Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova


A -   həqiqətəuyğun,  mümkün  fəaliyyət



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə7/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   2   3   4   5   6   7   8   9   10   ...   78
II.  Yuxular (xəyallar):
4.  Həsrət  yuxulan:  Yoxsulun bol  nemətlər,  böyük sərvətlər 
əldə etməsini xəyal etməsi...
5.  Qorxulu yuxular:  Qartalın və ya  başqa bir  quşun  havaya 
qaldırdığı adamın sərgüzəştləri...
I I I   Toplum düzəninin  və günlük həyatın zarafat mövzusu 
olması:
6.  M üxtəlif heyətin,  insan münasibətlərinin yumorlu görün­
tüsü  (parodiya):  evlənmə,  gözəl-çirkin  münasibətləri,  müəllim­
lər, rahiblər...
7.  Günlük həyatın bir sıra sıxıntıları. Məsələn,  bəzi obrazla­
rın başqa ölçülərdə  göstərilməsi.
8.  Tənbəlin, qərarsız bir adamın macəraları.
9.  Yaxşı  niyyətli,  amma  yerinə  görə  nə  söylənilməsini,  nə 
edilməsini  bilməyənin  başına  gələnlər  (“heç  nə”  axtarmağa  ge­
dən adam) (89, 34).
Sadalan  epik  müqəddimə  (təkərləmə)  mövzularından  çoxu 
müəyyən qədər Azərbaycan nağıllarında da mövcuddur. Məsələn, 
“Sizə  kimdən  deyim,  kimdən  danışım,  dır-dır  arvadlardan,  ilan 
vuran,  iman qıran,  saman altdan su yeridən,  yabaynan doğa içən­
lərdən,  qarışqa  minib  çaydan  keçənlərdən-paxıl  bacılardan”  (17, 
274).  Ancaq  türkdilli  ölkələrin  nağıl  coğrafiyasını  araşdırdıqda, 
digər xalqlara nisbətən  Türkiyə  türklərinin  nağıl  təkərləmələrinin 
daha  zəngin  və  müxtəlif olduğu,  yaxud  daha  çox  toplanıldığını 
görmək olur.  Məsələn,  “Masal  masal  matitas...  kalaylandı  bakır- 
taş...  Çukura  düşdü  çıkmaz...  Pır  pır  eder  uçamaz.  Var  varanın, 
sür  sürenin...  Habersiz  bağa  girenin  hali  yaman  demişler...  ma­
saldır  bunun  adı...  söylemekle  şikar  tadı...  her  kim  dinlemezse 
bunu,  haqqından  gelsin  kambur  tadı...  ”  (99,  49);  “E w el  zaman
27


içinde.  Kalbur  saman  içinde.  Koş  koşalım.  Tut  tutalım.  Tutqal 
hanımın elinden.  Sıyrılıb  düşmesin  altın  nalından,  Beybabamızın 
düyünü  var.  Pılav  zerde  yemeye  gedeceyiz.  Kaşıklar  elimizde 
diyerek başlayalım. Düşelim yollara...  ” (86, 307); “Zaman zaman 
içində,  kalbur  saman  içində.  Deve  tellel  iken,  pire  berber  iken, 
ben babamın beşiyini tınqır mınqır sallar iken, babam aldı meşeyi, 
dolandırdılar  köşeyi.  Ben  kaçanm  onlar  kovalar.  Önümüzde  ne 
dağlar kaldı ne ovalar...(81,  23); “E w e l zaman içinde, cinler cirid 
oynarken,  aski  hamam  içinde...  Üşüdüm  Allah  üşüdüm,  daldan 
armud  düşürdüm.  Armudumu  yemişler,  bana  çirkin  demişler... 
Çirkin değil,  güzelim, inci, mercan dizerim. Ben mercandan geçe- 
mem, Aksaraya göçemem... Aksaraym kilidi,  bana vuran kim idi? 
Ernmim oğlu Musacık,  eli kolu kısacık...  Çık çıkalım çardağa, taş 
atalım çaylağa;  çaylak başrnı kaldırmış, ayvaları  çaldırmış...  Hani 
kağıt,  hani  defter?  Bir de  gelmiş  çevre  ister;  çevrede  güller,  sen- 
deki  diller;  ben  gider  oldum,  duymasın  eller...”  (83,  332).  Azər­
baycan  və  Türkiyə  nağıllarında  fərqli  formada  nəzmlə  deyilmiş 
ənənəvi sicilləmələr də mövcuddur:
Ay bəylər, hallı bəylər, 
Tutub çullu dovşanı
Dilləri ballı bəylər. 
Əyləşin sağ-solumda, 
Dayanmayın yolumda. 
Atım basar sizləri,
İtim tutar sizləri. 
Pişiyimi nallaram, 
Xoruzumu çullaram. 
Əlimdə gümüş hasa, 
Yanımda çolaq kosa, 
Tapıb nallı dovşanı,
Qabağıma qataram,
Bir tacirə sataram.
Tacir mənə saz verər, 
Yatmağa palaz verər. 
Yıxılaram yataram, 
Yuxumuca qataram, 
Anlamazı-qanmazı 
Nağılçılar oyadar.
Qananların ağzında 
Nağılları bal dadar (7,  30-31).
Göyçə  nağıllarından  götürülən  bu  sicilləmə  çox  zaman  di­
gər  bölgələrdən  toplanmış  nağıllarda  istifadə  olunan  bu  kəlmə­
lərlə tamamlanır:
Nağıl-nuğul bilmərəm,
Şəkər, noğul bilmərəm.
28
Bilsəm də söyləmərəm.
Şahdan gəlmiş nökərəm 
Məndən nağıl istəsən,
Qavırğanı sökərəm (7, 31);
Türkiyə  nağıllarında  isə  aşağıdakı  təkərləmə  çoxluq  təşkil 
edir:“Masal masal maliki
Yolda saydım  on iki 
On ikinin yarısı 
Tilki çakal karısı. 
Masal masal martladı 
İki fare atladı 
Kurbağa kanatlandı
Tos vurdu bardağa 
Gelin çıkdı çardağa.
Masal masal maliki 
Kuyruğu var on iki 
Kuyruğunda beni var 
Kulağında çam var...” (89,21).
Mənasız  söz  oyunlarında  müəyyən  qədər  məlumatlar  olsa 
da,  bunların nağıllara heç  bir aidiyyəti yoxdur.  Onlar başqa janr­
ların girişində olduğu kimi,  dinləyicilərdə maraq oyatmaq və on­
ları  uzun  söhbətə hazırlamaq  məqsədi  daşıyır.  Ritmik  söz  oyun­
larının  nağıldan  əvvəl  yaranaraq  müstəqil  şəkildə  yaşaması,  in­
kişaf etməsi,  sonradan nağılın əvvəlinə keçməsi  faktı da səslənir 
(89,  33-34).  Təkərləməsi  olmayan  nağıllar  isə  sadə  formullarla 
sözün qapısım  açır.  “Təkərləmələr”  giriş  formulu ilə  birlikdə  iş­
lənərək ondan  sonra və ya əvvəl  də  gələ bilər.  Məsələn,  M.Gök- 
çəoğlunun  topladığı  “Ayla  yıldız”  nağılında  əvvəlcə  “E w el  za­
man  içinde,  kalbur  saman  içinde.  Develer  tellalken,  pireler  ber- 
berken....  gəlir,  padşah  və  onun  üç  qızları  haqqında  bir  qədər 
məlumat verilir,  sonra isə yenidən “Bir varmış bir yokmuş.  Alla­
hın  günü  çokmuş.  Dinlemesi  kolay,  anlatması  zormuş...” (86,  7) 
formulu  verilir.  M.Gökçəoğlu  formulları  məhz  təkərləmə  adlan­
dıraraq,  onları  giriş,  bağlayış  və  bitiş  növlərinə  bölür.  Bəzi  hal­
larda isə nağıllar sonadək elə təkərləmə formasında olur.
Belə  mətnlər,  “yalan  masallar”ı  adıyla  xüsusi  bir  qrup  ha­
lında  Aame-Tompson  kataloqunda  1875-1889  nömrələrdə  top­
lanmışdır (89,  32).  Ritmik söz oyununu “yalançı nağıllar” adlan­
dıran E.Tursunov məsələyə belə yanaşır:  “Yalançı nağılları  sehr­
li  nağıllara  aid  etmək  olmaz.  Onlar  əfsanə  də  deyil,  alleqorik
29


əsər  də  deyil.  Həmçinin  yalançı  nağılları  pişrov  da  adlandırmaq 
olmaz.  O,  nağıllardan  fərqli  olaraq,  köməkçi  funksiya  daşıyır” 
(125,  122).  Abdülbaki  Gölpınarlı  təkərləmə  və  ya yalanlamalar- 
da ifadə və mövzu baxımından  şaman dualarının  xüsusiyyətləri­
nin  olduğunu  söyləyir.  Boratav  da  şaman  dualarının  müqəddəs 
dəyərlərini,  sehr güclərini  itirərək, təkərləmələrin tərkibinə  daxil 
olduğunu vurğulayır (89, 43).
Qeyd  edək  ki,  nağıl  təkərləmələrinin  bəlli  bir  vəzifəsi  var­
dır:  başlanğıcda söylənənlər xəbərdarlıq ədasıyla nağılın həqiqət 
deyil,  əyləndirmək və  ibrət  dərsi  vermək  üçün  uydurulmuş  şey­
lər  olduğunu,  hadisələrin  uydurma  da  olsa,  çox  qədimdən  keç­
miş  olduğunu qəbul  edilməsinin  vacibliyini  bildirmək  istəyirlər. 
Bir  sözlə,  təkərləmələrdəki  uydurma  söz  oyunları  ilə  nağılın za­
rafat,  yalan  olduğu  vurğulanır.  Onların  altındakı  mənaları,  əsl 
məqsədi anlamaq isə dinləyicilərə həvalə olunur.
Bir  çox  folklorşünaslar  ritmik  söz  oyunu  ilə  başlanğıcın 
funksiyalarını eyni hesab edirlər.  Onlar təkərləmələrin istifadəsi­
ni  real  dünya ilə  nağıl  dünyasının  sərhədlərini  zarafatla ayırmaq 
cəhdi  kimi  qiymətləndirirlər.  İ.Razumova başlanğıc  formulu  ilə 
nağıla qədərki ritmik söz oyunu arasındakı sərhədin qeyri-müəy­
yənliyinə  diqqət yetirərkən söyləyir:  “İki eyni  giriş formulu söy- 
ləyicilərin danışıq tərzindən asılı olaraq birində başlanğıc formu­
lu, digərində isə nağıla qədərki ritmik söz oyunu kimi səslənə bi­
lər.  Buradan belə  bir nəticəyə  gəlmək olar ki,  nağılı yazılı mətn­
lər  əsasında  deyil,  məhz  xalq  auditoriyasında  real  səslənməsi 
əsasında öyrənmək lazımdır”  (123,  16).  Onun fikrincə,  giriş for­
mulları  çox  zaman məzəli  xarakter daşıyır,  burada  ironiya möv­
cuddur.  Ancaq  bu  ironiya növbəti  təhkiyəyə  aid  deyil.  Ayrı-ayn 
söyləyicilər  bu  formulu  həqiqətə  uyğunlaşdıraraq  müxtəlif for­
malara  sala bilərlər (122,  119).  Qənaətimizcə,  nağılların  başlan- 
ğıcındakı  ritmik  söz  oyunlarının  bir  qismi  həqiqətən  də  nağılla, 
onun məzmunu  ilə  əlaqəsi  olmayan  məzəli  söz  oyunu,  digər bir 
qismi  isə müəyyən mənada üstüörtülü şəkildə nağılın məzmunu­
na bir işarə olan söz oyunudur.
30
Türkiyə  və  Azərbaycan  nağıllarının  girişindəki  ritmik  söz 
oyunları,  yalanlamalarm  əvvəli  müəyyən  qədər  oxşar  olsa  da, 
sonu fərqli  səslənir,  həmçinin Türkiyə nağıllarının təkərləmələri 
həcm baxımından  çox  genişdir.  Bunu müasir  Türkiyə  söyləyici- 
lərinin  internet  səhifələrində  yerləşdirdikləri  nağıllarda  da  gör­
mək  olar.  Məsələn,  “Bir  varmış,  bir yokmuş.  Evvel  zaman  için- 
de,  kalbur  saman  içinde,  develer tellal  iken,  pireler berber  iken, 
ben  anamın  beşiğini  tıngır  mıngır  sallar  iken,  sür  sürenin,  var 
varanın, bağa destursuz girenin,  alemin başma çorap örenin,  boş 
yere öfkelenenin, dum p dururken gülenin, baykuşu çok olurmuş, 
Ak sakal, kara sakal,  pembe sakal, çember sakal, keçi sakal,  ber­
ber elinden yeni  çıkmış taze, taptaze  sakal, Kasap olsam sallaya- 
mam satın, nal bant olsam nallayamam kafiri, hamam açsam dost 
ahbap hatırı.  Hiç  birisi  karım  değil  benim, Doğru  söz,  güzel  söz, 
derken  başıma  yıkıldı  hamam,  dereden,  siz  gelin.Tepeden  ben. 
Sandıktan  siz çıkın,  sepetten ben.  Tahta merdiven,  taş merdiven, 
toprak merdiven.  Ellerimde  eldiven çıktım taş  merdivenden,  Bir 
beyaz perde, perdeyi kaldırdım, köşede bir hanım oturmuş.  Şöy- 
le  ettim,  böyle  ettim  hammın  tabanının  altına  bir  fıske  vurdum. 
Su paluzesi  gibi  titriyor.  Gün  bitiyor,  söz  bitmiyor.  Ne  yapalım, 
ne  edelim?  Kısa kesip  masalımıza  girelim.  Evvel  zaman  içinde, 
bir  padişah  varmış”  (137).  Türkiyə  nağıllarında  təkərləmələrin 
çoxluğu  ərazisinin  böyüklüyü  və  söyləyicilik  ənənəsinin məqsə­
dəuyğun şəkildə yaşaması ilə əlaqədardır, desək, yanılmarıq.
Azərbaycan  nağıllannda  bunlar  bəzən  “sicilləmə”,  bəzən 
“şəbədə”,  bəzən  isə  yanlış  olaraq  “pişrov”  (loppazdama),  “qara­
vəlli”  (həcmcə  yığcam,  yumoristik  xarakter  daşıyır,  məzəli  məz­
muna  malik  olur)  və  “sanama”  adları  ilə  təqdim  olunur.  Ancaq 
qaravəllilərlə  nağıllar  arasında  oxşar  cəhətlər  çox  olsa  da,  onlar 
fərqli janrlardır və  onlan  qarışdırmaq olmaz.  “Belə  ki,  nağıllarda 
qaravəllilərdən  fərqli  olaraq,  sehrli  qüvvələr,  fantaziya  və  uydur­
malar üstünlük təşkil  edir.  Qaravəllilərdə isə daha çox ailə-məişət 
hadisələri  öz  əksini  tapır.  Nağıllar  qaravəllilərə  nisbətən  həcmcə 
geniş  olub,  bir  neçə  əhvalatı  və  süjeti  əhatə  edə  bilər.  Nağıllarda
31


təhkiyə və təsvir geniş  və  əhatəlidirsə,  qaravəllilərdə  isə təsvir və 
təhkiyə  nağıla  nisbətən  səthi  xarakter  daşıyır  və  orada  dialoqlar­
dan daha çox istifadə olunur.  Bu cəhətdən nağıllar dastanlara,  qa­
ravəllilər isə dramatik növə-xalq tamaşalarına yaxındır” (66, 54).
H.Zeynallınm  toplayıb  nəşr  etdirdiyi  Azərbaycan  nağılların­
da  yazıya  alınan  ritmik  söz  oyunlarının  hamısı  demək  olar  ki, 
aşağıdakılardan ibarətdir:  “Bəli, nağıl binasını qoyaq yavaş-yavaş, 
olum  qapında  qulnan  qaravaş.  Dövlətli  plova  şıllaq  vurar,  kasıb 
tapmaz  bir  kasa  bozbaş”  (32,  311);  “Həkan-həkan  içində,  qoz 
girdəkan  içində,  xəlbir  saman  içində.  Dəvə  dəlləklik  edər  köhnə 
hamam  içində,  Qarışqa  şıllaq  atdı,  dəvənin  böyrü  batdı.  Biri  var 
idi,  biri  yox  idi,  Allahdan  başqa  heç  kim  yox  idi,  Sizə  haradan 
xəbər  verim  Misir  şəhərindən”  (33,  5);  “Badi-badi  giriftar, 
hamam-hamam  içində,  xəlbir  saman  içində,  dəvə  dəlləklik  edər 
köhnə  hamam  içində.  Qarışqa  şıllaq  atdı,  dəvənin  qıçı  batdı. 
Hamamçının  tası  yox,  baltaçının  baltası.  Orda  bir  tazı  gördüm, 
onun da xaltası yox.  Ömrümdə çox şilaşı yemişəm, heç belə yalan 
deməmişəm.  Günlərin  bir  günündə,  Məmməd  Nəsir  tinində, 
imansızın  belində,  biri  vardı,  biri  yoxdu,  bir  padşah  vardı”  (33, 
163);  “Sizə  haradan  xəbər  verim,  az  danışanlardan,  qara- 
dinməzlərdən,  mırt-mırt  arvadlardan,  hürməyən  itlərdən,  ulama­
yan  çaqqallardan,  çoxdanışanlardan,  dilli  arvadlardan,  küsəyən­
lərdən,  oğrulardan,  yalançılardan,  yoldaşa  xain  olanlardan, 
vəfasızlardan,  əhdinə  əməl  etməyənlərdən,  buzov  minib  çay 
keçənlərdən,  xoruz  belində  bostan  əkənlərdən,  kosasaqqallardan, 
göygözlərdən,  nə  bilim  nədən,  nə  bilim  nədən...  Lənət  quyruqlu 
yalana,  rəhmət  quyruqsuz  düzə,  bir  qoz  pozana,  iki  qoz  düzənə, 
rəhmət yazana lənət pozana.  Söz qalsın,  insan getsin, yaxşılıq qal­
sın,  pislik  getsin,  dost  var  olsun,  düşmən  puç  olsun,  ağıllı  yesin, 
ağılsız  hesablasın.  İndi  gələk  mətləbə”  (4,  220);  “Həkan-həkan 
içində,  qoz  girdəkan  içində,  dəvə  dəlləklik  edər  qoz  girdəkan 
içində.  Qarışqa  şıllaq  atdı,  dəvənin  qıçı  batdı,  milçək  mindik, 
körpü  keçdik,  yabaynan  dovğa  içdik.  Şah  Abbas  cənnət-məkan, 
tərəziyə  vurdu  təkan.  İki  qoz  bir  girdəkan.  Günlərin bir  günündə
32
Sizə  kimdən  xəbər  verim,  Şah  oğlu  Şah  Abbasdan14  (34,  172); 
“Raviyani əxbar, nağilani asar, şirin şəkər, xoş giriftar, Şah Abbas 
cənnətməkan,  tərəziyə  vurdu  təkan,  iki  qoz  bir  girdəkan.  Biri 
vanymış,  biri  yoxuymuş,  bir padşah vanymış”  (34,  163);  ”Nağıl- 
nuğul  bilmirəm,  bilsəm  də  söyləmirəm,  şahdan  gəlmiş  nökərəm, 
dinmə  qabırğaların  sökərəm.  Sizə  haradan  danışım,  kimdən 
danışım, keçmişlərdə bir kişi var imiş” (34,276).
Ağa  Həsən  Mirzəzadənin  topladığı  “Məlik  Məmməd” 
nağılında  şəbədə  adlandırılan  uzun  bir ritmik  söz  oyunu  təqdim 
olunur:  “Raviyani-əxbar,  nağılani-əsar və  tutiyani-şəkər,  şəkəri- 
şirini-köftar,  böylə  rəvayət  edir.  Sür-  süpür  gəl,  pibkər,  gəl  sənə 
kimdən  xəbər  verim,  Şah  oğlu  Şah  İsmayıl,  mənzili  məkan,  iki 
qoz  bir  girdəkan  tərəziyə  vurdu təkan,  Kürü  o  taya keçdik,  yab 
ilə  doğa  içdik!  Atovun  goru  dağılsın  yalan  yiyəsi,  bir  belə  də 
yalan  görməmişdik.  Hindalan-hündalan  Kür  qırağı  köndələn, 
kəklik otu bəndalan.  Xan sənsən,  mən mənəm qorxma sənə dəy­
mərəm.  Hekayəti-məkati,  ildə  verər  əlli  batman  zəkatı,  boyaqçı 
küpü  açdı  boyadı  məmləkəti,  hamamçının  tası  yox,  heç  faydası 
yox.  Qarışqa  şıllaq  atdı,  dəvənin  gözü  çıxdı.  Ay  ağalar,  ay  qar­
daşlar,  bir milçək  ovladıq.  Acıqlandı  qalxdı  havaya,  onun  yağın 
tutduq  saldıq tavaya.  Onun  sümüyündən  bir dəryaya körpü düş­
dü.  Yüklü-yüklü,  cüklüc-cüklü  sərçələr  keçdi.  Eniş  gəldi,  qəniş 
gəldi görək yazıq Məlik Məmmədin başma nə gəldi.  Ətçidə yox, 
mətçi  də Koroğlu gözətçidə yox,  İbrahim xan nayçıda yox,  Bay­
ram  xan  zurnaçıda  yox,  mənə  tapılmaz  çaxmağı  yox  tüfəng. 
Çaxmağı  yox  tüfəngi  götürüb  çıxdım  ova.  Eylə  vurdum dovşanı 
iki  qabırğaları  sındı,  özünün  xəbəri  yox.  Yapışdım  bir  əlindən, 
bir  ayağından.  Ay  qarınənə,  bizə  bir  qazança  ver  aş  eyləyək. 
Dedi:  “Ay qadan  alım,  bu evdən o  evə gedərsən üç qazança var, 
ikisi  sınıq,  birinin dibi  yox” .  Bu dibi  yox  qazançada dovşanı  elə 
bişirdik  sümükləri  həlli-məhəl  oldu,  ətinin  xəbəri  yox.  O  qədər 
yedik  bindan  dodaqlarımız  çatladı,  qarnımızın  xəbəri  yox.  Ay 
qarı  nənə,  yandıq  susunnan!  Dedi:  “Ay  qadan  alım,  bu  evdən  o 
evə  keçərsən  üç  hovuz  var,  ikisi  qurudu,  birinin  suyu  yox.”
33


Hovuza qublamban o  qədər içdik ki, dodaqlarımız köpdü,  qarnı­
mızın  xəbəri  yox.  Dedik:  “Ay  qan   nənə,  amandı,  götür  bizim 
çanqlanmızı”  Dedi:  “Ay  qadan  alım,  bu  evdən  o  evə  gedərsən, 
çanqlarımz  ordadı”  Bəli,  Abı  yoldaş  dedi,  'obu  yoldaş  dedi: 
“Mən yoldaşın çanğmm tayı yox” Bəli, səs saldıq, soraqçı  saldıq 
rəvan olduq Küdrü san.  Belə deyirlər ki, az getdik, uz getdik, acı 
yovşanlıq,  şirin  biyanlıq,  mənzil  kəsdik  yol  getdik,  dərələrdən 
yel  kimi,  təpələrdən  sel  kimi,  badeyi-sərsər  kimi  açıldıq  qəlblər 
kimi,  yığıldıq  kəmənd  kimi,  gündə  bir  iynə  boyu  yol  getdik, 
getdik çıxdıq Küdrünün belinə.  Hayiqət gördük ki, çarıq bir zəni 
əkib  ki,  iki  göz  gərək  tamaşaya.  Bəli!  Çini  soluyub  düşdük  bu 
taxılı yaxşı-  yaxşı  biçməyə.  Çin biçirdi,  biz  də  dərz bağlayırdıq. 
Bira  də  gördük  həmin  dovşanın  bir  qaçır.  Çini  silkələdik,  çinin 
dəstəsi  şup eləyib  girdi  dovşanın qamma,  dovşan biçdi, biz dərz 
bağladıq,  vurduq  tavaya.  Yoldaşın  biri  istədi  papurus  çəksin. 
Paprosu yandırcaq tayamızı  od  tutdu.  Tayanın  içindən  bir palan 
çıxdı,palanı  yardıq,  hamısı  yalan  çıxdı!  Biri  varmış,  biri  yox­
muş,  Allahdan  başqa  heç  kim  yox  imiş”  (62,  7-8).  Göründüyü 
kimi,  burada  tarixdə  mövcud  olan  Şah  İsmayıl,  Koroğlu,  İbra­
him  xan,  Bayram  xan  kimi  tarixi  şəxsiyyətlərin  adları  çəkilir. 
Tərkibində  keçid  formulu,  dialoqlar  olan  bu  şəbədə  qarışıq 
formul  tipinə  aiddir.  Ümumən,  sadalanan  giriş  formullarının ço­
xunu qarışıq başlanğıc formulu növünə aid etmək olar.
Bu  sıradan  olan  ritmik  məzəli  söz  oyunlarını  dünya  uşaq 
ədəbiyyatı  kitabxanası  silsiləsindən  olan  “El  çələngi”  buraxılı­
şında  iki  nümunəsi  -   “Yalan-palan”,  “Hadi,  hudu,  Kor  oğlu 
Kosa,  bir  də  mən”  (51,  237-240)  verilir  və  onlar  da  oxuculara 
“qaravəlli” kimi təqdim olunur.  Azərbaycan folkloru antologiya­
sının  Şəki  bölümündə  “Ağ  yalan”  adlı  sicilləmə  qaravəlli  kimi 
təqdim  olunur  (21,  297).  Bunun  oxşar variantı  P.Boratavın  top­
ladığı  “Qaz ovu” təkərləməsində (89,  71-72) beş  qardaşdan, kor, 
topal-,  sağır,  çılpaq  və  tüfənginin  çaxmağı  yoxdan  söhbət  gedir. 
Fikrimizcə,  “təkərləmə”  formasının  Azərbaycan  folklorundakı 
oxşar  variantını  “sicilləmə”  və  ya  “şəbədə”  adlandırmaq  daha
34
məqsədəuyğun olardı.  Çünki  fars mənşəli “pişrov”  sözü və “qa­
ravəlli”  kəlməsi  daha  çox  şifahi  xalq  ədəbiyyatının  dastan jan­
rına xarakterik sözdür.  Sanama isə folklorun tamam ayn janrıdır. 
Bəzi  Göyçə nağılçıları  bu müqəddiməni  loppazdama  adlandırır­
lar.  Azərbaycan  Folklor  Antologiyasının  Göyçə  folkloru  bölü­
mündə  qeyd  edilir  ki,  alınma  söz  olan  pişrovdan  fərqli  olaraq 
loppazdamanın  öz  leksik  mənasına  görə  mahiyyəti  daha dolğun 
ifadə etməsi göz qabağındadır (7, 30). Düşünürük ki, “sicilləmə” 
sözünün  folklorşünaslıq  elmində  bir  termin  kimi  işlədilməsi 
daha  məqsədəuyğundur.  Araşdırdığımız  nağıl  sicilləmələrindən 
belə  nəticəyə  gəlmək  olar  ki,  bu  tərzdə  yalan  və  zarafatlar  bol 
olsa  da,  sətiraltı  həqiqətlərin  olduğu  hiss  olunur,  bəzi  tarixi  yer 
adlarının, şəxsiyyətlərin adlan çəkilir.  Yəni formulun birinci his­
səsi  yalan  olsa  da,  ikinci  hissəsi  isə  həqiqətə  uyğun  gəlir.  Buna 
görə də “yalanlama” variantı da qəbul edilə bilməz.
Bir  çox  türk  xalqlarının  nağıllannda  variantlan  yayılan 
“Arzu Qəmbər”in Kərkük variantı  da Azərbaycan nağıllanndakı 
oxşar sicilləmə ilə başlayır:  “Harttan hurttan,  sıxması qarpuz qa­
bığı,  dügmesi turpdan, Aman zaman içinde, qerbil saman içinde, 
deve  berberliğ  eder,  eski  hamam  içinde...”.  Bundan  sonra “Va- 
rıydı  yoxuydu,  ki  (iki)  qardaş  varıydı”  ənənəvi  formulu  gəlir” 
(101,  271).  Türkiyə  təkərləmələrinə  bənzər  ritmik  başlanğıc  da 
səslənir:  Matal,  matal,  mat  atar,  bir  kişi  xurma  satar,  Arvad  de­
yər,  gətir  mən  yeem,  baxağ  kim  borca  batar  (46,  149).  Dərbən- 
dən  toplanmış  folklor  antologiyasında isə  nağıl  sicilləməsi  uşaq 
folklorunun  tərkibində  verilir:  “Hamam  hamam  içində,  xəlbir 
saman  içində.  Dəvə dəlləklik elər, kühne hamam  içində.  Qarışqa 
şıllaq  atdı,  dəvənin  budu  batdı.  Hamamçının  tası  yux,  dəlləyin 
güzgüsü yux” (18,  308).
Qeyd  edək  ki,  klassik  şair  və  yazıçıların  əsərlərində  sözü­
gedən  tərzə  tez-tez  müraciət  edilib.  Müasir  yazarların  şifahi 
ənənədən  yararlandıqları və  ortaq mövzuların olduğu da hamıya 
bəllidir.  İnternet  səhifələrində  yerləşdirilən  müasir  Türkiyə  söy- 
ləyicilərinin  nağıllarında  yazılı  ədəbiyyat  janrlarına  xarakterik
35


olan  üslubda  müqəddimələr  təqdim  olunur:  “Okumak  isteyen- 
lere  ve  ilgisini  çekenlere  bir  masalım  var.  Bazı  gerçekleri,  yeni 
kuşaklara yansıtmak  istiyorum.  Yarım yüzyılı  geçen yaşamımda 
gördüklerimi,  aile büyüklerimin öykülerini  ve ninelerimin soğuk 
kiş gecelerinde  soba başında ısınırken,  anlattıklarını  yazıya dök- 
mek istedim.  Çok esgilerden bugüne  gelen ve  güncelliğini  koru- 
yan  bir masal  oluştu.  Vahşi  Batının  masalı...  Binlerce  yıl  önce, 
daha işanların  bir-birlerini  anlamak  ve  düşüncelerine  değer ver- 
mek  yerine,  silahlanyla,  sopalarıyla  karşıtlanna  saldmp  baskı 
uygulamaya  çalıştıklan  zamanlarda  geniş  topraklar  üzerine  ya­
yılmış bir ülke varmış” (136).
fiələ  XIII  əsrdən  formalaşmağa  başlayan,  yeddi  yüz  ildən 
çox  keçmişi  olan nağıl  və  təkərləmə  tərzinin  izi  XIII-  XVI  əsr­
lərdə  yaşayan  böyük  dərviş  şairləri  Barak  Baba,  Yunus  Emre, 
Kaygusuz  Abdal,  Kazak  Abdal,  Hacı  Bayram,  Aşıkpaşazadə, 
Ümmi  Sinan  və  M.C.Ruminin  risalə  və  məsnəvilərində  (ritmik 
söz  oyunu)  açıq  görünür.  P.Boratav  nağıl  təkərləmələrindəki 
bəzi parçaların bu xalq yazarlarından  alındığını  söyləyir:  “Onlar 
analarından,  nənələrindən  öyrəndikləri  təkərləmə  üslubu  ilə 
“ilahi  həqiqət”,  ’’mütləq  varlıq”  kimi  metafizik  suallara  cavab 
tapmağa  çalışıblar.  Nağılları  isə  eyni  söz  sənətinə  qara torpağın 
və  ayaqlarıyla  sıx  şəkildə  onun  üstünə  basan  insanın  məsələlə­
rini yükləyir.  Amma hər ikisi  də “ariflər anlasın” deyə rəmzli bir 
şeir diliylə danışır” (89,  36).
Sözügedən  tərz  Avropa  xalqlarının  folklorunda  da  geniş  ya­
yılıb.  İ.Kunoş hətta Türkiyə  nağılları  ilə  Avropa və  İran nağılları 
arasında  məzmun  baxımından  qohum  olduğunu  söyləyir  (78, 
108). “Kor, topal və şikəstin mümkünsüz işləri, qəribə macəraları­
nı  anladan təkərləmənin  başlıca ünsürləri  Almaniyada,  Danimar­
kada,  İngiltərədə,  Fransada,  İtaliyada,  Estoniyada,  Polşada  və 
başqa  ölkələrdə  yayılmışdır.  Ancaq  Şərqdəki  qədər  qədim 
mənbələri,  sənədləri  yoxdur.  Bəzi  yerlərdə  isə  bunlar  lətifə  və 
tapmaca olaraq  da söylənilir.  Almaniyada bunun  XV əsrdə yazıl­
mış bir “zarafat tərzində vaiz” şəkli var. Danimarkada, İngiltərədə
36
söz  oyunu bitdikdən  sonra  dinləyicilərin  “amma da  yalan!”  deyə 
qarşılıq  vermələri  adətdir.  Fransada  bu  cür  nağıllara  məhz  ya- 
lanlamalar  (“menteries”)  adı  verilir”  (89,  43).  Göründüyü  kimi, 
Qərb  folklorunun  bəzi  örnəklərində  Türkiyə  nağılları  ilə  eyni 
qaynaqdan gəldiyini  sübut  edə  biləcək  ortaq özəlliklər var.  Şərqə 
doğru  irəlilədikcə,  Balkan  ölkələri,  sonra  isə  Orta  Asiya,  İran  və 
Azərbaycan və digər türk dillərinin yayıldığı və təsir etdiyi bölgə­
lərdə  oxşar  formullar  çoxdur.  P.N.Boratava  görə,  dil  baxımından 
Oğuz əslindən  olan  ölkələrin  (Azərbaycan,  Türkmənistan),  ya  da 
uzun  zaman  Osmanlı  imperatorluğunun  sərhədləri  içərisində  qa­
lan ölkələrin söz  ənənələrində Anadolu təkərləmələrinə bənzəyən 
parçalar  daha  çox  tapılmaqdadır  (93,  143-144).  Məsələn,  Azər­
baycan  nağıllarının  başlanğıcında  işlədilən  “dəvə  dəlləklik,  şir 
qoruqçu,  qurbağa  naynayçı”  ifadə  tərzinin  variantlarına  həm 
Türkiyə nağıllarında, həm də  Özbəkistan nağıllarında rast gəlmək 
olar:  “Bor  əkanda  yuq  əkan,  oç  əkanda  tuq  akan,  qarğa  qaqımçı 
əkan,  çum  çuq  çaqimçi  əkan,  qirqovul  qizil  əkan,  quyruği  uzun 
əkan,  buri  bakovul  əkan,  tulki  yasovul  əkan...Bir  zamanlarda  bir 
podaçı  bor  əkan...”  (89,  47).  Beləliklə,  folklor  sirkulyasiyası 
nəticəsində  Orta  Asiyadan  Türkiyəyə,  oradan  Azərbaycana  və 
İrana yayılan ənənəvi  formullar tədricən azalmış, yazıya almanda 
dəyişmiş, öz dəyərini itirmişdir.
Söylədiyimiz  kimi,  söyləyicilərin  ustalıqlarının  göstəricisi 
olan ritmik məzəli  söz oyunlarına həm  “klassik” nağıllarda,  həm 
də  son dövrlərin  nağıllarında getdikcə  az rast gəlirik.  İ.Razumo- 
vanın  qənaətincə,  ritmik  ifadələr  formul  deyil,  onlar  qəlibləş- 
məyib.  Hətta bir  nağılda  bir  neçə  dəfə  təkrar olsa  da,  onlar  for­
mula  çevrilmir,  cünki  janrın,  süjetin  göstəricisinə  xidmət  etmir 
(123,  99). P.Boratav  isə hesab edir ki,  hər halda uzun təkərləmə- 
lər (yalanlamalar) başlanğıcda əsil nağıllardan ayrı bir növ deyil. 
Nağılın  özünün  formalaşması  zamanında  növlərə  bölünmə  nəti­
cəsində  təkərləmə  və ya yalanlamalar meydana gəlmiş,  sonra da 
bunların  qısaldılmış  şəkilləriylə  nağıl  başlanğıcına  gətirilməsi 
ənənəsi başlayib (89, 48).
37


Zaman  keçdikcə,  insanların həyat  tərzlərinin,  dinlərinin  də­
yişməsi  ilə epik ənənələr,  mətnlərin məzmunları  get-gedə dəyiş­
miş,  bəziləri  isə  tamam  sıradan  çıxmışdır.  Belə  ki,  həm  “klas­
sik”,  həm  də  son dövrlərin  nağıl  mətnlərində  nağılaqədərki  mə­
zəli ritmik söz oyununa da tədricən çox az rast gəlinir.
Dağlıq  Qarabağ  və  onun  ətraf rayonlarından  toplanan  yeni 
folklor  antologiyalarmdakı  nağıllarda  və  digər  yeni  nağıl  va­
riantlarında  da  formulların  azlığı  bunu  sübut  edir.  Bir  sözlə, 
müasir Azərbaycan  və  Türkiyə  nağıllarının başlanğıcında əsasən 
klassik  “Biri  vardı,  biri  yoxdu”,  “Bir  zamanlar  hansısa  məm­
ləkətdə” formulları və az sayda sicilləmələr işlənilir.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin