AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   13   14   15   16   17   18   19   20   21

3. ―SƏYAVUġ‖ 
 
1932-1933-cü  illərdə  bütün  mədəni  dünya  Şərqin 
böyük  şairi  Firdovsinin  1000  illiyini  qeyd  etməyə 
hazırlaşırdı. 
Sovet 
Azərbaycanında 
da 
Firdovsi 
yubileyinə ciddi hazırlıq gedir, şairin əsərləri Azərbaycan 
dilinə tərcümə edilirdi. 
Şərq ədəbiyyatı ilə  yaxşı tanış olan Cavid bu min illik 
                                                 
1
 ―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1929, № 10. 
2
 Yenə orada, 1933, № 1. 
3
 ―Knyaz‖ haqqında qeydlər (rus dilində), Rəf, C.Cabbarlı arxivi, inv. № 762. 
 

 
248 
yubileyi  Firdovsinin  ―Şahnamə‖sindəki  Səyavuş  dastanı 
motivləri  əsasında  yazılmış  beş  pərdəli  mənzum 
―Səyavuş‖ faciəsi ilə qarşıladı. 
Bu  əsərin  təhlilinə  keçməzdən  əvvəl  demək  lazımdır 
ki,  Firdovsinin  ―Şahnamə‖si  Azərbaycanda  çox  yayılmış 
və  çox  oxunan  klassik  əsərlərdən  biridir.  Xüsusilə  bu 
əsərdəki  qəhrəmanlıq  dastanları  xalqın  zövqünə  uyğun 
gəlmişdir.  Xalq  içərisindən  bu  qəhrəmanlıq  dastanlarını 
xüsusi məharət və qiraətlə oxuyan və şərh edən, müəyyən 
dərəcədə  Qərbin  səyyah  aktyorlarına,  trubadurlarına 
bənzər  adamlar  yetişmişdir  ki,  el  arasında  bunlara 
―şahnaməxan‖  adını  vermişlər.  Çoxu  Şərq  ədəbiyyatını 
yaxşı  bilən  şahnaməxanlar  məclislərdə,  kütlə  arasında 
çıxış edər, imamların müsibətindən danışan dərvişlərin və 
rövzəxanların 
əksinə 
olaraq 
öz 
dinləyicilərinə 
qəhrəmanlıq hissləri aşılamağa çalışardılar. Buna görədir 
ki, 
şahnaməxanlar 
mürtəcelər 
tərəfindən 
―babı‖, 
―nağılçı‖,  ―sufi‖  adlandırılırdı.  Heç  təsadüfi  deyildir  ki, 
keçən  əsrin  son  illərində  Bakıda  çar  çinovnikləri 
―Şahnamə‖  dastanlarının  yerli  əhalidə mübarizlik ruhunu 
qüvvətləndirməsindən 
qorxaraq, 
məclislərdə, 
yığıncaqlarda  ―Şahnamə‖  oxumağı  qadağan  etmiş  və 
onun  yerinə  Kərbəla  müsibətlərinə  aid  əsərlər  oxumağı 
lazım bilmişdilər. 
Firdovsinin 
bədii 
ədəbiyyata 
təsirinə 
gəlincə, 
məlumdur  ki,  Nizamidən  başlayaraq  müasir  dövrə  qədər 
Azərbaycanın  bütün  görkəmli  mütəfəkkir  şairləri 
Firdovsi  yaradıcılığı  ilə  ciddi  maraqlanmışlar.  Nizami 
―İsgəndərnamə‖  əsərində  ―Şahnamə‖  dastanlarından 
yaradıcı  şəkildə  istifadə  etmişdir.  XIX  əsrin  böyük 
materialist filosofu M.F.Axundov Firdovsi şeirinə yüksək 
qiymət  vermiş,  məşhur  fəlsəfi  məktublarında  dini 
görüşləri 
tənqid 
edirkən 
―Şahnamə‖dən 
misallar 
gətirmişdir.  Axundovun  müasiri  Mirzə  Kazım  bəy 

 
249 
―Firdovsiyə  görə  iranlıların  əsatiri‖  mövzusunda  elmi 
əsər yazmışdır. 1905-ci ildən sonra Azərbaycan yazıçıları 
―Şahnamə‖dən  müəyyən  fəsilləri  tərcümə  etməyə 
başlamışlar.  Böyük  inqilabçı  şair  Sabir  1906-cı  ildə 
―Səyavuş‖  dastanının  bir  hissəsini  tərcümə  edib,  nəşr 
etdirmişdir.  Həmin  ildə  Rəşid  bəy  Əfəndizadə  ―Rüstəm 
və  Söhrab‖  dastanını  tərcümə  etmiş,  1908-ci  ildə  Abbas 
ağa  Nazir  yenə  eyni  dastanı  tərcümə  edib,  Firdovsinin 
şəxsiyyətinə və yaradıcılığına aid bir müqəddimə ilə nəşr 
etdirmişdir.  20-ci  illərdə  və  30-cu  illərin  əvvəllərində 
A.Şaiq  ―Qubad  ilə  Məzdək  dastanı‖nı,  M.Müşfiq  və 
M.Seyidzadə 
―Sultan 
Mahmud 
haqqında 
həcv‖i, 
M.M.İbrahimi  ―Rüstəmin  Səd  Vəqqasa  məktubu‖nu, 
İbrahim  Tahir  ―Səyavuş‖,  ―Zöhhak  və  Kavə  dastanı‖nı, 
Əli 
Nəzmi 
―Səyavuş 
və 
Əfrasiyab‖ 
dastanını, 
―Şahnamə‖nin ―Dünyanın və insanın yaradılışı haqqında‖ 
fəslini, Azər ―Rüstəm və Burza‖, ―Rüstəm və İsfəndiyar‖, 
Ağadadaş  Müniri  ―Əşkabus  dastanı‖nı  tərcümə  etmişdir. 
Şairin  yubileyi  ərəfəsində  ―Şahnamə‖dən  daha  yeni 
tərcümələr  edilmiş,  qabaqlar  tərcümə  edilib  çap 
olunmamış  bir  sıra  tərcümələr  də  nəşr  olunmuşdur. 
Yubiley  ərəfəsində  Azərbaycan  alimləri  tərəfindən 
Firdovsi  yaradıcılığı haqqında bir çox ciddi elmi-tədqiqat 
əsərləri  də  yazılmışdır.  Bunlardan  Ruhulla  Axundovun 
―Firdovsi  və  müasirlik‖,  Əli  Nazimin  ―Firdovsi  və 
yaradıcılığı‖,  M.M.İbrahiminin  ―Firdovsi  və  ―Şahnamə‖, 
Əmin  Abidin  ―Firdovsi  və  Azərbaycan  ədəbiyyatı‖ 
əsərlərini göstərmək olar. 
XX  əsrdə  ―Şahnamə‖  mövzularına  yazılan  əsərlər 
Azərbaycan  səhnəsində  də  xüsusi  yer  tutmuşdur.  1908-ci 
ildə  böyük  bəstəkar  Üzeyir  Hacıbəyov  ―Rüstəm  və  Söh- 
rab‖ dastanı əsasında eyni adlı 5 pərdəli opera bəstələmiş 
və opera həmin illərdə səhnədə göstərilmişdir. Bu illərdə 
Türkiyə  yazıçısı  Şəmsəddin  Saminin  ―Zöhhak  və  Gavə‖ 

 
250 
dastanı  əsasında  yazdığı  ―Gaveyi-ahəngər‖  dramı  da 
Bakıda  tamaşaya  qoyulurdu.  Bir  neçə  il  sonra  müəllim 
Həsən  Səbri  Abdullayev  tərəfindən  Əhməd  Müdhətin 
yazmış  olduğu  3  pərdəli  ―Səyavuş‖  dramı  Azərbaycan 
dilinə  tərcümə  edilmişdi.  1908-ci  ildə  şair  Azər  də 
―Rüstəm  və  Söhrab‖  dastanını  4  pərdəli  dram  şəklində 
səhnləşdirmişdi.  1914-cü  ildə  isə  Bakı  ―İttihad‖  məktəbi 
müəllimlərindən Mirzə Rza ―Səyavuş dastanı‖ əsasında 4 
pərdəli  ―Səyavuş‖  dramını  yazmış  və  həmin  ildə  əsər 
müəllim və tələbələr tərəfindən tamaşaya qoyulmuşdur.
1
 
Beləliklə,  Cavid  ―Şahnamə‖  mövzusunda  əsər  yazan 
ilk  şair  deyildi.  Onun  ―Səyavuş‖u  müəyyən  ənənənin 
davamı idi. Lakin bir həqiqətdir ki, Cavidin bu əsəri istər 
bədii,  istərsə  məzmun,  məfkurə  cəhətindən  ―Şahnamə‖ 
mövzularında yazılan əsərlərdən ən qüvvətlisi idi. 
―Səyavuş‖  yazıldığı  ildə  (1933)  Azərbaycan  Dövlət 
Dram  Teatrında  tamaşaya  qoyulmuş,  sonra  da  nəşr 
edilmiş,  ədəbi  ictimaiyyətin  diqqətini  cəlb  etmişdi. 
Marksist  tənqid  bu  faciəni  son  bir  neçə  ildə  Cavidin 
yaradıcılığında  və  görüşlərində  əmələ  gələn  dönüşün  ən 
yaxşı  əlamətlərindən  və  nümunələrindən  biri  kimi 
qiymətləndirmişdi.  H.Mehdi  1933-cü  ildə  ―İnqilab  və 
mədəniyyət‖ məcmuəsində nəşr etdirdiyi ―Ədəbi qeydlər‖ 
məqaləsində  inqilabın  və  sovet  varlığının  Cavid 
yaradıcılığına  göstərdiyi  müsbət  təsirlərdən  bəhs  edərək 
yazırdı  ki:  ―Cavid  kimi  yazıçılar,  az-çox  inqilabi 
ideyalarla  tənəffüs  etmələri  sayəsində  birdən-birə 
gəncləşməyə,  dünən  özünü  bədii  əsərlər  yaratmağa 
enerjisi  qalmadığından  təəssüflə  bəhs  edərkən,  bu  gün 
birdən-birə  sürətlənərək...  irəliyə,  proqresə  doğru  addım 
atmağa 
başlamışlar... 
Bu 
gün 
Cavid 
Firdovsi 
dastanlarının  bir  parçasını  öz  bədii  laboratoriyasında 
                                                 
1
 Bax: Əmin Abid, ―Firdovsi və Azərbaycan ədəbiyyatı‖, Firdovsi, ―Şahnamə‖, Bakı, Azərnəşr, 
1934, səh. XCY. 

 
251 
keçirərək  xaqanlar  hakimiyyəti  əleyhinə  üsyan  bayrağı 
qaldıran  Çin  məzlumlarına  şərəfli  nəğmələr  oxuyur
1
‖. 
Yenə həmin müəllif 1934-cü ildə ―Səyavuş‖un ilk nəşrinə 
yazdığı  ―Cavid  haqqında  bir  neçə  söz‖  sərlövhəli 
müqəddiməsində  haqlı  olaraq  faciəni  ―özünə  bəraət 
qazandıra  bilən,  yeni  keyfiyyətli  bir  əsər‖  adlandırır. 
―Səyavuş‖  Cavidi  gəncləşdirmişdir,  ―Səyavuş‖un  bir  çox 
odlu misraları bizim üçün qiymətli və yüksəkdir‖ deyirdi. 
Tənqidçinin  diqqətini  hər  şeydən  əvvəl  Cavidin  tarixə 
olan  yeni  baxışı  cəlb  edirdi.  Hüseyn  Mehdi  belə  bir 
düzgün  nəticəyə  gəlmişdi  ki,  ―Cavid  ―Səyavuş‖  əsəri  ilə 
ictimai  ixtilaflar  göstərmişdir...  Cavid  göstərmişdir  ki, 
əsil  insanlar  əli  qabarlılardır,  əməkçilərdir.  Cavid  eyni 
zamanda  əsil  qəhrəmanların  əməkçi  kütlələrdən,  əsil 
insanlar içərisində çıxdığını göstərməyə çalışmışdır‖
2

Həqiqətən,  Cavidin  bu  faciəsi  Firdovsinin  ―Səyavuş‖ 
dastanı motivləri əsasında  yazılsa da, bu motivlərdən çox 
kənara  çıxan  tam  orijinal  bir  əsər  idi.  Məsələn, 
―Şahnamə‖də  Keykavus  səbirli,  tədbirli,  ağıllı,  ədalətli 
bir  şah  kimi  göstərildiyi  halda,  Cavidin  əsərində  bütün 
əxlaq  normalarını  tapdalayan,  azğın,  zülmkar,  kütbeyin, 
qudurğan  bir  müstəbiddir.  Bundan  başqa  Cavid  feodal 
zülmünü,  hakimlərin  özbaşınalığını  göstərmək  üçün,  öz 
əsərinə  məzlumların  qanını  içın  Vali  surətini  də  əlavə 
etmişdi. 
Firdovsinin 
―Səyavuş‖ 
dastanında 
xalq 
üsyanlarını göstərən kiçik bir epizod belə olmadığı halda, 
Cavid xalq üsyanlarını göstərməyə xüsusi fikir vermiş və 
Altay  kimi  bir  üsyançı  qəhrəman  surətini  yaratmışdır; 
Yalçın  və  onunla  əlaqədar  hadisələrlə  hakimlərin  xalqa 
olmazın 
əzab-əziyyət 
verdiklərini 
göstərmişdir. 
―Səyavuş‖  dastanında  saray  və  hərəmxana  həyatının 
ziddiyyətləri  göstərilmədiyi  halda,  Caviddə  bu  cəhət  ilk 
                                                 
1
 ―İnqilab və mədəniyyət‖ 1933 № 1. 
2
 ―Səyavuş‖, Bakı, Azərnəşr, 1934, müqəddəmə. 

 
252 
planda  idi.  Firdovsi  Səyavuşu  əsasən  şahlığa  sadiq  və 
hakimliyə  həvəskar  göstərdiyi  halda,  Caviddə  Səyavuş 
tac-taxt  düşməni,  saraylara  nifrət  edən,  xalq  kütlələr inə 
yaxın  bir  qəhrəmandır.  Rüstəm  surətinə  də  Cavid  geniş 
yer  vermiş,  onu  Səyavuşun  məsləkdaşı,  vətənpərvər  bir 
qəhrəman  kimi  canlandırmışdı.  Cavidin  Südabə  surəti  də 
Səyavuş  dastanındakı  Südabədən  fərqlənirdi.  Firdovsi 
Südabəni  əsasən  hiyləgər  bir  qadın  kimi  göstərmişdi. 
Cavid  həmin  motivi  saxlamaqla  bərabər,  bu  qadının 
səmimi  mənəvi  iztirablarını  da  vermişdi.  Cavidin 
Südabəsi,  eyni  zamanda,  güclə  saraylara  alınan,  öz 
vətənindən,  elindən  ayrı  düşən,  həyatında  çox  haqsızlıq 
gördüyü  üçün  sərtləşmiş  bədbəxt  bir  qadın,  qəfəsə 
salınmış bir quşdur. 
Tarixi  mövzuda  yazdığı  əvvəlki  ―Topal  Teymur‖  əsə- 
rindən  tamamilə  fərqli  olaraq,  bu  faciədə  Cavid  feodal 
dünyasının,  şah-sultan  hökmranlığının  xalqlar  həyatında 
törətdiyi  fəlakətləri,  saray  həyatının  rəzalətlərini  və 
zəhmətkeş  kəndlilərin  feodal  özbaşınalığına  qarşı 
mübarizəsini  ön  planda  göstərməyə  çalışmışdı.  Zahirdə 
əsərin  qəhrəmanı  Səyavuş  idisə  də,  əslində  dramaturqun 
daha  çox  rəğbət  bəslədiyi  üsyançı  kəndlilərin  başçısı 
Altay və onu əhatə edən üsyançı kəndlilər idi. 
Səyavuşu  da  dramaturq  saraya  qarşı  duran,  kütlələrə 
yaxın,  demokratik  əhvali-ruhiyyəli  bir  qəhrəman  kimi 
göstərmişdi.  Şah  nəslindən  olduğuna  baxmayaraq,  erkən 
anasını  itirdiyindən,  uşaqlıqdan  Zabilistanda  bir  kənddə, 
sadə,  namuslu  adamların  əhatəsində  böyümüş  Səyavuşda 
kəndlilərə  məxsus  sadə,  mehriban  bir  ürək  vardır. 
Səyavuşun  təlim-tərbiyəsi  ilə  xalqın  sevimlisi  olan 
qəhrəman  Zal  oğlu  Rüstəm  məşğul  olur.  Rüstəmin 
tərbiyəsi  ilə  o,  gözəl  ruhlu  bir  insan  və  yenilməz 
qəhrəman  olur.  Səyavuş  atası  Keykavusun  əmri  ilə  sa- 
raya  çağırılır.  Ürəkdən  bağlı  olduğu  kənddən  ayrılmaq 

 
253 
onun  üçün  çətin  olsa  da,  şah  əmrini  yerinə  yetirməyə 
məcbur  olur  (Firdovsidə  isə  Səyavuş  öz  arzusu  ilə  sa- 
raya,  atasının  yanına  getməyə  can  atır).  Yola  çıxarkən 
səmimi  çöhrəli,  ağsaçlı  bir  qadın,  bir  el  anası  Səya- 
vuşun  alnından  öpüb,  ona  xeyir-dua  verir.  Bu  el  anası- 
nın  xeyir-duası  bizə  böyük  Nizaminin  əsərlərində  şah- 
lara  öyüd-nəsihət  verən  dünya  görmüş  ağsaçlı  qadınla- 
rın arzularını xatırladır (bu ana surəti Firdovsidə yoxdur). 
Ağsaçlı qadın Səyavuşa deyir: 
 
Zalımla məzlumu, sakın, bir tutma, 
Yediyin ətməyi, duzu unutma!  
Hər ölkəyə varsan, bizi anarsın, 
Nasırlı əllərə açır, yanarsın. 
Şən saraylar məğrur etməsin səni, 
Düşün daim yoxsulların dərdini. 
Uyma evlər yıxan, kinli şahlara, 
Acı, köküsləri yaxan ahlara! 
Biz səni bəslədik, çalış adil ol!  
Haydı, yavrum, şanlı yol, uğurlu yol! 
 
Səyavuş isə: 
 
Sağlıqla, ey böyük, möhtərəm ana! 
Sən anadan daha yaxınsan bana
1
 — 
 
— sözləri ilə ağsaçlı qadınla vidalaşır. 
El  anasının  nəsihəti,  tapşırıqları  özünün  gələcək  həyat 
yolunu  müəyyənləşdirməkdə  Səyavuşa  böyük  kömək 
edir. 
Səyavuş  saraya  gəlir.  Burada  kənddəki  sadəlik,  sə- 
mimiyyətdən  əsər  belə  yoxdur.  Gənc  qəhrəman  gələn 
kimi  onu  saray  çəkişmələri  əhatə  edir;  münəccimdən 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 389. 

 
254 
tutmuş  pişxidmətə  qədər  sərvət  və  şöhrət  düşkünləri  ona 
quyu  qazmağa  hazırlaşırlar.  İkinci  tərəfdən  atası  Key- 
kavusun 
dözülməz  əxlaqsızlığı,  analığı  Südabənin 
şıltaqlığı  Səyavuşda  saray  həyatına  qarşı  dərin  nifrət 
oyadır.  O,  sarayın  ―faciələr  səhnəsi‖  olduğunu  gözü  ilə 
görür.  Bu  arada  Keykavusa  türk  xaqanı  Əfrasiyab 
ordularının sərhədi keçib, kəndliləri taladığı xəbəri  çatır. 
Düşmən  ordularını  geri  oturtmaq  Rüstəmlə  Səyavuşa 
tapşırılır.  Rüstəm  və  Səyavuş  saraya  nifrət  etsələr  də, 
vətəni  müdafiəyə  həmişə  hazırdırlar.  Onlar  ordu  ilə 
sərhədə yaxınlaşır, lakin burada sərkərdələr arasında qısa 
bir  toqquşmadan  sonra  aydın  olur  ki,  İran  kəndlilərini 
çapıb  talayanlar,  İran  ordusunun  öz  başçıları,  məmurlar 
və  yerli  talançılardır.  Bu  həqiqətin  şahidi  olan  Rüstəm 
nahaq 
qanların 
tökülməsinə  razı  olmur,  vuruşu 
dayandırır, sülh təklif edib saraya qayıdır. 
Səyavuş  bu  səfərində  eyni  zamanda  İran  kəndlilərinin 
ağır  həyatı  ilə  tanış  olur.  Yerli  məmurlar  kəndliləri  bir 
tərəfdən  ağır  zəhmət  şəraitində,  qamçı  gücü  ilə  qul  kimi 
işlədir,  ikinci  tərəfdən  kəndlilərin  var-yoxunu  talayırlar. 
Bu  zülmə  qarşı  kəndlilər  üsyan  edir.  Üsyançıların 
başında  kəndli  Altay  durur.  Səyavuş  el  anasının 
nəsihətinə  sadiq  qalaraq  məzlumları  müdafiə  edir, 
üsyançılara haqq qazandırır: 
 
Məzlumlara qarşı duyğusuz qalan 
Bir insandan daha şərəfli kaplan — 
—  deyə  məmurlara  nifrətini  bildirir,  üsyançı  Altayla 
dostlaşır. 
Rüstəm  saraya,  Keykavusun  yanına  gəlib,  Əfrasiyab 
orduları  ilə  sülhə  girişdiyini  ona  xəbər  verir.  Azğın, 
şöhrətpərəst  hökmdar  bu  xəbərdən  qəzəblənir.  Şah  ilə 
xalq  içərisindən  çıxmış  qəhrəman  arasında  olan  bu 
mübahisə  səhnəsi  dramaturqun  Rüstəm  surətini  nə 

 
255 
məqsədlə yaratdığını aydınlaşdırır. 
R ü s t ə m 
 
Haqsız qanlar axmasın deyə, 
Səyavuşla Piran gəldi bir rəyə. 
 
K e y k a v u s   (qızğın) 
 
Barışdılarmı?! 
 
R ü s t ə m 
 
Yersiz vuruşmanın mənası varmı? 
 
K e yk a v u s 
 
Xəyanət! Xəyanət! Alçaq xəyanət!.. 
...İştə ikiniz də qorxaq və miskin. 
Səyavuş da xain, Rüstəm də xain. 
 
R ü s t ə m 
 
Qorxaqmı, xainmi? Çirkin iftira!  
Dayanmaz insan şu təhqirə əsla. 
 
K e yk a v u s 
 
Rüstəm! 
 
R ü s t ə m 
 
Həddini bil, nə sandın məni? 
 
K e y k a v u s  

 
256 
 
Sus! Şöhrətin məğrur etməsin səni. 
 
R ü s t ə m  
 
Sakın, güvənmə çox taxtü tacına! 
 
Keykavus  hər  iki  qəhrəmandan  intiqam  alacağını 
bildirir. Rüstəm buna cavab olaraq: 
 
Artıq mənə oldu əyan: 
Cənnət imiş Zabilistan. 
Dönməliyəm əski yurda, 
Namus, şərəf həpsi orda
1
 — 
 
—  deyə  sarayı  nifrətlə  tərk  edib  Zabilistana  gedir, 
Səyavuşa  da  xəbər  göndərir  ki,  atasının  qəzəbinə  düçar 
olmamaq  üçün  dayısı  Əfrasiyabın  yanına  getsin.  Səyavuş 
Rüstəmin sifarişini eşidib, 
 
Saray aləminə məndə yox həvəs  
Həpsi qanlı məhbəs, parlaq bir qəfəs — 
 
— deyirsə də,  ölümdən  yaxa qurtarmaq üçün  yenə dayısı 
Əfrasiyabın  yanına  getməli  olur.  Yolda  o,  ova  çıxmış 
qızlar  sırasında  dayısı  qızı  gözəl  Firəngizə  rast  gəlir. 
Gənclər  bir-birini  sevirlər.  Əfrasiyab  əvvəlcə  Səyavuşu 
təntənə  ilə  qarşılayıb,  ona  sarayda  yüksək  rütbə  təklif 
edir. Səyavuş isə: 
 
İstəməm, sadəlik xoşdur mənimçin, 
Gözüm yoxdur mənim, heç bir rütbədə — 
 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 434-435. 

 
257 
—  deyə  cavab  verir.  Firəngizin  təmiz  məhəbbəti  ona  hər 
şeydən  yüksək  görünür.  Lakin  çox  çəkmir  ki,  burada  da 
saray  çəkişmələri  başlanır.  Turan  ordusunun  sərkərdəsi 
Gərşivəz  Səyavuşun  qəhrəmanlığını  və  şöhrətini  görüb, 
onu aradan çıxarmağı, xəyanətlə məhv etməyi qərara alır. 
Burada Səyavuşa Çin sərhədində böyük bir vilayəti üsyan 
bürüdüyünü, 
əhalinin 
al-qan 
içində 
çırpındığını 
söyləyirlər.  Üsyanı  yatırmağı  ona  təklif  edirlər.  Səyavuş 
qan  tökülməsinin  əleyhinə  olduğundan,  həmişə  sülh, 
əmniyyət  tərəfdarı,  məzlumlar  tərəfdarı  olduğundan  bu 
təklifi  qəbul  edib,  üsyanı  yatırmaq  üçün  Çin  sərhədinə  gəlir. 
Burada  aydın  olur  ki,  vilayəti  al-qan  içində  boğan  üsyançılar 
deyil  vilayətin  azğın  valisi  və  onun  talançı  məmurlarıdır. 
Onların  xəyanəti  nəticəsində  ölkəni  dar  ağacları  bürümüş, 
aclıq,  yoxsulluq,  səfalət  kəndliləri  əldən  salmışdır.  Çin 
xaqanının  zülmündən  qaçan  yoxsul  Çin  kəndliləri  ilə  türk 
kəndliləri  birləşib  üsyan  bayrağını  qaldırmışlar.  Altay  burada 
da üsyançıların başçısıdır. Üsyançı  kəndlilər  – çinli və türklər 
cinayətkar  valinin  üstünü  almışdır,  Altay  ona  ölüm  fitvası 
oxuyur: 
 
Yetər, çıldırdınız, ―hökumət‖ deyə, 
Evləri yıxdınız, ―ədalət‖ deyə. 
Məzlumlar qanından badə sondunuz
Qarğa-quzğun kimi leşə qondunuz. 
―Qanun‖ deyə doğru yoldan caydınız, 
Xalqın namusunu heçə saydınız. 
Aldıqları nəfəs zəhərli ahlar, 
Qidasız çocuqlar ot yeyib yaşar. 
Söylə öyündüyün ədalət bumu? 
Hökumət dediyin rəzalət bumu?!
1
 
 
Səyavuş  həqiqəti  bilib  Altayla  birləşir,  üsyançıları  müdafiə 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri. səh. 462-463. 

 
258 
edir,  valiyə  qarşı  çıxır.  Lakin  o,  sadəlik  edib  Gərşivəzin 
yalanlarına  aldanır,  valini  öz  düşməninin  ixtiyarına  verir. 
Kəndlilərin düşməninə bu yersiz mərhəməti görən Altay: 
 
Səyavuş da şah nəsli, xaqan nəsli, 
Onun hər kəslə var başqa bir dili — 
 
—  deyib  dostu  Səyavuşdan  ayrılır.  Gərşivəz  Səyavuşu  tək 
görüb,  onu  məhv  etmək  üçün  ən  yaxşı  fürsət  tapdığını 
düşünür,  Əfrasiyaba  onun  guya  taxt-tac  arzusunda 
olduğunu  bildirir,  Keykavusun  dilindən  Səyavuşa  saxta 
məktublar  düzəldir.  Əfrasiyab  Səyavuşun  asılmasını  əmr 
edir.  Səyavuş  qılınc  çəkib  özünü  müdafiə  etməli  olur. 
Gərşivəz  onun  özünü  qəhrəmanlıqla  müdafiə  etdiyini 
görüb,  namərdlik  edir.  Səyavuşu  arxadan  yaralayır.  Son 
nəfəsdə Səyavuş Əfrasiyaba ―Keykavus bir cəllad, sən də 
bir cəllad!‖ deyib ölür. 
Beləliklə,  məzlum  xalq  kütlələri  və  onlara  rəğbət 
bəsləyənlərlə  saray,  şahlıq,  soltanlıq,  saray  əyanları, 
insan  qanına  susayan  valilər,  hərbcu  feodallar  arasında 
olan  bu  ziddiyyət  dramın  əsas  konfliktini  təşkil  edir. 
Əsərdə  xüsusi  yer  tutan  Səyavuşun  şəxsi  həyat  dramı  da 
oradan başlayır ki, o hələ kənddə ikən ağsaçlı el anasının, 
―zalımlarla  məzlumları  bir  tutma,  məzlumlara  acı‖ 
sözlərinə  axıra  qədər  sadiq  qalır,  hər  yerdə  məzlumları 
müdafiə  etdiyi  üçün  axırda  zalımların  əlində  məhv  olur. 
Lakin  faciədə  təkcə  bir  Səyavuş  deyil,  yoxsul  kəndlilər, 
cariyələr,  kölə  əməyinə  məhkum  edilmiş  qadınlar, 
qocalar,  dar  ağacından  asılan  üsyançılar,  bir  sözlə  bütün 
el,  oba  facianə  vəziyyətdədir.  Beləliklə,  H.Cavidin 
―Səyavuş‖u  elin  faciəsi,  sadə  adamların,  mərd  igidlərin, 
məhkum kəndlilərin faciəsi idi. 
Feodal dünyası ―Səyavuş‖ müəllifinin nəzərində ağalar 
və  kölələr  dünyası  idi.  Bütün  bunlar  isə  öz  növbəsində 

 
259 
Cavidin  tarixə 
olan 
yeni 
baxışını  əks  etdirirdi. 
Sənətkarlıq,  dil,  üslub  cəhətindən  də  bu  əsərdə  bir  çox 
yeniliklər  var  idi  ki,  bu  xüsusda  sonrakı  fəsillərdə  bəhs 
ediləcəkdir.  
 
 
4. ―XƏYYAM‖ 
 
1935-ci  ildə  Cavid  Şərqin məşhur mütəfəkkir şairi və  alimi 
Ömər  Xəyyamın  həyatından  bəhs  edən  ―Xəyyam‖  dramını 
yazır.  Dram  ən  yaxşı  səhnə  əsərləri  müsabiqəsində  mükafata 
layiq görülür. 
Ümumiyyətlə  1920-ci  illər  və  30-cu  illərin  əvvəlləri  sovet 
şərqşünaslığı  və  ədəbiyyatşünaslığı  elminin  yeni  istiqamətdə 
inkişaf  etdiyi  bir  dövr  idi.  Elmin  bütün  sahələrində  olduğu 
kimi,  klassik  ədəbi  irs  də  sözün  geniş  mənasında  yeni 
metodoloji  əsaslar  üzrə  yenidən  tədqiq  edilir,  Şərq  xalqlarının 
mədəni  irsi  dərindən  öyrənilir,  sovet  alimləri  tərəfindən  Şərq 
ədəbiyyatı  və  məşhur  Şərq  şairləri  haqqında  yeni  əsərlər 
yaradılırdı. 
Bu 
illərdə 
sovet 
şərqşünaslığı 
elminin 
mərkəzlərindən 
biri 
də 
Azərbaycan, 
Bakı  sayılırdı. 
Azərbaycanda  mədəni  inqilab  uğrunda  aparılan  mübarizə  ilə 
əlaqədar  olaraq,  köhnə  adət-ənənələr  və  dini  mövhumat 
əleyhinə  mübarizə  məqsədilə,  əsərlərində  dini  ehkama,  islam 
zehniyyətinə  qarşı  çıxan,  dini  mövhumatla  mübarizə  aparan 
mütəfəkkir şairlərin yaradıcılığına, əsərlərinə xüsusi əhəmiyyət 
verilirdi.  Bu  sənətkarlardan  biri  də  öz  əsrinin  dinsiz  şairi 
sayılan və bütün mədəni dünyanın tanıdığı Ömər Xəyyam idi. 
1928-34-cü illər arasında müxtəlif respublikalarda, o cümlədən 
də Azərbaycanda Xəyyam haqqında bir neçə yeni tədqiqat əsəri 
yaranmış,  onun  dini  şübhəçilik  ideyaları  və  həyat  sevgisi 
motivləri  ilə  zəngin  olan  məşhur  rübailərindən  bir  qismi 
Azərbaycan  dilinə  tərcümə  edilmişdi.  Şübhəsiz,  belə  bir 
şəraitdə yaradıclığının ilk dövründə dini şübhəçilik ideyalarının 

 
260 
təbliğatçısı  olan  Hüseyn  Cavid  Ömər  Xəyyam  haqqında  olan 
yeni  yazılara,  mülahizələrə  laqeyd  qala  bilməzdi.  Xəyyam 
mövzusu  Cavid  üçün,  onu  uzun  illər  məşğul  edən  Şərq 
fəlsəfəsi,  Şərq  zehniyyəti  haqqında  yeni  mülahizələrini  ifadə 
etmək üçün çox  əlverişli bir mövzu idi, bu, eyni  zamanda, bir 
romantik  şair  kimi  onun  üslubuna  da  çox  uyğun  gələn  bir 
mövzu idi. 
Doğrudur,  bu  mövzuda  Cavid  ―Şeyx  Sənan‖  kimi  qiymətli 
bir əsər yaratmışdı. Lakin bu əsərin yazıldığı dövrdən iyirmi bir 
il keçmişdi. Bu iyirmi bir ildə çox şey dəyişmiş, şairin özü də 
dəyişmiş,  onun  dinlərə,  dini  təriqətlərə,  fəlsəfələrə  və 
əvvəllərdə  çox  mürəkkəb  tellərlə  bağlı  olduğu  Şərq 
panteizminə  də  münasibət  dəyişmişdi.  Bu  məsələlər  haqqında 
yeni söz demək üçün Cavid əsaslı bir hazırlıq dövrü, müəyyən 
bir  mənəvi  inkişaf  dövrü  keçmişdi.  ―Xəyyam‖da  bu  inkişaf, 
mənəvi təbəddülat özünü çox aydın əks etdirmişdi. Bu dramda 
nəinki  yalnız  şairin  tarixə  baxışında,  dini  etiqadlara  və  köhnə 
Şərq  fəlsəfəsinə  münasibətində,  hətta  ədəbi-dramaturji 
üsullarında, qəhrəmanlarının xarakterində, surətlərin təbiətində 
də yenilik hər addımda özünü göstərirdi. 
Biz  yuxarıda  gördük  ki,  Cavid  ―Şeyx  Sənan‖da  və  hətta 
―Şeyda‖  dramında  da,  Sənan  və  Şeyda  surətlərində  olduğu 
kimi,  öz  qəhrəmanlarının  üstünlüyünü  göstərmək  üçün, 
romantik  üsullardan  istifadə  edir,  qəhrəmanlarına  fövqəlbəşər 
xüsusiyyətlər  verir,  onları  göylərə  qaldırır,  sonsuz  fəzalarda 
uçurur,  xəyalən  əbədi  şeir,  xəyal  aləmlərində  bağlayır,  son 
nəticədə  bu  və  yaxud  başqa  yol  ilə  adi  insanlardan  tamamilə 
ayırıb  fərqləndirirdi.  ―Xəyyam‖da  isə  Cavid  bu  üsuldan 
tamamilə uzaqlaşmış, daha çox təbiiliyə, reallığa fikir vermişdi. 
Bu  üslub  yeniliyi  ―Knyaz‖  və  ―Səyavuş‖da  da  vardı,  lakin 
―Xəyyam‖da daha aydın nəzərə çarpırdı. Bu dramın qəhrəmanı 
Ömər Xəyyam sadə, adi bir insandır. O, fəzalarda deyil, həmişə 
yerdə,  adi  insanların  arasında  dolaşır.  Xəyyam  başqalarından 
ancaq məsləki, dünyagörüşü etibarı ilə ayrılır. 

 
261 
Əlbəttə, bu əsərdə də qəhrəman – Xəyyam hər kəsdən üstün 
idi;  lakin  bu  üstünlük  onun  fövqəladəliyində  fantastik, 
romantik  xəyallarında  deyil,  öz  dövrünə  görə  qabaqcıl, 
mütəfəkkir  şair  olmasında  idi.  Xəyyam  sadə  bir  insan  kimi 
yaşayır,  öz  fikirlərini  təbliğ  edir,  bu  yolda  bir  çox 
məhrumiyyətlərə düçar olur, düşmənləri ilə üz-üzə gəlir, onları 
məğlub  edir,  dostlarına  mehribanlıq  göstərir,  yaşayır,  yaradır, 
nəhayət,  qocalıb,  milyonlarca  başqa  insanlar  kimi,  öz  əcəli  ilə 
ölür. Əsərdə Xəyyamı əhatə edən başqa surətlər də beləcə real, 
təbii  xüsusiyyətləri  ilə  göstərilmişdi.  ―Səyavuş‖  və  xüsusən 
―Xəyyam‖  ilə  Cavid  romantik  dram  yolundan  ayrılıb,  realist 
dram – Şekspir dramı yoluna qədəm qoymuşdur. 
Cavid  bir  sənətkar  dramaturq  olaraq  ümumiyyətlə  təsirli 
ekspozisiya  yaratmaqda  çox  usta  idi.  ―Xəyyam‖  dramının 
ekspozisiyası daha mənalı, cazibəli və mövzuya görə məqsədə 
daha uyğun idi. 
İlk  səhnədə  tamaşaçı  Xəyyam  dövrünün  çox  incə  şəkildə 
düşünülmüş, bi-birinə zidd iki mənzərəsini görür. Bir tərəfdən 
öz  əzəməti  ilə  mütəfəkkir  Şərq,  mədrəsə  həyatı,  elm-ürfanla 
məşğul  olan  gənc  şərqli  tələbələr,  ikinci  tərəfdən  dini 
zehniyyət,  xurafat  ocağı  məscid...  Ariflər,  alimlər  mədrəsəyə, 
möminlər  isə  məscidə  doğru  can  atırlar.  Mədrəsədə 
toplaşanlarda  dünyəvi  hisslər,  yaşamaq  eşqi  coşub  daşır, 
məscidin  sakinləri  isə  dünyadan  mümkün  qədər  tez  köçüb 
getmək 
qayğısı  ilə  ibadətə  məşğuldurlar.  Məsciddən 
möminlərin  səsləri,  insanı  boş,  dilsiz  fəzalara,  heçliyə  çağıran 
münacat səsi ucalır: 
 
Ey fəzalarda gülümsər əbədi şerü xəyal, 
O nə qüdrət, o nə həşmət, o nə ahəngü cəlal! 
Hər düha çırpınaraq səndə arar feyzü kamal, 
Yenə yox kimsədə əsla səni idrakə macal. 
 

 
262 
Bu,  əsrlərdən  bəri  lal  göylərə  sığınan  insan  zəkasının 
korluğundan,  gücsüzlüyündən  bəhs  açan  dindar  Şərqdir.  Elm-
ürfan  ocağı  olan  mədrəsədən  isə  gənc  mütəfəkkir  şair 
Xəyyamın  və  onun  yoldaşlarının  insanları  həyata,  həqiqətə, 
eşqə, səadətə çağıran və real düşüncəyə əsaslanan alimanə səsi 
yüksəlir. Xəyyam minacatı dinləyərək kinayə ilə deyir: 
 
X ə y y a m 
 
İştə bir səs ki, edər göylərə şaşqınca xitab, 
O sağır göy əcəba kimsəyə vermişmi cavab? 
O dərinliklərə, boşluqlara uçduqca xəyal 
Sanki çırpınmada bir şəhpəri yanmış qartal... 
 
X ə r a b a t i 
(kinayəli qəhqəhələrlə) 
 
Hər gələn bir yeni əfsanə satar, 
O qaranlıq dama hər kəs daş atar. 
 
X ə y y a m 
 
Xilqətin sirri müəmmadır, əvət, 
Ürəfa satsa da yüz min hikmət, 
Burda cənnət quralım badə ilə.. 
 
Bu  da  insanları  həqiqət  aləminə,  həyat,  səadət  dünyasına 
çağıran mütəfəkkir Şərqin səsidir. 
Beləliklə  bir  tərəfdə  –  məsciddə  ibadət  və  şəriət,  ikinci 
tərəfdə  –  mədrəsədə  isə  məhəbbət  və  hikmət  –  dramın 
ekspozisiyası  tamaşaçıya  bu  ziddiyyətli  mənzərəni  göstərirdi. 
Bundan  sonra  səhnəyə  Alp  Arslan  sarayının  misilsiz  gözəli 
gənc Sevda gəlir. O, şair Xəyyamı görmək üçün gizlicə buraya 

 
263 
gəlmişdir.  Sevdada  azadlıq,  səadət  eşqi  ilə  çırpınan  bir  qəlb 
vardır. Azad yaşamaq onun ən böyük arzusudur. 
 
Bir vəhşi göyərçin kimi mən də 
Şən könlümü azadə dilərdim. 
Seyranə çıxıb dağda, çəməndə, 
Güldükcə günəş mən də gülərdim, 
Şən könlümü azadə bilərdim. 
 
Lakin  saray  həyatı  ―altun  qəfəs‖  Sevdanın  azadlığını, 
ixtiyarını  əlindən  almış,  onu  həyat  nemətlərindən  məhrum 
etmişdir. 
 
Qəlbimdə sönər incə həvəslər, 
Dişlər məni altunlu qəfəslər, 
Ruhumda qopar ən acı səslər, 
Mən bir quzu olsam da, mələrdim, 
Şən könlümü azadə dilərdim. 
 
Əsərdə  Xəyyam  ilə  Sevdanın  münasibətləri  də  çox  təbii 
verilmişdi.  Sevda  hələ  Xəyyamı  görmədən  onu  əsərləri  ilə 
tanımış,  sevmiş,  bu  əsərlərdə  özünün  azadlıq  həsrətinin  əks 
olunduğunu  görmüş,  gənc  şairin  şeirlərini  əzbərləmiş,  onları 
bəstələyib gözəl səslə oxumuşdur: 
 
Bilməz yarının sirrini bir kimsə cahanda, 
Bax zövqünə tale sənə yar olduğu anda. 
Mehtabə çıxıb könlünü şad eylə ki, bir gün 
İzlər də qəmər bizləri, bulmaz bu cahanda. 
 
Bu şeirlərin təsiri altında Sevdaya əsarətdə keçən gənc ömrü 
daha  ağır  görünmüşdü.  İndi  o,  bircə  gün  də  olsa,  sərbəst 
yaşamaq üçün bütün  həyatını  qurban verməyə hazırdır. Sevda 
Xəyyamı axtarır, bütün camaat və saray əhli məscidə gedirkən 

 
264 
o,  məscidə  deyil,  Xəyyamı  görmək  üçün,  gizlicə  mədrəsəyə 
gəlir.  Məsciddəkilər  ibadəttə  ikən  Sevda  Xəyyamn  həyat  eşqi 
ilə  çırpınan  yeni  şeirlərini  dinləyir.  Həmişə  hikmətlə  məşğul 
olan,  hələ  heç  kəsə  könül  verməyən  Xəyyam  gənc  həyatında 
birinci  dəfə  olaraq  qəlbən  ona  yaxın  olan,  azad  ruhlu  Sevdanı 
görüncə buradaca məhəbbətə dair ilk şeirini deyir: 
 
Gəldin də neçin pənbə buludlar kimi axdın, 
Bilməm niyə getdin, niyə döndün, niyə baxdın? 
Şimşək kimi çaxdın da neçin könlümü yaxdın? 
Bilməm niyə getdin, niyə döndün, niyə baxdın? 
 
Sərpildi alov ruhuma süzgün baxışından, 
Sarsıldı bütün mənliyim, ey afəti-dövran! 
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban 
Bilməm niyə getdin, niyə döndün, niyə baxdın? 
 
Saray  adamları  tökülüb  gəlir.  Sevdanı  zorla  Xəyyamdan 
ayırıb  aparırlarsa  da,  qız  nəyin  bahasına  olursa-olsun, 
Xəyyamla birləşməyi qərara alır. 
İkinci  pərdədə  artıq  Xəyyamın  tələbəlik  illəri  qurtarmışdır. 
Şöhrət,  mənsəb  arxasınca  getməyi  alçaqlıq  hesab  edən,  yalnız 
öz  fikirlərini  təbliğ  etməklə  məşğul  olub,  insanlığa  bir  xidmət 
göstərmək istəyən Xəyyam  işsiz qalmışdır, ağır maddi ehtiyac 
içərisindədir.  Dramaturq  onun  ağır  günlərini  göstərir.  Xəyyam 
saçları  uzanmış,  pərişan  halda  çörək  pulu  üçün  kitablarından 
birini satmaq məqsədilə bazara çıxmışdır. Satmaq istədiyi kitab 
Şərqin  böyük  filosofu  ibn  Sinanın  əsəridir.  O,  kitabı  satarkən 
onun  müəllifinin  ideyalarını  və  öz  şeirlərini  təbliğ  etməyi  də 
unutmur: 
 
İbn Sinayi eşitdinmi? Oxu! 
İştə Şərqin o böyük filosofu, 
Bax, yaratmış nə böyük xariqələr! 

 
265 
 
Lakin  nə  kitab  alan  var,  nə  də  Xəyyamın  sözlərinə  qulaq 
asan.  Bazarda  köhnə  yoldaşları  Rəmzi  və  Xərabati  Xəyyamı 
tapır.  Onlar  əvvəlcə  dostlarını  tanımırlar.  Sonra  tanıyınca 
―Böyük  şairə  çətinliklər  çox  üz  verə  bilər‖  deyə  ona  təsəlli 
verməyə  çalışırlar.  Xəyyam  onlara  anladır  ki,  onu  üzən, 
düşündürən  maddi  çətinlik  deyil,  sözünün,  sənətinin 
qiymətləndirilməməsi,  cahil  müftilər,  şeyxlər  tərəfindən  təqib 
olunmasıdır: 
 
Şairmi? Sakın, duyduğum ilhamı duyan yox! 
Şeirimdəki əsrarı bilən yox. 
Yox oxşayacaq ruhimi bir cüzi səadət, 
İzlər məni hər dürlü fəlakət. 
Gənc ömrümü atəşli tikanlar gəmirirkən, 
Üsyan edərim varlığa birdən... 
 
Şair  dostlarına  bildirir  ki,  həqiqəti  söylədiyinə  görə  nəinki 
cahillər,  anlamazlar,  hətta  anlayanlar,  qananlar  da  ondan  üz 
çevirmişlər. 
Bu pərdədə də dramaturq yenə təsirli bədii təzad yaradır. Bir 
tərəfdən  musiqi  səsləri  ucalır.  Alp  Arslan  qələbə  ilə 
müharibədən  qayıdır,  ikinci  tərəfdən  əsarətdə  yaşayan 
zəhmətkeşlərin  ah-naləsi  göylərə  yüksəlir.  Üsyan  edən 
kölələrin  və  yoxsul  kəndlilərin  başçısı  Yusifi  qolları  zəncirli 
gətirirlər. Yusif tezliklə edam ediləcəkdir. 
Cavid  1930-37-ci  illərdə  yazdığı  bir  sıra  başqa  əsərlərində 
olduğu  kimi,  bu  əsərdə  də  kəndli  üsyanı  qəhrəmanı  surətini 
yaratmışdı.  Bu  səhnədə  Sevda  da  saray  qızları  ilə  bərabər 
gəzməyə  çıxmışdır.  Lakin  onun  diqqətini  müharibədən  qələbə 
ilə  dönən  Alp  Arslanlar  deyil,  pərişan  saçlı  şair  Xəyyam  cəlb 
edir.  Sevda  kimsədən  çəkinmədən  camaat  arasında  Xəyyamı 
axtarır.  Saray  qızları  bu  ehtiyatsızlığa  görə  onu  danlarkən 
Sevda qətiyyətlə cavab verir: 

 
266 
 
Sus, onda fəzilət var, 
Qüvvət və cəsarət var. 
Çırpınmada, bax, könlüm, 
Bilməm ki, nə hikmət var? 
 
Xəyyamın  tələbə  yoldaşlarından  Əbülqasım  Nizamülmülk 
öz  biliyi,  bacarığı  sayəsində  sarayda  böyük  vəzifəyə  çatcaq, 
dostu  Xəyyamı  yanına  çağırıb,  ondan  nə  umduğunu  soruşur. 
Xəyyam çox sadə bir töhfə – bir  əkin yeri, bir də bağça istəyir. 
Nizamülmülk  Xəyyamı  Alp  Arslana  təqdim  edir.  Bu  məclisdə 
Sevda  mənalı  şeirlər  oxuyur.  Şeirlərdən  xoşu  gələn  hökmdar 
Sevdanın bütün arzularını yerinə yetirməyə söz verir, ondan nə 
istədiyini soruşur. Sevda əvvəlcə: 
 
Söylənən şeiri yaratmış Xəyyam, 
Könlüm ancaq alır ondan ilham. –  
 
– deyib, sonra ürəyindən keçəni açıb söyləyir: 
 
...Əmr edin şən könlünü şair mənə versin. 
 
Hökmdar məcburiyyət qarşısında qalıb, razılıq verir. 
Xaqan  sonra  Xəyyamdan  nə  istədiyini  soruşur.  Xəyyam 
kəndli  üsyanı  başçısı  Yusifin  azad  edilməsini  xahiş  edir.  Alp 
Arslanın  əmri  ilə  kəndli  üsyanı  başçısı  Yusifi  gətirib, 
qollarından zənciri açırlar. Lakin Yusif tamamilə başqa biçimli 
bir  adamdır.  O  yalnız  öz  azadlığını  deyil,  əsarətdə  yaşayan 
bütün  kəndlilərin,  kölələrin  azadlığını  düşünür.  Hökmdarın 
mərhəmətini  nifrətlə  qarşılayan  Yusif  cəsarətlə  onun  bütün 
zülmkarlığını, xəyanətlərini üzünə deyir: 
 
Sən iştə zəhər kasələrindən səhər-axşam 
 
Sondun bizə badə. 

 
267 
Evlər təməlindən yıxılıb, qalmadı bir dam, 
 
Sən etdin iradə. 
Var-yox getdi, o bayquş xilafətə. 
 
Qoydun bizə minnət. 
         (Acı qəhqəhələrlə) 
Onlar nə verirlər sənə? Əfyunlu hədiyyə 
 
Zəm-zəm suyu, cənnət... 
Yıprandı xurafat ilə başlarda beyinlər, 
 
Sənsən buna rəhbər. 
Xırsızlara olduq kölə, yetməzmi səfalət? 
 
Bitməzmi bu zillət? 
 
Hökmdar  cəlladı  səsləyib,  Yusifin  boynunu  vurmağı  əmr 
edir. Yusif isə ona imkan vermədən qoynundakı xəncəri çıxarıb 
Alp  Arslanı  öldürür.  Kəndli  üsyanı  qəhrəmanını  da  saray 
əyanları öldürür. 
Beləliklə,  başqa  səhnələrdə  olduğu  kimi,  bu  səhnədə  də 
dramaturq  kəskin  təzadlar  yaradır:  bir  tərəfdə  səmimiyyət, 
dostluq, yoldaşlıq, yaxşı insanların bir-birinin qeydinə qalması, 
bir-birini  müdafiə  etməsi,  məhəbbətin  insanları  birləşdirən 
böyük  qüdrəti,  şeir,  musiqi...  İkinci  tərəfdə  isə  bünövrəsi  zora 
istibdada əsaslanan qan və ölüm səhnələri... 
Bundan sonra gələn səhnələrin birində Xəyyam rəsədxanada 
elmi  tədqiqatla  məşğuldur.  O,  tələbələri  arasında  özünün 
izlədiyi  yeni  fəlsəfənin,  din-xurafat  əleyhinə  yazılmış  yeni 
şeirlərini  təbliğ  edir.  Başqa  bir  səhnədə  şair  ailədə  verilir.  O, 
sevgilisi Sevda və dostları ilə xoşbəxtdir. Lakin bu səadət uzun 
sürmür. Sarayda hakimiyyət uğrunda qanlı çəkişmələr başlanır, 
şöhrət,  mənsəb  düşkünü  Həsən  Səbbah  Alp  Arslanın  oğlu 
Məlik şahı və onun vəziri Nizamilmülkü öldürməyə hazırlaşır. 
Fanatik  müftilər  və  şeyxlər  Xəyyamın  xalq  arasında  nüfuzunu 
qırmaq üçün fitnələr hazırlayırlar. Gənc Sevda bu fitnə-fəsadın 
ilk  qurbanı  olur.  Həsən  Səbbahın  Nizamülmülkü  zəhərləmək 
üçün  hazırladığı  zəhərləmək  üçün  hazırladığı  zəhər  kasasını 

 
268 
bilmədən Sevda içir və dərhal şam kimi sönüb gedir. Xəyyamın 
şairanə ömrünün şən çağları da bununla bitmiş olur. 
Dramın  yeddinci  səhnəsi  ―Hamlet‖  faciəsinin  qəbristanlıq 
səhnəsini  xatırladır.  Qəbirqazanlar  hərə  öz  külüngünə  rast 
gələn qafa tasını götürüb onun sahibinin sağ ikən tutduğu alçaq 
əməllər  haqqında  məlumat  verir.  Bu  quru  kəllələrin 
sahiblərinin  biri  sözgəzdirən,  aravuruşduran,  hiyləgər  tülkü, 
biri xəsis, biri mömin və sair imiş... 
 
Birinci məzarçı 
 
Biri ölməzsə dirilməz birisi 
Yoxdur ömrün sonu, yaxud gerisi. 
Olsa kurnaz nə qədər bir tülkü, 
Boğazından çıxacaqdır dərisi... 
 
(Torpaqdan çıxardığı qafa tasını süzərək bir yana atar) 
 
Haydı rədd ol buradan, kirli qafa! 
 
İkinci məzarçı 
 
Söylə, anlat o kimindir, əcəba? 
 
Birinci məzarçı 
 
Bu hərif varlı bir axmaqdı, xəsis, 
Nazlı bir yosmaya olmuşdu ənis. 
Yetişib var-yoxunu oynaq qadına, 
Yedirir hər gecə oynaşlarına. 
 
İkinci məzarçı 
 
(Bir əyri fəqərə sütunu gəmiyini çıxararaq gülür) 

 
269 
 
Bu çürük qozbelə bax, bir buna bax, 
Torpaq altında da qozdur, sarsaq! 
 
Birinci məzarçı 
 
Qonşumuzdu o da min rəngə girən, 
Daima söz götürüb, söz gəzirən — 
Bir uğursuzdu, bu gün susmuşdur... 
 
Xəyyam  Sevdanın  qəbri  üstünə  gəlir.  İndi  şair 
yalqızdır.  Yaxşı  dostların  bir  qismi  dini  çəkişmələrin  və 
saray  keşməkeşlərinin  qurbanı  olmuş,  bir  qismi  də  keçən 
zəlzələdən  məhv  olub  getmişdir.  Köhnəlik  güclü 
çıxmışdır.  Çoxluğu  təşkil  edən  avamlar,  cahil  ruhanilər, 
qaniçən  şahlar  və  xaqanlar,  şöhrət  və  mənsəb  düşkünləri 
mühitində  ―kiçik  bir  qafilə‖  olan,  anlayan,  qanan,  arif 
adamlar 
məhv  edilmiş  və  ya  məğlub  edilmiş, 
susdurulmuşdur.  Ortalıqda  fitnəkarlar,  şöhrətpərəstlər 
meydan  sulamaqdadır.  Şairin  bir  zamanlar  həyat  eşqini, 
zövq  və  səadəti  tərənnüm  edən  rübabı  artıq  indi  kədərli 
hicran nəğmələri ilə səslənməkdədir: 
 
Ey fələk, keçdi zaman dalğa kimi, 
Elə bir dalğa ki, qorxunc, əsəbi. 
Bir əsər qalmadı şən gənclikdən, 
Kimsələr yox, nə gələn var, nə gedən. 
Pozulub eyşü türab, vaəsfa! 
Nə Vəfa qaldı, nə Sevda, nə Səfa, 
Söndülər həpsi keçən zəlzələdən, 
Bir qalan mən bu kiçik qafilədən... 
 
Bir  zamanlar,  hələ  gənc  tələbə  ikən  Xəyyam  həyata 
çox nikbin nəzərlə baxır, ―burda cənnət quralım badə ilə‖ 

 
270 
deyib  bütün  dünyanı  cənnətə  çevirmək  haqqında 
düşünürdü.  İndi  isə  bu  arzuların  hamısı  sərabə  dönmüş, 
nikbin  şairin  öz  həyatı  da  başdan-ayağa  cəhənnəm 
əzabları ilə dolmuşdur. Bir zamanlar həyatda ona hər şey 
gözəl,  cazibəli,  işıqlı  görünürdü.  İndi  bütün  dünya, 
kainat,  varlıq  onun  nəzərində  dumanlı,  qaranlıqdır.  İndi 
şair  soyuq  məzarda  yatan  Sevdası  ilə  canlı  Xəyyam 
arasında  heç  bir  fərq  görmür.  İndi  həyat  ona  ölümdən  də 
betər gəlir. 
 
Məni əzmişsə təəssür, həyəcan, 
Onu didməkdə məzarında çəyan. 
Bana göz yaşları işgəncə verir, 
Onu əqrəb və ilanlar gəmirir. 
Məni boğmaqda qaranlıq bir hal, 
Gəmirir beynimi min dürlü xəyal. 
Qaradır gördüyüm əlvan əşya, 
Qara yer, göy, qaradır rəngi-ziya. 
 
Of, qaranlıq şu siyah mərmər də, 
Nazlı məqbərdə yatan dilbər də. 
O fəzalar belə müzlim pərdə, 
Bir ədəm dalğası var hər yerdə.  
Həp qaranlıqdır, əvət, sirri-həyat, 
Qoca xaliq də qaranlıq, heyhat!.. 
 
Cavid  bu  dramında  mümkün  qədər  Ömər  Xəyyamın 
dövrünün, həyatının və yaradıcılığının mühüm cəhətlərini 
olduğu  kimi  saxlamağa,  göstərməyə  çalışmışdır.  Bu 
səbəbdəndir  ki,  tarixi  həqiqətə  uyğun  olaraq,  onun 
əsərində  Xəyyam  gəncliyində  son  dərəcədə  nikbin,  bir 
qədər Şərq epikürizminə bağlı olub, bütün həyatı zövq və 
nəşədən ibarət bilən coşqun bir həyat aşiqidir: 
 

 
271 
Badə gözəldir, məzə həp naz ola, 
Saqiya, dilbaz ola, tənnaz ola. 
Gül qarışıb bülbülə, bülbül gülə, 
Mey tutaraq onlara dəmsaz ola. 
 
Əldə şəfəq dalğalı peymanələr. 
Gülsə də xoşdur bizə divanələr. 
Zahidin olsun quru əfsanələr, 
Bəlkə o dünyadə sərəfraz ola. 
 
İkinci  mərhələdə  isə  Cavidin  Xəyyamı  yenə  tarixi 
həqiqətə,  yəni  Ömər  Xəyyamın  keçdiyi  yaradıcılıq 
yoluna  uyğun  olaraq  artıq  ictimai  həyatın  mürəkkəb 
ziddiyyətləri  ilə  üz-üzə  gələn,  zəmanəsini  qamçılayan, 
yaşadığı  dövrün  ümumi  bəşəri  ələmlərini  və  narazılıq 
əhvali-ruhiyyəsini  ifadə  edən,  ziddiyyətli,  böhranlı  bir 
şairdir. 
Bundan  sonrakı  səhnələrdə  biz  Xəyyamı  ruhani 
əsarətə,  islami  zehniyyətə,  xəlifəliyə  və  onun  himayə 
etdiyi  Şərq  istibdadına  qarşı  bilavasitə  mübarizədə 
görürük.  ―Kiçik  ariflər  qafiləsindən‖  qalan  yeganə  dostu 
Nizamülmülk  şairin  dərdini  dağıtmaq  üçün  onu  özü  ilə 
bərabər  səyahətə  çıxarır.  Onlar  Bağdad  xəlifəsinin 
sarayına  gəlirlər.  Burada  Xəyyam  xəlifə  sarayının 
dözülməz  rəzalətlərinin  şahidi  olur.  Satqın  ruhanilər 
tərəfindən  islam  Şərqinə  müqəddəs  bir  məbəd  kimi 
təqdim  edilən  bu  saray  bir  yığın  cəlladlar,  əxlaqsızlar 
yuvasıdır.  Bağdad  xəlifəsi  Müqtədi-Billah  sərxoş  halda 
canavar  kimi  əsir  cariyə  qızlara  hücum  edirkən,  bir 
tərəfdə  dayanıb  bu  çirkin  həyat  mənzərəsini  seyr  edən 
Xəyyam  ilə  qarşılaşır.  Bu  da  mömin  müsəlmanların 
ruhani  atası!..  O  dünyada  xalqa  cənnət  satan  bu  yaramaz 
bu  dünyada  milyonların  alın  təri  və  qanlı  göz  yaşları 
hesabına  özü  üçün  kef  məclisi  qurmuşdur.  Şair  sərxoş 

 
272 
xəlifəni  dayandırıb  onun  bütün  alçaqlıqlarını  cəsarətlə 
üzünə oxuyur. 
Xəyyamın  burada  xəlifə  ilə  qarşılaşması  bizə  üçüncü 
pərdədə  kəndli  üsyanı  qəhrəmanı  Yusiflə  Alp  Arslanın 
qarşılaşdıqı səhnəni xatırladır. Burada Xəyyamın xəlifəyə 
dediyi  sözlər  də  Yusifin  qanlı  hökmdara  yağdırdığı 
nifrətləri xatırladır. Bu səhnədə Xəyyamda artıq üsyankar 
bir  şair  əhvali-ruhiyyəsi  vardır.  O  indi  öz  yaradıcılığı  ilə 
kütlələrə, məzlumlara daha yaxın gəlmiş, yusiflərin şairi, 
üsyankar  kəndlilərin,  kölələrin  əhvali-ruhiyyəsini  və 
saraya,  xəlifəliyə  qarşı  ümumxalq  nifrətini  ifadə  edən 
mübariz  bir  şairdir.  Xəyyam  Müqtədi-Billahı  dayandırıb, 
bir  ədalətli  hakim  bir  canini,  bir  oğrunu  tutub  mühakimə 
edən kimi xəlifəni mühakimə edir: 
 
Xalqa cənnət verib o dünyadə, 
Özün aludəsən bu dünyadə. 
Səni aldatmasın o göz, qaşlar, 
Bu səadətdə qanlı göz yaşı var. 
 
Bataraq bir yığın alın tərinə, 
Nəşə sərpər sənin diləklərinə. 
Kimdir onlar? Zavallı qurbanlar, 
Sən də bir duyğusuz, quduz canavar! 
 
Heç  şübhə  etmək  olmaz  ki,  bu  səhnəni  yaradarkən 
Cavid  tarixi-ədəbi  şəxsiyyət  olan  Ömər  Xəyyamın  dini, 
mövhumatı  və  ruhaniləri  kəskin  surətdə  qamçılayan 
rübailərinə  əsaslanmışdır.  Bəlkə  də  Ömər  Xəyyamın 
həyatında  belə  bir  hadisə,  onun  Bağdad  xəlifəsi  ilə 
bilavasitə  qarşılaşması  hadisəsi  olmamışdır.  Lakin  belə 
bir  hadisə  olmasa  da,  dramaturqun  yaradıcı  xəyalı 
həqiqətə  uyğun  və  səmimidir.  Çünki  Xəyyamın  əsərləri 
onun məhz bu ruhda bir şair olduğunu aydın təsdiq edir. 

 
273 
Bağdad  sarayında  Xəyyam  sağ  qalmış  yeganə  dostu 
Nizamülmülkü də itirir. Burada ağıllı vəziri də zəhərləyib 
öldürürlər. İndi Xəyyam tamamilə yalqız, həmdəmsizdir. 
Son  səhnə.  Nişapurda  ilk  bahardır.  Artıq  qocalmış, 
gücdən,  qüvvətdən  düşmüş  şair  öz  bağçasında,  çiçəklər, 
güllərlə  əhatə  edilən  taxt  üzərində  uzanmışdır.  İndi 
Xəyyamı təkcə Nişapurda, Bağdadda deyil, bütün Şərqdə 
tanıyırlar;  əsərləri  dillər  əzbəri  olmuşdur.  Dinə, 
ruhaniliyə  və  istibdada  qarşı  təbliğ  etdiyi  fikirlər  hər 
tərəfdə  geniş  yayılmışdır.  Müxtəlif  məzhəbdən,  müxtəlif 
millətdən  olan  çoxlu  dostları,  pərəstişkarları  vardır.  İndi 
köhnə dostlardan bir nəfər də olsun qalmamışsa da, onları 
qüdrətli,  şən,  yeni  bir  nəsil  əvəz  etmişdir.  Nişapurun 
gənc  oğlanları  və  qızları  hər  gün  əllərində  gül-çiçək, 
dillərində  şairin  nəğmələri  ―Xəyyam  babanın‖  yanına 
gəlir,  qoca  şairi  salamlayıb  ona  afərinlər  deyirlər.  Bu 
haman nəsildir ki, şair bütün yaradıcılığı boyu onları arzu 
etmişdi,  əsərləri  ilə  onları  tərbiyə  etməyə,  mövhum 
xəyallardan,  cənnət,  cəhənnəm  əfsanələrindən  ayırmağa, 
fanatik 
müftilərin, 
şeyxlərin, 
vaizlərin, 
şahların, 
xəlifələrin pəncəsindən xilas edib, həqiqi həyata, səadətə 
yaxınlaşdırmağa  çalışmışdı.  İndi  qoca  şair  bu  gəncliyin 
simasında  öz  arzularının,  zəhmətinin  meyvəsini  görür. 
İndi o xoşbəxt və
 
qalibdir... 
Vaxtı  ilə  Xəyyamı  təqib  edən,  həyatını  cəhənnəmə 
döndərən  müftilər,  şeyxlər  indi  miskin  bir  vəziyyətə 
düşmüşlər,  onları  sayan  yoxdur.  Şair  isə  hər  tərəfdən 
ölümə  qələbə  çalan  böyük  məhəbbət  və  qayğı  ilə  əhatə 
olunmuşdur.  Şair  son  nəfəsində  də  gəncliyi  unutmur, 
onları  yeni  əqidələrində  möhkəm  dayanmağa,  həyatın, 
ömrün  qədrini  bilməyə,  ölümdən  də  betər  olan  mövcud 
həyatı  dəyişdirməyə,  yer  üzündə  əsil  həyat,  səadət 
dünyası yaratmağa çağırır. O, gənclərə deyir: 
 

 
274 
Uydunuz bunca xurafata, yetər, 
Bu həyat iştə ölümdən də betər. 
Əl verir paslı, sönük adətlər, 
Şən təbiət bizi azadə dilər. 
Qarışıb birləşin, iffət də budur, 
Şeyxin uydurduğu cənnət də budur. 
Dinləyin, bir də bulunmaz Xəyyam. 
İştə məndən gələcək nəslə pəyam: 
Xilqətin şənliyi, hər rəngi sizin, 
Parlayıb gurlayan ahəngi sizin. 
Gömməyin heçliyə fürsət dəmini, 
Xoş görün zövqü səfa aləmini. 
Geri dönməz bu şətarətli zaman, 
Qıyaraq bir gün əcəl verməz aman. 
Bir nəfəsdir bu, sürəksizcə həyat, 
Bir nəfəs.. Getdimi, gəlməz, heyhat!.. 
 
Gənclər  üçün  söylədiyi  son  şeirindən  sonra  qoca 
Xəyyam  əbədilik  olaraq  bütün  varlığı  ilə  bağlı  olduğu 
dünyaya 
göz 
yumur. 
Şairin  yeni  pərəstişkarları, 
Nişapurun  gənc  oğlan  və  qızları  adətləri  üzrə  Xəyyam 
babanı  təbrik  üçün  hər  gün  gətirdikləri  çiçəkləri,  gülləri 
bu  gün  onun  cənazəsi  üzərinə  səpirlər.  İndi  Xəyyam 
yoxsa  da,  onun  ən  gözəl  arzuları  və  fikirləri  yaşayır. 
Bunları  yaşadan  Xəyyamın  tələbələri,  onun  şeirləri  ilə 
tərbiyələnmiş yeni nəsildir. 
―Xəyyam‖,  hər  şeydən  əvvəl,  həyat  sevgisini,  səadət 
eşqini tərənnüm edən bir əsərdir. Bu dramda həyata bağlı 
olan  möhtəşəm  bir  şair  ruhu  çırpınır.  Bütün  bəşəriyyəti 
bəxtiyar, xoşbəxt görmək istəyən bir şair ruhu!.. 
Şübhəsiz  ki,  bu  əsərin  əsas  mövzusunu  təşkil  edən 
Xəyyamın  ruhu  idi.  Lakin  məlum  tarixi  həqiqəti,  tarixi 
bir  ədəbi  simanın  həyatını  və  əməllərini  əks  etdirən  bu 
əsərdə  onun  müəllifinə  aid  olan  hisslər,  duyğular, 

 
275 
fikirlər, hətta avtobioqrafik cəhətlər də  yox deyildi.  Belə 
ki,  ―Xəyyam‖  müəllifi  Hüseyn  Cavid  inqilabdan  əvvəl 
çox  kədərli,  tənha,  qəmli  bir  həyat  keçirmişdi.  Yuxarıda 
haqqında bəhs etdiyimiz əsərlərindən də göründüyü kimi, 
inqilaba qədər şair zəmanə ilə, hakim istismarçı quruluşla 
barışa  bilmədiyinə  görə  uzun  illər  dərin  bir  narazılıq 
əhvali-ruhiyyəsi ilə  çırpınmışdır. Yeni şəraitdə  isə Cavid 
özünü tamamilə başqa cürə hiss edirdi. Sovet hakimiyyəti 
illərində  qısa  bir  müddətdə  xalqın,  mədəniyyətin  sürətlə 
inkişafı  nəticəsi  olaraq  böyük  və  qüdrətli  gənc  ziyalılar 
nəsli  yetişmişdi.  Bu  nəsil  özünün  bütün  sənətkar 
yazıçılarına,  həssas,  qayğıkeş,  mehriban  olduğu  kimi, 
Cavidin  yaradıcılığına  da  son  dərəcə  həssas  və  qayğıkeş 
idi.  Əgər  Cavid  bu  və  ya  başqa  əsərlərinə  görə  kəskin 
tənqid  edilirdisə,  bu  da  ondan  irəli  gəlirdi  ki,  gənc  nəsil 
sənətkarı  itirmək  istəmir,  onu  yeni  həyatın  qurucuları 
sırasında  görməyi  arzulayırdı.  Cavid  xüsusilə  ―Azər‖, 
―Səyavuş‖,  ―Knyaz‖,  ―Şəhla‖,  ―Telli  saz‖  kimi  son 
əsərləri  ilə  və  bir  xalq  müəllimi  kimi  maarif  sahəsindəki 
fəaliyyəti  ilə  gənc  nəslin  məhəbbətini  qazanan 
Azərbaycan  şairlərindən  və  dramaturqlarından  biri 
olmuşdu.  Yeni  nəsil  Cavidin  çox  mürəkkəb  bir 
yaradıcılıq  yolu keçdiyini, son dərəcə ziddiyyətli bir şair 
olduğunu  da  unutmurdu  və  yeri  gəldikcə  şairin 
yaradıcılığına,  əsərlərinə  olan  tənqidi  münasibətini  də 
göstərirdi.  Cavid  kimi  ziddiyyətli  bir  şairi  də  öz 
sıralarında,  mübarizə  cəbhəsində  görmək  yeni  inqilabçı 
nəsli  son  dərəcə  sevindirmişdi.  Beləliklə,  Cavid 
yaradıcılığının  son  dövründə  onun  qədr-qiymətini  bilən, 
onun  sənətinə  yüksək  qiymət  verən  bəxtiyar  bir  nəsillə, 
öz  şagirdləri,  tələbələri,  gənc  yazıçılar,  maarifçilər  nəsli 
ilə  əhatə  edilmişdi  və  bütün  varlığı  ilə  bu  gəncliyə 
bağlanmışdı.  Şair  bu  yeni  nəsli  nəinki  öyrədir,  eyni 
zamanda,  ondan  öyrənir,  yeni  həyat,  yeni  insan  ilə  fəxr 

 
276 
edib  yüksəlir,  dövrün  böyük  həqiqətlərinə  yaxınlaşırdı. 
Bu  nöqteyi-nəzərdən  yanaşdıqda  mütəfəkkir,  dinsiz  bir 
filosof  şairin  həyatını  əks  etdirən  ―Xəyyam‖  dramının 
son  səhnəsində  Cavidin  özünü  əhatə  edən  gəncliyə 
məhəbbət,  ehtiram  və  etibarını  duymamaq  mümkün 
deyildir. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin