AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ


 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 1 (ikinci pərdə)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

1
 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 1 (ikinci pərdə). 
 

 
198 
Ərtoğrul  kübar  mühitdə  uçuruma  sürüklənən  bəd- 
bəxtlərə,  xüsusən  qadınlara  çox  həssas,  insani  münasi- 
bət  bəsləyir.  O,  Afəti  əslində  ləkəli  qadın  hesab  etmir; 
təqsiri  Afətdə  yox,  onun  axmaq,  əyyaş  əri  Özdəmirdə  və 
qadın  düşkünü  Qaratayda,  Kaplan  və  Qorxmaz  kimi 
hərcayi  zabitlərdə  görür.  Ərtoğrul  eyni  dərəcədə  Alagöz 
və  Altunsaça  da  qayğıkeşlik  edir;  çalışır  ki,  bu  gözəl 
əxlaqlı  qızların,  xüsusilə  Alagözün  ürəyinə  toxunan  bir 
şey  deyilməsin.  O  bu  gənc  qızlara  köməyə  ehtiyacı  olan 
bədbəxt  insanlar  kimi  baxır.  Bütün  gənclər  Alagözdən 
uzaq  gəzməyə  çalışdıqları  halda,  Ərtoğrul  cəsarətlə  ona 
yaxınlaşıb  son  nəticədə  onun  xilaskarı  olur;  qızın  özünü 
zəhərləməsinə  mane  olur.  Ərtoğrul  Afətə  də  kömək  əlini 
uzatmağa  çalışır:  ―Alagöz!  Ananın  qəlbini  qırma!  Dünən 
bir  səfil  isə,  bu  gün  məzlum  ola  bilər‖—deyə  insanın 
yenidən tərbiyə edilə bilməsinə inanır. 
Bədbəxt  insanlara  Ərtoğrulun  yaxın  dostu  müəllim 
Yavuz, gənc həkim Oqtay da kömək etmək istəyir. Lakin, 
Ərtoğruldan  fərqli  olaraq,  onlar  tərəddüd  göstərirlər, 
bədbəxt  adamlara  yaxınlaşmaqla  öz  adlarının  da 
ləkələnəcəyindən  qorxaraq  uzaq  qaçırlar.  Ərtoğrul  isə, 
kübar  mühit  tərəfindən  düşməncəsinə  qarşılansa  da,  öz 
xeyirxah  əməllərini  axıra  qədər  davam  etdirir,  cəsarətlə 
kübar  mühitinə  və  bu  mühitin  pozğun  münasibətlərinə 
qarşı  çıxır.  Bu  mühitin  adamları  Ərtoğrulu  ―dəli‖ 
adlandırır.  Hətta  Ərtoğrulu  ürəkdən  sevən  dayısı  qızı 
Altunsaç  da  onun  cəsur  hərəkətlərindən,  açıq  və  amansız 
tənqidindən ürkərək istər-istəməz ondan uzaqlaşıb, şöhrət 
və sərvət düşkünü Qarataya yaxınlaşır. Axırda aydın olur 
ki,  Ərtoğrul  yox,  onun  nifrət  etdiyi  kübar  mühit 
―zəncirsiz dəlilər mühitindən‖ ibarətdir. 
―Uçurum‖dan  sonra  Cavidin  ailə,  məişət  mövzusunda 
―Afət‖i  yazması,  hər  iki  əsərdə  Türkiyə  aristokrat 
mühitini,  kübar  ailələrin  əxlaq  və  məi ş ətini ,  ―ala-

 
199 
franqa‖  mühitini  kəskin  tənqid  etməsi  göstərir  ki,  Cavid 
Türkiyədə  tələbə  ikən  türk  aristokrat  mühitindən  çox 
narazı  olmuş,  bu  mühitdə  yenilik  adına  hökm  sürən 
eybəcərliyə  dözə  bilməmişdir.  Şairin  şəxsi  anlayışına 
görə  bütün  bunlar  hamısı  Qərbi  Avropa  burjua  əxlaqı 
təsirlərinin  nəticəsidir.  Təmiz  ailə,  yüksək  əxlaqi 
ideyaların təbliği,  ―Uçurum‖da olduğu kimi,  ―Afət‖də də 
əsas  yer  tutur  və  demək  olar  ki,  bu  ideya  ―Afət‖də  daha 
kəskin bir şəkildə müdafiə edilmişdir. 
Başqa  dramlarında  olduğu  kimi,  ―Afət‖də  də  Cavid 
xüsusən  müsbət  planda  yaratdığı  surətlərin  dili  ilə  öz 
görüşlərini,  münasibətlərini  vermişdir.  Heç  şübhəsiz  ki, 
Ərtoğrulun pozğun mühitə qarşı ciddi etirazları ilə Cavid 
özünün  türk  zadəgan  mühitinə  qarşı  köhnə  fəlsəfələrə, 
sxolastikaya  münasibəti  də  müəyyən  nöqteyi-nəzərdən 
diqqəti  cəlb  edir.  Belə  ki,  inqilabdan  əvvəl  əgər,  ―Şeyx 
Sənan‖ əsərində olduğu kimi, Cavid: 
 
Din bir olsaydı yer üzündə əgər, 
Daha məsud olurdu cinsi-bəşər –  
 
–  deyirdisə,  ―Peyğəmbər‖də  Məhəmmədi  idealizə 
edirdisə,  ―Afət‖də  artıq  heç  bir  din  tanımaq  istəmir,  ―ən 
böyük din təbiət və onun qanunlarıdır‖ fikrini irəli sürür. 
Bu  cəhətdən  ―Afət‖in  müsbət  surətlərindən  olan 
Ərtoğrul,  Alagöz  və  Oqtay  arasında  olan  mükalimə  çox 
səciyyəvidir: 
Alagöz  (əlindəki  kitabları  birər-birər  açır)  –  Bu  şeir 
divanı,  şu  musiqi  parçaları,  bu  da  din  fəlsəfələri!.. 
Həpsinin  də  ruhu,  mənası,  qayəsi  yalnız  məhəbbətdən 
ibarətdir... 
Ərtoğrul  (kitabları  alıb  baxır,  etinasız  və  laübalı  bir 
tövrlə  sıra  üzərinə  buraxır,  şiddətli  və  müstəhzi 
qəhqəhələrlə)  –  Şeir...  Musiqi...  Din!  (Təbdili-tövrlə)

 
200 
Allah  eşqinə,  bu  kitablardan  vaz  keç!  Bu  çərçivəyə 
alınmış  şeirlərdən,  notaya  girmiş  musiqilərdən  qaç!  Şu 
kitabları  qaralayan  dinlərdən,  məzhəblərdən  uzaqlaş! 
Dünyada  yalnız  bir  şeir,  bir  musiqi,  bir  din  mənbəyi  var 
ki, o da təbiətdir. 
Şeirmi istəyirsən? 
İştə  aşiqlərin  iztirabları,  filosofların  düşüncəsi, 
öksüzlərin  köküs  keçirməsi,  kimsəsizlərin  göz  yaşı, 
yıldızların səfvəti, qürubun məhzunluğu,  gecənin sükutu, 
fəzanın  dərinliyi  –  həp  birər  şeirdir.  Əvət,  hər  ah,  hər 
təbəssüm,  hər  inilti,  hər  fəryad,  hər  fırtına,  hər  girdab 
birər şeirdir. 
Musiqimi  istəyirsən?  Çayların  irmaqların  ninnisi, 
dənizlərin, 
çağlayanların 
vəlvələsi, 
arslanların, 
yıldırımların  gurlaması,  xəfif  ruzigarların  zümzüməsi, 
yapraqların,  çiçəklərin  öpüşməsi  –  həp  birər  musiqidir. 
Vurğun könüllərin acı  təranəsi,  mini-mini çocuqların tatlı 
qəhqəhəsi,  körpə  quzuların  mələməsi  —  həp  birər 
musiqidir. 
Dinmi istəyirsən? 
ĠĢtə  hər  yıldızın  incə  təbəssümləri,  hər  günəĢin  yaldızlı 
baxıĢları  hər  gün  yeni  bir  din,  yeni  bir  məzhəb  doğurur. 
Hər  qürubun  ölgün  nəfəsi,  hər  gecənin  səssiz  qaranlığı,  o 
günkü  gü-  nəĢlə  bərabər  o  günkü  dinin  məzari-ədəmə 
gömüldüyünü  elan  edər.  Hətta  hər  mövsümün,  hər  ayın, 
hər həftənin, hər günün allahları da, peyğəmbəri də, dinləri 
də, kitabları da bir-birindən ayrı, bir-birinə düĢməndir. 
 
Oqtay — Demək, sən hər Ģeyi təbiətdə görürsən, eləmi? 
Ərtoğrul — Əvət, təbiət hər Ģeydir... 
 
Gətirdiyimiz  misaldan  aydın  göründüyü  kimi,  Ca- 
vidin  burada  şeir,  musiqi,  eləcə  də  ―din  fəlsəfələri‖ 
haqqında  mülahizələri  də  yenə  idealist  mahiyyətdədir. 

 
201 
Burada  əvvəlki  mülahizələrə  görə  ―yenilik‖  yalnız  ondan 
ibarətdir ki, şair sənətə və ―din fəlsəfələrinə‖ relyativizm 
prinsipi  ilə  yanaşır  ki,  bu  da  onun  fəlsəfi,  estetik 
görüşlərindəki idealizmin başqa bir növüdür. 
Bununla belə bütün dinləri ―kitabları qaralayan dinlər‖ 
adlandırması  və  ―təbiət  hər  şeydir‖  deməsi,  təbiidir  ki, 
dinlərə, köhnə fəlsəfələrə münasibətdə bir yenilik olmasa 
da,  Cavidin  görüşlərində  bir  yenilik  idi,  müsbət, 
mütərəqqi cəhət idi. 
―Afət‖i  yazdığı  illərdə  Cavid  yenidən  Türkiyəyə  səfər 
etməmişdi.  Çox  ehtimal  ki,  ―Uçurum‖un  ilk  variantını 
Türkiyədə,  tələbəlik  illərində  qaraladığı  kimi,  ―Afət‖  də 
şairin  Türkiyədə  planlaşdırdığı  əsərlərdən  biri  olmuşdur. 
Bu  əsərdən  sonralar  yazılmış  ―Topal  Teymur‖da  olduğu 
kimi,  şairin  özünün  müəyyən  mütərəqqi  ideyalarından 
uzaqlaşmaq  meyli  yox  idi.  Bununla  belə,  Azərbaycanda 
sosialist  inqilabının  ilk  illərində  şairin  yeni  həyatdan 
yazmaması onun hələ bu yeni həyata bağlana bilmədiyini 
göstərirdi. 
 
 
3. ―TOPAL TEYMUR‖ VƏ ONUN TƏNQĠDĠ 
 
1926-cı  ildə  Cavid  nəsrlə  yazılmış  5  pərdəli  ―Topal 
Teymur‖ dramını nəşr etdirir. İlk baxışdan şairin belə bir 
mövzunu  işləməsi  gözlənilməz,  qəribə  görünürdü.  Necə 
oldu  ki,  həmişə  müharibə  və  qəsbkarlıq  əleyhinə  çıxan, 
―şahlara,  xaqanlara,  od  püskürən,  atəş  sovuran  kinli 
krallara‖  nifrət  edən  bir  şair  birdən-birə  Teymur  kimi 
amansız  bir  qəsbkar  və  qanlı  bir  fateh  haqqında  əsər 
yazdı? 
Əslində  isə  burada  təəccüblü  bir  şey  yox  idi.  Cavidin 
belə  bir  mövzuya  girişməsi  təsadüfi  olmayıb,  onun 
yaradıcılıq  metodu  və  xüsusən  dünyagörüşündə  olan 

 
202 
ziddiyyətlərlə əlaqədar idi. 
Caviddən  əvvəl  də  Azərbaycanda  Teymur  haqqında 
bəhs  edənlər  olmuşdu.  Məmməd  Səid  Ordubadi  birinci 
imperialist  müharibəsi  illərində  ikipərdəli  ―Teymurləng 
və  İldırım  Bayazid‖
1
 pyesini  yazmışdı.  Lakin  Ordubadi 
Teymuru 
idealizə 
etmək 
məqsədini 
qarşısına 
qoymamışdı;  əksinə,  ədalətsiz  müharibələri  pisləmək 
istəmişdi. O, Teymurla əlaqədar olan hadisələrə başqa bir 
istiqamət  vermiş,  aşiqanə-tarixi  bir  dram  yaratmaq 
istəmişdi.  Teymurun  qızı  Zərifə  banu  ilə  İldırımın  oğlu 
Musa  bir-birini  sevirlər.  Bu  arada  Teymurla  İldırım 
arasındakı münasibətlər kəskinləşir və qanlı müharibələrə 
aparıb  çıxarır.  Zərifə  banu  müxtəlif  yollarla  bu  qanlı 
müharibəni  dayandırmağa  çalışır  və  pyes  Zərifənin  bu 
sözləri  ilə  qurtarır:  ―Türk-tatar  qövmünün  ədavətlərinə, 
qan tökülməsinə nəhayət verildi. Məhv olsun cahangirlik, 
müharibələr! Yaşasın eşq və məhəbbət!‖ 
Cavidin  əsərində  isə  belə  deyildi.  Cavid  Teymurdan 
qüdrətli  bir  şəxsiyyət  kimi  bəhs  etmiş,  qanlı  fatehi 
idealizə  etmişdi.  Müəllif  iki  surət  üzərində  daha  çox 
dayanmışdı. Topal Teymur və onun hərbi rəqibi, Türkiyə 
sultanı İldırım Bayazid. 
Cavid  İldırımın  başlıca  olaraq  mənfi  xüsusiyyətlərini 
göstərir:  İldırım  Bayazid  məmləkət  və  dövlət  işlərinə 
laqeyd,  ağıl  və  mühakimədən  uzaq,  quru  şöhrətinə 
güvənən,  eyşü-işrət  düşkünü,  kobud,  məğrur,  əyyaş  bir 
sultandır.  O,  rəqqasələrə  uymuş,  özü  kimi  kütbeyin, 
sərxoş  vəzirlərin  əlində  alət  olmuşdur.  Odur  ki,  onun 
idarə  etdiyi  məmləkətdə  özbaşınalıq,  qanunsuzluq, 
dərəbəylik, hədsiz zülm və vəhşət hökm sürür. Dördüncü 
pərdədə  yoxsul,  qoca  kəndli  qadının  və  ―fazil  bir  şəxs 
olan‖  Şeyx  Buxarinin  şikayəti  ilə  dramaturq  türk 
                                                 
1
 Azərbaycan  SSR  Elmlər  Akademiyasının  Respublika  Əlyazmaları  fondu. 
M.S.Ordubadinin arxivi, inv. № B-1073. 

 
203 
sultanının  məmləkətində  əhaliyə  edilən  zülmə  haqsızlığa 
işarə edir: 
Şeyx Buxari  (köylü qadınla daxil olub İldırıma) – Əfv 
edərsini,  lütfən  şu  köylü  qadını  dinləyin.  Anadolunun  şu 
yoxsul anasına qulaq verin də, görün nələr söyləyir! 
İldırım (qadına) – Söylə! 
Qadın  –  Yetişmiş  bir  qızım  vardı.  Adı  Lalə  idi.  Onu 
yaşatmaq  üçün  hər  zəhmətə  qatlanıyordum.  Tarlamızı 
sürərkən  bir  tərəfdən  alagöz  öküzü,  bir  tərəfdən  kəndimi 
qoşaraq  heyvanla  bərabər  çalışırdım.  Laləciyim,  bircə 
dənəcik , yeyəcək, geyəcək tədarük edirdim. 
İldırım (azacıq sərt) – Sonra? 
Qadın  (həyəcanla)  –  Sonra  azğın  yeniçərilər,  sənin  o 
qaba,  sərxoş  əsgərlərin  öküzümü  aldılar.  Buraxmaq 
istəmədim,  incitdilər.  Yalvardım,  söydülər.  Mən  heç, 
əvət,  mən  heç.  (Yaralı  fəryadla)  Qızım,  ah  yavrum... 
canavarlar  yardımsız  bir  quzuya  hücum  edər  kimi  onu 
sardılar, ağlamasına, çığırmasına baxmadılar, cəllad kimi 
alıb götürdülər. (Çılğınca) Ah, Laləciyim! Ah, yavrum! 
Şeyx  Buxari  (ətrafa)  –  Zavallı  qadın,  bilməz  ki, 
yalvardığı  padşahın  içdiyi  şərablar  yalnız  yoxsul 
köylünün  tökülən  al  qanlarından,  qanlı  göz  yaşlarından 
tədarük olunur
1

İldırımın  hökmranlıq  etdiyi  məmləkətdə  yoxsul, 
məhkum  əhalinin nəinki var-yoxu, hətta namusu da talan 
edilir. Sultan isə öz kefində, öz işrətindədir. 
Dramaturq  bir  çox  yerdə  müxtəlif  surətlərin  dili  ilə 
Teymurun  da  qan  axıtmağa  həris,  şöhrətpərəst, 
rəyasətpərəst,  qəlbi  hərb  atəşi  ilə  alovlanan  yırtıcı 
olduğunu göstərir. Əsərdə Teymur, onun yeritdiyi siyasət 
və  müharibə  ideyaları  ilə,  xalq,  ordu  nəfərləri,  əsgərlər 
arasındakı  ziddiyyət  də  verilir.  Bu  cəhətdən  beşinci 
pərdədə əsgərlər arasında gedən mükalimə çox mənalıdır: 
                                                 
1
 
H.Cavid. ―Topal Teymur‖. Bakı, Azərnəşr, 1926, səh. 63-64.
 

 
204 
Birinci əsgər – Ölüb, öldürən biz, gülüb əylənən onlar. 
Ac-çılpaq qalan biz, zövqü səfaya dalan onlar.  
İkinci əsgər – Onlar kimdir əcəba? 
Birinci  əsgər  –  Saraylarda  kef  sürən  azğın  padşahlar, 
dəli  xaqanlar,  sərvət,  səadət  içində  gülümsəyən  kurnaz 
vəzirlər,  yaramaz  vəkillər,  eyşü-nuş  ilə  vaxt  keçirən... 
şahzadələr, çılğın dərəbəylər


Əsgərlər  arasında  olan  bu  mükaliməni  tənqidçi 
Mustafa  Quliyev  də  ―Topal  Teymur‖  haqqında  yazdığı 
bir  məqalədə  qiymətləndirmiş,  yazmışdı  ki:  ―Əsgərlərin 
müsahibəsində  Teymurun  təxribedici  müharibələrinin, 
aşağı siniflərin bu müharibədə oynadığı rolların müəyyən 
cəhətləri  pək  aydın  olaraq  meydana  çıxır...  Qarət  və 
qənimət  düşünməyərək  vətən  yolunda  xidmət  etməkdən 
bəhs  edən  ikinci  əsgərin  sözləri  daha  qaneedicidir. 
Burada  müəllif  sinfi  müxalifətləri  və  Teymur  dövlətinin 
gələcək  inqirazının  səbəblərini  göstərə  bilərdi;  lakin 
məəttəəssüf o buna nail olmamışdır‖


Son  səhnədə  İldırımla  qarşılaşırkan  Teymurun  özünü 
―dəli‖, İldırımı isə ―abdal‖ adlandırması təsadüfi deyildi. 
Teymur – Heç maraq etmə, xaqanım. Sən kor bir abdal, 
mən  də  dəli  bir  topal.  Əgər  dünyanın  zərrə  qədər  dəyəri 
olsaydı, 
yı- 
ğın-yığın 
insanlara, 
ucu-bucağı 
yox 
məmləkətlərə  sənin  kimi  bir  kor,  mənim  kimi  bir  topal 
müsəllət olmazdı
3

Bütün  bunlar  aydın  göstərir  ki,  İldırım  da,  Teymur  da 
əslində  Cavidin  nəzərində  azğın  padşahlardan,  ―çılğın 
dərəbəylər‖dəndirlər. 
Beləliklə,  Cavidin  ―qan  püskürən,  atəş  sovuran‖, 
―çılğın  dərəbəylərə‖,  əvvəlki,  ―İblis‖də  olan  münasibəti 
bu  əsərdə  də  dəyişmir.  Bununla  belə  dramaturq  müəyyən 
                                                 
1
 Yenə orada, səh, 70. 
2
 
M.Quliyev,  ―Hüseyn  Cavidin  ―Topal  Teymuru‖  haqqında‖,  ―Maarif  və  mədəniyyət‖ 
məçmuəsi, 1928, № 11. 
3
 Bu sözlərin həqiqətən Teymurun dilindən çıxdığı haqqında tarixi məlumat vardır. 

 
205 
fikirlərini surətin dili ilə ifadə etmək xatirinə zalım, qanlı 
fatehi  idealizə  edir,  Teymuru  maraqlı  bir  səciyyə  ilə 
bəzəyir:  Teymur,  bir  tərəfdən,  qanlı  bir  hərbçi,  o  biri 
tərəfdən  sülhpərvərdir.  Gah  qızğın,  hərarətli,  gah  da 
soyuqqanlıdır.  Bəzən  son  dərəcə  məğrur,  xudbin,  bəzən 
də  əksinə,  olduqca  sadə,  təvazökardır.  O  həm  həlim, 
nəvazişkar,  mərhəmətli,  həm  də  çox  ciddi,  qorxunc, 
amansızdır.  Teymur  dostlarına,  yaxın  adamlarına,  sadiq 
köməkçilərinə, 
alimlərə, 
şairlərə 
qarşı 
həssas, 
mərhəmətli, 
düşməninə, 
rəqibinə 
qarşı 
amansız, 
mərhəmətsizdir və h. b. 
Əslində  prinsipsiz  bir  şöhrətpərəst  olan,  dünya  ağalığı 
ehtirası  ilə  Şərq  ölkələrini  xarabazara  çevirən, 
kəllələrdən  qalalar  düzəldən  və  ―dünya,  kainat  elə  bir 
dəyərli  şey  deyil  ki,  iki  padşaha  ehtiyacı  olsun‖  deyə 
sadəcə  insanlığın  taleyi  ilə  əylənən  və  bəşəriyyəti  əlində 
oyuncağa  çevirmək  istəyən  qanlı  bir  fateh  Cavidin 
əsərində  müəyyən  mənfi  xüsusiyyətləri  ilə  bərabər, 
əsasən  haqq-ədalət  naminə  mübarizə  aparan  bir  cahangir 
kimi  göstərilir.  Teymur:  ―Mən  məğrurları  əzmək  üçün 
yaradılmış  bir  allah  bəlasıyam,  tökdüyüm  qanlar  da 
yalnız haqq və ədalət naminədir‖

 — deyir. 
Cavidin  Teymuru,  qurultaysız,  şurasız  iş  görmür. 
Yalnız müharibə deyil, sülh mənafeyini də nəzərə alır. O, 
arzu  edir  ki,  gələcəkdə  onun  məmləkəti  dünyada  ən 
parlaq  maarif  və  mədəniyyət  ocağı,  ən  zəngin  sənaye  və 
ticarət mərkəzi olsun. 
Məlumdur  ki,  dramaturq  bu  yerdə  Teymurun 
Səmərqəndi  abad  etməsini,  onun  alimləri  dost  tutmasını, 
başqalarından  da  olsa,  tarixi  yaxşı  öyrənib  bilməsini, 
yaxşı  bədii  zövqə  malik  olmasını  və  sair  tarixin  verdiyi 
birtərəfli məlumatı əsas götürmüşdür. 
Bəs  Teymurun  Hindistanı,  İranı,  bütün  Orta  Asiyanı, 
                                                 
1
 ―Topal Teymur‖, səh. 21. 

 
206 
Azərbaycanı  və  bir  çox  başqa  məmləkətləri  xarabazara 
çevirməsinə,  kəllələrdən  qalalar  qurdurmasına  nə  ad 
verilməlidir?  Məgər  bunlarıdamı  Teymur  haqq-ədalət, 
gələcək  nəsillər  xatirinə,  maarif,  mədəniyyət  naminə 
etmişdir? 
Cavidin  ümumiyyətlə  tarixə,  Teymur  istilası  dövrünə, 
eləcə  də  Teymurun  şəxsiyyətinə  son  dərəcə  birtərəfli 
yanaşdığı,  tarixi  həqiqəti  çox  birtərəfli  göstərməsi  göz 
qarşısındadır.  Bu  xüsusda  ətraflı  izahata  ehtiyac  yoxdur. 
Lakin dramaturqun həqiqəti bu cür birtərəfli göstərməkdə 
məqsədi nə olmuşdu? Bunun səbəblərindən biri budur ki, 
Cavid  Teymuru  açıqdan-açığa  təbliğ  etmək  istədiyi 
müəyyən  fikirlərin,  xüsusən  əvvəlki  fəsillərdə  ətraflı 
bəhs  etdiyimiz  ―həyat  mübarizəsi‖  anlayışışın  ruporuna 
çevirmək  istəmişdir  (hərçənd  bu  əsərdə  şair  bu  məqsədə 
heç  olmazsa  o  biri  əsərlərində  olduğu  qədər  də  nail  ola 
bilməmişdir).  Bu  nöqteyi-nəzərdən  dramda  şair  Kirmani 
ilə Teymurun mükaliməsi və mübahisələri səciyyəvidir. 
Şair  Kirmani  hər  cür  müharibə  və  qan  tökülməsinin 
əleyhinədir.  Onun  fikrincə  insanlığa  kömək  etmək,  haqq 
və  ədaləti  müdafiə  etmək  üçün  insanlarda  olan  kin  və 
küdurəti  öldürə  bilən  sülh,  məhəbbət,  mərhəmət 
ideyalarını  təbliğ  etmək  kifayətdir.  Bəşəriyyəti  xilas 
edəcək  bir  qüvvə  varsa,  o  da  məhəbbət  və  yalnız 
məhəbbətdir,  ―fövqəlbəşər‖  bir  məhəbbətdir.  Şair 
Kirmani  də,  ―Maral‖  faciəsindəki  ümumi  məhəbbət 
ideyasını  müdafiəyə  çalışan  Nadir  bəy  kimi,  ―qan 
tökməkdənsə, yara bağlamağı‖ daha üstün tutur. 
Dramaturqun  nəzərində  şair  Kirmani  məhəbbət  ide- 
yasını birtərəfli anlayan, haqq, ədalət uğrunda çox passiv 
mübarizə  aparan,  şirin  arzular  bəsləyən,  seyrçi, 
xəyalpərvər  bir  adamdır.  Şair  bu  məsələdə  Kirmaniyə 
nisbətən Teymura üstünlük verir. 
Romantik  şairin  yaratdığı  Teymur  surəti  də  ümumi 

 
207 
məhəbbət  ideyasını  qiyimətləndirir.  Lakin  bu  anlayış 
onun  nəzərində  çox  birtərəfli,  gücsüzdür,  sadəcə  xoş  bir 
təsəllidir.  Teymura,  daha  düzgün  deyilsə,  Cavidə  görə, 
təkcə  məhəbbət,  mərhəmət  ideyası  ilə  insanlığı  xilas 
etmək  olmaz,  dünyanı  yoluna  qoymaq  olmaz.  Çünki 
insanlar  arasında  insan  adını  daşıyan  ―ikiayaqlı  həşərat‖ 
da  çoxdur.  İnsanlığı  səadətə,  sülh  və  əmniyyətə 
çatdırmaq  üçün  bu  ikiayaqlı  həşəratı  məhv  etmək 
zəruridir  ki,  burada  ancaq  qüvvət,  qılınc  iş  görə  bilər. 
Yeri  var  ki,  qan  tökmək  özü  də  ədalətə,  məhəbbətə  yol 
açmağın mühüm bir vasitəsidir. 
Şübhəsiz,  bu  fikirlər  heç  bir  məktəb  və  müəllim 
görməyən  savadsız  Teymurun  fikirləri  ola  bilməzdi. 
Lakin  Cavid  son  dərəcə  sərbəst  hərəkət  edərək  bu 
mücərrəd ―fəlsəfi görüşü‖ Teymura isnad edir: 
T e y m u r  — ...bir qədər də müharibə Ģənliyi yapsaq eyi 
ol-mazmı? 
A  ğ  b  u  ğ  a  —  Məncə  müharibə  meydanı  düyün 
dərnəklərindən,  eyĢü-nuĢ  məclislərindən  daha  xoĢ,  daha 
ruhaĢinadır. 
T e y m u r — Buna sən nə deyirsən, Ģair? 
ġ  a  i  r  —  Siz  cəngavərlər  insan  qanına  hərissiniz,  biz 
Ģairlər  gülgün  Ģəraba.  Onda  vəhĢət  və  dəhĢət  var,  bunda 
zövq  və  Ģətarət.  Sizin  hərb  nərələriniz  ürəkləri  qoparır, 
insanları  parçaladır,  anaları  ağladır.  ġairlərin  eyĢü-nuĢ 
təranələri isə kinləri,. küdurətləri öldürür, üzləri, könülləri 
güldürür. 
T e y m u r — B ə x t i y a r   Ģair!  Səni  sərməst  edən  tatlı 
xəyal,  yalnız  xoĢ  bir  təsəllidir.  Bununla  bərabər  sən  pək 
böyüksən. Əvət, sənin kimi dəyərli simaların qədrü qiyməti 
anlaĢılsaydı.  mənim  kimi  topallar  soldakı  sıfır  qədər 
mənasız  qalırdı.  Siz  yarasalar  ölkəsində,  korlar 
məmləkətində  parlayan  bir  günəĢsi-  niz.  Əfsus  ki,  insan 
adını  daĢıyan  ikiayaqlı  həĢərat  pək  qaba  və  pək  səfil  bir 

 
208 
Ģey.  ĠĢtə  Ģu  qaba  və  miskin  həĢəratı  usandırmaq  üçün, 
onların  pas  tutmuĢ,  kirli  vicdanlarını  yıxmaq  üçün  yalnız 
Teymur qılıncı lazım. Əvət, sevgili Ģair, insanlar mərhəmət 
və məhəbbətdən ziyadə dəhĢət və qüvvətə tapınırlar
 1

Yenə başqa bir yerdə eyni mübahisə davam edir: 
Te  y  m  u  r  —  Mən  məğrurları  əzmək  üçün  yaradılmıĢ 
bir allah bəlasıyam. 
ġ  a  i  r  —  Açıq  söyləmək  lazım  gəlirsə,  mən  qan 
tökməkdə heç bir haqq və ədalət görmürəm. 
T e y m u r — Əvət, haqlısan, çünki Ģairsən. 
A ğ b u ğ a — ġ a i r l ə r   də  mənəvi  həkimlərdir;  qan 
axıtmaq- dansa, yara bağlamağı daha xoĢ görürlər. 
T e y m u r — Bakalım divanbəyi nə deyir! 
D i v a n b ə y i  —  Mənə  qalırsa,  xeyir  və  Ģər  ekizdir. 
Məhəbbətlə  ədavət  bir-birinə  bağlıdır.  Lüzumundan  fazla 
məhəbbət  nifrət  doğurduğu  kimi,  həddindən  artıq  qan 
tökməkdə də bir fəzilət yoxdur. 
T e y m u r   —  Divanbəyi  daha  baĢqa  düĢünür.  O  daha 
etidalçı. Fəqət unutmamalı ki, hər səciyyə və Ģəxsiyyət birər 
qanun  deməkdir.  ĠĢtə  bu  gün  Ģəxsiyyətim  mənə  nə  əmr 
edərsə, onu yapmaqdan çəkinməm. 
 
Son səhnədə dramaturq ümumi məhəbbət ideyasını şair 
Kirmaninin dili ilə daha aydın ifadə edir: 
 
T e y m u r   (İldırıma)—  Mən  Ģu  məktubdakı  sözlərinizi 
unutdum  və  sizi  əfv  etdim.  Yalnız  əfv  etmək  deyil,  hətta 
məhəbbətinizi  də  qazanmaq  istəyirəm.  (Mənalı  və  məğrur 
bir tövrlə şair Kirmaniyə baxır.) Əcəba buna Ģair nə söylər? 
ġair (səmimi və çoşqun bir ahənglə) —Məhəbbət, məhəb- 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin