AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq


NUH – Quranda adı keçən peyğəmbər-



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

NUH – Quranda adı keçən peyğəmbər-
lərdən biri olmuşdur. Rəvayətlərə görə İdris
peyğəmbərdən sonra insanlar onun əllə çək-
ilmiş rəsmlərinə və düzəldilmiş heykəllərinə
tapınmağa başlamışdırlar. Orada bütpərəst-
liklə yanaşı əxlaqsızlıq, ədalətsizlik və
cəhalət geniş yayılmışdır. Bu xalqın arasında
doğulub boya başa çatan Nuh kiçik yaşların-
dan Allaha ibadət etmiş, tərki-dünya olmuş-
dur. O, əkinçilik və maldarlıqla məşğul
olmuş, müxtəlif sənətlərə yiyələnmişdir.
Nuhun əlli yaşı olanda Allah onu peyğəmbər
seçmiş, yolunu azmış tayfaları hidayətə dəvət
etmək üçün vəzifələndirmişdir. Ona kitab
verilməmiş, öncəki peyğəmbərlərin şəriəti ilə
hökm vermişdir.
Nuh uzun müddət xalqını Allaha ibadət
216
NİZARİLƏR

etməyə və bütlərə tapınmaqdan çəkinməyə
çağırmışdır. Ancaq onlar onu eşitmək
istəməmiş, ona qarşı sərt tədbir görmüşdürlər
(Quran 7: 59-64). Azğınlaşmış insanlar
Nuhu daşa basaraq şəhərlərindən qovmuş-
durlar (Quran, 54: 9). Bundan sonra Allah,
azğın insanlara fəlakət göndərmişdir. Uzun
illər boyu o yerlərə yayış yağmamışdır. Hər
yeri quraqlıq və aclıq bürümüşdür. Onda Nuh
xalqını tövbə etməyə çağırmışdır (Quran, 71:
10-13). Ancaq, onların çoxu bundan imtina
etmişdirlər. Bundan sonra Nuh, Allahdan bu
xalqın cəzalandırılmasını istəmişdir (Quran,
11: 33-34). Allah da Nuha böyük bir gəmi
düzəltmək əmrini vermişdir (Quran, 11: 36-
37). Bundan sonra Nuh birbaşa gəminin in-
şasına başlamışdır. Onunla bərabər iman
gətirən insanlar da gəminin inşasında iştirak
etmişdirlər.  Cəbrail mələk isə onları ruh-
landırırdı. Bütpərəstlər isə onlara gülürdülər.
Gəmi tikilən kimi Allah Nuha hər bir hey-
vandan erkək-dişi olmaqla bir cüt, ailəsini və
iman gətirmiş insanları gəmiyə yığmağı
buyurmuşdur (Quran, 11: 40). Nuh Allahın
bütün buyruqlarını yerinə yetirdikdən sonra
Tufan qopmuş, yer üzünü su basmış və bütün
canlılar məhv olmuşdur. Altı aydan sonra
leysan yağışlar kəsilmiş, su yavaş-yavaş
geriyə çəkilməyə başlamışdır. Sonra Nuh
peyğəmbərin gəmisi sudan azad olmuş Cudi
dağına yaxınlaşıb lövbər salmışdır. Bu dağın
İraqın şimalında yerləşən dağlardan biri
olduğu rəvayət edilir. Ham və Yafəs adlı
oğulları və Allaha iman gətirmiş insanlar
ölümdən qurtulmuşlar. Onlardan yeni insan
nəsilləri törəmiş və dünyanın müxtəlif
tərəflərinə yayılmışdırlar. Sam ərəblərin,
farsların, avropalıların; Ham qara dərili
hindlilərin və afrikalıların, Yasəf isə türklər
və başqa asiyalı xalqların ulu babaları hesab
edilir. Buna görə Nuhu “ikinci Adəm” də ad-
landırırlar. 
NURSİ SƏİD (1293/1876 – 1379/1960)
– yeni dövrün müsəlman maarifçisi və icti-
mai-siyasi xadimi olmuşdur. O, Bitlisin
yaxınlığındakı Nurs kəndində doğulmuşdur.
Erkən yaşlarından başlayaraq ilahiyyat elm-
lərinə maraq göstərmiş, yaxşı yaddaşı ilə
seçilmişdir. O, rəsmi məktəblərdə oxumamış,
bilikləri müxtəlif müəllimlərindən almışdır.
Daha sonra özü üzərində işləyərək İslam təli-
minin müxtəlif sahələri üzrə çoxlu sayda
əsərlər oxumuşdur. 1325/1907-ci ildə Səid
Nursi İstanbula getmiş, orada qonaq
evlərinin birində yaşamış, müxtəlif adamlarla
görüşmüş, onların problemləri ilə tanış
olmuş, dini-fəlsəfi və siyasi düşüncələrini or-
taya qoymuşdur. O həm də qəzet və jurnal-
larda dərc olunmuş, siyasi proseslərə də
qoşulmuşdur. Onu hətta bütün bunlara görə
“Bədiüz-zaman” (zamanını möcüzəsi) da ad-
landırırdılar. 
Birinci dünya müharibəsi başlayanda
Səid Nursi Vanda yaşayırdı. Orada o, müəl-
limlik fəaliyyəti ilə məşğul olur, həm də
müharibəyə insanların göndərilməsini təşkil
edirdi. O özü də vuruşmuş, Bitlis uğrunda
gedən döyüşlərdə ruslara əsir düşmüşdür. Üç
ildən sonra əsirlikdən buraxılmış və İstan-
bula qayıtmışdır. 
Osmanlı imperiyası birinci dünya
müharibəsində məğlub olandan sonra İstan-
bulu ingilis qoşunu işğal etmişdir. Səid Nursi
başqa yurddaşları ilə onlara qarşı mübarizəyə
qalxmış, onlara qarşı ideoloji təbliğat
aparmışdır. O dövrlərdə Anadoluda artıq is-
tiqlal uğrunda mübarizə başlamışdır. Ancaq
ingilislərin basqısı altında olan Osmanlı Sul-
tanı və din xadimləri bu azadlıq uğrunda
mübarizəyə qalxmış insanları qiyamçı ad-
landırmış, bu barədə fətva da vermişdirlər.
Bu zaman Səid Nursi Osmanlı Sultanı və dini
xadimlərinə qarşı çıxış etmişdir. O, türk
xalqının mübarizəsinin şəriətə uyğun olması
haqqında öz fətvasını vermişdir. Səid
Nursinin addımını Türkiyə Böyük Millət
217
NURSİ SƏİD

Məclisi (TBMM) yüksək dəyərləndirilmiş,
Mustafa Kamal Səid Nursini Ankaraya dəvət
etmişdir. 1340/1922-ci ildə Ankaraya gəlmiş
Səid Nursi Türkiyənin yeni hakimiyyəti ilə
anlaşa bilməmiş, dünyəvilik siyasətinə qarşı
çıxmışdır. O, Türkiyədə şəriət ilə ölkənin
idarə olunmasının tərəfdarı olmuş, bu barədə
o bəzi əsərlər də yazmışdır. Sonra Səid Nursi
Vana getmiş, orada siyasi ittihamla İsparta
vilayətinə sürgün edilmişdir. Burada o, İslam
ilahiyyatına aid olan çoxlu sayda kitablar
yazmış, dünyəviliyi pisləmişdir. Türkiyənin
dünyəvi hakimiyyətinə qarşı apardığı
fəaliyyətinə görə məhkəmələrə cəlb edilmiş
və sürgün edilmişdir. Sürgün həyatını
yaşayan zaman Səid Nursi ən böyük əsəri
olan “Risaleyi-Nur” kitabını tamamlamışdır.
Bu kitabda o, Quran ayələrini və klassik
İslam irsinin müasir zamanın tələblərinə
uyğun təfsir etmişdir. 
Səid Nursi 1379/1960-cı ildə Urfada
vəfat etmişdir. Onun vəfatından sonra
davamçıları onun irsini davam etdirərək
“Nurçuluq” adlanan dini-ictimai hərəkatı for-
malaşdırmışdırlar. Hazırda, bu hərəkat
dünyanın bir çox ölkələrində fəaliyyət
göstərir. “Risaleyi-Nur” əsəri nurçuluq
hərəkatının maarifçi fəaliyyətinin əsas mən-
bəyidir. 
NURÜL-MƏHƏMMƏDİ
–  nurun
peyğəmbərdən başqasına keçməsi inancıdır.
Sonda bu nur Əbu ibn Əbu Talibin soyundan
olan imamlara keçmişdir. Onlar “Məhəmməd
nurunun” olmasına dair Quranın 24-cü
surəsinin 35-ci ayəsini dəlil kimi gətirirlər.
Daha sonra “Məhəmmədin nuru” ideyası
müxtəlif sufi qollarının təlimlərinə də
keçmişdir.
NÜMAN İBN MÜQƏRRİN (21/642-ci
ildə vəfat etmişdir) – görkəmli müsəlman
sərkərdəsi, Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Mədinə
yaxınlığında yaşamış Müzeynə qəbiləsinin
başçısı olmuşdur. Hicrətdən sonra Nüman öz
qəbiləsinin 400 nəfərlik atlı dəstə ilə Məd-
inəyə  Məhəmməd
peyğəmbərin yanına
gəlmiş, İslamı qəbul etmişdir. Bundan sonra
Nüman müsəlmanların apardığı savaşlarda
vuruşmuşdur. Məhəmməd peyğəmbərin və-
fatından sonra Nüman xəlifə Əbu Bəkrə tabe
olmayan ərəb qəbilələri ilə döyüşmüşdür.
Xəlifə  Ömərin dövründə isə o, İrana qarşı
savaşlarda fəallıq göstərmiş, Xilafət qoşu-
nuna başçılıq etmişdir. İranlılara qarşı
Nəhavənd döyüşündə həlak olmuşdur.
NÜSEYRİLƏR –bax: ƏLƏVİLƏR (II).
NÜSUB
– 
ərəb bütpərəstlərinin
məzarlarda və başqa yerlərdə qurduqları
qurbanlıq yerləri idi. Burada onlar bütlərə,
ölmüş əcdadlarına, müqəddəslərə və mələk-
lərə qurbanlar kəsərək onlardan yardım
diləyirdilər.
O
ORUC –  günəşin doğuşundan bat-
masına qədər yeməkdən, içməkdən və cinsi
yaxınlıqdan uzaq duraraq Allaha edilən
ibadətdir.  Ramazan ayında oruc tutmaq
İslam dininin əsas şərtlərindən biridir.
Quranın 2-ci surəsinin 183-cü ayəsində oru-
cun vacib olduğu qeyd edilmişdir. İslam al-
imlərinə görə Ramazan ayında orucun
tutulması  Məhəmməd peyğəmbərin  Məd-
inəyə hicrət etməsindən sonra hicrətin 2-ci
ilində baş verən Bədr döyüşündən öncə vacib
qılınmışdır. Ona qədər Məhəmməd peyğəm-
bərlə onun davamçıları Məhərrəm ayında
oruc tutmuşdurlar. Başqa bir xəbərə görə isə
İslamın ilk dövrlərində hər ayda iki gün oruc
tutulmuşdur. Müsəlmanlar oruc tutarkən Al-
218
NURÜL-MƏHƏMMƏDİ

lahın onlara mərhəmətli olmasını, eləcə də
günahlarının bağışlanmasını diləyirlər. Ra-
mazan ayında müsəlmanlara başqa aylara
nisbətən daha çox ibadətlər və xeyirli işlər
görmək tövsiyə edilir. Onlar inanır ki, Allah
oruc tutanın günahlarını bağışlayıb cənnətə
yaxınlaşdırır.
Yetkinlik yaşına çatmış sağlam düşüncəli
müsəlmanlar oruc tutmalıdırlar. Səfərdə
olanlar, uşaqlar, xəstələr oruc tutmaya bilər-
lər. Heyz və ya nifas halında olan qadınlar
oruc tutmamalıdırlar. Onlar buraxılan gün-
lərin yerinə orucu Ramazan ayı bitdikdən
sonra qəza etməlidirlər.
Orucu tutmağa imsak vaxtından başlamaq
lazımdır. Orucu tutarkən isə buna niyyət
edilməlidir. Gün ərzində yemək, içmək,
siqaret çəkmək, cinsi yaxınlığa girmək
olmaz. Özünü bilərəkdən qusdurmaq da
orucu pozar. Ancaq, müsəlman bunları
bilmədən, unudaraq edərsə, onda oruc pozul-
maz. Ağız suyu udula bilər. Əgər insan
bilərəkdən orucunu pozarsa, günah əməl
işləmiş olur. Belə olarsa o, tutmadığı günlərin
yerinə başqa vaxt daha da çox qəza orucunu
tutmalı, üstəlik kəffarə də verməlidir.
Oruca başlamazdan öncə tezdən yuxudan
durub səhər yeməyi yeyilməlidir. Ona “obaş-
danlıq” və ya sühur deyilir. Günəş batan kimi
də oruc iftarla
açılmalıdır. İftar
gecikdirilməməli, vaxtında açılmalıdır. Oruc
tutan kəs dində haram və  məkruh işlərin
görülməsindən çəkinməlidir. Bilərəkdən
kiməsə pislik etmək, yalan danışmaq və s.
əməllər olmaz. 
İslamda vacib və nafilə orucları vardır.
Vacib oruc Ramazan ayında tutulandır
(Quran, 2: 185). Ramazan ərzində müsəl-
manlar Qədr gecəsinin axtarışında olur, müx-
təlif dualar edir, təravih namazlarını qılırlar.
Ramazan ayının sonunda isə yoxsullara fitrə
zəkatı verilir.
Əgər müsəlman üzrlü səbəblərdən Ra-
mazan ayındakı orucun hamısını və ya bir
necə gününü tuta bilməsə, onda həmin gün-
lərin qəzasını başqa aylar ərzində tutmalıdır-
lar (Quran, 2: 185). Nafilə orucları isə sayca
çoxdur. Onlardan bəziləri Şəvval ayının altı
günündə,  Zülhiccə ayının ilk on günündə,
Şəban ayının isə bəzi günlərində tutulan
oruclardır.
ORUCLUQ BAYRAMI – bax: İDƏYN.
OSMAN İBN ƏFFAN (35/656-cı ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
yaxın səhabəsi, görkəmli ictimai-siyasi
xadim və üçüncü Raşidi xəlifəsi olmuşdur.
575-ci ildə Məkkədə doğulmuş, İslamı qəbul
edən ilk müsəlmanlardan biri olmuşdur.
Onun əmisi Həkəmə ibn Əbül-As onun
seçiminə qarşı çıxmış, qardaşı oğlunu
inancından çəkindirib ulu babalarının
inancına döndərmək istəmişdir. Ancaq bu
heç bir nəticə verməmişdir. Bir müddət
keçdikdən sonra Osman Məhəmməd
peyğəmbərin qızı Ruqiyyə ilə evlənmişdir. 
Müsəlmanlar Məkkədə təqiblərə uğrayan
zaman Məhəmməd peyğəmbər onların bir
çoxlarını Həbəşistana hicrət etmələrini əmr
etmişdir. Osman da öz həyat yoldaşı ilə bir-
likdə hicrət edənlərdən olmuşdur. 
Bir müddət keçdikdən sonra Osman
Məkkəyə qayıtmış və sonra müsəlmanlarla
birlikdə  Mədinəyə hicrət etmişdir. Osman
müsəlmanların bütpərəstlərlə apardıqları bir
çox savaşlarında iştirak etmişdir. Bədr
döyüşü zamanı isə həyat yoldaşı Ruqiyyənin
ağır xəstə olmasına, sonra isə vəfat etməsinə
görə  Mədinədə qalmışdır. Ruqiyyənin və-
fatından sonra Osman Məhəmməd peyğəm-
bərin digər qızı Ümmü-Külsümlə
evlənmişdir. O, Məhəmməd peyğəmbərin iki
qızı ilə evləndiyinə görə onu “Zun-Nureyn”
(İki nurun sahibi) adlandırırdılar. 
Hicrətin 6-cı ilində Məhəmməd peyğəm-
bər başda olmaqla müsəlmanlar həcc etmək
üçün Məkkəyə doğru yola düşmüşdürlər.
219
OSMAN İBN ƏFFAN

Ancaq bütpərəstlər onları şəhərə burax-
mamışdırlar. Buna görə Məhəmməd
peyğəmbər və onun səhabələri Məkkədən 17
km aralıqda yerləşən Hüdeybiyyə adlanan
yerə getmişdirlər. Oradan onlar məqsədlərini
açıqlamaq üçün Osman ibn Əffanı
qureyşlilərin yanına göndərmişdirlər. Osman
Məkkəyə gəlib şəhərin başçıları ilə
görüşmüş, müsəlmanların onlarla savaşmaq
üçün deyil, yalnız Kəbəni ziyarət etmək üçün
gəldiklərini bildirmişdir. Ancaq məkkəlilər
müsəlmanların şəhərə girməsinə yol ver-
məmişdirlər. Osman özündən asılı olmayan
səbəblər üzündən geriyə gec qayıtdığına görə
müsəlmanlar arasında onun öldürüldüyü
xəbəri yayılmışdır. Onlar Məhəmməd
peyğəmbərin yanına gəlib bütpərəstlərlə vu-
ruşmağa hazır olduqlarını bildirmişdirlər. Elə
oradaca müsəlmanlar ona beyət etmişdirlər.
Bunu eşidən Məkkə bütpərəstləri müsəlman-
larla ixtilafa girməmək üçün Hüdeybiyyədə
onlarla sülh anlaşmasını bağlamalı oldular.
Sonra isə Osman geriyə qayıtmışdır.
Osman ibn Əffan zəngin bir şəxs olmuş-
dur. O, hələ Məkkə dövründə müsəlmanlara
maddi yardım göstərirdi. Bu işi Mədinədə də
davam etdirmişdir. Məsələn, Təbuk
yürüşündə müsəlman qoşununun xərclərinin
böyük bir hissəsini o öz öhdəsinə götür-
müşdür. 
Əbu Bəkr və Ömərin xilafəti zamanı on-
ları dəstəkləmiş, onlara yardımçı olmuşdur.
23/644-cü ildə Ömərə sui-qəsd edildikdən
sonra ağır yaralanmış xəlifə, Məhəmməd
peyğəmbərin səhabələrindən ibarət olan bir
heyətin yaradılmasına və onların arasından
bir nəfərin yeni xəlifə seçilməsi əmrini ver-
mişdir. Osman ibn Əffan da o heyətin tərk-
ibində olmuş və üçüncü Raşidi xəlifəsi
seçilmişdir.
Xəlifə olduqdan sonra Osman ilk iki
xəlifələrin siyasətini davam etdirmişdir.
Onun hakimiyyəti dövründə Quran yenidən
işlənilmiş və nüsxələri çoxaldılıb bütün
ölkəyə yayılmışdır.
Xəlifə Osmanın xilafəti dövründə xarici
düşmənlərə qarşı uğurlu savaşlar aparılmış,
müsəlmanlar yeni əraziləri ələ keçirə
bilmişdirlər. Şimali Afrikanın, Suriyanın
fəthi davam etmiş, Kipr adası ələ keçir-
ilmişdir. Bizans imperiyası ağır məğlu-
biyyətlərlə üzləşmişdir. Asiyada da
müsəlman orduları uğurlar əldə edirdilər. O
zaman İran imperatorluğu tamamilə dar-
madağın edilmiş, Xilafətin tərkibinə
qatılmışdır. Ancaq xəlifə Osmanın
hakimiyyətinin sonlarına yaxın dövrlərdə Xi-
lafətin içində siyasi durum gərginləşmişdir.
Müxtəlif yerlərdə xəlifənin siyasətinə qarşı
etirazlar baş qaldırmışdır. Onlar Osman
tərəfindən təyin edilmiş və onun qohumları
olan vilayət valilərinin özbaşınalığına etiraz
etmişdirlər.
35/656-cı ildə Misirdən, Kufədən, Bəs-
rədən olan etirazçılar ziyarət səbəbi ilə Hi-
caza gəlmişdirlər. Onlar Mədinəyə daxil
olaraq xəlifə Osman qarşısında tələblər qoy-
muşdurlar. Ancaq xəlifə onları yerinə yetir-
məmişdir. Bundan sonra üsyançılar 82 yaşlı
Osmanın evini bir müddət müasirdə
saxladıqdan sonra ora daxil olmuş və onu
qətl etmişdirlər. Bundan sonra Xilafətdəki
siyasi durum gərginləşmiş və beləliklə, qarşı-
durma yaşanmışdır.
OSMANLILAR –  İslam dünyasının
xəlifələri olmuş türk sultanları olmuşdurlar.
Osmanlılar tarixdə formalaşma (1299 –
1453), güclü imperiya (1453 – 1579),
durğunluq (1579 – 1699), zəifləmə (1699 –
1792) və parçalanma (1792 – 1922) kimi
dövrlərini yaşamışdır. Osmanlı sultanlığının
yaradıcısı Osman bəy Ərtoğrul oğlu olmuş-
dur. O, Anadoluda Konya sultanlığına tabe
olan bir türk bəyliyinə başçılıq edirdi.
Bizansa qarşı uğurlu savaşlar aparırdı. 1299-
cu ildə öz bəyliyini müstəqil ölkəyə çevir-
mişdir. Elə bu ildən də Osmanlı dövlətinin
220
OSMANLILAR

əsası qoyulmuşdur. Sonrakı yüz il ərzində
Osmanlılar Bizansla savaşlarda yeni ərazilər
qazanaraq daha da genişlənmişdir. Bursa
şəhəri ölkənin paytaxtı olmuş, Osmanlı
sülaləsi isə “Sultan” adını daşımağa
başlamışdırlar.
Osmanlılar təkcə bizanslılarla deyil, on-
lara tabe olmayan digər türk bəylikləri ilə də
savaşlara girmiş, onları məğlub edib öz
ölkələrinə qata bilmişdirlər. Daha sonra Os-
manlılar Dardanel boğazını ələ keçirərək
Avropaya doğru irəliləməyə başlamışdırlar.
Balkan yarımadasında bir çox bölgələri ələ
keçirmişdirlər. Orada onlar bir necə dəfə bir-
ləşmiş Avropa krallarının qoşununa qalib
gələ bilmişdilər. O dövrdə çoxlu yunanlar,
slavyanlar, albanlar və başqa millətlərin nü-
mayəndələri İslamı qəbul etmişdirlər.
O zaman “yeniçərilər” adlanan döyüşçü
birləşmələri də yaradılmışdır. Bu bir-
ləşmələrə soyları xristian ailələrindən olan
uşaqlar alınmış, döyüşçü ruhunda tərbiyə
edilmişdirlər. Yeniçərilər Sultanın ən nizamlı
döyüşkən ordusu olmuşdur. Ancaq sonra
1402-ci ildə Osmanlı Sultanı Bəyazid Əmir
Teymura məğlub oldu. Bundan sonra
təxminən 20 il boyu Osmanlılar gücdən
düşmüşdürlər. Osmanlı sultanlığını yenidən
dirçəldən Sultan II Murad olmuşdur. Ondan
sonra Türklər Avropada və Yaxın Şərqdə yeni
ərazilər fəth edə bildilər. 1444-cü və 1448-ci
illərdə II Murad Varna və Kosovada
avropalıların birləşmiş güclərini məğlu-
biyyətə uğrada bilmişdir. Ondan sonra
hakimiyyətə gələn Sultan II Məhmət özünü
Roma imperiyasının qeysəri (Qeysəri-Rum)
adlandırmışdır. Sonrakı türk Sultanları da bu
adı daşıyırdılar. 1453-cü ildə İstanbulun və
Trabzonun alınmasından sonra Osmanlı
dövləti artıq imperiya adlandırılmağa
başlamışdır. Anadoluda isə bütün türk bəy-
likləri Osmanlı dövlətinə daxil edilmişdir.
Qara dəniz kənarları və Krım da türklərə tabe
olmuşdur. Türk Sultanları özlərini müsəl-
manların və xristianların imperatoru hesab
edirdilər. Bütün bu uğurlar sonrakı illərdə də
davam etdirilmişdir. Miladi XVI əsrdə türk
qoşunları  qızılbaşlara qalib gəlmiş, sonra
Suriyanı və Misiri ələ keçirmişdirlər. 1516-
cı ildə Osmanlı Sultanı I Səlim Qahirəyə
gəlmiş, orada sonuncu Abbasi xəlifəsi sayılan
Mütəvəkkillə görüşmüş, o da ona xəlifə ad-
lanmaq hüququnu vermişdir. Bu tarixdən
etibarən Osmanlı Sultanları artıq bütün
müsəlmanların xəlifəsi adını daşımağa
başlamışdırlar. Bundan sonra onlar Hicazın
müqəddəs şəhərlərini və bütün Ərəbistanı da
imperiyaya qatmışdırlar.
1529-cu ildə Sultan Süleymanın
dövründə türk ordusu Avropada daha da
irəliləyərək Avstriyaya girmiş, Vyananı
mühasirəyə almışdır. O zaman artıq Şimali
Afrika, İranın və Qafqazın qərb bölgələri də
imperiyanın tərkibində idi. Türk donanması
Aralıq dənizindən bütün rəqiblərini sıxışdırıb
aradan çıxara bilmişdir. 1571-ci ildə
avropalılar Lepantoda türk donanmasını ağır
məğlubiyyətə uğratsalarda Osmanlılar bun-
dan sonra da uzun müddət Aralıq dənizində
üstünlüklərini saxlaya bilmişdirlər.
XVII əsrdə Osmanlı imperiyasında ger-
iləmənin ilk təzahürləri üzə çıxmağa
başlamışdır. Anadolunu “Cəlali” adlanan
üsyanlar və Osmanlı Sultanlarına qarşı etira-
zlar hər yeri bürümüşdür. Qızılbaşlar osman-
lıları Azərbaycandan sıxışdırıb çıxara
bilmişdirlər. Sultan IV Məhmətin (1648 –
1687) sultanlığı dövründə Osmanlı im-
periyası dərin böhran keçirmişdir. Avropa do-
nanmaları türk dəniz qüvvələrini darmadağın
edərək Dardanel yaxınlığında bir necə adanı
ələ keçirərək İstanbula girmək istəmişlər.
Onlar Türklərin müqaviməti ilə qarşılaşdıq-
dan sonra geri çəkilməyə məcbur olmuşlar.
Avstriyada aparılan müharibədə isə türk or-
dusu darmadağın edilmiş, Avropada bir çox
alınmış ərazilər itirilmişdir. 
XVIII əsrdə qızılbaşlarla savaşda öncə
221
OSMANLILAR

uğur əldə edilsə də, sonra Osmanlı qoşunu
yenə geriyə çəkilməli oldu. Avropada da on-
ların uğursuzluqları davam edirdi. O zaman
Rusiyada Osmanlılarla savaşlara başlamışdır. 
Osmanlı imperiyası artıq inkişaf etmiş
Avropa ilə rəqabət apara bilmirdi. Buna görə
də o dövrlərdən başlayaraq Osmanlılar
Avropa ölkələrinin mədəniyyətləri, ölkə qu-
ruluşu, ordu quruculuğu ilə maraqlanmağa
başlamışdırlar. Onların nailiyyətlərini
ölkələrinə gətirmək, inkişaf etmək
istəmişdirlər. Geriləməni aradan qaldırmaq
üçün Sultanlar yenidənqurma işlərini
aparmaq üçün cəhdlər etmişdirlər. Ancaq bu
cəhdlər uğursuz nəticələnmişdir. Yeniçərilər,
dövlət məmurları və dini xadimlər yenidən-
qurmanın aparılmasına qarşı idilər. 
1799-cu ildə fransızlar Misirə girə bilmiş,
Ərəbistanda da vəziyyət ağırlaşmış, orada
Osmanlılara qarşı silahlı hərəkat başlamışdır.
Ölkəsinin getdikcə gücdən düşməsini an-
layan Sultan III Səlim yenə ölkədə islahatlar
keçirmək istəmiş, fransızların yardımı ilə
yeni ordu yaratmışdır. Ancaq buna etiraz
edən yeniçərilər onu devirmişdilər. 
Bu arada Osmanlı qoşununun uğursu-
zluqları davam edirdi. Ruslar Qafqazı tam ələ
keçirmiş, Qara dənizdə onlar türk donan-
masını darmadağın etmişdirlər. Osmanlılar
Krımı da itirmişdirlər. Bu da ölkə içində du-
rumun ağırlaşmasına səbəb olmuşdur. 
Növbəti saray çevrilişindən sonra
hakimiyyətə II Mahmud (1808 – 1839)
gəlmiş və yenidənqurma işlərinə başlamışdır.
1826-cı ildə o yeniçərilər ordusunu dağıtmış,
dünyəvi təhsil sistemini tətbiq etmiş, ölkədə
kitab və qəzetlər buraxılmağa başlamışdır.
Ancaq, buna baxmayaraq ölkənin durumu
getdikcə ağırlaşmışdır. Savaşlarda məğlu-
biyyətlərin arası kəsilmirdi. İmperiyanın hər
tərəfində hakimiyyətə qarşı üsyanlar baş
qaldırmışdır. Ağır durumdan çıxmaq
cəhdlərini yeni Sultan Əbdülməcid (1839 –
1861) davam etdirmişdir. Onun geniş
yenidənqurma planları “Tənzimat” ad-
landırılmışdır. Onun dövründə ölkə qanunları
Avropa qanunlarına uyğunlaşdırılmış, qeyri-
müsəlmanların hüquqları müsəlmanlarla
bərabərləşdirilmişdir. Korrupsiya və rüşvətx-
orluğun qarşısını almaq üçün yeni iqtisadi
siyasət də tətbiq olunmuşdur.                      
1853 – 1856-cı illərin Türk-Rus
müharibəsi Osmanlılar üçün nisbətən uğurlu
olsa da ölkədə böhran davam etmiş və
maliyyə problemləri kəskinləşmişdir. Os-
manlı dövlətinin Avropa ölkələrinə böyük
borcları yığılmışdır. Buna görə də, Osmanlı
onların təsiri altına düşmüş, müstəqil daxili
və xarici siyasət yeridə bilməmişdir. Avropa
ölkələri imperiyanın daxili işlərinə
qarışırdılar. Bu da iqtisadi böhranı daha da
ağırlaşdırmış, dinlər və millətlərarası müna-
sibətləri gərginləşdirmişdir. Ölkədə daxili
qarşıdurmaların sayı getdikcə artırdı. 1875-
ci ildən etibarən Osmanlı imperatorluğu tam
müflisləşmiş, borclarını geri qaytara
bilməmişdir.
Çox ağır durumda xilafətə Sultan II Əb-
dülhəmid (1876 – 1909) gəlmişdir. Onun
dövründə ilk dəfə olaraq Osmanlı im-
periyasında Konstitusiya qəbul olunmuş, par-
lament (məclis) çağırılmışdır. Ancaq o
zaman, Balkanlarda siyasi böhran yaranmış,
bu da yeni rus-türk savaşına gətirib çıxar-
mışdır. 1877 – 1878-ci illərdəki savaşda Os-
manlılar yenə də ağır məğlubiyyətə uğramış,
Balkanların əksər vilayətlərindən geri çək-
ilməli olmuşdurlar. O zaman ingilislər Kipr
adasını və Misiri, Fransa isə Tunisi və Əl-
cəzairi ələ keçirmişdir. Osmanlıları yalnız
başqa avropalıların rəqibi olan Almaniya
dəstəkləmişdir. Almanlar türklərə yardım
etmiş, bəzi islahatların keçirilməsində onlara
dəstək olmuşdurlar. Parlamenti isə Sultan bu-
raxmışdır.
XIX əsrin sonlarından başlayaraq im-
periyada türkçülük ideyaları geniş yayılmağa
başlamışdır. Onların siyasi qanadı “İttihad və
222
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin