AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

MƏZHƏB

MİKAİL – Allaha ən yaxın olan, müx-
təlif təbiət hadisələrini hərəkətə gətirən və
nizamlayan mələkdir. Rəvayətlərə görə
Mikail buludları, planetləri, başqa bu kimi
cisimləri hərəkətə gətirir. Mikail Quranda (2:
98) anılmışdır. 
MİQAT –  dünyanın müxtəlif yer-
lərindən Məkkəyə gəlmiş zəvvarlar üçün
xüsusi bir geyim olan “ehrama (I)” girmək
üçün ayrılmış yerlərdir. Hazırda  Məkkəyə
çatmamış bir neçə miqat yerləri vardır.
MİLAD –  əsasən İsa Məsihin doğum
gününü ifadə edən sözdür. Xristianlar bu
günü hər ilin dekabr ayının sonunda və ya
yanvar ayının ilk günlərində bayram kimi
qeyd edirlər. 
MİNA
– 
Ərəfat çölü üzərində
Məkkədən səkkiz kilometr aralıqda yerləşən
yerdir. Həcc zamanı buraya gələn zəvvarlar
burada qurbanlar kəsirlər. Çünki rəvayətlərə
görə bu yerdə İbrahim peyğəmbər  Allaha
verdiyi sözün üzərində duraraq öz oğlunu
qurban vermək istəmişdir. Ancaq Allah bu
qurbanı qəbul etməmiş, onun yerinə bir qur-
banlıq qoçu mələk vasitəsi ilə İbrahimə
göndərmişdir. 
MİNARƏ – məscidin yanında tikilmiş
qüllədir. Minarələr vasitəsi ilə müsəlmanları
ibadətə və ya başqa dini və ictimai tədbirlərə
çağırmaq üçün tikilirdi. Vacib namazların
qılınmasından bir qədər öncə müəzzinlər mi-
narələrə qalxıb xalqı azanla ibadətə dəvət
edirdilər. Ancaq müasir zamanımızda buna
ehtiyac qalmamışdır. Namazlara camaatı səs
gücləndiricilərin vasitəsi ilə dəvət edirlər.
Buna görə də günümüzdə minarələr memar-
lıq nümunəsi və İslamın rəmzinə çevrilmiş
simvol kimi inşa edilir. İlk minarəni birinci
Əməvi  xəlifəsi Müaviyənin hakimiyyəti
dövründə Misir valisi hicrətin I əsrində inşa
etdirmişdir. 
MİNBƏR – məsciddə imamın xütbə ox-
uması üçün qurulan hamı tərəfindən
görülə bilən hündür bir yerdir. Rəvayətlərə
görə  minbərin yaranma tarixi Məhəmməd
peyğəmbərlə bağlıdır. O, xütbə oxumaq üçün
xurma ağacından kəsilmiş kötüyün üzərinə
çıxıb xütbə oxumuşdur. Hicrətin 7-ci ilində
Mədinə məscidində onun istəyi ilə ağacdan
düzəldilmiş minbər qurulmuşdur. Onun iki
pilləsi və oturmaq üçün yeri olmuşdur. Bu
minbər əsrlər boyu Mədinə məscidində
qorunmuşdur. Ancaq, 654/1256-cı ildə məs-
ciddə yanğın baş vermiş və bu yanğın zamanı
minbər tamamən yanmışdır. Bundan sonra
orada başqa minbərlər qurulmuşdur. Hazırda
bu məsciddəki minbər türk Sultanı III Mu-
radın göstərişi ilə düzəldilmişdir. Mədinə
məscidindən başqa, ilk minbərlər Misir məs-
cidlərində qurulmuşdur. Daha sonra minbər-
lər dünyadakı bütün məscidlərinin ayrılmaz
tərkib hissəsinə çevrilmişdir. Çox vaxt min-
bərlər ağac və daşdan düzəldilmiş sənət in-
ciləri hesab edilirdi. Minbərlərin beş, yeddi,
doqquz və daha çox pillələri olur.
MİSİR – Şimal-Şərqi Afrikada, Nil çayı
boyunca uzanan qədim dövlətdir. Bu ölkədə
dünyanın ən qədim mədəniyyətlərindən biri
yaranmışdır. Qədim Misirin tarixi ən qədim,
orta və yeni dövrlərə bölünür. Ən qədim
dövrlərdə Misir bir ölkə kimi formalaşmış,
orta dövrdə güclənmiş, yeni tarixdə isə zəi-
fləmişdir. Misir kralları Firon adlanırdılar.
Onların bir çoxu özlərini tanrılaşdırmışdırlar.
Misirin yerli əhalisi isə “qiptilər” adlanırdı.
Bir çox peyğəmbərlər Misirin tarixi ilə
yaxından əlaqəlidır. Misirlə daha çox bağlı
Musa peyğəmbər olmuşdur. Onun za-
manında qiptilər bütpərəst olmuş,  İsrail
oğullarına əzab vermişdirlər. Onları ən ağır
işlərdə işlədirdilər. Bütün bunlardan təngə
gələn İsrail oğulları Musanın yanına gedərək
Fironun zülmündən və qiptilərin əzabından
qurtarmaq istədiklərini bildirirlər. Musa da
193
MİSİR

Fironun yanına gəlib möcüzələr göstərmiş,
onu və xalqını doğru yola dəvət etmiş, İsrail
oğullarının əzablarına son qoyulmasını
istəmişdir. Bundan başqa, İbrahim və İsa
peyğəmbərin də Misirə səfər etdikləri rə-
vayət edilir.
Ancaq Firon bütün bu istəkləri yerinə ye-
tirməkdən imtina etmişdir. Onda Allah qip-
tiləri cəzalandırmışdır. Ölkənin suları qana
çevrilmiş, göydən qurbağalar yağmış, dəri
xəstəlikləri yayılmış və üç gün qaranlıq ol-
muşdur. Firon bu möcüzələri görəndə qorx-
uya düşmüş, İsrail oğullarının Misirdən çıxıb
getməsinə icazə vermişdir. Musa İsrail
oğulları ilə Misirdən çıxıb Qüdsə doğru
gedərkən Firon verdiyi sözdən dönmüş, on-
ları izləyib geri qaytarmaq üçün qoşunu ilə
yola çıxmışdır. Ancaq bir möcüzə sonu onlar
hamısı dənizdə boğularaq məhv olmuşdurlar. 
Misir dövləti minilliklər boyu çox güclü
bir dövlət olmasına baxmayaraq sonralar zəi-
fləmişdir. Bundan sonra Misiri assurlular,
iranlılar, daha sonra isə Makedoniyalı İs-
gəndərin başçılığı altında yunanlar ələ keçilə
bilmişdirlər. İsgəndərdən sonra ölkəni onun
varisləri olan Ptolemeuslar idarə edirdilər.
Onlar da özlərini Firon adlandırmışdırlar. 
Misirin müstəqilliyinə romalılar son qoy-
muşdurlar. O dövrdə Misir artıq Romanın
ərazilərindən birinə çevrilmişdir. Romada
Xristianlıq yayıldıqdan sonra qiptilər də xris-
tian olmuşdurlar. İslam zühurundan sonra isə
Misir Xilafətin tərkibinə qatılmış, sonra isə
müxtəlif türk sultanları tərəfindən idarə ol-
unmuşdur. Osmanlı imperiyası dağıldıqdan
sonra ingilislərin əlinə keçən Misir 1922-ci
ildə müstəqilliyini elan etmişdir. 
MİSVAQ –  Ərəbistan yarımadasında,
Afrika və Asiyanın bəzi bölgələrində bitən
ərak ağacını budağından kəsilmiş kiçik
qələmlərdən ibarət dişlərin təmizlənməsində
istifadə olunan çubuqdur. Bu ağac bir-biri
ilə dolaşan yoğun borucuq və telli ele-
mentlərdən ibarət olan ağacdır. Buna görə o
yumşaq və elastik olur. Misvaqda bütün
insan bədəni üçün faydalı olan bioloji aktiv
mineral maddələr vardır. Bundan başqa onun
tərkibində diş ətini bərkidən və dişlərin
çürüməsinin qarşısını alan maddələr də
mövcuddur. Rəvayətlərə görə Məhəmməd
peyğəmbər  də misvaqla dişlərini təmi-
zləmişdir. Buna görə də, bir çox müsəlmanlar
məhz misvaqla dişlərini təmizləməyə üstün-
lük verirlər.
MİZAN – axirətdə insanların işlədikləri
günah və xeyir əməllərini çəkmək üçün qu-
rulacaq tərəzidir. Bu barədə Quranda ayə
vardır (7: 8). Günah əməlləri xeyir əməl-
lərindən ağır olan insanlar cəhənnəmə, xeyir
işləri ağır gələnlər isə cənnətə girəcəklər.
Bundan başqa Quranda insanları məişət həy-
atlarında istifadə etdikləri tərəzilərdən də
doğru istifadə edilməsinə çağırışlar vardır.
Quranın (7: 85) ayəsinə görə Şüeyb peyğəm-
bər  Mədyən xalqını doğru yola yönəltmək
istəyəndə, onları alış-verişdə ölçüyə doğru
rəiyyət etmək, başqalarını çəkidə aldatma-
mağa çağırmışdır. Fiqhdə çəkidə aldatmaq
cinayətkar əməl kimi qiymətləndirilir. 
MÖCÜZƏ – obyektiv qanunauyğunluq,
məntiq və təbii qanunlarla izah edilə
bilməyən fenomenləşmiş hadisələrdir.
İlahiyyatçıların bir çoxu hesab edir ki,
möcüzələri ancaq peyğəmbərlər göstərə
bilərlər. Buna misal olaraq müqəddəs
mətnlərdə Musa peyğəmbərin əsasının ilana
çevrilməsini göstərmək mümkündür. Yenə,
İsa peyğəmbərin ölüləri diriltməsi, korların
gözlərini açması da ən çox bilinən
möcüzələrdən hesab edilir. İslam ənənəsində
Məhəmməd peyğəmbərin isra və meracin-
şiqaqül-qəmər kimi möcüzələri də rəvayət
edilməkdədir.
MÖHKƏM AYƏLƏR –  anlamları
açıq-aydın olan Quran ayələridir. Onlar
haqqında Quranda ayə vardır (3: 7). Həmin
194
MİSVAQ

ayədə deyilir ki, bəzi ayələrin mənaları çətin
anlaşılır və onların həqiqi anlamlarını yalnız
Allah bilir. Onlara mütəşabih ayələr deyilir.
İslamın əsasları və dinin təməlləri möhkəm
ayələrin əsasında qurulmuşdur. Məsələn,
hansı əməlin haram, hansının halal olması,
namazın qılınması,  orucun tutulması kimi
dinin əsas ehkamları möhkəm ayələrdə
açıqlanmışdır. 
MÖHTƏKİRLİK – əhali üçün həyati
əhəmiyyətli malların hamısını alaraq
bazarda onun çatışmamazlığı üçün şərait
yaratmaq, sonra onları çox baha qiymətə
satmaqdır. Fəqihlərin çoxuna görə möhtəkir-
lik harama yaxın olan məkruh əməldir. Bu
işlə məşğul olan adamları “möhtəkir” ad-
landırırlar. 
MÖMİNLƏR
–  Allahın endirdiyi
vəhyin hökmlərini qəbul edib, onlara əməl
edən insanlardır. İslam məzhəblərinin çox-
unda mömin inancını sözlə ifadə etməli,
özünün müsəlman olduğunu kəlimeyi-
şəhadət deməklə dilə təsdiq etməlidir. Ba-
tiniliyə üstünlük verən təriqətlərdə müsəlman
olmağın dillə təsdiq olunmasına ehtiyac yox-
dur.  Mürciilər hesab edir ki, müsəlman
olmaq üçün dil ilə təsdiqləmək kifayətdir.
Çünki, onların təlimində əməllər inancı poz-
mur. Başqa məzhəblərdə isə möminlik təkcə
sözlə deyil, həm də əməllərdə özünü göstər-
məlidir. Yəni, sözlə əməlin vəhdəti müşahidə
edilməlidir. 
MÖVLƏVİLƏR_–_sufi_təriqətlərindən__birinin_ardıcıllarıdırlar.'>MÖVLƏVİLƏR – sufi təriqətlərindən
birinin ardıcıllarıdırlar. Bu  təriqətin adı
Mövlanə Cəlaləddin Rumi (604/1207 –
672/1273) ilə bağlıdır. O, Bəlxdə doğulmuş-
dur. 610/1213-cü ildə onun ilk müəllimi
olmuş atası Bəhaəddin Vələd, ailəsi ilə bir-
likdə Bəlxdən Hicaza, daha sonra isə Səl-
cuqluların hakimiyyəti altında olmuş
Konyaya köçmüşdürlər. 642/1244–cü ildə
təhsilini başa vuraraq məktəbdə müəllimlik
etməyə başlamışdır. Elə o vaxtlardan mənəvi
yolçuluğuna başlamış, onu inkişaf et-
dirmişdir. Öncə o kübraviliyə üstünlük
verirdi. Ancaq 642/1244-cü ildə gəzən dərviş
Şəms Təbrizi ilə görüşdükdən sonra o, sufil-
iyin “eşq” yolunun yolçusu olmuşdur. Bu
səbəbdən də onun adlarından biri də
Mövlanə olmuşdur.
Daha sonra Mövlanə öz mənəvi təriqətini
yaratmışdır. Onun vəfatından sonra isə irsini
davam etdirən davamçıları onun adını
daşıyan sufi təriqətində birləşmişdirlər.
Mövləvilərin xüsusi təriqətləri vardır. Onun
əsasında Mövlanənın “Məsnəvi” adlı poetik
kitabı durur. “Məsnəvidə” həm Mövlanənin
lirikası poetik bir tərzdə verilmiş, həm də
onun əsasında mövləvilərin təriqəti inkişaf
etdirilmişdir. Bu kitabdan başqa Mövlanənın
başqa əsərləri də vardır. 
Mövləvilik Osmanlı imperiyasının yük-
sək dairələri tərəfindən dəstəklənərək elitar
bir təlimə çevrilmişdir. Buna görə də
mövləvilik Anadoluda, Suriyada, Misirdə,
Balkanlarda, Krımda geniş yayılmışdır.
Mövləvilər həm də türk mədəniyyətinin
daşıyıcısı hesab edilirdilər. Mövləvi təriqə-
tinin şeyxləri Mövlanəyə yüksələn mənəvi
varislik yolu ilə təyin olunurlar. Təriqətin
mərkəzi Türkiyənin Konya şəhərində yer-
ləşir. Mövləvilərin təkkələri başqa sufi
təriqətlərinin təkkələrindən daha böyük ol-
muşdur. Bu da mövləvilərin mənəvi ayin-
lərinin özəlliyi ilə bağlıdır. Çünki,
Mövləvilərin  zikrləri özlərinə məxsus for-
mada yerinə yetirilir. Bunun üçün onlar
“səma” adlanan ayin təşkil edirlər. 
Mövləvilərin mənəvi həyatında 1001 gün
sürən təkliyə (çilə çəkmə) çəkilmək təcrübəs-
inə böyük önəm verilir. İnzivaya çəkilən
dərvişə “çiləkeş” deyirlər. Çiləni bitirmiş
dərvişə “dədə” adı verilir. Başqa
təriqətlərdən fərqli olaraq mövləvilikdə
parçalanma olmamışdır. Günümüzdə
mövləvilik təriqəti yalnız Türkiyədə fəaliyyət
göstərir.
195
MÖVLƏVİLƏR

MÖVLUD – hər il Rəbiül-Əvvəl ayının
onikisində müsəlmanların Məhəmməd
peyğəmbərin anadan olmasının il
dönümünün qeyd edildiyi gündür. Məhəm-
məd peyğəmbər Məkkə şəhərində doğulmuş-
dur. Onun dəqiq doğum tarixi
bilinməməkdədir. Güman edilir ki O,
təxminən miladi 570-ci ildə anadan olmuş-
dur. Rəvayətlərə görə Məhəmmədin dünyaya
gəlməsindən yeddi gün sonra babası Əb-
dülmüttəlib anadan olmuş nəvəsi üçün
verdiyi ziyafətdə ona Məhəmməd adını qoy-
muşdur. 
İlk dəfə mövlud bayramı Misirdə Fatim-
ilərin (297/909-567/1171) dövründə qeyd
edilmişdir. Daha sonra bu bayram müsəlman
dünyasında yayılaraq daha da təntənəli şək-
ildə xalq arasında qeyd edilməyə başlamışdır.
Osmanlı imperiyasında mövlud artıq
dövlətin rəsmi bayramı kimi təsdiq olunmuş-
dur. Bu ənənə Sultan III Muradın dövründən
başlayaraq İstanbulun Aya-Sofiya və Sultan
Əhməd  məscidlərində şənliklər keçirilirdi.
Bununla belə mövludun qeyd edilməsinə dair
ilahiyyatçıların fərqli fikirləri vardır. Onlar-
dan bəziləri bu bayramı dinə gətirilmiş bidət
sayır və onun keçirilməsinə etiraz edirlər.
Ancaq digər ilahiyyatçılar isə mövludun
keçirilməsinin şəriətə uyğun olduğunu israr
edirlər. İlahiyyatçılar arasındakı
mübahisələrə baxmayaraq mövlud bayramı
bir çox yerlərdə sadə xalq tərəfindən sevilən
bayramdır. Həmin gün müsəlmanlar Allaha
dualar, məclislər təşkil edirlər.
MÖVT – ruhun bədəndən ayrılması və
insanın fiziki olaraq ölməsidir. Dini inanca
görə insan öləndə öz varlığını itirmir. Çünki
o,  ruh və bədəndən ibarətdir. Ölüm yalnız
cismani olaraq ruhun bədəndən ayrılmasıdır.
Bununla da, bədəndən ayrılan ruh əbədiyyət
qazanmış olur. İslam təliminə görə qiyamət
olanda bütün ruhlar bədənlərə geri qayıdacaq
və mühakimə olunacaqlar. Buna görə də, hər
bir insan ölümünü xatırlamalı, Allaha ibadət
etməli, yaxşı işlər görməli, pis işlərdən çək-
inməlidirlər (Quran 3: 185).
MUHSƏN –  İslam şəriətinə uyğun
olaraq kəbin qaydaları ilə evlənmiş müsəl-
man kişi və qadındır. Bu sözə Quranda (5:
5) rast gəlinir. Fiqhə görə muhsənlər başqa
adamlarla sevişməməlidirlər. Onlar zina etsə,
camaat qarşısında daşqalaq edilməlidirlər.
Muhsən olmayan zinakara qarşı isə yüngül
cəzalar tətbiq edilir.
MUXTAR SƏQƏFİ –  qeysanilər
təriqətinin qurucusu, ictimai və dini-siyasi
xadim olmuşdur. O, Abdullah ibn Zübeyrin
(64/684 – 73/692) hakimiyyəti dövründə Xi-
lafətdə baş vermiş siyasi çəkişmələr və daxili
savaşlardan yararlanaraq Kufəyə gəlmiş,
orada sakinləri Əli ibn Əbu Talibin oğlu
Məhəmmədin imamətini tanımağa dəvət et-
mişdir. Orta əsr müsəlman tarixçiləri Müxtarı
mənfi bir şəxsiyyət kimi təqdim etmişdirlər.
Onların iddialarına görə, Muxtar müsəlman-
ların  əhli-beytə sevgisindən öz məqsədləri
üçün istifadə edirdi. Onlar iddia edirdilər ki,
Məhəmməd ibn Hənəfiyyənin Müxtarın
fəaliyyətinə heç bir aidiyatı olmamış və o,
ondan icazə almadan onun adından çıxış
edirdi. Xəlifə Əlinin hakimiyyəti dövründə
isə o, İraqda yaşamış, onun ölümündən sonra
isə Bəsrəyə köçmüşdür. Hüseyn ibn Əli Kər-
bəlada  şəhid edildikdən sonra Əməvilərin
Kufədəki valisi Übeydullah ibn Ziyad onu
Xilafətdə qarışıqlıq salmaq ittihamı ilə həbs
etmişdir. Bir müddətdən sonra Muxtar
azadlığa çıxmış və Əməvilərə qarşı üsyana
qalxmış  Abdullah ibn Zübeyrin tərəfinə
keçmiş, onun tapşırığı ilə Kufəyə getmiş və
orada yenidən tutulmuşdur. Azadlığa çıxan-
dan sonra öz tərəfdarlarını gizli olaraq
ətrafına toplayıb, onların beyətini almışdır.
Bu dəstə getdikcə güclənmiş və onlar xəlifə
Abdullah ibn Zübeyrin vali göndərdiyi Ab-
196
MÖVLUD 

dullah ibn Mütinə qarşı üsyana qalxmışdırlar.
Xəlifə bu üsyanı yatırtmaq üçün onlara qarşı
sərkərdə Şibs ibn Ribinin başçılığı altında
qoşun göndərmişdir. Ancaq, Muxtarın tərəf-
darları o qoşuna qalib gələ bilmişdirlər. Bu
hadisədən sonra Küfə valisi Bəsrəyə qaç-
mağa məcbur olmuş, şəhər üzərində
hakimiyyət isə Muxtarın əlinə keçmişdir. Bu
uğurdan sonra Muxtar və tərəfdarları
Əməvilərə qarşı uğurla vuruşsalar da, sonda
onları Abdullah ibn Zübeyrin qoşunu məğlub
edə bilmişdir. Muxtar isə hicrətin 68-ci ilində
öldürülmüşdür. Onun ardıcılları isə
qeysanilər adlanaraq uzun zaman fəaliyyət
göstərmişdirlər.
MUSA – Quranda İsrail oğullarına və
Misir xalqına göndərilmiş peyğəmbərlərdən
biridir. O, İmranın oğlu Yaqubun soyundan
olmuşdur. Qardaşı Harunla birlikdə peyğəm-
bərliklə
vəzifələndirilmişdirlər. Onun
haqqında Quranda, hədislərdə və israiliyy-
atda  məlumat vardır. Bu mənbələrə görə
Yusif peyğəmbərin dövründə Misirə köçmüş
israillilərin sayı çoxalmışdır. Zaman
keçdikcə onların yerli qiptilərlə qarşıdur-
maları baş vermişdir. Bir gün Misir Fironu
yuxuda Qüdsdən qalxan odun israillilərə tox-
unmayaraq bütün qiptiləri yandırdığını gör-
müşdür. Bu yuxunu yozmuş kahinlər Firona
israillilərin arasında dünyaya bir uşağın
gələcəyini, böyüyəndən sonra onu məhv
edəcəyi xəbərini vermişdirlər. Bunu eşidən
Firon, israillilərin bütün yeni doğulmuş oğlan
uşaqlarının öldürülməsini əmr etmişdir
(Quran, 2: 49). Elə o zaman Musa doğulmuş-
dur. Yeni doğulmuş körpənin anası onu gizli
olaraq beşiyə qoyub Nil çayına buraxmışdır.
Suyun axarı bu körpəni Fironun sarayına
doğru gətirmiş, orada Fironun həyat yoldaşı
Asiya onu ölümdən qurtarmışdır (Quran, 20:
36-39). Sonra onu saraya gətirmiş, onun
üçün süd anası axtarmağa başlamışdır. Bu
xəbəri eşidən Musanın anası saraya gəlib süd
analığı üçün özünün xidmətini təklif etmişdir
(Quran, 20: 40). Musa uzun müddət Fironun
sarayında qalmışdır. Daha sonra o, qiptilərin
İsrail oğullarına verdiyi əzabların şahidi ol-
muşdur. Onlardan birini müdafiə edərək bir
qiptini öldürmüşdür. Buna görə də Misirdən
qaçıb Mədyənə üz tutmuşdur. Orada bir neçə
il Şüeyb peyğəmbərin qulluğunda olmuş,
onun qızı ilə evlənmişdir (Quran, 20: 40).
Uzun müddət keçəndən sonra Musa Misirə
qayıtmaq fikrinə düşmüşdür. Yolda olarkən
Tur dağında Allah ona və onun qardaşı
Haruna peyğəmbərlik verdi. Sonra Allah on-
lara Fironun sarayına getməyi və onu doğru
yola dəvət etməyi əmr etdi (Quran, 28: 29-
35). Bundan sonra qardaşlar birbaşa Fironun
sarayına getdilər. Musa peyğəmbər orada
möcüzələr göstərsə də, Firon və digər qiptilər
ona inanmamışdılar (Quran, 26: 18-51). 
Sonra Musa Firondan israillilərin
Misirdən buraxılmasını istəmişdir. Firon
buna etiraz etdiyinə görə Allah qiptilərə əz-
ablar göndərmişdir. Onların suları qana
çevrilmiş, üç gün hər yeri qaranlıq bürümüş,
bütün ölkəyə göydən qurbağalar yağmış,
xəstəliklər yayılmışdır. Firon bunları
gördükdə qorxmuş, İsrail oğullarının
Müsirdən çıxmasına icazə vermişdir. Musa
peyğəmbərin rəhbərliyi ilə onlar Misirdən
Fələstinə doğru yola çıxmışdırlar. Ancaq
sonra Fironun fikri dəyişmişdir. O, is-
raillilərin köçməsinin qarşısını almaq üçün
qoşunu ilə onları izləməyə başlamışdır. İsrail
oğulları Qırmızı dənizə yaxınlaşanda möcüzə
baş vermiş dəniz ikiyə ayrılmış və onlar
üzbəüz sahilə keçə bilmişdirlər. O zaman
Fironun qoşunu da o yerə vararaq həmən
yolla dənizi keçmək istəyən zaman sular
yenidən birləşmiş və Firon qoşunu ilə bir-
likdə suda boğulub həlak olmuşdurlar
(Quran, 28: 40). 
Bundan sonra israillilər səhralarla
irəliləməli olmuşdurlar. Günlərin birində
Musa xalqı qardaşı Haruna tapşıraraq
197
MUSA

yenidən Tur dağına yollanmışdır. Orada
Allah ona Tövratı nazil etmişdir. Ancaq o
zaman İsrail oğulları günah əməl işləyərək
əhdlərinə vəfasız çıxmışdırlar. Onlar bir qızıl
buzov bütünü düzəldib ona tapınmışdırlar.
Musa geri qayıtdıqdan sonra o bütü
düzəldənləri cəzalandırmış, xalq isə tövbə et-
məyə dəvət etmişdir (Quran, 2: 51-52). Bun-
dan sonra Musa onları Tövratın qanunları ilə
idarə etmişdir. O, onlara çoxlu möcüzələr
göstərmiş, xalq aç olduqda onlara göydən
mənn və səlva yağmışdır. Daha sonra İsrail
oğulları Fələstinə daxil olmuşdurlar. O
zaman orada bütlərə tapınan Amalika xalqı
yaşayırdı. Musa israilliləri onlarla vuruşmağa
dəvət etmişdir. Ancaq onlar vuruşmaqdan
çəkinmiş və Müsaya qarşı çıxmışdırlar
(Quran, 5: 24). Buna görə də, Allah İsrail
oğullarını cəzalandırmışdır. Beləliklə, onlar
40 il öz torpaqlarına qayıda bilməmişdirlər
(Quran, 5: 26). İsrail oğulları 40 il səhralarda
köçəri həyat sürməli olmuşdurlar. Bu müddət
ərzində dəyişən nəsil artıq amalikalılara qarşı
vuruşmağa hazır idilər. Bundan sonra Musa
peyğəmbər onlarla birlikdə Lut gölünün (Ölü
dənizin) cənubunu və bəzi başqa yerləri ələ
keçirmişdirlər. Daha sonra Musa peyğımbər
Yerihonun yaxınlığındakı dağa qalxaraq uza-
qdan Kənan torpaqlarını görmüşdür. O, 120
yaşında vəfat etmişdir. Ölümündən öncə o,
öz yerinə İsrail oğullarına rəhbərlik etmək
üçün Yuşa ibn Nunu təyin etmişdir. Onun za-
manında israillilər Fələstini fəth edə
bilmişdirlər. 
MUSA İBN CƏFƏR
(128/745 –
183/799) – əhli-beytdən olan tanınmış fiqih
alimi və şiələrin yeddinci imamı olmuşdur.
Musa İbn Cəfər Mədinədə doğulmuş və
orada fəaliyyət göstərmişdir. Onu Musa
Kazım da adlandırırdılar. Həyatını ilahiyyat
elmlərini öyrənməyə həsr etmişdir. Ancaq o
dövrdə  Abbasi xəlifələri  əhli-beyti təqib
edirdi. Bu təqiblər zamanı Musa ibn Cəfər tu-
tularaq Bəsrəyə, sonra isə Bağdada
aparılmışdır. Orada həbsxanada vəfat etmiş
və ya öldürülmüşdür.
MUSİQİ – bax: ĞİNA.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin