AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

RİFAİ ƏHMƏD İBN ƏLİ 

məli oldu. Xilafətin alternativi kimi “İslam
ölkəsi” ideyasını səsləndirdi. Bu ideya
müasir zamanımızda həyata keçmişdir. Pak-
istan, İran kimi ölkələrdə İslam dövlətləri
yaranmışdır. Bundan başqa bu ideyalar müx-
təlif müsəlman icmaları tərəfindən çox
bəyənilmişdir. M.R. Riza bir çox kitabların
müəllifi olmuşdur. O, təfsirə aid bir kitab
yazmışdır. Onun əsərlərinin çoxu məqalələr
kimi “Əl-Mənar” jurnalında çap olunmuşdur. 
RUH – mahiyyəti insan üçün tam bilin-
məyən, bədənə həyat verən cöhvərdir.
Qurana görə Allah insanlara ruh haqqında
çox az bilgi vermişdir (17: 85). Buna görə də
ruhun mahiyyətini dərk etmək cəhdləri
şəriətdə bəyənilmir. İslam əqidəsinə görə
insan öldükdə ruh bədəni tərk edir və o
bərzəxə yüksəlir.  Qiyamət günü isə ruhlar
təkrar bədənlərinə qayıdacaqdır. 
RUHÜL-QÜDS –  Quranda (2: 87)
anılmış Cəbrailin adlarından biridir. Bun-
dan başqa Allahın İsa peyğəmbərə verdiyi
qüvvə, onun gətirdiyi müqəddəs kitab, Xris-
tian təslisinin üçüncü elementi də müqəddəs
ruh adlandırılır.
RUQİYYƏ BİNT MƏHƏMMƏD
(2/624-cü ildə vəfat etmişdir) – Məhəmməd
peyğəmbərin Xədicə ilə evliliyindən doğu-
lan qızlarından biridir. Rəvayətlərə görə
Məhəmmədin
peyğəmbərliyindən qabaq
Ruqiyyə İslam düşməni Əbu Ləhəbin oğlu
Ütbə ilə nişanlanmışdır. Ancaq, Məhəm-
mədin  peyğəmbərliyi başladıqdan sonra
nişan geri qaytarılmışdır. Bundan sonra
Məhəmməd peyğəmbər Ruqiyyəni Osman
ibn Əffanla evləndirmişdir. Ruqiyyə əri ilə
birlikdə inanclarına görə təqib olunub
Həbəşistana hicrət edənlərdən biri idi. Orada
onun Abdullah adlı oğlu doğulmuşdur.
Ancaq o, altı yaşında vəfat etmişdir. Sonra
Ruqiyyə başqa müsəlmanlarla birlikdə
Məkkəyə qayıtmış və Mədinəyə hicrət et-
mişdir.  Bədr döyüşündən öncə o, ağır
xəstələnmiş, az sonra isə vəfat etmişdir.
Ruqiyyə Məscidün-Nəbəvinin yaxınlığında
yerləşən Bəqi məzarlığında dəfn edilmişdir. 
RUMİ MÖVLANƏ CƏLALƏDDİN 
bax: MÖVLƏVİLƏR.
RÜXSƏT –  fiqhdə dini vəzifələrin
yüngülləşdirilmiş formada icra edilməsidir.
İlahiyyatçılara görə dini vəzifələrin icra
edilməsində yüngülləşdirici yollar ola bilər.
Çətin yol dində olan bütün vacib 
müstəhəb əməllərin yerinə yetirilməsidir.
Ancaq müəyyən səbəblər üzündən çətin
yolun yerinə yetirilməsi mümkün olmasa,
onda yüngülləşdirici yola icazə verilir.
Rüxsətin nümunəsi kimi səfərdə olan
adamın  oruc tutmamasına və namazları
qısaldılmış şəkildə qılmasına icazə ver-
ilməsini göstərmək olar. Başqa örnək donuz
ətinə münasibətdədir. Ümumiyyətlə, donuz
ətinin yeyilməsi müsəlmanlara haramdır.
Ancaq acından ölmə təhlükəsi olarsa, onda
sağ qalmaq üçün az miqdarda donuz ətini
yemək mümkündür. 
RÜKƏT – namazda qiyam, rüku və iki
səcdəni əhatə edən ibadət halıdır. O zaman
Quran ayələri və başqa dualar oxunur.
Bütün namazlar rükətlərdən ibarətdir. Vacib
olan sübh namazında iki, zöhr və işa nama-
zlarında dörd, məğrib namazında isə üç rükət
namaz qılınır. Nafilə  namazlarında isə
rükətlərin sayı fərqlidir.
RÜKN  –  ibadətlərin əsasları belə ad-
lanır.  Məsələn,  namazın rüknləri  qiyamda
durmaq,  rükuya getmək və iki dəfə səcdə
etmək, sonuncu rükətin sonunda oturub
təşəhhüd duasını oxumaqdır. Orucun rüknü
səhər açılandan axşama qədər qidanın qəbul
edilməməsindədir. Rüknlər icra edilməsə
229
RÜKN

istənilən ibadət pozulmuş olur. Rüknlərə
daxil olmayan rituallar isə ibadəti pozmur.
Məsələn, namazda təsadüfən vacib olmayan
duanın oxunmamaması ibadəti pozmaz.
RÜKU – ayaq üstündə edilən təzimdir.
Namazın rüknlərindən biridir (Quran, 2: 43).
Qiyamdan sonra icra edilir. Rükuda əllər diz
qapaqlarının üstünü qoyulmalı, bədən düz
vəziyyətdə olmalıdır. İslamda rüku yalnız Al-
laha edilir. 
RÜŞVƏT – müəyyən bir işin görülməsi
üçün yüksək vəzifəli şəxsə verilən və onun
tərəfindən qəbul edilən pul və ya
hədiyyələrdir. Rüşvət şəriətdə haram əməl
sayılır, belə ki rüşvəti verən də, alan da
günah qazanır. Rüşvətin verilməsi ilə alın-
masına vasitəçi olmaq da haramdır. Bunu da
ilahiyyatçılar  Quranın 2: 188 ayəsi ilə
əlaqələndirirlər. Rüşvət vəzifə tutmaq,
müəyyən işləri düzəltmək, məhkəmə və ya
digər qurumların hökmlərini öz xeyrinə dəy-
işdirilmək üçün verilir. Ancaq, ədalətsiz
cəmiyyətlərdə müsəlmanlar canını və malını
qorumaq üçün bəzən rüşvət verməyə məcbur
olurlar. İlahiyyatçıları görə bu hallarda onlar
deyil, onları bu işə zorlayan kəslər günah
qazanırlar.
S
SABİİLƏR – mələk və ulduzlara tapı-
nan Mesapatomiyada məskunlaşmış qədim
xalq olmuşdurlar. Onlar haqqında Quranda
məlumat yer almaqdadır (22: 17). Sabiilərin
hansı inancda olduqları sualına ilahiyyatçılar
birmənalı cavab vermirlər. Onlardan bəziləri
hesab edirdilər ki, onların inancı Xristian-
lığın, Yəhudiliyin, Zərdüştiliyin, eləcə də
başqa dinlərin sinkretik qarışığından ibarət
olmuşdur. Digərlərinə görə sabiilər mələklərə
və ulduzlara tapınırdılar. Sabiiləri Allahın
bütün  peyğəmbərlərinə iman gətirən və
Zəbur kitabını oxuyan əhli-kitab hesab edən-
lər də olmuşdur. Ancaq başqa ilahiyyatçılar
onları bütpərəst adlandırmışdırlar. İlahiyy-
atçıların fikrincə sabiiliyin əlamətləri Misir,
Yaxın Şərq, İran və Hindistan dinlərində də
olmuşdur. Qədim yunan və roman inanc və
mədəniyyətinə sabiiliyin güclü təsiri olmuş-
dur. Sonralar sabiilərin inancına müxtəlif fəl-
səfi, mistik, eləcə də qnostik elementlər daxil
olmuşdur. 
SAHV –  sufilikdə mənəvi yolçuluğu
ayıq olaraq, sağlam düşüncəni itirməyərək
və vəcd halına düşmədən həyata geçir-
məkdir.  Sahv  sukr adlanan mənəvi yolu
sərxoş halda gedilməsinə qarşı qoyulan
təcrübədir. Onu ilk dəfə məşhur sufi Cüneyd
Bağdadi təcrübədən keçirərək təsəvvüf
ədəbiyyatına daxil etmişdir. 
SAİBƏ –  müəyyən bir məqsəd üçün
bütlərə adanan, İslam öncəsi ərəblərin hör-
mət bəslədikləri dişi dəvədir. Həmin niyyət
həyata keçən kimi o dəvəni bütün işlərdən
azad edib sərbəst buraxar, ətini və südünü
yeməzdilər. Bu dəvə biri-birinin ardınca on
erkək doğardısa, onda bütpərəstlər onun be-
linə minməzdilər. Bundan başqa bu dəvənin
üstündə yük daşınmaz, yunu qırxılmaz, südü
isə yalnız qonaqlara verilərdi.
SALEH (I) – Allahın Səmud qəbiləsinə
göndərdiyi peyğəmbər olmuşdur. O,  Nuh
peyğəmbərin oğlu Samın soyundan idi.
Qurana görə Allah günahlara batmış Ad qə-
biləsini məhv etmişdir. Onlardan bəzi inanclı
insanlar xilas olaraq başqa yerlərə
köçmüşdürlər.  Səmud xalqı da onlardan
törəmişdir. Rəvayətlərə görə səmudlular Hicr
adlı bir yerdə yaşayırdılar. O yer ola bilsin ki,
Suriya ilə Hicaz arasında olmuşdur. Burada
onlar sayca artmış və güclənmişdirlər. Onlar
230
RÜKU

çox çalışmış, əkinçilik işlərini görərək gözəl
bağlar salmışdırlar. Səmudlular dağlarda
yaraşıqlı evlər də tikmişdilər. Ancaq zaman
keçdikcə, bu xalq Allaha şərik qoşmuş,
bütlərə tapınmağa başlamışdırlar (Quran, 7:
73-74). 
Saleh də səmudlu idi, möminliyi ilə
seçilirdi. Qırxa yaxın yaşı olduqda Allah onu
peyğəmbər seçmişdir. Bundan sonra Saleh
xalqını Allaha inanmağa, bütpərəstlikdən
çəkinməyə çağırmışdır (Quran, 11: 61).
Ancaq səmudlulardan az hissəsi ona inan-
mışdır. Onların çoxu Salehi cadugər və
yalançı adlandırdılar (Quran, 11: 62). Buna
baxmayaraq Saleh dinə dəvətini davam et-
dirmişdir. O, öz xalqını cəzalanacaqları ilə
qorxudurdu. Ancaq, bu da bir nəticə ver-
məmişdir. Onda Allah bu səmudluları
quraqlıqla cəzalandırmışdır. Onların bütün
məhsulu məhv olmuşdur. 
Bunu görən səmudlular bu fəlakətin baş
verməsində Salehi günahlandırıb, onu
öldürəcəkləri ilə hədələmişdirlər. Sonra in-
sanlar bir qayanı göstərərək onun dəvəyə
çevrilməsini istədilər. Saleh onlara bu
möcüzəni göstərmiş və qaya dəvəyə
çevrilmişdir (Quran, 26: 154-155). Bunu
görən bəzi səmudlular imana gəlmişdirlər.
Ancaq onların çoxu sonra o dəvəni öldürüb,
Salehdən isə vəd etdiyi fəlakətlərin reallaş-
masını istəmişdirlər (Quran, 7: 77). O zaman
Allah Salehə başqa möminlərlə birlikdə o
məntəqədən çıxmaq əmrini vermişdir. Onlar
məntəqədən çıxdıqdan sonra Allah səmudlu-
ları məhv etmişdir (Quran, 11: 66-68). Saleh
imana gəlmiş samudlularla Suriyaya gedib,
həyatının sonuna kimi orada yaşamışdır.
Başqa bir rəvayətə görə o, Məkkədə və ya
Hədrəməutda məskunlaşmışdır.
SALEH (II) –  Allahın rizasını qazan-
maq üçün dünya həyatının keçici dəyər-
lərinə əhəmiyyət verməyən, şəriət
qaydalarına uyğun olaraq yaşayan, əməlləri
ilə hamıya nümunə olan müsəlmandır. Belə
insanlara xalq arasında “əməli saleh adam”
deyirlər. Əməli-saheh olmaq müsəl-
mançılığın ən əsas tələblərindən biridir.
Çünki, müsəlman hərəkət və davranışlarında
doğru olmalıdır. 
SAMİRİ  –  rəvayətlərə görə Musa
peyğəmbərin zamanında İsrail oğullarını
qızıl buzov bütünə ibadət etməyə təhrik edən
bir adam olmuşdur. Musa Allahla ünsiyyət
qurmaq üçün Tur dağına getdikdən sonra o,
israilliləri zinət əşyalarından qızıl buzov bütü
düzəltməyə və ona tapınmağa çağırmışdır.
Musa peyğəmbər geri qayıtdıqdan sonra
xalqına qəzəblənmiş, Samirini isə
lənətləyərək qovmuşdur. Başqa rəvayətlərə
görə Samiri bu əməlinə görə öldürülmüşdür.
SAVAB – bax: MÜSTƏHƏB.
SEYİDLƏR – Məhəmməd peyğəmbərin
nəvəsi Hüseynin soyundan gələn əhli-beyt
nümayəndələri belə adlanırlar. Onlara
müsəlman dünyasının hər yerində hörmət və
sayğı bəslənilir. Tarixdən isə bəzi Əməvi 
Abbasi xəlifələrinin seyidləri siyasi zəmində
təqib etmələri bilinməkdədir. Fatimi və Os-
manlı xilafətində seyidlərə qayğı göstərilmiş,
onların işlərini aparan dövlət qurumları
yaradılmışdır.  Şiələrin arasında seyidlərə
daha da çox ehtiram və sayğı göstərilir.
SƏBAİLƏR – Əli ibn Əbu Talibi tan-
rılaşdırmış ilk firqələrdən birinin ardıcılları
olmuşdurlar. Bu firqənin yaradıcısı Abdul-
lah ibn Səba olmuşdur. Müsəlman tar-
ixçilərinə görə o, İslamı qəbul etdiyini bəyan
etsə də, əslində yəhudi idi. Müsəlmanlar onu
Xilafətdəki ilk qarşıdurmaların səbəbkarı
kimi təqdim etmişdirlər. Bu qarşıdurmaların
nəticəsində xəlifə Osman öldürülmüşdür.
Rəvayətlərə görə Abdullah ibn Səba Əli
ibn Əbu Talibi hamıdan üstün bir insan elan
etmiş, onun xeyrinə təbliğat aparmışdır. O,
231
SƏBAİLƏR

yalnız Əlini Məhəmməd peyğəmbərin qanuni
varisi hesab edirdi. Abdullah ibn Səbaya
görə,  Tövratda
peyğəmbərlərin yaxın
yardımçıları olduğu kimi, Əli də Məhəmməd
peyğəmbərin yardımçısı olmuşdur. Daha
sonra, Abdullah ibn Səba daha da irəliləyərək
Əlinin yer üzündə Allahın təcəllisi olduğunu
elan etmişdir. Əlinin vəfatından sonra onun
ölmədiyini, İsa kimi qeybə çəkildiyini iddia
etmişdir. O, Əlinin yerinə başqa bir adamın
öldürüldüyünü, onun özünün isə yer üzünə
qayıdıb ədaləti yenidən bərpa edəcəyini də
söyləmişdir.
SƏBR –  dözümlülük, dini vəzifələrin
icra edilməsində dayanıqlı olmaq, haram
olan şeylərdən, eləcə də həyatda baş vermiş
uğursuzluq və bədbəxtliklər üzündən
inancını itirməməkdir.
Quranın
46-cı
surəsinin 35-ci ayəsinə uyğun olaraq müsəl-
manlar dözümlü olub, həyatın bütün ağır-
lıqlarına sinə gəlməlidirlər. Yalnız dözümlü
olanlar bu dünyada və axirətdə uğur əldə
edib  Allahın rəhmətini qazana bilərlər.
Hədislərdə Məhəmməd  peyğəmbər səbrin
dinin yarısı olduğunu qeyd etmişdir. İlahiyy-
atçılara görə insandan asılı olan və olmayan
bütün durumlarda səbri sərgiləmək lazımdır. 
SƏCCAH
– 
Ərəbistanda özünü
peyğəmbər elan etmiş qadın olmuşdur. O,
Təmim qəbiləsindən idi. Səccah uzun müd-
dət Ərəbistanın şimalında Təqlib qəbiləsində
yaşamışdır. Bu qadın özünü hələ Məhəmməd
peyğəmbər sağ olarkən peyğəmbər elan et-
mişdir. Sonra o, öz qəbiləsinə qayıdaraq
oların başçısı olmuşdur. Bundan sonra
təmimlilərin yaraqlı dəstələri qonşu qə-
bilələrə hücum etməyə başlamışdırlar. Onlar
12/633-cü ildə Yəmmaməyə girmiş, orada
olan başqa bir yalançı peyğəmbər Müseylimə
ilə anlaşmışdırlar. Səccah ona ərə də get-
mişdir. Ancaq, onların cəmi üç gün birlikdə
yaşamaları barəsində rəvayət vardır. Rə-
vayətlərə görə İslam ordusu yalançı peyğəm-
bərlərə qarşı savaşa başladıqdan sonra Səc-
cah tövbə edərək İslamı qəbul etmişdir. 
SƏCDƏ – Allaha ibadət edərkən Onun
böyüklüyü qarşısında dizə çökərək alını
yerə qoymaqdır. Namazın  rüknlərindən
biridir (Quran, 22: 77), hər rükətdə rükudan
sonra iki dəfə icra edilir. Quranda bütün
kainatın Allaha səcdə etdiyi göstərilir
(Quran, 22: 18). Müsəlmanlar yalnız Allaha
səcdə etməlidirlər. Başqa varlıqlara səcdə
etmək haramdır
Səcdə zamanı üzü qibləyə duran müsəl-
manın alını, hər iki əlin içi, dizlər, ayağın baş
barmaqları eləcə də, bəzi məzhəblərə görə
burun və dirsəklər yerə toxunmalıdır. Bu
zaman sinəni yerə qoymaq olmaz. Səcdə
halında olarkən dualar oxunur. Səcdənin tor-
pağa edilməsi tövsiyə edilir. Ancaq bir çox
məzhəblərdə alının döşəməyə, xalçanın
üstünə qoyulmasına da yol verilir. Əgər
seçim yoxdursa, istənilən bir materialın
üstünə alın qoyula bilər. Şiələr səcdədə alın-
larını yalnız torpağın, daşın və ya bunlardan
düzəldilmiş şeylərin üzərinə qoyurlar. Adətən
bunun üçün möhür adlanan daşlar hazırlanır.
SƏCDƏYİ-SƏHV
–  namaz qılan
müsəlmanın ibadət vaxtı yol verdiyi səhfə
görə icra etdiyi əlavə səcdədir. Bu səcdələri
namazı bitirdikdən sonra yerinə yetirirlər.
Ancaq səhv namazın rüknlərində olubsa və
ya namazda çoxlu yanlışlıq edilibsə o zaman
namaz yenidən qılınır.
SƏD İBN ƏBU VƏQQAS (55/675-ci
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin ən yaxın səhabələrindən biri, ordu
sərkərdəsi və Xilafətin yüksək məmurların-
dan biri olmuşdur. O, İslamı ilk qəbul edən-
lərdən hesab edilir. Bütün müsəlmanlar kimi
o da, ağır təqiblərə uğramış, Mədinəyə hicrət
etmişdir. Orada o, müsəlman icmasının qu-
232
SƏBR

ruculuq işlərinə qatılmış; Bədr, Uhud,
Xəndək və başqa döyüşlərdə iştirak etmişdir. 
Əbu Bəkr və Ömərin xəlifəlikləri zamanı
Səd ibn Əbu Vəqqas Bizans və İrana qarşı
vuruşan İslam ordusunun komandanı olmuş-
dur. Onun başçılığı altında iranlılar Qa-
disiyyə döyüşündə ağır məğlubiyyətə
uğramışdırlar. Xəlifə Ömərin vəfatından
sonra Səd Əbu ibn Vəqqas da xəlifəliyə
namizədlərdən biri olmuşdur. Ancaq, Osman
ibn Əffan xəlifə seçilmişdir. Osmanın
hakimiyyəti zamanı Səd Kufə valisi olmuş-
dur. 
SƏD İBN ÜBƏDƏ (14/635-ci ildə vəfat
etmişdir) – Mədinənin Xəzrəc qəbiləsinin
başçılarından biri, Məhəmməd peyğəm-
bərin səhabəsi və siyasət adamı olmuşdur.
O, ikinci Əqəbə beyəti zamanı İslamı qəbul
etmiş, Məhəmməd peyğəmbərin Məkkədən
Mədinəyə hicrət etməsini istəyənlərdən biri
olmuşdur. Bunu bilən qüreyşlilər onu
izləyərək Məkkəyə gətirmiş, ona işgəncələr
vermişdirlər. Bundan sonra o, azadlığa bu-
raxılmışdır. Səd zəngin bir insan idi, bütün
varını müsəlmanlar üçün xərcləmişdir.
Müsəlmanlar Mədinəyə hicrət etdikdən
sonra, Səd ibn Übədə Bədr, Uhud, Xəndək 
Xeybər döyüşlərində iştirak etmişdir.
Məkkənin fəth edilməsi zamanı ənsarların
bayraqdarı olmuşdur. 
Məhəmməd
peyğəmbərin vəfatından
sonra ənsarlar Səid oğullarının toplantı
yerində Səd ibn Ubədəni xəlifə seçmişdirlər.
Ancaq o, fikrini dəyişərək Əbu Bəkri xəlifə
seçmişdir. Bundan sonra Səd ibn Übədə
Suriyaya getmiş, hicrətin 14-cü ilində orada
vəfat etmişdir.
SƏDƏQƏ –  zəngin insanların Allah
rızasını qazanmaq məqsədi ilə yoxsullara
ayırdıqları paydır. Sədəqə vacib və müstəhəb
ola bilər. Zəkatın bütün növləri və xüms
vacibdir, bu barədə Quranda ayələr vardır
(2: 43, 9: 103). Ramazan ayının sonunda ver-
ilən fitrə zəkatı da vacibdir. Bundan başqa
hər bir insan öz malından və ya pulundan
müəyyən miqdar yoxsullara verirsə, Allah
qarşısında savab qazanmış olar. Bu barədə
çoxlu hədislər vardır. Eyni zamanda, bu adət
halını alırsa, o zaman insanlar arasında
mehribançılıq artır, sosial problemlərin yarat-
dığı gərginlik ortadan qalxar. Qurana (2: 271)
görə ən çox bəyənilən gizli sədəqədir.
Sədəqənin gizli verilməsi daha da yaxşıdır.
Belə olduğu təqdirdə sədəqəni verənin kim-
liyi bilinmir, bu isə Allah tərəfindən rəğbətlə
qarşılanır.
SƏFA VƏ MƏRVA – Məkkədə yerləşən
iki təpənin adlarıdır. Səfa və Mərva təpələri
arasında yürümək böyük və kiçik həccin
ayinlərindən biridir. Bu barədə Quranda (2:
158) ayədə vardır.
SƏFƏVİLƏR – bax: QIZILBAŞLAR.
SƏFİYYƏ BİNT HÜYEY (50/670-ci
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin həyat yoldaşlarından biri olmuşdur.
Bəzi mənbələrdə onun kənizi olduğu qeyd
edilir. Onun atası Mədinənin Nadir adlı
yəhudi qəbiləsinin başçısı Hüyey ibn Əhtab
olmuşdur. Müsəlman mənbələrinə görə o,
Uhud döyüşündən sonra bütpərəstlər və mü-
nafiqlərlə (I) anlaşaraq müsəlmanlara qarşı
təxribat hazırlamaq niyyətində olmuşdur.
Bununla yanaşı nadirlilər Məhəmməd
peyğəmbərə qarşı qəsd də hazırlamışdırlar. 
Buna görə 4/625-ci ildə nadirlilərlə
müsəlmanlar arasında müsəlmanların üstün-
lüyü ilə nəticələnən qarşıdurma baş ver-
mişdir. Bundan sonra nadirlilər Mədinədən
çıxmağa məcbur qalmışdırlar. Məhəmməd
peyğəmbər də onlara apara biləcəkləri əm-
lakları özləri ilə birlikdə aparmalarına icazə
vermişdir. 
Bundan sonra yəhudilərin çoxu Hüyey
233
SƏFİYYƏ BİNT HÜYEY

ibn Əhtabla Xeybər qalasına sığınmışdırlar.
Orada yəhudilər Qətəfan qəbiləsi ilə anlaş-
maya girərərək Mədinəyə basqın etmək
qərarına gəlmişdirlər. Ancaq, Məhəmməd
peyğəmbərin hicrətin 6-cı ilində Hüdey-
biyyədə qüreyşlilərlə sülh anlaşmasını bağla-
ması müsəlmanlara qarşı yönələn bu
basqının qarşısını almaq imkanını verdi. 
Xeybərə yürüşə çıxmış müsəlman qoşunu
yəhudilərin bütün qalalarını ələ keçirdilər.
Döyüşlərdə Səfiyyənin atası, qardaşı və əri
öldürülmüşdür. Onun özü isə əsir düşmüş,
Məhəmməd peyğəmbərə kəniz olaraq ver-
ilmişdir. Bəzi mənbələrə görə Məhəmməd
peyğəmbər Səfiyyəni azad etmiş və onunla
evlənmişdir. Səfiyyənin adından rəvayət
edilən bir çox hədislər hədis toplularında yer
almışdır. O, Mədinədə vəfat etmişdir.
SƏHABƏLƏR –  İslamı qəbul etmiş,
Məhəmməd peyğəmbəri görmüş, onu din-
ləmiş ardıcılları, tərəfdarları və yaxınlarıdır.
İslamda səhabə sayılmaq üçün onların həy-
atlarının sonuna kimi müsəlman qalmaları
şərti vardır. Reyğəmbəri görmüş və İslamı
qəbul etmiş, daha sonra dini etiqadından
dönən, başqa inancları dini etiqad kimi seçən
insanlar səhabə hesab edilmirlər. Ancaq on-
lardan kimsə inancından döndükdən sonra,
yenə də təkrar İslama qayıtmışdırsa səhabə
sayılmışdırlar. Peyğəmbərin əhli-beyti, eləcə
də onunla görüşmüş uşaqlar da səhabələr
hesab edilirlər. Məhəmmədin peyğəmbər-
liyindən öncə onunla görüşənlər, ancaq sonra
onu görməyənlər səhabə sayılmırlar.
Peyğəmbərlə görüşmüş, İslamı isə yalnız
onun vəfatından sonra qəbul etmiş müsəl-
manlar da səhabə deyildirlər.  
Məhəmməd peyğəmbərin ilk səhabəsi
onun həyat yoldaşı Xədicə, sonuncusu isə
100/729-cu ildə vəfat edən Əbu Tufeyl Əmir
Vasil oğlu Leysi Kinani olmuşdur. Bəzi rə-
vayətlərə görə Məhəmməd peyğəmbərin və-
fatına qədər onun səhabələrinin sayı 114000
nəfərə çatmışdır. 
İslam dininin bütün sahələrinin düzgün
anlaşılması üçün Məhəmməd peyğəmbərin,
onun əhli-beytinin və səhabələrinin həyat-
larını yaxşı bilmək vacibdir. Buna görə İslam
tarixçiləri əsərlərində onların həyatlarının
bütün tərəflərini işıqlandırmışdırlar. Onların
kitablarında əlifba düzülüşü ilə peyğəmbərin
10000-ə yaxın səhabəsinin həyatları qələmə
alınmışdır. 
Səhabələrdən bəziləri peyğəmbərə daha
yaxın olmuş, İslamın inkişaf etməsində
böyük işlər görmüşdürlər. Digərlərinin isə o
qədər də böyük fəaliyyəti olmamışdır. Bilik
baxımından səhabələrin arasında böyük
fərqlər olmuşdur. Məhəmməd peyğəmbərə
ən yaxın olan səhabələr digərlərindən
fərqləndirilir. Onları Əshabül-Kiram ad-
landırırlar. Onlar İslamın inkişafı üçün böyük
işlər görmüş, Məhəmməd peyğəmbərə
yardım edərək İslam idealları uğrunda var-
larını, həyatlarını da qurban etmişdirlər.
Müsəlmanlar onlara qarşı böyük sevgi bəs-
ləyirdilər. Bir çox alimlərə görə peyğəmbərin
səhabələri doğru və inanclı insanlar olmuş-
durlar. Kitablarda onların hər birinin adları
anılandan sonra, “Allah onlardan razı olsun”
sözləri qeyd edilir. Quran (9: 100, 48: 18) və
hədislərdə
səhabələr haqqında fikirlər
mövcuddur.
Məhəmməd peyğəmbərin səhabələri
onun irsinin qoruyucuları, eləcə də
davamçıları olmuşdurlar. Onların səyləri
nəticəsində erkən İslam tarixi, peyğəmbərin
həyatı, onun hədisləri günümüzə gəlib çat-
mışdır. 
Xilafətin genişlənməsindən sonra
səhabələr Ərəbistandan dörd bir tərəfə
yayılaraq İslamın təbliğinə başlamışdırlar.
Orada onlar yerli xalqları İslamın əsasları ilə
tanış etmiş, Quranın təcvidi, eləcə də təfsirini
öyrətmiş, peyğəmbərin həyatı haqqında on-
lara məlumatlar vermişdirlər. Aralarında ən
bilikli olanlar isə Xilafətin müxtəlif mədəni
234
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin