə  yaxın  meyllər  başqa  bir 
görüşlə  müəyyənləşmiş  mənfi  ehtiras  və  meyllərə  qarşı 
durur. 

 
284 
―Xəyyam‖da bu xüsusiyyət daha qabarıq şəkildə özünü 
göstərir.  Burada  baş  qəhrəman  —  Xəyyam  fərdi  xüsusiy- 
yətlərinə  görə  müstəsna  olsa  da,  qara  qüvvələrə  qarşı 
mübarizədə  tək  deyildir.  Sevda,  Xacə  Nizam,  Vəfa,  Sə- 
fa,  Rəmzi  və  Xərabati  də  onun  tərəfindədirlər.  Onlar  da 
hərə öz mövqeyinə və anlayışına görə eyni ehtirasla qara 
qüvvələrə  müqavimət  göstərir.  Eyni  mahiyyəti  olan 
ehtirasların,  meyllərin  müsbət  planda  verilmiş  surətlər 
arasında  paylaşdırılması  isə  öz-özlüyündə  dramın  fəlsəfi 
bir  dram  kimi  əsas  janr  xüsusiyyətini  möhkəmləndirib 
əsaslandırır.  Beləliklə,  ―Xəyyam‖da  bir-birinə  zidd  olan 
aparıcı ehtiraslar qruplaşması əmələ gəlmişdir. 
Bu  xüsusiyyəti  biz  bir  qədər  başqa  mənada  ―Şeyx 
Sənan‖  faciəsində  də  görürük.  Bu  əsərdə  faciənin  qəh- 
rəmanı  Sənan  surətində  başlıca  ehtiras,  keyfiyyətcə 
Xəyyamdan fərqli olaraq, məhəbbət ehtirasıdır.  Sənan da 
ağıl,  mərifət  aşiqidir.  Bu  ehtiras  ona  da  yad  deyildir. 
Lakin  Sənanda  həmin  cəhət  çox  vaxt  məhəbbət  ehtirası 
ilə  bağlı  şəkildə  meydana  çıxır.  Fəlsəfi  məzmun  daşıyan 
və  son  nəticədə  bütün  əzəməti  ilə  dini  təəssübkeşliyə 
qarşı duran təmiz, yüksək məhəbbət ehtirası! 
Sənan  bütün  dini  müqəddəsatı  tapdalayıb,  insanlar 
arasında  olan  məhəbbəti  hər  şeydən  yüksək  tutur.  ―Xəy- 
yam‖da  olduğu  kimi,  bu  əsərdə  də  biz  ümumi  məhəbbət 
ehtirasının  başqa  surətlər  arasında  da  paylandığını 
görürük.  Bu  məhəbbət  ehtirası  on  altı ildən  artıq Sənanın 
eşqi  ilə  yaşayan  ərəb  qızı  Zəhrada  da  eyni  dərəcədə 
qüvvətli,  əzəmətli  və  davamlıdır.  Gürcü  qızı  Xumarda, 
Xumarın eşqi ilə çırpınan gənc gürcülərdə, hətta gözəl bir 
qadına  aşiq  olduğu  üçün  ağlamaqdan  gözləri  tutulan 
İkinci korda da bu məhəbbət ehtirası vardır. Əsərdə nəcib 
ərəb  qızı  Üzranın  Zəhraya,  Şeyx  Hadinin,  Oğuz  və 
Özdəmirin  Sənana,  gözəl  ruhlu  Ninanın  Xumara  olan 
məhəbbəti  də  eyni  məhəbbət  ehtirası  ilə  əlaqədardır  ki, 

 
285 
dostluq, səmimiyyət, mehribanlıq şəklində təzahür edir. 
Diqqət  etdikdə  sevmək,  sevilmək  ehtirası  ilə  yaşayan 
bu  insanların  eyni  mahiyyətli  maniəyə  rast  gəldiklərini 
görürük:  Sənan  dini  təəssübkeşliyi  müdafiə  edən 
papasların,  fanatik  şeyxlərin  müqavimətinə  rast  gəlir. 
Zəhranın  öz  arzusuna,  Sənana  çatmasına  təriqət  başçısı 
atası Şeyx Kəbirin ―səni alçaldan ehtiras olacaq‖ — kimi 
asketizmi  təbliğ  edən  fikirləri  mane  olur.  Xumarın 
faciəsinə  səbəb  dini  təəssübkeşlik,  xristianlıqdır. 
Beləliklə,  bu  əsərdə  məhəbbət  ehtirasları  ilə  dini 
təəssübkeşlik,  tərkdünyalıq  ehtirasları  qruplaşdırılmış 
halda 
bir-birinə 
qarşı 
qoyulur. 
Bir-birinə 
zidd 
dünyagörüşləri,  bir-birinə  zidd  xarakterlər,  bir-birini 
inkar edən ehtiraslar, meyllər doğurur. 
Məhəbbət 
ehtirası 
―Şeyda‖ 
faciəsində 
Şeyda, 
―Maral‖da  Cəmil  bəy,  ―İblis‖də  Xavər,  ―Afət‖də,  Afət, 
―Uçurum‖da  Göyərçin,  ―Səyavuş‖da  Firəngiz  və  Süda- 
bə,  ―Peyğəmbər‖də  Şəmsa  surətlərində  də  aparıcı  eh- 
tirasdır.  Lakin  bu  surətlərin  bəzilərində  onlara  gös- 
tərilən  münasibət,  xəyanət  və  ya  şəxsi  məhrumiyyətlərə 
düçar  olmaq  üzündən  məhəbbət  ehtirası  son  nəticədə 
nifrət və intiqam hissinə çevrilir. 
Cavidin 
dramlarında  insanpərvərlik,  xeyirxahlıq, 
sülhpərvərlik  ehtirası  ilə  yaşayan  surətlər  də  vardır. 
―Ana‖da  Səlma,  ―İblis‖də  qoca  Şeyx,  ―İblisin  inti- 
qamı‖nda  Sülh  pərisi,  ―Topal  Teymur‖da  şair  Kirmani 
belə  surətlərdəndir.  Ancaq  bu  surətlərin  çoxu  ağıl, 
mərifət  və  ya  məhəbbət  ehtirası  ilə  yaşayan  Xəyyam, 
Sənan,  Sevda,  Dərviş,  Südabə,  Şəmsa,  Göyərçin  kimi 
surətlərə  nisbətən  sönük,  cansız  və  sxematikdir.  Bunun 
da  sirri  ondadır  ki,  bu  adamlarda  insanpərvərlik, 
xeyirxahlıq,  sülhpərvərlik  mücərrəd  və  passiv  arzular 
şəklindədir.  Onlar  yaxşı,  xeyirxah  xəyallar  bəsləməklə 
kifayətlənir,  bilavasitə  mübarizəyə  qoşulmurlar.  Dram 

 
286 
əsərində  də  dramatik  mübarizədən,  əsas  konfliktdən 
kənarda  qalan  surətlərin  sönük,  sxematik  çıxması  çox 
təbii bir haldır. 
Bir  cəhət  də  diqqəti  xüsusilə  cəlb  edir  ki,  Cavidin 
dramlarında  mücərrəd  xeyirxahlıq,  passiv  insanpərvər- 
lik ehtirası ilə  yaşayan bu adamlar  ya bəlalara düçar olan 
talesiz  insanlar,  ya  da  öz  ideyalarında  qeyri-sabit  olub, 
dərhal  dönüklük,  zəiflik  göstərən  xarakterlər  kimi 
meydana  çıxmışlar.  Məsələn,  ―Ana‖da  Səlma,  ―İblis‖də 
qoca 
Şeyx 
ürəkdən 
bağlı, 
olduqları 
mücərrəd 
insanpərvərlik  ehtirasının  bəlasını  çəkməli  olurlar. 
Düşməni də bağışlamağı yüksək insanlıq sifəti və əlaməti 
hesab  edən  Səlma  axırda  öz  yeganə  oğlunun  vəhşicəsinə 
öldürüldüyünün  şahidi  olur.  ―Qəlbindəki  nifrətləri, 
vəhşətləri  yax,  yıx!‖  —  deyə  özgələrinə  insanlıq  dərsi 
verən  qoca  Şeyx  sevimli  qızı  Xavərin  Arif  tərəfindən 
vəhşicəsinə öldürüldüyünü gördükdən sonra: 
 
Atdım insanlığı, oldum canavar, 
İntiqam istərəm, artıq bu qadar! — 
 
—  deyib  inləyir.  Əvvəlcə  insanlıqdan,  ədalətdən,  xeyir-
xahlıqdan  danışan  Arif,  sonra  özü  amansız,  alçaq  bir 
caniyə  çevrilir,  öz  sevimli  arvadını  boğub  öldürür, 
―Bütün  bəşəriyyəti  xilas  edəcək  yalnız  məhəbbətdir‖ 
deyən  şair  Kirmani  şöhrətpərəst  hökmdar  Topal  Tey- 
mura  cani-dildən  xidmət  etməli  olur.  Kirmani  şöh- 
rətpərəstlərdən  narazı  olduğu  zamanlarda  da  ancaq  şərab 
içib  gözəllərlə  söhbət  etməklə  dərdini  dağıdıb  təsəlli 
tapır. 
Beləliklə, dramaturq özü hiss etsə də, etməsə də, onun 
mücərrəd  insanpərvərlik,  xeyirxahlıq  ehtirası  ilə  yaşayan 
belə surətlərinin taleyi ya Səlmanın və qoca Şeyxin taleyi 
kimi son dərəcə acınacaqlı, ya da Arif və şair Kirmaninin 

 
287 
taleyi  kimi  son  dərəcə  mənasız  olur.  Nəzəri  cəhətdən 
Cavid  ümumiyyətlə  bu  fikirdə  olmuşdur  ki,  insan,  həyat 
haqqında 
mücərrəd 
arzular 
bəsləmək, 
mücərrəd 
insanpərvərlik, 
xeyirxahlıq, 
zülmə 
müqavimət 
göstərməmək  kimi  şirin,  dadlı  xəyallar  çox  acı  nəticələr 
verir.  Çox  ehtimal  ki,  dramaturq  bu  ideyaları  daşıyan 
insan  surətləri  və  onların  ağır  taleyi  ilə  bu  fikrin 
həyatiliyini  göstərmək  istəmişdir.  Çünki  belə  insanların 
taleyi  canlı  həyatda  necə  olmuşsa,  Cavidin  dramlarında 
da,  həqiqətə,  həyata  uyğun  bir  şəkildə  sona  çatır. 
Bunların 
əksinə, 
Cavidin 
dramlarında 
azadlıq, 
vətənpərvərlik,  mübarizə  eşqi  və  ehtirası  ilə  yaşayan 
adamlar  ―Şeyda‖da  Qara  Musa,  ―Knyaz‖da  Anton, 
―Səyavuş‖da Rüstəm kimi canlı, qüvvətli və təsirlidir. 
Cavidin  əsərlərində  mənfi  ehtiraslarla  yaşayan  surətlər 
də  müxtəlifdir.  Bunların  içərisində  hərbculuq  ehtirası  ilə 
yaşayan  ibn  Yəmin  (―İblis‖),  dini  təəssübkeşlik, 
bədxahlıq  ehtirası  ilə  yaşayan  Papas  və  Şeyx  Mərvan 
(―Şeyx  Sənan‖),  qısqanclıq  ehtirasının  əsiri  olan  Edmon 
(―Uçurum‖),  Orxan  (―Ana‖)  və  Gərşivəz  (―Səyavuş‖), 
şöhrətpərəstlik,  hakimiyyət  ehtirası  ilə  yaşayan  Alp 
Arslan  (―Xəyyam‖),  mənsəbpərəstlik  ehtirası  ilə  yaşayan 
Həsən Səbbah (―Xəyyam‖) və başqaları vardır. 
Lakin  bütün  bu  müxtəlif  ehtiraslı  adamları  bir-birinə 
yaxınlaşdıran  və  birləşdirən  ümumi  cəhətlər  də  vardır: 
onların,  demək  olar  ki,  hamısı  bədxah,  fitnəkar,  xain, 
paxıl  adamlardır.  Taleləri,  aqibətləri  də  bir-birinə 
bənzəyir.  Hamısı  əvvəlcə  coşqun,  fəal,  çirkin  məqsəd 
uğrunda  olsa  da,  mübariz,  son  nəticədə  isə  alçalmış, 
təhqir olunmuş, ehtiraslarının qurbanı olan insanlardır. 
Ümumiləşdirilmiş  şəkildə  demək  olar  ki,  Cavidin 
dramlarında  gözəl  insani  sifətlər  məhəbbət,  səmimiyyət, 
xeyirxahlıq,  sülhpərvərlik,  insanpərvərlik,  mütəfəkkirlik, 
həqiqət  aşiqliyi,  dini  şübhəçilik  və  sair  ehtiraslar 

 
288 
şəklində  meydana  çıxır;  bunun  əksinə  nə  qədər  pis, 
arzuedilməz  xüsusiyyətlər  varsa,  bunlar  da  xudbinlik, 
paxıllıq, 
bədxahlıq, 
avamlıq, 
dini 
təəssübkeşlik, 
qısqanclıq,  hərbculuq,  zalımlıq,  qəddarlıq  və  sair  mənfi 
ehtiraslar şəklində canlandırılır. 
―Şeyx  Sənan‖,  ―Xəyyam‖,  ―İblis‖  kimi  dramlarla 
yanaşı  Cavid  ―Maral‖,  ―Uçurum‖,  ―Afət‖  kimi  ailə, 
məişət  dramlarının  da  müəllifidir.  Bu  əsərlərin  hər  üçü 
faciədir.  Bu  faciələri  doğuran  səbəblər  isə  müxtəlifdir. 
―Maral‖da gənc azərbaycanlı qız Maralın faciəli ölümünə 
səbəb  mühafizəkar  mülkədar  əxlaqı,  mülkədar  zülmüdür. 
Başqa  sözlə  bu  faciə  də  burjua-feodal  cəmiyyətinin 
ailələrdə  doğurduğu  ümumi  faciələrdən  biridir.  Əsərdə 
mülkədarlığın öz içərisindən çıxmış yeniyetmə, romantik, 
sentimental  gənclər  —  Cəmil  bəy,  Nadir  bəy,  Humay  və 
başqaları  mühafizəkar  mülkədar  zülmü  və  əxlaqına  qarşı 
çıxırlar.  Lakin  bu  yeniyetmələr  cəbhəsi  zəif,  gücsüz 
göstərilir.  Bu  zəiflik  də  əsərə  müəyyən  dərəcədə 
melodramatizm, 
romantik, 
sentimental 
dram 
xüsusiyyətləri  gətirir.  Maralın  daim  öz  taleyini  düşünüb 
ah-zar  etməsi,  Cəmil  bəyin  ümumiyyətlə  insanların  yer 
üzündəki 
əməlindən 
şikayətlənməsi, 
mühafizəkar 
mülkədar  zülmünə  qarşı  sadəcə  zarıyıb  inildəməsi  buna 
misal ola bilər. 
―Uçurum‖  və  ―Afət‖  isə,  ―Maral‖dan  fərqli  olaraq, 
daha  çox  səhvlər  dramı  şəklində  meydana  çıxır.  ―Uçu- 
rum‖da  gənc  rəssam  Cəlalın  öz  gözəl  arvadı  Göyərçinin 
təmiz  məhəbbətinə  xəyanət  edib,  Paris  rəqqasəsi  Anjelə 
aludə  olması,  ―Afət‖də  Afətin  Qaratayın  yalanlarına 
uyub,  öz  ərini  zəhərləməsi,  Altunsaçın  Qaratayın 
hiylələrinə  inanması  və  hər  iki  ailədə  yüksək  əxlaqi 
ideyaların  tapdalanması  dəhşətli  faciələr  doğurur. 
―Maral‖da  olduğu  kimi,  bu  əsərlərdə  də  ailə,  əxlaq 
normalarına qarşı duran qüvvələrin (―Uçurum‖da İldırım, 

 
289 
Əkrəm,  ―Afət‖də  Alagöz,  Ərtoğrul,  Yavuz,  Oqtay)  əsas 
qismi  zəif,  gücsüz,  sentimental  gənclər  olduğundan  bu 
xarakterlər  istər-istəməz  hər  iki  drama  melodramatizm 
xüsusiyyətləri gətirmişdir. 
Buradan  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  Cavidin 
məişət  dramlarında  melodramatizm  və  ya  sentimental, 
romantik  dram  xüsusiyyətlərini  sadəcə  bir  forma  hesab 
etmək  olmaz.  Həmin  əsərlərə  bu  xüsusiyyətləri  gətirən, 
hər  şeydən  əvvəl  hadisələrin  məzmunu,  xarakteridir. 
Digər  tərəfdən,  bu  əsərlərə  sentimental,  romantik  ün- 
sürlər  gətirən  —  mənfi  surətlər  deyil,  əsasən  müsbət  və 
ya  ziddiyyətli  tiplər,  xarakterlərdir.  Məsələn,  ―Maral‖ 
dramını alaq. Burada nə canavar təbiətli mülkədar Turxan 
bəy,  nə  də  onun  zorakılığına  şəriət  donu  geydirən  Qazı 
sentimental,  romantik  surətlər  sayıla  bilməzlər.  Əksinə, 
bunlar  bir  qədər  də  vulqar,  kobud  ―realistlərdir‖.  Burada 
romantik,  sentimental  əhvali-ruhiyyəli  surətlər  əsasən 
Maral, Cəmil bəy, Bəypolad, Aslan bəy kimi nəcib ruhlu, 
xeyirxah,  yeni  hisslər  və  arzularla  yaşayan  gənc 
yeniyetmələrdir.  Lakin  onlar,  eyni  zamanda,  ifrat 
hissiyyatçı, 
xəyalpərvərlərdir. 
Faciəyə 
romantik, 
sentimental  və  melodramatik  ünsürlər  gətirən  də  bu 
gənclərin 
əhvali-ruhiyyəsi,  həyata  münasibətləridir. 
Eləcə  də  ―Afət‖  faciəsində  nə  əyyaş  Özdəmir  və 
Xandəmiri, nə də əxlaqsız Qaratayı, Kaplan və Qorxmazı 
sentimental,  romantik  surət  saymaq  olmaz.  Bunlar  da 
hamısı incə hisslərdən, xəyallardan uzaq olan, pozulmuş, 
qaba  adamlardır.  Bu  faciədə  də  romantik,  sentimental 
surətlər  əsasən  Alagöz,  Ərtoğrul,  Yavuz  kimi  təmiz 
əxlaqlı  gənclərdir.  Lakin  bu  gənclər  də  həddindən  artıq 
xəyalpərvər, 
hissiyyatçıdırlar. 
Eyni 
xüsusiyyəti 
―Uçurum‖ faciəsində də görmək olar. 
Cavidin  ailə,  məişət  dramlarında  bəzən  mənfi  mənada 
dramatik  toqquşmalara,  macəra  dramı  ünsürlərinə  də  rast 

 
290 
gəlmək  olur.  Məsələn,  ―Uçurum‖da  gənc  İldırımın  Cəlalı 
Anjelin  torundan  xilas  etmək  xatirinə  Paris  rəqqasəsinə 
yalandan  məhəbbət  elan  etməsi,  qısqanc  Edmonun 
Anjelin  dalınca  Parisdən  İstanbula  gəlməsi  çox  süni  təsir 
bağışlayan  hadisələrdir.  ―Afət‖  dramında  epizodik 
surətlər  olan  iki  gənc  zabitin  —  Kaplan  və  Qorxmazın 
hərəkətləri,  özlərini  süni  surətdə  Afətə  və  başqalarına 
sevdirməyə  çalışmaları  sadəcə  konflikti  qüvvətləndirmək 
xatirinə düşünülmüş qeyri-təbii vəziyyətlərdir. ―Maral‖da 
Aslan  bəy  ilə  Maral  arasındakı  çox  zəif,  ötəri  verilmiş 
məhəbbət  haqqında  da  eyni  sözləri  demək  olar.  Macəra 
dramı  ünsürlərinə  ―Topal  Teymur‖da  Olqa  ilə  Orxan 
arasında  olan  münasibəti,  bunların  İldırım  Bayazid 
sarayındakı fəaliyyətlərini də misal göstərə bilərik. 
Cavidin  yaxşı  dramlarından  olan  ―Şeyda‖  faciəsində 
Roza  ilə  Şeyda  və  Əşrəf  arasındakı  münasibət,  qara 
geyimli  mələk  surəti  əsas  hadisə  ilə  əlaqəsi  olmayan  və 
dramaturq  tərəfindən  şüurlu  surətdə  effekt  yaratmaq 
xatirinə  əsərə  əlavə  edilmiş  macəralı  hadisələrdir.  Lakin 
bu macəra və süni intriqa ünsürlərini biz Cavidin ―İblis‖, 
―Şeyx  Sənan‖,  ―Səyavuş‖,  ―Knyaz‖  və  ―Xəyyam‖  kimi 
əsərlərində, demək olar, görmürük. 
Cavidin  dramaturgiyasında  fantastik dram ünsürləri  də 
xüsusi  yer  tutur.  Bu  ünsürlər  müxtəlifdir.  Bəzən  onlar 
mövhumi surətlər şəklində, bəzən teyflər, ruhlar,  ölülərin 
canlanması  şəklində,  bəzən  də  sayıqlamalar,  yuxuda 
görülən  hadisələr  şəklində  yaradılır.  Məsələn,  ―İblis‖də 
İblis, 
Mələk, 
―Şeyda‖da 
Qara 
geyimli 
mələk, 
―Peyğəmbər‖də Skelet və Mələk fantastik surətlərdir.  Bu 
mövhumi  surətlərin  hərəsi  müəyyən  bir  məqsədə  görə 
yaradılmış,  hərəsi  müəyyən  bir  fikri,  ideyanı  təmsil  edir. 
Məsələn,  ―İblis‖də  İblis  ―hər  kəsə  xain  olan  insan‖dır, 
Mələk  sülh,  əmniyyət  arzularının  timsalıdır.  ―Şeyda‖da 
―Mən oyam ki, bütün ağlar gözlər,  yaralı könüllər, bütün 

 
291 
iztirablar  və  həyəcanlar  həp  mənim  sayəmdə  rahat  olur, 
mənimlə  təsəlli  bulur‖  deyən  Qara  geyimli  mələk 
insanların  son  məskəni  olub,  bütün  iztirabları  unutduran 
qara  torpağı  təmsil  edir.  ―Peyğəmbər‖də  Mələk  ―allah 
təbiətin  özündədir‖  ideyasını,  Skelet  isə  tarixin  amansız 
qanunlarını  təmsil  edən  fantastik  bir  surətdir.  Bu  kimi 
fantastik  surətlər  Cavidə  o  zaman  lazım  olur  ki,  o, 
insanların taleyini deyil, bəlkə, məsələn, ―İblis‖də olduğu 
kimi,  birinci  növbədə  müəyyən  ideyaların  toqquşmasını 
göstərməyə  çalışır.  Məlumdur  ki,  ―İblis‖  birinci  növbədə 
insanların  taleyini  deyil,  hər  şeydən  əvvəl,  müxtəlif 
ideyaların,  sülh  və  müharibə  ideyalarının  taleyini  əks 
etdirən bir faciədir. 
Fantastik  dram  ünsürləri  Cavidin  əsərlərində  teyflər, 
xəyalların  canlanması  şəklində  də  görünür.  Məsələn, 
―Şeyda‖da  dördüncü  pərdədə  Rozanın  xəyalı  Şeydaya 
görünür,  lakin  danışmayıb,  tez  gözdən  yox  olur.  Beşinci 
pərdədə yenə Şeyda Rozanın səsini eşidir. Yenə başqa bir 
yerdə  Rozanın  xəyalı  Şeydaya  ―Yaldızlı  tüllər  içində, 
mələk  qiyafəsində‖  görünür,  ―Süzgün  və  munis 
baxışlarla‖  Şeydaya  doğru  irəliləyir.  Burada  Şeydanın 
xəyalında  bədbəxt  Rozanın  ruhunu  canlandırmaqla 
dramaturq  tamaşaçılarında  insanın  vəhşi  əməllərinə  qarşı 
nifrəti gücləndirmək məqsədini izləyir. 
Yaxud  ―Uçurum‖da  ikinci  pərdədə  Cəlal  Parisdə 
rəqqasə  Anjel  ilə  kefdə  ikən  onun  nəzərində  məsum  hə- 
yat  yoldaşı  Göyərçinin  xəyalı  canlanır.  Göyərçin  qu- 
cağında  sevimli,  günahsız  körpəsi  olduğu  halda,  məhzun 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin