AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   41   42   43   44   45   46   47   48   49

YUSİF

edə bilməmişdir (Quran, 12: 44). Onda
həmin o keçmiş dustaq Yusifi yada salaraq
onun yuxuları yozma bacarığı haqqında
firona məlumat vermişdir. Firon da Yusifin
yanına gətirilməsini əmr etmiş, onu
gətirdikdə ondan onun yuxusunun yozul-
masını tələb etmişdir. Yusif də onun yuxusu-
nun məzmunu ilə tanış olduqdan sonra bu
ərazilərdə quraqlığın düşəcəyi haqqında
xəbər vermişdir. Sonra o, Firona demişdir ki,
quraqlıq dövründə aclıq düşməsin deyə bir
neçə il boyu məhsul yığılıb anbarlarda tə-
darük edilməlidir (Quran, 12: 47-49). Bun-
dan sonra Yusif azadlığa buraxılıb saraya
gətirilmişdir. Orada o yüksək məmur olub
məhsulun tədarük edilməsi işinin məsuliyyə-
tini öz boynuna götürmüşdür. Bir neçə ildən
sonra quraqlıq dövrü başlamış, ancaq görülən
işlər və toplanan sərvətlərə görə Misir xalqı
heç bir çətinliklə qarşılaşmamışdırlar. Tez-
liklə digər qonşu ölkələrdə quraqlıq səbəbi
ilə aclıq başlamışdır. Aclıqdan qurtulmaq
istəyən insanlar Misirə gəlib, taxıl, eləcə də
digər yeyinti məhsulları alırdılar. Gələnlərin
arasında Yusifin qardaşları da olmuşdurlar.
Yusif onları tanıyandan sonra aralarında
müəyyən hadisələr baş vermişdir. Ancaq,
sonda Yusif onları bağışlamış, atası Yaqubla
birlikdə onları Misirə dəvət etmişdir. Belə-
liklə, Yaqub peyğəmbərin oğullarının soyun-
dan gələn İsrail oğulları uzun müddət
Misirdə yaşamışdırlar. Ancaq, sonra
misirlilər onlarla pis davranmış, onları kölə
etmişdirlər. İsrail oğullarını köləlikdən isə
Musa peyğəmbər qurtarmışdır. 
YUŞA İBN NUN –  İsrail oğullarına
göndərilən peyğəmbərlərindən biri olmuş-
dur. Rəvayətlərə görə o, Musanın bacısı oğlu
idi və onun ardıcılı olaraq Tövratın qanunları
ilə hökmlər vermişdir. Quranda birbaşa adı
çəkilmir, ancaq təfsirçilər hesab edirlər ki,
Quranın “Maidə” (5) surəsinin 23-cü
ayəsində ona işarə edilir. İsrailiyyata 
hədislərə görə Yuşa Misirdə doğulmuş, Yusif
peyğəmbərin soyundan olan Nunun oğlu ol-
muşdur. O, Musa peyğəmbərin yaxın adamı
və yardımçısı olmuşdur. Yuşa İsrail oğulları
ilə birlikdə Musa peyğəmbərin öndərliyi ilə
Misirdən çıxaraq qızmar Tih çölünə
gəlmişdir. Tövrata görə Musa İsrail xalqını
Tanrının vəd etdiyi torpaqlara gətirdikdə
onlar gördülər ki, orada çox güclü Amalika
xalqı yaşayır. Musa da onlara dedi ki, biz
amalikalılarla vuruşub, torpaqları almalıyıq.
Onda İsrail xalqı qorxmuş və bu savaşa gir-
məmişdirlər. Musaya dedilər ki, sən get öz
Tanrınla onlarla vuruş, bu bizlik deyil. Onda
Tanrı İsrail xalqına vəd olunmuş torpaqlara
girməyi qadağan etmdir. Beləliklə, bu xalq
40 il alçaldılmış və rüsvay olunmuş halda
səhralarda yaşamışdır. 40 ildən sonra o
qorxaq, fitnəkar soy ölüb getmiş, onların yer-
inə yeni nəsil gəlmişdir. Musa artıq dünyasını
dəyişmişdir. Onlar Musanın varisi olan
Yuşanın yanına gəlib vuruşmağa hazır
olduqlarını bildirmişdirlər. Yuşa da onları
savaşa təşviq edərək amalikalıları dar-
madağın etmişdirlər. O zaman çoxlu
möcüzələr də baş vermişdir. Bundan sonra
İsrail xalqı Tanrı tərəfindən vəd olunmuş tor-
paqlarda məskunlaşmışdırlar. 
Z
ZAHİD – bax: ABİD.
ZAHİR –  heç bir məcazi mənası ol-
mayan, mənaları açıq olan ayə və hədis-
lərdir. Onlar zaman və məkan baxımından
dəyişməz olaraq qalır. Bəzi məzhəblərdə
iddia edilir ki, hər bir ayənin həm zahiri, həm
də batini mənaları vardır. Kəlamda (I) zahir
açıq və aydın olan hər bir şeydir. Orada hər
hansı bir şeyin görünən tərəfi belə adlanır.
Zahir həm də Allahın gözəl adlarından
biridir. 
276
YUŞA İBN NUN

ZAHİRİ MƏZHƏBİ –  İslam hüquq
məzhəblərindən biridir.
Bu  məzhəbin
ardıcılları bütün Quran ayələrinin mə-
nalarının acıq və aydın (zahir) olduğunu
iddia edir, onların gizli (batini) məna
daşıdığını inkar edirlər. Zahirilər qiyas, istih-
san kimi fiqh metodlarını istifadə etmirlər. 
Zahiri məzhəbinin yaradıcısı Davud Za-
hiri kimi tanınmış Daud ibn Xələf İsfəhani
olmuşdur. Sonra İbn Həzm Əndəlusi
(384/994 – 456/1064) bu məzhəbin əsaslarını
inkişaf etdirmişdir. Ona görə də o, zahiriliyin
ikinci təsisçisi hesab olunur. 
İbn Həzmin vəfatından sonra onun
tələbələri zahiriliyi yaymağa başlamışdır. Bir
zamanlar bu məzhəb İspaniya və Şimali
Afrikada malikiliklə rəqabət aparmışdır. Hi-
crətin VI əsrində zahirilik bir müddət Mü-
vahhidilər dövlətinin rəsmi məzhəbi
olmuşdur. Ancaq, sonra malikilər təkrar öz
mövqelərini bu ölkədə bərpa edə bilmişdirlər.
Bundan sonra zahirilikdə geriləmə dövrü
başlamışdır. Zamanımızda azsaylı zahiri ic-
maları yalnız Hindistanda yaşayırlar. Buna
baxmayaraq zahiriliyin müsəlman elminin
tarixində önəmli yeri olmuş, onun bir çox el-
ementləri digər məzhəblərin təlimlərində bu
gün də mövcuddur.
Zahirilər hesab edirlər ki, Allah birdir və
ondan başqa heç kimə tapınmaq olmaz.
Ancaq, onlar Allahın zatı və sifətlərinin bir-
liyini iddia etmişdirlər. Beləliklə, Quran 
hədislərdə anılan Mərhəmətli, Səxavətli,
Mehriban və başqa bu kimi Allahın özəllik-
lərini sünnilər kimi onun sifətləri deyil, ad-
ları kimi başa düşürlər. Çünki, ayələrdə
Allahın sifətləri haqqında açıq-aydın heç bir
dəlil yoxdur. 
Zahirilər qəza və qədər məsələsində in-
sanı öz seçimində azad hesab etmişdirlər.
Buna baxmayaraq insan, Allahın iradəsinə
qarşı heç bir iş görə bilməz. Çünki, onun
iradəsi mütləqdir. Buna görə də, Allah insanı
bağışlaya və ya cəzalandıra bilər. İnsanın gü-
nahları məsələsində zahirilər hesab edirlər
ki,  tövbələr Allah tərəfindən qəbul olunur.
Onlara görə kimsə tövbə etməyərək ölərsə,
həyatı boyu törətdiyi yaxşı əməlləri, pis
əməllərindən çox olarsa Allah onun gü-
nahlarını bağışlayar, cənnət qapılarını onun
üzünə açar. İnsanın yaxşı əməlləri günahları
ilə bərabər olarsa, o zaman o, Ərafda yer ala-
caqdır. Bir müddət orada qaldıqdan sonra
cənnətlə müjdələnəcəkdir. İnsanın günahları
yaxşı əməllərindən çox olarsa, onda o gü-
nahlarına görə cəzalandırılacaq, sonra isə
törətdiyi yaxşı işlərinə görə yenə də cənnətə
girəcəkdir. 
Hakimiyyət məsələsində zahirilər hesab
edirlər ki, xilafət qüreyş qəbiləsinin mənsub-
ları tərəfindən idarə edilməlidir. Onlar ilk
dörd  Raşidi xəlifələr kimi seçilməli və ya
təyin edilməlidirlər. 
Fiqhdə zahirilər fətvaları ilk olaraq
Quranın ayələri əsasında verirlər. Burada hər
hansı bir çətinlik olarsa, onda ayələr başqa
ayələrlə şərh edilməlidir. Fətvaların ver-
ilməsində ikinci qaynaq hədislərdir. Zahir-
ilərə görə onların Quranla ayrılmaz əlaqəsi
vardır. Mütəvatir xəbərlərin əsasında verilən
hökmlər daha etibarlıdır. Eyni zamanda,
onlar  səhih olan  əhəd hədislərə də böyük
önəm verir, hətta onların üzərində əqidə
məsələlərinin qurulmasını belə mümkün
hesab edirlər. Zahirilərin hökmlərin çıxarıl-
masında üçüncü mənbə icmadır. Onlar yal-
nız  müctəhidlərin Quran və hədislərə
əsaslanan açıq-aydın ümumi rəyini qəbul
edib, gizli icmanı inkar edirlər. Onlar malik-
ilərin tanıdığı “mədinəlilərin icmasını” da
inkar etmişdirlər. Ən etibarlısı isə peyğəm-
bərin səhabələrinin icmasıdır. Fətvaların ver-
ilməsində dördüncü mənbə dəlildir. Onu
zahirilər inkar etdikləri qiyasın yerinə tətbiq
edirlər. Dəlil yalnız Quranın açıq-aydın
ayələrindən (nasslardan) çıxarılır, Dəlil
metodu qiyasda olduğu kimi bənzətmə yolu
ilə yerinə yetirilmir. Hökm verdikdə birbaşa
277
ZAHİRİ MƏZHƏBİ 

nassın dəlilindən istifadə edilməlidir. Əgər
nassda hər hansı bir şeyə dair bir göstəriş ol-
mazsa, onda onun qadağan olması haqqında
söhbət gedə bilməz. 
ZAKİR – sufi təriqətlərində zikr məclis-
lərini aparan adamdır. Ümumiyyətlə, hər bir
müsəlman  zikr edən zaman zakir olur.
Mənəviyyat yolçuluğunda zikr etmək yolları
daha da qısaldır. Zikir Allaha qovuşmada,
Onda ərimədə əsas amilə çevrilir. 
ZAVİYƏ – bax: RİBAT.
ZEYD İBN ƏLİ (80/700 – 122/742) –
Əli ibn Əbu Talib soyunun ən tanınmış nü-
mayəndələrindən biri olmuşdur. O, imam
Zeynül-Abidinin oğludur. Zeydi şiələri onu
imam və əhli-beytin ən parlaq nümayəndəsi
hesab edirlər. Zeydi məzhəbinin yaranma tar-
ixi onun adı ilə bağlıdır. Zeyd ibn Əli ilk
İslam ilahiyyatçıları və fəqihlərindən biri ol-
muşdur. O, müxtəlif məsələlərin həllində öz
metodunu inkişaf etdirmişdir. Onlar zeydi
məzhəbində bu gündə istifadə edilməkdədir.
Zeyd ibn Əli Əməvi xəlifəsi Hişamın
dövründə hakimiyyətə qarşı üsyana başçılıq
etmişdir. Hicrətin 122-ci ilində üsyan
yatırıldıqdan sonra edam edilmişdir.
ZEYD İBN HARİS (8/629 ildə öl-
muşdür) – Məhəmməd peyğəmbərin
azadlığa buraxdığı köləsi və oğulluğu, eləcə
də onun yaxın səhabələrindən biri olmuş-
dur. Əsli Yəməndən idi. Anası ilə birlikdə
səfərdə olarkən basqına uğrayıb əsir
götürülmüş, sonra isə qul kimi satılmışdır.
Məhəmmədin həyat yoldaşı Xədicənin köləsi
olmuşdur. Sonra o, onu Məhəmmədə
bağışlamış, o da onu azadlığa buraxmışdır.
Ancaq, Zeyd onunla əlaqəsini kəsməmiş, hər
zaman onun yaxın adamlarından biri olmuş-
dur. Daha sonra Məhəmməd peyğəmbər onu
oğulluğa götürərək özünün varisi etmişdir.
Zeyd İslama gələn ilk müsəlmanlardan ol-
muşdur. Ən ağır dövrlərdə o, peyğəmbərin
yanında olmuş, onu qorumuşdur. Məhəm-
məd peyğəmbər Taifə gedərkən Zeyd onu tək
buraxmamış, onunla getmişdir. Orada tai-
flilər peyğəmbəri daşa basan zaman Zeyd
peyğəmbəri qorumuşdur. Zeyd ibn Haris
başqa müsəlmanlar kimi təqib olunmuşdur.
Sonra Mədinəyə hicrət etmişdir. Burada o,
quruculuq işinə qatılmışdır. Bədr, Uhud,
Xəndək  və digər döyüşlərdə vuruşmuşdur.
Zeydin döyüş bacarığı olduğundan o, müx-
təlif yürüşlərdə İslam ordusuna başçılıq et-
mişdir. Bəzən Məhəmməd peyğəmbər
yürüşlərə çıxdıqda Mədinənin idarəçiliyini
ona tapşırmışdır. Zeyd ibn Haris Muta
döyüşündə şəhid olmuşdur. 
ZEYD İBN SABİT (45/665-ci ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən biri, Quran katibi,
Quranın sonuncu tərtibini həyata keçirən
heyətin başçısı olmuşdur. O, Mədinədə hi-
crətdən on bir il öncə doğulmuşdur. O,
Xəzrəc qəbiləsinə mənsub idi. Onun atası
Mədinə qəbilələri olan Evs və Xəzrəc arasın-
dakı savaşda (Buas döyüşündə)
öldürülmüşdür. Hicrətdən sonra yetkinlik
qaşına çatan Zeyd ilk dəfə Xəndək
döyüşündə vuruşmuşdur. 
Zeyd çox bacarıqlı və bilikli bir insan
olmuş, yaxşı yaddaşı ilə seçilmişdir. O, ərəb
dilindən başqa, süryani və ibrani dillərini
bilmiş, Məhəmməd peyğəmbərə bu dillərdə
göndərilmiş məktubları tərcümə etmişdir.
Bundan başqa Zeyd Məhəmməd peyğəm-
bərin katibi olduğundan Quran ayələrinin
yaxşı bilicilərindən biri, hətta o, Quranı
əzbərdən bilən ilk müsəlmanlardan olmuş-
dur. 
Məhəmməd peyğəmbərin vəfatından
sonra Zeyd Bəni Səid ailəsinin toplantı
yerində Əbu Bəkrin xəlifəliyə namizədliyini
dəstəkləmişdir. Əbu Bəkr və Ömərin
278
ZAKİR

xəlifəliyi dövründə Zeyd onların yaxın adamı
olaraq dövlət idarəçiliyində yer tutmuşdur.
Xəlifə  Osmanın dövründə Quranın son
redaktə işlərini görən heyyətə başçılıq et-
mişdir. Təxminən 54 yaşında Mədinədə vəfat
etdiyi qeyd edilir. 
ZEYDİ MƏZHƏBİ –  ən qədim şiə
məzhəblərindən biridir. Məzhəbin adı Zeyd
ibn Əli ilə bağlıdır. Zeydilər Xilafətdə
peyğəmbərin soyundan olmayanların da
hakimiyyətini qanuna uyğun hesab edilər.
Bununla belə, onlara görə peyğəmbərin
soyundan olanlar xəlifəliyə daha çox lay-
iqdirlər.  Xəlifənin qanuna uyğun seçilməsi
üçün bəzi şərtlər irəli sürürlər ki, bu da
xəlifənin ədalətli olması və onu xalqın
dəstəkləməsidir. Onlar ilk xəlifələr olmuş
Əbu Bəkr və  Ömərin xəlifəliyini qanuna
uyğun sayırlar. Ancaq, Əli ibn Əbu Talibin
xəlifəliyə daha layiq olduğunda qeyd edirlər.
Eləcə də, zeydilər hesab edir ki, Əli və Fa-
timənin övladları Həsən və Hüseynin soyun-
dan olan hər bir nüfuzlu kəs ölkə başçısı
seçilə bilər və bu seçim digərlərinin
seçilməsindən daha yaxşıdır. 
Hakimiyyət məsələsində zeydilər həm də,
ədalətsizliyə qarşı çıxmış və insanları bu
amal uğrunda mübarizəyə səsləyən hər bir
öndəri xilafətə layiq imam hesab etmişlər.
Birinci növbədə bu işi peyğəmbər nəslinin
nümayəndələri etməlidir. Onların təlimində
zülmə qarşı üsyan qaldırmaq vacibdir.
Bununla bərabər digər şiələrdən fərqli
olaraq zeydilər qeybdə olan imama etiqad et-
məzlər. Zeydilər də böyük günah etmiş
müsəlmanların dinsizliklə inanc arasında
olduqları inancını dəstəkləmiş, bununla da
mütəzililərə yaxınlaşmışdırlar. Ancaq, onlar-
dan fərqli olaraq zeydi ilahiyyatçıları tövbə
etməyən günahkarların sonsuzluğa qədər
cəhənnəmdə qalacağına dair birmənalı iddi-
alar etməmişdirlər. Qəza
və 
qədər
məsələsində zeydi ilahiyyatçıları hər bir in-
sanın törətdiyi əməllərə görə məsuliyyət
daşıdığını iddia edirlər. 
Zeyd ibn Əli fiqhi hökmlər də çıxar-
mışdır. Onlar onun tələbələri tərəfindən
yazılmış “Məcmuil-Hədis” və “Məcmuil-
Fıqh” kitablarında əks olunmuşdur. Bu iki
kitab birlikdə “Məcmuil-Kəbir” adlanır.
Orada toplanmış bütün hədislərin birbaşa
peyğəmbərin  əhli-beytindən söyləndiyini
iddia edilir. Bu da zeydi məzhəbinin əsas
kitablarından biridir.
Zeydi fəqihləri hökmləri ilk olaraq Quran
və hədislərin əsasında verirlər. Bu mümkün
olmazsa, onda fətvalar qiyas və istihsan kimi
başqa hüquqi metodlarla verilir. Əgər bu
metodlarla da məsələ həll olunmazsa, onda
əqli dəlillərə müraciət edilir. Bununla da,
zeydilərin baxışı mütəzililərə yaxınlaşır.
Düşüncə məsələsində zeydilər hesab edir ki,
əgər insan öz düşüncəsi ilə bir şeyin pis və
ya yaxşı olduğunu anlayırsa, deməli o şeylər
həqiqətdə də belədir. Zeydilər ictihadı hər
zaman açıq hesab etmişdirlər. 
Zeydi məzhəbinin ən tanınmış ilahiyy-
atçılarından biri Qasım ibn İbrahim Rassi
Həsəni (170/787 – 242/856) olmuşdur. Onun
səyləri nəticəsində zeydilik Yəməndə geniş
yayılmışdır. Qasım ibn İbrahimin fiqh
metodu hənəfi metodlarına yaxın idi.  Hi-
crətin 245-ci ilində Mədinədə doğulan və
zeydilərin qərmətilərə qarşı savaş aparmaq
üçün Yəmənə gəlmiş Hadi İləlhaq Yəhya ibn
Qasım onun soyundan olmuşdur. Hadinin
ardıcıllarını hadivilər adlandırmışdırlar.
Gilan və Deyləmdə zeydi ideyalarını Nəsir
Kəbirə (230/844 – 304/917) yaymışdır. Bu
iki insan zeydi təliminin inkişaf etməsində
böyük işlər görmüşdürlər. Günümüzdə zeydi
məzhəbi daha çox Yəməndə yayılmışdır. 
ZEYNƏB BİNT CƏHŞ (20/642-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
həyat yoldaşlarından biri olmuşdur. Zeynəb
ilk müsəlmanlardan biri idi. Məkkədən Məd-
inəyə ilk hicrət edənlərdən olmuşdur.
Məhəmməd peyğəmbər onu oğulluğu və
279
ZEYNƏB BİNT CƏHŞ

keçmiş köləsi Zeyd ibn Haris ilə evləndirmək
istəmişdir. İslamdan öncəki dövrlərdə azad
qadın keçmişdə kölə olmuş birisinə ərə gedə
bilməzdi. Məhəmməd peyğəmbərin onları
evləndirmək qərarı bu adətə son qoymuşdur.
Ancaq, Zeydlə Zeynəbin evliliyi uğurlu ol-
mamış və onlar boşanmaq qərarına
gəlmişdirlər. Bundan sonra Məhəmməd
peyğəmbər özü onunla evlənmişdir. Ancaq,
ərəb adətlərinə görə o, oğulluğunun keçmiş
həyat yoldaşı ilə evlənə bilməzdi. Rə-
vayətlərə görə bu zaman o adəti ləğv edən
Quran ayəsi nazil olmuşdur (33: 37-40).
Bundan sonra hicrətin beşinci ilində Məhəm-
məd peyğəmbər otuz beş yaşlı Zeynəblə
evlənmişdir. Zeynəb təxminən 53 yaşında
Mədinədə vəfat etmişdir.
ZEYNƏB BİNT ƏLİ (65/684-cü ildə
vəfat etmişdir) – Əli ibn Əbu Talib və Fa-
timənin qızı olmuşdurMəhəmməd peyğəm-
bərin vəfat tarixinə təxminən beş il qalmış
doğulmuşdur. Atası onu əmisi oğlu Abdullah
ibn Cəfər ilə evləndirmişdir. Bu evlilikdən
onların övladları olmuşdur. Kərbəla faciəsi
zamanı Zeynəb qardaşı Hüseyn ibn Əlinin
yanında olmuşdur. Bu döyüşdə onun bir-çox
doğmaları öldürülmüşdür. O, özü isə əsir
götürülərək Dəməşqə xəlifə Yəzid ibn Əbu
Sufyanın yanına aparılmışdır. Orada xəlifə
onu azad etmişdir. Bundan sonra Zeynəb
Misirdə yaşamış və orada da vəfat etmişdir.
ZEYNƏB BİNT HÜZEYMƏ (4/626
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin həyat yoldaşlarından biri olmuşdur.
Soyu döyüşkən ərəb qəbiləsi olan Əmir ibn
Sasadan gəlməkdədir. O, xeyriyyə işləri ilə
məşğul olduğuna görə ona “Yoxsulların
anası” deyirdilər. Zeynəbin birinci əri Tüfeyl
ibn Haris adlı biri olmuşdur. Sonra Zeynəb
ondan boşanıb, Bədr döyüşündə həlak olmuş
Übeyd ibn Harisə ərə getmişdir. Hicrətin
üçüncü ilində Əmir ibn Sasa qəbiləsinin
döyüşçü dəstəsi Məhəmməd peyğəmbərin
onların yanına göndərdiyi elçiləri
öldürülmüşdülər. Bu hadisədən sonra müsəl-
manların onlarla münasibətləri pozulmuşdur.
Ancaq, Məhəmməd peyğəmbər
qan
tökülməsini istəməmiş, sülh yolu ilə ixtlafın
həll olunmasına üstünlük vermişdir. Bunun
üçün o, hicrətin dördüncü ilində Zeynəb bint
Hüzeymə ilə evlənmişdir. Ancaq, onların
birgə həyatı uzun sürməmiş, Zeynəb toydan
bir neçə ay sonra vəfat etmişdir. 
ZEYNƏB BİNT MƏHƏMMƏD
(8/630-cu ildə vəfat etmişdir) – Məhəmməd
peyğəmbərin böyük qızı olmuşdur. Zeynəb
Məhəmmədin peyğəmbərliyinə təxminən on
il qalmış doğulmuşdur. Zeynəb yetkinlik
yaşına çatdıqda onu Məkkənin tanınmış və
nüfuzlu adamı olan Əbül-As Rabiəyə ərə
vermişlər. Zeynəbin erkən yaşlarında ölmüş
oğlu Əli və Ümamə adlı bir qızı olmuşdur.
Hansı ki, Ümamə Əli ibn Əbu Talibin həyat
yoldaşlarından biri olmuşdur. 
Məhəmmədin 
peyğəmbərlik
dövrü
başlayanda Zeynəb bacıları və anası ilə bir-
likdə ilk İslamı qəbul edənlərdən olmuş-
durlar. Ancaq, onun həyat yoldaşı Əbül-As
bütpərəst olaraq qalmışdır. O dövrdə müsəl-
man qadının başqa dinə etiqad edən insanla
evli olmasını qadağan edən ayə (Quran, 60:
10) nazil olmamışdır. Buna görə Zeynəb büt-
pərəst olan əri ilə Mədinəyə hicrət edənə
qədər yaşamışdır. Əbül-As Bədr döyüşündə
müsəlmanlara qarşı vuruşmuş və əsir
düşmüşdür. Onu Məhəmməd peyğəmbərin
yanına gətirmişlər və o da, onu azadlığa bu-
raxmışdır. Əvəzində isə Əbül-As Zeynəbi
atasının yanına Mədinəyə yollamalı idi və o,
sözünü tutaraq vədini yerinə yetirmişdir. 
Bundan sonra Əbül-As və Zeynəb uzun
müddət görüşməmişdirlər. Məkkənin fəth
edilməsindən az öncə, Əbül-As ticarət
məqsədi ilə Suriyaya getmişdir. Ancaq, geri
döndükdə onun karvanını müsəlmanlar ələ
280
ZEYNƏB BİNT ƏLİ

keçirmişdirlər. Əbül-As isə qaçaraq həyatını
qurtara bilmişdir. Bundan sonra o, Mədinəyə
gizli girərək Zeynəblə görüşmüş, ondan
yardım istəmişdir. Zeynəb peyğəmbərin
yanına gedərək Əbül-Asın durumunu ona
bildirmişdir. O da, müsəlmanların ələ
keçirdikləri karvanını ona qaytarmışdır.
Ancaq, qızına onunla evlilik münasi-
bətlərinin davam etməsini qadağan etmişdir.
Çünki o dövrdə, artıq müsəlman qadınının
bütpərəstlə evlilikdə olmasını qadağan edən
Quran ayəsi nazil olmuşdur. Hicrətin 7-ci
ilində Əbül-As Məkkəyə qayıdıb işlərini səh-
mana salıb, borclarını qaytardıqdan sonra İs-
lamı qəbul etmişdir. Bundan sonra Mədinəyə
qayıdaraq peyğəmbərdən Zeynəblə
evliliyinin bərpa edilməsini istəmişdir.
Peyğəmbər də buna razılığını verdikdən
sonra, onlar yenidən evlənmişdirlər. Əbül-
Asla Zeynəb evlilik münasibətlərini davam
etdirmişdirlər. Ancaq bir neçə aydan sonra
Zeynəb ağır xəstəliyə tutularaq vəfat et-
mişdir.
ZƏBH – heyvanların şəriət qaydalarına
uyğun kəsilməsidir. Heyvanın kəsilməsinin
ən başlıca şərti “Bismillah” (Allahın adı ilə)
sözlərinin deyilməsidir. Zəbh zamanı bu sö-
zlər bilərəkdən deyilməzsə, onda həmin hey-
vanın ətinin yeyilməsi haramdır. Ancaq, bu
sözlər unudularaq deyilməyibsə, o zaman əti
yemək olar. “Bismillahın” yerinə “Allahu
əkbər” (Allah böyükdür) sözlərini də demək
mümkündür. 
ZƏBUR –  Davud peyğəmbərə nazil
olmuş müqəddəs kitabdır. Quranda (4: 163,
17: 55) Zəbur haqqında məlumat verilir.
Zəbur Allahın Bəni İsrailə Tövratdan sonra
göndərdiyi ikinci müqəddəs kitabdır. 
Davuda kitab nazil olsa da, o rəsul ol-
mamış, Musa peyğəmbərin şəriəti ilə hökm-
lər vermişdir. Zəbur bu baxımdan Tövratı
gücləndirən əlavə kitabdır. Onun ayələri
gözəl poetik üslubda yazılmış, Davud
peyğəmbər isə onu gözəl səslə oxumuşdur.
Rəvayət olunur ki, Davud peyğəmbər
olduqca gözəl səsi sahib idi. Rəvayətlərə
görə Zəburun ilk yazılı nüsxəsi ibrani dilində
olmuş və o günümüzə gəlib çatmamışdır.
İndi Zəbur yəhudilərin və xristianların
müqəddəs kitabları olan Əhdi Ətiqin bir
hissəsidir. Müsəlman ilahiyyatçılarının çox-
una görə Quran nazil olduqdan sonra
Zəburda olan bütün dini hökmlər, digər
müqəddəs kitablarda olan hökmlər kimi öz
gücünü itirmişdir. 
ZƏİF HƏDİSLƏR –  səhih və həsən
hədislər üçün irəli sürülmüş şərtlərə uyğun
olmayan hədislərdir. Onların  Məhəmməd
peyğəmbər tərəfindən söylənilməsi şübhələr
doğurur. Fiqhi məsələlərinin çözülməsində
zəif hədislərin dəlil kimi istifadə olunması
məsələsində müsəlman alimləri arasında
müxtəlif fikirlər vardır. Onların çoxu buna
yol verməmişdirlər. Onlara görə zəif hədislər
şübhəli olduqlarına görə onlardan dəlil kimi
istifadə etmək olmaz. Digər alimlər isə prob-
lemlərin həllində zəif hədislərə deyil, qiyas
metoduna üstünlük vermişdirlər. Bəziləri isə
müəyyən  şərtlərlə zəif hədislərin əsasında
fiqhdə hökm verməyin tərəfdarı olmuşdurlar.
Hədisin zəifliyi yalnız ehtimaldırsa, sübuta
yetirilməmişdirsə o zaman ondan dəlil kimi
istifadə edilə bilər. Digər şərt ondan ibarətdir
ki, zəif hədislər Quran və hədislərdə təsbit
olunmuş inancın təməllərinə zidd olma-
malıdır. Daha bir şərt ondan ibarətdir ki,
müsəlmanlar zəif hədislə verilən hökmü
dinin buyruğu kimi deyil, yalnız üstünlük
gətirən əməl kimi dəyərləndirməlidir. Zəif
hədislər bir neçə yerə bölünürlər. Onların
bəziləri aşağıdakılardır: 
1.Məhəmməd  peyğəmbərin
səhabə-
lərindən deyil, başqa adamlar tərəfindən
söylənilmiş “Qərib” hədislər; 
2. Rəvayətçilər silsiləsində iki və ya daha
281
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin