Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə2/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   2   3   4   5   6   7   8   9   ...   78
İstifadə olunmuş ədəbiyyat.............................................139
Ə la v ə ................................................................................... 149
3


ÖN SÖZ
Məlum  olduğu kimi,  qohum xalqların  bütün  mədəni  dəyər­
ləri  vahid  mənbədən  haçalanır.  Bu  baxımdan  şifahi  bədii  yara­
dıcılıq ənənəsi də istisna təşkil  etmir.  Bu günə qədər qohum türk 
xalqlarının  folkloruna  aid  çoxlu  materiallar  toplanmış  və  onlar 
haqqında maraqlı  araşdırmalar aparılmışdır.  Qeyd  edək ki,  folk­
lorun  ən  kütləvi janrlarından  biri  olan  nağıllar da  araşdırıcıların 
diqqətindən  kənarda  qalmamışdır.  Bu  tədqiqatlarda  konkret  bir 
xalqın nağıl  yaradıcılığına daha  çox  diqqət  ayrılır,  yaxın  xalqla­
rın nağıllarının tipoloji müqayisələri isə bir çox hallarda kölgədə 
qalır.  Bu  üzdən  qohum  xalqların  folkloru,  o  cümlədən  nağılları 
arasında olan tipoloji cəhətləri  ortaya çıxartmaq bütün aktuallığı 
ilə qarşıda dayanır.
Bu  araşdırma  nağılların  ifası  zamanı  söyləyicilərin  istifadə 
etdiyi  ənənəvi  formullara həsr  olunmuşdur.  Ənənəvi  formul  de­
yərkən,  epik təhkiyədə  istifadə  olunan qəliblənmiş  söz,  ifadə  və 
ya sözlər qrupu nəzərdə tutulur.  Bir çox mənbələrdə fərqli şəkil­
də  izah  olunan  “ənənəvi  formul”  m üxtəlif terminlərlə  ifadə  olu­
nur.  Dilçilik lüğətində “formul” termini  “frazeologizm”,  “klişe”, 
“ştamp”,  “stereotip” terminləri  ilə  sinonim  kimi verilir.  Mövcud 
məsələ  ilə  bağlı  araşdırdığımız  mənbələrdə  aşağıdakı  terminlərə 
rast gəlinir:  dayanıqlı yerlər, tipik yerlər,  ənənəvi formullar, epik 
formullar, tipik ifadələr,  qəlib  ifadələr,  stereotiplər, ənənəvi  yer­
lər,  klişelər,  təkrarlamalar,  daimi  epitetlər,  metrik  söz  qrupları, 
şablonlar,  tematik  standartlar,  dayanıqlı  müqayisələr  və  məcaz­
lar,  hərəkətli  hissələr,  obrazlı  stereotiplər,  stilistik  klişelər,  da­
yanıqlı  söz  kompleksləri,  frazeologizmlər,  kümə  sözlər  və  s. 
Məzmunca,  əhatəlilik  baxımından  daha  uğurlu,  çox  rast  gəlinən 
və kifayət qədər həcmli ifadə “ənənəvi formul” terminidir.
Ənənəvi  formullar  nağıl  təhkiyəsinin  tərkib  hissəsidir  və 
üslubi  xarakter daşıyır.  Bununla  yanaşı,  onlar nağıl  təhkiyəsinin 
ən  qədim  ünsürləri  sayılır.  Bu  isə  onların  qədim  folklor  ənənə­
sindən  süzülüb gəldiyini  göstərir.  Ona görə  də nağıl  ifaçılığı  za­
4
manı  istifadə olunan ənənəvi  epik formulların öyrənilməsi nağıl­
ların  poetik  xüsusiyyətlərini  üzə  çıxarmaqla  yanaşı,  onların  qə­
dimliyini də ortaya qoymuş olur. Monoqrafiyada genetik baxım­
dan  qohum olan  iki  xalqın -  Azərbaycan  və  Türkiyə  xalqlarının 
nağıllarında müşahidə  olunan  ənənəvi  formulların tipoloji  xüsu­
siyyətləri  öyrənilir.  Bu  xalqların  nağıllarında  müşahidə  olunan 
tipoloji  cəhətlər  dolayısı  ilə  onların  vahid  epik  ənənə  əsasında 
yarandığını  göstərir.  Azərbaycan  folklorşünaslığında  bu  istiqa­
mətdə aparılan araşdırmalara böyük  ehtiyac olduğunu nəzərə  al­
saq,  mövzunun necə aktual olduğunu təsəvvür etmək çətinlik tö­
rətməz.
Folklorda ənənəvi üslub məsələsinə ilk dəfə poetik dilin elə 
formuldan ibarət  olduğunu  söyləyən  A.N.Veselovski  toxunmuş­
dur.  Onunla  yanaşı,  m üxtəlif dövrlərdə  L.Uland,  Y.Qrişmanın, 
A.N.Afanasyev,  F.İ.Buslayev  kimi  rus  alimləri  də  folklorda for­
mul məsələsini araşdırıblar.
A.N.Veselovski  və  V.Y.Propp “ümumi yerlər”  adlandırdıq­
ları  formulları  xalq  yaradıcılığı  və  tətbiqi  incəsənətdə  öyrənil­
məsi  məsələsini  qoymuşlar.  Nağılı  məhz  ənənələr,  miflər,  ilkin 
təsəvvür  formalarının  və  bir  sıra  sosial  institutların  vasitəsilə 
izahının  mümkünlüyünü  sübut  edən  V.Propp  ənənəvi  formul­
lardan  söz  açılanda,  onları  arxaik  mədəniyyət  kontekstində  an­
lamaq  lazım  olduğunu  bildirmişdir  (133).  Amerikan  mədəniy- 
yətşünası  Con  Kaveltinin  artıq  klassikaya  çevrilmiş  “Formul 
nəqli  incəsənət  və  populyar  mədəniyyət  kimi”  əsəri  də  məhz 
bunu  isbat  etmək  üçün  meydana  çıxıb.  M üəllif  ədəbi  formulu 
çoxlu  sayda  əsərlərdə  istifadə  olunan  təhkiyə  və  drammaturji 
konvensiyaların strukturu kimi müəyyən etmişdir (134).
“Kitab  eposunun  abidələri”  toplusunda  üslub  və  tipoloji 
xüsusiyyətlər, rituallar, formullar barədə araşdırmalar daha geniş 
surətdə  özünə  yer tapıb.  Belə  ki,  A.N.  Veselovski,  V.M.Jirmun- 
ski,  İ.İ.Tolstoy  və  başqaları  məhz  orta  əsrlər  kitab  lirikasında 
antikliyin  və  folklor  ənənəsinin  əksini  görüblər.  Lirikanın  for­
mulları  haqqında  araşdırmalar  aparan  “alman  məktəbi”nin  mü-
5


təxəssısləri  A.Daura,  O.Holtsapfel,  Q.Poykert,  P.Mayer,  S.Bou- 
ra,  P.Kelli,  S.Vanqa və D.Buxane  isə  formulluğu  dünya xalq  li­
rikasının  yaradıcı  sisteminin  qanunauyğunluğu  kimi  tədqiq  et­
mişlər (117, 54).
XIX  əsrdə  isə  epik  üslubun  formulluq  məsələsinə  m üxtəlif 
epik  abidələrin  toplayıcılan  və  araşdırıcıları  münasibət  bildir­
mişlər.  Parri-Lord  nəzəriyyəsinə  görə,  formullar  üslubu  şifahi 
improvizasiya  şəraiti  ilə  izah  olunur.  Onlar  ani  bir  fikri  ifadə 
etmək  üçün müntəzəm işlənən  söz qrupunu  göz önünə  gətirmiş­
lər.  Məhz  bu  alimlərin yaratdıqları  məktəblərdə  formul  nəzəriy­
yəsi haqqında çoxsaylı  işlər görülmüşdür.  Bunlar Qərbdə  fəaliy­
yətə  başlayan Menendes  Pidal  və  Milmann Parrinin  məktəbləri­
dir.  Albert  Lord  və  E.Hayts  sonuncu  məktəbin  nümayəndələri­
dir.  Birinci  məktəbin  nümayəndələri  ənənəviliyi,  ikinci  məktə­
bin nümayəndələri  isə  şifahi  təhkiyəni  əsas  götürürlər.  Onlar  cə­
nubi  slavyanların  Yunats  və  Hayduts  eposunun  müasir  söyləyi- 
cilərini müşahidə edərək xalq ifaçı və  söyləyicilərinin bədahətən 
söyləmə  mexanizmlərini,  Homer  eposlarının  üslubi  keyfiyyət­
lərini, xüsusilə onun stereotiplərini araşdırıblar (117,  58).
Sözügedən  məsələ  haqqında  E.M.Meletinski  və  P.A.Qrint- 
ser Parri  və Lordun təklif etdiyi  metodikadan bəhrələnərək prin­
sipial  dəqiqləşdirmələr  etmişlər.  P.A.  Qrintser  “Sanskrit  epo­
sunda  üslubi  mövzu  açıqlamaları”  əsərində  “Maxabxarata”  və 
“Ramayana”da  formul 
ifadəsinin 
yollarım 
araşdırmışdır. 
C.Y.Neklyudov  isə üslub təkrarlamaları və  leytmotivlərin qədim 
semantika  ilə  uyğunluğuna  diqqət  yetirmişdir.  Formul  anlamına 
geniş  mənada  münasibət  A.Virtin  araşdırmaları  üçün  də  səciy­
yəvidir.  V.Ferin formula həsr olunmuş əsərində də oxşar mənzə­
rə  ilə  qarşılaşmaq  olar  (110,  28).  Tanınmış  rus  tədqiqatçısı 
O.M.Freydenberq  də  “Süjetin  və  janrın  poetikası”  və  “Qədim 
dövrün mifi  və ədəbiyyatı” adlı əsərlərində məsələyə özünəməx­
sus tərzdə toxunmuşdur.
Rus  xalq  nağıllarının  ənənəvi  formulları  barədə  yazan 
Q.S.Maltsev  ənənəvi  formulları  şifahi  poetik  mətnin  kateqori­
6
yası  kimi  təqdim  edir.  Q.S.Maltsevlə  yanaşı,  İ.A.Razumova  da 
rus xalq nağıllarının formullarına ayrıca araşdırma həsr etmişdir.
Ənənəvi formullar məsələsinə nağıl janrı  haqqında araşdır­
malar  aparan  bir  sıra  alimlər  də  müraciət  ediblər.  Məsələn, 
L.Şeynyanu, 
S.Savçenko, 
P.Volkova, 
İ.Bolte, 
Q.Polivka, 
V.P.Anikin,  V.M.Sokolov,  M.P.Ştokmar,  F.İ.Buslayev,  D.Frey- 
zer,  A.N.Afanasyev  və  başqa tədqiqatçıların  sözügedən  məsələ­
yə həsr olunmuş əsər və məqalələri  əsas etibarilə nağıl  formulla­
rının qeydə alınması və inventarlaşdırılmasına həsr olunmuşdur.
A.B.Mojarovski,  A.N.Afanasyev,  N.P.Kolpakov,  A.J.Niki- 
forov kimi  bəzi  rus  araşdırıcıları ənənəvi  formulları  “usandırıcı” 
nağıllar  adlandırırlar  (135).  Onların  fikrincə,  bu  tip  nağıllarda 
süjet  illüziyalıdır,  çünki  onun  məqsədi  dinləyicilərə  maraqlı  bir 
şey  çatdırmaq  deyil,  texniki  tərəfdən  təhkiyənin  fasiləsizliyini 
təmin edən mexanizmi nümayiş etdirməkdir (135).
Göründüyü  kimi,  folklorşünaslıqda  daha  çox  formulların 
struktur-tipoloji aspekti araşdırılmışdır.  Bu sahədə ən fundamen­
tal  nəzəri  iş  Rumıniya  alimi  N.Roşiyanuya  məxsusdur.  O,  bir 
sıra Slavyan, Qərbi  Avropa və  Şərq xalqlarının nağıl mətnlərinin 
əsasında  formulları,  onların  elementlərinin  tərkibini  öyrənmiş, 
funksional  xüsusiyyətlərini  müəyyən  etmişdir.  N.Roşiyanunun 
tədqiqatlarına  əsaslanaraq,  N.M.Gerasimova  rus  xalq  nağılları­
nın  strukturunu  araşdırmışdır.  Bu  problemin  linqvistik  yöndən 
analizi isə O.A.Davıdovaya məxsusdur.
Formul  nəzəriyyəsinə  qismən  “Dastan  poetikasf’nda  toxu­
nan K.Vəliyev də  formulun təsnifatının bilavasitə dil  birliklərinə 
uyğun  olduğunu  vurğulayır:  1)  Söz-formulu  (metafora);  2)  Söz 
birləşməsi-formulu  (bədii  vəsflər);  3)  Cümlə-formulu  (atalar 
sözləri,  hikmətli  sözlər);  4)  Mürəkkəb  sintaktik  bütünlük-  for­
mulu  (şeir)  (76,  143).  Onun  fikrincə,  bu  ümumi  modellər  öz 
tərkib hissələrinə bölünür.  Alqış,  qarğış,  bədii  vəsf,  paralel  inşa­
lar,  atalar  sözləri,  təkərləmə  ifadələri  və  s.  uyğun modelin ünsü­
rü  kimi  ortaya  çıxır.  Bu  dil  birliklərinin  uyğun  modellərinə 
N.Roşiyanunun araşdırmasında da rast gəlinir.
7


Türkiyə folklorşünasları  da nağıl janrı üzərində  çoxlu sayda 
araşdırmalar  aparmışlar.  P.N.Boratav,  V.Eberhard,  W.S.Uysal, 
Z.Göyalp,  T.Alangu,  N.Tezel,  E.C.Güney,  S.Sakaoğlu,  U.Gü- 
nay,  B.Seyidoğlu,  sonrakı  illərdə  P.Boratavın  rəhbərliyi  altında 
V.Volker,  B.Volker, M.Tuğrul,  Ə.E.Uysal və E.Artun və s.  kimi 
alimlər öz  toplamalarında  formullardan  yararlanmış,  əsərlərində 
müəyyən qədər ənənəvi formullar məsələsinə toxunmuşlar.
Müasir  dövrdə  M.H.Yavuz,  N.Taner,  M.Gökçəoğlu  xalq 
nağılları  üzərində  çalışmalarım  davam  etdirirlər.  Əsasən  Kipr 
nağıllarım  toplayan müasir araşdırıcı  M.Gökçəoğlu  ənənəvi  for­
mulların “Kıbrıs  türk küme  sözler (formeller)”  sözlüyünü hazır­
lamışdır. Burada o, küme sözü altında ənənəvi tapmacaların, ata­
lar  sözlərinin,  təkərləmələrin  daxil  olduğu  bütün  formulları  təq­
dim etmişdir (87,17).
Bu günə qədər Azərbaycanda nağıl janrına həsr olunmuş bir 
sıra  araşdırmalar  mövcuddur.  Ancaq  onların  heç  birində  nağıl 
formulları  xüsusi  şəkildə araşdırmaya cəlb olunmamışdır.  O.Əli­
yev  “Azərbaycan  nağıllarının  poetikası”  adlı  monoqrafiyasında 
nağıl  formullarından  bir  qədər  ətraflı  bəhs  etmişdir.  Ayrı-ayrı 
dərsliklərdə isə nağıl formullarına ötəri şəkildə toxunulmuşdur.
Monoqrafiyanın predmeti  Azərbaycan  və  Türkiyənin,  həm­
çinin  Şimali  Kipr Türk  Cümhuriyyətinin müxtəlif bölgələrindən 
toplanan  xalq  nağıllarıdır.  Cənubi  Azərbaycan  və  İraq-Kərkük 
nağılları  və  internet  səhifələrində  yerləşdirilən  bütün  Azərbay­
can və Türkiyə xalq nağılları da tədqiqata cəlb olunmuşdur.
Burada  N.Roşiyanunun  “Ənənəvi  nağıl  formulları”  əsərinə 
əsaslanaraq  Azərbaycan və Türkiyə nağıllarının ənənəvi  formul­
ları araşdırılmışdır.  Azərbaycan və Türkiyə xalqlarının formulla­
rının oxşar və  fərqli  xüsusiyyətləri  təhlil  olunmuşdur.  Monoqra­
fiyada həmçinin  P.N.Boratav,  İ.Razumova,  Q.Maltsev  və  A.Ge- 
rasimova,  P.N.Boratav,  E.Artun  və M.Gökçəoğlu  kimi  alimlərin 
araşdırmalarından da istifadə olunmuşdur.
Əsas  məqsədimiz  Azərbaycan  və  Türkiyə  nağıllarının  ənə­
nəvi  formulları  arasında müqayisələr aparmaq  və  bu yolla onla-
8
nn vahid epik ənənə əsasında yarandığını, yəni bir bütövün ayrı- 
ayrı hissələri olduğunu əsaslandırmaqdan ibarətdir.  Bununla əla­
qədar qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
-   Folklorda  ənənəvi  formullar  məsələsinin  qoyuluşu  və 
ətraflı öyrənilməsi;
-  Xalq nağıllarında ənənəvi  formullar məsələsinin araşdırıl­
ması, bu sahədə mövcud təcrübənin mənimsənilməsi;
-  Azərbaycan  və  Türkiyə nağıllarının ətraflı  öyrənilməsi və 
müqayisə olunması;
-  Azərbaycan və Türkiyənin m üxtəlif bölgələrindən toplan­
mış nağılların başlanğıc  formullarının müqayisə  olunması,  ortaq 
formulların aşkarlanması;
-  Azərbaycan  və  Türkiyə  nağıllarının təhkiyə  formullarının 
oxşar və fərqli cəhətlərinin müəyyən olunması;
-  Azərbaycan və Türkiyə  xalq nağıllarının sonluq formulla­
rının oxşar və fərqli xüsusiyyətlərinin müəyyən olunması;
-   Ortaq  və  fərqli  formullar,  onların  meydana  gəlmə  səbəb­
lərinin və nəticələrinin ümumiləşdirilməsi;
Monoqrafiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
-   Araşdırma  işində  ənənəvi  nağıl  formulları  haqqında 
nəzəri  düşüncə  və  təcrübənin  mənzərəsinin  yaradılmasına  cəhd 
edilmişdir.
-  Azərbaycan nağıllarının ənənəvi  formulları  sistemli  şəkil­
də öyrənilmiş və bir çox ümumiləşdirmələr aparılmışdır.
-   Türkiyə  nağıllarının  ənənəvi  formulları  toplanmış  və 
ümumiləşdirmələr aparılmışdır.
-   Azərbaycan  nağılları  ilə  Türkiyə  nağıllarının  formulları 
müqayisə  olunmuş  və  onların  tipoloji  xüsusiyyətləri  üzə çıxarıl­
mışdır.
-  Azərbaycan və  Türkiyə  nağıllarının ənənəvi  formullannm 
kataloqu hazırlanmışdır.
-   Monoqrafiyanın  və  formullar  kataloqunun  gələcəkdə  bu 
sahədə  yeni-yeni  araşdırmaların  meydana  çıxmasına  təkan 
verəcəyinə inanırıq.
9


Bir sözlə, monoqrafiyada ənənəvi formulların sistemli təhli­
li  ilə yanaşı,  Azərbaycan  və  Türkiyə  nağıllarının  başlanğıc,  təh­
kiyə və  sonluq  formullarının müqayisə olunması,  ortaq və  fərqli 
cəhətlərin tapılıb  təhlil  edilməsi  folklorumuz üçün  çox  maraqlı­
dır.  Araşdırılan  formulların  çoxu  yalmz  nağıla  deyil,  digər ja n r­
lara da aiddir.  Tədqiqat işi  həm  Azərbaycan,  həm  də  Türkiyədə 
şifahi  xalq  ədəbiyyatı  ilə  maraqlananlar,  yaxından  məşğul  olan 
mütəxəssislər  və  ali  məktəb  tələbələri  üçün  faydalı  ola  bilər. 
Monoqrafiyadan  şifahi  xalq  ədəbiyyatına  aid  yeni  dərsliklərin 
hazırlanmasında  da istifadə  oluna bilər.  Tədqiqatın  aparılmasın­
da və monoqrafiyanın hazırlanmasında mənə dəstək  olan hər bir 
kəsə təşəkkür edirəm.
10

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin