Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova


Atalar sözləri və deyimlərdən ibarət sonluq formulları



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə12/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   8   9   10   11   12   13   14   15   ...   78
III  FƏSİL
SONLUQ FORMULLARI
Söylənilən hər bir əhvalatın,  hadisənin  başlanğıcı  olduğu ki­
mi,  sonu  da  olmalıdır.  Ədəbiyyatın  bütün  janrlarında  əsərlərin 
sonunda  hadisələri  yekunlaşdırmaq  üçün  müəyyən  qəliblərdən, 
ədəbi  qanunauyğunluqlardan  istifadə  edilir.  Ədəbiyyatın  özülü 
hesab  olunan  folklor  nümunələrində  də  qəliblənmiş  ifadələr  və 
ənənəvi  formullarla  hadisələrə  yekun  vurulur.  Bu  artıq  folkorşü- 
naslıqda qəbul  edilən  ənənəvi  dil  normasıdır.  Folklorşünas K.Və­
liyev  yazır:  “Folklor  dili  Azərbaycan  dilinin  əbədi  örnəyidir. 
Bizcə,  bədii  dil  üçün  də  bu  söz  gerçəkdir.  Nağıllanmızda,  atalar 
sözlərində, bayatılarda, dastanlanmızdakı dil sanki dil üstündə bir 
dildir.  Bu  dil  tutarlı  dildir,  yığcamdır,  sərrastdır,  ən başlıcası  isə 
bu  dilə  baxsan,  bu  dildə  danışan  xalqın  özünü,  düşüncə  tərzini, 
duyum yönünü aydın görərsən, hiss edərsən” (76, 208).
Şifahi  xalq  ədəbiyyatının  demək  olar  ki,  bütün janrlarında 
epik  əsərin  sonunda  ənənəvi-epik  formullardan  istifadə  olunur. 
Dastan  və  nağıl  janrında  isə  ənənəvi  formulların  dominantlığı 
daha  çox  özünü  göstərir.  Ənənəvi  sonluq  formullarının  əsas 
funksiyası  dinləyiciləri  həqiqət  dünyasına  gətirməkdir.  Burada 
söyləyicinin  təsvir  edilən  hadisələrə,  xeyir  və  ya  şər  qüvvələrə 
qarşı münasibəti də əks olunur. O.Əliyev qeyd edir ki, nağılın bu 
elementi  funksional  əhəmiyyətə  malikdir.  Birincisi,  sonluq  for­
mullarının  köməyi  ilə  təhkiyə  başa  çatdırılır,  nağılçı  söylənilən 
hadisələrə dinləyiciləri  inandırmağa çalışır.  İkincisi, əgər başlan­
ğıc  formulları  vasitəsilə  nağılçı  dinləyiciləri  real  aləmdən  fanta­
ziya  aləminə  aparırsa,  sonluq  formulları  dinləyiciləri  nağıl  alə­
mindən  real  aləmə  gətirmək  məqsədi  də  daşıyır  (53,  98).  Bir 
sözlə,  sonluq  formulları  ideya məzmununun  ifadəsində  əhəmiy­
yətli yer tutur, aydın şəkildə onu ümumiləşdirir.
Dünya  xalqlarının  nağıl  təhkiyəsində  baş  vermiş  əhvalatları 
yekunlaşdırmaq üçün özünəməxsus oxşar və fərqli sonluq formul-
105


lan  mövcuddur.  Ənənəvi  sonluq  formullan  digər  formullardan 
fərqli  olaraq,  müasir  söyləyicilərm  dilində  dayanıqlıq  göstərir. 
İ.Razumova hesab  edir  ki,  ənənəvi  sonluq  üçün  elə  bir  tipik  ele­
ment  yoxdur  ki,  hətta  son  illərin  nağıllannda  belə  rastlanmasm. 
Həmçinin  sonluq  formullan  başlanğıc  formullanndan  fərqli  ola­
raq,  daha  az  dərəcədə  deformasiyaya  uğrayır  (123,  121).  Ancaq 
sonluq  formullannda başlanğıc  formullannda olduğu kimi,  bu və 
ya başqa cür, birbaşa və ya dolayısı ilə söylənilən hadisələrin doğ­
ruluğuna təsdiq formulları ilə önəm vermək və ya inkar formullan 
ilə  nağılı  tam  uydurma  kimi  ixtisaslaşdırmaq  tendensiyası  möv­
cuddur.  Əsasən  nikbin nəticə,  xoş  əhval-ruhiyyə  göstərən  sonluq 
formullannda həqiqəti vurğulayan cəhətlər daha çoxdur.
Sonluq formullan digər  formullarla müqayisədə daha rənga­
rəng  və  çoxsaylıdır.  Bəzən  nağıl  söyləyiciləri  başlanğıc  formul­
lanndan  yararlanmırlar,  ancaq  sonluq  formullan  bütün nağıllarda 
iştirak  edir.  N.Roşiyanuya  görə,  sonluq  formullannın  tətbiqi 
müxtəlif formalarda ’’nəticə” çıxartmaq arzusu ilə izah olunur. Bu 
“nəticə”nin  mənası  süjetin  xarakterindən,  söyləyicidən,  auditori­
yadan  və  əlbəttə, xalqdan xalqa,  söyləyicidən  söyləyiciyə dəyişə­
rək keçən ənənənin intensivlik dərəcəsindən asılıdır (121,54).
Sonluq  formulları  digər  formullar kimi,  məzmunca  bir-bir­
lərinə  bənzəyir,  ancaq  formasına,  quruluşuna  görə  müxtəlifdir. 
Dünya  xalq  nağıllarının  sonluq  formullarının  forma  və  məz­
mununda bəzi  oxşar xüsusiyyətlər vardır.  Türk xalqlarının  nağıl 
təhkiyəsində isə bu formullar bəzi  istisnalar olmaqla, demək olar 
ki,  eynidir.  Sonluq  formullarını  da  dünyanın  bir  çox  xalqlarının 
nağıllarında  araşdıran  N.Roşiyanu  onların  özünəməxsus  mənası 
olan dörd elementini (P, A, D, B) ayırd edir:
1.  Söyləyicinin padşahın qonaqlığında, ziyafətdə iştirakı (P);
2.  Söyləyicinin  mümkün  (A)  və  ya  qeyri-  mümkün  (Av) 
fəaliyyəti;
3.  Söyləyicinin  hadisə  yerindən  dinləyicilərə  yönəlməsi
(D);
4.  Yönəlmənin məqsədi- nağılın izahı (B) (121, 55).
106
N.Roşiyanu  sonluq  formullarına  nağıl  söyləyicilərinİn  toy­
da  və  ya  qonaqlıqda  iştirakı  ilə bağlı  iki  elementi  də əlavə  edir: 
“C  -   söyləyici  hədiyyə  alır”  və  “R -   söyləyici  mükafat  istəyir” 
(121,  67,  72).  Bu  elementlərin  hamısı  bir-birilə  bağlı  və  biri 
digərindən asılıdır.
1. 
Sadalanan  formul  tiplərinin  oxşar və  fərqli  variantlarına 
Azərbaycan  və  Türkiyə  nağıllarının  əksəriyyətinin  sonunda rast 
gəlinir.  Sözügedən  qonaqlıq  isə  hər  iki  xalqın  nağıllannda 
adətən toy  şənliyindən ibarət  olur:  “Təzədən qırx  gün,  qırx  gecə 
toy eləyib öz muradlarına çatdılar.  Mən də orada idim, aş yedim, 
nə  əlim batdı,  nə  əlim daddı,  nə də qarnıma bir şey getdi.  Siz də 
eləcə  yeyin,  doyun!  Siz yüz  yaşayın,  mən də  iki  əlli.  Hansı  çox­
du,  siz  götürün!  Siz  sağ,  mən  də  salamat”  (37,  229);  “Təzədən 
toy  edib  başladılar  şadlıqla  gün keçirməyə”  (24,  31);  “Təzədən- 
nən  qırx  gün,  qırx  gecə  toy  elədi.  O  orda  şad  oldu,  qardaşoğlu, 
sən  də  burada  şad  oldun”  (74,  138);  “Burada  başladılar  toy 
eləməyə.  Yemək-içmək.  Onlar orada şad  oldular,  biz də burada” 
(74,  179);  “Düyünə  ben  de  davetliydim.  Giderken  yolda  ayağı­
ma  diken  batdı.  Topallamaya  başladım.  Bakdım  yol  uzun.  Geri 
evime döndüm” (85,  199);  “Padişah oğlunu damat yapmış, padi- 
şahlığı da ona vermiş.  Kırk gün kırk gece düğün yapıp evlenmiş- 
ler.  Oğlan  gardaşlarını  da  affetmiş,  onnara  bol  bol  para  vermiş. 
Oıınar  ermiş  muradına,  ben  de  geldim  meseli  annatmaya...” 
(102,  96);  “Kırk  gün,  kırk  gece  düğün  yapallar  murad  alıp 
murad veriller.  Ben da onnarı daha düğün bitmeden bırakdım, da 
geldim. Darısı sizin başınıza...” (102,  185) və s.
Göründüyü kimi, həm Azərbaycan, həm də Türkiyə nağılla­
rından gətirilən nümunələrdə toy mərasimləri  qırx gün qırx gecə, 
yeddi  gün  yeddi  gecə  və  ya  üç  gün,  üç  gecə  çəkir.  Bəzi  tarixi- 
etnoqrafık  araşdırmalardan  bilirik  ki,  həqiqətən  qədim  zaman­
larda  Şərq  xalqlarının  folklorunun,  ənənəsinin  bariz  göstəricisi 
olan toy  şənlikləri  bu qədər uzun  sürüb.  Tədricən  müəyyən bəlli 
səbəblərdən  toyun,  şənliklərin  zamanı  sonralar daralmış,  üç  gün 
olmuş,  hazırda  isə bir gün və bir neçə  saatadək azalmışdır.  Son­


luq  formulları  çox  zaman  xoşbəxt  yekunu  göstərir  və  toy  mə­
rasimi  ilə  yanaşı,  qəhrəmanın  gələcək  xoşbəxt  həyatına  eyham 
vurulur:  “O  gündən  bir  yerdə  yaşayıb,  xoş  ömür  sürməyə  baş­
ladılar”  (41, 45);  “Rüstəm də çox ədalətli padşah olub,  ömrünün 
axırma  kimi  Mələk  xanımla  ömür  sürməyə  başladı”  (31,  326); 
“Sonra padşah  Hindistan  padşahının  qızını  oğluna  alıb  qırx  gün 
qıx  gecə  toy  elətdirdi.  Öz  tacını  da  başından  götürüb  oğlunun 
başına  qoydu”  (34,  173);  “Mədəd,  arvadı,  qarını  da  yanlarında 
saxlayıb  xoş  güzəran  keçirdilər”  (34,  314);  “Böylece  mesut 
yaşamışlar.  Darısı  meseli  dinneyennerin  başına”  (102,  137); 
“Böylece  işler  bi  güzel  düzelmiş,  herkes  mutlu  olmuş.  Ben  da 
bırağçlım genneri da geldim size annadayım”  (102,  39) “Ağaclar 
yenə də  gül  açdı,  quşlar cəh-cəh vurub  oxumağa  başladılar.  Oğ­
lan qızı bağrına basıb öpdü.  Siz sağ, mən salamat” (45, 391).
2. 
Söyləyicinin nağılın sonunda təsvir etdiyi ziyafətdə iştirakı 
və  ya  baş  vermiş  olaylarla  bağlılığı  və  orada  hər  hansı  bir  hə­
rəkəti,  fəaliyyəti  Azərbaycan  və  Türkiyə  nağıllarında ya  açıq,  ya 
da  üstüörtülü  şəkildə  gəstərilir:  “Ondan  sonra  Abdul  qayıtdı  öz 
arvadının  yanma.  Söhbətini  elədi.  Arvad  şad  oldu,  kişi  də  şad 
oldu, siz də şad oldunuz, mən də şad oldum” (74, 82); “Məlik Du- 
çar başladı bu şəhərdə ədalətnən padşahlıq etməyə.  Onlar keyf çə­
kib yerə keçdilər,  siz də burada var olun”  (33,  52).  Bu ənənə for- 
mulsuz bitən nağıllarda da özünü göstərir:  “Deyirlər ki, o vaxtdan 
bir də heç vaxt o kəndə quldurlar hücum etmədilər” (41,108).
Türkiyə  nağıllarında  sadalananlardan  fərqli  olaraq  söyləyi­
cinin  qəhrəmanları  buraxıb  gəlmələrini  bildirdiyi  aşağıdakı  for­
mullar  mövcuddur:  “Qırx  gün,  qırx  gece  düğün  yapallar,  murat 
alıp  murat  veriller.  Ben  de  onnarı  daha  düğün  bitmeden  bırak- 
dım,  da  geldim.  Darısı  sizin  başınıza”  (102,  185);  “Çevrelerine, 
işte  onlardan  duyanlar  bizim  duyduqlarımıza  anlatmış,  biz  de 
size anlattık.  Siz de  gelecek kuşağa anlatır masaldakı özü yavru­
larımıza  işler,  daha  mutlu  ve  sevecen  bir  nesil  yetiştirmesine 
vesile  olursunuz  ve  hüzur  dolarsınız  diyelim  ve  sizlerle  başa 
bırakalım.  Darısı  tüm  sevenlerin  başına”  (81,  49);  “Yediler,
108
içdiler.  Ben  de  boş  durmadım.  Cebimdeki  kaşığımı  çıkarıp  rede 
pilav  yedim.  Doyunca,  ben  de  bırakdım  da  geldim”  (99,  312); 
“Düğünde  ben de  bulundum.  Kaçıp  yanınıza  geldim”  (85,  193); 
“Ben de oradaydım.  Kılıç  bana çarpmasın diye konağm pencere- 
sinden atlayıp kaçdım.  Yanınıza geldim” (86, 409).
Nağılların  sonunda nağılçının  ziyafətdə  iştirakı,  ondan son­
rakı  doğru və  yalan  hərəkətləri  Azərbaycan nağıllarında az təsa­
düf  olunur.  Bu  Türkiyə  nağıllarında  daha  geniş  təsvir  olunur: 
“Büyük  ziyafetler  çekildi.  Bizi  de  davet  etdiler.  Yedik,  içtik. 
Sizlere de bir sini dolusu yemek gönderdiler.  Yüklenip  sırtımıza, 
yola koyulduk.  Yolda karşımıza bir köpek çıkdı.
-  Nedir o, diye sordu.  Biz de:
-  Düğün yemeyidir.  Dostlarımıza götüreceğiz, dedik.
-  Ver ben yeyeyim,  dedi.
Köpek artık eksik söz söyledi.
-  Ben de  sahanın  kenarıyla köpeğe uyruğu vurdum.  Kuyru- 
ğu kopdu. Коса alıcının yanma düştü.
-  İnanmazsanız gidip bakın” (85, 92) və s.
Bəzən  isə  söyləyicinin  nağılla  heç  bir  əlaqəsinin  olmadığı, 
onun  söylədiyi  əhvalatların  iştirakçısı  olmadığı  üstüörtülü  və  ya 
üstüaçıq  şəkildə  bildirilir:  “O  gündən  onlar  cəh-cəlal  içində  ağ 
günlər keçirib,  ömür  sürməyə  başladılar”  (41,  31);  ”0   orda  şad 
oldu,  biz  də  burada  şad  olduq”  (74,  200);  “Qaytaranın  şərəfmə 
şadlıq  oldu,  yemək-içmək  oldu.  Onlar  orada  şad  oldular,  biz 
burada  şad  olduq”  (74,  235);  “Onlara  masal...  bizlərə  ömür...” 
(99,  162); “Onlara masal, bizlere sağlık...” (99,  139).
Bəllidir ki, əksər folklor janrlarında əsas qayə müsbət emosi­
yalar  aşılamaq,  tərbiyəvi,  ibrətamiz  nəticə  əxz  etməkdir.  Bütün 
dünya  xalqlarının,  o  cümlədən,  Azərbaycan  və  Türkiyə  xalqları­
nın  nağıllarından  nümunə  gətirilən  sonluq  formullarında  nağıl 
qəhrəmanlarının xoşbəxtliyə  qovuşmasını  izhar edən,  söyləyicilə- 
rin dinləyicilərə də xoş gün-güzəran,  sağlıqla bağlı nikbin arzulan 
bildirilir:  “Onlar  qalan  ömürlərini  birlikdə  xoşbəxt  yaşayıb  ömür 
sürdülər.  Onlar  mətləblərinə  çatdılar,  siz  də  bütün  arzulannıza
109


çatasınız” (41,  105);  “Oğlannan qız evlənib öz arzularına çatırlar. 
Siz də  muradınıza çatasınız”  (41,  216);  “ilyas nənəsini də yanma 
gətirib,  keyf-damağnan  ömür  sürüb,  gün  keçirdilər.  Siz  də  xoş 
günlər  görüb  ömür  sürəsiniz"  (40,  256);  “Onlara  masal,  bizlere 
sağlık” (98,138); “Onlara masal...bizlere ömür” (99,162); “Onla­
ra  kömür,  bizlere  ömür”  (99,  153);  “Onlar  ermiş  muratlarma. 
İnşallah  biz de  gideriz yanlarına”  (99,  238);  “Onlar da yedi,  içdi, 
muradına  yetişdi.  O  gün  olsun  ki,  olmayanlar  üçün  olsun”  (36, 
220);  “Onlar yeyib-içib  yerə  keçdilər,  siz də  yeyin-için,  sağ-sala­
mat olun” (37, 203);  “Oğlannan qız evlənib öz arzularına çatdılar. 
Siz  də  muradınıza  çatasınız”  (40,  216);  “Onlar  qalan  ömürlərim 
birlikdə  xoşbəxt  yaşayıb  ömür  sürdülər.  Onlar  mətləblərinə 
çatdılar,  siz  də  bütün  arzularınıza  çatasınız”  (41,  105);  “Halk 
yedi-içdi.  Onnara  duada  bulundu.  O  duaların  yüzü  suyu  hürme- 
tine  ömür  boyu  mutlu  yaşadılar”  (102,  30);  “Bunlar  da  ermiş 
muradına,  biz  çıkalım  kerevetine.  Gökden  üç  elma  daha  düşdü. 
Kimin ne muradı varsa onun başına” (84, 386) və s. Bundan sonra 
qəhrəmanlarla  nə  baş  verəcəyini  güman  etmək  olmur.  Bir  sözlə, 
yekun xoşbəxtlik nağıl zamanının sonunu bildirir.
3. 
Söyləyicinin  olayların  baş  verdiyi  yerdən  dinləyicilərə 
yönəlməsi  ənənəsi  də  məhz  dinləyicilərə  xoş  arzular diləmək və 
əhvalatları  bu  günlə  bağlamaq  məqsədilə  həyata  keçirilir.  Azər­
baycan və  Türkiyə nağıllarının  sonu üçün bu tip  formullar oxşar 
olsa  da,  variantlar  fərqlidir.  Belə  ki,  Azərbaycan  nağılları  üçün 
əsasən  “Onlar  yedi-içdi,  yerə  keçdi”  və  ya  “Onlar  yedi-içdi, 
dövrə keçdi”,  Türkiyə  nağılları  üçün  isə  daha çox  “Onlar eriyor 
muradına,  biz  çıkalım  dam  ardına,  tavan  arasına  və  ya  biz 
çıkalım  kerevetine”  formulları  xarakterikdir.  Məsələn,  “O  yedi 
işdi,  yerə  keçdi,  siz  də  addaym  dövrə  keçin.  Olar  mətləbinə 
çatdılar.  Allah hamım mətləbinə çatdırsın,  biz də onun biri” (37, 
52);  “Başladılar  özlərinə  qırx  gün,  qırx  gecə  toy  vurdular bütün 
fağır-fiiqəranm  tərəfində  olub,  camaatnan  yaxşı  rəftar  elədilər. 
Onlar  yeyib-içib  yerə  keçdilər.  Siz  də  yeyin  için,  muradınıza 
çatın”  (36,  26);  “Məlik  Cümşüd  qalır  burda,  öz  arzularına
110
çatıllar.  Siz  də  öz  arzunuza  çatasız”  (16,  130);  “Onnar  eriyor 
muradına,  biz  çıkalım  kerevedine”  (102,  181);  “Onlar  ermiş 
muradına,  biz  çıkıyoruz  dam  ardına”  (98,  73);  “Onlar  ermiş 
muradına,  biz  çıkalım  tavan  arasına”  (99,  36);  “Onlar  ermiş 
muradına,  biz  gidelim kapı  ardına”  (98,  233).  Türkiyənin yalnız 
Ərzurum bölgəsindən toplanan nağıllarda B.Seyidoğlu Azərbay­
can  nağıllarında  çox  rast  gəlinən  “onlar  yedilər,  yerə  keçdilər” 
formulunu  işlədir:  “Onlar  yer  içer  yerin  dibine  geçerler”  (96, 
273);  “Yerler  içerler  yerin  dibine  geçerler  biz  de  yeyip  içelim 
muradımıza geçelim” (96,  149).
Azərbaycan  nağıllarından  nümunə  gətirilən  yuxandakı  son­
luq formulları insanların həyatda yaşamının sonunda bu dünyadan 
o  dünyaya köçmələrinə  bir  işarə  ola  bilər.  Türkiyədən  toplanmış 
nağıllarda  isə  söylənilən  olaylarla  və  haqqında  danışılan  insan­
larla  dinləyicilərin  ayn-ayrı  məkanlarda  və  zamanlarda  olmaları 
nəzərə  çarpdırılır.  İnternet  səhifələrində  Şakir  Güldenin  müasir 
dövrdə toplayıb  nəşr etdirdiyi  Türkiyə  nağıllarında da  sözügedən 
sonluq  formulu  yada  salınır,  ardınca  isə  söyləyicinin  özünə  aid 
yorumlan  verilir:  “Onlar  ersin  muratlarma,  biz  çıkalım  kerevet- 
lerine...  Bu  masalı  kurarken  hep  insanların  koyduklan  kurallann 
nedenini düşünmeye çalıştım.  Sanırım kurallann çoğu, bir yönden 
insanlara karşı alınmış önlemlerden oluşuyor” (136).
Çox  zaman  sözügedən  sonluq  formullan  “göydən  üç  alma 
düşdü”  motivinin əlavə olunması  ilə inkişaf edir.  Bu cür sonluq­
lar  bir  çox  Şərq  xalqlarının,  daha  çox  Azərbaycan  və  Türkiyə 
nağılları  üçün  daha  çox  xarakterikdir.  Məsələn,  “Onlar  yeyib 
içib yerə keçib,  biz də yeyəy  içək, dövrə keçək.  Göydən üç  alma 
düşdü,  biri  mənim,  biri  nağıl  deyənin,  biri  də  dinləyənin”  (36, 
123);  “Göydən  üç  alma düşdü,  biri  nağıl  söyləyənin,  biri  nağıla 
qulaq  asanların,  biri  də  nağılı  yadında  saxlayanın”  (1,  113,); 
“Onlar yeyib-içib  yerə  keçdilər,  siz  də  yeyin  için,  ömür  sürün... 
Göydən  üç  alma  düşdü,  biri  mənim,  biri  sənin,  biri  də  bacadan 
baxanın”  (41,  65);  “Onlar  yedi  yerə  keçdilər,  siz  də  yeyin  xoş­
bəxt  olun.  Göydən  üç  alma  düşdü,  biri  mənim,  biri  nağıl  deyə­
111


nin,  o  bir  dənədən  nə  olacaq,  o  da  olsun  özümün”  (41,  85); 
“Göydə  üç  alma  düşdü.  Biri  baxt  quşunun,  biri  tikənçinin,  biri 
də  nağıl  söylüyənin”  (40,  268);  “Göydən üç  alma  düşdü,  üçü  də 
öz  ağzıma düşdü”  (34,  305);  “Gökden  üç  elma  düşdü.  Biri  yeni 
çife,  biri  meseli  annadana.  Biri  dinneyennere...”  (102,  34); 
“Gökden  üç  elma düşdü.  Birini  yedim  ben.  Birini  yedi  masalcı. 
Üçüncüyü  de  yedi  dinneyenner”  (102,  153);  “Gökden  üç  elma 
düştü.  Biri  söyleyene,  biri  dinleyene,  biri  yanımdakı  arkadaşa” 
(81,  21);  “Gökden  üç  elma  düşmüş.  Birisi  bana,  ikisi  de 
dinleyenlere.  Burada da masal bitmiş” (81,  73) və s.
Topladığı  nağılların  hamısını  göydən  almaların  düşməsi  ilə 
yekunlaşdıran  E.C.Güneyin  nağıllarında  bu  formulun  daha  ma­
raqlı  və  fərqli  nümunələrinə  rast  gəlmək  olar:  ’’Gökden üç  elma 
düştü.  Biri, bu masalı  dizip koşana;  biri,  okuyup  dinleyene, biri­
ni  okudum,  üfledim  insan  çocuğumun  ruhuna  bağışladım”  (84, 
169);  “Gayri karadı  köz, tükendi  söz;  gökden üç  elma daha düş­
dü  anasız  kuzulara  kol,  kanat  olanların  başına...”  (84,  185). 
Müəyyən  qədər  ənənəvi  fonddan  yararlanan  E.C.Güney  daha 
çox  öz  təxəyyülünün  bəhrəsi  olan  bu  formulları  nağılların  məz­
munu ilə bağlayır.
Sözügedən  formullarda  qədim  türk  inanc  sistemində  mü­
qəddəs  meyvə  sayılan  alma  payı  m üxtəlif şəkildə  bölüşdürülür, 
çox zaman isə  söyləyici birbaşa və ya dolayı yolla almaların ha­
mısının  özünə  qaldığını  zarafatla  vurğulayır.  Bu  formulun 
Azərbaycan nağıllarında daha çox və  müxtəlif variantları  işlənir: 
“Atasım  öldürüb  özü  padşah  oldu.  Həmin  vəziri  də  özünə  baş 
vəzir  elədi.  Göydən  üç  alma  düşdü,  biri  mənim,  biri  özümün, 
biri  də  nağıl deyənin.  Siz də yeyin,  mən də”  (37,  137);  “Göydən 
üş  alma  düşdü,  biri  mənim,  biri  özümün,  biri  də  nağıl  deyənin, 
tap  görüm  almalar  kimə  qaldı”  (38,  131);  “Göydən  üç  alma 
düşdü.  Biri  mənim,  biri  nağıl  deyənin,  biri  də  özümün.  Sən  sağ, 
mən  salamat.  Sən  yüz  yaşa,  mən  iki  əlli,  hansı  çoxdu,  onu  sən 
götür”  (39,  75);  “Onlar  yedi,  içdi,  yerə  keçdilər.  Siz  də  yeyin,
112
için,  kama  çatın.  Göydən  üç  alma  düşdü.  Biri  mənim,  biri  özü­
mün, biri də nağıl danışanın” (39, 285).
Türkiyə  nağıllarının  sonunda bu varianta az rast gəlinir, bu­
rada  daha  çox  almaların  yarıbayarı  bölünməsi  üstünlük  təşkil 
edir:  “Gökden üç  elma düşmüş.  Biri  bu masalı  yapana, biri  oku- 
yanlara.  Biri  de  bana”  (85,  245);  “Gökden üç  elma düşmüş;  biri 
bu  masalı  dizip,  koşana;  biri  okuyup  dinleyene;  birini  de  oku­
dum,  üfledim;  insan  çocuğumun  ruhuna  bağışladım”  (84,  112); 
“Gökden  üç  elma  düştü.  Biri  anlatanın,  biri  söyleyenin,  biri  de 
benim” (99,  8);  “Gökden  üç elma düştü.  İkisi sizin, birisi benim” 
(99,  29).  Sadalanan  formulları  nağılçının  yaradıcılığının  bəhrəsi 
də hesab etmək olar.  Ümumiyyətlə, Azərbaycan və Türkiyə epik 
ənənəsində  “alma”  meyvəsi  müqəddəs  hesab  olunur  və  onun 
vasitəsilə nakam arzuların həyata keçdiyinin şahidi oluruq.
“Bacı  və  qardaş”  adlı  Azərbaycan  nağılının  yekununda  al­
maların yerinə tağda  bitən üç  yemişdən söhbət açılır:  “Tağda üç 
yemiş  yetişdi.  Biri  sizin,  biri  bizim,  biri  onların.  Onlar yedilər, o 
yana  getdilər,  biz  yedik,  bu  yana  gəldik”  (39,  110).  Türkiyə  na­
ğıllarında isə bu varianta rast gəlinmir.
Bəzi nağılların  sonunda sözügedən formul  digər formullarla 
birləşərək,  mürəkkəb  tərkibli  sonluq  formulları  əmələ  gəlir. 
Məsələn,  “Vəzir,  vəkil,  bir  də  camaat pişvaz  edib,  qırx  gün qırx 
gecə  yeyib,  içib  şadlıq  elədilər.  Siz  də  yeyin,  için  muradınıza 
çatın.  Göydən  üç  alma  düşdü,  biri  mənim,  biri  özümün,  biri  də 
nağıl  deyənin.  Tap  görüm almalar kimə qaldı” (38,  131); “Məlik 
Əjdərə  burada qırx  gün,  qırx  gecə toy  elədilər.  Onlar yedilər ye­
rə  keçdilər,  siz  də  yeyin  dövrə  keçin.  Göydən  üç  alma  düşdü, 
biri  mənim,  biri  özümün,  biri  də nağıl  deyənin.  Siz sağ,  mən  sa­
lamat.  Siz yüz  yaşayın,  mən  iki  əlli” (41,  60);  “Onlar ermiş  mu­
radına,  darısı  herkesin  başına...  Gökden  üç  elma  düşdü.  Biri  be­
nim,  biri anlatanın,  biri  de  sizin...”  (98,  97);  ’’Keloğlanın  çal-ka- 
şık  edip  bu  cermet  yemeğıni  cennetlik  gövdeye  attıkdan  geri, 
gözleri  fal  taşı  gibi  açılır,  o  gün  Keloğlan  bir  başka  Keloğlan 
olur,  Gayri  ne  tuz,  ekmeğini  yedirir  ele,  ne  elin  yününü,  yuma­
113


ğını verir yele, hele kilimi, keçeyi  suya vermek  şöyle dursun,  bir 
daha yanınlıp,  şaşıp  da her  oyuna,  ayine  gelmez  öyle.  A na ağul 
yer,  içer,  muradına  köçer,  gökden  bir,  bir  daha  iki  elma  düşer 
Keloğlanın kabak başına!” (84,  143) və s.
Sonluq  formullarında  söyləyicilərin  hadisə  yerindən  d in ­
ləyicilərə  yönəlməsinin  məqsədi  nağılın  həqiqətən  söyləyicinin 
baş  vermiş  olaylarda iştirakını  və  özünün  təhkiyəsinin  sona y e t­
diyini  vurğulamaqdır.  Bu  formullar  söyləyicilərin  dinləyicilərə 
xoş  arzu  və  diləklərini  ifadə  edən  formulların  oxşar  variantları­
dır.  P.N.Boratav  “ 100  şoruda  türk  halk  edebiyyatı”  əsərində 
qeyd  edir:  “Nağılın  sonunda  söylənənlərin  ən  qısaları,  yəni  for­
mullar,  nağılın  ortaq  xüsusiyyətini  bildirmək  istəyirlər:  bütün 
macəraların hər kəsin könlündən keçən  xoşbəxt  bir  yekuna  gəl­
diyini  anlatmaq  və  hər  kəsə  eyni  xoşbəxtliyi  diləmək...  Onlar 
ermiş  muradına...”  misalında  olduğu  kimi”  (93,  77).  Məsələn, 
“Onlar yeyib k ef çəkdilər.  Siz də var olun” (37,  110); ’’Qırx gün, 
qırx  gecə  Əhmədlə  qızma  toy  elədilər,  şadyanalıq  keçirdilər. 
Onlar şad şalayın ömür sürüb dövran keçirdilər.  Sizin də kefiniz 
kök,  damağımz  sağ  olsun”  (38,  79);  “Burda bir toy  oldu ki,  gəl 
görəsən.  Mənim kimi  kasıb-kusub yesin,  içsin,  desin ki,  qurtara­
caq.  Onlar  orada  şad  oldular,  bunlar  da  burada”  (74,  52).  Bu 
özəllik  Türkiyə  nağıllarında  daha  çox  və  fərqli  şəkildə  yayılıb: 
“Onlar  ermiş  muradına,  darısı  hepimizin  başına...”  (99,  122); 
“Böylece mesut yaşamışlar.  Darısı meseli dinneyennerin başına” 
(102,  128);  “Şu  bey  oğlu  misali  çevreler  atmıyorlar  ama,  kırk 
güne  varmadan  şekerleri  ezilip,  şerbetleri  içiliyor.  Darısı  yurdu­
muzun  güzelleri  başma...”  (84,  80);  “Kırk  gün,  kırk  gece  düğün 
yapıb  evlenmişler.  Onnar  ermiş  muradına  Ben  de  bırağdım  da 
geldim  size nakledeyim” (102,  32);  “Yedilər, içdilər.  Ben de boş 
durmadım.  Cebimdeki  kaşığımı  çıkarıp  rede  pilav  yedim. 
Doyunca, ben de bırakdım da geldim” (99,  312); “Odunçu ikinci 
padişahın  kızma  bir  daha  gitmemiş.  Mutlu  mutlu  yaşamış.  Ben 
de bırakdım da geldim” (85, 360) və s.
114
Bəzən  nağılların  sonunda  N.Roşiyanunun  təqdim  etdiyi 
sonluq formullarının üçüncü və dördüncü morfoloji elementləri- 
söyləyirinin  fəaliyyəti  (A)  və  söyləyicinin  hadisə  yerindən  din­
ləyicilərə  yönəlməsi  (B)  və  bu formullarla P  elementi,  yəni  söy­
ləyicinin  ziyafətdə  iştirakı  birləşir.  Bu  zaman  mürəkkəb  tərkibli 
qarışıq  formul  nümunələri  yaranır.  Bu  Azərbaycan  və  Türkiyə 
nağıllarında  fərqli  variantlarda  ifadə  olunur.  Məsələn,  “Bundan 
sonra  Məlik  Düçar,  Pəri  xanımı,  bir  də  mehtər  Şabanı  götürüb 
gəldi  şəhərə.  Qırx gün,  qırx gecə toy elədi. Padşahın nə ki, tərəf­
darları  vardı,  hamısının  boynunu vurdurdu.  Məlik Düçar başladı 
bu  şəhərdə  ədalətnən  padşahlıq  etməyə.  Onlar  keyf çəkib  yerə 
keçdilər,  siz  də  burada  var  olun”  (38,  152);  “Çevrelerine,  işte 
onlardan  duyanlar  bizim  duyduqlarımıza  anlatmış,  biz  de  size 
anlattık.  Siz  de  gelecek  kuşağa anlatır  masaldakı  özu  yavruları­
mıza işler,  daha mutlu ve  sevecen bir nesil  yetişdirmesine vesile 
olursunuz  ve  huzur dolarsınız  diyelim  ve  sizlerle  baş  başa  bıra- 
kalım.  Darısı  tüm  sevenlerin  başına”  (81,  49);  “Kırk  gün  kırk 
gece  düğün  yapallar  murad  alıp  murad  verifier.  Ben  da  onnarı 
daha  düğün  bitmeden  bırakdım,  da  geldim.  Darısı  sizin  başını­
za...” (102,  185) v əs.
Beləliklə,  sonluq  formullarında həmçinin  əsas  məqsəd  söy­
ləyicinin  söhbət  açılan  hadisələrdə  iştirakının  doğruluğuna  və 
dinləyiciləri  olayların həqiqiliyinə  inandırmaqdır.  Bu tip  formul­
lar  Azərbaycan  və  Türkiyə  nağıllarında  özünəməxsus,  həm  ox­
şar,  həm  də  fərqli  şəkildə  ifadə  olunur:  “Mələk  xanım  Rüstəmi 
padşah  tikdi.  Rüstəm  də  çox  ədalətli  padşah  olub,  ömrünün 
axırına  kimi  Mələk  xanımla  ömür  sürməyə  başladı”  (99,  245); 
“Ərlə arvad çönüb baxanda qoca yox  oldu.  Onlar başladılar ora­
da  yaşamağa,  biz  də  burada”  (74,  37);  “Ondan  sonra Abdul  qa­
yıtdı  öz  arvadının  yanına.  Söhbətini  elədi.  Arvad  da  şad  oldu, 
kişi  də  şad  oldu,  siz  də  şad  oldunuz,  mən  də  şad  oldum”  (74, 
82);  “Onlar  ermiş  muradlarına,  biz  de  gideriz  yanlarına”  (99, 
238);  “Masal  bu ya...  İnsanlar o günden sonra mutlu yaşamışlar” 
(85,  275);  “A  canlarım  bıraktım  kötü  devi,  geldim  buldum  sizi
115


iyi” (85, 490). Bu formullarda oxşarlıq nağıl qəhrəmanlarının bu 
gündən  sonra  xoşbəxt,  şad  yaşamalarına  vurulan  eyhamdır. 
Fərqli  cəhət  isə  nagılm  məzmununun  nəticəsi  ilə  əlaqədar  olan 
ani  sonluq,  yəni  formulsuz  nəticədir:  “Sabahısı  gedib  bazardan 
bir nökər tutdu  gətirdi,  öz  əhvalatını  ona  deyəndən  sonra  öldü” 
(31,  265);  “Böylece  kötü  kalpliliklerinin  cezasını  almışlar, 
başlarını  önlerine  eğerek,  saraydan  çıkıp  gitmekten  başka  çare 
bulamamışlar”  (99, 77).
Bəzən  sözügedən  sonluq  formulları  söyləyicinin  istəyindən 
və  nağılın  məzmunundan  asılı  olaraq  məzəli  xarakter  daşıyır, 
bədahətən  deyilə  bilir.  Bu  uzun  təhkiyə  boyu  diqqətini  bir  yerə 
cəmləyən  dinləyicilərdə  yaranan  yorğunluğu  aradan  qaldırmaq 
məqsədi  ilə  deyilə  bilər.  Belə  sonluqlar  Türkiyə  nağıllarında 
çoxluq təşkil edir.  M.Gökçəoğlunun Kıbrısdan topladığı nağılla­
rın  sonluq  formulları  əsasən  bu  qəbildəndir.  Məsələn,  “Ondan 
sonrakı günleri hep birlikde mutlu geçirdiler.  Yediler içtiler.  Ben 
de  boş  durmadım.  Cebimdeki  kaşığımı  çıkarıp  zerde  pilav  ye­
dim.  Doyunca,  ben  de  bıraktım  da  geldim”  (85,  312);  “Ondan 
sonra  iyi  günləri  olmuş.  Ben  de  onların  yamndaydım.  Yolda 
gelirken  bana  bir tepsi  baklava verdiler.  Size  erken  gelmek  için 
çabuk çabuk koşunca yoruldum.  Dinlenmek için uyattım. Uyuya 
kaldım.  Bir  köpek  geldi.  Baklavaları  yedi”  (86,  427).  Azərbay­
can nağıllarında isə bu qəbildən olan formullar çox toplanmayıb: 
“Allahverdi xan, gördün ala bilməzsən? Mən ədalətsizlik eləmiş­
dim,  qızıl  vermişdim,  at  vermişdim.  Atı  da  sən  verdin,  çox  sag 
ol!”  (39,  277);  “Keçalnan  kosa  həmişə  söhbətlərində  bir-birinə 
heylə  dav  gəlillər.  Söhbət  burda  qurtarır.  Ordan  aynası  hara 
gedir,  nələr  olur,  məlumatım  yoxdur”  (22,  272).  Belə  sonluqlar 
qeyri-ənƏnəvi olduğundan formul sayılmaya bilər.
Bu tip nağıl  formulları  ən arxaik nağıl formulları hesab olu­
nur.  Belə  formullarda bəzən qəhrəmanların hətta bu günədək ya­
şamaları  bildirilir.  Bu  fikir  sonluq  formullarında  tez-tez  vurğu­
lanmır,  yəni  formullar  çox  zaman  üstüörtülü  şəkildə  qəhrəman­
ların hələ  həyatda olmalarını,  onların dinləyicilərin və söyləyici-
116
lərin  müasirləri  olduqlarını,  hadisələrin  bu  günlə  bağlılığını 
göstərir:  “Toydan  sonra  Qara  Qulaməli  yenə  öz  yolu  ilə  getdi. 
Şahzadə  Qəzənfəri  xalq  özünə  padşah  seçdi.  Qəzənfər  Şahbaz 
pəri ilə var- dövlət içində  ağ günlər keçirib ömür sürməyə başla­
dılar” (41, 42);  “Ərlə arvad çönüb baxanda qoca yox oldu.  Onlar 
başladılar orada yaşmağa,  biz də  burada”  (74,  37);  “Nağıl  tama­
ma yetdi,  camaat da durub evlərinə getdi” (34, 67); “Onlar orada 
şad oldu,  siz də kaldırıp,  davullar dövdürerek getirtmiş onu köy- 
den  ve  tamam  kırk  gün,  kirk  gece  toy,  düğün  edip  almış  oğlu­
na...  Onlar  yemiş,  içmiş,  muratlarına  geçmişler.  İşte  o  günden 
geri,  bu  dağın  adı  “Köse  dağı”,  köyün  adı  da  “Ese  köyü”  olup 
kalmış”  (84,  98);  “Herkes  karısmı  alıp,  yemiş,  içmiş,  muratlan- 
na  ermiş.  Şimdi  onlar  zevk  ve  sefalarında  olsunlar,  biz  gelelim 
kendi  işimize...  Gökden  üç  elma  düşdü.  Biri  anlatamn,  biri 
söyleyenin,  biri  de  benim...”  (99,  8);  “Kırk gün kırk  gece  düğün 
yapıp  oğlu  ile  Güneş  Kızını  evlendirmiş.  Hepsi  birlikde  mutlu 
yaşamaya  başlamışlar”  (99,  29);  “O  günden  sonra  saraya  bir 
daha  dönmemiş.  Torunlarmın  yanında  kalmış.  Onlarla  oyalanıp 
oynaşmış.  Kalan  ömrünü  kızının  yanında  geçirmiş.  Ben  de  bı- 
raktım da geldim” (86, 309).
E.Todoran hesab edir  ki,  bu tip  ifadələr onu  göstərir  ki,  na­
ğıl  qəhrəmanları  ölmür,  onlar  mifoloji  dünyagörüşə  əsasən  bü­
tün  yer  sakinləri  kimi  ölümsüzdürlər.  N.Roşiyanuya  görə,  bu 
fikri  nəzərdə saxlasaq, formul bir qayda olaraq,  daha bir elemen­
ti  əmələ  gətirir  (121,  76).  Nəticədə  iki  bir-birindən  asılı 
elementlərdən  ibarət formul  yaranır, beləliklə, nağıl  qəhrəmanla­
rının zamanda mövcudluğu adi  insanların real  yaşam müddəti  ilə 
uyğunlaşır.  Belə  formullar  dini  təfəkkürdən  irəli  gələrək,  insan­
ların  cismən  ölməsi,  ruhən  yaşaması  ilə  əlaqədar  ola  bilər.  Bu 
sonluqlar həmçinin  söyləyicilərin öz qəhrəmanlarına əbədi həyat 
arzu  etmələri,  onların  ölməzliyinə  inanmalarından  irəli  gələ  bi­
lər.  Sözügedən  fikirlər  sonluq  formulları  ilə  yanaşı,  başlanğıc 
formulları  sisteminə  də  daxil  olur.  Bu  formul  sistemlərində  hər 
bir təsdiq adətən birbaşa və dolayı yolla inkarla müşayiət olunur.
117


Beləliklə,  belə  formulların birinci  hissəsi  əsas  məqsədi  d in ­
ləyiciləri  təsvir olunan  hadisələrin doğruluğuna inandırmaq  olan 
təsdiq elementinə (V), ikinci hissəsi isə bu təsdiqi  şərtləndirərək, 
nəticədə onu absurda (V) gətirib çıxanr (121,  77).  Bəzən form u­
lun ikinci hissəsi  iştirak etmir,  çünki  burada nağıl  qəhrəmanları­
nın ölməzliyinin mümkünlüyünə inamsız yanaşılır.  Həmçinin bu  
söyləyicilərin hər şeyə “yuxarıdan”, ironiya ilə baxmaları ilə ə la ­
qədardır.  N.Roşiyanu  hesab  edir  ki,  məzəli  cəhətlər  qəhrəman­
ların “hələ ölməmələri”, nağılçının dinləyiciləri  gedib buna əm in 
olmaları  üçün  dəvət  etmələrini  göstərən  formullarda  çox  hiss 
olunur. Bu cür sonluq formulları Azərbaycan və Türkiyə nağılla­
rında  azlıq  təşkil  edir.  Məsələn,  “Büyük  ziyafetler  çekildi.  Bizi 
de  davet  etdiler.  Yedik  içdik.  Sizlere  de  bir  sini  dolusu  yemek 
gönderdiler. Yüklenip sırtımıza, yola koyulduk.  Yolda karşımıza 
bir köpekçi çıkdı.
-  Nedir o? diye sordu.  Biz de:
-  Dügün yemeyidir. Dostlarımıza götürecegiz, dedik.
-  Ver ben yiyeyim, ded.  Köpek artık söz söyledi.
-   Ben  de  sahamn  kenarıyla  köpeğe  uyruğu  vurdum. 
Kuyruğu kopdu.  К оса alıcın yanına düştü.
-  İnamazsanız gidip bakın...” (85, 92);
“Şimdi  kafası  gabak  mı  gabak...  İnanmazsan  git  da  bak” 
(102,  24).  Azərbaycan  nağıllarında  belə  formullar  qələmə  alın­
mayıb.  Çox zaman  söyləyicilər nağılın sonunda üstüörtülü şəkil­
də  dinləyiciləri  hadisələrin  doğruluğuna  inandırırlar.  Məsələn, 
“Məlik  Məhəmməd  qardaşlarını  tapdı.  Gəlib  Məlik  Cümşüdün 
arvadını  da  götürüb  öz vilayətlərinə  getdilər”  (37,  101);  “Deyir­
lər,  nə  qədər  ki  Nərbala  sağ  idi,  qorxudan  heç  kim  yoxsullara 
zülm  eləyə  bilmirdi”  (35,  302).  Sadaladığımız  ənənəvi  sonluq 
formulları  tədricən  maddi  sübut  kimi  öz  mənalarını  itirir,  onlar 
yalnız bədii  funksiyalarına görə istifadə olunurlar.
Sonluq  formullarının  digər  tipi  başlanğıc  formullarında  ol­
duğu  kimi,  qeyri-mümkün,  məzəli  situasiyalarla  qonaqlıqda  iş­
tirakın mümkünlüyünü,  nağılın  doğruluğunu inkar edir.  N.Roşi-
118
yanu Avropa və Asiyanın müxtəlif bölgələrindən toplanan nağıl­
lardan  belə  formulların  bir  neçəsini  sadalayır:  “Mən  də  orada 
idim,  soba üçün odunu şiş  ilə, suyu xəlbir ilə, zarafatları isə ved­
rə  ilə  daşıdım”;  “Mən  də  orada  idim,  odunları  toxa  ilə  yardım, 
suyu xəlbir ilə daşıdım, yumurtaları dırmıqla yığdım” və s.  (121, 
56).  Azərbaycan  və  Türkiyənin  ayrı-ayrı  bölgələrindən  toplan­
mış nağıllarda həm qonaqlıq məclisləri, həm də başqa durumlar­
la  əlaqədar  özünəməxsus  qeyri-real,  gülüş  doğuran  yekun  cüm­
lələr çoxlu saydadır.  Məsələn,  “İskəndərin anası oğlunun bu söz­
lərini  eşidənnən  sonra  düz  gəldi  evlərinə.  Burada  nağıl  tamam 
oldu, qazan aşla doldu, toxlar yedi, aclar doydu” (40,  143).
Yalnız  Türkiyə  nağıllarında  rast  gəlinən  söyləyicinin  ziya­
fətdən  geri  dönərkən  qurbağa  və  ya  itlə  rastlaşması  və  əlindəki- 
ləri  itirməsi  və dinləyicilərin  qarşısına boş əllə çıxması  bu qəbil­
dən olan formuldur.  Məsələn,  “Bana da bir sini  baklava verdiler. 
Yemedim.  Size  getirecekdim.  Aldım  siniyi.  Vurdum  omuzuma. 
Ortaköyün deresinin kenarından gecerken kurbağalar vırak vırak 
dediler.  Ben  de  bırak  bırak  anladım.  Ben  de  bırakdım  da  gel- 
dim”  (99,  129);  “Padişah  konuşa  dursun,  düğün  kırk  gün,  kırk 
gece  sürmüş.  Duyan  düğüne  koşmuş.  Ben  de  düğüne  gittim. 
Kısmetime bi  az patates kebabıyla fasulya salatası düşdü.  Allaha 
şükür olsun. Yedim doydum.  Son olarak da yoğurt tatlısıyla bak­
lava  getirdiler.  Aldım  tatlıları  size  getirmek  için  yola  çıkdım. 
Tam develerin yanından geçerken kurbağalar “vırak vırak” dedi­
ler.  Bende  “bırak  bırak”  sandım.  Baklava ve  yoğurt tatlısı  tepsi- 
lerini derenin kenanna bırakdım da geldim” (99, 269).
Ümumiyyətlə,  Azərbaycan  və  Türkiyə  nağıllarından  araş­
dırdığımız  ənənəvi  sonluq  formullarında  zarafat  və  ironiya  ilə 
deyilmiş  ifadələr,  məzəli  xarakterli  sözlər tez-tez iştirak edir.  Bu 
yolla  söyləyici  nağıl  dünyasını  “uçurur”.  Ancaq  belə  xüsusiy­
yətlər bütün təhkiyəyə  aid  edilmir.  Həmçinin bu  cəhət uzun təh­
kiyə zamanı diqqətini  bir yerə cəmləyən dinləyicilərin yorğunlu­
ğunu  aradan  qaldırmaq  məqsədi  daşıyır:  “Burda  nağıl  tamama 
yetdi.  Hamı durub evlərinə getdi.  Göydən üç alma düşdü,  üçü də
119


öz  ağzıma  düşdü”  (40,  230);  “Düğüne  ben  de  davetliydim.  Gi- 
derken  yolda  ayağıma  diken  battı.  Topallamaya  başladım.  Bak- 
dım yol uzun. Geri evime döndüm” (85,  199).
Söyləyicinin hədiyyə  almasını N.Roşiyanu sonluq formulla­
rına daxil olan yeni motiv (C) hesab edir və  İ.Kunoşun topladığı 
türk nağıllarından nümunə gətirir:  “Toy barədə  eşidəndə getdim, 
mənə  zəfəranlı  plov  verdilər.  Yolda  gedərkən  it  hürə-hürə  gəlib 
ayağımdan yapışdı.  Plovu əlimdən saldım və qaçmağa başladım, 
qarşıma siçan çıxdı.  O  ora-bura qaçanda haradansa bir ərəb pey­
da oldu.  O  qışqırdı:  “Tut  onu,  öldür!” -   siçan  isə  qorxudan  bur­
numa  girdi,  mən  asqırdım,  ərəb  isə  dedi:  ’’Allah  bəlanı  versin!” 
-  mənim boynuma vurdu: mənə elə gəldi,  gözlərim alnıma çıxdı. 
Əgər  toya tələssən,  bumuna  siçan  girər”  (121,  68).  Türk  xalqla­
rının nağıllarında üstünlük təşkil  edən bu motiv  folklor sirkulya­
siyası  nəticəsində  Balkan və  Şərqi  Avropa xalqlarının nağılları­
na da sirayət edib.  Əlbəttə,  sonluq formullarına daxil olan bu ye­
ni  cəhət  ciddi  qəbul  edilə  biləcək  “arqument”  daşımır.  Azərbay­
can  və  Türkiyə  nağılları  üçün xarakterik olan  “Göydən üç  alma 
düşdü”,  Azərbaycan  nağıllarında işlənən “Mən  yüz yaşayım,  siz 
iki  əlli,  hansı  çoxdu,  siz götürün,  yerdə  qalanı  mənim” və yalnız 
Türkiyə  nağıllarında  rast  gəlinən  söyləyicinin  ziyafətdən  geri 
dönərkın  aldığı  payı  itirməsi  və  dinləyicilərin  qarşısına boş  əllə 
çıxması  formulları məhz bu qəbildən olan sonluq formullarıdır.
V.Pomerantseva  hesab  edir  ki,  inkar  xüsusiyyətlərinin  xas 
olduğu  sehrli  nağılların  sonluq  formullarının  əsas  funksiyası  din­
ləyiciləri  nağılın  fantastik  dünyadan  real  dünyaya  yönəldilməsin­
dən  ibarətdir.  Əgər  başlanğıc  formullarla  söyləyici  təhkiyə  üçün, 
nağılın dinlənilməsi  üçün  müəyyən xoş  atmosfer  yaratmağa cəhd 
edirsə, sonluq formulları ilə bu atmosferi dağıdır (121, 57).
N.Roşiyanu  bu  halı  yaradıcı  xülyanın  bəhrəsi  kimi  nağılın 
öz  spesifik  xüsusiyyətindən  irəli  gələn  sonluq  formulunun  müt­
ləq qanunu olan qaydalara çevrildiyini  söyləyir.  Yəni  sözügedən 
C  elementi  (söyləyicinin  hədiyyə  alması)  digər  elementlərlə 
birgə  (A,  B,  D)  nağılların  qanunlarına tabe  olan  xalq  yaradıcıla-
120
nnm   təxəyyülünün  bəhrəsinin  bədii  üsuludur.  (121,  72).  Biz də 
hesab  edirik  ki,  söyləyici  ümumi  ənənəvi  qanunauyğunluqları 
əsas tutaraq öz  auditoriyasını əlində  saxlamaq istəyi  ilə nağıldan 
real  həyata  uyğun  nəticə  çıxartmaq  üçün  formullara  müəyyən 
elementlər daxil  edir.
N.Roşiyanu öz araşdırmasında sonluq formullarına xas olan 
R  elementini  (söyləyicinin  birbaşa  və  ya  dolayı  yolla  mükafat­
landırılması) xüsusi  qeyd edir.  Bu cəhət dünya xalqlarının nağıl­
larında  çoxluq  təşkil  edir.  Azərbayacan  və  Türkiyə  nağıllarında 
isə  belə sonluqlara az rast gəlinir.  Həmçinin bu ənənə şifahi təh­
kiyəyə  aid  olduğundan  qələmə  alınmaya  bilir.  Baxmayaraq  ki, 
söyləyicinin  danışdığı  nağılın  qarşılığında  müxtəlif  hədiyyələr 
(gül,  yemək,  geyim,  əşyası  və  s.)  alması  faktı  bölgələrdən,  ənə­
nədən asılı olmayaraq,  geniş yayılıb.  Bu nağılçıların şəxsi xarak­
terindən irəli  gəlir.
Bəzən  söyləyicilərin  mükafatlandırılması  məsələsinə  digər 
xalqların  nağıllarının  müxtəlif  yerlərində  də  rast  gəlmək  olur. 
Məsələn,  bir alman  söyləyicisi  nağılın  ən  maraqlı  yerində  daya­
naraq,  dolayı  yolla  buna  işarə  vurur:  “Boğazımın  suyu  qurudu, 
elə  burada  nağılın  sonudur”  (121,  73).  Ancaq  Azərbaycan  və 
Türkiyə  nağıllarında biz  belə  formullara rast  gəlmədik.  Folklor­
çuların  fikrincə,  R  elementinin  (söyləyicilərin  mükafatlandırıl­
ması)  üstünlük  təşkil  etdiyi  ödəmə  formulları  əvvəllər  nağılın 
əvəzində  söyləyiciyə  yaxşı  qulluq  göstərmək  üçün  dinləyicinin 
diqqətini  cəlb  etmək  məqsədi  daşıyırdı.  Hətta  mükafatlandırma 
qazanc  mənbəyi  kimi  də  çıxış  edirdi.  Hazırda  Azərbaycan  və 
Türkiyənin xalq  ifaçıları  arasında da  öz  beyinlərinin məhsulları­
nın  qarşılığında nə  isə əldə  etmək istəklərinin olması təcrübədən 
bəllidir.  Ancaq  belə  formulların  toplayıcılar  tərəfindən  yazıya 
alınması məqsədəuyğun bilinmir.
Sadalanan  sonluq  formullarından  başqa,  söyləyicilər  nağıl­
ları  mənəvi-əxlaqi  nəticə  (M),  yaxud  atalar  sözü,  məsəl  və  afo­
rizmlərlə  də  bitirirlər.  Bu  sıraya Azərbaycan  və  Türkiyə  xalqla­
rının  nağıllarının  sonunda  çox  işlədilən  nəsihət,  deyim,  alqış,
121


dua xarakterli ibrətamiz yekun ifadələr daxildir.  Hətta sosial  i s t i ­
qaməti bəlli olan kəskin iraddan ibarət  formullar  da m övcuddur. 
Məsələn,  “Mən onda qəsdən elədim ki,  siz çıxıb,  gedib  ö z ü n ü z ə  
çörək  axtarasınız.  Çünki  öz  əli  ilə  qazanmayıb  ata  m alına  g ö z  
dikənlər  axırda  bədbəxt  olarlar”  (36,  274);  “Qardaşlar  g ö rd ü lə r 
ki,  doğrudan  da  güc  birlikdədir”  (4,  466);  “Bunun  mənası  b u d u  
ki, göydən bəla enəndə adamın heyvanına-zadına enir.  O,  q a d a n ı 
sovuşdurmaqdan ötəridi.  Bu, qadanı qoymadı  heyvanla s o v u ş d u ­
ra,  canını  qurban  verdi.  Bu  da  bunnan  getdi”  (74,  242);  “ O ğ u l 
həmişə  hamıya  yaxşılıq  elə!  Görürsən  ki,  ölüyə  də  y a x şılıq  
eyləyəndə  yerdə  qalmır”  (36,  288);  “Dünyada bilik,  bir də  ira d a  
hər  şeyə  üstün  gəlir”  (39,  255);  “Əsgərin  də  bəxti  belə  g ə tird i. 
Allah həmişə,  hər yerdə  yaxşıların Allahıdı.  Nağılımız  da  b u rd a  
bitdi”  (11,  185);  “Mərdlik  eləyən  adama  Allah  da  verər”  (6 0 , 
194);  “Düzenle  düzencinin  elinden  kurtuluş  olmaz.  Onlara  m a ­
sal...  Bizlere  ümür...”  (99,  162);  “Gördün  mü  karıcığım,  b e n  
sana Allahdan umut kesilmez dememiş miydim.  Öyle  verm ey en  
Allah  böyle  verdi,  hem  öyle  bir  evlat  verdi  ki  her  eve  n a s ip  
olmaz, bunun  gibisi... Yaşarsak,  elimize bir tas  su verir; ö lü rse k , 
arkamızdan  mevlit  okur;  bizim  de  isteyimiz  bu  değil  m iy d i, 
muradımız  hasil  oldu  işte!”  (84,  90);  “Demek  ki  demiş,  in s a n  
yazğısım değişdiremez” (102,  196).
Sözügedən  formulların  deyim  tərzi  eyni  olmasa  da,  x a lq la ­
rın  tarixi-etnoqrafik  kökləri  eyni  olduğundan  məna  baxım ından 
oxşar  xüsusiyyətlər  çoxdur.  Həmçinin  bu  tip  formullar  n ağ ılın  
məzmunundan  irəli  gəlir.  Məsələn,  “Allah  gulunu  kötü garı  ş e r- 
rinden  emin  eylesin...  der  başga  bir  şey  söylemezmiş”  (1 0 2 , 
110);  “Ama  dünyada,  ölümün  dışında  her  şeyin  bir  çaresi  v a r­
dır”  (102,  202);  “Sirrini  açığa vuran  hayatta kalamaz”  (81,  2 4 ); 
“Masal  bu  olmaz  demeyin,  her şey  olur  da.  Darıcı  neneniz  S ize 
iyi  anlayasınız  diye  böyle  başından  geçmiş  gibi  anlatır.  İyiyler 
yaşasın  kötüler  yok  olsun.  İyilik  eden  iyilik  bulur  unutmayın. 
Gökden  düşen  üç  elmayı  paylaşmayı  unutmayın”  (81,  25); 
“Onuniçin  demişler,  sen  iyi  ol  da,  kam  belasını  bulur”  (81,  32);
122
“Taktirin yazdığını tedbir bozamazmış” (81, 40); “Yolda içlerin- 
den  biri  :  -Azğınlığın  sonu  budur,  demiş.  Bir  diğeri  de:  -  Eden 
bulur.  İnileyen  de  ölür,  demiş.  Ben  de  bıraktım da geldim”  (85, 
145);  “Hz.  İsa  der  ki,  “Ölüyü  diriltmek  cahili  yola  getirmekten 
çok  hayırlıdır,  çok kolaydır” (96,  227);  “Atalar  deyib ki,  üç  yüz 
il  yox,  min  ildən  də  sonra  su  gələn  arxdan  bir  də  gələr”  (74, 
229);  “Dünyada  bilik,  bir  də  iradə  hər  şeydən  üstün  gələr”  (40, 
15);  “Qismətdən  qaçmaq  olmaz  -   dedi  Badi-Səba  Allah  özü 
günahından  keçsin!  Onlar  qalan  ömürlərini  birlikdə  xoşbəxt 
yaşayıb ömür sürdülər.  Onlar mətləblərinə  çatdılar,  siz də bütün 
arzulaımza  çatasınız.”  (41,  105);  “Əsil  qazanc  zəhmət,  bacarıq, 
ağıl nəticəsində əldə edilir” (34, 321).
Bu qəbildən  olan  formullar  xalqların  milli  özünəməxsuslu­
ğunu,  tarixini,  ənənəsini,  dinini,  mənəvi  dəyərlərini,  məişətini 
özündə  əks  etdirir.  Hikmətli  deyimlərdən,  atalar  sözlərindən 
geniş  surətdə  yararlanıldığı  müasir dövrün nağıllarında da bu tip 
formullardan  çox  istitadə  olunur:  “Ben  bu  masalı  kurarken, 
dilim gölgesinden korkup, onun tutsağı olabileceğini yansıtmaya 
çalıştım.  İyilik  yap  altın  olsun.  Gönülden  iyilik  yapanlar  hiç  bir 
zaman karşılık beklemezler.  İyiliği  yaptıktan sonra unutur gider- 
ler.  İyiliğin  eninde  sonunda  ödüllendirileceğini  düşünüyorum. 
Ama,  iyilik  yapan  herhangi  bir  karşılık  beklememeli”  (137); 
“Almanı götürür,  silib deyir:
-  İndi mən bunu yiyim, gör qismətimdi, ya yox?
Deyir:
-  Oğul, ye, yesən qismətindi, yeməsən yox.
Yəni  Allah  verməsə,  bəndə  versə  də  onun  mənası  yoxdur” 
(21,245).
M.Həkimovun  topladığı  nağıl  mətnlərində  “Amin”  kəlməsi 
ilə  bitən  alqış  xarakterli  maraqlı  formullar  çoxluq  təşkil  edir. 
Məsələn,  “Bəli,  onlar  yüzü  qoydular  böyrünə,  görüm  sizi  də  iki 
əllini  qoyun  böyrünüzə.  Amin!”  (23,  293);  “Qoy  Allah  hamının 
əvvəlini gətirincə, axırını gətirsin. Amin!” (23, 291) və s.
123


Yekunda  N.Roşiyanu  bir  çox  xalqların  nağıl  söyləyiciləri- 
nin toyda və ya qonaqlıqda iştirakı ilə bağlı sonluq formullarının 
altı elementdən ibarət olduğunu qeyd edir:
1. P -  söyləyicinin nağıl ziyafətində iştirakı;
2.  A -  söyləyicinin nağıl ziyafətində fəaliyyəti;
3. D -  söyləyicinin hadisə yerindən dinləyicilərə yönəlməsi;
4. B -  yönəlmənin məqsədi- nağıl barədə xəbər verilməsi;
5.  C - nağılçı hədiyyə alır.
6.  R -  nağılçı mükafat istəyir (123,  84-85).
N.Roşiyanu  sadalanan elementlərin bütün variantlarını  qey­
də almışdır:

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin