AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

MUSTAFA SƏBRİ ƏFƏNDİ
(1285/1869 – 1373/1954) – görkəmli Türk-
İslam alimi, hənəfi hüquq məzhəbinin təm-
silçisi, Osmanlı imperiyasının sonuncu
şeyxülislamı olmuşdur. O, Türkiyənin Tokat
şəhərində doğulmuşdur. O, Kayseridə təhsilə
başlamış, sonra təhsilini İstambulda davam
etdirmişdir. 22 yaşından müədərrislik etməyə
başlamışdır. Gənc türklər hərəkatı
hakimiyyətə gəldikdən sonra Mustafa Səbri
Əfəndi onlara, eləcə də onların partiyaları
olmuş “İttihad və tərəqqiyə” müxalifətdə ol-
muşdur. Buna görə təqiblərə uğramış və
nəticədə Rumıniyaya hicrət etmişdir. Daha
sonra yenidən İstambula qayıdaraq pedaqoji
fəaliyyətini davam etdirmişdir. O,
1337/1919-cu ildə Osmanlı imperiyasının so-
nuncu şeyxülislamı olmuşdur. 1340/1922-ci
isə ildə İstanbuldan Qahirəyə köçmüş, son
günlərinə qədər orada yaşamış, “Əl-Əzhar”
universitetinin müəllimi olmuşdur. Mustafa
Səbri Əfəndi Cəmaləddin Əfqani, Məhəm-
məd Abduh, eləcə də başqa Misir isla-
hatçılarının fəaliyyətinə qarşı çıxış etmiş,
onları İslama bidətlər gətirdiklərinə görə gü-
nahlandırmışdırlar. Mühafizəkar bir dindar
olaraq onları təkzib etmək üçün əsərlər
yazmışdır.
MÜAMİLƏ –  insanların bir-biri ilə
hüquqi, iqtisadi, siyasi, əxlaqi və başqa icti-
mai münasibətlərini əks etdirən anlayışdır.
İslam təlimində insanların düzgün qurulmuş
ictimai əlaqələri və davranışları Allaha edilən
ibadətin növlərindən biridir. Şəriətə uyğun
olan münasibətlər savab, olmayanlar isə
günah hesab edilir. 
198
MUSA İBN CƏFƏR 

MÜAZ İBN CƏBƏL (19/640-cı ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. O, Məkkədə
Xəzrəc qəbiləsindən olan ailədə doğulmuş-
dur. 18 yaşında İslamı qəbul edərək Əqəbədə
Məhəmməd peyğəmbərə beyət edənlərdən
biri olmuşdur. Daha sonra digər müsəlman-
larla birlikdə döyüşlərdə iştirak etmişdir.
Bundan başqa Quran hafizi olmuş, hüquqi
hökmlər vermişdir. Suriyada 38 yaşında taun
xəstəliyindən vəfat etmişdir. Onun adından
rəvayət edilmiş 150-dən artıq hədis
dövrümüzə gəlib çatmışdır.
MÜBAH –  Əfal-i mükəlləfindəndir,
edilməsində və ya tərkində dini cəhətdən
heç bir zərəri olmayan, yəni mükəlləfin edib
etməməkdə tamamilə sərbəst olduğu
işlərdir.  Oturmaq, yemək, içmək, yatmaq
kimi əməllər mübah əməllər hesab edilirlər.
Mübah olan bu kimi işlərin edilməsində nə
savab, nə də tərkində günah vardır. Mübah
əməllər yaxşı niyyətlə edilərsə savab, pis
niyyətlə edilərsə günah qazanılır. 
MÜCƏDDİD – inandığı dinin ehkam-
ları haqqında yeni mütərəqqi fikirlər irəli
sürən islahatçı insanlardır. Tarixin
inkişafında cəmiyyətlərdə dini inancın zəi-
fləməsi baş verir. İslam təliminə görə
Məhəmməd sonuncu  peyğəmbərdir. Buna
görə də yeni peyğəmbərin gəlişi imkansızdır.
Beləliklə, İslam zəiflədiyi təqdirdə peyğəm-
bər deyil, mücəddid gələ bilər. Bu barədə
bəzi  hədislər də vardır. Mücəddidlərin
peyğəmbərlərdən fərqi ondan ibarətdir ki,
onlar yeni din gətirmir, mövcud olan dinin
çərçivəsində peyğəmbərlərin unudulmuş
irsini yenidən dirçəldirlər. İlahiyyatçılara
görə mücəddidin məqsədi müsəlmanların İs-
lamın müddəalarını dəyişdirmək deyil, dini
bidətlərdən təmizləmək, mövcud olan inanca
yeni ruh verməkdir. İlahiyyatçıların bəziləri
hesab edir ki, mücəddidlər peyğəmbərin əhli-
beytindən olmalıdır. Digərləri isə hesab
edirlər ki, İslamın mücəddidi hər bir müsəl-
man ola bilər. 
MÜCƏSSİMİLƏR – Tanrını insan və
ya digər varlıqlar kimi təsəvvür edənlərdir.
İslamda mücəssimiliyi cərəyan kimi yaradan
Cəhm ibn Səfvan (128/746-ci ildə vəfat et-
mişdir) adlı bir şəxs olmuşdur. O, Allahı in-
sana bənzər sifətlərdə görürdü. Orta əsrlərdə
bir neçə mücəssimi təriqətləri olmuşdur. On-
lardan ən tanınmışları Haşimilər idilər. Bu
təriqəti Haşim ibn Həkəm adlı biri yarat-
mışdır. İslam tarixçilərinə görə mücəssim-
ilərin çoxu Tanrı təcəllisinə inanan aşırı
təriqətlərin davamçıları olmuşdurlar. Onlar-
dan biri xəlifə Əli ibn Əbu Talibi tan-
rılaşdıran Abdullah ibn Səba idi. Bəzi Bəsrə
mütəzililəri
də müəyyən qədər öz
baxışlarında mücəssimiliyə meyl etmişdirlər.
Məsələn, onlardan bəziləri Allahın iradəsini
insan iradəsinə bənzədirdilər. Ancaq, mücəs-
similik bir təlim kimi formalaşmamışdır.
Onun əlamətləri müxtəlif təriqətlərin və
cərəyanların nümayəndələrinin dünyagörü-
şündə yer almışdır. Bir çox hallarda rəqabət
aparan təriqətlər başqalarını təkzib etmək
üçün onları mücəssimilikdə ittiham et-
mişdirlər. Məsələn, mütəzililər ənənə tərəf-
darlarını Allahın sifətlərinin olmasına və
Allahın taxtda (ərşdə) oturmasına
inandıqlarına, cənnətdə Allahı görəcəklərini
iddia etmələrinə görə onları mücəssimi ad-
landırmışdırlar. 
MÜCTƏHİD
–  dini məsələlərdə
müstəqil hökmlər vermək hüququna sahib
olan müsəlman ilahiyyatçısıdır. Ən yüksək
rütbəli müctəhidlər hökmləri digər ilahiyy-
atçıların fikirlərinə istinad etmədən birbaşa
Quran ayələri və hədislərin əsasında, digər-
ləri isə öz hökmlərini onlara istinad edərək
verirlər. Müctəhidlər ərəb dilini, Quranıtəf-
199
MÜCTƏHİD

siri, hədisləri və fiqhi yaxşı bilməlidir. Onlar
əxlaqlı, ədalətli və inanclı insanlar olmalıdır-
lar.
MÜFƏSSİR – Quran təfsirçisidir. İslam
ənənəsində  Quranı doğru  təfsir etmək ən
şərəfli və məsuliyyətli işlərdən biri hesab
edilir. Buna görə də, müfəssirin qarşısına
yüksək tələblər qoyulur. O, ərəb dilini, hər
bir ayənin nüzul səbəblərini, hədisləri
mükəmməl bilməli, mövcud ictimai durumu
doğru qiymətləndirməli, analitik düşüncəyə
sahib olmalıdır. 
MÜFTİ – fiqhi hökmlər verən ilahiyy-
atçıdır. Müftilər şəriətin
müxtəlif
məsələlərinin həlli yollarını bilməli və
istənilən problem haqqında fətva verə bilmə
qabiliyyətinə malik olmalıdır. Ancaq
müftilərin çoxu birbaşa Quran ayələri 
hədislərdən hökmlər vermirlər. Onlar bunu
edə bilən müctəhidlərin hökmlərinə istinad
edirlər. Verilən hökmlər ictimai duruma
uyğun olmalıdır. Müfti vəzifəsini inanclı və
bilikli müsəlman daşıya bilər. İnancı zəif
olan, şəriətin qanunlarını yerinə yetirməyən
müsəlman, dərin elmi biliklərə sahib olsa
belə, müfti ola bilməz. 
MÜƏLLƏFƏİL-QÜLUB – İslamı yeni
qəbul edən, ancaq imanı hələ möhkəmlən-
məyən müsəlmanlardır.
Peyğəmbərin
dövründə onlara zəkat verilirdi. Ancaq, xəlifə
Əbu Bəkrin hakimiyyəti dövründə zəkatın
verilməsi ləğv edildi. Ancaq buna baxma-
yaraq bu müsəlmanlara hər hansı bir
yardımın göstərilməsi haram deyildir. Cəfəri
məzhəbində isə  İslamı yeni qəbul edən
müsəlmanlara zəkatın verilməsi adəti qal-
maqdadır.
MÜƏZZİN  –  azanı uca səslə oxuyan
müsəlmandır. Rəvayətlərə görə azanın qay-
dasını Məhəmməd peyğəmbər müsəlmanlara
öyrətmişdir. İslam tarixində ilk müəzzin Bilal
Həbəşi olmuşdur. Ondan başqa Abdullah ibn
Ümm Məqtum da ilk müəzzinlərdən biri
hesab edilir. 
MÜHACİRLƏR –  hicrətin səkkizinci
ilindən başlayaraq müsəlmanların Məkkəni
fəth etmələrinə qədər, bütpərəstlərin ağır
təqiblərindən qurtulmaq üçün Həbəşistana,
sonra isə Mədinəyə hicrət etmiş müsəlman-
lardırlar. Mühacirlər Məkkədə olarkən ağır
təhqir və özbaşınalıqlara məruz qalmışdırlar.
Bu səbəbdən onlar öz ev-eşiklərini, ata-baba
yurdlarını tərk etməyə məcbur olmuşdurlar.
Mədinəyə hicrət etdikdən sonra mühacirlərin
ağır günlərində onlara Mədinə müsəlman-
larından olan ənsarlar kömək etmişdirlər
(Quran, 59: 9). Mühacirlərlə ənsarlar ilk
güclü müsəlman icmasını yaratmış, sonra
yaranacaq Xilafətin əsaslarını qoymuşdurlar.
Onlar  Bədr, Uhud, Hüneyn və başqa
döyüşlərdə  bütpərəstlərlə döyüşmüşdürlər.
Məhəmməd peyğəmbərin vəfatından sonra
Əbu Bəkrin xəlifəliyi dövründə mühacirlər
Ərəbistanda ərəb qəbilələrinin üsyanlarının
yatırılmasında da iştirak etmişdirlər. Bundan
başqa onlar İslam ordusunun tərkibində
Bizans və İran ordularına da qalib
gəlmişdirlər. Mühacirlərin müsəlman ic-
masında xüsusi yeri olmuşdur. Məsələn, yal-
nız onlardan olanlar xəlifə seçilə bilərdi.
Raşidi xəlifələrin hamısı onlardan olmuşdu-
lar. Əməvi və Abbasi xəlifələri də mühacir-
lərin soyundan idilər. Quranın bir neçə
ayəsində mühacirlər anılmışdır (16: 41, 16:
110, 8: 74). Ümumiyyətlə, dini etiqadlarına
görə təqiblərdən qurtulmaq məqsədi ilə
başqa yerlərə və ölkələrə köçən bütün müsəl-
manlar da mühacir adlanırlar. 
MÜHƏDDİS – peyğəmbərdən və onun
əhli-beytindən rəvayət olunmuş hədisləri
mənimsəyən və onların metodologiyasını
quran İslam alimləridirlər. Mühəddislər
200
MÜFƏSSİR

Məhəmməd peyğəmbərdən və ya onun əhli-
beytindən rəvayət edilmiş hədisləri toplamış,
onların ravi silsiləsini və etibarlılığını
müəyyən etmişdirlər. Hədisləri araşdıran
mühəddislər eyni zamanda özləri də ravi
hesab edilirlər. Minlərlə hədisləri əzbərdən
bilənlərə “hədis hafizi” deyilir.
MÜHƏDRƏMLƏR 
– 
Məhəmməd
peyğəmbərin sağlığında yaşamış, ancaq
onu görməmiş müsəlmanlardır. Mühədrəm-
lər səhabə hesab olunmurlar. Ərəbistanda
bütpərəstlərlə savaşların aparıldığı dövrlərdə
bəzi müsəlmanlar özlərini bütpərəstlərdən
ayırmaq üçün öz dəvələrinin qulağının bir
parçasını kəsirdilər. Buna görə də, onları
mühədrəmlər adlandırmışdırlar. 
MÜHƏKKİMİLƏR  – bax: XARİ-
CİLƏR.
MÜHƏRRƏF – dəyişdirilmiş, orijinalı
olmayan deməkdir. İnsanlar tərəfindən təhrif
edilmiş müqəddəs kitablar belə adlanır. İslam
ilahiyyatçılarına görə Allah yer üzünə 100
sühuf və 4 kitab nazil etmişdir. Ancaq bun-
ların çoxunun orijinal mətnləri qalmamışdır,
zaman keçdikcə insanlar onları təhrif et-
mişdirlər. İlahiyyatçıların bir çoxu Tövrat 
İncili də təhrif edilmiş kitablar hesab edirlər.
Onlar həm də qeyd edirlər ki, İslamdan başqa
bütün dinlər təhrif edilmişdir. Onların iddi-
alarına görə təhrif edilməyən kitab yalnız
Qurandır. Bu iddialarla razılaşmayan
ilahiyyatçılar da vardır.
MÜHTƏSİBLƏR 
– 
müsəlman
cəmiyyətində İslamın əxlaq qaydalarına
müsəlmanların riayət edib-etməmələrinə
nəzarət edən şəxslər olmuşdurlar. Onlar
spirtli içkilər qəbul edənlərə, Ramazan
ayında 
orucu
tutmayanlara, əxlaqsız
hərəkətlər edənlər və başqa bu kimi əməlləri
törədənlərə qarşı tədbirlər görüb, onları cəza-
landırmaq hüququna malik idilər. Bundan
başqa, mühtəsiblər ictimai asayışı qoruyur və
qanun pozuntularının qarşısını alırdılar.
Bəzən mühtəsiblər qanun pozuntularının
qarşısını öncədən almaq üçün profilaktik
işləri də görürdülər. Şəriət qanunlarının və
cəzaların qaçınılmaz olduğunu əhalinin
nəzərinə çatdırırdılar. Yalnız yetkinlik yaşına
çatmış, yüksək əxlaqı keyfiyyətlərə malik
olan, fiziki gücü və möhkəmliyi ilə seçilən
insanlar mühtəsib ola bilərdi.
MÜQƏDDƏS GECƏLƏR – müsəl-
manlar tərəfindən qeyd edilən beş gecədir.
Müsəlmanlar tərəfindən aşağıdakı bu gecələr
qeyd edirlir: 
1. Qədr (Ramazan ayının 27-ci gecəsidir); 
2. Merac (Rəcəb ayının 27-ci gecəsidir); 
3. Bəraət (Şəban ayının 15-ci gecəsidir); 
4.  Rəqaib (Rəcəb ayının ilk cümə
gününün gecəsidir); 
5.  Mövlud (Rəbiəl-Əvvəl yının 12-ci
gecəsidir).
İlk dəfə hicrətin 300-cü illərində Misirdə
Mövlud gecəsi keçirilmişdir. Bundan sonra
Qüdsdə Merac, Rəqaib, Bəraət gecələri də
qeyd edilmişdir. Daha sonra bu mərasimlər
bütün İslam dünyasında yayılmışdır. İslam
ilahiyyatçılarına görə Qədr gecəsi Quranda,
Bəraət gecəsi isə hədislərdə anılmışdır.
Ancaq bir çox müsəlman icmaları müqəddəs
gecələrin qeyd edilməsinə qarşı çıxmışdırlar.
Onlar bu mərasimi bidət elan etmişdirlər. 
MÜQƏLLİD  –  dərin dini bilikləri ol-
mayan müsəlmandır. İslam ilahiyyatına görə
yüksək dini biliklər almadan, elmlərlə
məşğul olmadan heç bir şəxs dini hökmlər
çıxara bilməz. Buna görə də, müsəlmanların
çoxu müctəhidləri təqlid etməlidirlər. Bütün
problemləri onların hökmləri ilə həll etmə-
lidirlər. Alimlər isə hökmləri fiqhi metod və
adətlərə uyğun olaraq müqəllidlərə çatdırır-
lar. 
201
MÜQƏLLİD 

MÜNAFİQLƏR (I) – 
Mədinədə
Məhəmməd peyğəmbərə və onun apardığı
siyasətə qarşı gizli müxalifət yaratmış
qrupun nümayəndələri idilər. Bu dəstə
Məhəmməd peyğəmbərin Mədinəyə hicrət et-
məsindən sonra yaranmışdır. İslam qay-
naqlarına görə onlar zahirən
özlərini
müsəlman kimi aparmış, ancaq əslində isə
İslam düşmənləri idilər. Onlar müsəlman ic-
masının içində dağıdıcı fəaliyyətlə məşğul
olmuşdurlar. İlk münafiq kimi Abdullah ibn
Übeyin adı qeyd edilir. Münafiqlərin məqsədi
Məhəmməd peyğəmbər və onun yaxınlarını
Mədinədən qovub, şəhərdə hakimiyyəti öz
əllərinə almaq idi. Onlar müsəlmanların arx-
asında onların düşmənləri ilə anlaşmış,
müsəlmanların müxtəlif işlərinin
görülməsinin qarşısını almaq istəmiş, İslam
dini və Məhəmməd peyğəmbər haqqında ifti-
ralar yaymışdırlar. Onlar müsəlmanlara
böyük zərbələr vurmuşdurlar. Daha sonra
münafiqlər müsəlmanlardan ayrılmış və
Quba məntəqəsində tikdikləri Dirar adlı bir
məsciddə yığışmağa başlamışdırlar. Bu məs-
cid haqqında Quran ayələri də vardır (9:
107-108). Sonralar isə müsəlmanlar Təbuk
yürüşündən qayıdanda o məscidi dağıt-
mışdırlar. Münafiqlərin fəaliyyəti onlar üçün
heç bir müsbət nəticə verməmiş, çünki
müsəlman icması getdikcə güclənmiş və
bütün düşmənlərinə qalib gələ bilmişdirlər.
MÜNAFİQLƏR (II) –  üzdə özlərini
müsəlman kimi göstərən, əslində isə dinsiz
və ya ikiüzlü olan insanlardır. Münafiqlərin
bir neçə xüsusiyyətləri Quran ayələrində
açıqlanmışdır. Belə ki, onlar sabahları
ibadətə həvəssiz qalxar (4: 142-143), başqa
adamları dindən uzaqlaşdırmaq üçün yalan-
dan  şahidlik edər (58: 14); yalnız özlərinə
sərf edən işləri görər, başqalarını düşünməz
(4: 141, 29: 10-11); ayələri gülümsəməklə
qarşılayar (4: 140), yalan danışırlar (33: 60-
61). Ancaq müsəlmanlar onlara qalib
gəldiyini gördükdə onlar bu qalibiyyətə şərik
çıxarlar (Quran, 4: 141). Quranın 4: 145
ayəsinə əsasən deyə bilərik ki, münafiqlər
cəhənnəmin ən aşağı qızmar təbəqəsində
cəzalandırılacaqlar.
MÜNKƏR (I) –  Quranın ayələri,
Məhəmməd peyğəmbərin hədisləri, müc-
təhidlərin icması tərəfindən yasaqlanmış
şeylər və əməllərdir. Onlardan çəkinməyən
insan günah əməl işlətmiş olur. Münkərlər in-
sanın düşüncəsində də ola və pis niyyətlərdə
özünü göstərə bilərlər.
MÜNKƏR (II) – bax: NAKİR VƏ
MÜNKƏR.
MÜRCİİLƏR  –  inancı insan əməl-
lərindən ayıran dini təlimin ardıcıllarıdır-
lar. Mürciilərə görə insanın gördüyü əməllər
və qazandığı günahlar, onun inancı ilə bağlı
deyildir. Onlara görə pis əməllərin görülməsi
heç kəsin inancını əskiltmədiyi kimi, yaxşı
işlərin görülməsi də imanı artırmır. İnanc
varsa var, yoxdursa yoxdur. Görülən işlərlə
onun heç bir əlaqəsinin olmadığını müdafiə
edirdilər. Buna görə də, fiqh elmi onlar üçün
heç bir əhəmiyyət kəsb etmirdi.
MÜRİD – sufilikdə şeyxin rəhbərliyi ilə
mənəvi yolçuluğa çıxan insandır. Bəzi sufi
alimlərinə görə mənəviyyat yolçuluğunda
mürid öz iradəsini itirir. Mürid şeyxinin va-
sitəsi ilə özünü Allahda tapmaq üçün bu uzun
və çiləli yolçuluğa başlayır. Müridin öz
iradəsini Allahın iradəsinə tabe etməsi pros-
esi mütləq şeyxin rəhbərliyi altında getmə-
lidir. Mənəviyyat yolçusunun yolu ağılla
dərk edilməz, çünki bu bir dini təcrübədir, bu
halı dərk etmək üçün onu yalnız yaşamaq
lazımdır. 
MÜRTƏDLƏR –  İslamı tərk edib,
başqa din və ya inancları qəbul edənlərdir.
Bunu edən insanın müsəlman olarkən etdiyi
bütün yaxşı əməllərin savabı silinir. Bəzi
202
MÜNAFİQLƏR (I) 

məzhəblərin hökmünə görə mürtədlər ölüm
cəzasına məhkum olunmalıdırlar. Ancaq bəzi
ilahiyyatçılar buna qarşı çıxış etmişdirlər.
MÜRŞİD – bax: ŞEYX.
MÜSAB İBN ÜMEYR (3/625-ci ildə
həlak olmuşdur) – Məhəmməd peyğəmbərin
ən tanınmış səhabələrindən biri idi. Onun
Mədinədə İslamın yayılmasında böyük rolu
olmuşdur. O, Məkkənin varlı ailəsində doğu-
lub böyümüşdür. İslamı qəbul etdikdən sonra
bir müddət inancını gizli saxlamışdır. Yaxın-
ları onun İslama gəldiyini biləndən sonra
onun dindən çıxması üçün ona basqılar
etmiş, ev dustağına çevirmişdirlər. Təqi-
blərdən qurtulmaq üçün Musab Həbəşistana
hicrət  etmişdir. Oradan qayıtdıqdan sonra
ailəsi onun seçimi ilə barışmalı olmuşdur. 
Birinci  Əqəbə beyətindən sonra Məd-
inədən gələn müsəlmanlar Məhəmməd
peyğəmbərdən onların şəhərinə Quranı və İs-
lamın əsaslarını öyrədəcək bir səhabəsini
göndərməyi xahiş etmişdirlər. Bu işi Məhəm-
məd peyğəmbər Müsab ibn Ümeyrə tapşır-
mışdır. Beləliklə o, Mədinəyə hicrət etmiş ilk
məkkəli müsəlman olmuşdur. Müsab öz vəz-
ifəsini uğurla icra edə bilmişdir. Onun
fəaliyyətinin nəticəsində Mədinənin ərəb
əhalisinin böyük bir hissəsi İslamı qəbul et-
mişdir. Bu da müsəlmanların Məkkədən
Mədinəyə hicrət etməsi üçün yol açmışdır.
Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra
Müsab  Bədr və Uhud döyüşlərində vuruş-
muş, müsəlmanların bayraqdarı olmuşdur.
Uhud döyüşündə təxminən 40 yaşında həlak
olmuşdur.
MÜSAFİR – yolçu, yolda olan adamdır.
Üç gün sürəsində piyada addımlarla öz
yaşayış yerindən aralanan adam müsafir ad-
lanır. Yolçular dörd rükətlik vacib namazları
qısaldaraq onları iki rükətli qıla bilərlər. Həm
də onlar Ramazan ayında oruc tutmaya bilər-
lər. Ancaq mənzillərinə çatandan sonra onlar
buraxılmış oruclarını tutmalıdırlar. Yolçularla
yaxşı davranmaq gərəkdir. Onlara qon-
aqpərvərlik göstərmək və kömək etmək Al-
lahın bəyəndiyi işlərdəndir. 
MÜSEYLİMƏ (13/634-cü ildə həlak ol-
muşdur) – Ərəbistanın yalançı peyğəmbər-
lərindən biri olmudur.
Yəmmamədə
yaşayan Hənifə qəbiləsindən idi. Məhəmməd
peyğəmbərə qısqanclıq edərək özünü
peyğəmbər elan etmiş, ərəb qəbilələrini onu
tanımağa dəvət etmişdir. Fəaliyyətinə
Məhəmməd 
peyğəmbərin
sağlığında
başlamış, beləliklə yəmmaməlilərin arasında
nüfuz qazanmışdır. Rəvayətlərə görə o,
Məhəmməd peyğəmbərə bir məktub yazmış,
orada onun peyğəmbərliyini tanımasını,
Ərəbistanda hakimiyyəti onunla bölüşməyi
tələb etmişdir. Məhəmməd peyğəmbər isə
onu yalançı adlandıraraq tövbə etməyə dəvət
etmişdir. Məhəmməd peyğəmbər vəfat et-
dikdən sonra isə Müseylimə güclənmiş və
müsəlman icması üçün çox böyük təhlükəyə
çevrilmişdir. 13/634-cü ildə Xalid ibn Vəlidin
komandanlığı altında İslam ordusu ona qarşı
yürüşə çıxmışdır. Ağır döyüşdən sonra
Müseylimənin ordusu darmadağın edilmiş,
özü isə öldürülmüşdür.
MÜSƏLMAN QARDAŞLARI 
Misirdə müsəlman islahatçısı Həsən Bənna
tərəfindən yaradılmış ictimai-siyasi
hərəkatdır.
Həsən Bənna Universiteti
bitirdikdən sonra Misirin
İsmailiyyə
şəhərində müəllimlik etmişdir. O dövrdə
orada çoxlu sayda ingilislər yaşayırdı.
Şəhərlilər isə onların müəssisələrində çox
kiçik maaşla işləməyə məcbur idilər.
Bununla yanaşı ictimai həyatda İslam dəyər-
lərinin Avropa dəyərləri tərəfindən sıxışdırıl-
ması prosesi gedirdi, yəni avropalaşdırma
siyasəti aparılırdı. Həsən Bənna bütün bu
proseslərə etiraz səsini qaldırmağa
203
MÜSƏLMAN QARDAŞLARI 

başlamışdır. O, dinin cəmiyyətdə təsirinin
azalmasına və dünyəviliyə qarşı çıxış edirdi.
Həsən Bənnanın dünyagörüşü İslamın
əsaslarına, eləcə də Camaləddin Əfqani,
Məhəmməd Əbduh, Rəşid Rıza kimi Misir is-
lahatçılarının irsi üzərində qurulmuşdur. Bu
ideyaların təsiri altında olan Həsən Bənna bir
neçə kitab da yazmışdır. 
Daha sonra o, həmfikirləri ilə birlikdə İs-
mailiyyə şəhərində “Müsəlman qardaşları”
adlı İslam təşkilatı yaratmışdır. Onlar İslam
dəyərlərini təbliğ etmiş və bu hərəkata çoxlu
insanları cəlb edə bilmişdirlər. İlk vaxtlar
təşkilatın mərkəzi İsmailiyyə şəhərində olsa
da, sonra mərkəz Qahirəyə köçürülmüşdür. 
Bu birliyə daxil olunanlar Misirin bütün
şəhər və kəndlərində fəallıq göstərmişdilər.
Tezliklə “Müsəlman qardaşları” xalq
arasında tanınaraq nüfuz qazana bilmişdir.
Onlar xeyriyyəçilik fəaliyyəti ilə də məşğul
olurdular. Daha sonra “Müsəlman qar-
daşları” güclü dini-siyasi təşkilata
çevrilmişdir. Onlar artıq Misirin sərhədlərini
aşaraq, digər ölkələrdə də təbliğat aparmağa
başlamışdılar, Məsələn, 1366/1947 –
1367/1948-ci illərdə Fələstində
döyüşmüşdürlər. 
“Müsəlman qardaşlarının” artan nüfuzu
və siyasətə qatılmaları Misir hakimiyyətini
narahat etmişdir. Beləliklə, ölkədə onlara
qarşı təqiblər başlanmışdır. 1368/1949-cu
ildə Həsən Bənna qəsd nəticəsində
öldürülmüşdür. “Müsəlman qardaşları”
hərəkatının silahlı dəstələrinin üstünə isə
ordu yeridilmişdir. Misir hakimiyyəti
Fələstindəki döyüşçülərinə qarşı ordu
göndərmişdir. Bu hadisələrdə onların çoxu
öldürülmüş və ya tutulmuşdurlar. 
“Müsəlman qardaşlarına” qarşı keçir-
ilmiş təqiblər təşkilata güclü zərbə vurmuş-
dur. 1372/1952-ci ildə “Müsəlman
qardaşlarının” yeni liderlərindən biri Səid
Qütb  olmuşdur. Bundan sonra bu təşkilat
Misirdə yenə də öz nüfuzunu bərpa edə
bilərdi. Ancaq “Müsəlman qardaşlarının”
radikal qolu, prezident Camal Əbdül-Nasirə
qarşı uğursuzluqla nəticələnən qəsd təşkil et-
mişdir. Bundan sonra ölkə hakimiyyəti yenə
də bu qurumun bütün üzvlərinə qarşı kütləvi
təqiblərə başlamışdır. Səid Qütb də tutulub
edam edilmişdir. Bundan sonra “Müsəlman
qardaşları” yenə də zəifləmişdir. Onlardan
ayrılmış müxtəlif dini-siyasi qruplar bu günə
kimi Yaxın Şərqdə, Mərkəzi Asiyada,
Avropada, Afrikada, dünyanın başqa yer-
lərində fəaliyyət göstərməkdədirlər. Həsən
Bənnadan sonra bu hərəkatın ideoloqları
Səid Qütb, Məhəmməd Qəzali, Mustafa
Sibai kimi islahatçılar olmuşdurlar. “Müsəl-
man qardaşları” müsəlman cəmiyyətində
ədalətin və bərabərliyin qurulması şüarları al-
tında fəaliyyət göstərirdilər. Onların son
məqsədi isə İslam qanunları ilə idarə olunan
dövlətin yaradılması olmuşdır. Buna görə də,
onların “İslam sosializmi” adlanan ideyaları
xalq arasında geniş yayılmışdır.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin