AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Rayonlann  adları
Cemi  əhali 
(nəfərlə)
O  cümlədən
Azərbaycanlılar
Ermənilər
Rus və digərləri
Nəfərlə
Faizlə
Nəfərlə
Faizlə
Nəfərlə
Faizlə
Xankəndı
38948
4303
11,0
33898
87,0
747
1,9
Əsgəran
20094
5231
26,0
14772
73,5
91
0,5
Hadrut
14792
2239,
15,1
12489
84,4
64
0,5
Ağdərə
44586
7050
15,8
37050
83,0
486
1,1
Xocavənd
27742
5486
r“ 19,7
21986
79,2
270
0,7
Şuşa
16019
12955
80,8
28881
17,9
183
1,1
Cəmi:  DQMV üzrə
162181
37264
23
123076
75,9
1841
1,1
1970-1985-ci illərdə DQMV-də əhalinin sosial-sinfi strukturu da yeniləş- 
mişdi.  1980-ci illərin sonlannda fəhlə və qulluqçular əhalinin 86 faizini, kol- 
xozçular isə  13 faizini təşkil edirdi.  1970-ci ildə DQMV-də əhalinin 62 faizi 
kənddə, 38 faizi şəhərdə yaşayırdısa,  1985-ci ildə şəhərdə yaşayanlar ümumi 
əhalinin 28,3  faizini, kənddə yaşayanlar isə 71,7 faizini təşkil etmişdir.
Beləliklə,  1970-1985-ci  illərdə  Azərbaycan  hökumətinin,  dövlətimizin 
başçısı  H.Ə.Əliyevin  dərin  qayğısı nəticəsində  Azərbaycanm Xankəndi  şə- 
hərində  əhalinin  sosial-iqtisadi  həyatında,  məişətində,  rifahmda  mühüm 
dəyişikliklər baş vermiş, gəlirlər, ahcılıq qabiliyyəti, ticarət, ictimai-iaşə, tibb, 
rabitə, məişət xidmətlərinin səviyyəsi yüksəlmiş, yaşayış məntəqələrinin su, 
qaz, kanalizasiya sistemləri ilə təchizatı yaxşılaşmışdı.  Lakin bəhs etdiyimiz 
dövrdə  Dağlıq  Qarabağın  erməni  rəhbərliyi  bir  strateji  xətt  kimi  bölgədə 
yaşayan azərbaycanlılarm sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, onlann 
intellektual  səviyyəsinin yüksəldilməsinə  bütün  çirkin  vasitələrdən  istifadə 
etməklə mane olmaq siyasəti yeritmişlər.
Yanvar,  1988-ci il məlumatma görə, Xankəndi  şəhər əhalisinin kənd tə- 
sərrüfatı məhsulları ilə təminatı ümumrespublika səviyyəsində birinci yerdə 
dayanmışdır. Belə ki, həmin ildə adambaşına düşən kənd təsərrüfatı məhsu- 
lunun həcmi ümumrespublika üzrə 588 manat, Naxçıvan MSSR-də 501 manat 
təşkil etmişdirsə, respublikamızın Xankəndi şəhərində 692 manata çatmışdır 
[7, s.30, i.6, v.40].

Azərbaycan  hökumətinin  qayğısı  nəticəsində  Xankəndi  şəhəri  inkişaf 
etmiş nəqliyyat təsərrüfatma malik olmuşdur.  1980-ci illərin ikinci yansmda 
şəhərdə əhalinin avtomobilə olan tələbatı dövlətimiz tərəfindən tam ödənilmiş 
və hətta ümumrespublika səviyyəsində, regionlar arasında birinci yerdə dayan- 
mışdır. Məsələn, şəhərdə yüklərin daşınması həcmi  1,2 dəfə ümumrespublika 
səviyyəsindən yüksək  olmuşdur.  Bəhs  etdiyimiz  dövrdə  avtobus  marşurut- 
larının uzxmluğuna görə Xankəndi şəhərindəki göstəricilər ümumrespublika 
səviyyəsini  3,4  dəfə  üstələmişdir  [69,  s.381].  Aparılan  hesablamalara  görə 
1988-ci ildə  Xankəndi  şəhərində  avtomobil parklarmm ümumi  sayı respub- 
likamızdakı  ümumi  göstəricilərdən  1,9  dəfə  artıq olmuşdur.  Ümumiyyətlə, 
Xankəndi  şəhərində  ümumrespublika səviyyəsində  avtomobil nəqliyyatımn 
inkişafı birinci yerdə dayanmışdır. Təkcə bir faktı qeyd edək ki, Azərbaycanda 
orta hesabla hər min nəfər sakinə  17,5  avtomobil düşdüyü halda,  Xankəndi 
şəhərində bu göstərici 26,5-ə bərabər idi [51,  s.28].
Əsasj  ümummilli liderimiz H.Ə.Əliyev tərəfindən qoyulan Ağdam-Xan- 
kəndi  dəmiryol  nəqliyyatı  güclü  bazaya  malik  idi.  1988-ci  il  məlumatına 
görə, Ağdam-Xankəndi dəmiryol nəqliyyatı vasitəsilə  181 min ton yük daşm- 
mışdır.  Eyni  zamanda  həmin  yol  vasitəsilə  vilayətin  68  min  səmişini  yola 
salınmışdır [51,  s.24}.
Dağlıq  Qarabağda  inkişaf etmiş  nəqliyyat  vasitələrindən  biri  də,  hava 
nəqliyyatı  idi.  Regionda təyyarələr  vasitəsilə  səmişin  daşımalannın  həcmi 
ardıcıl olaraq artmışdır. Belə ki,  1985-ci ildə Vilayətdə hava nəqliyyatı vasi- 
təsilə 9 min nəfər səmişin daşmmışdırsa,  1987-ci ildə bu göstərici  10,2 min 
nəfərə çatmışdır [51, s.65].
1986—1988-ci illərdə Xankəndi şəhərində əhalinin maddi və mədəni həyat 
səviyyəsinin yüksəldilməsində poçt, telefon, teleqraf, radionun rolu böyük ol- 
muşdur. Dağlıq Qarabağda ermənilərin cəmləşdiyi bütün yaşayış məntəqələri,
o cümlədən Xankəndi şəhəri rabitə vasitələri ilə təmin edilmişdir. Bu sahəyə 
aynlan vəsaitin həcmi ümumrespublika səviyyəsindən 2 dəfə yüksəkdə dayan- 
mışdır.  1987-ci ilin məlumatma görə, Xankəndi şəhərində  adambaşma düşən 
rabitə məhsulunun həcmi 29,5 manata çatmışdır, hansı ki, bu göstərici ümüm- 
respublika üzrə 21 manat idi. Bəhs etdiyimiz dövrdə Xankəndi şəhərində əha- 
linin hər 100 nəfərinə  12,4 telefon düşürdü ki, respublikamız üzrə bu göstərici 
orta  hesabla  7,9-a  çatmışdı.  Şəhərdə  yaşayan ailələrin  mənzil  telefonlan  ilə 
təminatı 50 faiz olmuşdur. Bu rəqəm Azərbaycan üzrə 31,1  faiz təşkil etmişdir. 
Dağlıq Qarabağın kəndlərinin 35  faizi telefonlaşdmldığı halda,  ümumrespub- 
lika üzrə bu rəqəm  17,8 faiz idi. Bəhs etdiyimiz dövrdə adambaşına düşən şə- 
hərlərarası telefon damşıqlannın sayı respublika üzrə 4,15  faiz, Azərbaycanın
Xankəndi  şəhəri üzrə  7,69  faiz təşkil  etmişdir  [36,  s.126].  Yuxandakı bütün 
yüksək  göstəricilər  dövlətimizin  bütövlükdə  Dağlıq  Qarabağa,  o  cümlədən 
Xankəndi şəhərinə göstərdiyi dərin qayğmın nəticəsində əldə edilmişdir.
1986—1987-ci illərdə Xankəndi şəhərinin iqtisadi inkişafı burada yaşayan 
əhalinin rifahmm yaxşılaşmasına şərait yaratmışdır.  1986-1990-cı illəri əhatə 
edən  12-ci beşillik üçün sosial-iqtisadi inkişafa dair dövlət planına Xankən- 
dinin inkişafımn sürətləndirilməsi ilə əlaqədar kompleks məqsədli proqram- 
larla əmək ehtiyatlanndan səmərəli istifadə edilməsinə uyğun olaraq, məhsul- 
dar qüwələrin və əhalinin maddi rifahmm yüksəldilməsi  üçün konkret təd- 
birlər görülmüşdü. Həmin tədbirlərdən biri «Xankəndi şəhərində məhsuldar 
qüwələrin daha da inkişaf etdirilməsi tədbirləri haqqında» qərar layihəsinin 
hazırlanması  idi.  Azərbaycan  hökuməti  Xankəndi  şəhərində  sosial-mədəni 
tədbirlərin həyata keçirilməsinə lazımi səviyyədə vəsait ayırmış və ildən-ilə 
onu artırmışdır. Məsələn,  1985-ci ildə Vilayətdə həmin büdcə vəsaitinin həcmi 
8 milyon manat təşkil etmişdirsə,  1988-ci ildə artaraq  15 milyon manata çat- 
mışdır. Apanlan hesablamalara görə artan vəsaitin həcmi qonşu Ağdam, Bərdə, 
Tərtər, Şuşa və digər şəhərlərə ayrılan vəsaitin həcmindən 2 dəfə çox olmuş- 
dur. Azərbaycan hökumətinin qayğısı nəticəsində Xankəndi şəhər əhalisinin 
rifahı xeyli yaxşılaşmışdır.  1986—1987-ci illərdə şəhərdə əhalinin adambaşına 
düşən pul gəlirləri 1100 manatı keçmişdir ki, bu da ümumrespublika səviyyə- 
sindən təxminən 100 manat, Naxçıvan MSSR-dən isə  170 manat çox idi [51].
Xankəndi şəhərində əhalinin bazara olan tələbatı tam ödənilirdi. Aparılan 
tədqiqatlara görə müəyyən olunur ki, istər ticarət müəssisələrinin sayma, istər 
ticarət dövriyyəsinin həcminə,  istərsə  də  əhaliyə  düşən mağazalarm sayma 
görə Xankəndi şəhəri ümumrespublika səviyyəsində birinci yerdə dayanmış- 
dır. Məsələn,  1987-ci ildə Xankəndində pərakəndə mal dövriyyəsinin həcmi 
1960-cı  illə  müqayisədə  5,1  dəfə  artmışdır.  Ümumrespublika  səviyyəsində 
bu artım 4,6  dəfəyə  bərabər  idi.  1987-ci  ildə  adambaşma düşən pərakəndə 
ticarət dövriyyəsinin həcmi Xankəndi şəhərində 683  manat idisə, Naxçıvan 
MSSR-də  516 manata çatırdı.  1960-cı illə müqayisədə  1987-ci ildə adamba- 
şına düşən mal dövriyyəsinin inkişaf sürəti Xankəndi şəhərində 3,7 dəfə, ümum- 
respublika üzrə 2,7 dəfə artmışdır. Bəhs etdiyimiz dövrdə Xankəndi şəhərin- 
də pərakəndə ticarət müəssisələrinin sayı xeyli artmışdır.  1987-ci ildə respubli- 
kamızda hər  10 min nəfərə  28 ticarət müəssisəsi düşürdü, Naxçıvan bölgə- 
sində bu göstərici 25-ə, Xankəndi şəhərində isə 40-a çatırdı.  Bundan əlavə, 
tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1987-ci  ildə  10  min  nəfərə  düşən 
mağazalann ticarət sahəsinin həcminə görə Xankəndi şəhəri Azərbaycanda 
1-ci yeri tutmuşdur. Belə ki, bəhs edilən ildə həmin göstərici respublika üzrə

1293 kv.km, Naxçıvan MSSR-də 1409 kv.km, Xankəndi şəhərində 1932 kv.km 
idi [51, s.24]. Bütün bunlar isə tariximizi saxtalaşdıran, Xankəndində erməni- 
lərin «çətin  iqtisadi  vəziyyətdə»  yaşamasmı bütün  dünyaya bəyan  eden  er- 
məni millətçilərinə tutarlı cavabdır.
1986—1987-ci illərdə Azərbaycan hökuməti Xankəndi şəhərində əhalinin 
məişət  xidmətinin  yaxşılaşdırılması  sahəsində  mühüm  tədbirlər  həyata 
keçirdi.  1960-cı illə müqayisədə  1987-ci ildə bölgədə məişət xidməti emalat- 
xanalarmm sayı  17  dəfə artdı.  Əhalinin sayına görə emalatxanaların miqdarı 
Xankəndi şəhərində Azərbaycanda birinci yerdə dayanırdı.  Belə.ki,  1987-ci 
ildə Azərbaycanda hər 10 min nəfərə  17 məişət xidməti emalatxanası düşür- 
düsə, bu göstərici Naxçıvan MSSR-də 19-a, Xankəndi şəhərində 25-ə çatırdı. 
Apanian  hesablamalara  görə  1987-ci  ildə  respublikamızda  hər  bir  sakinə 
düşən məişət xidmətinin həcmi 30 manat təşkil edirdisə, Naxçıvan MSSR-də
22 manat, Xankəndi şəhərində isə 41  manat idi [51, s.35].
DQMV Azərbaycanm tikinti materialları ilə zəngin regionlarmdan biridir. 
Buıada  ağac  emalı  müəssisələri,  daş  karxanaları,  dəmir-beton  zavodlan, 
əhəng, kərpic, kirəmid müəssisələri, mərmər sexi və başqa tikinti materialları 
müəssisələri yaradılmışdı. Azərbaycan hökumətinin bölgəni lazımi avadanlıq 
və materiallarla təmin etməsi burada tikinti-abadlıq işlərinin sürətlənməsinə 
səbəb olmuşdur.  Həyata keçirilən tədbirlər nəticəsində Xankəndində  əhali- 
nin mənzilə olan tələbatı, demək olar ki, tam ödənilmiş və adambaşma düşən 
wənzil sahəsinə görə şəhər ümumrespublxka səviyyəsmi üstələmişdir.  1986-
1987-ci illərdə Xankəndi şəhərində raənzil tikintisi yüksələn xətlə xarakterizə 
olunmuşdur. 1987-ciilməlumatınagörə, Azərbaycandahərbirsakinə 10,9kv.metr 
mənzil  sahəsi  düşdüyü  halda,  respublikamızm  Naxçıvan  bolgəsində  bu 
göstərici 9,5 kv. metrə, Xankəndi şəhərində isə  14.6 kv. metrə çatırdı [19].
Əwəlkı xllərdə olduğu kimi,  1986—1987-ci illərdə də Xankəndi şəhərinin 
abadlaşdınlmasx  işi  müvəffəqiyyətlə  davam  etdirilmişdir.  Azərbaycan  höku- 
mətinin həyata keçirdiyi tədbirlər nəticəsində şəhərdə mənzillərin su, qaz, ka- 
nalizasiya xətləri ilə təminatı işi tam həyata keçirilmiş və hətta bu sahələrdə 
olan  göstəricilər  ümumrespublika  səviyyəsini  üstələmişdir.  Tədqiqatlardan 
məlum olur ki, əgər respublikamxzın şəhər yerlərində şəxsi mülkiyyətdə olan 
mənzil fondlanmn su kəməri ilə təchizatı 30,5 faiz təşkil edirdisə, Naxçıvan re- 
gionunda bu göstərici 7,4 faiz, Xankəndində isə 45,5 faiz idi [47, s.90]. Şəhərin 
mənzil fondu ilbəil abadlaşdınlırdı.  Burada qazlaşdxrma işi çox sürətlə davam 
etdirilirdi.  1970—1987-ci illər ərzində Xankəndi şəhərində qazlaşdmlmış mən- 
zillərin sayı 4,3 dəfə artmışdır.  1987-ci ildə şəhərdəki şəxsi mülkiyyətdə olan 
mənzillərin qazla təminatı  100  faiz yerinə  yetirilmişdir.  Halbuki  bu  göstərici
ümumrespublika səviyyəsində  96,2  faizə  çatxrdı.  Faktlardan  göründüyü kimi, 
Xankəndi  şəhərinin  mənzil  tikintisi,  abadlıq-quraşdırma  sahəsindəki  göstə- 
ricilərə görə Azərbaycamn regionlan arasmda birinci yerdə dayanmışdır.
Azərbaycan hökuməti əwəlki dövrlərdə olduğu kimi,  1986—1988-ci illərdə 
də  Xankəndi  əhalisinin  sağlamlığma  dərin  qayğı  göstərmişdir.  Azərbaycan 
hökuməti  şəhərdə  tibbi  xidmət  işini  ilbəil  yaxşılaşdırmış,  əhalinin  sağlam- 
lığınxn mühavızəsinə sərf edilən vəsaiti çoxaltmış, müalicə-profilaktika müəs- 
sisələrinin şəbəkəsini genişləndirmiş,  həkimlərin və orta tibb işçilərinin sa- 
yını artxrmış, xəstəxanalan hər cür avadanlıqlar və müasirtipli cihazlarla təchiz 
etmişdir.  1988-ci ildə ümumrespublika üzrə Dağlıq Qarabağda 1865 çarpayı- 
sı olan 32 xəstəxana, 60 ambulator-poliklinika müəssisələri,  182-i qadm məs- 
ləhətxanası fəaliyyət göstərirdi [36, s.176]. Tədqiq edilən dövrdə əhalinin 10 min 
nəfərinə  düşən xəstəxana  çarpayılarmm  sayı  Azərbaycanda  97,7,  Ermənis- 
tanda 86,2, Xankəndində  İ01,7-yə çatxrdı [9, i.772, v.8].  1986—1988-ci illərdə 
Xankəndi şəhərində həkimlərin və orta tibb işçilərinin saymda da artım mü- 
şahidə  edilmişdir.  Xankəndi  şəhərində  əhalinin  tibb  işçiləri  və  həkimlərlə 
təminatı  istər  ittifaq  miqyasmda,  istərsə  də  ümumrespublika  səviyyəsində 
birinci yerdə dayanmışdır. Belə ki, aparılan araşdırmalardan məlum olmuşdur 
ki,  əhalinin  10  min  nəfərinin  orta  tibb  heyəti  ilə  təminatı  SSRİ-də  114,7, 
Azərbaycanda 93,5, Ermənistanda 93,5 nəfər olmuşdursa, Xankəndi şəhərin- 
də  122,7  nəfərə  çatmışdır [31,  s.106].  Bundan əlavə,  əhalinin  10  min  nəfər 
hesabı  ilə bütün  ixtisaslardan olan həkimlərlə  təminatı Naxçıvan  MSSR-də 
25,9 nəfər, Xankəndində 29,1  nəfər idi [36, s.205].
Dağlıq Qarabağda yaşayan əhalinin sağlamlığına qayğı, onlann maddi rifah 
halmın  yaxşılaşması,  ölüm  hallannm  azalmasma,  əhalinin  sayının  artmasxna 
səbəb olmuşdur.  1989-cu il əhalinin siyahıyaalınma yekunlanna görə DQMV-də 
187,8 min nəfər əhali yaşayırdı ki, bunun 145,4 min nəfərini (77 faizini) ermə- 
nilər, 40,3 minini (21,5 faizi) azərbaycanlılar, qalanım isə qeyri-millətlər təşkil 
etmişdir [41, s.35]. Həmin ildə Dağlıq Qarabağda əhalinin 52 faizi şəhərdə 48 
faizi  kənddə  yaşayırdı  [69,  s.275].  1979-1989-cu  illərdə  Dağlıq  Qarabağda 
əhalinin  sayı  37  min  nəfer  artmışdı.  1979-cu  illə  müqayisədə  1989-cu  ildə 
azərbaycanlılann  xüsusi  çəkisi  1,5  faiz  azalmış,  ermənilərin  sayı  1,1  faiz 
artmışdır. Bəs necə olmuşdur ki,  1970-1979-cu ilərdə DQMV-də azərbaycan- 
lılar 4,9 faiz artmış, ermənilər isə 4,7 faiz azaldığı halda,  1980-ci illərin əwəl- 
lərindən əksinə olmuşdur? Bölgədə azərbaycanlılann xüsusi çəkisinin azalması 
səbəbləri araşdınlarkən məlum olur ki,  1980-1989-cu illərdə DQMV-yə gələn 
azərbaycanlılar (xüsusilə çoban və maldar ailələr) pasport qeydiyyatma alınma- 
mış, alınanlar isə statistik uçotda göstərilməmişlər. Eyni zamanda Vilayət Sta-

tistika İdarəsi məqsədli şəkildə yuxan təşkilatlata erraənilərin sayma dair şişir- 
dilmiş məlumatlar verirdilər. Dağlıq Qarabağdan köçüb gedən və ölən ermənilər 
qeydiyyatdan çıxanlmırdılar.  Ermənistanda yaşayan ermənilər həm Ermənis- 
tan vətəndaşı, həm də DQMV-nin vətəndaşı kimi pasport qeydiyyatma götürü- 
lürdülər.  Bütün  bunlarla yanaşı,  «Kurort  şəhərini  böyütməmək»  adı  altında 
Şuşada yeni yaşayış zonasınm yaradılması Vilayət XDS-in qəran ilə qadağan 
edilmişdi. DQMV ali hakimiyyət orqanlan yuxanda göstərdiyimiz hallann aşkar 
olunacağmdan ehtiyat edərək 1989-cu il siyahıyaalmması zamanı Moskvanın si- 
yahıyaalınma üzrə nümayəndəsini Vilayət ərazisinə buraxmamışlar [69, s.387].
Bütün  yuxandakı  faktlarla  yanaşı,  Dağlıq  Qarabağm  millətçi  rəhbərliyi 
məqsədli şəkildə azərbaycanlılar yaşayan kəndjərə ögey münasibət göstərir, 
sənaye obyektləri fıliallan və mədəni məişət obyektləri tikilərkən çrməni ya- 
şayış məskənləri əsas obyektə çevrilirdi. Azərbaycanlılar yaşayan kəndlərdəki 
bu və ya digər süni maneələr yaşayışı çətinləşdirir və onlann öz dədə-baba 
yurdlannı tərk etməsinə gətirib çıxanrdı. Bütün bunlara baxmayaraq,  1970-ci 
illə müqayisədə 1989-c u ildə DQMV əhalisi içərisində azərbaycanlılann sayı 
müəyyən  dərəcədə  artmışdır.  Bu  azərbaycanlılann  öz torpaqlarına bağlıhğı 
və onlann içərisində təbii artımm üstün olması ilə bağlı idi. Eyni zamanda yu- 
xandakı  qərəzsiz  elmi  araşdırmalar,  erməni  millətçilərinin  «Azərbaycanda 
ermənilərin sıxışdınlması» tezisinin tamamilə ağ yalan olduğunu və «sıxışdı- 
nlma» tezisinin Vilayətdə yaşayan azərbaycanlılara aid edildiyini sübuta yetirir.
1979-cu il məlumatına görə,  Xankəndi  şəhərində  38948 nəfər əhali ya- 
şayırdı  ki,  bunun  4303  nəfərini  azərbaycanlılar,  33898  nəfərini  ermənilər, 
787 nəfərini ruslar və digər millətlər təşkil edirdi.  Son  10 il ərziridə şəhərdə 
əhalinin sayı təxminən 2 dəfə artmışdır. Belə ki,  1988-ci ildə Xankəndi şə- 
hərində  60  mindən  çox  əhali  yaşayırdı  ki  bunun  yalnız  17  min  nəfərini 
milliyyətcə  azərbaycanlılar  təşkil  edirdi.  Bu  rəqəmlər  Xankəndinin  sosial 
ınkişafından geri qalması barədə erməni millətçilərinin 1988-ci ildə ortaya at- 
dıqlan saxta «sosial-iqtisadi gerilik» iddiasmı tamamilə rədd edir.
Çünki hər 10-15 il ərzində əhalinin sayınm 2 dəfə artması istənilən əya- 
lət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzil- 
lər  tikilir  və  müvafıq  sosial  və  kommunal  infrastruktur  yaradılırdı,  eyni 
zamanda onlar üçün iş yeri olacaq müasirtipli müəssisələr tikirdilər.  Bu hal 
isə təkcə Xankəndi şəhəri üçün deyil, bütün DQMV üçün xarakterik idi. Xa- 
tırladaq  ki,  Xankəndində  analoqu  olmayan,  böyük  miqyaslı  infrastrukturun 
yaradılması  dövlətimizin  maliyyə-texniki  resursları  hesabına  yaradılmışdır, 
Xatırladaq ki, Azərbaycan Dövlət Statistika Komitəsinin  1  yanvar 2008-ci il 
məlumatına görə,  Xankəndi  şəhərində  53,1  nəfər əhali  yaşayır.  Təəssüflər
olsun  ki,  azərbaycanlılann  qədim  yaşayış  məskənində  bir  nəfər  də  olsun 
azərbaycanlı qalmamışdır.
Beləliklə,  1986—1987-ci illərdə Azərbaycan hökumətinin Xankəndi şəhə- 
rində  həyata  keçirdiyi  kompleks  tədbirlər nəticəsində,  özülü  1970—1985-ci 
illərdə  qurulan  iqtisadi-sosial və  mədəni  həyat  sahələri  öz  əwəlki  tempini 
qoruyub saxladı. Şəhərdə yaşayan əhalinin maddi rifahı yüksəlmiş və onlarm 
əmək və məişət şəraiti yaxşılaşmışdı. Lakin  1988-ci ilin qışmdan başlayaraq 
Ermənistamn Azərbaycana qarşı  növbəti  ərazi  iddialan  qızışdırıldı.  Erməni 
millətçilərinin  təhriki  ilə  Xankəndi  şəhərində  ermənilərin  mitinq,  nümayiş 
və küçə yürüşləri başlandı. Bütün bunlar isə iqtisadi və mədəni həyatda böh- 
ran yaranmasına gətirib çıxardı. Uzun illər ərzində Azərbaycanın böyük vəsaiti 
hesabma yaradılmış  sənaye  obyektləri,  mədəni-məişət  müəssisələri  erməni 
vandallan tərəfindən dağıdıldı, qarət olundu, özününküləşdirildi. Sov.İKP MK 
və SSRİ Nazirlər Soveti, guya, DQMV-də iqtisadi və sosial vəziyyəti nizama 
salmaq üçün «1988-1995-ci illərdə Azərbaycan SSR DQMV-nin sosial-iqti- 
sadi inkişafmı  sürətləndirmək tədbirləri haqqmda» 24 mart  1988-ci il tarixli 
qərar qəbul etdi [41, s.40]. Əslində, bu qərar ermənilərin separatçılıq əməllə- 
rini pərdələməyə yönəldilmişdi və həmin qərar mərkəzin,  Dağlıq Qarabağı 
Azərbaycandan ayırmaq istiqamətində atdığı ilk əməli addım oldu. Bir tərəf- 
dən mərkəz özünü  elə  göstərməyə  çalışırdı  ki,  guya,  regionlarda baş  verən 
hadisələr onları daha çox narahat edir və onun aradan qaldırılması üçün əlin- 
dən gələni əsirgəmir.  İkinci bir tərəfdən isə mərkəzdə  əyləşən erməni mil- 
lətçiləri  bu qərarı  qəbul etdirməklə  bütün dünyaya  sübut etmək istəyirdilər 
ki, Qarabağ ermənilərinin vəziyyəti  o qədər ağırdır ki,  sovet hökuməti belə 
bir xüsusi qərar qəbul edir. Lakin yuxandakı göstərdiyimiz faktlar, statistik rə- 
qəmlər Xankəndi şəhərində, bütövlükdə Dağlıq Qarabağda yaşayan erməni- 
lərin  sosial-iqtisadi  vəziyyəti  Azərbaycanm  digər  regionları  ilə  müqayisə 
olunmuş  və  faktlarla  göstərilmişdir.  Erməni  millətçilərinin  ortaya  atdıqları 
«sosial-iqtisadi gerilik» konsepsiyası bəhanədən başqa bir şey deyildi.
Bu  gün  fəxr  yerimiz  Xankəndi  şəhəri  Ermənistan  Respublikası  silahlı 
qüwələrinin işğalı altındadır. Erməni millətçilərinin əwəlcədən ciddi hazır- 
ladığı və Moskva tərəfinin hərtərəfli dəstəyi nəticəsində şəhər Ermənistanın 
nəzarəti altma keçdi. Axınncı azərbaycanlılar 1991-ci ilin dekabrmda şəhəri 
tərk etməli oldular.  Bu gün xankəndilər respublikamızın bütün bölgələrində 
qaçqın həyatım yaşayırlar. Bununla belə Azərbaycanm ərazi bütövlüyü uğrun- 
da xalqımızın  əzmi  qırılmazdır.  Xankəndi  şəhərinin  və  bütün  işğal  edilmiş 
ərazilərimizin işğaldan azad olacağı gün isə  heç  də uzaqda deyil.  Bunu biz- 
dən, xalqımızın dəyərli tarixi və onun görkəmli oğullarmın ruhu tələb edir.

VII FƏSİL 
AZƏRBAYCANIN XANKƏNDİ ŞƏHƏRİNDƏ 
MƏDƏNİYYƏTİN İNKİŞAFI1 
(XX YÜZİLLİYİN 20-80-ci İLLƏRİ)
Ümummilli liderimiz H.Ə.Əliyev 1979-cu il yanvarm 12-də Ağdam-Xan- 
kəndi  dəmiryolunun açılışmdakı nitqində  göstərmişdir ki,  «Xankəndi Azər- 
baycanm  dinamik  inkişaf  edən  şəhərlərindən  biridir...  Qısa  bir  müddətdə 
şəhərin  görkəmi  tamamilə  dəyişmişdi.  Burada  müasir  memarlıq  üslubunda 
inşa edilmiş çoxsaylı binalar, mədəniyyət abidələri ucaldılmışdır... Xankəndi 
şəhərinin  iqtisadiyyatı  ilə  yanaşı,  təhsili,  elmi  və  mədəniyyəti  də  böyük 
inkişaf yolu  keçmiş,  dünyəvi  teatr,  müasir  məktəb  və  dcmokratik  mətbuät 
yaranmış,  savadsızlıq  ləğv  olunmuş,  tam  orta  icbari  təhsil  tətbiq  edilmiş, 
təhsil müəssisələrinin inkişaf etmiş şəbəkəsi yaradılmışdır...  Tam əminliklə 
deyə bilərəm ki,  Ağdam-Xankəndi  dəmiryolunun istifadəyə verilməsi,  böl- 
gədə  məhsuldar  qüvvələrin  daha  da  inkişaf etdirilməsinə,  burada  yaşayan 
sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasma xidmət edəcəkdir»  [57].
XX yüzilliyin 20-80-ci illəri Azərbaycanm Xankəndi şəhərinin mədəniy- 
yətinin inkişafında mühüm dövr olmuşdur.  Dövlətimizin  dərin qayğısı nəti- 
cəsində şəhərdə təhsil,  elm, mətbuat,  ədəbiyyat və incəsənət tərəqqi etmiş, 
kadr potensialı  artmış,  ali və  orta ixtisas  təhsili  şəbəkəsi  genişlənmiş,  uşaq 
müəssisələrinin, məktəblərin maddi-texniki təhsil bazası möhkəmlənmişdir. 
Tarixi  faktlara,  materiallara  əsaslanaraq  müqayisələr,  təhlillər  aparmaqİa 
bəhs  olunan  dövrdə  Xankəndi  şəhərində  mədəniyyətin  inkişafmı  təhlil 
etmək günün vacib məsələlərindəndir. Bu gün, «mədəni inqilab» adı altmda, 
şəhərdə  xalqımızın  milli-mənəvi  dəyərlərinə  vurulan  zərbəni  təhlil  etmək, 
elmin inkişaf etdirilməsində mərkəzin məqsədlərini  faktlarla açmaq, burada 
yaşayan  azərbaycanlılarm  sıxışdırılması  məqsədlərinə  aydınlxq  gətirmək, 
şəhərin  mədəni  inkişaf  amillərini  obyektiv  tədqiq  etmək  vacibdir,  mü- 
hümdür, əhəmiyyətlidir.  Bütün bu və ya digər məsələlərə aydınlıq gətirmək 
üçün bəhs olunan dövrdə Xankəndi şəhərində təhsilin, elmin, mədəni-maarif 
və mətbuatm necə inkişaf etdiyini izləmək yerinə düşərdi:
Şimali Azərbaycanda sovet rejimi yarandıqdan sonra mərkəz, Sovet Azər- 
baycanında öz mövqeyini möhkəmləndirmək,  təbii və tükənməz,  yeraltı və 
yerüstü  təbii  sərvətlərimizdən,  böyük  iqtisadi  və  mənəvi  potensialımızdan 
daha səmərəli istifadə etmək üçün bilikli, savadlı, özünəsadiq kadrlara ehtiyac
duyurdu.  Buna  görə  də  Sovet  hakimiyyəti  1920-1930-cu  illərdə  Azərbay- 
canda təhsilin inkişafma xüsusi qayğı göstərməyə başladı.
1915-ci  il  məlumatına  görə,  Dağlxq  Qarabağ  ərazisində  3  min  şagirdi, 
79 müəllimi olan 49  ibtidai,  1  orta məktəb  qeydə almmışdı.  Məlum hadisə- 
lərlə bağlı bu məktəblər də öz fəaliyyətini dayandırmışdı. Azərbaycan höku- 
mətinin Dağlıq Qarabağda təhsilin inkişafı üçün atdığı ilk addım  1920-ci ilin 
mayından  qəza  və  dairə  maarif şöbələri,  fövqəladə  komissiyalar  yaratması 
olmuşdur.  Həmçinin  1920-ci  il  mayın  12-də  «Köhnə  orta məktəb  tiplərini 
politexnik  məktəblə  əvəz  etmək  haqqında»  dekret  verildi.  Din  dövlətdən, 
məktəb məsciddən və kilsədən ayrıldı. Bütün məktəb binaları, mədəni-maa- 
rif müəssisələri milliləşdirildi.  Lakin bütün bu çətinlikləri aradan qaldırmaq 
və  bölgədə  təhsili  inkişaf  etdinnək  məqsədilə  1920-ci  ilin  oktyabnnda 
N.Nərimanov  bir  qrup  partiya  və  dövlət  xadimləri  ilə  birgə  Şuşaya  gəldi. 
N.Nərimanov Dağlıq  Qarabağda Xalq Maarifinin təşkil  olunması  sahəsində 
qarşıdä duran  vəzifələrin  həyata  keçirilməsi  yollannı  göstərmişdir.  Dağlıq 
Qarabağda  maarif işini  qurmaq üçün Bakı  Şəhər Baş  Siyasi  Maarif İdarəsi 
S.S.Axundovu  həmin  bölgəyə  ezam  etdi,  eyni  zamanda  Azərbaycan  Xalq 
Maarif Komissarlığı  xətti  ilə  Dağlıq Qarabağa  96  nəfər nümayəndə,  kitab, 
dəftər,  dərs  vəsaitləri,  paltar,  ayaqqabı  göndərildi.  Bu  nümayəndələrin kö- 
məyi  ilə  təşviqatçı  qruplar  yaradıldı  və  savadsızlığı  ləğv  etmək  üçün  yeni 
məktəblərin yaradılması işinə başlandı.  1921—1922-ci illərdə təşviqatçı qrup- 
lar tərəfindən Dağlıq Qarabağda 22 yığıncaq keçirilmişdir ki, buraya 715 din- 
ləyici cəlb edilmişdir [5, v.7-8].
Bəhs edilən dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təhsilin in- 
kişafına maneə olan bir sıra çətinliklər üzə çıxdı.  İlk növbədə, Ermənistamn 
Azərbaycana qarşı əsassiz ərazi iddiaları davam edir, günahsız insanlann qanı 
axıdılırdı. Müxtəlif peşə sahibli kadrlara böyük ehtiyac var idi. Məktəb bina- 
lan çatışmırdı, vəsait isə yox dərəcəsində idi.
Maraqlı cəhət ondan ibarətdir ki,  Dağlıq Qarabağda  sakinlər özləri  yeni 
məktəb yaratmaq və savadsızlığı ləğv etməyi qarşılarına məqsəd qoymuşdu- 
lar.  Bu  məqsədlə  ərizələrlə  Bakıya  müraciətlər  daxil  olurdu.  1921-ci  ildə 
mərkəzə daxil olan həmin ərizələrin birindən oxuyuruq:  «Kəndlilər məktəb- 
lərin və başqa mədəni müəssisələrin açılmasmı səbirsizliklə gözləyirlər. Hər 
bir kənd məktəblər üçün bina düzəltməyə, partalar hazırlamağa, müəllimləri 
taxıl və başqa ərzaq məhsulları ilə təmin etməyə hazır olduqlarım bildırirlər 
[9, s.l, i.157, v.46].
Dağlıq Qarabağda məktəblərin ixtisaslı kadrlara olan ehtiyacını  ödəmək 
üçün  1921—1922-ci  illərdə  Şuşada  pedaqoji  məktəb,  Hadrudda  pedaqoji

texnikum,  Şuşada pedaqoji  fəhlə fakültəsi açıldı.  1923-cü ildə Xankəndində 
sovet-partiya işçiləri hazırlayan xüsusi məktəb fəaliyyətə başladı. Məktəblə- 
rin  şəbəkəsi  xeyli  genişləndi.  Artıq  1922/23-cü  tədris  ilində  Dağlıq  Qara- 
bağda  6404  şagirdi,  222 müəllimi  özündə birləşdirəııjl04 məktəb  fəaliyyət 
göstərirdi.  1923-cü il  iyulun 21-də  Dağlıq Qarabağda Karagözovun sədrliyi 
altmda  məktəb  quruculuğunu  genişləndirmək,  savadsızlıqla mübarizə  üçün 
Xüsusi  Komitə  yaradıldı.  1923—1925-ci  illərdə  Xankəndində  savadsızlığı 
ləğv etmək üçün kurslar təşkil edildi. Azərbaycan hökuməti Xankəndi şəhə- 
rində  təhsilin  inkişafı  üçün  1923-cü  ildə  40.000  manat  vəsait  ayırdı.  Bu 
rəqəm qonşu Ağdam rayonuna  ayrılan vəsaitdən təxminən  2  dəfə  artıq idi. 
Aynlan  vəsait  hesabma  Xankəndi  şəhərində  yeni  məktəb  açıldı.  Bundan 
əlavə,  1923-cü  ildə  Xankəndində  savad  kursu  təşkil  olunmuşdur  ki,  onun 
38 nəfər üzvü var idi [6, s.3, i.ll, v.25].
1924-cü ilin aprelində Xankəndində maarif işçilərinin konfransı keçirildi. 
Konfransda  qəbul  edilmiş  qərarla  Xankəndində  «Savadsızlığı  ləğv  etmək 
mərkəzi»  yaradıldı.  Onu da qeyd edək ki,  Xankəndi  şəhərində tədris Azər- 
baycan,  erməni  və  rus  dillərində  aparılırdı.  Lakin  azərbaycandilli  məktəb- 
lərin şəbəkəsi çox məhdud idi.
1925-ci  il  mayın  25-də  Bakıda  Ümumazərbaycan  Müəllimlərinin 
qurultayı  oldu.  Qurultayda  xalq  maarifmin  inkişaf  etdirilməsi  sahəsində 
həyata keçirilmiş tədbirlərə bir növ yekun vuruldu. Qurultayda Xankəndində 
məktəblərin şəbəkəsinin genişləndirilməsi, onun tədris bazasının yaradılması 
və  getdikcə  möhkəmləndirilməsi,  ixtisaslı  müəllim  kadrları  ilə  təchiz 
olunması barədə qərar qəbul olundu [54,  s.  77].
Azərbaycan  hökuməti  Xankəndi  maarifinə  1925-ci  ildə  64185  manat, 
1926-cı ildə  86479 manat,  1927-ci ildə 28678 manat vəsait ayırdı. Bu vəsait 
Naxçıvan şəhərinə  ayrılan vəsaitdən 2,5 dəfə  çox demək idi.  1921—1926-cı 
illər  ərzində  şəhərdə  sahibkarlardan,  varlılardan  müsadirə  edilmiş  binalar 
məktəblərin  istifadəsinə  verildi.  Keçmiş  ziyalı  kadrlar  məktəb  quruculuğu 
işlərinə cəlb edildilər.
Azərbaycan hökumətinin Xankəndi şəhərində ümumtəhsil məktəblərinin 
inkişafına göstərdiyi xüsusi diqqət nəticəsində burada məktəblərin şəbəkəsi 
genişləndi və təhsil alan şagirdlərin sayı artdı. Belə ki,  1923-cü ildən  1928-ci 
ilə  qədər  Xankəndi  şəhərində  şagirdlərin  sayı  2,5  dəfə,  müəllimlərin  sayı 
60 faiz artmışdı.
Xankəndi şəhərində mədəni-maarif, quruculuq işləri çox çətin bir şəraitdə 
davam  etməkdə  idi.  Ziyalıların,  xüsusilə  müəllimlərin müəyyən  bir hissəsi 
öz  milli  baxışlarından,  adət-ənənələrindən  uzaqlaşa  bilmirdilər.  Bir  çox
müəllimlər yeni cəmiyyətin sinfi mahiyyətini, onun gələcəyini kifayət dərə- 
cədə başa düşmürdülər. Bütün bunlarla yanaşı, beynəlmiləlçilik şüan altmda 
Azərbaycan məktəblərinə, digər tədris ocaqlarma laqeyd münasibətlər müəl- 
limlərin  fəaliyyətinə  ciddi  təsir  edirdi.  Azərbaycanda  baş  verən  inzibati 
amirlik  sistemi,  milli  zəmindən  uzaqlaşa  bilməyən,  elmin  siyasətə  çevril- 
məsinə  uyuşmayan  müəllimlərə  qarşı  apanlan  axtanşlar,  təqiblər,  həbslər, 
sürgünlər  respublikanm  hər  yerində  olduğu  kimi,  Xankəndi  şəhərində  də 
məktəb  quruculuğu  işlərinə  mane  olurdu.  Bütün bunlarla yanaşı,  Xankəndi 
şəhərində  erməni,  rus  millətçiliyi,  yerli  idarə  orqanlannda  çalışan  erməni 
mütəxəssislərinin şovinist siyasətləri, sovet rejiminə «sədaqətlə qulluq edən 
adamlarm»  böhtançı  tədbirləri  məktəb  quruculuğu  işlərinə,  mədəni-maarif 
müəssisələrinin  fəaliyyətinə  ciddi maneə  olurdu.  DQMV-nin partiya,  sovet 
orqanlannda,  mədəni-maarif müəssisələrində  çalışan  erməni,  rus  mütəxəs- 
sisləri  proletar  beynəlmiləlçilik  şüan  altında  azərbaycanlı  mütəxəssislərə 
qarşı gizli mübarizə aparırdılar. Bu «nəzəriyyə» ayn-ayn sovet orqanlannda 
çalışan  bir  qrup  adamlarda,  o  cümlədən  Dağlıq  Qarabağda  təhsil  işlərinə 
bilavasitə  rəhbərlik  edən  Ter  Karapetov,  Zaropyan,  Baqdatiyan,  Babayan, 
Arustamova,  Baqdasarova  və  başqalanmn  «Azərbaycan  dilində  təhsilin 
gələcəyinin olmayacağı» iddiası ilə gördükləri tədbirlər Xankəndində tədris 
işlərinə böyük zərbə vururdu [7,s.l, i.  175, v.80].
Apanlan araşdırmalar nəticəsində məlum olur ki, DQMV ərazisində ayrı- 
lan vəsaitin böyük hissəsi  erməni  icmasınm daha  çox  cəmləşdiyi  kəndlərə 
istiqamətlənirdi.  Bu məqsədlə müxtəlif vaxtlarda Xankəndinə ayrılan vəsai- 
tin  Şuşa  şəhərinə  ayrılan vəsaitdən 2-3  dəfə  artıq olması  təsdiq edilmişdir. 
Araşdırmalardan məlum olur ki,  1928-ci ilin sonlannda Xankəndi  şəhərində 
yaşayan azərbaycanlılann  14 faizi təhsilə cəlb edilmişdir. Xankəndi şəhərin- 
də azərbaycanlılara qarşı bu cür ögey münasibət sonrakı dövrlərdə də davam 
etmişdir.
Birinci  və  ikinci  beşilliklər dövründə  DQMV-də  məktəb  tikintisinə  xü- 
susi  diqqət yetirilmişdi.  1927/28-ci tədris  ilindən  1940/41-ci  tədris  ilinədək 
DQMV-də 56 nümunəvi məktəb binası tikilib istifadəyə verilmişdi.  1940/41-ci 
tədris ilində Azərbaycanda 654902 şagirdi, 22016 müəllimi birləşdirən  3575 mək- 
təb  fəaliyyət göstərirdi ki,  bundan  196 məktəb 40766 şagird,  1696 müəllim 
DQMV-nin,  196  məktəb,  30453  şagird,  1039  müəllim  Naxçıvan  MSSR-in 
payına  düşürdü  [12].  Maraqlı  cəhət  ondan  ibarətdir ki,  aparılan tədqiqatlar 
nəticəsində  məlum  olur  ki,  Xankəndi  şəhəri  əhalinin  sayı  ilə  müqayisədə 
məktəblərin  və  müəllimlərin  sayına  görə  Azərbaycanda  birinci  yerdə  da- 
yanmışdı. Məsələn, ümumrespublika səviyyəsində hər məktəbə 6,1 müəllim

düşürdüsə,  bu  göstərici Naxçıvan  MSSR-də  5,3-ə,  Xankəndi  şəhərində  isə 
8,6-ya  bərabər  idi.  Eyni  zamanda  respublikamızda  hər  müəllimə  29  şagird 
düşürdüsə, Azərbaycanın Xankəndi şəhərində hər müəllimə 24 şagird düşür- 
dü. Axınncı göstərici Naxçıvan MSSR-də ümumrcspublika səviyyəsi ilə eyni 
idi  (29  şagird).  Bütün  bunlar  Azərbaycan  hökumətinin  Xankəndi  şəhərinə 
göstərdiyi  dərin  qayğımn  nəticəsi  idi  və  sözsüz  ki,  bütün  bunlar  əhalinin 
savadlanmasma öz müsbət təsirini göstərirdi.
1935-ci ildə məktəblərin strukturu dəyişdirildi.  İbtidai,  natamam orta və 
orta məktəblər açıldı. Aparılan hesablamalara görə,  1926-cı ildə Xankəndin- 
də əhalinin 25 faizi,  1933-cü ildə 51  faizi oxuyub yazmağı bacanrdı.  1939-cu 
ildə isə 10 yaşdan yuxan olan hər lOOOnəfərdən 113-nün tam və natamam orta 
təhsili vardı.  1939-cu ildə apanlan siyahıyaalmmaya görə, Xankəndində 9 ya- 
şından 49 yaşınadək olan adamlar arasında savadlılann sayı  84 faizə çatmış- 
dır.  1940-cı ildən başlayaraq məktəblərdə xarici dil tədris edilməyə başlandı.
1920-ci ilin aprel çevrilişindən sonra Azərbaycan hökuməti Dağlıq Qara- 
bağda xalq maarifi işini daha da yaxşılaşdırmäq, kütlələrlə aparılan ideya-si- 
yasi tərbiyə işinin səviyyəsini yüksəltmək, mədəni-maarif ocaqlarımn təşkili 
və onlarm şəbəkəsinin genişləndirilməsi kimi çox mühüm vəzifələri müəy- 
yənləşdirdi.  Bu  işlərin  həyata  keçirilməsi  üçün  xalqın  şüurunun  yüksəldil- 
məsi lazım idi. Bu işdə mədəni-maarif ocaqlan -  kitabxanalar, klublar, qiraət 
komaları,  siyasi savad kurslan savadsızlığı və azsavadlılığı  ləğv etmək üçün 
məktəblər qarşısında vəzifələr qoydu.  Həmin vəzifələr Azərbaycan KP-nin
24 may  1920-ci il tarixli «Azərbaycan KP rayon komitəsinin mədəni-maarif 
işi üzrə təlimatı»nda öz əksini tapmışdı.
1920-ci  illərdə  Dağlıq  Qarabağda kitabxana və  qiraətxanalann  açılması 
üçün xüsusi diqqət yetirilmişdir. Əgər 1920-ci ildə Dağlıq Qarabağda 2 kitab- 
xana var idisə, artıq 1924-cü ildə burada 4 kitabxana və 5 qiraət koması,  1 qır- 
mızı guşə təşkil edilmişdir [29, s.65].  Çətin şəraitə baxmayaraq, Azərbaycan 
hökuməti  DQMV-də  kitabxana  və  qiraətxanalann  açılmasma xüsusi  diqqət 
vermiş,  artıq  1926-cı  ildə  ərazidə  13  kitabxana və  qiraət  koması  fəaliyyət 
göstərirdi. Onların fondunda 9848 ədəbiyyat var idi ki, bunlardan 1595 nüsxə 
Azərbaycan dilində, 2053 nüsxə ermənicə, 6200 nüsxə isə rus dilində olmuş- 
dur [29]. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kitabxanalann 
rəhbərlərinin  hamısı  milliyyətcə  erməni  olduqlanndan,  onlar  Respublika 
nəşriyyatlarından və Baş Siyasi Maarif İdarəsindən erməni dilində ədəbiyyat 
istəyir, Azərbaycan dilində ədəbiyyata isə etinasız yanaşırdılar.
Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində, artıq 1941-ci ilin 
əwəllərində  vilayətdə  66  müstəqil  kitabxana  fəaliyyət  göstərirdi  ki,  bu
kitabxanalarm fondunun ümumi həcmi 54000 nüsxəyə çatmışdır [63,  s.106]. 
Bu zəngin mədəni irsdən isə əhalinin savadlı hissəsinin əksəriyyəti səmərəli 
istifadə  edirdi.  Mədəni-maarif  müəssisələrinin  geniş  və  etibarlı  şəkildə 
yaradılaraq inkişaf etdirilməsi DQMV-də yaşayanlar üçün böyük əhəmiyyətə 
malik oldu. Bu, Vilayətdə savadsızlığm ləğvi üçün xeyli iş gördü.
Keçən əsrin 30-cu illərində Xankəndi. şəhərində yaradılmış mədəni-maa- 
rif müəssisələrindən  biri  də  klublar  olmuşdur.  1933-cü  ildə  Talış,  Ksabet, 
Levanarx,  Umudlu  kəndlərində  klublar  fəaliyyət  göstərməyə  başladı. 
1933-cü ilin sonlannda isə Xankəndi rayonunda erməni icması üçün fəaliyyət 
göstərən 2 yeni klub istifadəyə verildi [9, s.l, i.16, v.18].  1940-cı ildə DQMV-də 
klublarm  sayı  artaraq  151-ə  çatdı.  Bu zaman Naxçıvan MSSR-də  105  klub 
fəaliyyət  göstərirdi.  Bəhs  okınan  dövrdə  yaradılmış  mədəni-maarif müəs- 
sisələri ermənilər tərəfindən əhalinin milli və sosial tərkibi nəzərə alınmaqla 
təşkil edilirdi.
1920-1930-cu  illərdə  DQMV-də  hüquqsuz  və  avamlıq  simvolu  hesab 
olunan  çadraya  qarşı  mübarizə  kəskin  xarakter  aldı.  Xüsusilə  Dağlıq  Qara- 
bağm  azərbaycanlılardan  ibarət  olan  yaşayış  məskənlərində  çadraya  qarşı 
mübarizə böyük kompaniyaya çevrildi.
1929-cu ildə bütövlükdə Vilayətdə 5000 nəfərdən çox qadm öz çadrasmı 
atdığım elan etmişdi. Çadraya qarşı mübarizə ilə yanaşı, qadınlarm ictimai iş- 
lərə cəlb olunması üçün də tədbirlər görüldü.  1937-ci ildə Dağlıq Qarabağda 
200 nəfərdən çox qadın kənd sovetlərinə, rayon, şəhər icraiyyə komitələrinə, 
komsomol  və  həmkarlar  təşkilatlarma  işə  cəlb  olunmuşlar.  Xankəndində 
fəaliyyət göstərən uşaq bağçaları, körpələr evinin əksəriyyətinə gənc qadın- 
lar  başçılıq  edirdilər.  Xankəndində  1915-ci  illə  müqayisədə,  1937-ci  ildə 
oxuyan  qızlarm  sayı  3  dəfə  artmışdı.  1940-cı  ildə  olan  məlumata  görə, 
Xankəndində fəaliyyət göstərən ziyahların  14,7 faizini qadmlar təşkil edirdi. 
Bunlarm bir hissəsi müəllim, tibb işçisi, partiya və sovet orqanlarmda çalışan 
qadınlardan ibarət idi  [28,  1961, N°5].  Sənayedə çalışan işçilərin 6,3  faizini, 
toxuculuq  müəssisələrində  çalışan  işçilərin  üçdə  iki  hissəsini  qadınlar 
təşkil edirdi.
Bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq və möhkəmləndirmək 
üçün, birinci növbədə, insanların şüurlarını kommunist ideologiyasına uyğun 
olaraq,  formalaşdırmağa çalışırdılar.  Lakin yüz  illər boyu insanlann qəlbinə 
hopmuş  dini  dəyərlər bolşeviklərin məqsədlərini  həyata  keçirməsinə  mane 
olurdu.  Ona  görə  də  bolşeviklər  «mədəni  inqilab»  pərdəsi  altmda  dinə 
qarşı  mübarizəyə başladılar.  1920-ci  ilin  mayında məktəblərdə  dini  etiqad- 
larm təlimi  və  ayinlərin icrası  qadağan  edildi.  Dövlətin  elan  etdiyi  «vicdan

azadlığı» isə kağız üzərində qaldı.  1924-cü ildə din əleyhinə komissiya yara- 
dıldı.  1924-cü ildə Xankəndi şəhərində «Allahsızlar cəmiyyətinin xüsusi şö- 
bəsi» fəaliyyətə başladı. Cəmiyyətin üzvləri xüsusi təlim keçmiş adamlar idi.
Xankəndi  şəhərində  fəaliyyət  göstərən  muzeyiərdə  «ateizm»  bölmələri 
yaradıldı.  Bu  bölmələr xüsusi  ədəbiyyatla,  əyani vasitələrlə  təchiz  olundu. 
Dinə  qarşı  mübarizə  mərkəzi,  yerli partiya  orqanlarınm,  təhsil  ocaqlarımn, 
habelə gənclər təşkilatınm əsas vəzifələrindən birinə çevrildi.
1929-cu  il  aprelin  9-da  Azərbaycan  K(b)P  MK-nm  plenumu  kənddə 
«Allahsızlar cəmiyyəti»nin işini gücləndirmək, dinə qarşı mübarizə, çadramn 
və papağm atılması  ilə bağlı məsələləri müzakirə  etdi  [54,  s.14].  Plenumun 
qəbul  etdiyi  qərarda  göstərilirdi  ki,  türk  kəndlilərinin  «Allahsızlar  cəmiy- 
yəti»ndə  iştirak  etməməsi  ən  böyük nöqsandır,  təxirə  salmmadan  qabaqcıl 
ictimaiyyətçilərdən, kolxozçu və komsomolçulardan ibarət cəmiyyətin kənd- 
də özəyini yaratmaq lazımdır» [54,  s.81].
Kənddə yaranan bu cəmiyyətlər sonralar «mübariz Allahsızlar ittifaqfma 
çevrildi» [54,s.79]. Hər yerdə belə təbliğ olundu ki, guya, din sinfı düşmənin 
son və həm də ən güclü dayağıdır.
1929-cu ilin yazmda elliklə kolektivləşdirmə ərəfəsində dinə, milli adət- 
ənənələrə, milli mərasimlərə və hətta milli musiqıyə qarşı mübarizə geniş xa- 
rakter aldı. Qadmlar arasmda çadramn atılmasınm planı müəyyən olunmuşdu.
Azərbaycan  K(b)P  MK-mn  1929-cu  il  aprelin  9-da  keçirilən  plenumu 
kənddə  «Allahsızlar  cəmiyyəti»nin  fəaliyyətinin genişləndirilməsinə  səbəb 
oldu.  Həmin  ilin  may  ayının  4-də  Xankəndində  keçirilən  Vilayət  Partiya 
Komitəsinin iclasında qəbul olunan qərarlar şəhərdə dinə qarşı mübarizənin 
geniş vüsət almasma səbəb oldu. Şəhərdə «xüsusi fəallar qrupu» təşkil edildi. 
Xankəndi  Maarif şöbəsi  şəhərin  bütün  ümumtəhsil  məktəblərində  ateizm 
təbliğatım  gücləndirmək  üçün  xüsusi  guşələr  yaratdı.  Eyni  tədbir  şəhərin 
kütləvi  kitabxanalarında,  qiraət  komalannda  da  yaradıldı.  Məscidlər  kluba, 
kitabxanaya,  anbarlara  çevrildi.  1929-1931-ci  illərə  aıd  olan  məlumatlara 
görə,  Vilayətdə  24  məscid,  dini  mərasimlər keçirilən  evlər  klublara  və  ya 
anbarlara çevrilmiş, bir çox dini abidələr, pirlər dağıdılmışdı. Vilayətdə məs- 
cidlərin  zor  ilə  bağlanması  azərbaycanlı  əhalinin  güclü  narazılığma  səbəb 
oldu.  Ərazidə  məscidlərin bağlanmasına,  dindarlann təqib  olunmasına qarşı 
güclü etirazlar baş verdi [53, s.28].
Xankəndi şəhərində aparılan bolşevik təbliğatında dini ayinlər, milli bay- 
ramlara qarşı aparılan mübarizə xüsusi yer tuturdu.  Xüsusilə məhərrəmliyə, 
oruclu  günlərə,  Novruz  bayramına  qarşı  mübarizə  geniş  xarakter  almışdı. 
Novruz bayramı keçirmək xalqa qadağan olunmuşdur. Halbuki Azərbaycanda
Sovet hakimiyyətinin ilk illərində Azərbaycan SSR XKS-in sədri N.Nərima- 
novun göstərişi  ilə  Əmək Komissarlığınm,  Respublika Həmkarlar şurasmm 
«Kommunist» qəzetinin 21 mart 1921-ci il tarixli sayında çap edilən qərarma 
əsasən martın 21-də və 22-də bütün müsəlman fəhlə və qulluqçuları bayram 
münasibətilə işdən  azad edilmişdir.  Lakin sonra Novruz bayramı  da «əksin- 
qilab»  damğası ilə damğalandı.  1939-cu ildə respublikanm mərkəzi və yerli 
qəzetləri yazırdılar ki, «Novruz bayramı əksinqilab mahiyyəti daşıyır və ona 
qarşı geniş mübarizə apanlmalıdır» [18].
1920-1930-cu illərdə sovet hökuməti xalqı öz soy kökündən uzaqlaşdırmaq 
siyasəti  yeridirdi.  Bu  illərdə  «Rədd  olsun  tar»,  «Rədd  olsun  kamança», 
«Rədd olsun saz» şüarlan altmda keçirilən «mədəni yürüş» və hücumlar mil- 
li-mənəvi dəyərlərimizə qarşı çevrilmişdi.
Bütün  bu  təzyiqlərə,  zorakı  tədbirlərə  baxmayaraq,  əhalinin  əksəriy- 
yəti öz dini əqidəsindən, milli adət-ənələrindən dönmədi.  Xalq çox çətin və 
olduqca  mürəkkəb  şəraitdə  öz  milli,  dini  psixologiyasını  qoruyub  saxlaya 
bildi.
Beləliklə,  görülən tədbirlər nəticəsində  Xankəndi  şəhərində  xalqımızın 
uzun  əsrlər  ərzində yaratdığı milli-mənəvi  dəyərlər -  ilk növbədə,  mənəvi 
həyatda güclü təsirə malik İslam dini ardıcıl surətdə sıxışdınlmaqla, məscid 
və başqa müqəddəs ocaqlanmız dağıdıldı. Qədim kitablarımız, musiqi alətlə- 
rimiz,  əlifbamız  fanatizmin mənbəyi  kimi  damğalanaraq məhv  edildi.  Xal- 
qımızm milli-mənəvi dəyərlərini öldürmək məqsədilə qədim adətlərimizin -  
məhərrəmlik, orucluq, Qurban bayramı, Novruz bayramı və s. keçirilməsi qa- 
dağan edildi. Bütün bu tədbirlər isə Sovet imperiyasınm Xankəndi şəhərində 
dayaqlarınm  daha  da  möhkəmləndirilməsinə  ciddi  təsir  göstərdi.  Eyni  za- 
manda bölgədə  mədəni-maarif müəssisələrinin  yaradılması  əhalinin  savad- 
lanması, onlarm ümumtəhsil mədəni səviyyəsinin yüksəldilməsi üçün böyük 
əhəmiyyətə malik oldu.
Rus  imperiyası  Azərbaycanm  elmi  potensialım  artırmaqla  respublikamn 
sərvətlərindən daha çox bəhrələnmək və buna münasib ideoloji şərait yarat- 
maq  üçün  səmərəli  istifadə  etməyə  çalışırdı.  Bu  məqsədlə  1923-cü  ildə 
Azərbaycan Geologiya Komitəsi yarandı ki, həmin ilin noyabnnda Xankən- 
dində  «Azərbaycanm  tədqiqi  cəmiyyəti»nin  şöbəsi  təsis  edildi.  Mərkəzin 
ciddi  nəzarəti  altında Azərbaycamn  təbii  sərvətlərinin,  enerji  ehtiyatlannm 
öyrənilməsi  və  istifadə  olunması  üzrə  elmi-tədqiqat  işləri  sürətlə  geniş- 
lənirdi.  1920-1940-cı  illərdə  Dağlıq  Qarabağda təbii  sərvət  və  ehtiyatlann 
öyrənilməsi  məqsədilə  8  istiqamətdə  ekspedisiya  təşkil  edilmişdir.  Bu 
dövrdə  Hadrudun  Dziyur  kəndində  İslandiya  şpadı,  Böyük  Tağlarda  mis,

Arpakənddə  pirit,  Tsorda  qalenit,  Domıda  qızıl,  Banazurda  molibden,  Tna- 
şendə barıt, Mehmanada qurğuşun,  sink və mis yataqları aşkar edilmişdir.
1928-ci  ildə  aqronom  alim  Kuznitsovun  başçılığı  altmda  Xankəndində 
Elmi-tədqiqat mərkəzi yaradıldı. Mərkəz yeni ağac novlərinin yetişdirilməsi, 
süni yolla meşəsalma, ağaclara qulluq qaydalan və ən əsası isə dəmyə üsulu 
ilə bitkiçiliyin inkişafı  sahəsində böyük müvəffəqiyyətlər əldə  etdi.  Həmin 
ildə  Ağdərənin  Marquşavan  kəndində  Elmi-tədqiqat  stansiyası  yaradıldı  ki, 
həmin  stansiyada  yeni  bir  bitki  -   qvaula  bitkisinin  toxumu  əldə  edildi  və 
yayıldı  [41,  s.25].  Elmi-tədqiqat mərkəzinin səmərəli  işi nəticəsində Dağlıq 
Qarabağ ərazisində yeni bir bitki -  skosener bitkisinin əhəmiyyəti aşkar edil- 
di.  Həmin  bitkinin  kökündən  saqqız  düzəldilirdi.  Bu  bitkidən  kauçuk  əldə 
etmək  planlaşdırılmjşdı.  Alimlərimizin  birgə  səyi  və  əməyi  nəticəsində 
Dağlıq  Qarabağda  1937-ci  ildə  evkalipd  bitkisinin  əkilməsi  və  yayılması 
qaydalarmın tətbiqinə  [19,  s.14],  1938-ci ildə yeni üsulla,  «Dadan üsulu» ilə 
arıçıhğm  təkmilləşdirilməsinə  başlandı.  Bu  məqsədlə  «Dadan  üsulu»  ilə 
düzəldilmiş  çərçivələri  pətəklərdə  arılara  necə  qulluq  etməli»  kitabı  çap 
olımdu  və  arıçılıq  rayonlarında  yayıldı.  Həmin  il  Xankəndi  şəiıərində  Arı 
Damazlıq Mərkəzi yarandı. Həmin mərkəz qonşu dağ rayonlannı bal arısı ilə 
təmin edirdi [50].
1938-1939-cu illərdə Xankəndi şəhəri yaxınlığında apanlan arxeoloji qa- 
zmtı işləri nəticəsində Eneolit və Tunc dövrlərinə aid abidə, e.ə.  V-III min-  , 
illiyə aid diametri 4,5 metr olan kurqanal dəfiı kameralan, daş güzgülər, mis 
xəncərlər,  daş  həvəng,  ox ucları,  sümük  alətlər,  qızıl  muncuq və  asmalar, 
müxtəlif keramika nümunələri, heyvan sümükləri və s.  aşkar edilmişdir [62]. 
Sonrakı dövrlərdə də tədqiqat işləri davam etdirilmiş və Şuşada, Tuğda, Tağ- 
lar  kəndində  aparılan  arxeoloji  tədqiqat  işləri  nəticəsində  respublikamızda 
qədim insanm meydana çıxması və formalaşması tarixini tədqiq etmək üçün 
zəngin elmi məlumatlar və maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. 
Görkəmli  Azərbaycan  alimi  Ə.Ələkbərov  Xocalı  abidələri  kompleksini 
Azərbaycanm başqa abidələrinin öyrənilməsi üçün açar adlandırmışdır.
XX əsrin əwəllərində Qarabağ musiqi məktəbi bütün Şərqdə məşhur idi. 
Görkəmli  musiqişünas  V.Vİnaqradov  yazırdı  ki,  «Şuşa  musiqiçiləri  Azər- 
baycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm 
də Şərqin başqa ölkələrində təmsil etmişlər.  Şuşa Zaqafqaziyanm Konserva- 
toriyası hesab olunurdu.
1920-1930-cu illərdə elmin inkişafı sahəsində bir sıra çətinliklər mövcud 
idi. Belə ki, tədqiqatlar aparmaq üçün müasir avadanhq, hesablama texnikası, 
cihazlar  çatışmırdı.  Alimlərimizə  xarici  ədəbiyyatdan,  arxivlərdən  istifadə
etmək, beynəlxalq aləmə çıxmaq qadağan edilmişdi. Həm də xalqımızm açıq 
və ya gizli yolla mənəvi və cismani cəzalara məruz qaldığı Dağlıq Qarabağda 
bütün bu işləri aparmaq olduqca çətin idi.
Bütün  yuxarıda  göstərilən  çətinliklərə  baxmayaraq,  Xankəndində  elm, 
ədəbiyyat və  incəsənət inkişaf edirdi.  Ən əsası isə ərazinin bol təbii sərvət- 
ləri  imperiyanm  diqqətini  daha  çox  cəlb  edirdi.  1939-cu  ildə  Xankəndində 
apanlan tədqiqat işləri, əsasən, təsərrüfat sahələrini əhatə etmişdir. Belə ki, 
«Dənli bitkilərin toxumluğu və onun DQMV-nin rayonlannda əkilməsi üsul- 
ları»,  «Meyvə  verən  3  növ tut ağacınm biokimyəvi xüsusiyyətləri»,  «Kiçik 
Qafqaz  sıra  dağlanndakı  yaylaqlar  və  onlardan  səmərəli  istifadə  edilməsi 
üsulları», «Spirt çəkildikdən sonra tut tör-töküntülərindən mal-qara üçün yem 
hazırlanması üsullan»,  «Silos bitkiləri  və  onların  saxlanması üsulları»  və  s. 
alimlər tərəfindən araşdmlan əsas mövzular idi.  1910-cu ildə A.S.Ginisburq 
dəstəsinin  Kiçik  Qafqazm  faydalı  qazıntılanm  öyrənmək  məqsədilə  apar- 
dıqları  tədqiqat  işləri  1912-ci  ildə  F.Osvald  tərəfindən  davam  etdirilmiş,
1929-cu ildə S.G.Sarkisiyan, M.Əsgərov, A.Rakitin, A.Qavrilov, A.Solovkin 
və V.Barqanov tərəfindən axıra çatdırılmışdır.  Tədqiqatlar nəticəsində Dağ- 
lıq Qarabağ  ərazisində mis,  qızıl  və  s.  yataqlarmm olması  aşkar edilmişdir.
1931-ci  ildə  bu  işə  Q.Taffelhonsun  dəstəsi  də  qoşulmuşdur  [21].  Dağlıq 
Qarabağın potensial imkanlarını üzə çıxarıb,  ondan istifadə etməyi qarşısma 
məqsəd  qoyan  imperiya,  ərazidə  elmi-tədqiqat  işlərinin  aparılmasım  sürət- 
ləndirir və  daha  çox  mənfəət  götürürdü.  S.Davidbəyovun  ekspedisiyası  ilə 
Dağlıq  Qarabağın  hidro-energetika  ehtiyatları  öyrənilmiş,  çayların  axımı 
nəzərə almaraq SES-lərin yaradılması imkanları aşkarlanmışdır [49].
Heyvandarlığm  inkişaf etdirilməsi üçün təbii yem  bazasını,  birinci növ- 
bədə, yay otlaqlarmm öyrənilməsi və yabanı çöl bitkilərindən təbabətdə isti- 
fadə  edilməsi  məqsədilə  1931—1940-cı  illərdə  L.Kreçetovun,  İ.Neklepaye- 
vin, X.Pobedinanm tədqiqatlanmn əhəmiyyəti böyük olmuşdur. Tədqiqatlar 
nəticəsində  Dağlıq  Qarabağda  zəhərli,  zərərli,  əhəmiyyətli  və  dərman 
bitkiləri aşkar edilmişdir.
1940-cı  ildə Xankəndi şəhərində Yazıçılar İttifaqı təşkil  edildi.  1924-cü 
ildə  Xankəndində  həvəskar  bəstəkar  və  səhnə  ustaları  fəaliyyətə  başladı 
[13,  v.28].  1932-ci  ildə  Bakıda  fəaliyyət  göstərən  erməni  teatrmm  aktyoru 
K.Alvazyan  M.Qorki  adına  Xankəndi  Dövlət  Dram  Teatrım  təşkil  etdi. 
Həmin  teatrın  açılışı  1932-ci  ilin  sentyabrında  V.Vaqarşyanın  «Mühasirə» 
pyesi ilə olmuşdur [36, s.40].  1933-cü ildən isə Xankəndi Dövlət Dram Teat- 
nna V.Papazixyan rəhbərlik etmişdir. Maraqlı fakt burasındadır ki, Xankən- 
dində  yaranmış  olan  bu  teatrın  truppasında  bir nəfər  də  olsun  azərbaycanlı

yox idi. Ikinci diqqəti cəlb edən maraqlı fakt ondan ibarətdir ki, teatrın reper- 
tuannda daha çox erməni dramaturqlannın pyesləri oynanıldı.  1920-1940-cı 
illərdə Xankəndi Dövlət Dram Teatnnın ən yaxşı  tämaşaları  isə  Q.Sunduk- 
yamn «Pepo», A.Paronyamn «Baqdasar dayı», Q.Boryamn «Bir dam altmda» 
və başqalan idi [36,  s. 121].
Azərbaycanda milli mədəniyyətin inkişafında kino  sənəti  də mühüm rol 
oynamışdır.  Kino sənəti xalqm məişət və düşüncələrinə,  həyat tərzinə təsir 
etmək,  yeniləşdirmək,  yeni  sosialist məişət və mədəniyyəti yaratmaq məq- 
sədi  daşımağa başladı.  Kino  sənəti  vasitəsilə  milli  mənlik  şüurunun bütün 
istehkamlannı -  din,  şəriət, mövhumat, məscid, kilsə, çadra və sairəyə qarşı 
qəti hücuma keçmək şəraitindən istifadə olunurdu.
Beləliklə, rus imperiyası Xankəndi şəhərində elmi potensialmı artırmaqla, 
ərazinin bol sərvətlərindən daha çox bəhrələnmək və buna münasib ideoloji 
şərait  yaradılmasma  nail  oldu.  Onlar yeni  cəmiyyətin  ədalətli,  demokratik, 
xəlqi və qanunauyğun proses olmasına inam yaratmaq məqsədilə elmin müx- 
təlif sahələrini  birtərəfli  inkişaf etdirdilər.  Etiraz və  azadfikirlilik  amansız- 
casına boğularaq,  xalqımız müstəqıl  dövlətçilikdən məhrum  edilmiş,  iqtisa- 
diyyat,  siyasət və  ideologiya imperiyanm maraq dairəsinə uyğun qurularäq, 
ermənilərin əli ilə Xankəndi şəhərində  öz dayaqlannı daha da möhkəmlən- 
dirmişdir.
1928-ci ildə Xankəndi şəhərində radio verilişlərinə qulaq asmağa başla- 
dılar.  30-cu  illərdə  şəhərdə  radiolaşdırma  işləri,  əsasən,  başa  çatdırıldı 
[30,  s.90].  Xalq  təsərrüfatınm  bərpasma  keçid  dövründə  yenicə  yaradılmış 
imperiyanm  təbliğat  «maşmları»  işə  salındı.  Bu  işdə  mərkəzi  qəzet  və jur- 
nallarla  birlikdə  yerli  mətbuat  orqanlan  geniş  fəaliyyətə  başladı.  Azərbay- 
canda  sinfı  mübarizənin hələ  də  ən qızğın bir dövründə  Dağlıq  Qarabağda 
kütləvi  qəzetlər təsis  olundu.  1923-cü ilin  avqust ayınm  5-də Xankəndində 
nəşrə başlanan «Sovetakan Karabax» (Sovet Qarabağı) qəzetinin ilk nömrəsi 
çapdan çıxdı [27, s.58].  1930-cu ildə Xankəndində yeni mətbəə yaradıldı. Bu 
mətbəələrin bilavasitə gücü ilə Dağlıq Qarabağda nəşr olunan qəzetlərin sayı 
və həm də onlann tirajı xeyli çoxaldı. Bununla belə, qəzetlərin keyfıyyətində 
də xeyli müvəffəqiyyətlər qazanıldı.  Qəzetlərin təkcə  saymda deyil,  onlann 
tirajlannda  da  xeyli  artım  müşahidə  edilmişdir.  1937-ci  ildə  Dağlıq  Qara- 
bağda çap edilən 6 qəzet 15,2 min tirajla nəşr olunurdu.  1940-cı ildə qəzetlə- 
rin tirajı  18,4 minə çatdırıldı [48,  s.50].
Sovet  imperiyasmm  milli  siyasətini  təbliğ  edən  kütlələr  arasında  bey- 
nəlmiləlçilik  bayrağı  altmda  Marksist-Leninçi  ideologiyasımn  təbliğ  olun- 
ması işində mərkəzi və yerli mətbuat orqanlan mühüm rol oynayırdı.
Beləliklə,  mədəni  quruculuq  sahəsində  görülən tədbirləri  yekunlaşdıra- 
raq  qeyd  etməliyik ki,  yenicə  yaranmış  dövlət,  Xankəndi  şəhərində  xalqın 
təhsil  və  mədəni  səviyyəsinin  yüksəldilməsində  böyük  işlər  görmüşdür. 
Həmin irəliləyişlər yerinə yetirilərkən çətinliklərə,  səhvlərə, bürokratiya və 
inzibati amirlik sisteminin bərqərar olmasına baxmayaraq, bütün nailiyyətlər 
xalqın zəhməti ilə əldə edilmişdir. Diqqəti cəlb edən mühüm məsələ ondan 
ibarətdir ki,  1920—1941-ci  illər ərzində bölgədə yaşayan  əhalinin  savadsız- 
lığı,  əsasən,  həll  edilərək,  yeni  təhsil  sistemi  yaradılmış,  qadınlanmızm 
ictimai  həyatda  rolu  artmış,  elm,  ədəbiyyat  və  incəsənət  inkişaf etmişdir. 
Bəhs  edilən  dövrdə  Xankəndində  ciddi  çətinliklər,  səhvlər  və  əyintilər  -  
milli  musiqimizlə bağlı  diskussiyalar,  çadra,  papağın atılması  haqda dekret- 
lər,  xalqımızm dilinə,  dininə,  milli  adət-ənənəsinə  qarşı verilən  dekretlər -  
mədəni  inkişafa  mənfı  təsir  göstərsə  də,  inkişafı  dayandıra  bilmədi.  Artıq 
1941-ci ilin əwəllərində Xankəndi şəhərində təhsil,  elm və mədəniyyət öz 
inkişafmın  ən  yüksək  səviyyəsinə  çatdı.  Ana  və  uşaqlara  qayğı,  istirahət 
ocaqlarınm,  müalicə-profilaktikası  müəssisələrinin  yaradılması,  yüksək 
doğum, ölüm hallannm aşağı olması və başqa tədbirlər şəhərdə əhalinin çoxal- 
masına,  onun  məişət  şəraitinin  yaxşılaşmasına  böyük  təsir  göstərdi.  Döv- 
lətimizin  yaxmdan  qayğısı  nəticəsində  Xankəndi  şəhərinin  xarici  görkəmi 
dəyişmiş,  elektrik  stansiyaları,  məktəblər,  xəstəxanalar,  uşaq  bağçalan, 
müalicə-profilaktika  və  başqa mədəni-məişət müəssisələri  tikilib  istifadəyə 
verilmişdir.  1920-1940-cı illər ərzində repressiya və zorakılıqlara əsaslanaraq, 
zəhmətkeşlərin yaradıcı əməyinin nəticəsi olaraq yeni bir cəmiyyət -  totalitar 
bürokratik rejim yaradıldı.
1946-1950-ci illəri əhatə  edən bərpa dövründə  sənaye və kənd təsərrü- 
fatı ilə yanaşı, mədəni quruculuq sahəsində də bir sıra vəzifələr müəyyənləş- 
dirildi.  Azərbaycanm  hər  yerində,  o  cümlədən  Xankəndi  şəhərində  xalq 
maarifı  şəbəkəsinin  tədris-maddi  bazasını  möhkəmləndirmək,  məktəbləri 
pedaqoji  kadrlarla  təmin  etmək,  təlim  və  tərbiyə  sistemini  yaxşılaşdırmaq, 
tədrisin səviyyəsini yüksəltmək üçün əməli tədbirlər həyata keçirmək və sair 
nəzərdə  tutulmuşdu.  1946-cı  ilin avqust  ayında Azərbaycan müəllimlərinin
III qurultayı keçirildi. Qurultayda 1946—1950-ci illər üçün yeni dövrün tələb- 
lərinə uyğun xalq maarifınin vəzifələri  tam müəyyən edildi.  Həmin planda 
Xankəndi  şəhərində  həm  məktəblərin,  həm  məktəblilərin,  həm  də  müəl- 
limlərin  saymı  artırmaq,  yaşlı nəsil  arasında savadsızlığı  ləğv etmək,  bütün 
məktəbləri texniki təlim vasitələri və dərs vəsaitləri ilə təmin etmək və sair 
planlaşdınlmışdı [79, s.61].

1946-cı ildə DQMV-də mədəni inkişafa 25 milyon 428 min manat vəsait 
ayrıldı ki, bundan 7 milyon 570 min manatı orta ixtisas məktəblərinin geniş- 
ləndirilməsinə sərf edilməli idi [61].
Plana  uyğun  olaraq,  Azərbaycan  hökumətiniiı  ayırdığı  vəsait  hesabma 
1946-1950-ci  illərdə  Xankəndi  şəhərində  2  yeni  məktəb  binası  tikilib 
istifadəyə verildi [666].  Köhnə məktəblərdə isə təmir-abadhq işləri apanldı. 
1940/41 -ci tədris ilində Xankəndi şəhərində  5 məktəb var idisə,  1950/51-ci 
tədris ilində bu rəqəm 7-yə çatmışdır [33]. Burada təhsil alan şagirdlərin sayı 
isə  son  25  ildə  7  dəfədən  çox  artaraq  5  min nəfərə  çatmışdır  [89].  Həmin 
məktəblərdə  isə  dərs  deyən  müəllimlərin  sayı  500-ü  keçmişdir  [89,  s.30]. 
DQMV-də  maarif sahəsindəki  böyük  nailiyyətlərdən  biri  də  Xankəndində 
Müəllimlər İnstitutunun açılması ilə bağlıdır.  1938-ci ildə açılmış bu institut 
DQMV-dəki yeddillik məktəblərini hazırlıqlı müəllimlərlə təmin edirdi.
1940-cı ildə institutun 2 bölməsi,  15  müəllimi,  150 tələbəsi var idi [56]. 
Sonralar bu institut 2 müstəqil instituta bölündü.  1950-ci ildə Xankəndi Müəl- 
limlər  İnstitutu  genişlənərək  daha  3  şöbəsi  yarandı.  1950-ci  ildə  burada 
450 nəfərdən  artıq tələbə oxuyurdu.  İnstitut hər il respublikaraızın məktəb- 
ləri üçün 60-a qədər müəllim buraxırdı [56].
1941—1945-ci illərdə əhalinin müharibəyə səfərbər edilməsi ilə əlaqədar 
azyaşlı uşaqlar arasında azalma halı müşahidə edilmişdir.  1940-cı illə müqa- 
yisədə  1950-ci  ildə  Xankəndi  şəhərində  uşaq  bağçalarında  uşaqlann  sayı 
50%-ə, tərbiyəçi müəllimlərin sayı 40‘Kı-ə, uşaq bağçalarmın sayı isə 25%-ə 
enmişdir.  Bəhs  etdiyimiz illərdə uşaq evlərində uşaqlann sayı  2  dəfə,  uşaq 
evlərinin sayı isə  1,5 dəfə azalmışdı [99, s.165]. Apanlan araşdırmalar nəticə- 
sində müəyyən edilmişdir ki, DQMV ərazisində  1946-19 50-ci illərdə fəaliy- 
yət göstərən 44 uşaq bağçası və evlərindən yalmz 2-si Şuşada fəaliyyət gös- 
tərirdi. Qalan 42 uşaq müəssisəsi ermənilərin daha çox cəmləşdiyi kəndlərdə 
yaradılmışdır [61].
1940-1950-ci  illərdə  Xankəndi  şəhərində  təhsilin  inkişafı  inkaredilməz 
bir həqiqətdir. Lakin bununla yanaşı, Xankəndi şəhərində erməni, rus millət- 
çiliyi, yerli idarə orqanlarında çalışan erməni mütəxəssislərinin şovinist siya- 
sətləri, sovet rejiminə «sədaqətlə qulluq edən adamlar»ın böhtançı tədbirləri 
məktəb quruculuğu işlərinə, mədəni-maarif müəssisələrinin fəaliyyətinə ciddi 
mane olurdu. Xankəndi şəhərinin partiya, sovet orqanlarında, mədəni-maarif 
müəssisələrində çalışan erməni, rus mütəxəssisləri proletar beynəlmiləlçiliyi 
şuarı altında azərbaycanlı mütəxəssislərə qarşı gizli mübarizə aparırdılar.
Azərbaycan  SSR  Elmlər  Akademiyasınm  1945-ci  ildə  təşkil  olunmuş 
Dağlıq  Qarabağ  şöbəsi  DQMV-nin  tarixində  böyük  və  mühüm  bir  hadisə
olmuşdur [55]. Xankəndində yaradılmış bu elmi mərkəzin qarşısmda duran ən 
mühüm vəzifə-lərdən biri  1946—1950-ci illərdə xalq təsərrüfatınm, xüsusilə 
Vilayətin kənd təsərrüfatmın yüksəldilməsi işinə kömək edə bilən elmi töv- 
siyələr irəli sürməli idilər. Bəhs edilən dövrdə Akademiyanın elmi işçiləri bir 
sıra  elmi  tədqiqat  əsərlərini  başa  çatdırdılar  və  həmin  əsərlər  praktikada 
tətbiq olunmağa başlandı [55].
Elmi  işçilər təkcə  elmi əsərlər yazmaqla kifayətlənmirdilər.  Onlar,  eyni 
zamanda  vilayət  zəhmətkeşlərinə  otlaqlardan yaxşı  istifadə  olunması,  mal- 
qaranm otarılmasımn düzgün təşkil edilməsi, əməyin təşkili və heyvandarlıq 
məhsullarımn hesaba alınması, ot çalımı və yem basdırılması, bağ-bostanlara 
xidmət və  sair bu kimi müxtəlif məsələlər üzrə məsləhətlər də verirdilər.
Xankəndi  şəhərində  fəaliyyət  göstərən  elm  mərkəzinin  bölgədə  xalq 
təsərrüfatmm bərpa və inkişafı üçün irəli  sürdükləri  elmi tövsiyələr yüksək 
qiymətləndirilsə də, burada mənfi hallarda mövcud olmuşdur. Belə ki, aparı- 
lan  elmi  araşdırmalar  nəticəsində  məlum  olur  ki,  Xankəndində  fəaliyyət 
göstərən  Elmlər  Akademiyasınm  bütün  heyət  üzvləri  (işçiləri)  hamılıqla 
milliyyətcə ermənilərdən ibarət idi. Həmçinin Azərbaycan SSR EA-nm Xan- 
kəndi şöbəsinin elmi katibi Q.A.Mıkırtıçıyanm yazdığma görə, burada tədqiq 
olunan əsərlər erməni dilində çap edilir, yalnız DQMV ərazisində və Ermə- 
nistanda  yayılırdı  [55,  s.18].  Bu  fakt  isə  erməni  alimlərinin  nə  dərəcədə 
«humanist» olduqlarmı sübut edir.
1946-1950-ci illərdə Xankəndi şəhərində inkişaf edən sahələrdən biri də 
mədəni-maarif müəssisələri olmuşdur. Hələ 1945-ci ilin sonlarmda Azərbay- 
can SSR XKS-in nəzdində yaradılmış Mədəni-Maarif Müəssisələri Komitəsi 
Vilayətdə mədəni-maarif işinin inkişafı üçün tədbirlər planı işləyib hazırladı. 
İlk  növbədə,  Xänkəndi  İcraiyyə  Komitəsi  nəzdində  Mədəni-Maarif İşləri 
şöbəsi yaradıldı [50, s.42]. Mədəni-maarif müəssisələri içərisində kitabxana- 
ların  inkişafı  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  1946—1950-ci  illər  üçün  qəbul 
edilmiş  «Mədəni-maarif  müəssisələrinin  bərpa.və  inkişafma  dair  beşillik 
plan»a uyğun  olaraq,  1950-ci  ilədək Xankəndi  şəhərində kitabxanalann  sa- 
yım  50-yə  çatdırmaq proqramı  tərtib  edilmişdi  [6,  i.350,  v.26].  Azərbaycan 
höküməti  Xankəndi  şəhərində  kitabxanaların maddi-texniki  bazasma  əsaslı 
vəsait qoyuluşunu 1940-cı illə müqayisədə 2 dəfə artırdı. DQMV-də  1950-ci 
ildə təkcə kitabxanalarm kompleksləşməsinə  qoyulan vəsait  166 min manat 
idi  [24].  İlk  növbədə,  DQMV-də  1946-1950-ci  illərdə  117  yeni  kitabxana 
yaradılmışdı.  1940-cı ildə vilayətdə 66 kitabxana var idisə,  1950-ci ilin son- 
larında bu rəqəm 183-ə çatdı [99, s.166]. Halbuki əhalisinin sayı DQMV-dən 
çox  olan Naxçıvan MR-də  cəmi  130  kitabxana,  42  qiraət  koması  fəaliyyət

göstərirdi  [40].  1950-ci  ildə  DQMV-də  kütləvi  kitabxanalann  kitab  fondu 
150 min nüsxəyə çatdı. Vilayətdə hər 1000 nəfərə 2 kitabxana, hər bir sakinə
18  kitab düşürdü. Kənd kitabxanalarınm fondund£| isə 98 min nüsxə müxtəlif 
ədəbiyyat var idi [94]. Lakin bütün bunlarla yanaşı, vilayətin erməni rəhbər- 
liyi yeni kitabxanalann açılmasmda və kitablann komplektləşməsində  azər- 
baycanlılar  yaşayan  ərazilərə  ögey  münasibət  göstərmişdilər.  Kitabxanalar 
yalnız  ermənidilli  kitablarla  zənginləşdirilirdi.  Belə  ki,  aparılan  tədqiqatlar 
nəticəsində  məlum  olur ki,  1951-ci  ildə  DQMV-nin  Hadrut  rayonunda  48, 
Xocavənd rayonunda 47, Ağdərə rayonunda 59,  Xankəndi rayonunda 50 ki- 
tabxana olduğu halda, əsasən, azərbaycanlılar yaşayan Şuşa rayonunda cəmi 
8  müstəqil  dövlət  kitabxanası  və  6  klub  kitabxanası  fəaliyyət  göstərirdi 
[11,  s.9,  i.10,  v.29].  Xankəndi  rayonunun  ermənilər  yaşayan bütün  kəndlə- 
rində kitabxanalar olduğu halda, rayonun azərbaycanlılar yaşayan  lO'-kəndin- 
dən yalnız Kərkicahan və Kosalarda kitabxana var idi. DQMV-nin azörbay- 
canlılar yaşayan kəndlərindəki  kitabxanalara  erməni  dilində  olan ədəbiyyat 
daha  çox  gətirilirdi.  Məsələn,  təkcə  1950-ci  ildə  Xocavənd  rayonunun 
Muğanlı  kənd  kitabxanasma  daxil  olan  249  nüsxə  ədəbiyyatın  200  nüsxəsi 
erməni,  27  nüsxəsi  rus,  yalmz  22  nüsxəsi  Azərbaycan  dilində  olmuşdur. 
Bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti DQMV-də mədəni-maarif 
işinin inkişafı üçün öz qayğısını davam etdirirdi.
Xalqın maariflənməsi  ışində  teatnn rolunu  xüsusi  qeyd  etmək  lazımdır. 
1950-ci ildə Azərbaycanda cəmi 9 teatr fəaliyyət göstərirdi ki, bunlardan biri 
də  DQMV-tıin payma düşürdü [89,  s.118]. M.Qorki  adına Xankəndi Dövlət 
Dram Teatn XX əsrin 20-ci illərində həvəskar dram dəməyi şəklində fəaliy- 
yətə başlamış və  1932-ci ildən dövlət teatrı kimi təşkil edilmişdir [63]. Dram 
Teatrı  1946—1950-ci  illərdə  DQMV-nin  kəndlərində  səyyar  tamaşalar 
göstərirdi. Aparılan araşdırmalar nəticəsində məlum olur ki, tamaşalar yalmz 
ermənilər  yaşayan  kəndlərdə  nümayiş  etdirilirdi.  Bunun  əsas  səbəbi,  bir 
tərəfdən azərbaycanlılar yaşayan kəndlərdə tamaşanm göstərilməsi üçün yer 
problemi  ilə  bağlı  idisə,  ikinci  bir  tərəfdən  teatr truppasmın  tərkibinin  sırf 
ermənilərdən ibarət olması ilə əlaqəli olmuşdur. XX yüzilliyin 40-cı illərinin 
sonlarında  Dağlıq Qarabağ rəhbərliyi  xalqımıza qarşı  öz  «etibarhlığını»  bir 
daha  nümayiş  etdirdi.  Belə  ki,  əsası  Ə.Haqverdiyev  tərəfındən  XIX  əsrin 
sonlannda qoyulan Şuşa Teatn namərd «gülləsinə» tuş gələrək bağlandı [52].
1946—1950-ci  illərdə  DQMV-də  klublann  saymda da  35  faiz  artım mü- 
şahidə  edilmişdir.  Belə  ki,  vilayətdə  1927-ci  ildə  28,  1933-cü  ildə  83, 
1940-cı  ildə  151  klub  fəaliyyət  göstərirdisə,  1950-ci  ildə  klubların  sayı 
artaraq 204-ə çatmışdır [99, 
Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin