Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə8/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   4   5   6   7   8   9   10   11   ...   78
1.2.  Məkan formulları
Başlanğıc  formulunun digər tipi olan məkan formuluna (to­
poqrafik)  dünya,  o  cümlədən,  Azərbaycan  və  Türkiyə  xalq  na­
ğıllarında  zaman  formullarına  nisbətən  az  rast  gəlmək  olar. 
Çünki  nağıllarda başlanğıc  (inisial)  formulun  bir tipi  (ya zaman, 
ya da məkan) üstünlük təşkil edir.  Belə ki, Azərbaycan və Türki­
yə  nağıllarında  daha  çox  zaman  formulları  işlədilir.  Müstəsna 
hallarda inisial  formulun hər iki tipi,  həm zaman,  həm də məka­
nı  göstərən  formullar eyni  səviyyədə  inkişaf edir.  Bu zaman qa­
rışıq  başlanğıc  formul  əmələ  gəlir.  Məsələn:  “Biri  var  imiş,  biri 
yox  imiş,  günlərin  bir günündə  belə  deyirlər,  bir  vilayətdə  Dəş- 
küvar  adlı  padşah  varıymış”  (31,  49);  “Biri  varıdı,  biri  yoxudu. 
Çox  böyük şəhərlərin  birində bir tacir vandı”  (32,  82);  “Biri var 
idi, biri yox  idi,  günlərin bir günündə Hindistanda bir padşah var 
idi”  (37,  192);  “Biri  varıdı,  biri  yoxudu,  Yunan  şəhərində  bir 
Məmmədhəsən  admda  padşah  varıdı”  (32,  2674);  “Keçmiş 
zamanda  bir  şəhər  vardı.  Bu  şəhərdə  cuhudlar  yaşayırdı”  (74, 
216).  E.C.Güneyin  topladığı  formullarla  zəngin  nağıllardan 
birində  uzun  bir  təkərləmədən  sonra  “Biri  varmış,  biri  yokmuş, 
Allahın  kulu  çokmuş,  çok  söylemesi  günahmış.  Develer  tellal 
iken,  pireler  berber  iken  ben  anamın  beşiyini  tıngır  mıngır 
sallarken  bir  memleketin  birinde  bir  padişah  varnıış”  formulu
38
işlədilir (83, 40);  “Evvel  zaman içinde,  galbur zaman içinde,  de­
veler  dellaliken  eski  hamam  içinde.  Ben  anamın  beşigini  sallar, 
babama  biberondan  süt  içirirdim.  İşde  o  zamannarda  bir  mem- 
lekette bir gıral, bu gıralın da bir qızı vardı” (102, 23); Kıbrısdan 
toplanmış  aşağıdakı  nağıl  formulunda  olayların  cərəyan  etdiyi 
yer  (adı  çəkilməsə  də)  və  zaman  dəqiq  göstərilməyə  çalışdır: 
“E w e l  evvel  zamanda,  qalbur  qaldı  hamamda.  Bir  vandı,  bir 
yoğudu,  inallahdan  kimse  yoğudu.  Vararakdan,  sorarakdan,  yol 
bitmedi  yaz  bitti,  güz  da  geçdi.  Bulutlar  havada  görününcə  bir 
memlekete  ulaştı.  Bir  mahalleye  yerleşdi,  orayı  mekan duttu.  O 
mahallede bir yaşlı qadının qızı vardı” (102,  29).  İnternet səhifə­
lərində yerləşdirilən müasir dövrün Türkiyə nağıllannda da qarı­
şıq  tipli  başlanğıc  formullarına  rast  gəlmək  olar:  “Çok  eski 
çağlarda, ülkenin birinde, dinazorlann yuvalandığı bir yer vardı” 
(136); “Bizim bilmediğimiz çok esgi zamanlann birinde, köyler- 
den  şirinmi  şirin  bir  köyde  yaşamakta  olan  ailelerin  biri  de 
Keloğlan ile anasıymış” (136).
İ.Razumova qeyd edir ki,  ənənəvi  formullar ayrılma,  ünsiy­
yət  yaratma,  əlamət  və  ya  işarə  və  informativ  funksiyanı  yerinə 
yetirirlər.  Bu mənada başlanğıc  formulu informativ  funksiya da­
şıyır.  Nağıllardakı  olayların baş verdiyi  zaman və  yer barədə  in­
formasiyalar təsvir  olunur.  Çox zaman məkanın  şərtiliyi  göstəri­
lir.  Yəni  aydın olmur,  hadisələr padşahlıqda,  yoxsa dövlətdə baş 
verir (122, 71-72).
O.Əliyevin  fikrincə,  nağıl  məkanı  “öz”  və  “özgə”  şahlığına 
ayrılır.  Onlan  aralarındakı  qalın  meşələr,  uca  dağlar,  dərin  qu­
yular,  çaylar,  dənizlər  bir-birindən  ayırır.  Məhz “özgə”  şahlıqda 
qəhrəman  sınaqlardan  keçir,  öz  rəqibi  ilə  qarşılaşır,  onunla 
döyüşür (53,12).
Azərbaycan  və  Türkiyə  nağıllannda  söylənilən  hadisələrin 
cərəyan  etdiyi  məkan  əsasən  naməlum  bir  yer-məmləkət,  şəhər, 
vilayət,  diyar,  qəsəbə,  kənd,  hətta  tin  kimi  göstərilir.  Məsələn, 
”Bir  şəhərdə  bir  yetim  qız  vanymış”  (34,  20);  “Bir  vandı,  biri 
yoxudu,  çox  böyük  şəhərlərin  birində  bir  dövlətli  tacir  var  idi”
39


(32,  82); “Belə rəvayət eləyirlər ki, bir şəhərdə bir padşah var idi” 
(26, 217);  “Biri vardı, biri yoxdu, bir padşahın ölkəsində bir ovçu, 
onun  da  bir arvadı  vardı”  (26,  95);  “Azərbaycanın  qədim  əyalət­
lərinin  birində  Süleyman  adında  bir  şah  hökm  sürərmiş”  (19, 
233);  ”Çok  geçmiş  zamanda diyarın birinde  bir hükümdar yaşar­
mış”  (81,  38);  “Deller  ki,  bir  zaman  bir  köyde  bir  adam  vandı” 
(102,  45);  “Bir  memleketin  birinde  bir  Turkmen  beyi  varmış.” 
(84,  91);  “Bir  varmış,  bir  yokmuş.  E w el  zaman  içinde,  kalbur 
saman  içinde.  Deve tellal,  pire  berberiken.  Zamanın  birinde  Deli 
Mehmet dedikleri biri varmış.  Küçük bir kasabada yaşarmış” (85, 
117).  E.C.Güneyin  topladığı  türk  nağılları  içərisindəki  bu  tə- 
kərləmədə  Türkiyənin  bir  çox  yer  adlan  sadalanır:  “İğne,  iplik, 
makara,  Akdeniz,  Karadeniz,  Marmara;  Türkiyənin  başşehri 
Ankaradır  Ankara...  Ankarada  kadife,  kızm  adı  Latife;  oturmuş 
halı dokur,  dilinde bülbül  okur... Ne bülbül, ne gül;  şen olsun deli 
gönük.. Bir tabak aşım olsa, iki kardeşim olsa;  biri oğlan, biri kız; 
bir  ay,  biri  yıldız...  Bayrak  yapsam  başıma,  toprağıma  taşıma, 
bereket yağar, bereket; her şey de var bir hikmet...” (84, 338).
Çorum  bölgəsindən  toplanan  nağıllarda  “yüksək  bir  orman 
və  ya dag  köyü” məkan formulu  çoxluq təşkil  edir:  “Yüksek bir 
orman  köyünde  mutlu  bir  aile  yaşamakdaymış”  (81,  7);  ”Evvel 
zaman  içinde,  kalbur  saman  içinde,  develer  tellal  iken,  pireler 
berber iken,  ben annemin  beşiyini  tıngır mıngır  sallar iken uzak 
bir  dag  köyünde  fakir  bir  ailenin  çocugu  İsmet  adında  bir 
delikanlı yaşarmış” (81,  33).
Türkiyə  xalq  nağıllarının  başlanğıcında  əsasən  “məmləkət” 
sözündən ibarət məkan  formulu  durur:  “Bir varmış,  bir yokmuş, 
Allahın  kulu  çokmuş,  çok  söylemesi  günahmış.  Develer  tellal 
iken,  pireler berber  iken  ben annemin beşiyini  tıngır-mıngır  sal­
lar iken bir memleketin birinde bir padişah varmış” (98,  5); “Ev- 
vel  zaman  içinde,  qalbur  zaman  içinde.  Develer  dellal  iken  esgi 
hamam  içinde.  Memleketin  birində  bir  odunçuynan  dünyalar 
güzeli bir qızı varmış”  (102,  19).  Eflatun Cem Güneyin “Ən gö­
zəl  türk  masalları”  kitabında  nəzm  formasında  uzun  bir  təkər-
40
ləmə,  sonra  isə  “Bir varmış,  bir  yokmuş,  Allahın  kulu  çokmuş, 
çok söylemesi  günahmış.  Develer tellal  ikən,  pireler berber iken 
ben anamın  beşiyini  tınqır  mınqır  sallar  iken  bir memleketin  bi­
rinde bir padişah varmış” formulu gəlir (83,  5).
Naki  Tezelin  ve  digər  folklorşünaslann  topladıqları  na­
ğıllarda  hadisələr  “büyük  bir  orman  kənan”  və  ya  “kiçik  bir 
kulübe” kimi qeyri-naməlum məkanlarda cərəyan edir.  Məsələn: 
“Bir  varmış,  bir  yokmuş...  E w el  zaman  içinde,  kalbur  saman 
içinde  büyük  bir  orman  kenarmda,  küçük  bir  kulübede  bir  aile 
oturuyormuş” (99,  102).
E.Artuna  görə,  nağılda  söylənilən  yerləri  çoxdan aza doğru  . 
sıralayacaq olsaq,  qonar-köçər  yerlər,  dağ  kəndləri,  kəndlər,  qə­
səbə  və  şəhərlər olduqlarını  görərik.  Kənddə  söylənilən  nağıllar 
ilə  şəhərdə  söylənilən  nağıllar arasında  çox  fərq  var.  Ucqar yer­
lərdə yaşayan söyləyicilərin nağıllarında kənd yaşam tərzini və o 
çevrəyə  aid  ünsürlərin  istifadə  olunduğu  göstərilərkən,  şəhərdə 
anladılan nağıllarda şəhər yaşamı ön plana gəlir (78,  111).
Azərbaycan  və  Türkiyə  nağıllarının  həm  girişində,  həm  də 
müxtəlif yerlərində  işlədilən,  artıq  ənənəviləşən  məlum  Şərq  və 
qismən  də Avropa  ölkə  və  şəhərlərinin  adlan  demək olar ki,  üst- 
üstə  düşür (Misir,  Hindistan,  Yəmən,  İran,  Çin,  Ərəbistan,  Mədi­
nə,  İsfahan,  Qahirə,  Rusiya,  Yunan,  Firəng,  Bağdad,  Qəndəhar, 
İstanbul  və  s).  Məsələn,  “Biri  var idi,  biri  yox  idi.  Müharibədən 
əvvəl,  Rusiyada  Nikolay  adlı  bir  padşah  var  idi”  (41,  120);  “Bir 
varmış,  bir  yokmuş.  Devler  tellel  iken,  pireler  berber  iken,  bir 
memleketin birinde German beyi derler bir bey varmış” (84,  75).
Həm Azərbaycan, həm də Türkiyə xalq nağıllannın başlanğı­
cında  daha  geniş  yayılan  yer  adlan  Misir,  Mədinə,  Yəmən,  Çin, 
İsfahan,  Bağdad,  Şam  və  Qəndəhardır.  Məsələn,  “Şam  şəhərində 
bir padşah varmış” (9, 247);  “Mədinə şəhərində Əhməd Tacir adlı 
var-dövlətli, həm də səxavətli bir tacir var idi” (55,  159); “Biri var 
idi,  biri  yox  idi,  İsfahanda Hüseyn Tacir adlı  məşhur bir tacir var 
idi”  (55,  139);  “Qəndahar padşahının  Məlik  Məmməd  adında  bir 
oğlu  var  idi”  (24,  70);  “Biri  var  idi,  biri  yox  idi,  uzaq  Çində
41


Təhmuz adlı bir ölkədə bir padşah var idi”  (41,  86);  “Bir varmış, 
bir  yokmuş...  E w el  zaman  içinde,  kalbur  saman  içinde  Bağdat 
ülkesinin son derecede zengin bir padşahı varmış” (99,102);  “Bir 
vagdm  hükmündə  bir  İran  padşahı  vandı”  (102,  18).  Xarici 
məkan  adlarım  təsvir  edən  başlanğıc  formulları  Azərbaycan  na­
ğıllarında daha çoxdur.  Bu  tip  formullar  nağılların başlanğıcında 
deyil, digər yerlərində də işlənə bilər. Məsələn, “Sənə xəbər verim 
Rum  padşalunm  oğlundan”  (37,  192);  “Mən  Firəng  vilayəti 
padşahının naxırçısının qızıyam”  (31,  217);  “İsa Misir padşahının 
bacısım  alır.  Səməd,  divin  qalaçasından  gətirdiyi  qızı  alır.  Şad- 
xürrəm yaşamağa başlayırlar” (48,  134); “Biri var idi, biri yox idi. 
Yəmən şəhərində Aslan padşah adında bir ədalətli padşah var idi” 
(1,  113).  Son  əsrlərədək  Azərbaycan  nağıllarında  çox  işlədilən 
Firəng  ifadəsi  avropalı  mənasında  işlədilmişdir,  yəni  Fransa  ilə 
heç bir əlaqəsi yoxdur (31,  38).
Azərbaycan  və  Türkiyə  nağıl  formullarının  yuxarıdakı  nü­
munələrində məkan adları həmin yerləri idarə edən padşahların və 
ya  bəylərin  vətəni  kimi  də  çəkilir.  Nümunələrdən  görünür  ki, 
Türkiyə  nağıllarının  girişində  hadisələrin  baş  verdiyi  yerin  adı 
qismən  az  çəkilir.  Türkiyə  nağıllarının  əsasən  digər  yerlərində, 
hadisələrin axarında məkan  adlarına daha çox  rast gəlinir.  Ancaq 
söylənilən əhvalatlann məhz həmin ölkə və şəhərlərdə baş vermə­
si haqqında dəqiq  məlumatlar yoxdur.  Bu hal  tarixdə bu bölgələ­
rin siyasi və mədəni baxımdan aktiv olması ilə bağlıdır. Həmçinin 
məlumatları  əsasən  şifahi  şəkildə  bir-birinə  ötürən  nağıl 
söyləyicilərinin  çoxunun  xarici  ölkələr barədə  məlumatları  az ol­
duğundan yer adlannı mexaniki  olaraq işlədib dildən-dilə ötürüb­
lər.  Hətta  mövcud  olmayan  və  fərziyyə  olunan  məkan  adlan  da 
çəkilir.  Məsələn, ’’Bəndərpuş vilayətində Əhməd adında kasıb bir 
kişi  olurdu”  (31,  232);  "Bəndər-Puşur mahalında Əhməd adlı  bir 
kişi var idi” (31,251) “Deyirlər ki, qədim zamanlarda Bilbis (Orta 
əsrlərdə Misirdə bir şəhərin adı olub)  şəhərində bir padişah vany- 
mış”  (34,  224);  “Bərabər  şəhərində  bir padşahnan  bir naxırçı  var 
idi”  (28,  217);  “Vəzir  ki,  Urum  şəhərindən  bir  sandıq  almışdı,
42
götürüb qoymuşdu evinə”  (31,  216).  “Salavat şəhərində  Sam adlı 
bir padşah var idi” (33, 220).  Göründüyü kimi, nağıllar bəzən var 
olmayan bir nağıl ölkəsində də cərəyan edə bilir.
Araşdırıcı E.Artunun təbirincə,  bu nağıl ölkəsi divlərin yur­
du,  K af dağının  ardındakı  nağıl  ölkəsi  kimi  uydurulmuş  yerlər 
də ola bilər. Nağıllarda yer adı  çox az çəkilir.  Keçdiyi zaman da 
söhbəti  gedən yerin həqiqi  şəhərlə çox az əlaqəsi  olur (78,  118). 
Əslində Azərbaycan və Türkiyə nağıllarında adı çox çəkilən Qaf 
(Kaf)  dağının  əslində  Qafqaz  sıra  dağlanna  aid  olduğu  məlum­
dur.  İ.Rüstəmzadəyə  görə,  Qars  nağıllarında  Azərbaycan  Res­
publikasının ərazisindən toplanan nağıllarda rast gəlinən Q af da­
ğı,  Yəmən,  Isfahan  və  s.  coğrafi  adlarla yanaşı,  İsmi  Bilor kimi 
fərqli coğrafi adlara da təsadüf olunur (68,104).
P.N.Boratav  “Halk  hikayeleri  və  halk  hikayeciliyi”  əsərində 
qeyd  edir  ki,  türk  nağıllanndakı  hadisələr  var  olmayan  bir nağıl 
ölkəsində  baş  verir.  Yəmən,  Misir,  Çin...  kimi  məmləkətlər  açıq 
görünür ki,  nağıldaki  olaylarla həqiqətən  əlaqəsi  olmayan  yerlər­
dir.  Bazı  masallardakı  İstanbul,  Halep...  kimi  şəhərləri  də  ancaq 
“Bir  böyük  şəhər...”  anlamına  almaq  mümkündür  (89,  32).  Təd­
qiqatçı  Spies bu  arada Ərzincan,  Təbriz...  kimi  şəhərləri  də  sayır, 
bunlar,  həqiqətdə,  hekayələrdə  keçən macəraların  baş verdiyi  şə­
hərlərdir və nağıl ölkələri deyə ayrılmaları gərəkdir (92,64- 65).
Hər  iki  xalqın  nağıllarında  çox  rast  gəlinən  Əcəm  adlı  ölkə 
də  qədimdə  Səfəvilərin  dövründə  mövcud  olan  böyük  ərazilər 
olub.  Əcəm  yer  adından  ibarət  başlanğıc  formuluna  nə Azərbay­
can,  nə  də  Türkiyə  nağıllarının  başlanğıcında  aşkarlämadıq.  Yal­
nız  bəzi  nağılların  müxtəlif yerlərində  bu  ada  “Əcəm  padşahı”, 
“Əcəm  diyan”  kimi  rast  gəlmək  olar.  Məsələn,  “Nardan kırmızı, 
kardan beyaz, kumru kumru duruşu, ahu ahu bakışı  bir yana,  sade 
gözleriyle  kaşlan,  Acem  ülkesinin  tacma,  tahtma  değer...”  (84, 
158); “Yasəmən, gəl min atın tərkinə gedək Əcəmə” (38,192).
Bəzi  Türkiyə  və  Azərbaycan  söyləyiciləri  yer  adlarını  ya 
qədimdə  olduğu  kimi,  ya  da  bir  sıra  ölkə  adlannı  şəhər,  şəhər 
adlanna  isə  ölkə  və  ya  vilayət  kimi  təqdim  edirlər.  Məsələn:
43


“Biri var idi,  biri yox idi,  İsfahan vilayətində  Qara Vəzir deyilən 
böyük  bir  pəhləvan  var  idi”  (37,  230);  “İsfahan  şəhərində  bir 
Xacə  Fəttah  varıdı”  (32,  208);  “Biri  varıdı,  biri  yoxudu,  Yunan 
şəhərində  bir  Məmmədhəsən  adında  padşah  varıdı”  (32,  267); 
“Biri  var  idi,  biri  yox  idi.  Allahdan  başqa  heç  kim  yox  idi.  Sizə 
hardan  xəbər  verim,  M isir  şəhərindən”  (33,  5)  və  s.  Güman  et­
mək  olar  ki,  bu  xüsusiyyət  söyləyicilərin  məhdud  biliyindən  və 
ya nağıllarda adlarım çəkdikləri yerləri gözəl və üstün görməsin­
dən qaynaqlanır.
Bir  sıra  nağıl  söyləyiciləri  isə  yalnız  yaşadıqları  inzibati 
ərazi  vahidlərinin və  qonşu bölgələrin adlarını  çəkirlər.  Bu,  əsa­
sən ərazi  və  əhali  baxımından  daha böyük  olan  Türkiyə  nağılla­
rına xas olan bir cəhətdir.  Məsələn:  “Ezerekden, tezerekden,  lale 
sünbül  biçerekden,  Manisada  tirenden,  ew elk i  halden  geçerek 
varmışlar bir ölkeye” (102,  109),  “Yüzlerle sene önce Karpazda- 
ki  bir  köyde  babamın  büyük  halası  yaşayırdı”  (102,  147);  “Bir 
varmış,  bir  yokmuş;  Allahın  kulu  çokmuş.  Bir  memleketin 
birinde  bir Türkmen beyi  varmış”  (84,  91).  Azərbaycan nağılla­
rının  başlanğıcında  daha  kiçik  inzibati  ərazi  vahidlərinin  adları­
nın  çəkilməsinə  isə  az  təsadüf  olunur.  Məsələn,  “Varıydı,  yo- 
xuydu  Qaragüneytəpə  addı  təpənin  yanında  Qaragünə  addı  qol­
dan  quvatdı,  dildən  yüyrəh  bir  igit  varıydı”  (12,  184);  “Biri  var 
idi,  biri  yox  idi.  Allahın  aciz  bəndəsi  çoxdu.  Onlardan  biri  də 
bizim  Kür  qırağında  yaşayan  Əlmərdan  kişiydi.”  (36,  21). 
A.Baqrinin  topladığı  Azərbaycan-türk  nağıllarında  müxtəlif ki­
çik  yer  adlarından  ibarət  ənənəvi  giriş  formulları  mövcuddur. 
Məsələn,  “Oymadərən  kəndində  Dadaş  adlı  bir  balıqçı  yaşayır­
dı”  (41,  12);  “Belə  deyirlər ki,  Qaradağ mahalında Qurban adın­
da bir şair aşıq yaşarmış” (41,  127) və s.
Türkiyənin Tunceli  bölgəsindən olan tanınmış  söyləyici  Sü­
leyman Gül “Mehmet bey  ile Cemal  bey” nağılında əvvəldən so­
nadək  fərqli  məkanlardan  istifadə  edir.  Burada  padşah  oğlu  ev­
ləndikdən  sonra Zekrat  Düzünə  gəlir:  “O  sırada  Rus  hükümdarı 
vücudunda  çıkan  yaranın  iyileşmesi  için  memleketi  dışında  bir
44
yere  yerleşmesine  izin verilen  gelini  kaçırmaya karar verir.  Pire 
padşahın emri  ile Paluya gelip  gelini  kaçırır ve onu Rus ülkesine 
getirir.  Kaçırılan gelin ise yedi kapının ardında eşini bekler” (97, 
97).  Buradakı  formul  ifadələrə  baxdıqda  məkanın  darlaşdığını 
görürük.  Hətta  “yeddi  qapının  ardında”  məkan  formulundan  ya­
rarlanma  da  maraqlıdır.  Ümumən,  müəllifin  nağıllarında  adları 
çəkilən  yer adları  onun  yaşadığı,  gəzdiyi  və  iş  arxasınca  getdiyi 
yerlər olduğu güman oluna bilər.
Qarabağ  folkloru  antologiyasının  II  cildində  nağılların  tər­
kibində  yuxanda sadalanan yer adları  ilə yanaşı,  Ukrayna,  Sara­
tov  kimi  yer  adlanndan  da  istifadə  olunur.  Bu  da  Dağlıq  Qara­
bağdan olan söyləyicilərin gənclik illərində eşitdikləri və ya gəz­
diyi,  iş  arxasınca  getdikləri  yer adları  ola bilər:  “Maa dedilər ki, 
Saratovda yaxşı,  qızıl  ağaşdarda qızıl  alma var” (22,  144);  “Bin- 
nan  irəli  maşın  yoxdu  burdan  vıra  gedə  Ukraynıya”  (22,  220). 
Düşünürük  ki,  bu  kimi  yer  adlarının  nağıllarda  işlədilməsi  ənə­
nədən  irəli  gəlmir,  yəni  onlar  müasir  söyləyicilərin  repertuarla­
rına daxil etdikləri yeniliklərdir.
İ.Razumova hesab  edir  ki,  “hər  hansı  bir  məmləkətdə,  şah­
lıqda”  məkan  formulu  dinləyiciləri  qəhrəmanın  yaşadığı  dünya­
ya  daxil  edə-edə  nağıla  başlamaq  istəyindən  doğur.  Arxaizmlə- 
rin  istifadə olunduğu zaman  giriş  formulunda isə  əfsanəvilik  da­
ha  çoxdur  (122,  73).  Beləliklə,  başlanğıc  formulunun  xronoloji 
və  topoqrafik  elementləri  həqiqətə  doğru  dəyişilir.  Nağıllardakı 
hadisələrin  daha  konkret  məkanda baş  verməsi  məzmunu  dinlə­
yiciyə yaxınlaşdırır.  “Nağıl məkanı həmişə əsas  iştirakçı  ilə bağ­
lı  olur.  Nağılçı  sanki  qəhrəmanla bir  sırada  olur.  O,  görünən  və 
eşidilən  hər  şeyi  təsvir  edir.  Qəhrəmandan  xaricdə  heç  bir  şeyi 
təsvir etmir.  M üxtəlif hadisələrlə bağlı qəhrəmanın yerdəyişməsi 
süjet inkişafında mühüm əhəmiyyət daşıyır” (123,  12).
Bəzən  həm  Azərbaycan,  həm  də  Türkiyə  nağıllarında  baş­
lanğıc  (inisial)  formulu  ilə  təhkiyə  (medial)  formulu  birləşərək 
qarışıq  başlanğıc  formul  yaranır:  “Qəndəhar  padşahının  Məlik 
Məmməd adlı bir oğlu var idi.  Gözəllikdə elə bil  afəti-zaman  idi
45


ki,  Yusif- Kənan onun  əlinə  su tökə  bilməzdi.  Özü də Qəndəhar 
padşahının  aman-zaman  bir  dənə  oğlu  idi.  Məlik  Məmməd  ha­
mıdan çox istəyən qoca bir lələsi  var idi” (31,  94);  “Sizə haradan 
xəbər  verim,  az  danışanlardan,  qaradinməzlərdən,  mırt-mırt  ar­
vadlardan,  hürməyən  itlərdən,  ulamayan  çaqqallardan...  Biri  var 
idi,  biri  yox  idi,  Allah  var idi,  şəriki  yox  idi,  bir  şəhərdə  Süley­
man  adlı  bir  tacir  var  idi”  (33,  25);  “Bir  varmış,  bur  yokmuş, 
zamanın  birində  deve  tellal  iken,  kurbağa  berber  iken,  esgi  ha­
mamın tası  yok,  ortasının kubbesi  yok, az gittim,  uz gittim,  dere 
tepe  dümdüz  gitdim,  altı  ay  bir  guz  gittim.  Geri  döndüm  ki,  bir 
çüvaldız boyu gitmişim” (81,18).
Azərbaycan  və  Türkiyə  söyləyiciləri  hadisələri  digər  mə­
kanlarda  (yeddi  qat  yerin  altında,  yeddi  qapının  ardında,  on  iki 
qat  göy  üzündə),  yeri  bəlli  olan  və  olmayan  məkanlarda,  fan­
tastik  yerlərdə  (yağmurlar  dağında),  təbiət  qoynunda  (dağlarda, 
dərələrdə,  dənizlərdə,  ormanlarda)  və  başqa  yerlərdə  də  yerləş­
dirirlər:  “Biri  var  idi  biri  yox  idi,  göyün  altında,  yerin  üstündə 
bir şah oğlu var idi  (35,  95);  “Ben annemin beşiğini tınqır mm- 
qır  sallarken  yağmurlar  dağında  doğudan  batıya  hükmü  geçen 
bir padişah  varmış”  (86,  7).  Qeyd  olunan  yer  adlarına daha çox 
nağılların  m üxtəlif  yerlərində,  ortasında  təsadüf  olunur.  Belə 
formullara ikinci fəsildə ətraflı toxunulacaq.
N.Roşiyanunun  tərtib  etdiyi  formullar  sistemindəki  giriş 
formullarından  başqa,  Azərbaycan  və  Türkiyə  xalqlarının nağıl­
larında  digər  fərqli  formullara  da  rast  gəlinir.  Bu  tip  formullar 
nağılların təsnifatına  daxil  olan  qruplarla  da  bağlı  ola  bilər.  Sırf 
dini  məzmun  daşıyan  nağıllara  müqəddəs  varlıqlar,  fikirlərlə 
bağlı  olan  ifadələr  xarakterikdir.  Ümumən,  həm  Azərbaycan, 
həm də Türkiyə folklorunda İslam və onun ideyaları ilə bağlı na­
ğıllar  çoxdur.  Uzun  zamandan  bəri  eyni  dini  paylaşan  Azərbay­
can  və  Türkiyə  xalq  nağıllarmdakı  bu  tip  ənənəvi  formulların 
oxşarlığı  girişdən hiss  olunur.  Məsələn,  söz xəzinəsi  dini məsəl­
lərlə,  formullarla zəngin  olan  tanınmış  söyləyici  Saleh  Məmmə­
dovun  söylədiyi  “Şah  Abbasın  arvadı”  nağıllar  toplusunda
46
“Abdulun nağılı”,  “Mömin  şahın nağılı” bütünlüklə Məhəmməd 
peyğəmbərin  zamanı,  onun  məsləhətləri,  Əlinin  mədhiyyələri 
haqqındadır  (74,  75-82,  167-179).  H.Tantəkinin  topladığı 
“Süleyman  peyğəmbərin  nağılı”  (55,  124),  “Haqq  var,  divan 
yox” (55,  132)  İslam və onun təzahürləri,  Kıbrıslı  Mustafa Gök- 
çəoğlunun  topladığı  “Əzrailin  gözlükləri”  (85,  303)  və  Azər­
baycan variantı  da olan “Haqq var şəriət yox” (86, 331) nağılları 
da bu  qismdəndir.  Ancaq  bir çox  nağılların  yalnız başlanğıcında 
gələn formullarda bu mövzuya toxunulur. Məsələn, ”Sizə hardan 
xəbər  verim,  keçmiş  vaxtlarda  bir nurani,  mömin  bir  kişi  vardı. 
Dünyada yüz iyirmi  dörd  min peyğəmbər olub.  Onlardan bəzilə­
ri  evlərində  peyğəmbərlik  eləyirdi,  elə  adam  vardı  ki,  mahala 
peyğəmbərlik  eləyirdi.  Bu  nurani  kişi  də  öz  evinin  peyğəmbəri 
idi”  (74,  27);  “Bir  varmış,  bir  yokmuş.  Allahdan  başka  kimse 
yokmuş”  (85,  354).  Həmin  nağıllar Allaha  müraciət,  Allahın  və 
əsasən  Məhəmməd,  Süleyman,  Musa  peyğəmbərlərin,  Həzrət- 
Əlinin varlığının təsdiqi  və  onların qullarının yer üzərində möv­
cudluğu barədə informasiyalar ilə başlayır və davam edir.  M əsə­
lən:  “Biri  var idi,  biri  yox  idi,  Allah  var idi,  şəriki  yox  idi”  (33, 
125),  “Biri var idi, biri yox  idi,  Allahdan başqa heç kəs yox idi”; 
“Biri var idi, biri yox idi, allahın bəndələri çoxuymuş. Belə rəva­
yət  edirlər  ki,  əyyami-qədimdə  bir  padşah  vanymış”  (35,  5); 
“Biri var idi, biri  yox  idi, yaradan var idi, bəndələri yox idi” (34, 
311);  ”Bir  varmış,  bir  yoğumuş,  inallahdan  kimse  yogumuş” 
(102,  21);  ’’Biri  varmış,  biri  yokmuş,  Allahın  kulu  çokmuş,  çok 
söylemesi  yokmuş,  konuşam  dinlemeliymiş.  Hem  de dinlediyin- 
den hisse  almahymiş  insanoglu”  (102,  22);  “Allah  Allah İllallah 
hak  bir  Muhammed  Rasulallah”  (102,  25).  Tarixi  ta  İslamın 
bərqərar olduğu dövrədək qədim olan bu nağıllar sadalanan baş­
lanğıclarla təkallahlığı, Allaha və möminlərə inamı  və məhəbbə­
ti  aşılamaq  məqsədini  daşıyır.  Kərkükdən  (İraq)  toplanan  nağıl­
larda da bu özünü göstərir.  Məsələn, “Pinaduz” nağılı “Qemçiye 
quw at,  Mehemmede  salavat.  Vanydı,  yoxuydu,  bir pinaduz  va- 
rıydı” formulu ilə başlayır (101, 280).
47


Azərbaycan və  Türkiyə  xalq nağıllarının  girişində hadisələ­
rə  birbaşa  girişə-dialoqlu  başlanğıca da  rast  gəlmək  olar.  M əsə­
lən,  Kibrıs  “Ayla  yıldız”  (86,  7),  “Yoxsul  adamın  altınları”  (85, 
250)  xalq  nağılları  dialoqla  başlayır  və  dialoqla  da  davam  edir: 
“Zaman  zaman  içinde,  kalbur  saman.  Develer  fınk  atar  eski  ha­
mam  içinde.  Bir gün yolda giderken,  eli  başında,  başı  elinde  elli 
ayaklı biri çıktı karşıma.
-  Hey, ne ararsm? Dedi bana.
-  Develerimi kaybettim, de ararım dedim.
-  Elli  yıldır biz  de  ararız  da bulmadık.  Yürü  git  işine  kadı- 
mm, dedi.” (85, 250).
Şah  Abbasın  arvadı  nağıllar  toplusundakı  “Torçunun  nağı­
lı” da dialoqla başlayır və bitir: “Dedi:
-  Bu şəhəri görürsənmi?
Dedi:
-  Görürəm.
Dedi:
-  Mən  bu  şəhərin  şahıyam”  (74,  151).  Bunlar qeyri-formul 
başlanğıclar hesab oluna bulər.
Bəzən  söyləyicilər nağıla  daha çox  sonluq  formullarına xas 
olan  ibrətamiz  deyimlər,  atalar  sözləri,  alqışlar,  yanıltmaclarla 
da  başlamağa  çalışırlar.  Bu  cür  başlanğıclar  insanlar  arasında 
ali-mənəvi keyfiyyətlərin aşılanması üçün tətbiq edilir. Daha çox 
atalar sözləri  ilə başlayan nağılların digər yerlərində də müəyyən 
hadisələri  və  insanları  təsvir etmək üçün atalar sözləri  və deyim­
lərdən yararlanılır.  Bu daha çox  Azərbaycan nağıllarına xarakte­
rik  olan  bir  elementdir.  Məsələn,  “Qırx  qönçə  xanım”  nağılının 
əvvəlində nəzm formasında bir parçadan istifadə olunur:
Dedim getmə qal,
Sən ol abdal,
Mən olum diləfkar 
Dilimdən nə dedim yarə,
Eşq odunu bəyan eylə,
48
Ya məni öldür, qan eylə,
Ya seyrağıbı gözdən sal.  (32,  124).
’’Biri var idi, biri yox idi, bir qoca kişi var idi.  Bu qoca kişinin 
bircə  sözü var  idi,  hər  kəsi  görsə  ona  deyərdi:  Yaxşılara yaxşılıq 
eylə,  pislərə  öz  pislikləri  kifayətdi”  (34,  51).  Bu  tip  nağıl 
başlanğıclarının  çoxluğu  nağıl  söyləyicilərinin  həmin  ifadə  və 
atalar  sözlərindən  yararlanma  həvəsindən  asılıdır.  Həyat  təcrübə­
sindən  irəli  gələn,  yaddaşlara  həkk  olan  bu  cür  ifadələr  hər  iki 
xalqın danışıq dilində və deyimlərində üst-üstə düşür. “Bir varmış, 
bir yokmuş, çok söylemesi ayıpmış. Az söyleyip çok dinleyenlerin 
bilgisi  artar,  çok çok söyleyip az dinleyenlerin çenesi yorulmuş...” 
(99,  37);  “Yedi  duvaklı”  Kıbns  xalq  nağılı  “Derenin  bu  başına 
ektim  bir  dönüm  kekere  mekere”  başlıqlı  uzun  bir  yanıltmada 
başlayır  (85,  154).  Həmin  bölgənin  “İki  sevdalı”  nağılı  Azərbay­
can və Türkiyə folkloru üçün ortaq olan sanamayla başlayır:
“Biz bizidik 
Otuz iki kızıdık 
Bir tahtaya dizildik 
Tahta bizi almadı 
Adalara salmadı 
Adaların kekliyği 
Tınqır mınqır öttüyü 
Yolda giderken
Bulduk biz kocakarı...” (85, 246).
Sadalanan  başlanğıc  növlərinin  Azərbaycan və  Türkiyə  na­
ğıllarında  fərqli  olduğu  nəzərə  çarpır.  Buna baxmayaraq,  onları 
da forma etibarı  ilə başianğıc formulu hesab etmək olar.
Çox sadə yolla, yəni  birbaşa hadisələrə girişlə, yaxud “deyir­
lər”,  “belə  rəvayət  edirlər”  feili  ilə başlayan  nağıllar da mövcud­
dur.  Ənənəvi formullardan yararlanmaq istəməyən Azərbaycan və 
Türkiyə söyləyiciləri asan və az vaxt aparan olduğundan belə baş­
lanğıcdan  tez-tez  və  fərqli  formada yararlanırlar:  “Xasay  adlı  bir 
kasıb  kişi  var  idi”  (33,  228);  “Belə  deyirlər,  bir  xanımın  Qəh­
rəman adlı bir nökəri var idi” (34, 341); “Bir şəhərdə yetim bir qız
49


varmış”  (34,  260);  “Şah  oğlu  Şah Abbas  adı  dünyada məşhurdu” 
(74,  188);  “Bir  naxırçı  vardı,  bu  naxırçı  varlı  naxırçı  idi”  (74, 
224); “B.elə rəvayət edirlər ki,  bir şəhərdə bir padşah var idi” (26, 
217).  Epik formullara az rast gəlinən  Səməd  Behrənginin Cənubi 
Azərbaycandan  topladığı  nağılların  çoxu  sadə  girişlə  başlayır, 
əsas  olaylära  birbaşa  girilir.  Məsələn,  “Çoxdan  evlənməsinə 
baxmayaraq dərzi kişinin evladı  yox idi...” (45,  245).  Azərbaycan 
folkloru  antologiyasının  “Şirvan  folkloru”  bölümündəki  “Allah 
yazam pozmaq olmaz” nağılı “Bismillahi rəhmanir rəhim” kəlamı 
ilə başlayır (16,  153).  Sadə girişlə və ya formul olmadan başlayan 
nağıllara  Türkiyə  folklorunda  nisbətən  az  təsadüf  olunur.  Daha 
çox  Bilgə  Seyidoğlunun  topladığı  Ərzurum  nağıllarının  çoxunun 
giriş  hissəsi  məhz  bu  qəbildəndir,  yəni  sadə  yolla,  birbaşa 
hadisələrə  girişlə  başlayır:  “Bir  padişah  varmış”  (96,  32);  “Çok 
fakir  bir коса  varmış”  (96,  170),  yaxud,  “Vaktin  birində  yoksul 
bir adam  varmış”  (86,  516);  “Dondurucu bir  gış  gecesiydi”  (102, 
126); “Bir padişahın gızı varıdı” (102,159) və s.
Nağılların əvvəlinin formulluğunu itirməsi  onun işarə  funk­
siyasının  zəifləməsindən  danışır.  Başlanğıcın  nağılların  hadisə­
ləri  ilə  bağlılığı  azalır,  onun  informativliyi  güclənir  (123,  120). 
Başlanğıcın  formulluğu  itirməsi  individualdır.  Ayrı-ayrı  söylə- 
yicilərin  ustalığından,  həvəsindən,  regionların  nağıl  ənənələrin­
dən  asılıdır.  Məsələn,  Ağdaşdan  toplanmış  nağıllarda  müasir 
söyləyicilərin  dilində  öz  təhkiyələrini  maraqlı  və  cəlbedici  et­
mək üçün özünəməxsus başlanğıc  ifadələri  səslənir:  “Nağıla çox 
həris  Əhməd  kişi  vardı,  indi  rəhmətə  gedib,  əksəriyyət  nağılları 
ondan öyrənmişəm mən  birinci-ikinci sinifdə olanda.  Hər axşam 
gəlirdi  bizə,  atalığımın  əmisi  oğlu  idi.  Hər  axşam  cijim  ona  bir 
qazan  xaşıl  bişirirdi  nağıl  söylətməkdən  ötrü.  Sən  indi  deyirsən 
nağıl  söylüyüm,  hə?  Bir  dənə  nağıl  söylüyüm,  gənə  diyirəm, 
əliboş olmasın” (20,  198).
■Bu  tip  fərqli  formullara  internet  səhifələrində  yerləşdirilən 
müasir Türkiyə  söyləyicilərinin  nağıllarında  da  rast  gəlmək  olar: 
“Çook zamanlar öncesinde,  bebeler,  bezirganbaşı,  büyükler birdir
50
bir  oynarken,  nineler  ocakbaşlarında  masallar  anlatırken,  köy- 
lerden bir köyde, bir kadınla bir de oğlu varmış” (137); “Masal bu 
ya,  uzak  bir  ülkede,  kara  bulutlann  karamsarlık  yağdırdığı 
yüzyıllar yaşanırmış.  Kara  bulutlann  arasından  güneş  bir yolunu 
bulup  görünemezmiş  bir  türlü.  O  ülkede  doğan  hayvanlar  olsun, 
insanlar olsun  hiç  güneş yüzü  görmeden  ölür gidermişler.  Yalmz 
bir  söylence  içinde  geçermiş  güneşin  adı.  Bunun  için  de  kimse 
güneşin  varlığına  inanmazmış...  Bu  karanlık  ülkede  herkes  bir- 
birine kızar, arkasmdan konuşur, kavga ederek yaşamlanm sürdü- 
rürmüşler.  Bu  sıkıcı  yaşam  biçiminden,  insanlar  mutsuzmuşlar. 
Yüzlerinden  düşen  bin  parça  olurmuş.  Sokakta  yürüyenler  sıkça 
görünmezmiş.  Тек tük asık yüzlü insanların, paltolannm yakasmı 
kaldırarak  saçaklann  altından  hızla  ilerlediği  görülürmüş  ama; 
genelde  sokaklar  boş,  ıslak  ve  karanlıkmış.  Yalmz  başı  boş  ay- 
lakça  dolaşan  hayvanlar  varmış.  Evlerin  kepenkleri  çoğu  zaman 
kapalı  dururmuş.  İçeriden  ara  sıra  ağıt,  ya  da  yas  çığlıklan  dü­
yülürmüş”  (137).  Beləliklə,  başlanğıc  (inisial)  formulların  əsasən 
baş  verən  hadisələrin  zamanım  və  yerini  göstərmək  məqsədini 
daşıması  bəlli  olur.  İ.Razumova  da  informativ  funksiya  daşıyan 
başlanğıc formullarının üç əhəmiyyətini vurğulayır:
1.  Fəaliyyət göstərən şəxslərin daxili aləmi;
2.  Hadisələrin baş verdiyi yerin göstərilməsi;
3.  Zamanın göstərilməsi (123, 74-75).
Müasir  Azərbaycan  və  Türkiyə  nağılçılarının  söylədiyi  na­
ğıllarda  klassik  nağıllarda  qeydə  alman  başlanğıc  formullarının 
bütün  tiplərinə  rast  gəlmək  qeyri-mümkündür.  Azərbaycan  və 
Türkiyə  nağıllarında  daha  çox  zaman  formullarının  dominant- 
lığının  eyni  dərəcədə  nəzərə  çarpdığım  görmək  olar.  Hər  iki 
halda,  hadisələrin  baş  verdiyi  həm  zaman, həm də  məkan  fakto­
ru  nağıllarımızda  qeyri-müəyyəndir.  Bəzən  məkan  formulu 
verilir,  onun  tərkibində  isə  qeyri-müəyyən  zaman  qeyd  olunur. 
N.Roşiyanunun  fikrincə,  sehrli  nağılların  söyləyiciləri  zamanı 
bildirən  başlanğıc  formullarının  inkar  formasından  daha  çox 
istifadə  edirlər  (121,  136).  Ümumiyyətlə,  başlanğıc  formulları
51


dinləyiciləri  real aləmdən xəyali,  sehrli,  fantastik  aləmə aparma­
ğa kömək edir (53,  98).
Nəşr  olunan  nağılları  araşdırdıqda  belə  nəticəyə  gəlmək 
olur ki,  ümumən  Türkiyə  nağıllarının  başlanğıc  formulları  daha 
çox toplanıb. Ancaq məsələyə  individual yanaşsaq,  Türkiyə söy- 
ləyiciləri  içərisində heç  bir nağıl  formullarından yararlanmayan- 
lar  da  vardır.  Bu  xüsusiyyət  həvəskar  söyləyicilərə  xasdır.  On­
lardan  fərqli  olaraq,  peşəkar  nağılçıların  təhkiyəsində  ənənəvi 
formullar çoxluq təşkil edir.  Ümumən, həm Azərbaycan, həm də 
Türkiyə nağıl söyləyiciləri zamana qənaət etmək baxımından bir 
və  ya bir neçə başlanğıc  formullarını  əzbərləməyə və hər zaman 
onlardan  istifadə  etməyə  üstünlük  verirlər.  Son  dövrlərdə  topla­
nan  nağıllarda  isə  ənənəvi  başlanğıc  formulları  mürəkkəbdən 
sadəyə doğru gedir və tədricən sıradan çıxmağa başlayır.
52

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin