AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   13   14   15   16   17   18   19   20   21

 
Urmi  bəzi  cəhətlərdən  Zərdüştə  oxşayan  Azər  üçün  də 
doğma  bir  diyardır.  Zərdüşt  də  bu  şəhər  ətrafında 

 
235 
doğulmamışdırmı?  Belə  olduqda  o  bu  mahnıdan  necə 
mütəəssir  olmaya  bilər?  Qəhrəman  öz  mahnısını  davam 
etdirir: 
 
O gül diyarında şən bir bülbülə  
Uyub qondum mən də bir qonçə gülə. 
Xain bir ovçunun namərd əliylə  
Ömrümün baharı xəzanə döndü, 
Dünya gözlərimdə zindana döndü. 
...Yardan uzaq düşdüm, gəlib gedən yox, 
Uğrunda bitdiyim nazik-bədən yox. 
Dərd alıb sağımı, ölüm solumu, 
Namərd Araz kəsdi mənim yolumu.
1
 
(―Kor Neyzən‖.) 
 
Cavidin  bu  illərdə  Cənubi  Azərbaycan  xalqının  taleyi 
ilə  xüsusi  maraqlanması  onun  yaradıcılığında  və 
görüşlərində  son  dərəcə  diqqətəlayiq  bir  hadisə  idi.  Bu, 
Caviddə  vətənpərvərlik  hisslərinin  yeni,  geniş  məzmun 
kəsb  etdiyini  göstərirdi.  Heç  təsadüfi  deyildir  ki,  haman 
illərdə  şair  Cənubi  Azərbaycan  həyatından  bəhs  edən 
―Telli  saz‖  adlı  ayrıca  bir  dram  da  yazmışdır.  Dramda 
Sovet  Azərbaycanının  yeni,  azad  həyatı  ilə  Cənubi 
Azərbaycandakı  müstəmləkə  zülmü  qarşılaşdırılır.  Şair 
qardaş-bacılarını  azadlıq  uğrunda  yeni  mübarizələrə 
səsləyirdi.  Çox  təəssüf  ki,  bu  əsər,  onun  məzmunu  bir 
çoxlarına məlum olsa da, əlyazması hələlik əldə yoxdur. 
―Azər‖də  müharibə  əleyhinə  mübarizə  mövzusu  da 
mühüm  yer  tuturdu.  Almaniya  və  İtaliyada  faşizm  ideya- 
larının  yayıldığı  illərdə  Qərb  həyatı  ilə  bilavasitə 
yaxından  tanış  olan  şair  imperialist  dövlətlərin  yeni  bir 
dünya  müharibəsi  hazırladıqlarını  hiss  etmişdi.  Şair  üçün 
aydın  idi  ki,  burjua  diplomatiyası  aləmində  zahirdə 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 611. 

 
236 
aldadıcı  bir  şüar  kimi  uydurulmuş  yalançı  tərksilah 
sayıqlamaları 
arxasında 
bəşəriyyəti 
yeni 
qanlı 
müharibələrə  sövq  edəcək  gizli  dəhşətli  bir  müharibə 
planı durur: 
 
Gərçi bu gün kapitalizm ―sülh‖ arar,  
Hər salondan doğar yeni bir şüar. 
―Tərki-silah!‖ nəğmələriylə ancaq  
Məzlumlara qarşı qurulur duzaq. 

 
Kəşf olunur hər gün zəhərli qazlar, 
Yarın bilinməz kim kimi boğazlar.
1
 
(―Rəssamın qızı‖.) 
 
Yeni  müharibə  təhlükəsini  duyduğu  üçündür  ki,  Ca- 
vid  hələ  şahidi  olduğu  birinci  imperialist  müharibəsinin 
vurduğu  yaraların  sağalmadığından,  axıdılan  nahaq 
qanların  hələ  tamamilə  qurumadığından,  müharibənin 
bədbəxt etdiyi  insanların faciəli həyatından da həyəcanla 
yazırdı.  Şair  bu  dəhşətli  zamanların  bir  daha  geri 
qayıtmaması  üçün  xalqları  yeni  müharibə  fitnəkarlığına 
qarşı  mübarizəyə  çağırırdı.  ―Azər‖də  “Rəssamın  qızı‖, 
―Vəhşi  qadın‖,  ―Əsgərlər  təlim  keçirkən‖  kimi  parçalar 
bu  mövzuya  həsr  edilmişdi.  Şair  Azəri  birinci  dünya 
hərbinin  unudulmaz  yaralarını,  müharibə  dəhşətlərini 
göstərən  müxtəlif  hadisələrdən  keçirib,  qəhrəmanının 
ədalətsiz müharibələrə qarşı nifrətini əks etdirirdi. 
Budur,  Azər  keçmişləri,  keçmiş  rəssamların  yara- 
dıcılığını  əks  etdirən  bir  ümumdünya  rəsm  sərgisindədir. 
Burada  Rafaelin  ―Madonna‖sından  tutmuş  çoxlu  klassik 
rəsm  əsərləri  göstərilir.  Lakin  sərgiyə  gələnlərin  və 
birinci  növbədə  Azərin  diqqətini  bu  rəsmlərdən  daha  çox 
canlı  bir  insanın  gözəlliyi,  bohemiyalı  bir  rəssamın  on 
                                                 

 Duzaq – cəhənnəm. 
1
 H.Cavid. Seçilmiş əsərləri. səh. 594. 

 
237 
səkkiz, on doqquz  yaşlarında qızı Elza cəlb edir. Elzanın 
atası  gözəl  bir  sənətkar  olmaqla  bərabər,  mübariz, 
vətənpərvər bir insan, bir ictimaiyyətçi imiş; o, müharibə 
illərində  öz  xalqını  imperialist  müharibəsi  əleyhinə 
mübarizəyə  çağırdığı  üçün  hökumət  tərəfindən  edam 
edilmişdir. Atasının ölüm xəbərini eşidən 8 yaşlı Elzanın 
o  zamandan  dili  tutulmuş  və  o  gündən  bəri  qızcığazda 
müharibəyə,  yırtıcı  hərbilərə  qarşı  dərin  bir  nifrət  əmələ 
gəlmişdir.  Gənc  bir  zabit  Elzaya  aşiq  olmuşdur.  Gecə- 
gündüz  onun  ardınca  düşür,  yalvarıb  yaxarır,  məhəb- 
bətinə  qarşılıqlı  cavab  istəyir;  lakin  Elza  onun  mə- 
həbbətini ancaq qəzəbli baxışlarla qarşılayır. Çünki qızda 
ümumiyyətlə hərb adamlarına nifrət vardır. 
Azər düşünür ki, yeni dövrün yeni sənətkarları üçün bu 
qəmli  hadisə  ən  mənalı  mövzulardan  biri,  dünya  sənət 
sərgisinin  ən  qiymətli  əsərlərindən  biridir.  Üç  nəfər 
rəssamın  əllərində  fırça  sərgi  salonunda  ancaq  Elza  ilə 
məşğul  olmaları,  qanlı  vuruşların  şikəst  etdiyi  bu  qızın 
surətini  yaratmağa  çalışmaları  Azərə  çox  xoş  təsir 
bağışlayır,  onun  gözləri  qarşısında  hərb  əleyhinə  çıxan 
mübariz 
sənətkarın,  bohemiyalı  rəssamın  heykəli 
canlanır.  Azər  rəssamın:  ―Hərbə  qarşı  hərb,  qanlı 
vuruşmalara  qarşı  üsyan  edin,  qılıncları  oraq  yapın‖  — 
deyən  gur  səsini  yenidən  eşidir  kimi  olur.  O,  bohemiyalı 
sənətkarın  müharibəyə  qarşı  tutduğu  yolu  ən  doğru  yol 
hesab  edib,  yeni  nəsli  yeni  müharibə  fitnəkarlarına  qarşı 
amansız olmağa çağırır: 
 
Hənuz dünkü qanlar qurumamışkən, 
Yeni bir hərb üçün planlar çəkən  
Vəhşi diplomatlar, quduz nazirlər, 
Azadlıq yerinə zindan hazırlar.  
O paslı zəncirlər qırılmadıqca  

 
238 
Dar gələcək insanlara bu dünya!
1
 
(―Rəssamın qızı.‖)
 
 
 
―Vəhşi  qadın‖da  Azər  birinci  dünya  müharibəsinin 
daha  dəhşətli  bir  nəticəsi  ilə  qarşılaşır.  O,  meşədə  qəm-
qüssədən  cəsədə  dönmüş,  saçları  dağınıq,  çılpaq  bir 
qadına  rast  gəlir.  Bu  qadının  keçən  müharibədə  yaşadığı 
kənd  alt-üst  olmuş,  evi  yanmış,  ailəsi  dağılmış,  vəhşi 
hərbçilər  sevimli,  körpə  qızcığazını  oda  atıb  yandırmış, 
oğlunu gözü qarşısında parça-parça doğramışlar... 
Azər  sülh  tərəfdarıdır.  O  hər  yerdə,  ―Sizi  mən  sülhə 
eylərəm  dəvət‖  deyib  çırpınır.  Lakin  o,  böyük  bir 
həqiqəti  də  dərk  etmişdir  ki,  hər  zaman  və  hər  yerdə 
sadəlövhcəsinə  hər  cür  müharibə  və  mübarizəni  pis- 
ləmək  olmaz.  Azər  ədalətsiz  müharibələr  əleyhinədir  O, 
möhkəm  inanmışdır  ki,  xalqlar  bu  müharibələrə  son 
qoymaq  üçün,  dünyanın  hər  yerində  müharibə  fitnəkar- 
larının kökünü kəsmək üçün mübarizə aparmalıdırlar. 
―Əsgərlər  təlim  edərkən‖  parçasında  Azər  bir  neçə 
səthi  düşüncəli,  passiv  sülh  tərəfdarlarına  rast  gəlir. 
Əsgərlərin  təlimini  seyr  edən  bu  adamların  biri  hər  cür 
silahlanmaq əleyhinə çıxaraq: 
 
İştə təlim olunur cəlladlıq, 
Yazıq insandakı vicdana, yazıq! — 
 
—  deyib  sızlayır.  Biri  müharibəyə  qarşı  köhnə  mərdüm- 
girizlik fəlsəfəsi təbliğ edir, bir başqası: 
 
Ah, nə xoşdur əbədi sülh olsa, 
Bəşəriyyət acıdan qurtursa — 
 
—  deyib  sülhün  öz-özünə  başa  gələ  biləcəyi  haqqında 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 594. 

 
239 
xam  xəyallar  bəsləyir.  Azər  əbədi  sülhün  əsil,  düzgün 
yolunu  anlamayan  bu  xəyalpərvərlərə  gülür,  sülh  və 
əmniyyətin  ancaq  mübarizə  yolu  ilə  mümkün  olacağını 
söyləyir.  O,  sülh  haqqında  köhnəlmiş  fikirlərə  belə  bir 
mənalı yekun vurur: 
 
Dedilər: zülmə qarşı durma, əyil! 
Dedilər: hərbə qoş ya əz, ya əzil! 
Mən dedim: həpsi laf, inanma, saqın! 
Rəhbər olsun da qüvvətin, ağlın. 
Yeri gəldikcə sülh üçün çapala. 
 
Oylə yer var ki, hərbi aqlışla. 
Quzu gördünmü, sev, o kin bilməz. 
Canavar qarşı gəlsə, parçala, əz!
1
 
(―Əsgərlər təlim edərkən‖.) 
 
―Azər‖  dastanının  əhəmiyyəti,  hər  şeydən  əvvəl,  on- 
dan ibarət idi ki, bu əsərlə Cavid sovet həyatı ilə inqilabi 
ideyalarla  ruhlandığını  göstərmiş,  çox  mürəkkəb  olan  öz 
sənət  dünyasında  yeni  aləmlə  qaynayıb-qarışmağa 
başladığını  sübut  etmişdi.  Azərin  bəyəndiyi,  qəbul  və 
təbliğ  etdiyi  yeni  ideyalar  onun  müəllifinin  bəyəndiyi 
ideyalar idi. 
Sovet  Azərbaycanının  yeni  cəmiyyət  quran  inqilabçı 
nəsli  bu  əsərin  qəhrəmanı  Azərin  öyündüyü,  fəxr  etdiyi 
əsas  qüvvədir.  Azər  çox  aydın  başa  düşür  ki,  bu  qüdrətli 
gəncliyə  ruh  verən,  qanad  verən  sosialist  inqilabı 
olmuşdur. Bu inqilabın son qələbəsi uğrunda böyük əzm- 
lə  çalışan  insanlar,  yeni  nəslin  tərbiyəsi  ilə  məşğul  olan 
sadə  kənd  müəllimləri,  yeni  nəğmələr  bəstələyən  el 
aşıqları  azad  həyata  qoşulan  qızlar,  gəlinlər,  yeni 
cəmiyyətə  öz  köməyini  əsirgəməyən  bütün  namuslu  və- 
təndaşlar  Azərin  yaxın  həmdəmləri,  sirdaşlarıdır. 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 585. 

 
240 
həmçinin  Şərq  ellərinin  azad  gələcəyi  uğrunda  impe- 
rializmə  qarşı  vuruşan,  müstəmləkəçiliyin  zülmündən 
xilas  olmaq  eşqi  ilə  yaşayan  hər  bir  yeni  ruhlu  misirli, 
hindli  və  ya  cənubi  azərbaycanlı  onun  ən  yaxın 
dostlarıdır;  öz  ölkələrində  burjua  istismarına  qarşı  çıxan 
hər  bir  almaniyalı  fəhlə,  bohemiyalı  rəssam  onun  yaxın 
məsləkdaşdarıdır. 
Ən  əhəmiyyətlisi  budur  ki,  Cavidin  bu  yeni  qəhrəma- 
nı  dostları  yaxşı  müəyyən  etdiyi  kimi,  düşmənləri  də 
aydın  müəyyən  edə  bilmişdir.  O,  mücərrəd  məhəbbət, 
vicdan  fəlsəfəsi  yolu  ilə  getmir,  sevməklə  bərabər,  nifrət 
etməyi  də  bacarır.  Azərin  nifrət  etdiyi  adamlar,  onun 
düşmənləri Sovet  Azərbaycanının inkişafına  əngəl olmaq 
istəyən  köhnəpərəst  avamlar,  köhnə  xurafat,  mövhumat 
təbliğatçısı  olan  şeyxlər,  vaizlər,  dərvişlər,  keçmiş 
müstəmləkə  Azərbaycanını  geri  qaytarmağa  çalışan 
―pambıq  atan‖,  ―halva  satan‖  milyonerlərdir.  Beynəlxalq 
həyatda  isə  onun  düşmənləri,  fəhlə  sinfinin  qanını  soran 
şişman  sərmayədarlar,  yalançı,  satqın  sosialistlər, 
məzlum  Şərq  xalqlarını,  Misiri,  Hindistanı,  Cənubi 
Azərbaycanı  əsarətdə  saxlayan  müstəmləkəçilər,  azğın 
müharibə  fitnəkarları  idi.  Azərin  nifrət  etdiyi  mürtəce 
qüvvələr bunlar idi!.. 
Əsərin  bir  parçasında  Azər  yeniliyə  xor  baxan,  geridə 
qalmış köhnələri tənqid edirkən: 
 
Bizlər yeniləşsək belə, daim, 
Bir əskilik az-çox bizə hakim — 
 
—  deyə  səmimi  bir  etiraf  edir.  Romantik  qəhrəmanın  bu 
etirafı  qismən  şairin  də  səmimi  etirafı  sayıla  bilər. 
Həqiqətən,  ―Azər‖də  bəzi  zəif  cəhətlər  hiss  olunurdu. 
Bununla bərabər bütünlüklə götürüldükdə ―Azər‖ Cavidin 
yaradıcılığında və görüşlərində çox ciddi, təqdirəlayiq bir 

 
241 
dönüşün  yarandığını  açıq-aydın  sübut  edirdi.  Bu  dönüş 
Cavidin  həmin  dövrdə  fəhlə  sinfinin  qüdrətinə  inanması, 
yeni,  xoşbəxt  cəmiyyət  quruluşu  işində  bu  sinfin  böyük 
tarixi rolunu dərk etməsi ilə başlamışdı. 
Cavidin  fəhlə  sinfinə  məhəbbəti,  inamı  ―Çəlik  qollar‖ 
və  ya  ―Bakı  işçilərinə‖  ithaf  etdiyi  şeirdə  də  çox  aydın 
əks olunmuşdu: 
 
Onlar, o çəlik qollar, o qollardakı qüvvət  
Saçmaqda quduz kin ərə dəhşət, 
Yox bir daha görməz o çəlik qolları zəncir,  
Çıldırsa da hər qanlı cahangir. 
Tunc üzlü böyük dalğa! Sənin qüdrətin aydın!  
Düşmənləri daim heçə saydın. 
Qoş sülhə, çalış aləmə qüvvətlə işıq ver,  
Çarpışmaq üçün əzmini göstər. 
Ey şanlı əmək ordusu, ey şanlı mübariz! 
Çoxlar səni zənn etsə də aciz. 
Sən yüksələcək, parlayacaqsan,  
Hər qütbə şətarət qatacaqsan. 
 
―Azər‖  hissə-hissə  nəşr  edildiyi  zaman  sovet  tənqidi 
bu  əsəri  fərəhlə  qarşılamışdı.  Oxucuların  və  tənqidin 
rəğbəti  şairin  yaradıcılıq  ilhamını  daha  da  coşdurub,  onu 
―Azər‖ kimi yeni əsərlər yazmağa ruhlandırırdı.  
 
2. ―KNYAZ‖ 
 
1930-1937-ci  illər  Cavid  yaradıcılığının  ən  məh- 
suldar  dövrü  idi.  Bu  yeddi  il  müddətində  şair  ―Azər‖dən 
əlavə  ―Knyaz‖,  ―Telli  saz‖,  ―Səyavuş‖,  ―Şəhla‖,  ―İblisin 
intiqamı‖  və  ―Xəyyam‖  dramlarını,  habelə  bir  çox  lirik 
və epik şeirlər yazmışdır. 
Bu  əsərlərdə,  hər  şeydən  əvvəl,  Cavidin  görüşlərində, 

 
242 
tarixə  və  müasir  həyata  münasibətində  əmələ  gələn 
yenilik diqqəti cəlb edirdi. Bu yenilik ondan ibarət idi ki, 
həmin  əsərlərdə  şairin  diqqət  mərkəzində  ictimai 
ziddiyyətlər,  kəndlilərlə  feodallar,  işçi  sinfi  ilə 
burjuaziya  arasındakı  ziddiyyətlər  dururdu.  Cavidin 
müsbət  surətləri  tarixi  mövzuda  yazılmış  əsərlərdə 
üsyançı kəndlilər, müasir mövzuda yazılmış əsərlərdə isə 
inqilabçı  fəhlələr  idi.  O  da  çox  əhəmiyyətlidir  ki,  bu 
əsərlərdə  müsbət  tiplər  sırasında  müxtəlif  millətlərin 
nümayəndələri  vardı.  Məsələn,  bunların  içərisində  biz 
Gürcüstanda  Sovet  hakimiyyətinin  qələbəsi  uğrunda 
vuruşan  gürcü  inqilabçısı  Antonu  (―Knyaz‖),  Cənubi 
Azərbaycanda  fars  ərbabları  və  feodallarına  qarşı  duran 
azərbaycanlı  Qurbanı  (―Telli  saz‖),  imperialistlərin 
müharibə fitnəkarlığına qarşı çıxan rus sovet diplomatını, 
İtaliya  faşistləri  ilə  vuruşan  mərakeşli  ərəb  Xalidi,  ispa- 
niyalı  respublikaçılara  kömək  edən  Əsir  almanı  (―İb- 
lisin intiqamı‖) və başqalarını görürük. 
Şairin  yaratdığı  mənfi  surətlər  isə  Sovet  haki- 
miyyətinin  düşmənlərindən,  fəhlə  və  kəndlilərin  düş- 
mənlərindən, inqilab xainlərindən ibarət idi. 
Ümumiyyətlə  bu  zaman  Cavid  Azərbaycan  sovet  ədə- 
biyyatının  aktual  mövzularına  yaxınlaşmağa  böyük  səy 
göstərirdi.  Məsələn,  1926-30-cu  illərdə  sovet  ədəbiy-
yatının  mühüm  mövzularından  biri  azad  həyatın 
tərənnümü  və  köhnəliyin  qalıqları  ilə  mübarizə  mövzusu 
idi.  İstər  yaşlı,  təcrübəli,  istərsə  də  gənc  yazıçılar  — 
C.Cabbarlı,  A.Şaiq,  S.Vurğun,  S.Rüstəm  və  başqaları  bu 
mövzuda  əsərlər  yazırdılar.  Cavid  də  bu  mühüm  ədəbi 
mübarizəyə  bir  az  əvvəl  haqqında  danışdığımız  ―Azər‖ 
əsəri ilə cavab vermişdi. 
―Şəhla‖,  ―İblisin  intiqamı‖  kimi  pyeslər  də  dövrün 
mühüm  məsələlərini  əhatə  edirdi.  ―Şəhla‖da  Azərbaycan 
qadınının  sosializm  quruculuğu  cəbhəsindəki  mübarizəsi 

 
243 
təsvir  olunmuşdu.  Almaniya,  İtaliya  və  Yaponiya 
faşistləri  əleyhinə  yazılmış  ―İblisin  intiqamı‖nda  isə  bir 
tərəfdən,  faşizmin  müharibə  demək  olduğu  və  bəşəriyyət 
üçün  böyük  bir  təhlükə  təşkil  etdiyi,  o  biri  tərəfdən  də 
sovet sülh siyasətinin cahanşümul rolu göstərilirdi. 
Bu  illərdə  ədəbiyyatda  geniş  yayılmış  bir  mövzu  da 
Azərbaycanda  və  ümumiyyətlə  Zaqafqaziyada  Sovet 
hakimiyyəti  uğrunda  gedən  tarixi  mübarizələrin  təsviri 
idi.  Cavid  5  pərdəli  mənzum  ―Knyaz‖  dramını  bu 
mövzuda  yazmışdı. Drama qardaş  gürcü xalqının azadlıq, 
yeni  həyat,  Sovet  hakimiyyəti  uğrunda  mübarizəsinə 
müqavimət  göstərmək  istəyən  feodal-burjua  dünyasının 
məğlubiyyətini  və  onun  son  acınacaqlı  günlərini 
göstərirdi. 
Ömrünün  müəyyən  illərini  Gürcüstanda  keçirmiş  və 
əvvəlki  əsərlərində  də  Gürcüstan  həyatını  və  təbiətini 
təsvir  edən  Cavidin  bu  mövzuda  əsər  yazması  təsadüfi 
deyildi.  Bu  da  şairin  qardaş 
Gürcüstan  xalqına 
məhəbbətinin  yeni  bir  ifadəsi  idi.  Gürcüstanı  azad 
görmək ―Şeyx Sənan‖ müəllifini sevindirmişdi. 
Dramın  ilk  səhnələri  feodallar,  knyazlar  zülmünü,  son 
səhnələri  isə  azad  Gürcüstanı  göstərirdi:  Gürcüstanda 
əksinqilabçı,  yerli  burjuaziya  və  feodalların  müvəqqəti 
ağalığı  dövrüdür.  Xalq,  fəhlə  və  kəndlilər  ağalara  qarşı 
azadlıq,  demokratiya  uğrunda,  Sovet  hakimiyyəti 
uğrunda 
mübarizəni 
davam 
etdirir. 
Dramaturq 
əksinqilabçı,  mürtəce  cəbhənin  nümayəndəsi  olaraq 
altmış yaşlı, burjualaşmış mülkədar knyazı göstərir. Hələ 
inqilabi  ideyalardan  uzaq  olan  yoxsul  kəndlilər,  işsiz 
fəhlələr  knyazın  qapısına  şikayətə  gəlmişdir.  Bir  kəndli 
üzüm  bağlarını  dolu  vurduğundan  danışıb,  mərhəmət 
istəyir.  Fəhlələrdən  biri  iş  tələb  edir,  ailəsinə  çörək 
istəyir: 
 

 
244 
İştə mən altı qız, oğlan babası, 
Məni məhv etdi tütün fabrikası. 
Zövq alıb içdiyiniz dadlı şərab  
Bu ciyərdən süzülən qanla qoxar. 
Bax zəhərdən qurumuş skeletim  
Mən ölürsəm, sönəcək altı yetim... 
 
Knyaz  isə  bu  fəryadlara  zərrəcə  əhəmiyyət  vermədən 
öz  kefindədir.  Arvadı  öldükdən  sonra  o,  gənc  qız  Jas- 
menlə evlənmişdir. İndi o, cavanlaşmaq çarələri axtarır. 
Qabaqcıl  işçilər  knyazın  qapısına  mərhəmət  üçün 
gələnləri 
danlayır, 
―haqq  alınar,  verilməz‖  deyə 
kəndliləri  üsyana  çağırırlar.  Lakin  ―müdaraçı  hərif‖, 
―sosialist  cildinə  girmiş  canbaz‖,  özünü  işçilərin 
müdafiəçisi kimi qələmə verən,  inqilab  düşməni hiyləgər 
Şakro  üsyan  edən  fəhlə  və  kəndliləri  sakitləşdirməkdə 
knyazların  yaxın  köməkçisidir.  O,  işçi  və  kəndlilərin 
gizli  inqilabi  təşkilatı  haqqında  hakim  dairələrə  xəbər 
çatdırır, təşkilatın görkəmli üzvlərini təqib edir. 
Əksinqilabın  ciddi  müqavimətinə  baxmayaraq,  inqi- 
lab  cəbhəsi  gündən-günə  qüvvətlənir.  Bu  mübarizənin 
qəhrəmanlarından  biri  də  bolşevik  Antondur.  Uşaq- 
lıqdan  knyazın  himayəsində  olmuş  Anton  indi  onun 
fabrikində  texnikdir.  Antonun  anası  Marqo  da  saçlarını 
knyazlara  xidmət  edə-edə  ağartmışdır.  Anton  sonradan 
inqilabi  təşkilatlara  yaxınlaşmış,  ―Bir  başımdan  keçərəm 
məslək  üçün‖  deyən,  dilində  daim  beynəlmiləl  nəğməsi 
dolaşan,  mətanətli,  dönməz  bir  bolşevik  olmuşdur.  Bir 
çox  başqa  inqilabçı  yoldaşları  kimi  Anton  da  əksinqilab 
tərəfindən təqib olunur. Qorxulu günlərində ona şəhərdən 
çıxıb  getməsini,  gizlənməsini  təklif  edənlərə  Anton 
qəzəblə cavab verir: 
 
Məhbəs kəsilib yoxsula dünya, 

 
245 
Azğınlar edər hökmünü icra. 
Layiqmi durub seyr edəyim mən, 
Bir gün belə çıxmam bu şəhərdən! 
Anton deyil azğın, deyil alçaq, 
Acizlərə yardım dilər ancaq. 
 
Satqın  Şakro  Antonun  məqsədini  öyrənib,  onun  bol- 
şevik  təşkilatına  üzv  olduğunu  knyaza  bildirir.  Knyaz 
Antonu  güllə  ilə  vurub  yaralayır.  Lakin  Anton  tezliklə 
sağalıb,  daha  böyük  bir  əzm  ilə  mübarizəyə  qoşulur. 
İnqilab  cəbhəsi  qalib  gəlir.  Knyaz  öz  ailəsi,  qızı  Lena, 
arvadı Jasmen və dayısı Solomon ilə kapitalist ölkələrinə, 
Almaniyaya qaçır. 
Əsərin  son  səhnələrində  biz  knyazı  Berlində,  müha- 
cirətdə  görürük.  O  burada  tək  deyildir.  Rusiyada  inqi- 
labın  qələbəsindən  sonra  çox  belə  knyazlar  mühacirətə 
qərar  vermişdir.  İnqilab  düşməni  Şakro  da  buradadır. 
Bunların  hamısı  səfil,  dilənçi  kökünə  düşmüşlər.  Altmış 
yaşlı  knyaz  da  bu  səfillərdən  biridir.  Onun  qızı  Lena 
Berlin  kafe-şantanlarında  rəqqasəlik  edir.  Knyazın 
ucundan  doğma  Gürcüstandan  ayrı  düşmüş  Jasmenin  də 
halı acınacaqlıdır. 
Yeni  Sovet  Gürcüstanı  üçün  sənaye  alətləri  almaq 
məqsədilə  Berlinə  göndərilmiş  Anton  köhnə  dostlarla 
qarşılaşır.  İndi  Anton  bir  sənaye  müəssisəsinin 
mühəndisi,  onun  anası  Marqo  isə  uşaq  evində  yetim- 
lərin  anasıdır.  Anton  knyaza  nifrət  etsə  də,  Lena  və 
Jasmenin  halına  acıyır.  Gürcü  gözəllərinin  Berlin  kafe-
şantanlarında  azğın  əksinqilabçılara,  qudurğan  hərbcu 
zabitlərə  qulluq  etməsi  onun  vətənpərvərlik  qüruruna 
toxunur.  O,  qadınlara  azad  Gürcüstana  qayıtmağı,  orada 
vətənə  xidmət  göstərməyi  təklif  edir  və  gözəl  səsi  olan 
Lenaya deyir: 
 

 
246 
Bir duşün sən nə idin, şimdi nəsin? 
Bu gözəl, dadlı, məlahətli səsin  
Bir əməldir ki, verir ruha qida. 
Sən bu sənətlə əgər yurdunda  
Oxşasan zövqünü şən gürcülərin, 
Daha məqbul olur əlbət hünərin. 
 
Lakin  knyazın  vəhşiliyi  Antonun  bu  məqsədinə  mane 
olur.  Gürcü  inqilabçılarının  qorxusundan  baş  götürüb 
vətəndən  qaçan  Knyaz  Berlində  də  fəhlələrin  1  May 
nümayişinə  rast  gəlir.  Burada  da  inqilab  nəğmələrini 
eşidib bir daha sarsılır və hiss edir ki, dünyanın harasına 
getsə,  onun  üçün  qurtuluş  yoxdur,  köhnə  ağalığı  geri 
qayıtmayacaqdır.  İndi  knyaz  artıq  ağlını  itirmiş,  dəli 
knyazdır.  O  özünü  ―qeysər‖  hesab  edir.  Finalda  knyaz 
vəhşicəsinə Jasmeni, sonra da özünü öldürür. 
Bu  dramda  Cavid  inqilabçılar  cəbhəsinin  işindən, 
fəaliyyətindən  daha  çox  Jasmen  və  Lenanın  faciəsinə, 
əksinqilab  cəbhəsinin  rəzalətlərinə  yer  vermişdir.  Bu  da, 
bir  tərəfdən,  ondan  irəli  gəlirdi  ki,  dramaturq  əsasən 
əksinqilabın 
məğlubiyyətini 
və 
miskin 
aqibətini 
göstərmək istəmişdir. 
Mövzu  cəhətindən  ―Knyaz‖  dramı  ilə  ―Azər‖in  ən 
məzmunlu  parçalarından  olan  və  şairin  kapitalizm 
quruluşuna,  burjua  əxlaqına  qarşı  kəskin  nifrətini  əks 
etdirən  ―Azad  əsirlər‖  və  ―Mühacirlər  yuvası‖  əsərləri 
arasında  yaxın  cəhətlər  çox  idi.  Bu  aydın  göstərirdi  ki, 
Berlinə  etdiyi  səfər  Caviddə  ümumiyyətlə  burjua 
cəmiyyətinə  və  kapitalist  ölkələrə  qaçıb,  imperialist 
burjuaziyasının himayəsinə sığınan vətən xainlərinə qarşı 
nifrəti daha da gücləndirmişdir. 
Cavidin  ―Knyaz‖  dramı  marksist  tənqidi  tərəfindən 
çox  müsbət  qarşılanmışdı.  ―Topal  Teymur‖a  görə  Cavidi 
kəskin  tənqid  edən  Mustafa  Quliyev  1929-cu  ildə 

 
247 
―İnqilab və mədəniyyət‖də nəşr etdirdiyi bir məqaləsində 
yazırdı  ki,  ―nəhayət,  Azərbaycan  şairi  Hüseyn  Cavid 
bizim  inqilab  qatarımıza  oturdu...  Ağır,  çətin  ağrıdan 
sonra  şuralar  Gürcüstanında  inqilab  hadisələrini  az-çox 
təsvir  edən  yeni  bir  pyes  doğdu‖.  Tənqidçi  Cavidin 
Azərbaycan  əməkçilərinin  həyatından  və  mübarizəsindən 
yeni əsərlər  yazacağına şübhə etmədiyini göstərib  yazırdı 
ki,  ―Cavid  inqilabi  yaş a yışım ızı  həqiqi  surətdə  təsvir 
etməyə başlamalıdır. Hüseyn Cavid dəli knyazlardan dəli 
xanlara  keçməli,  inqilabi  türk  həyatını,  Azərbaycan 
əməkçilərinin mübarizəsini təsvir etməlidir‖.
 1
 
1933-cü  ildə  H.Mehdi  də  ―Ədəbi  qeydlər‖  məqalə- 
sində  ―Knyaz‖ı müsbət qiymətləndirib  yazırdı ki,  ―Cavid 
―Knyaz‖da  proletar  inqilabına  doğru  gəldiyini  ifadə 
edir... menşeviklərin çirkin simasını açaraq göstərir‖
 2

―Knyaz‖  əsəri  haqqında  Cəfər  Cabbarlı  da  müsbət 
fikirdə  idi.  Cabbarlı  yazırdı  ki,  ―Knyaz‖  pyesi  Hüseyn 
Cavidin  böyük  nailiyyətidir.  ―Knyaz‖  Cavidin  sovet 
məfkurəsinə  tam  yaxınlaşdığını  göstərən  bir  əsərdir.  Bir 
cəhəti  də  mütləq  qeyd  etmək  lazımdır  ki,  bu  pyesdə 
Cavidin  dili  əvvəlki  pyeslərinə  görə  çox  sadə  və 
anlaşıqlıdır‖
 3
.  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin