Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova


В -  nağıl; B v -  uydurma (yalan)



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə14/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   10   11   12   13   14   15   16   17   ...   78
В -  nağıl; B v -  uydurma (yalan).
 -   həqiqətəuyğun  hədiyyələrin  alınması;  Cv  -  həqiqətə­
uyğun  olmayan  hədiyyələrin  alınması;  C  (Cv)  -   hədiyyələrin 
itirilməsi.
R   -   “mükafatlandırma  form ulu ”:  “buna  görə  məni 
mükafatlandırın”,  “hədiyyə gözləyirəm” (121,  85) və s.
Azərbaycan  və  Türkiyə  xalq  nağıllarının  nəzərdən  keçirdi­
yimiz ənənəvi  sonluq formullarının çoxu bu sistemdəki element­
lərə uyğun gəlir.  Söyləyicinin nağıl  ziyafətində iştirakı və orada­
kı hər hansı bir həqiqətəuyğun və uyğun olmayan hərəkəti Azər­
baycan  nağıllarından  çox  Türkiyə  nağıllarının  sonunda  rast 
gəlmir.  Söyləyicinin  sonda  hadisə  yerindən  dinləyicilərə  yönəl­
məsi  həm  Azərbaycan,  həm  də  Türkiyə  nağıllarının  sonluq  for­
124
mullarında çoxlu saydadır.  Dinləyicilərə yönəlmənin məqsədi və 
çatdırılan nağıl  olaylarının  sonda həqiqət və  ya  uydurma  olması 
barədə  informasiya  Azərbaycan  və  Türkiyə  nağıllarında bərabər 
saydadır.  Türkiyə nağıllarının sonu üçün ənənəvi  olan nağılçının 
doğru və  ya yalançı  hədiyyələr  alması,  bəzən isə  onu  yolda itir­
məsi  barədə  formullar  Azərbaycan  nağıllarında  demək  olar  ki, 
yoxdur.  Mükafatlandırma  formulları  isə  həm  Azərbaycan,  həm 
də Türkiyə nağıllarının sonunda azlıq təşkil edir.
N.Roşiyanunun  sistemləşdirdiyi  ənənəvi  nağıl  formullarına 
əsasən  Azərbaycan  və  Türkiyə  nağıllarından  araşdırdığımız  son­
luq  formullarından  başqa,  bu  xalqların  milli  özünəməxsusluğunu 
ifadə  edən digər  oxşar və  fərqli  sonluq  formulları  da mövcuddur. 
Nağılların  məzmunundan,  hadisələrin  gedişatmdan  irəli  gələn 
məntiqi  yekun  və  ya  əqli  nəticə  kimi  təqdim  olunan  sonluq 
formulları  buna  misal  ola  bilər.  Forma  etibarı  ilə  formul  sayılan 
belə  sonluqlar  nağılların  məzmunun  nəticəsi  olduğu  üçün  Azər­
baycan və Türkiyə  nağıllarına fərqli  şəkildə təqdim olunur:  “Əziz 
dinləyicim, sizin də axırınız Məhəmməd və Sənubər kimi xoşbəxt 
olsun,  amma  siz  yalan  danışmayın”  (55,  43);  “Bu  gündən  sonra 
mən  ovçuluq  sənətini  yerə  qoydum.  Mən  günahsız  qanlar 
tökməyəcəm.  Qoy  vətənimizdə  turaclar,  qırqovullar  insanlardan 
qorxmasınlar”  (55,  132);  “Dedi  ki,  doğurdan  da  dünya  belə  get­
məz,  indi  qardaş,  dünya  belə  getməz”  (74,  240);  “Beləlikə,  hələ 
uzun  müddət  hamının  pisliklə  xatırladığı  qəddar  qız  öz  cəzasına 
çatdı. Fatma isə şah Məmmədlə kef çəkib dövran sürdü” (41,21).
Türkiyənin  tanınan  folklorşünası  E.C.Güneyin  topladığı  na­
ğılların  sonunda  məzmundan  irəli  gələn  və  “göydən  üç  alma 
düşdü”  formulundan  ibarət qeyri-adi  sonluq  formulları  variantları 
işlədilir:  “Velakin  cümlemizin  üstüne  hayırlar  günler  açılsın,  bir 
akşam  Bahtiyar  çıkıp  gelince,  başlarına  öyle  bir  gün  doğmuş  ki. 
Gayri  ne  siz  sorun,  ne  ben  söyleyim,  dünya  onların  olmuş  sanki! 
Uğur taşmı  da ocak  başına  asınca  bir daha  ne  bir  uğusuzluğa  uğ­
ramışlar; ne de kara üstüne kara bağlamışlar; Gülbaharla günlerini 
gül,  gönüllerini  bahar  ederek  yemiş,  içmiş;  bahtiyarlığa ermişler.
125


Gökden  üç  elma  daha  düşmüş,  hasret  çekenlerin  başma!”  (84, 
354);  “Cümle  alem  ermiş  muradına biz  çlkalım kerevetine.  Gök­
den  üç  elma  daha  düşdü.  Hakkmdan  fazla  hak  istemeyenlerin 
başma”  (84,  40);  “Gökden  üç  elma  düşmüş,  doyulur  mu  tadına! 
Biri  bu  masalı  okuyup  dinleyenlere;  biri  Sabırtaşından  daha 
sabırlı  olup,  yerine  göre  ağlamasmı  gülmesini  bilenlere;  birini  de 
yine  okudum,  üfledim;  insan  çocuğumun  ruhuna  bağışladım...” 
(84,  237).  Bu  tip  formullar  folklorçunun  öz  təxəyyülünün, 
qələminin məhsuludur və digər nağıllarda rast gəlinmir.
Bəzən  sonluq  formulları  nağılların  təhkiyəsi,  məzmunu  ilə 
heç  uyğunlaşmır.  Belə  formulları  da ənənədən  gəlməyən müasir 
formullar hesab  etmək olar.  Söyləyicilər onları  mexaniki olaraq, 
nağılı  maraqlı və  rəngarəng  sonluqla bitirmək məqsədilə işlədir­
lər.  Məsələn,  “Uşaxlara  belə  nağıl  deyirdim,  tay  ayrı  nağıl  b il­
mirəm” (22,  148);  “Nağıl qaldı orda,  biz burda,  Fındıqla qoz,  bir 
girdəkan  tərəziyə  vurduq  təkan,  şah  Şah  Abbas  cənnətməkan” 
(1,  124);  “Ustamızın  adı  Hidir,  elimizden  gelen  budur.  Gökden 
üç elma düşdü.  Biri  benim,  ikisi de sizin” (98,  61);  “A canlarım, 
bıraktım kötü devi,  geldim buldum sizi  iyi”  (85,  490).  Bu sıraya 
Azərbaycan və Türkiyə xalq nağıllarının sonunda az rast gəlinən 
və fərqli  variantlarda səslənən ritmik söz oyunu,  yaxud metafora 
ilə  deyilmiş  sonluqları  da  aid  etmək  olar.  Məsələn,  “Göydən  üç 
alma düşdü, birini  söyləyən yedi, birini kəsin siz yeyin, birini  də 
siz  yeyin,  birini  də  yolda  Pirimin  atının  qabağına  çıxan  ilamıan 
xoruz  yan  bölüb  yesinlər.  Mən  sağ,  siz  salamat,  mən  yüz  yaşa­
yım,  siz  iki  əlli,  hansı  çoxdu  siz götürün,  yerdə qalan mənim ol­
sun”  (40,  15);  “Burada nağıl  tamam oldu,  qazan  aşla doldu,  tox­
lar  yedi  aclar  doydu”  (35,  143);  “Yav  bu  yaştan  sonra  sen  oku- 
mayı  ne  yapacaksm,  yazmayı  ne  yapacaksm.  Eline  geçmiş  bir 
katır,  yesene  çatır,  çatır  der.  Masal  da  burada  biter”  (81,  64); 
“Onlara kömür...  bizlere  ömür...” (99,  153);  “Onlar ermiş mura­
dına.  Ustamızın  adı  Hidir,  elimizden  gelen  budur.  Gökden  üç 
elma düştü. Biri benim, ikisi de sizin” (98, 61) və s.
126
Daha asand yola  əl  atan,  söz  oyunu qurmaq  istəməyən söy­
ləyicilər nağılın  bitməsini  sadə  yolla,  bir cümlə  ilə,  Azərbaycan 
nağıllarının  sonunda  “Burada  nağılımız  bitdi”,  “Bu  da  son”, 
Türkiyə  nağıllarının  sonunda  isə  “Masal  bitmiş”,  “Masal  sona 
eriyor”,  “Burada  bitiyor”  variantları  ilə  və  ya  digər  sadə  yekun 
cümlələrlə  bitirirlər.  Bunlar  sadə  sonluqlu ənənəvi  formullardır. 
Azərbaycan  və  Türkiyə  nağıllarında  belə  formullara tez-tez  ra§t 
gəlmək  olar.  Məsələn,  “Altı  dul  qadının hekayəsi  bununla  bitir” 
(36,  321);  “Hamı  Məhəmmədi  alqışladı.  Məhəmməd  ədalətli 
padşah oldu” (55,  65);  “Bu əhvalatı hamı bildi.  Loğmanın ağlma 
heyran qaldılar”  (40,  123);  “Bu da bunnan getdi” (74,  242);  “Bu 
da belə  getdi”  (21,  177);  “Padşah  kiçik qızını  çağırtdırıb,  ondan 
üzr  istədi,  oğlanı  isə  taxt-tacına  varis  elan  etdi”  (41,  74); 
“Bundan  sonra Gülabla İlyas  şəhərin  ən  gözəl  qızlarma evlənib, 
doğma  qardaş  kimi  yaşamağa  başladılar”  (41,  150);  “Böylece 
masal  bitiyor”  (81,  19);  “Mutlu  bir  hayatları  olmuş”  (81,  126); 
“Burada  bitiyor”  (81,  134);  “Masal  da  bitmiş”  (85,  289);  “Karı 
коса güzelliği bir-birlerinde aramışlar. Bulmuşlar” (85, 449).
Bir  sıra  Azərbaycan  və  Türkiyə  nağılçıları  isə  nağılların 
məzmunundan  və  öz  istəklərindən  irəli  gələn  sonluqları  deyir, 
onun  ardınca  həmin  sadə  sonluq  formullarını  işlədirlər.  Bunları 
qanşıq  tipli  sonluq  formullarına  aid  etmək  olar.  Məsələn,  “De- 
mek  ki,  Allahın  yazısı  bozulmuyormuş.  Ben  öyle  yazmadım, 
şöyle  yazdım  samyordum.  Yiyor  içiyor  oradan  muradına  geçi- 
yor” (81,51);  “Yav bu yaştan sonra sen okumayı ne yapacaksm, 
yazmayı  ne yapacaksm.  Eline geçmiş bir katır,  yesen çatır,  çatır, 
der.  Masal  da  burada  biter”  (81,  64);  “Əlqərəz,  hər  iki  şah  at­
lanıb  düşdülər yola.  Gəlib  çıxdılar bu şahın  torpağına.  Qırx  gün, 
qırx  gecə  yeyib-içdilər”  (74,  185);  “Nuşapəri  xanım  əvvəlcə 
adam  elədiyi  küçüklərə  yeddi  gün  yedii  gecə  toy  elədi,  əmi 
qızıynan  əmi  oğlunu  bir-birinə  çatdırdı.  Sonra  başladı  özlərinə 
qırx  gün,  qırx  gecə  toy  vurdurdu,  bütün  fağır-füqəraya,  əlsiz- 
ayaqsızlara xörək payladı.  Bunlar fağır-fuqəranm tərəfində olub,
127


camahatnan  yaxşı  rəftar  elədilər.  Onlar  yeyib-içib yerə  keçdilər. 
Siz də yeyin-için, muradınıza çatın” (32, 25).
Nadir  hallarda  həm  Azərbaycan,  həm  də  Türkiyə  xalq  na­
ğılları  ənənəvi  formulsuz,  sadəcə  hadisələri  yekunlaşdıran  bir 
cümlə  ilə  bitir.  Məsələn,  “Atası  da  gəldi  gördü  ki,  qızların  üçü 
də  evdədi”  (34,  11);  “Yeşil  vadi  yamaçlarmda  boyunlarım 
büküb, taşlarda tünyerek bekleşen akbabalar,  yüreklerde taş çölü 
özlemiyle  dinazorları  izleyip  durdular...”  (142).  Bu  söyləyicilə- 
rin  formullardan  yararlanmamaq  və  nağılı  tez  başa  vurmaq  istə­
yindən  asılı  ola  bilər.  Bəzi  nağıllar  isə  hadisələrə  yekun  vurul­
madan,  dialoq  şəklində,  yenə  də  ənənəvi  formulsuz bitir.  Bu za­
man  dinləyicilərin  özləri  hadisələrdən  nəticə  çıxartmağı  bacar­
malıdırlar.  Bu  qəbildən  olan  sonluq  formulları  Azərbaycan  və 
Türkiyə  nağıllarında  fərqli  variantlardadır.  Məsələn,  “Torpaq 
onu kənara tulladı. Nə qədər əlləşdilər, qəbir qışqırıb dedi:
-  Ay aman, məndən uzaq eləyin!
-  Torpaq qışqırıb dedi:
-  Ay aman, onu məndən uzaq eləyin!
-  Kəllə də elə bunu sevirdi.
-  Bir təpənin başında tullanıb- düşür, həmişə deyirdi:
-  Qırx qanan eləmişdim,  qırx birini də elədim.  (39,  127);
“Bir gün oğlan əmisinə dedi:
-  Əmi, biz gedəsiyik.
Gedəsiyik, deyəndə tacir dedi:
-   Gərək  mən  sana  bir  peşkəş  verəm.  Bu  tacir  Əhməd  çox 
gəzmişdi, əlinə sehirli bir toqqa keçmişdi.” (74,  142);
“Yolda içlerinden biri:
-  Azğımlığın sonu budur, demiş.  Bir diğeri de:
-   Eden  bulur.  İnileyen  de  ölür,  demiş.  Ben  de  bırakdım  da 
geldim” (99,  145);
“Kocakanmn oğlu eve varmış.
Anasına:
-  Ana kadın, demiş.
Anası da:
128
-   Gözü  kor  olmayaası.  Unu  yolladım,  un  oldun.  Nerelerde 
kaldm be oğlum? Demiş.
Oğlu:
-  Ne oldu ana kadın? Diye sormuş.
Kocakarı da:
-   Hani  unlar,  hani  buğday?  Demiş.  Ben  de  bırakdım  da 
geldim.  (86,  512)
Türkiyə  nağıllarının  sonunda  mənfi  obraza  cəza  vermək 
üçün təklif olunan  “At  mı  istərsin yoksa  satır mı”  ifadəli  dialoq 
tipli sonluq formulları da bu qəbildəndir:
-  “Padişah oğlu anasıyla ebeye dönmüş.  Onlara sormuş:
-   Söyleyin  bakalım.  At  mı  istersiniz  yoksa  satır  mı? 
Padişah karısı:
-  Oğlum  satır düşmanımızın  boynuna,  bize  iki  at ver  seyran 
edelim”  (86,  30).  Bu  onu  göstərir  ki,  səhvini  başa  düşən  mənfi 
obraz daha ağır cəzadan qurtulmaq üçün ata üstünlük verib aradan 
şıxmaq  istəyir.  Formul  Azərbaycan  nağıllarının  sonunda  işlədil­
mir.  “Şəminin nağılı”nda sonda mənfi obraz olan  Şəminin aqibəti 
sonda  belə  olur.  Ancaq  bu  Türkiyə  nağıllarından  fərqli  olaraq, 
ənənəvi  hal  almayıb  və  formul  kimi  formalaşa  bilməyib.  Azər­
baycan nağıllarında rast gəlinməyən  sonluq  formullarından  digəri 
nağılın  məzmunundan  asılı  olaraq,  ya  mənfi,  ya  müsbət  qəh­
rəmanın, ya da bu qəhrəmanların timsalında onlar  kimi insanların 
ruhuna  almalann  bağışlanmasım  ifadə  edən  formullar  E.C.Gü­
neyin  topladığı  nağıllarda çox  istifadə  olunur:  “Gayrı  karadı  köz, 
tükendi  söz;  gökden  üç  elma  daha  düştü  anasız  kuzulara  kol, 
kanat olanların başına...” (84,  185); “Tamam üç gün, üç gece öyle 
bir şenlik,  şadumanlık  yapmışlar ki,  felek  bile  girmiş, yeniden  bir 
yaşma,  Allah  da  bereket  üstüne  bereket  yağdırmış  toprağına, 
taşına;  meleketin  de  yüzü  gülmüş,  onların  da...  Artık  ne  bir dert, 
ne  bir  mihnet...  Düvlet  üstüne  devlet  sürüp,  m ürüw et  üstüne 
mürüvvet  görmüşler;  yemiş,  içmiş,  muratlann  ermişler.  Gökden 
üç  elma  daha  düşdü;  yerini,  yuvasını  dağıtmayanlann  başma...” 
(84,  315).  Bu  formulda  səslənən  “felek  bile  girmiş  bir  yaşına”
129


deyimi Türkiyə nağıllarının  sonunda çox  işlədilir.  Məqsəd  inanıl­
mayacaq  situasiyalar  və  sözlər  qarşısında  heyrəti  bildiməkdir. 
Azərbaycan nağıllarında bu formula rast gəlinmir.
Bu  fəsildə  nəzərdən  keçirdiyimiz  əksər  sonluq  formulları 
Azərbaycan  və  Türkiyə  nağılçılannm  daxili  zənginliyindən,  yu­
mor  hissindən,  poetik  qabiliyyətindən,  yəni  şəxsi  keyfiyyətlərin­
dən və fantaziyasından asılıdır. Yəni peşəkar nağılçılarla həvəskar 
söyləyicilərin  təhkiyəsində  səslənən  ənənəvi  formullar  bir-birin­
dən  fərqlənir.  Auditoriyanın  emosional  vəziyyəti,  dinləyicilərin 
reaksiyası  da önəmli  yer  tutur.  Qeyd  etdiyimiz  kimi,  yaxın  tarixi 
yolu keçmiş, dili, mədəniyyəti, folkloru oxşar olan Azərbaycan və 
Türkiyə  xalqlarının  zəngin  təcrübəyə  malik  nağıl  söyləyiciləri 
bəzi Variantlar istisna olmaqla,  epik  ənənədən  gəldiyinə  görə,  ə k ­
sər  sonluq  formullarını  demək  olar  ki,  təkrarlayırlar.  Bunu  araş­
dırmalarımızdan,  gətirilən  nümunələrdən  də  aydın  görmək  olur. 
İ.Rüstəmzadə  bildirir  ki,  Qarsdan  toplanan  nağılların  formulları 
ilə  Azərbaycan  nağıllarının  sonluq  formulları  arasında  da  elə  bir 
ciddi fərq rtıüşahidə  olunmur.  Məsələn,  “Bu da burda sona erdi” , 
“oımar  yedi-işdi  yerə  geşdi,  biz  də  metti-murazımıza  erdik” , 
“artıx  Avçı  Ehmetin  hikayəsi  burda  sona  erdi”,  “yedilər,  işdilər, 
muradına erişdilər,  gögden iki tene alma düşdü.  Biri benimdi, biri 
de söylüyenin” və s. bu kimi formullar işlədilir (68,104).
Ümumiyyətlə,  sonluq  formulları  başlanğıc  və  təhkiyə  (m e­
dial)  formullarından  fərqli  olaraq,  müasir  söyləyicilərin  dilində 
daha çox dayanıqlıq göstərir.  Yəni  digər formullarla müqayisədə 
sonluq  formullarının  bütün  nağıllarda  iştirakı  vacibdir.  Söylə- 
yicinin  toy  məclisində  iştirakı  ilə  bağlı  olan  sonluq  formulları 
Azərbaycan  və  Türkiyə,  həmçinin  başqa  xalqların  nağıllarında 
tez-tez  işlədilir.  Sonluq  formulları  Azərbaycan  folklorunda 
sehrli  nağıllarda daha rəngarəng  şəkildə  işlənir.  Ənənəvi  sonluq 
formullarının  əsas  funksiyası  dinləyiciləri  həqiqət  dünyasına 
gətirpıəkdir.  Yüngül  zarafatın,  istehzanın  köməyi  ilə  sonluq 
formulları  nağıl  dünyasım  alt-üst  edir.  O.Əliyev  hesab  edir  ki, 
hər  bir  sonluq  formulunda  sevimli  qəhrəmanın  xoşbəxt  həyatı,
130
onun  istəklərinin  həyata  keçməsi,  həqiqətin  təntənəsi  ifadə  olu­
nur.  Deməli,  sonluq  formullarında  nağılçı  qəhrəmanın  toyu  və 
ya  haqlı  qələbəsi,  xoşbəxtliyi  haqqında  yığcam  məlumat  verir, 
dinləyiciləri  nağıl  aləmindən  real  aləmə  gətirir.  Zəhmətkeş 
xalqın  yüksək  əxlaqi,  demokratik dünyagörüşü  və  nikbinliyi  bu 
formulların ideya istiqamətini müəyyənləşdirir (53,  99). Nağılla­
rın  başlanğıc  və  sonluq  formulları  nağılların  əsas  janryaradan 
əlamətlərini,  onun  poetika  və  üslubiyyətini  təcəssüm  etdirir.  Bu 
onların  semiotika  baxımından  digər  üslubi  stereotiplərlə  müqa­
yisədə daha yüksək dərəcəsini müəyyən edir (53,  77).
Beləliklə,  nağılların  başlanğıc  və  sonluq  formulları  nağılla-, 
nn  mövcudluğunun  sonrakı  mərhələsində  yeni  funksiyalar  əldə 
edir.  Fantastik,  qeyri-müəyyənlik  xarakteri  daşıyan  formullar 
tədricən  dəqiq  və  konkretliklərlə  əvəz  olunur.  Başlanğıcda  xro­
noloji  koordinatlar  meydana  çıxır,  lokallaşma  isə  həqiqətə  uy­
ğunlaşmağa  başlayır.  Həmçinin  sonluqda  xronologiya  konkret­
ləşdirilir.  Söyləyicinin  gərginlikdən  yaxa  qurtarmaq  üçün  yum­
şalması  və  sonda  hadisələrin  lap  daxilinə  can  atması  nağıl  dün­
yası  ilə həqiqətin  yaxınlaşmasını  bir daha sübut edir.  İ.Razumo- 
va  formulu  bir tərəfdən  nağılın  məhz  məzmununa aid  olduğunu 
söyləyir,  digər  tərəfdən  onu  nağıla  aid  olmayaraq,  danışıq  və 
ideoloji  kontekstdən  ayrı  hesab  edir.  Başlanğıc  və  sonluq  for­
mullarını  “çərçivəyə  salan  formullar”  adlandıran  müəllif deyir 
ki,  onların  belə  ikili  təbiəti  “təsdiq”  və  “inkar”  formullarının 
mövcudluğu zamanı  meydana gəlib. “Təsdiqlik” əlaməti formul­
ların  informativlik  xüsusiyyəti,  “inkarlıq”  əlaməti  isə  onlann 
nişanəli  təbiəti  ilə  əlaqədardır (123,  75).  Həqiqətən də başlanğıc 
və  sonluq  formulları  məlumat xarakterlidir, təhkiyə  formulların­
da isə daha çox təsvirə üstünlük verilir.
Bir  sözlə,  nağıl  mətnlərinin  analizi  onu  göstərir  ki,  üslubi 
ənənə  məhz  ənənəvi  formullarla,  qeyri-formul  təkrarlarla,  qəlib 
ifadələrlə  xarakterizə  olunur.  Ənənəvi  formulların  çox  hissəsi 
nağıl  janrının  inkişafı  boyu  onunla  birgə  dəyişir,  inkişaf  edir. 
Bəziləri  öz  aktuallığını  itirib,  foklor  səhnəsindən  silinib  gedir.
131


Digərləri  isə  bu  günədək  mövcuddur  və  ənənəvi  üslubu  hələ  də 
qoruyub  saxlayır.  Sadələşmə  prosesi  sonluq  formullarından  da 
yan  keçməmişdir.  Digər  formullar kimi  sonluq  formulları  da  bir 
neçə  variantlarla  folklor  sirkulyasiyası  nəticəsində  bir  bölgədən 
digər  bölgəyə  yayılaraq  qalmaqda,  sadələşməkdə  və  tədricən 
sıradan  çıxmaqdadır.  Belə  ki,  ənənəvi  başlanğıc  formulu  ilə  ya­
naşı,  sonluq  formulu da olmaya bilər.  Yəni  nağılçılar hər zaman 
söylədikləri  nağılları  hər  hansı  bir  formulla  başlamağa  və  bitir­
məyə məcbur deyillər.
Hələ  əsrimizin  əvvəllərində  “fin  məktəbinin”  tanınmış  nü­
mayəndələrindən  olan  A.Olrik  nağılla  bağlı  danışarkən  bildir­
mişdir  ki,  ”epik  qanunlar”  şifahi  təhkiyənin  azadlığını  məhdud­
laşdırır.  Digər  alimlərin  fikrincə,  formullarla  zəngin  nağıllardan 
tədqiqatçılar  az  yararlana  bilirlər.  Çünki  belə  zənginlik  nağıl 
mətnlərinin  sadəliyinə  zərər  vurur  və  mənasını  korlayır.  Ancaq 
bu ona əsas vermir ki, ənənə yaddan çıxsın, unudulsun.
Nağıllar  özündə  yaradıcı  mətni  təmsil  edir və  ənənəvi  folk­
lor  mədəniyyəti  sistemində  estetik  funksiyanı  yerinə  yetirir. 
Həmin  funksiyanı  digər  janrlarda  olduğu  kimi,  məhz  ənənəvi 
formullar yerinə yetirir.  Zənnimizcə,  ənənəvi  formullar olmazsa, 
nağıllar həm  yaddaşlarda  qalmaz,  gələcək  nəsillərə  çatdırıla bil­
məz,  həm  də  onların  ənənəvi  üslubi  quruluşuna  xələl  gələ  bilər. 
Formullar  nağılın  cəlbediciliyinin  və  aktuallığının  bu  gün  də 
qalmağına kömək  edir.  Bu  üstünlük  nağılın  keçmişdən  bü  günə 
gəlməsinə və gələcəyə körpü salmasına imkan yaradır.
132
NƏTİCƏ
Nağıl  janrından  yalnız  elm  adamları  faydalanmır.  Onunla 
həm toplayıcılar,  həvəskar söyləyicilər,  həm də kiçik yaşlı  uşaq­
lar  yaxından  maraqlanırlar.  Zahirən  xəyali  görünsə  də,  nağıllar­
da tarixin,  mədəniyyətin,  etnoqrafiyanın,  dilçiliyin, psixologiya­
nın  və  başqa  elmlərin  müəyyən  izlərini  görməmək  mümkün 
deyil.  Odur  ki,  nağılları  toplamaq,  onların  üzərində  hər  dəfə 
yenidən işləmək aktual və maraqlıdır.
Nağılları  geniş oxucu kütləsinə  çatdırmaq  istəyən toplayıcı- 
lar  və  söyləyicilər  xalq  sənətinin  bir  növü  kimi  ya  onu  olduğu 
kimi  saxlayır,  ya  da  onun  üzərində  işləmələr  aparırlar.  Toplayı- 
cıların  çoxu  isə  dinləyicilərin  marağını  cəlb  etmək  məqsədilə 
nağılların  ilk əslini  olduğu  kimi  saxlamağa,  yəni  orijinal  mətnini 
axtarmağa  çalışırlar.  Bu  orijinal  mətnlərin  içərisində  əsas  yeri 
nağılların  ənənəvi  formulları  tutur.  Ənənəvi  formullar  nağılların 
ehtiyat xəzinəsidir.  Onlar əsasən xalq  danışıq dilindən götürülür. 
Belə  ki,  formulluq  təkcə  folklorda deyil,  həm  ədəbiyyatın  bütün 
janrlarında,  həm  də  şifahi  nitqdə  mövcuddur.  Onların  formalaş­
masına müəyyən arxaik təsəvvürlər, adət-ənənələr, tarixlə yanaşı 
bütün janr  sistemi  təsir  edir.  Belə  ki,  həm  forma,  həm  də  məz­
mun  baxımından  “formul”  məfhumu  müxtəlif janr və  xalq  yara­
dıcılığı  növlərində  fərqlidir.  Onların  araşdırılması  üçün  şifahi 
ənənədən  başlayaraq  ədəbiyyatın  digər  ən  mürəkkəb  yazılı 
janrlarına da müraciət etmək gərəkdir.
Formulların  çoxluğu  şifahi  nağıl  təhkiyəsini  yüngülləşdirir. 
Formullar,  onların  məzmunu,  frazeoloji  birləşmələrin  sintaktik 
düzülüşü,  təkrarçılıq,  paralellizm,  intonasiya və ritm maraqlı  na­
ğılı  söyləyicilərin  təqdim  etməsinə,  dinləyicilərin  həvəslə  mə­
nimsəməsinə  kömək  edir.  Nağıl  mətnlərinin  analizi  onu  göstərir 
ki,  üslubi  ənənə  məhz  ənənəvi  formullarla,  qeyri-formul  təkrar­
larla,  həmçinin  leksik  və  qrammatik  ifadələrlə  xarakterizə  olu­
nur.  Bir  sözlə,  xalq  nağıllarını  onların  əsas  tərkib  hissəsi  olan 
ənənəvi  formullarsız təsəvvür etmək mümkün deyil.
133


Azərbaycan və Türkiyə nağılları üzrə araşdırmamızdan belə 
nəticəyə  gəlmək  olur  ki,  tək  bir  sözdən,  söz  birləşməsindən, 
cümlədən,  bir  neçə  cümlədən,  hətta  bir  abzasdan  ibarət  ənənəvi 
formullar mövcuddur.  Bütün formullar,  stereotip  ifadələr həmçi­
nin  ənənəvi  motiv  və  süjetlərlə  sıx  bağlıdır.  Nağılın  müəyyən 
olunmuş  motivi  ilə  birgə  formullar  süjet  tipinə  də  daxil  olur, 
hətta  süjetin  göstəricisinə  çevrilir.  Belə  ki,  bir  qism  formullar 
tarixi-etnoqrafık  mənaya  malikdir,  digər  qism  formullar  isə  sa­
dəcə  linqvistik nöqteyi-nəzərdən  asılı  olaraq  sözlərin  şəklini  də­
yişməsi,  təkrarlanması  yolu ilə yaranır.  Ona görə  də onların mə­
na  və  etimologiyalarını  analiz  etmək  maraqlı  olardı.  Ancaq  bir 
monoqrafiya  işinə  bütün  məsələlərin  hamısını  sığdırmaq  qeyri- 
mümkün  olduğundan,  onu  gələcək  araşdırmalara  saxlamalı 
oluruq.
Proppun təbirincə  desək,  dünyanın  bütün nağılları  bir-birilə 
bağlıdır.  Həmçinin  m üxtəlif türk  xalqlarının  nağıl  poetikasının 
qanunları eynidir.  Bu mənada ortaq tarixi yolu keçmiş, soy-kökü 
eyni  olan  Azərbaycan  və  Türkiyə  xalqlarının  nağıl  mətnlərində 
bütün  növ  formulların  zəngin  və  oxşar  nümunələri  diqqət  çəkir. 
Qeyd  edək  ki,  Azərbaycan  və  Türkiyə  nağıllarında bir  çox  ənə­
nəvi formulların,  əsasən başlanğıc və sonluq  formullarının bütün 
nağıllarda  üst-üstə  düşməsi  nəzərə  çarpır.  Başlanğıc  formulları­
na  daxil  olan  zaman  və  məkan  formullarının  əksəriyyəti  demək 
olar  ki,  oxşardır.  Məsələn,  başlanğıcda  işlədilən  klassik  “Biri 
vardı,  biri  yoxdu,  qədim  zamanlarda  bir padşah  vardı”;  “Qədim 
zamanlarda bir məmləkətdə bir ailə vardı” kimi  formullar, yaxud 
oxşar  ərazi  adlarının  iştirak  etdiyi  məkan  formulları  həm  Azər­
baycan, həm də Türkiyə nağıllarında oxşardır.  Təbiidir ki,  Azər­
baycan  və  Türkiyə  sərhədlərinə  aid  olan,  müasir  söyləyicilərin 
yaşadıqları  fərqli  məkan  adlarına  da  rast  gəlmək  mümkündür. 
Əhvalatların bitməsini  göstərən  sonluq  fomullarından isə “Nağıl 
tamama yetdi.  Göydən üç alma düşdü...” formulu və söyləyicilə­
rin  nağıl  ziyafətində,  toyda  iştirakı  ilə  əlaqədar  olan  formullar 
hər iki xalqın nağıllarında demək olar ki,  eynidir.  Yalnız ziyafət­
134
dən geri dönən söyləyicinin əlindəki  yemək mükafatım hər hansı 
bir maneə ilə qarşılaşaraq  itirməsi  ilə bağlı  olan  formullar Türki­
yə nağıllarında istifadə olunur.
Nağıllarda rast gəlinən bəzi  formullar nağıl janrının hansısa 
növünə  xarakterikdir.  Sehrli  nağıllarda  qəhrəmanın  bir  yerdən 
başqa  məkana  getməsi,  yoldakı  hərəkətlərini,  maneələri  dəf et­
məsini  ifadə  edən  formullar  üstünlük  təşkil  edir.  Bahadırlıq  na­
ğıllarına  qəhrəmanların  fəaliyyəti,  xarici  görünüşü  və  ona  aid 
olan  canlı,  cansız  varlıqların  təsviri  xarakterikdir.  Heyvanlar 
haqqında  olan  nağıllarda  məlum  başlanğıc  və  sonluq  formulları 
ilə  yanaşı, “az getdi,  uz getdi,  dərə-təpə düz getdi” keçid formu­
lundan tez-tez yararlanılır.
Azərbaycan  və  Türkiyə  nağıllarının  formullarında  oxşar 
cəhətlərdən  biri  də  onların  dini  məzmun  daşımasıdır.  Hər  iki 
xalqın  klassik  nağılları  yeri-göyü  yaradan  Allahın  və  onun 
qullarının  mövcudluğu  ilə  bağlı  formullarla  başlayır.  Bundan 
başqa, nağıllarda peyğəmbərlərin  (əsasən  Süleyman peyğəmbər) 
adları  çəkilir,  dəyərli dini kəlamlar xatırlanır.
Xalq  nağıllarının  içərisində  rast  gəlinən  ənənəvi  formullar 
məhz  qəhrəmanın  bir  yerdən  başqa  yerə  getməsi  və  epizodların 
dəyişməsi,  qəhrəmanların  xarici  görünüşünü  təsvir edən  formul­
lardır.  Bu formullar bəzi  cəhətlər istisna olmaqla,  Azərbaycan və 
Türkiyə  nağıllarında demək  olar  ki,  eynidir.  Gedilən yolu təsvir 
edən  “Az  getdi,  uz  getdi,  dərə-təpə  düz  getdi,  iynə  yarım  yol 
getdi”,  “Nağıl  dili  yüyrək  olar”  keçid  formulları,  gözəl  qızların 
görünüşünü  göstərən  “O  elə  bir  qız  idi  ki,  Aya  deyərdi,  sən 
çıxma,  mən  çıxım,  Günə  deyərdi  sən  çıxma,  mən  çıxım”,  yara­
şıqlı  və  güclü  oğlanların  kənanlı  Yusiflə  müqayisə  olunduğu 
təhkiyə  formulları bu qəbildəndir.
Nağıllara  xas  olan,  yalnız  nağıl  üçün  yaradılan  formullarla 
yanaşı,  digər janrlardan,  məsələn,  bayatılardan,  xalq mahnıların­
dan,  atalar  sözləri  və  məsəllərdən  nağıllara  keçənləri  də  möv­
cuddur.  Sadalananları  da ənənəvi formul  hesab  etmək olar.  Çün­
ki onlardan çoxu bir deyil, bir çox  nağıllarda işlədilir, təkrar olu­
135


nur və  ənənəviləşirlər.  Müasir nağıl  söyləyiciləri  daha çox atalar 
sözləri  və  alqış  xarakterli  formullardan  yararlanırlar.  Bu  özəllik 
ailə-məişətlə bağlı  olan nağıllarda çoxdur.  Azərbaycan və Türki­
yə  nağıllarında bu  tip  formullar milli  özünəməxsusluğu  və  fərq­
liliyi  ilə  seçilirlər.  Bu  da  labüddür.  Çünki  hər bir xalqın  özünün 
tarixi  inkişafı, onun əmək fəaliyyəti, həyat şəraiti,  insanların icti­
mai,  sosial münasibətləri və başqa amillər dilin ənənəvi  vasitələ­
rinə  təsir  edir.  Sadalanan  bütün  fərqli  formullar  Azərbaycan  və 
Türkiyə xalqlarının mədəniyyətinin bariz ifadəsidir, onlarda həm 
dünyanın  mədəni  dərkinin  əksi,  həm  də  milli  xarakter 
mövcuddur.
Bir sözlə,  istər  yararlandığımız  nağıl  kitabları,  dinlədiyimiz 
audiovizual  nağıl  mətnlərində  motiv  və  süjet  xətti  ilə  yanaşı, 
əsas  ənənəvi  formulların  da  ortaq  olduğunu  görməmək  olmur. 
Həmçinin belə  bir nəticəyə  gəldik  ki,  ənənəvi  başlanğıc  formul­
ları  və  sicilləmələr  kəmiyyət  baxımından  daha  çox  Türkiyədən 
toplanan  nağıllarda  zəngindir.  Bu  gün  Türkiyədə  çap  olunan 
toplularda,  internetdə  yerləşdirilən nağıl mətnlərində klassik for­
mullarla yanaşı,  yeni-yeni  qəlib  ifadələr,  təkərləmələr də diqqəti 
cəlb  edir.  Ümumiyyətlə,  son  dövrlərdə  Azərbaycan  və  Türkiyə 
nağıl  söyləyicilərinin  çoxu  yaddaşlarında  bir  neçə  sicilləməni 
saxlayır və yalnız onlardan istifadə etməklə kifayətlənirlər.
Ənənəvi  formulların  nağıllarda  tətbiqi  lokal  və  individual 
xarakter  də  daşıya  bilər.  Yəni  bəzi  regionlarda  formullardan  ge­
niş  istifadə  olunduğu  halda,  digər  yerlərdən  toplanan  nağıllarda 
isə  söyləyiçilər  formullardan  yararlanmağa  maraqlı  olmaya 
biləllər.  Məsələn,  Türkiyənin  Şimali  Kipr,  Çorum  bölgələrində 
yaşayan  söyləyicilər,  yaxud  həmin ərazilərdən toplanan nağıllar­
da  ənənəvi  formullardan  çox  istifadə  olunduğu  görünür.  Azər­
baycan folklor antologiyasına baxdıqda, əsasən,  Göyçə, Qarabağ 
və  Şəki  bölgələrində  formulların  dominantlığı  nəzərə  çarpır. 
Coğrafi  bölgələrə  xarakterik  olan  nağıl  formulları  da  ola  bilər. 
Məsələn,  Daşkəsəndən  toplanmış  “Şah  Abbasın  arvadı”  nağıl 
toplusunda,  Türkiyənin  Kıbrıs  ərazisindən  toplanmış  nağıllarda
136
dini  kəlamlardan,  müraciətlərdən  ibarət  qəlib  ifadələr  üstünlük 
təşkil edir.
Qeyd  etdiyimiz  kimi,  ənənəvi  formulların  işlədilməsi  daha 
çox fərdi xarakter daşıyır.  Bəzi nağılçıların təhkiyəsində ənənəvi 
formullardan geniş  şəkildə yararlandığını, bəzi nağıl  söyləyicilə­
rinin  təhkiyəsində  isə  formullardan  az  istifadə  olunduğunu  mü­
şahidə  etmək  olar.  Bu  xüsusiyyət  peşəkar  nağılçılarla  həvəskar 
söyləyicilərin  təhkiyəsini  bir-birindən  fərqləndirir.  Məsələn, 
Şimali  Kiprdə  yaşayan  folklorçu  M.Gökçəoğlunun  topladığı 
nağıllarda  zəngin  ənənəvi  formullar  var.  E.C.Güneyin  topladığı 
nağıl  mətnləri  də  ənənəvi  formullar  yönündən  olduqca  zəngin­
dir.  O,  öz  sələflərindən  qalmış  formullarla yanaşı,  özünəməxsus 
yeni  formul  nümunələri  də  yaradıb.  Ərzurum  nağıllarının  topla- 
yıcısı  olan  Bilgə  Seyidoğlunun,  “Türk  nağılları”nı  toplayıb  nəşr 
etdirən  Naki  Tezelin  nağıllarında  isə  formullardan  qismən  az 
istifadə  olunub.  Azərbaycan  dilində  Məşədi  Əyyub  Əliəkbərov 
İrəvaninin  1912-ci  ildə  nəşr  etdirdiyi,  Ağa  Həsən  Mirzəzadənin 
topladığı  nağıllarda  maraqlı  qəlib  ifadələr  işlədilib.  F.Bayatın 
“Şah  Abbasın  arvadı”  nağıllar  kitabında  daha  çox  dini  kəlamla­
rın,  Allaha,  peyğəmbərlərə  olunan  müraciətlərin  iştirak  etdiyi 
özünəməxsus  formullar  təqdim  olunub.  Müxtəlif  illərdə  çap 
olunan  beş  cildlik  “Azərbaycan  nağılları”  antologiyasında  da 
kifayət  qədər  ənənəvi  formullara  rast  gəlmək  olar.  Ancaq  yeni 
çapdan  çıxmış  Azərbaycan  Folkloru  Antologiyasının  nağıllar 
bölümündə  artıq  ənənəvi  formulların  demək  olar  ki,  yoxluğu 
nəzərə çarpır.
İnternet  səhifələrində  yerləşdirilən  müasir  dövrün  nağıl 
mətnlərində  (əsasən  Azərbaycan  nağıllarında)  tədricən  ənənəvi 
formullardan  çox  az  yararlanıldığı  görünür.  Ümumiyyətlə,  son 
dövrlərdə toplanan  nağıl  mətnlərinə nəzər saldıqda,  araşdırdıqda 
belə  nəticəyə  gəlmək  olur  ki,  bir  sıra  ənənə  formulların  həyata 
davamlılığına  baxmayaraq,  onların  yoxsullaşması,  səhnədən 
getməsi  prosesi  gedir. Nağılların başlanğıcında söylənilən ritmik 
məzəli  söz oyununa isə söylədiyimiz kimi, artıq az rast gəlinir.
137


Qeyd edək ki, nağıllarda rast gəlinən hiperbola, təşbih, b ə n ­
zətmə,  idiom,  təzad  bə  başqa  bədii  təsvir  vasitələrini  də  form ul 
hesab etmək lazımdır.  Onlar təkrarlanaraq dildən-dilə keçir, ənə- 
nəviləşir.  Nağılların  dil  və  üslubunu  formalaşdıran  ənənəvi  fo r­
mullardan yetərincə yararlanmaq şifahi təhkiyəni maraqlı və c əl­
bedici  edir.  Buna  görə  onları  araşdırmaq,  yaşatmaq  və  nəsillər­
dən  nəsillərə  ötürməkdə  fayda  var.  Ancaq  təəssüf ki,  nağılların 
formulları  digər  epik janrlar  olan  dastanlara  nisbətən  Azərbay­
can  və  Türkiyə  folklorşünaslığında  qismən  az  öyrənilib.  N ağıl 
formullarının  ayrı-ayn  tərəfləri,  özəllikləri  və  etimologiyası  isə 
fundamental  şəkildə  araşdırılmayıb.  Bu  sahədə  ən  mükəmməl 
nəzəri  iş  hesab  olunan  N.Roşiyanunun  əsərində  də  formulların 
semantikası  və  etimologiyası  təhlil  edilmir.  Çünki  motivlərin 
göstəricisinə  çevrilən  nağıl  formullanmn  yaranma  səbəbi  və 
mənbələrinin aydınlaşdırılması bir qədər çətin işdir.  Bunun üçün 
müxtəlif  xalqların  nağıllarını  diqqətlə  araşdırmaq,  nağılların 
yaranması,  onun  tarixi  və  genezisi  məsələsini  diqqətlə  təhlil  e t­
mək gərəkdir.
Bütün  bu  məsələlərə  nağılın  inkişafının  ümumi  problemi 
kontekstində  yanaşmaq  lazımdır.  Gələcəkdə  bu  problemləri  nə­
zərə alaraq, araşdırmalarımızı davam etdirməyi nəzərdə tuturuq.
138

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin