Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova


 Məlum yer adları ilə bağlı olan formullar



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə9/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   5   6   7   8   9   10   11   12   ...   78
II  FƏSİL
TƏHKİYƏ FORMULLARI
Ənənəvi  təhkiyə  (medial)  formulunun termin kimi  tətbiqinə 
folklorşünaslıqda  m üxtəlif cür  yanaşılır.  Bəzi  folklorşünaslar,  o 
cümlədən,  B.Sebiyo  nağılların  içərisində  təkrarlanan  ritmik  ifa­
dələri  təhkiyə  formulu  kimi  göstərirlərsə,  L.Şeynyau  “formule 
mediane”  (medial  formul),  Bırlya  “formule  mediale”  (medial 
formul),  İ.Bolte  və  Q.Polivka  “Übergangsfsormel”  (keçid  for­
mulu),  çex  folklorçuları  “formulky  prexodny”  (keçid  formulu), 
Rusiya və Türkiyə  folklorşünasları  bütün nağıl  formullarını  eyni 
adla,  “qəliblənmiş sözlər”, “ritmik klişelər” və ya “epik kurallar” 
adlandırırlar  (121,  89).  Azərbaycan  folklorşünasları  bunu  təhki­
yə və ya keçid  formulu kimi  qəbul edirlər.  Sadalananlardan daha 
məqsədəuyğunu  isə  “medial  formul” terminidir,  çünki  adları  çə­
kilən  digər  ifadələr  medial  formulların  daxilində  bir  qrup  təşkil 
edir.  Biz  isə  “medial”  termini  “orta”  kimi  tərcümə  olunsa  da, 
nağılların ortasında gələn  formulları həm bəzi mənbələrə əsasla­
naraq,  həm  də  milli  xarakter  daşıdığı  üçün  “təhkiyə  formulu” 
kimi təqdim etmişik.
Təhkiyə  (medial)  formulları  digər formullara nisbətən  məz­
munca  çoxmənalı,  zəngin  və  daha  rəngarəngdir.  Ancaq  onlar 
başlanğıc  və  sonluq  formullarından  fərqli  olaraq,  az  tədqiq  olu­
nub.  Çünki  təhkiyə  formullarının  aşkarlanması  bir  qədər  çətin 
işdir və  xüsusi  diqqət  tələb  edir.  Onların  müəyyən  olunmuş  yeri 
yoxdur.  Yəni  başlanğıc  və  sonluq  formulları  yalnız  başlanğıcda 
və sonda görünürsə,  təhkiyə  formulları  epik əsərin müxtəlif yer­
lərində  işlənə  bilər.  “Təhkiyə  formulları  digər  formullardan 
həmçinin onunla fərqlənir ki,  onlar müəyyən epizodlar və perso­
najlarla bağlı  olaraq,  nisbətən dəyişkəndirlər.  Onların bir-biri  ilə 
oxşarlığı  isə  ondadır ki,  ənənəvi  formulların hamısı  bu və ya di­
gər  dərəcədə  nağılçı  ilə  dinləyici  arasında  əlaqə  yaradır,  nağılın 
məzmunu ilə m üxtəlif cəhətdən bağlı olur” (53,  100).
53


Söylədiyimiz  kimi,  təhkiyə  formulları  nağılın  məzmunu  ilə 
sıx şəkildə bağlı olaraq, söyləyici  ilə dinləyici arasında əlaqə  ya­
radır,  onlarda  maraq  oyadır,  ayrı-ayrı  epizodları  əlaqələndirir, 
həm  də obrazlann xarici  görünüşünü  və  hərəkətlərini,  dialoqları 
və  başqa  xüsusiyyətləri  göstərməyə  xidmət  edir.  Sadalanan  bu 
mərhələləri  N.Roşiyanunun  araşdırmasına  əsaslanaraq,  iki  bir- 
birindən  fərqlənən  böyük  formul  qrupuna  daxil  etmək  olar:  xa­
rici medial formullar və daxili medial formullar.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin