Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə10/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   6   7   8   9   10   11   12   13   ...   78
2.1.  Xarici təhkiyə formulları
Xarici  təhkiyə (medial) formulları başlanğıc (inisial) formu­
lun  özünəməxsus  funksiyalarından  birini  yerinə  yetirir.  Söhbət 
dinləyicilərdə  maraq  oyatmaq,  onların  diqqətini  cəlb  etmək  və 
hətta  yoxlamaqdan  gedir.  Təhkiyə  zamanı  söyləyici  dinləyicini 
nağılı  sonadək  dinləməyə  məcbur etmək  deyil,  onlann  marağını 
artırmaq,  həvəsləndirmək  məqsədilə  tez-tez  sözügedən  formula 
əl  atır.  Məsələn,  “O  getdi,  getdi,  bütün  dünyanı,  padşahlığı 
dolaşdı,  Allah  bizi  qorusun,  nağıl  irəlidə  daha  maraqlıdır...” 
(121,92).
N.Roşiyanu xarici medial  formulları üç növə bölür:
1.  Dinləyicilərin  diqqətini  cəlb  etmək  üçün  onlarda  maraq 
oyadan formullar;
2. Dinləyicilərin diqqətini yoxlamaq üçün formullar;
3. Keçid formulları (121, 92).
1. 
Dinləyicilərin diqqətini  cəlb edərək onlarda maraq oyadan 
formul  söyləyicinin  nağılın  daha  gözəl  və  maraqlı  “hadisələrlə” 
davam edəcəyini xəbər verən an başlayır.  Bu zaman “gedər”, “ba­
xar”,  “görər” kimi  feillərdən istifadə olunur.  Buna Azərbaycan və 
Türkiyə xalq nağıllarına nisbətən  Avropa və rus xalq nağıllarında 
çox  rast  gəlinir.  Məsələn,  “Bu  nağıl  deyil,  nağıla  girişdir,  nağıl 
hələ  qabaqdadır...”,  “Ağlama,  sızlama,  bu  dərd  deyil,  dərd  hələ 
qabaqdadır...”  (121,  93).  Türkiyə  tədqiqatçısı  Ebru  Şenocak 
hesab  edir  ki,  dinləyicilərin  diqqətini  cəlb  etmək  üçün  Türkiyə 
söyləyiciləri  “Gider  bakar  ki  çadırın  yerinde  kimse  yokdur”,
54
“Bakar  ki  her  kes  eylenmekde,  ziyafetler  verilmekdedir,  “Bakar 
ki  oğlu  eşikde  düşmüş  bayğındır”,  “Kolunu  açıb  gösterir  ki  her 
nereye  tutmuşsa orasını  simsiyah  etmiş”  (97,  96)  formullarından 
istifadə  edirlər.  Formullara  əlavə  olunan  əl  göstərişləri  və  mimik 
hərəkətlər  də  onlara  rəngarənglik  gətirir.  Türkiyənin  fərqli  böl­
gələrindən toplanan nağıllarda bu qəbildən olan maraqlı formullar 
çoxdur.  Məsələn,  “Bu  geceki  masal  da  burda  biter;  biter  ama 
doğrusunu  ararsanız  ne  bittigi  var,  ne  bitecegi  var...”  (84,  184); 
“Sonra  neylemişler,  netmişler,  orasını  o  kadar  bilmiyorum  ama” 
(84,  108);  “Şimdi  sözü  uzatıp  da  ne  biz  günaha  girelim,  ne  de 
sizin  başınızı  ağrıtalım”  (84,  118).  Azərbaycan  nağıllarında  din­
ləyicilərin  diqqətini  çəkmək  üçün  tətbiq  olunan  bu  tip  epik  for­
mullar  Türkiyədən  toplanmış  nağıllardan  fərqlidir  və  kəmiyyət 
etibarı ilə çox toplanıb. Məsələn, “Qız gəldi, o yerdə Şah Abbasın 
imarətinin  şəklini  çəkdi.  Nağıl  dili  yüyürək  olar...”  (74,  192); 
“Dedi,  otur  burada  mən  söhbətimi  eləyim.  Dedi,  bu  gördüyün 
ağac balaca bir ağac idi, mənim də cavan vaxtım idi...” (74,  196); 
“Odunçunun arvadı  haçandan haçana özünə  gəlib,  gözlərini  açdı, 
gördü  ki,  balaca  bir  otaqdı.  Tez  durdu  ayağa  qaçsın,  gördü  ki, 
burada bir qapı  var.  Sındırıb qapını  girdi  içəri,  gördü ki,  burada o 
qədər arvad var ki, gəl görəsən” (31, 32) və s.
Folklor  nəzəriyyəçiləri  Azərbaycan  və  Türkiyə  nağılların­
dan  nümunə  gətirilən  bu  m üxtəlif məzmunlu  ifadə  və  cümlələri 
formul  hesab  edirlər,  çünki  onlar  əyani  təsvirlə  əlaqəli  olaraq 
dinləyicilərin  diqqətini  nağıla  cəlb  etmək  məqsədini  daşıyır, 
təkrar olunur və  forma etibarı  ilə xarici təhkiyə formullarına da­
xil  olur.  Ümumiyyətlə,  məzmunca daha uzun  nağıllarda rast  gə­
linən bu tip ifadələr çox  zaman  şifahi  nitqdən  yazıya alınmadığı 
üçün  onların  aşkarlanması  çətindir.  Çünki  dinləyicinin  əlində 
mexaniki  və  soyuq  bir  vasitədən  başqa  bir  şey  olmayan  yazı 
təhkiyə  incəliklərini  oxucuya və  araşdırıcıya qədər gətirə bilmir. 
Həmçinin  Azərbaycan  və  Türkiyə  nağıllarında  bu  funksiyanı 
haqqında  əvvəldə  danışdığımız  ritmik  söz  oyunları  və  ya  qara­
vəllilər də yerinə yetirir.
55


Bunlarla  bərabər,  bu  formulun  əsas  funksiyası  söyləyicinin 
fəsahətli  söz və ifadələrilə,  xüsusi  intonasiya ilə  deyilmiş bənzət­
mələrlə,  deyimlərlə,  kəlamlarla,  bəzən  də  atalar  sözləri  və 
tapmacalarla,  alqışlarla,  qarğışlarla  dinləyicilərin  diqqətini  cəlb 
etməkdir.  Sözügedən  folklor  nümunələri  də  ənənəvi  formulların 
funksiyalarını  yerinə  yetirirlər.  Bu  tip  ifadələrlə  olduqca  zəngin 
olan  Azərbaycan  və  Türkiyə  nağılları  oxşar  və  fərqli  cəhətlərə 
malikdir.  Məsələn, 
Paççah,  taxtın  tarac  olsun,  yəhərin  qatman 
dolsun,  nə  yatırsan?”  (36,  75);  “Ölən  elə  ölən  yerdə  qalar”  (36, 
282);  “İspin  şah  gəldi  gördü,  lələ  köçüb  yurd  ağlayır,  dönüb 
dönüb  bir  də  ağlayır.  Qız  nədi  zad  nədi.  Təzədənnən  bir  başına, 
bir döşünə vurdu, bu da ağzım  çöyürdü bir bərri biyabana...” (74, 
130),  “Sabah  açıldı,  xeyirli  sabahlar  açılsın  üzünüzə”  (37,  228), 
“Deyirlər,  bir  dərdli  adam  yatmaz  bir  də  dəmli.  Ondan  qalan 
hamısı  yatar.  Bunlar belə fikir eyləyib başladılar şəhəri  gəzməyə” 
(37,240), “O vaxt tacirlər cürbəcür olurdular.  Sana haradan xəbər 
verim,  bu  vəzirdən.  Vəzir  geri  ha  qayıdan  deyildi.  Atı  satdı. 
Dadanmış ağız, öyrənmiş boğaz,  indi də yoxsulluq.  Birtəhər gəlib 
çıxdı  yeddi  yol  ayrıcına”  (74,  63),  “Asta  qaçana  göy  imam 
qənimdi”  (74,  62);  “İnsan  bir  sevinəndə,  bir  də  dərddən  ağlayır. 
İnsan  ya  gərək  gülə  boşala,  ya  da  ağlaya boşala.  Bunlar  ağlayıb 
sakitləşdilər”  (74,  124),  “Qızla vəzir  gecənin  bir yarısı  başladılar 
qaçmağa. Di qaçaqaç, asta qaçana göy imam qənimdi” (74,62).
Sadalanan  formullar  söyləyicinin  və  bölgənin  xarakterindən 
asılı  olaraq,  Azərbaycan  və  Türkiyə  nağıllarında  fərqli  səslənir. 
Türkiyə  xalq  nağılları  da  dinləyicilərin  diqqətini  cəlb  edərək 
onlarda  maraq  oyatmaq  üçün  özünəməxsus  atalar  sözləri  və 
məsəllər  ilə  zəngindir:  “Tanrının  öldürmediyini  kul  öldüremez” 
(86,  8);  “Allah  insanın  kavline  göre  vermez,  kalbine  göre  verir! 
Neyse  inek gitmiş, kız gitmiş,  duman gitmiş,  toz gitmiş, derken o 
yemlik  yeşillik  yere  gitmiş”  (84,  7).  Bu  cür  deyimlər  keçid  for­
mulları  ilə  birləşərkən  qarışıq  təhkiyə  formulu  əmələ  gəlir. 
Yaxud,  “Ama ne  diye  başınızı  ağntayım,  varsın,  varsın  bir az da 
bu  dizip  koşmalar  eksik  olsun;  yok  başınızı  şişirtmezsem  şu
56
kadarcığı  kulağmızda  kalsın...”  (84,  165);  “Kor  baklanm  kor 
ahçısı  olur derler,  ya varlıklı bir коса bulup  evlenmiş”  (86,  207); 
“Doğduğun  yerde  değil,  doyduğun  yerde,  demişler”  (86,  331). 
Sadalanan  deyimlərə  Azərbaycan  nağıllarında  rast  gəlməsək  də, 
xalq  arasında  oxşar  variantları  səslənməkdədir.  Azərbaycan 
nağıllarının  m üxtəlif  yerlərində  söyləyicilər  “xəbər  verim  sənə 
kimdən”,  “al  xəbəri”,  “qəzayi-rəbbani”,  “xahi-naxahi”,  “belə 
deyirlər ki”,  “yeri  gəlmişkən”,  “bəli,  baş  ağnsı  olmasın”,  “qərəz 
nə  deyim”,  “xülasə”,  “əlqərəz”,  “müxtəsər,  kəlam”,  “bəli,  vaxt 
oldu ki”, “bir  gün  bir  gecə tamam”,  “bir  gün belə,  beş  gün belə” 
və başqa ifadə və cümlələrdən də tez-tez istifadə edirlər.  Məsələn, 
“Müxtəsər,  şahzadə  oğlannan  əvvəl  görüşdükləri  yerə  gəlirlər” 
(31,  122);  “Bir gün  belə,  beş  gün belə,  axırda padşahın oğlu  fikir 
eləyir  ki,  nə  vaxta  kimi  bu  oğlan  qazanıb  gətirəcək...”  (31,  84); 
“Qərəz,  Şahzadə  Mütalib  gəlib çıxdı  lap  böyük xalasının yanına” 
(31,  178);  “Bəli,  baş  ağnsı  olmasın,  bu  da  onlara  qoşulub  altı 
adam yola düşdülər....” (33,  165).  Sonuncu formula oxşar “Masalı 
fazla uzatıp baş ağntmayalım...” (86,  12) formulundan məzmunca 
uzun  olan  Türkiyə  nağıllannda  da  dinləyiciləri  yormamaq  və 
onların diqqətini çəkmək məqsədilə istifadə olunur. Türkiyə nağıl 
söyləyiciləri  həmçinin  fasilə  vermək və  diqqəti  cəlb  etmək məq­
sədilə  oxşar  “ne  ise”,  “böyle”,  “işte”  ara  sözlərindən,  bəzən  isə 
nəzmə  çəkilmiş  sözlərdən  yararlanırlar.  Məsələn,  “Işte,  kuş  cı- 
vıltılan  ve  gözün  alabildiyinə  bir  çeşit  çiçek  kokulan  və  gözün 
alabildigine uzanan yeşillikler arasında yaşayan bu mutlu ailenin, 
bir  gün topac  gibi  bir oğlu  olmuş” (99,  98),  “Ne  ise  ...  Yolculuk 
hazırlığına  başlanmış”  (99,  105),  “Neyse,  varsın  o  yalan  üstüne 
yalan  dizip koşadursun,  gelin biz öteki  yüzden verelim”  (84,  13); 
“Ne  ise  gündüz  geçer,  akşam  erer,  el  ayak  çekilip  sular  karann- 
ca...”  (84,  149).  Qəhrəmanın diliylə  vaxtı tez ötürmək üçün  olay­
lara  aidiyyəti  olmayan  ritmik  söz  oyununu  söyləməklə  söyləyici 
nağılı cəlbedici etmək və diqqəti cəlb etmək istəyir:
“Pazar ballandı 
Pazartesi yollandı.
57


Salı sallandı.
Çarşamba çarşaflandı 
Perşembe hanım 
Cuma canım
Cumartesi baş düşmanım.” (86,  78-79).
“Ya  de'vlet  başa,  ya  quzğun  leşe”  (84,  33)  məsəlinin  Azər­
baycan nağıllarında oxşar  variantına rast  gəlməsək  də,  folkloru­
muzda  işləndiyi  bəllidir.  Həmçinin  “Az  aşım,  ağrımaz  başım” 
deyiminin  oxşar  variantı  Türkiyə  nağıllarında  tez  tez  işlənir: 
“Kayğusuz  aşım,  ağrısız  başım”  (84,  82),  yaxud,  “Kayğusuz 
başım, ağrısız dişim” (84,121).
Bu  qəbildən  olan  epik  formullara  müxtəlif əşyalar,  canlı  və 
mücərrəd məfhumlar haqqında  şişirdilmiş  bədii  təsvir vasitələrini 
də aid etmək olar. Məsələn, “yeddi iqlim dörd bucaqda tanmır” və 
ya “ruzigarın gözü belə şey görməmişdi” formulları eynilə hər iki 
xalqın nağıllarında təsadüf olunur:  “Günlerce  süren hazırlıklardan 
sonra padişah küçük kızına öyle  bir  düyün  yapmış  ki,  yedi  iklim 
dört  bucakda  dillere  destan  olmuş”  (99,  97);  “Bu  tacirin  van 
dövləti, necə  deyərlər, yer batınrdı” (31, 247);  “Bir cəngi-məğlu- 
bə oldu ki,  ruzigann  gözü belə  şey  görməmişdi” (31,  143).  Bura­
ya  Azərbaycan  nağıllannda  rast  gəlinməyən  iki  maraqlı  nümunə 
də  daxildir:  “Boşa koymuş,  dolmamış,  doluya  koymuş  almamış” 
(84,  42);  “Hele  o  gece  öyle  bir  dügün  yaparlar,  öyle  bir  dügün 
yaparlar  ki,  bunu da akıllar almaz,  kambur  felek  bir yana,  dünya 
bile bir yaşma daha  girer”  (84,  236).  Bu  qəbildən olan heyrəti  və 
təəccübü  bildirən  fərqli  məzmunlu  formullar  Azərbaycan  nağıl- 
lannda da mövcuddur:  “Siman da tez atıb gürzə, bir nərə çəkdi ki, 
nərəsindən  göydə  quş  qanad  saldı”  (31,  57);  “Siman  çəkib qılın­
cın  bir  nərə  çəkdi  ki,  quş  göydə  qorxusundan  qanad  saldı”  (31, 
61);  “Quş  quşluğu  ilə  Qoquzun  adını  eşidəndə  göydə  qanad 
salarmış” (31, 214); “At iki  əlləri  üstündə qalxdı  göyə, ucadan bir 
kişnədi,  elə  götürüldü  ki,  elə  bil  ox  yayından  çıxıb,  bir  göz 
qırpımında gözdən itdi”  (31,  352);  “Mənə  elə  bir qamçı  çəkərsən 
ki,  yeddi  qat  qarnımın  altından  gön  qalxar.  Yeddi  qat  da  sənin
58
ayağının”  (74,  153);  “Bir  qışqırıq  qopdu  ki,  elə  bil  ki,  yerin  gö­
bəyi çatlayır” (31,  123). Azərbaycan xalq nağıllannda çox istifadə 
olunan  yuxandakı  ənənəvi  formullann  demək  olar  ki,  Türkiyə 
nağıllannda variantlanna rast gəlinmir.
Dinləyicilərin  diqqətini  cəlb  etməkdən  ötrü  işlənən  medial 
ifadələr  arasında  daha  çox  sual-nida  formulu  xüsusi  yer  tutur. 
Xalq nağıllarında çox istifadə olunan bu formul da dinləyicilərin 
diqqətini  cəlb  etmək  üçün  tətbiq  olunur.  Sual-nida  formulunun 
iştirakı  nəsrə  müəyyən  canlılıq  verir  və  bu  söyləyicinin  üslubu­
nun  ekspressivliyindən  xəbər  verir.  Bu  mənada  nağılçı  sanki 
yeknəsəklikdən qaçmaq üçün məzmundan irəli  gələn özünəməx­
sus fərqli dialoqlardan yararlanır.  Məsələn:
“Şah dedi: -Toyum uz tutulsunmu?
Qız dedi: -T o y  nədi, zad nədi?
Dedi: -  Niyə?
Dedi: -  Mənim nəyim gəlib ki, toyumuzu başlayaq?
Dedi:  -   Mənim  pişiyimlə,  piyaləm.  Piyaləm  diringi  çalır, 
pişiyim oynayır.
Dedi: -  Bə onu kim gətirəcək?
Dedi: -  Məni  gətirən oğlan!” (74,  158);
’’Pabuçun  teki  havuza  düşünce  bende  ötekini  kaldırıp  dere- 
ye attım!
-  Dere ne oldu?
-  Öküzün biri  içdi!
-  Öküz ne oldu?
-D ağ ak açd ı!
-  Dağ ne oldu?
-  Yandı bitti kül oldu!” (84,  18) və s.
Qeyd edək  ki,  bu dialoqlar bütün nağıllarda rast  gəlinmədi­
yindən onları ənənəvi formul hesab etməmək də olar.  Ancaq for­
ma etibarı  ilə  oxşar olan  bu tip  ritmik dialoqlar bütün nağıllarda 
rast  gəlinir.  Növbəti  yarımbaşlıqda  daxili  təhkiyə  (medial)  for­
mullarının  içərisində  araşdırılacaq  bu tip  ifadələrdə  xalqların  öz 
milli  dəyərləri  və  söyləyicilərin  həyat  tərzi  və  dünyagörüşünün
59


nəzərə  alındığı  aydın  görünəcək.  Onlar  məhz  dialoq-formullar­
dır.
Xarici təhkiyə  (medial) formuluna qəhrəmanın fəaliyyəti  ilə 
xaricən bağlı olan formulları da əlavə etmək olar.  Həm Azərbay­
can,  həm  də Türkiyə  xalq  nağılları  bu tip  oxşar formullarla zən­
gindir:  “Hatəm çəkib çarığın dabanını,  qırıb yerin amanını,  günə 
bir mənzil,  teyyi  mənazil,  nağıllarda mənzil  olmaz.  Az getdi,  üz 
getdi,  dərə-təpə düz getdi,  bir neçə  gündən  sonra gəldi  çıxdı  hə­
min dərvişin nişan verdiyi  yerə”  (38,  25);  “Mələk xanım yayılıb 
atın belinə,  dərələrdən  sel  kimi,  təpələrdən yel kimi,  badeyi-sər- 
sər kimi, ayaq üzəngidə, diz qabırğada budu özünü yetirdi  öz şə­
hərin?” (37,  240);  “Dərələrdən yel  kimi, təpələrdən sel kimi,  ba- 
deyi-sərsər  kimi,  ayaq  üzəngidə,  diz  qabırğada,  piyadasm  piya­
da,  atlısın atlı, hamını qoyub yolda,  quşdan yeyin,  tazıdan yüyü­
rək,  neçə mənzil  yol  gedib, necə mənzil  eyləyib, axır gəlib  çatdı 
Rum şəhərində...”  (31,  281)  və  s.  “Az  gitti,  uz  gitti.  Bütün  gün 
yol  yürüdü!’  (85,  13);  “Az  gitmişler,  uz  gitmişler  dere  tepe  düz 
gitmişler.  Konarak,  göçerek,  lale  sünbül  biçerek,  tam  bir  güz 
gitmişler, bir şehre varmışlar” (98, 37); “Az gitmişler, üz gitmiş­
ler,  dere  tepe  düz  gitmişler.  Altı  ay  bir  güz  gitmişler.  Bir de  ar- 
kalarına  bakmışkar  ki,  bir  karışık  yol  gitmişler”  (98,  61);  “Az 
gitmiş  uz  gitmiş.  Dere  tepe  düz  gitmiş.  Konarak,  göçerek,  arpa 
buğday  biçerek  tam  bir  güz  gitmiş”  (98,  70);  “Az  gitmişler,  uz 
gitmişler.  Dere  tepe  dağ  aşmışlar...Güneş  tepeye  varmadan,  pa­
dişah  ülkesine  varmışlar”  (98,  133);  “Az  gider,  uz  gider,  ardı 
sıra  bir  bölücek  toz  gider”  (83,  14)  və  s.  Göründüyü  kimi, 
Azərbaycan və Türkiyə nağıllarının içərisində istifadə olunan bu 
ortaq  keçid  formulu  çox  geniş  yayılıb.  Formuldakı  az  və  üz 
sözləri  fikrimizcə,  eyni  sözlərdir.  Sadəcə  bədii  cəhətdən  gözəl 
səslənməsi  üçün  təkrarlanaraq,  ritmləşərək  bu  formanı  alıb. 
Q.Paşayev  “Az getdim,  üz  getdim,  dərə-təpə düz getdim”  ifadə­
sində  güclə  sezilə  bilən  bir  mənanın  olduğunu  bildirir:  “İraq 
Respublikasının  şimalında  yaşayan  və  Azərbaycan  dilində 
danışan  kərküklərin  dilində  işlənən  “az  olsun,  üz  olsun”  atalar
60
sözündə  arzu  edilir  ki,  qoy  bir  şey  az  olsun,  ancaq  yaxşı  olsun, 
keyfiyyətli  olsun,  haqqında  danışdığımız  ifadə  nağıllarda  da 
işlənərək  müsbət  qəhrəmanın  ünvanına  söylənilir.  Xalqın  öz 
qəhrəmanının  büdrəmədən,  yıxılmadan  getməsini  arzulaması 
şübhə doğurmur”  (53,  100).  Məsələn,  “Arzu  Qəmbər” nağılında 
sözügedən  formulun  variantı  belə  səslənir:  “He  burda,  he  orda, 
az  getti,  uz  getti,  yeristi  Acem  şahı  yanına”  (101,  273).  İ.Razu- 
mova söyləyir ki,  söz açdığımız formul  qəhrəmanın o biri xanlı­
ğa səyahəti  zamanı  tətbiq  olunur:  “Formul bu dünya ilə o  dünya 
arasında məkan  ayrılığını  göstərir,  yəni  iki  nağıl  dünyası  arasın­
da  sərhədi  əvəz  edir.  Oraya  yolun  uzunluğu  o  biri  dünyanın 
uzaqlığım göstərir” (122, 71).
Nağıl qəhrəmanlarının getdiyi uzaq və çətin yolu göstərən bu 
formullar  öz  bədii  funksiyasına  görə  başlanğıc  formulu  kimi 
hərəkətin  şərtiliyini  ifadə  edir,  personaj  qeyri-adi  yolla  qeyri-adi 
məkana  gedib  çıxır  (53,  101).  Bu  formulların  bir  qismində  isə 
nağıldakı  məkan  və  zamanın  qeyri-müəyyənliyinə,  şərtiliyinə  na­
ğılçının  özünün  münasibəti  də  əks  olunur:  “Dərələrdən  yel  kimi, 
təpələrdən  sel  kimi,  badeyi-sərsər kimi,  ha gedib,  hu gedib  yeddi 
aydan sonra gəlib çıxdı bir yerə” (31,  300); “Dərələrdən sel kimi, 
təpələrdən  yel  kimi,  badeyi-sərsər  kimi,  az  getdi,  üz  getdi,  dərə 
təpə  düz  getdi.  Orada  ayla,  illə,  burada  müxtəsər  dillə,  başladı, 
şəhərbəşəhər,  kəndbəkənd  soraqlaşıb  gəzməyə”  (33,  95);  “Çox 
getdi,  az  getdi,  orada  deyildim,  hesablayaydım,  axır  gəlib  çıxdı 
bir şəhərə” (24,  114);  “Nə  qədər yol  getdi,  deyə  bilmərəm,  ancaq 
axşam qaranlıq düşə-düşə tüstüyə yetişdi” (24,  135).
Azərbaycan  və  Türkiyə  nağıllarında  yolun  qısalığım  bildir­
mək  üçün  isə eyni  mənalı,  fərqli  səslənən “iynə  yarım” və “arpa 
boyu”  metaforik  ifadələrindən  istifadə  olunur:  “Az  gedib,  çox 
dayandı,  bulaqlardan  bir  oymaq  su  içib,  iynə  yarım  yol  gedən­
dən  sonra  özünü  çatdırdı  İsfahana”  (39,  118);  “Gide  gide  bir 
arpa  boyu  gidiyorlar.  Gidince  ileride  üç  ev görüyorlar” (81,  15); 
“Az gittik,  üz gittik dere tepe düz gittik.  Bir de  gönüp baktım bir 
arpa boyu yol  gitmişim” (81,  43);  Türkiyə  nağıllararmda bu for­
61


mulun  digər  fərqli  variantları  da  var:  “Az  gitdiler,  uz  gitdiler, 
Dönmüşler arkasma bakmışlar.  Bir harmanhk yer gitmişler” (85, 
236);  “Az gitmiş,  uz  gitmiş,  dere  tepe  düz  gitmiş,  bir de  bakmış 
ki, bir kanşcık yol gitmiş” (99,  30).
Bu  sıraya qəhrəmanın  yolu  neçə  günə  getdiyini  və  ya  uzaq 
yolu bir neçə  günə  başa vurduğunu  göstərən  formulları  da daxil 
etmək olar.  Məsələn,  “Yeddi  gün,  yeddi  gecə  yol  gedənnən  son­
ra gəlib  çıxdılar həmin yeddi  yolun  ayrıcına”  (27,  74);  “Beləlik­
lə,  tamam  qırx  gün,  qırx  gecə  yol  getdilər,  ta  ki,  gəlib  çıxdılar 
Gülüstani-İrəmin  sərhəddinə”  (25,  34);  “Bəli,  gəmi  düşdü 
dəryanın  içinə,  gecəni  günüzə  qatdı,  günüzü  gecəyə,  on  günlük 
yolu  bir  gündə  gedib  çatdı  bir  cəzirənin  kənarına”  (31,  328); 
“Bir  aylıq  yolu  iki  günə  gəlib  Rum  vilayətinə  çatdılar”  (32, 
349);  “Bu minvalla otuz doqquz  gün,  otuz  doqquz  gecə yol  get­
dilər” (33, 256) və s.  “Az gitmiş, uz gitmiş,  dere tepe düz gitmiş, 
üç  gün  üç  gece  yol  almış”  (98,  154);  “Hiç  vakit  kayb  etmeden 
yollara  düşmüş.  Her  bir  adımı  atmış  arşınmış.  Bunda  basmış, 
onda  bulunmuş.  Durmamış,  dinlememiş.  Yürümüş.  Üç  aylık 
yolu iki günde almış” (85, 29) və s.
Sözügedən formul  ifadələrində fərqli cəhətlər də nəzərə çar­
pır.  Azərbaycan  nağıllarında özünü  göstərən  “mənzil”  sözündən 
gedilən  yolun  ölçüsünü  göstərmək  üçün  istifadə  olunur:  ”Bəli, 
bunlar  yola  düşüb,  mənzilbəmənzil,  teyyi-mənazil,  gedib  Qaf 
dağma çıxdılar” (39,  55);  “Çəkib çarığın dabanın,  qırıb yerin da­
marın dərələrdən yel kimi, badeyi- sərsər kimi, acı biyanlıq, çox- 
çox  qamışlıq,  günə  bir  mənzil,  teyyi-mənazil,  gecəni  gündüzə 
qatıb  gündüzü  gecəyə...”  (36,  39);  “Günə  bir  mənzil,  təyyi-mə- 
nazil,  gecəni  günə  qatdı,  günü  gecəyə,  üç ay tamam  at  sürdü,  üç 
aym  tamamında  gəlib  bir  qalaçaya  çatdı”  (31,  95)  və  s.  Bəzən 
isə  “mənzil”  sözü  inkar  olunur.  Məsələn,  ”Bəli,  deyirlər  ki,  na­
ğıllarda mənzil  olmaz.  Ay  dolandı,  həftə keçdi,  doqquz ay,  doq­
quz  günün tamamında hər  iki  qardaşın arvadları  bari  həmillərini 
yerə  qoydular”  (34,  126);  “Az  gedib  çox  dayandı,  çox  gedib  az 
dayandı,  nağıllarda  mənzil  olmaz,  neçə  müddət  yol  gedib,  neçə
62
mənzil  gedib  axırda gəlib çatdı  Urum torpağına”  (31,  215).  Yal­
nız  Türkiyə nağıllarında təsadüf olunan təhkiyə  formulu isə “git 
gitmemin”,  “gide  git”,  “git  gitmemezmisin”,  “git  gitmemesin” 
və  ya “koş  koşmazmısm”  söz birləşmələrinin  təkrarından  əmələ 
gəlir:  “Bir  gün  oğlan  çıkar.  Git  gitmemin  git  gitmemin,  yolu  o 
taraflara  düşer”  (102,  17);  “Git  gitmezmisin,  git  gitmezmisin, 
Geceler  gündüz  olmuş,  gündüzler  de  gece.  Şahzade  bir  hafta 
sonra  dağı  aşmış,  yola  ulaşmış...”  (99,  53)  və  s.  Sözaçdığımız 
qəhrəmanın  fəaliyyəti  ilə  xaricən  bağlı  olan  formullardan  gedi- 
şatm dəyişilməsində  də  istifadə  etmək olar,  yəni  bu formul  yeni 
epizodun başlanılmasına  xidmət edir.  Bu  zaman  o  keçid formu­
lunun funksiyasını daşımış olur.
2. 
Dinləyicilərin  diqqətinin  yoxlanılması  üçün  formullara 
daha çox müasir dövrlərdə  yaranan nağıllarda rast gəlinir.  Bu da 
istedadlı  söyləyicinin  fantaziyasından,  improvizə  etmə  qabiliy­
yətindən asılıdır.  Müəyyən bir vaxtda söyləyici görür ki, dinləyi­
cilər  yorulub,  hətta  bəziləri  də  yatıb,  birdən  o  bir  söz,  replika 
deyir  və  dinləyicilər  də  başqa  sözlə  ona  cavab  verirlər.  Bu  for­
mula  daha çox  Avropa xalqlarının  nağıllarında müraciət edirlər. 
Məsələn,  Fransız  Breton  söyləyicisi  görür  ki,  dinləyicinin mara­
ğı zəifləyib, deyir. “Krik!” ona cavab verirlər.  “Krak!” (121, 94). 
“Danimarkada  və  İngiltərədə  ritmik  söz  oyunu  bitdikdən  sonra 
dinləyicilərin  “amma  da yalan”  deyə  qarşılıq  vermələri  adətdir. 
Cavab  alan  söyləyici  nağılına  davam  edir.  Əgər  cavab  replikası 
gecikirsə  və  ya heç  gəlmirsə,  bu  o  deməkdir ki,  dinləyicilər  çox 
yorulub və yatıblar.  Və nağılın nəqli başqa günə keçirilir.
N.Roşiyanuya  görə,  dinləyicilərin  diqqətinin  yoxlanılması 
üçün  istifadə olunan  formullar hərbçilər,  dənizçilər  arasında çox 
tətbiq  olunurdu.  Klassik  nağıllarda  isə  nadir  hallarda bu tip  for­
mullar  müşahidə  olunur.  Həmçinin  ola  bilsin  ki,  belə  formullar 
nağıllar  yazıya  almanda  gərəksiz  hesab  olunduğundan  qələmə 
alınmır.  Buna görə  də  Azərbaycan  və  Türkiyə  xalq  nağıllarında 
belə formullara təsadüf edilmir.
63


3. 
Dünya  xalqlarının  nağıllarında  xarici  təhkiyə  (medial) 
formulları  içərisində  ən  geniş  yayılam  keçid  formuludur.  Çünki 
onlar şifahi  xalq  nəsrinin  spesifik  cəhətidir.  Say  etibarilə  üstün­
lük  təşkil  edən  keçid  formulları  çox  rəngarəng  deyillər.  N.Roşi- 
yanuya  görə,  onlar  spesifik  kompozisiya  elementidir,  hadisənin 
məkanı dəyişiləndə,  yeni epizod başlayanda istifadə olunur.  Belə 
ki,  formul  iki  hissədən  ibarətdir:  bir  qayda  olaraq  “qoymaq’’, 
“tərk  etmək”  feili  və  “öyrənmək”  mənalı  “görmək”  feili  (121, 
95).  Yəni  bu  formul  bir  hadisədən,  əhvalatdan  digərinə  keçidə 
xidmət edir.  Bəzən isə  söyləyici  formulun  yalnız qəhrəmanın  iş­
tirak etdiyi ikinci hissəsini işlədir.
Azərbaycan  nağıllarında  əsasən  “bu  burada  qalsın”,  “bunlar 
burada  qalmaqda  olsun”,  “hansısa  situasiya  davam  etməkdə 
olsun”  formul  nümunələrinə  müraciət  olunur.  Bəzi  nümunələrdə 
isə  birincə  hissə  ilə  ikinci  hissə  arasında  “kimdən  və  ya  nədər 
xəbər  verim”  və  ya  “al  xəbəri  kimdən”  sualı  qoyulur.  Məsələn, 
“Keçəl  bazaman  getməkdə  olsun.  Sizə  beş  kəlmə  xəbər  verim 
lotubaşınnan”  (36,  37);  “Bunlar  toy  tədarükündə  olsunlar,  al 
xəbəri  kimdən,  Pəri  xanımın  atasından”  (24,  199),  “Kiçik qardaş 
qurbağa  ilə  bir  daxmada  məyus,  başı  aşağı  gününü  ah-vayla 
keçirməkdə olsun,  sizə xəbər verim padşahdan”  (27,  216-217)  və 
s.  Çox  vaxt  eyni  nağıl  mətnində  keçid  formulunun  cüzi  dəyişik­
liklə  bir  neçə  dəfə  işlənməsinə  təsadüf olunur.  Məsələn,  “Sehrli 
üzük”  nağılında  aşağıdakı  şəkillərdə  bu  formullar  işlənmişdir: 
“Bunları  burada  qoyax,  görək  keçəlin  başına  nə  gəldi”.  “Bunları 
burada  qoyaq,  sizə  xəbər  verək  padşahdan”;  “Keçəl  Hindistana 
çatmaqda  olsun,  sizə  kimdən  xəbər verim,  padşahdan”  (53,  101- 
102).  Sözügedən  formulun  başqa  epik  əsərlər,  xüsusən  də  das­
tanlar  üçün  də  xarakterik  olan  bu  variantı  da  var:  “Əhməd  Tacir 
belə xoş yaşamaqda olsun,  qulluğunuza hardan  ərz edim,  Əhməd 
Tacirin  qonaq  qaldığı  şahdan”  (55,  161).  Dinləyicilərin  diqqətini 
cəlb  etmək  məqsədi  daşıyan  xatırlatdığımız  “Sabah  üzünüzə 
xeyirliklə  açılsın”  alqış  xarakterli  formul  həm  də  zamanın  dəyi­
şilməsini,  yeni  epizodun  başlanmasını  göstərir:  “Sabah  üzünüzə
64
xeyirliklə  açılsın,  sabah  açıılanda  şah qocaya bir ovuc  qızıl  verdi 
ki, bazardan bizə lazım olan şeyləri al...” (55, 66- 67).
O.Əliyevin fikrincə, keçid formulları funksiyasına görə təh­
kiyədə üç cür işlənir: birincisi, bir epizodun başa çatması və yeni 
epizodun  başlanması  zamanı  keçid  formullarına  müraciət  olu­
nur, ikincisi, keçid formulu vasitəsilə yeni epizodun başa çatma­
sı  və  bir  daha  əvvəlki  epizoda  -   qəhrəmanın  həyatımn  əvvəlki 
tarixçəsinin  danışılmasına başlanılır,  üçüncüsü,  bu vasitənin kö­
məyi  ilə  nağılın  ümumi  məzmununa  uyğun  əlavə  bir  epizodun 
söylənilməsi  üçün zəmin yaradılır.  Və buna uyğun olaraq,  “İbra­
himin nağılı”nı  misal  gətirir.  Burada qəhrəmanın düşdüyü vəziy­
yətlə  bağlı  olaraq  epizodlar  biri-birini  əvəz  edir.  Buna  uyğun 
olaraq  keçid  formullarına tez-tez müraciət edilir və hadisələr bir 
süjet xətti ətrafında birləşdirilir (53,  102). Azərbaycan nağılında- 
kı  keçid  formulları  ilə  forma  və  məzmunca  eyni  olan  “nə  ise 
yapmaya dursun, biz gəlelim ötekilere,  yaxud, ’’bırakalım onları, 
biz  gelelim  ötekilere”  kimi  ifadə  olunan  keçid  formullarına 
Türkiyə  nağıllarında  çox  təsadüf  olunur:  “O,  kuyunun  içinde 
bekleye  dursun,  biz  gelelim  ötekilere”  (83,  66);  “Biz  bırakalım 
onları  kendi  hallerine,  gelelim küçük Şahzadeye” (83,  66);  “On­
lar gide dursunlar, biz gelelim Kaplan Adama” (98,105); “Onlar 
birlikte otura dursunlar, bakalım sarayde neler oluyor” (98,  140). 
Azərbaycan  nağıllarında  olduğu  kimi,  Türkiyə  nağıllarında  da 
bəzən  keçid  formulunun  qəhrəmanın  iştirak  etdiyi  ikinci  hissə­
sindən  istifadə  olunur.  Məsələn,  “Biz  gelelim  Acara”  (98,  57); 
“Biz gelelim ormandaki kıza” (98,  139) və s.
Keçid  formulunun  başqa  bir  variantı  əvvəldə  də  nəzərdən 
keçirtdiyimiz  zaman,  vaxt  məfhumlarının  bir-birini  əvəz  etməsi 
yolu ilə əmələ  gəlir.  Azərbaycan nağıllarında istifadə olunan be­
lə  formul  cümlələr aşağıdakılardır:  “bir gün belə,  beş  gün belə”, 
“otuz doqquz gün belə keçdi”, “az keçdi, çox keçdi”,  “ay keçdi”, 
”gün  keçdi,  ay  dolandı”,  “gecəni  gündüzə  qatdı,  gündüzü 
gecəyə,  on  günlük  yolu  bir  gündə  getdi”,  “gethaget  illər,  aylar 
gəldi hərləndi”,  “günlər,  aylar keçdi”,  “ay dolanır,  il keçir”.  Mə­
65


sələn,  “Bəli, günlər, aylar keçdi” (34,  292); “Ay dolanır,  il  keçir, 
kişi  canını  oğlanlarına  tapşırıb  ölür”  (34,  315);  “Ay  keçdi,  il 
keçdi,  devin  qəbrinin  üstündən  yeddi  gül  bitdi”  (36,  197);  “Bir 
gün  belə,  iki  gün  belə,  bir  ay  belə,  iki  ay  belə,  axırda  arvad  da, 
ana  da  durdular  üzünə”  (31,  248);  “Gethaget  illər,  aylar  gəldi 
hərləndi...”  (33,  104);  “Vaxt  keçdi,  gün  keçdi,  ay  dolandı.  Bir 
vaxtdan  sonra həmin  cavanlar məktəbi  qurtardılar”  (55,  164)  və 
s.  Türkiyə  nağıllarında  bunlara  bənzər  “gel  gün  git  gün”,  “ gel 
zaman,  git zaman”,  “gel  böyle,  git  böyle”,  “gün  geçtikce” keçid 
formullarından yararlanırlar.  Məsələn,  “Böğlece giinler, haftalar, 
aylar  bir  ruya  gibi  gelib  geçmiş”  (98,  204);  “Gel  zaman,  git 
zaman,  aradan geçmiş epey zaman” (99,  136);  “Gel  gün,  git  gün 
padişahın karısı gebeleşir” (100, 26) və s.
Bir  sözlə,  həm  Azərbaycan,  həm  də  Türkiyə  nağıllarında  ən 
maraqlı  və çox yayılan medial formullar epik ənənə üçün səciyyə­
vi  olan  məhz  zamarnn  tez  keçməsi  ilə  bağlı  olan  formullardır. 
Azərbaycan nağıllarında ən çox işlənən formul “Nağıl dili yüyürək 
olar”  və  ya  “Nağıllarda  vaxt  tez  başa  gəlir”  formuludur:  “Nağıl 
yüyrək olar” (74,  134);  “Nağıllarda vaxt tez başa gələr” (31,276); 
“Nağıl  dili  yüyürək  olar,  amma  iş  yüyürək  olmaz”  (33,  196).  Bu 
formulun  Qarabağ və  onun ətraf rayonlarının dilində eyni mənanı 
ifadə edən “Nağıl  atı  yüyrək  olar”  variantına rast gəlinir.  Türkiyə 
nağıllarına  isə  “Zaman  geçer,  günler  geçer”  (96,  32)  formulu 
xarakterikdir.  Yaxud,  “Zamanın  erken  geçmesini  istemiş.  Günleri 
ayları  iple  çekmiş.  Gün  gelmiş”  (86,  79);  “Günler  su  gibi  akmış. 
Aradan üç  yıl  geçmiş.”  (86,  421);  “Geceler  gündüzleri,  gündüzler 
geceleri  kovalamış,..  Ay  Güneşin,  Güneş  Ayın  peşinden  koş- 
muş...Günler  haftalarla,  haftalar  aylarla  el  ele  tutmuş  da  gene 
arabın  bulunduğu  yere  varamamışlar...”  (98,  112);  “Böylece, 
günler,  haftalar,  aylar  bir  rüya  gibi  gelib  geçmiş”  (98,  204); 
“Günler günleri, günler de haftalan doldurmuş” (99, 53); “Eh, gün 
olur,-yıl gibi geçer; yıl olur, yel gibi geçer” (84, 240);  “Yıl dediyin 
nedir ki!  Ay olur, gün sanırsın;  yıl  olur, dün sanırsın.  Bu yıl böyle 
geçer, yaylanın, yurdun çiçek açdığı aylar gelir.” (84, 245) və s.
66
Sözügedən keçid formullarına folklorda çox rast gəlinən na­
ğıl  qəhrəmanlarının  möcüzəli  şəkildə  tez böyüməsi  ilə  əlaqədar 
olan formullar da daxildir.  Bu tip formullar da hər iki xalqın na­
ğıllarında oxşardır:  “Sizə kimdən deyim, uşaxdan, uşax, nə uşax. 
Saatbasaat,  günbəgün  boy  atırdı.  Bir  aym  içində  üç  yaşında 
uşağa  dönmüşdü”  (27,  156);  “Bu  uşax  yekəldi,  bir  yaşınnan  iki 
yaşma, ikidən üçə,  belə-belə  gəldi çatdı yeddi yaşına” (36,  124); 
“Aradan  bir  az  zaman  geçer  masal  çocuğu  çabuk  büyür”  (96, 
166);  “Gel  zaman  git  zaman,  en küçükleri  birini  bitirmiş  ikisine 
basmış,  ortancıl  desen  yedisini  doldurmuş,  sekizine değmiş,  bö­
yüyün de yaşı varmış, on beşini ellemiş...” (84,  187).
Keçid  formulları  qrupuna  yalnız  Azərbaycan  nağıllarında 
rast  gəlinən  hamilə  qadınlara aid  olan  “doqquz  ay,  doqquz  gün, 
doqquz  gecədən  sonra  bari-həmlini  yerə  qoydu”,  “yükünü  yerə 
qoydu”  formullarını  da daxil  etmək  olar.  Məsələn,  “Bəli,  aradan 
doqquz ay, doqquz  gün, doqquz saat,  doqquz dəqiqə,  doqquz sa­
niyə  keçdi,  padşahın  arvadı  yükün  yerə  qoydu”  (31,  104-105); 
“Nisə  bir  vədə  gördü  ki,  heç  doqquz  ayı  tamam  olmamış  bari- 
həmlin qoyub yerə, bir oğlan doğdu” (31, 275) və s.
Deməli,  keçid  formulları  mühüm  kompozisiya  elementi 
olub əsasən, epizodları  bir süjet xətti ətrafında birləşdirməyə  kö­
mək  edən hazır ənənəvi  ifadələrdir.  Bu ənənəvi  ifadələrdən xalq 
nağılları  hadisələrə  uyğun  olaraq  yeri  gəldikcə  istifadə  edərək 
hadisələri  müəyyən  ardıcıllıqla  söyləməyə  nail  olur  və  təhkiyə­
nin təbiiliyi, maraqlılığı artırılır (53,  104).
Hər  iki  xalqın  şifahi  yaradıcılığında  xarici  medial  formul­
larla,  daha  dəqiq  desək,  keçid  formulları  ilə  əlaqədar  olan  bəzi 
ifadə və deyimlər (“yaxşı”,  “belə”, “yadımdan çıxmışdı, deyim”, 
“uzun sözün qısası”,  “işte böyle”) də epizodlar arasında işlədilir. 
Məsələn,  “Nəysə,  uzun  sözün  gödəyi,  axır  bu bilir  ki,  Allahnan 
bunun arasında bir əngəl var” (22, 301).
Sözaçılan  ifadə  və  deyimlərin  təsadüfi,  mexaniki  xarakter 
daşımadığını  demək,  daha  məqsədəuyğundur.  Çünki  onlann 
başlıca funksiyası fasilələri bildirmək, yorğunluğu aradan qaldır­
67


maq,  detallarım  yada  salmaq  və  ya  improvizə  etmək  və  s.  ola 
bilər.  Məsələn,  “Yadımdan  çıxmışdı,  deyim”  ifadəsi  daha  çox 
dəqiqləşdirmək  məqsədilə  işlədilir.  Bu  formula  az  rast  gəlinir, 
həm  də  bu  söyləyicinin  şifahi  nitqilə  sıx  bağlı  olduğu  üçün  çox 
zaman yazıya alınmır.
Bu  mənada  İ.Razumovamn  təbirincə,  nağıllar  üçün  birbaşa 
münasibət  və  dolayı  nitq  böyük  əhəmiyyət  daşıyır.  Nağıl  for­
mullarını  da bu əlamətlərə görə,  birbaşa (personajların söylədik­
ləri)  və  dolayı  nitq  (söyləyicilərin  danışığındakı)  formullarına 
bölmək  olar.  Bu  formullar  arasında  tam  sərhəd  mövcud  deyil. 
Keçid  formullarım  medial  formullardan  ayrı  araşdıran  İ.Razu- 
mova həm onu, həm də  başlanğıc və  sonluq  formullarını hər za­
man  dolayı  nitqə  aid  edir,  bir  çox  medial  formulları  isə  həm 
söyləyicinin nitqinə, həm də birbaşa nitqə aid edir (123, 20).
Beləliklə,  xarici  medial  formullara  daha  uzun  və  çoxsaylı 
epizod  və  detallardan  ibarət  sehrli  nağıllarda  çox  müraciət  olu­
nur.  Çünki  onların  köməyi  ilə  söyləyici  bir  epizoddan  digərinə 
keçid üçün zəmin yaradır.  Həmçinin nağıl  söyləyiciləri hadisələ­
ri  müəyyən  ardıcıllıqla  söyləməyə  nail  olur,  hadisələr,  epizodlar 
arasında əlaqə yaradılır.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin