AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
1   2   3   4   5   6   7   8   9   ...   15

r
məlumatına görə həmin abidələr erməni vandallan tərəfındən məhv edilir və 
müəyyən  məqsədlə  istifadə  olunur.  Məhv  edilmiş  meşələrimizdə  460-dan 
çox  yabam  ağac və kol  bitki növü bitirdi ki,  bundan  70-i  dünyanın  heç  bir 
yerində  yox  idi.  Azərbaycan ərazisində,  işğaldan  sonra  qoz,  palıd  və  digər 
ağac  növləri  xaricə  satılmaq  üçün  kəsilərək  meşələr  geniş  sahədə  məhv 
edilmişdir.  Bəzi meşə  sahələri məhv edilərək dünya  xəritəsindən  silinmək 
üzrədir. Təbiidir ki, meşələr olmayanda meşə heyvanları da məhv olur. Keç- 
mişdə  Qarabağ  meşələrində  yaşamış  çöl  donuzu,  qonur  ayı,  tülkü,  çaqqal, 
canavar, porsuq,  cüyür, turac, qırqovul,  kəklik,  yaşılbaş  ördək,  bildirçin ov- 
lanmış, tələf olaraq ekosistemdən çıxmışdır.
İşğal  olunmuş  ərazilərdən  axan  çaylann,  hazırda  ermənilər  tərəfındən 
müxtəlif mənşəli  tullantılarla  və  çirkab  suları  ilə  çirkləndirilməsi  faktlan 
mövcuddur. Xonaşen, Qarqarçay, Xaçınçay, Tərtər çayı öz mənbəlorini işğal 
olunmuş  ərazilərdən götürür və həmin  çaylara ermənilər tərəfındən  məişət 
tullantıları və  çirkab  sulan axıdılır.  Arazm ekoloji  vəziyyəti  daha  acınacaq- 
lıdır.  Belə ki,  Ermənistan tərəfdən Arazm çirklənməsi  nəticəsində  buradakı 
balıqların  çoxunun  kökü  kəsilmişdir.  Çaydakı  21  balıq  növündən  yalmz 
16 növü qalmışdır.  Həmçinin Araz çayının toksik mənşəli  maddələrlə  çirk- 
ləndirilməsi suyun biokimyəvi və fıziki tərkibinin dəyişməsinə səbəb olmuş- 
dur.  Cənubi Qafqaz regionunda Ermənistan tərəfindən torpağın,  atmosferin, 
ekoloji  tarazlığm  pozulmasma  zəmin  yaradılır.  Tullantılar  vasitəsilə  təkcə 
çaylarımız deyil torpaqlanmız da zəhərlənməkdədir.
Ermənistan Azərbaycana qarşı başladığı elan olunmamış «Qarabağ müha- 
ribəsi»ndə  Beynəlxalq  Humanitar  Hüququn  «Cenevrə  Konvensiyası»nın 
bütün prinsiplərini təhlükəsizlik, Haqqa,  Cenevrə,  Humanitar,  Toxunulmaz- 
lıq, ayrı-seçkilik prinsiplərini -  kobudcasma pozmuşdur.  Onlar nəinki yaralı- 
ları  və  əsirləri,  habelə  mülki  vətəndaşlan  da  kütləvi  şəkildə,  ən  amansız 
üsullarla qətlə yetirmişlər. Erməni vandallan qocaya, qadma, uşağa, xəstəyə, 
əlilə,  bir  sözlə,  heç  kəsə  mərhəmət  göstərməmiş,  əsirlikdə  saxlanılanlara 
qeyri-insani  münasibət bəsləmişlər.  Təəssüf və  təəccüb  doğuran  isə  ondan 
ibarətdir ki, bütün bu və ya digər işgəncələr, alçaldıcı və qeyri-insani cəzalar 
dünyanm gözü qarşısında baş verir.
Müasir  dünyanm ən mühüm qayğılanndan biri  də,  təbii  ehtiyatlann tü- 
kənməsi təhlükəsidir. Enerji ehtiyatlanna olan tələbat isə ildən-ilə artmaqda- 
dır.  Yuxarı  Qarabağ ərazisi işğal  edildikdən  sonra burada  analoqu  olmayan 
faydalı qazmtı yataqlan erməni vandallan tərəfındən çıxanlaraq mənimsənilir. 
Əvəzi ödənilmədən sanki torpağın şirəsi çəkilir. Qeyd edək ki,  işğal edilmiş 
ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqlan, o cümlədən: 5 qızıl, 6 civə,
2 mis,  1  qurğuşun və  sink,  19 üzlük daşı,  10 mişar daşı,  4  sement xammalı, 
13  müxtəlif növ tikinti  daşları,  1  soda  istehsalı üçün  xammal,  21  pemza və 
vulkan  külü,  10  gil,  9  qum-çmqıl,  5  tikinti  qumu,  9  gips,  anhidrid  və  gəc,
1  perlit,  1  obsidian,  3  vermikulit,  14 əlvan və bəzək daşları (əqiq,  oniks, yə- 
şəm  və  s.),  11  şirin  yeraltı  su  yataqları  yerləşir  ki,  bu  da  respublikamızın 
iqtisadi potensialmda mühüm əhəmiyyət kəsb edirdi.
Hazırda Yuxarıda Qarabağ ərazisində ermənilər tərəfmdən faydalı qazıntı 
yataqlarmın axtarışı və  istisman  davam etdirilir.  Kəlbəcər,  Zəngilan,  Xoca- 
vənd rayonu ərazilərində yeni qızıl yataqları, Kəlbəcərin Sarıbulaq, Ağyataq 
və  Lahıc  ərazilərində  isə  yeni  civə  yataqları  aşkar  edilərək  mənimsənilir. 
Aydındır  ki,  təbii  ehtiyatlardan  səmərəsiz  istifadə  edilməsi,  ətraf mühitin 
pozulması və çirklənməsi gələcəksiz inkişafm əsas səbəblərindəndir.  Gələcək 
nəsillər  ermənilərin  törətdikləri  vəhşiliklərə  görə  onları  heç  vaxt  bağışla- 
mayacaq.  Ümummilli  liderimiz H.Ə.Əliyev  çıxışlarından birində  göstərmiş- 
dir:  «Faşistliyin,  vəhşiliyin  dərəcəsi yoxdur.  Erməni  işğalçılannm  hərəkət- 
ləri məhz bunu sübut edir».
Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, işğal altmda olan ərazilərin 
yaşıllıqları,  flora və  faunası  dəyər-dəyməzinə  xarici  ölkələrə  satılır.  Ermə- 
nistanm «Artsaxbank» və digər bankları bu istiqamətdə böyük kapitallar qoy- 
maqdadırlar.  Həmçinin Fransa və  Livanm 21  şirkəti bu ərazilərdə  fəaliyyət 
göstərməkdədir.  Livanın  silah  kontingentinə  yararlı  olan  ağaclar  kəsilərək 
doğramlır və onlardan silah qundaqları, ayn-ayn raketləri saxlamaq üçün ağac 
tozları  istehsal  olunur.  Həmin  zavodlar  da  məhz  işğal  olunmuş  ərazilərdə 
tikilmişdir. Hər gün Yunanıstana və İrana  1400 kubmetr ağaclar daşınır.
Azərbaycanm  işğal  olunmuş  ərazilərində  erməni  quldurları  tərəfındən 
müxtəlif heyvan (cüyür,  dağ keçisi, çöl donuzu,  ayı və  s.  ov quşları) növləri 
qeyri-qanuni  və  qeyri-humanist  üsullarla  ovlanır.  Döyüş  mövqelərində,  tə- 
mas xəttində minalanmış sahələrə daxil olan heyvanlar minalarm partlaması 
nəticəsində məhv olur.
Bütün  bunlarla  yanaşı,  Azərbaycanm  işğal  olunmuş  ərazilərində  Ermə- 
nistan  silahlı  qüwələrinin hərbi  fəaliyyəti nəticəsində  ətraf mühit  fıziki və 
kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada yaşayan müxtəlif, nadir 
bitki və heyvan növləri  də məhv  edilməkdədir.  Belə ki,  işğal  olunmuş  əra- 
zilərdə təlim və taktika dərslərində xüsusi növ döyüş sursatlarmdan istifadə 
edilir.  Qeyd  edilən  xüsusi  növ  döyüş  sursatlarmm  tərkib  hissəsini  əsasən 
müxtəlif növ kimyəvi elementlər və birləşmələr təşkil edir.  Bu kimyəvi  ele- 
mentlərin və birləşmələrin zəhərli  təsir gücü ətraf mühit üçün təhlükəlidir. 
Təlim  məşqlərində  bu  növ  silahlardan  istifadə  edilərkən  canlı  təbiətə,

torpağa, su mənbələrinə və atmosferə illərlə bərpası mümkün olmayan ziyan 
vurulur.
Döyüş  mövqelərində  yerləşdirilmiş  Ermənistan  ordu  bölmələrinin  atəş 
hazırlığı  və  taktika  təlim  məşqləri  zamanı  Azərbaycan  təbiətinə  məxsus 
müxtəlif, nadir heyvan və bitki növləri məhv edilmişdir.
Azərbaycamn  işğal  olunmuş  ərazilərində  Ermənistan  ordu  birləşmələri 
bütün  döyüş  mövqeləri boyu,  qarşı  tərəfdən külli  miqdarda  tank  və  piyada 
əleyhinə minalar basdırmaqla mühafızə sahəsi yaratmışdır. Minalanmış sahə- 
lərə tək-tək və yaxud sürü halında maral, ayı,  çöl  donuzu,  iri  qanadlı  quşlar 
və digər müxtəlif heyvan növləri daxil olarkən tez-tez baş verən partlayışlar 
nəticəsində həmin heyvanların məhv olması ilə yanaşı, ətraf mühitə də ziyan 
vurulur. Partlayış nəticəsində süxurlarda dəyişikliklər, torpaq, flora və fauna- 
nın məhv olması, atmosferin kimyəvi çirklənməsi baş verir.  Bu  gün erməni- 
lərin  döyüş  mövqelərində  meşə  və  quru  otlaq  sahələrində  yanğınların  baş 
verməsi müşahidə olunmaqdadır. Yanğınlar, adətən, odlu silahlardan açılmış 
atəş və mina partlayışı nəticəsində baş verir. Yanğınlara nəzarət edilməməsi 
və vaxtında söndürülməməsi nəticəsində Azərbaycamn təbii mühitinə, meşə 
təsərrüfatma, bitki və heyvanlar aləminə böyük ziyan  vurulmuşdur.  Erməni 
vandallannın  döyüş  mövqelərində  yerləşdirdiyi  ağır  texnikaların  hərəkəti, 
yerin üst təbəqəsinə -  torpaq quruluşuna xeyli ziyan vurur.  Bu zaman torpa- 
ğın üst təbəqəsində dərin təkər izləri, şıramlar, çökəkliklər və dərin lağımlar 
yaramr.  Belə şəraitdə torpağın canlı aləm üçün üst qatı  yararsız  hala düşür. 
Təbii yolla torpağın əwəlki vəziyyətinə bərpa olunması  üçün uzun müddət 
vaxt və külli  miqdarda vəsait tələb  olunur.  Ermənilər  işğal  olunmuş  ərazi- 
lərdə özünün şəxsi heyətini və hərbi texnikasmı saxlamaq və müdafıə etmək 
məqsədilə  döyüş  mövqelərində  səngər,  xəndək,  əlaqə  yolları,  oyuq  və 
sığınacaq yerləri inşa etmişdir. Mühəndis istehkam qurğularm inşası zamam 
partlayıcı maddələrdən belə istifadə etməkdən çəkinmir.  Partlayışlar zamanı 
torpaq qruntlarınm həcmində və quruluşunda müəyyən dəyişikliklər baş verir 
ki, bu da torpaq sürüşmələrinə və torpaq eroziyalanna səbəb olur.  Bəzi hal- 
larda isə istehkam qurğularmın inşası zamam,  döyüş texnikalarının,  silah və 
döyüş  sursatlanmn  sığınacağı  üçün  ağac  dirəklərdən  istifadə  məqsədilə 
ağaclar kəsilir. Meşə sahələrində mühəndis istehkam qurğularının inşası za- 
manı əsasən meşədəki ağaclar bu və ya digər məqsədlər üçün doğramr.
Azərbaycamn işğal olunmuş ərazilərində Ermənistan silahlı qüwələri, hərbi 
obyektlərdə qoşunlann döyüşə hazırlığının, hərbi texnikalanmn və digər hərbi 
obyektlərin mövcudluğunun gizlədilməsinin təmin edilməsi üçün maskalanma- 
dan  istifadə  edir.  Maskalanmada,  qarşı  tərəfi  çaşdırmaq  məqsədilə  ərazidə
yöndəmsiz mühəndis istehkam qurğulan inşa edilir və nəticədə təbii peyzajın 
dəyişməsi və tamamilə məhv olması baş verir. Bunlardan başqa, maskalanmada 
ərazinin təbii vasitələrlə gizlədilməsi üçün ağac və kollardan istifadə olunur.
Əsir dindirmələri və aparılan müşahidələr nəticəsində müəyyən edilmiş- 
dir ki, düşmən işğal olunmuş rayonlarm yaşayış məntəqələrində yaşayış evlə- 
rini və  binalan  söküb  dağıdaraq tikinti materiallarmdan müxtəlif məqsədlər 
üçün istifadə  edir.  İşğal olunmuş ərazilərdə, yaşayış məntəqələrində dağmtı 
və söküntü işləri zamanı Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin kö- 
məyindən və  ona məxsus  olan hərbi  texnikadan  istifadə  edir.  Dağlıq  Qara- 
bağda  ekoloji  durumla  bağlı  QHT-lər  tərəfindən  yaradılmış  işçi  qrupunun 
hazırladığı və bir çox beynəlxalq təşkilatlara göndərilmiş müraciətdə deyilir: 
«Ermənistan Dağlıq Qarabağa münasibətdə  «yandırılmış  torpaq taktikası»m 
tətbiq edir ki, bu da bütün region üzrə əhalinin həyatı üçün təhlükə yaradır».
Hazırda işğal  altında olan  1296381  hektar torpaq sahəsinin 45,1  faizi və 
ya 584030 hektarı müxtəlif dərəcədə eroziyaya uğramış sahələr kimi tədqiq 
olunmuşdur. Belə ki, həmin dövrdə torpaq ehtiyatlarınm 248420 hektan və ya
19,2  faizinin zəif,  158360 hektarı və ya  12,2 faizinin orta və  177250 hektarı 
və ya 13,7 faizinin şiddətli dərəcədə eroziyaya uğradığı müəyyən edilmişdir.
Bölgədə ümumi torpaq ehtiyatlarınm yansından çoxunun eroziyaya mə- 
ruz qalmış Cəbrayıl (71,9%) və Zəngilan (57,8%) rayonlannm payına düşdüyü 
göstərilir.  İşğal altmda olan digər rayonların torpaq ehtiyatlarmm 38  faizinin 
eroziyaya  məruz  qaldığı  qeyd  edilmişdir.  Eləcə  də  torpaq  ehtiyatlarmm 
20  faizdən  çox  hissəsində  şiddətli  eroziya prosesinin  Laçın,  Qubadlı,  Zən- 
gilan və  Cəbrayıl  rayonlarınm ərazilərində  baş  verdiyi  göstərilmişdir.  İşğal 
olunmuş  ərazilərdə  meşə  örtüyünün  kütləvi  şəkildə  məhv  edilməsi,  meşə 
torpaqlarmm və eləcə də dağ çəmənliklərinin şumlanıb əkilməsi, torpaq örtü- 
yünün eroziyaya uğramasını sürətləndirməklə yanaşı, onun təbii bərpasını da 
mümkünsüz edir.
Beləliklə,  işğal olunmuş ərazilərdə,  ötən müddət ərzində,  Azərbaycanm 
aborigen əhalisinin əsrlər boyu formalaşdırdığı mədəni-ekoloji landşafitın kom- 
ponentlərinə də ciddi maddi və mənəvi ziyan vurulmuş və bu sahədə işğalçı 
qüwələr  hazırda  da  çirkin  «fəaliyyətlərini»  davam  etdirirlər.  Hazırda  işğal 
edilmiş ərazilərdə mədəni-ekoloji landşaftlarda baş verən ekoloji fəlakətlərin 
miqyasmm tam  dəqiqləşdirilməsi  mümkün  olmamışdır.  Ekologiya və  Təbii 
Sərvətlər naziri  Hüseyn Bağırovun  sözlərinə  görə:  «İşğal  nəticəsində  dağı- 
dılmış ekoloji mühitin bərpası üçün milyon illər lazım gələcək».
Azərbaycan  Respublikasınm  Ermənistan  Respublikası  tərəfindən  işğal 
olunmuş  20%) ərazisində təbii sərvətlərin heç bir beynəlxalq norma və  qay-

dalara əməl edilmədən, amansızlıqla talan edilməsi və kütləvi halda istismar 
edilməsi  nəticəsində  ətraf  mühitə  çox  böyuk  ziyan  vurulmuşdur.  Erməni 
işğalçılan tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tər- 
tər  və  Xocavənd  rayonlarının  əraziləri  düşünülmüş  şəkildə  od  vurularaq 
yandınlır.  Yanğınlar ermənilərin nəzarətində olan min hekatarlarla ərazilərə 
də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur.
Mövzunun aktuallığmı  şərtləndirən amillərdən biri də xalqımızm az-çox 
üzləşdiyi sosial-iqtisadi problemlərin əsas səbəbinin Ermənistanın Azərbaycan 
torpaqlannm işğal etməsi nəticəsində olduğunu açıb göstərməkdən ibarətdir.
Təsəwür  edin,  əgər  Azərbaycan  zorla  münaqişəyə  sürüklənməzdisə, 
onun  ərazi  bütövlüyü pozulmazdısa,  onda müstəqillik əldə  etmiş  ölkəmizin 
inkişafı hansı səviyyədə olardı? Azərbaycanm düçar olduğu Dağlıq Qarabağ 
münaqişəsi yüz minlərlə insanın taleyində faciəli rol oynamışdır. Bu insanlann 
hüquqlan  tapdalanmışdır.  Onların  şərəfi,  ləyaqəti təhqir olunmuş,  gündəlik 
həyatm dəyərlərindən tam dolğunluğu ilə istifadə hüquqları pozulmuşdur. Bu 
insanlar  öz  doğma  ev-eşiklərini,  var-dövlətlərini,  yaxmlanm  itirdiklərindən, 
uzun  müddət  psixoloji  sarsmtı  keçirmişlər.  Onlar,  Azərbaycan  dövlətinin 
qayğısma  baxmayaraq,  bir  müddət  çadırlarda,  pis  şəraiti  olan  mənzillərdə 
yaşamışlar.  Hər  cür  yaşayış  vasitələrindən  məhrum  olmuş  qaçqınlarm  və 
məcburi köçkünlərin mənəvi psixoloji vəziyyəti uzun müddət sabitləşməmiş- 
dir. Bütün bunlar insanlann inkişafına mənfi təsirini göstərmişdir.
Erməni  təcavüzkarları  tərəfindən  ölkəmizdəki  qaçqm  və  məcburi  köç- 
künlərin ağır fiziki və mənəvi zorakılığa məruz qaldıqlannm faktlara və ma- 
teriallara əsaslanaraq tədqiqi mövzunun aktuallığmı daha da artmr.
Qeyd edək ki,  hər il dünyada baş verən müharibələr və təqiblər nəticə- 
sində on minlərlə insan ev-eşiyini, bəzi hallarda isə öz ölkəsini tərk etməyə 
məcbur olur,  qaçqma çevrilir.  Onlar çox vaxt öz doğma ocaqlanndan və ya- 
xmlarmdan  qəflətən  ayrılmalı,  evlərini  və  digər  əmlaklannı  atıb  getməli 
olurlar. Qaçqmlarm böyük bir hissəsi bir daha vətənə qayıda bilmirlər. Əksə- 
riyyəti isə qonşu ölkələrdə özlərinə sığmacaq axtarırlar.
Qaçqm -  irqi, dini, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubluğa və siya- 
si əlamətlərə  görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı qorxuya görə 
öz ölkəsini tərk etmiş və elə bu səbəbdən də oraya qayıda bilməyən, yaxud 
qayıtmaq istəməyən şəxsdir.
Bizim ölkəmizdə  qaçqmlar  1988-ci  ildə Ermənistanda yaşayan azərbay- 
canhlarm  Sovet ordusunun köməyi  ilə  ermənilər tərəfindən  zorakılıqla  qo- 
vulması nəticəsində meydana gəlmişdir. Ermənistanda öz dədə-baba torpaq- 
larında  yaşayan  azərbaycanlılann  həyatı  təhlükə  altma  düşdüyündən,  onlar
xilas üçün Azərbaycana pənah  gətirməli  oldular.  Onlann  sayı  təqribən  250 
mindən çoxdur.
Qaçqmlardan  əlavə,  təxminən  oxşar  vəziyyətdə  olan  və  sayca  onları 
üstələyən  insanlar  kateqoriyası  mövcuddur.  Bu,  ölkə  daxilində  bir  yerdən 
başqa yerə köçürülmüş şəxslər, daha doğrusu, məcburi köçkünlərdir.  Silahlı 
münaqişə, kütləvi zorakılıq hallan, insan hüquqlarınm pozulması və ya insan 
fəaliyyətinin törətdiyi fəlakətlər nəticəsində öz evlərini, yurd-yuvalannı tərk 
etməyə məcbur edilmiş,  lakin beynəlxalq qanunlarla tanman dövlət  sərhəd- 
lərini keçməmiş insanlar və ya insan qruplan məcburi köçkün sayılırlar.
BMT-nin  Qaçqınlarla  iş  üzrə  Ali  Komissarlıq  (QAK)-m  statistikasına 
əsasən hazırda 22 milyon insan ölkənin bir hissəsindən digərinə  qaçmışdır. 
Onun 1 milyonu Azərbaycamn payına düşür. Belə ki, Ermənistanm ölkəmizə 
qarşı  başladığı  müharibə  nəticəsində  (1988-1994)  Qarabağın  dağlıq  hissə- 
sində və ətraf rayonlarda yaşayan əhali bütün daşınar və daşmmaz əmlakla- 
nnı qoyaraq ölkənin digər ərazilərinə köçməyə məcbur olmuşdur.
Prezidentimiz İlham Əliyev çıxışlanndan birində göstərmişdir ki, «Ermə- 
nistanın Azərbayçan torpaqlarma təcavüzü nəticəsində ölkənin  1  milyondan 
artıq qaçqm və köçkünü əmələ gəldi. Azərbaycan əhalisinin sayına nisbətdə 
dünyada ən çox qaçqıriı olaıi ölkədir. 8 milyonluq əhalinin 1 milyonunun belə 
vəziyyətdə  olması,  əlbəttə,  həm böyük  siyasi,  həm  də  iqtisadi problemdir. 
Biz  bu  problemin  həlli  üçün  bütün  gücümüzü  sərf  edirik  və  inanırıq  ki, 
tezliklə işğalçı ordu torpaqlanmızdan çıxarılacaq, qaçqm və köçkünlərimiz öz 
doğma ocaqlanna qayıdacaqlar».
BMT Baş Katibinin xüsusi nümayəndəsi köçkünlərin müdafıəsi ilə məş- 
ğul  olur.  1998-ci  ildə  QAK-da  köçkünlər  haqqmda  məsələlər  üzrə  rəhbər 
prinsiplər işlənib hazırlanmışdır. Bu prinsiplərdə bütün dünyada köçkünlərin 
xüsusi tələbatlan əks olunur: şəxslərin zorakılıqla başqa yerə köçünilməkdən 
müdafiəsinə,  yerdəyişmə  zamanı,  köçmə,  habelə  qayıtma  və  reinteqrasiya 
zamanı onlara yardım göstərilməsinə və onların müdafiəsinə aid hüquqlar və 
təminatlar müəyyən edilir.
Ölkəmizdəki qaçqınlar və məcburi köçkünlər erməni təcavüzkarlan tərə- 
fındən  ağır  fiziki  və  mənəvi  zorakılığa məruz  qalıblar.  Onlar  doğma yurd- 
yuvalanndan,  ata-babalarmm  uyuduqlan  qəbiristanlıqlardan,  əmlaklarmdan 
məhrum olublar.  Azərbaycan hökuməti qaçqınları ölkə ərazisində yerləşdir- 
miş,  onlara qaçqın  statusu vermiş,  ölkə  vətəndaşlığına qəbul  etmişdir.  Qaç- 
qınların və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yaradılmışdır. Çə- 
tin şəraitdə yaşayan, respublikanm müxtəlif rayonlarma səpələnmiş məcburi 
köçkünlərə  bir  sıra  imtiyazlar  verilmişdir.  Azərbaycan  dövlətinin  yeritdiyi

siyasətin  nəticəsində  məcburi köçkünlərin yaşadıqlan  çadır  şəhərciklərinin 
əksəriyyəti ləğv edilmiş, onlar müasir tipli mənzillərə köçürülmüşlər.
Ölkə  qanunvericiliyində  bütün vətəndaş  üçün nəzərdə  tutulmuş  iqtisadi 
və sosial hüquqlar qaçqınlara da şamil edilmişdir.  Onlar bir sıra müavinətlər 
və yardımlar alır, uşaqlarmı ali məktəblərdə pulsuz oxudurlar.
Lakin  Beynəlxalq  humanitar yardımlar və  hər  cür  hüquq  və  imtiyazlar 
qaçqın və məcburi köçkünlərin keçirdiyi mənəvi-psixoloji sarsıntıları sağalda 
bilməz.  Hər bir qaçqm və məcburi köçkünün ürəyi doğma el-obasına qovuş- 
maq üçün  döyünür.  Yalnız Vətən həsrətinin sonu onlarm qəlbinə vurulmuş 
yaralan sağalda bilər. Əminik ki, tezliklə torpaqlanmız işğaldan azad olacaq, 
məcburi köçkünlər öz doğma ocaqlarına qayıdacaqlar.
«Azərbaycamn Xankəndi şəhərinin tarixi» mövzusunun məqsəd və vəzi- 
fələri mövzunun aktualhğmdan irəli gəlir. Tədqiqatın əsas məqsədi, Azərbay- 
canın Xankəndi şəhərinin tarixini kompleks şəkildə təhlil etməklə, Ermənis- 
tan-Azərbaycan  Dağlıq  Qarabağ probleminin  səbəbləri,  gedişi  və  törətdiyi 
ağır  nəticələri,  müqayisələr  aparmaqla  Xankəndi  şəhərinin  «sosial-iqtisadi 
geriliyi»  barədə  ortaya  atılan  tezisin əsassız  olduğunu,  Xankəndi  şəhərinin 
tarixən Azərbaycan ərazisi olduğunu, tarixin heç bir mərhələsində Azərbay- 
candan aynlmadığım sənədlər və materiallar əsasmda sübut etməkdən ibarət- 
dir. Monoqrafiya yazılarkən, müəllif bu və ya digər məqsədə nail olmaq üçün 
aşağıdakı konkret məsələlərin həllini bir vəzifə kimi qarşıya qoymuşdur:
-  İlkin vəzifələrdən biri, Ümummilli liderimiz H.Ə.Əliyevin «tariximizin 
uzun  illər  obyektiv  qiymətini  almamış,  təhrif  olunmuş  hadisələrinə 
yenidən  nəzər  salmaq,  nəticələr  çxxarmaq,  gələcək  üçiin  vəzifələr 
müəyyən etmək» devizinin reallaşması üçün faktlara, materiallara əsas- 
lanaraq obyektiv təhlillər aparmaq;
-  Xankəndi şəhərinin tarixinə dair yazılmış əsərləri nəzərdən keçirməklə, 
problemin öyrənilməsi  səviyyəsini müəyyənləşdirmək və onlann elmi 
təhlilini vermək;
-  Mövzu ilə bağlı aşkara çıxarılmış arxiv materialları, çap edilmiş qaynaq- 
ları dərindən öyrənmək, yeni faktlan təhlil etmək və sistemləşdirmək;
-  Gülüstan  və  Türkmənçay  müqavilələrinin  qarətçi,  ədalətsiz  müqavilə 
kimi Rusiya imperiyasımn işğalçılıq siyasətinin davamı kimi qiymətlən- 
dirmək və faktlarla əsaslandırmaq. Müqavilə əsasmda ermənilərin Azər- 
baycan torpaqlanna, o cümlədən Xankəndinə köçürülmesinin məqsəd- 
lərini izah etmək. Xankəndində qədimdən yaşayan azərbaycanlılann sıxış- 
dırılması, bölgəyə köçürülən ermənilərə yüksək səlahiyyət verilməsini 
Azərbaycan xalqma qarşı ümumbəşəri cinayət olduğunu əsaslandırmaq;
-  Xankəndində komendant idarə sisteminin tətbiqini,  Rusiya İmperiyası- 
nın  Şirnali  Azərbaycanda  müstəmləkə  siyasətinin  həyata  keçirilməsi 
üçün vasitə olduğunu sübut etmək. Komendantlıq sisteminin yerli döv- 
lətçılik ənənələrini məhv etmək məqsədi daşıdığmı, onun hərbi-feodal 
xarakterini açıqlamaq, Rusiyanm köçürmə siyasətini müstəmləkəçiliyin 
əlaməti  kimi  qiymətləndirmək.  Şimali  Azərbaycana  ermənilərin  küt- 
ləvi şəkildə köçürülməsini müasir dövrlə əlaqələndirmək;
-  Xankəndinin .Azərbaycanm qədim yaşäyış  məskəni  olduğunu faktlarla 
sübut etmək;
-  Xankəndi  şəhərinin  yaranma  tarixini,  ərazisini  və  təbii-coğrafi  xüsu- 
siyyətlərini şərh etmək;
-  Xankəndi şəhərində sosialist təsərrüfat sisteminin formalaşdınlmasmm 
xüsusiyyətlərini və nəticələrini şərh etmək. Yeni sənaye sahələrinin və 
obyektlərinin  salınmasmm  Azərbaycan  xalqınm  yox  SSRİ-nin  məna- 
feyinə uyğun olduğunü faktlarla sübut etmək;
-  Xankəndi şəhərinin coğrafi mövqeyini, sahəsini, relyefini, geoloji quru- 
luşunu, torpaq və bitki örtüyünü, əsas yaşayış məntəqələrini, sənayesini 
işıqlandırmaq;
-Xankəndi  şəhərinin  iqtisadi,  ictimai-siyasi  və  mədəni  həyatmı  təhlil 
etmək;
-  Şəhərdə  yaşayan  əhalinin  sayım,  etnik  və  milli  tərkibini,  miqrasiya 
prosesini izləmək;
-  Xankəndi  şəhərində  «Proletar  mədəniyyəti»  adı  altxnda  Azərbaycan 
xalqxnm milli-mənəvi  dəyərlərinə,  xalq musiqisinə,  musiqi  alətlərinə, 
ərəb  əlifbası  ilə yazılmış  nadir əsərlərə  qarşx hücumlarda Azərbaycan 
xalqınm öz milli-mənəvi dəyərlərinə məhəbbət hissini öldürmək məq- 
sədi güddüyünü izah etmək;
-  Xankəndi  əhalisinin etnik-milli tərkibi  ilə bağlı  erməni  millətçilərinin 
saxta  mülahizələrinin  əsassızlığım  tarixi  faktlar  əsasında  sübut  etmək;
-  Şəhərdə ermənilərin sayrnın süni surətdə artınlması məqsədlərinə aydm- 
lıq gətirmək;
-  Yenidənqurma, cəmiyyətin demokratikləşməsi, kütlələrin siyasi fəallı- 
ğının yüksəlməsi,  istiqlaliyyət uğrunda mübarizə və  Sovet İmperiyası- 
nm  iflası  faktlan  arasmda  səbəb-nəticə  əlaqələrini  məntiqi  sxem şək- 
lində ifadə etmək;
-  Ermənistan silahlı birləşmələri tərəfmdən Xankəndi şəhərinin işğalımn 
şəhərin  landşaftma,  ekologiyasma,  iqliminə  və  digər komponentlərinə 
göstərdiyi təsiri təhlil etmək;

-  Xankəndi şəhərin sənayesinin ümumi xarakteristikasını vermək.  Bölgə- 
nin sənayesinin təbii resurs amillərini, başlıca sahələrini, nəqliyyatım, sə- 
hiyyə, idman, mədəni-maarif, mətbuat, elm, incəsənət, məktəb və digər 
sahələrin inkişafinı, bu inkişafın başlıca amili kimi Azərbaycan dövlətinin 
Xankəndi şəhərinə göstərdiyi dərin qayğının nəticəsi olmasını açıqlamaq;
-  Çarizmin Azərbaycanda milli qırğm siyasəti,  1920-ci il Sovet hökumə- 
tinin kütləvi qırğınları, DQMV-nin yaranması və hazırkı Qarabağ prob- 
lemi  arasmda  əlaqəni  müəyyənləşdirmək.  DQMV-nin  yaranmasını 
Azərbaycana qarşı  «parçala və hökm sür» inperiya siyasətinin davamı 
kimi qiymətləndirmək;
-  Şəhərin  erməni rəhbərliyi  tərəflndən burada yaşayan azərbaycanlılara 
qarşı ögey münasibətlərin səbəblərinə aydınlıq gətirmək;
-  «Xankəndi  şəhərinin  tarixi»  mövzusu  üzrə  formalaşdınlan  əsas  anla- 
yışlan izah etmək və düzgün izləmək;
-  Faktlara və materiallara əsaslanaraq Xankəndi şəhərinin sosial-iqtisadi 
durumunun Azərbaycanm digər şəhərləri ilə müqayisədə yüksəkdə da- 
yandığını  göstərməklə,  erməni  ideoloqlannm  «şəhərin  sosial-iqtisadi 
gerilik» konsepsiyasımn tamamilə saxta olduğunu sübut etmək;
-  Dünyada mövcud olan münaqişə ocaqlarmm yaranmasmın səbəblərini, 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  həmin 
münaqişələrlə ümumi və fərqli xüsusiyyətlərini aydmlaşdırmaq, müna- 
qişələrin  aradan  qaldırılmasında  BMT,  ATƏT  və  digər  beynəlxalq 
təşkilatların rolunu izah etmək;
-Xankəndi  toponiminin mənşəyini  və  coğrafi məzmununu  aydmlaşdır- 
maq, həmin toponimin erməniləşdirilməsi (Stepanakert adlandınlması) 
məqsədlərinə aydmlıq gətirmək;
-  Tariximizi  saxtalaşdıran  erməni  millətlərinin  «Xankəndi  şəhərinin  iq- 
tisadiyyatmm  Ermənistanla  sıx bağlılığı»  fıkirlərinin əsassız  olduğunu 
faktlarla açmaq;
-  Yeri gəldikcə,  dünyanın əsas iqtisadi güc mərkəzlərinin yaranması sə- 
bəblərini  müəyyənləşdirmək,  Avropaya  inteqrasiyasınm  mahiyyətini, 
əsas əlamətlərini açıqlamaq;
-  Canlı şahidi olduğumuz hadisələrə, sənədlərə və materiallara əsaslanaraq 
XX yüzillik ərzində Azərbaycan xalqına qarşı  ermənilərin törətdikləri 
kütləvi qırğınlann, soyqınmı hadisələrinin, faciələrin köklərini araşdırmaq;
-  Bu gün xalqımızm az-çox üzləşdiyi sosial-iqtisadi problemlərin əsas sə- 
bəbi  «Ermənistanın  Azərbaycan  torpaqlarını  işğal  etməsi»nin  nəticə- 
sində olduğunu faktlara əsaslanaraq açmaq;
-  Sovet  imperiyasınm  ikili  siyasəti,  milli  münasibətlərin kəskinləşməsi, 
Qarabağ  düyünü,  demokratik  hərəkatm  yüksəlməsi  və  qanlı  yanvar 
faciəsi arasmdakı səbəb-nəticə əlaqələrini açıqlamaq;
-   1923-1991-ci  illər  ərzində  Azərbaycan  hökumətinin  Xankəndi  şəhə- 
rində sənayenin, mədəniyyətin, əhalinin sosial vəziyyəti və məişətinin 
yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərin xronologiyasmı izlə- 
mək və görülən tədbirlər nəticəsində şəhərdə baş verən sosial-iqtisadi 
və mədəni inkişafı səciyyələndirmək; •
-  Xankəndi, Xocalı,  Şuşa,  Qarakənd,  Əsgəran hadisələrini,  Qərbi Azər-
.  baycan  torpaqlanndan  azərbaycanlılann  kütləvi  qovulmasım,  Dağlıq
Qarabağda  baş  verən  hadisələri,  ermənilərin  1905-1906,  1918-1920, 
1948-1952,  1966-1967-ci  illərdə törətdikləri cinayətlərlə  əlaqələndir- 
mək;
-   1988-1994-cü  illər  «Qarabağ  savaşı»nm  iştirakçısı  və  şahidi  kimi, 
Azərbaycan Respublikasınm ərazi bütövlüyünün qorunmasmda, torpaq- 
lanmızm erməni təcavüzündən müdafiəsində erməni işğalçılanna qarşı 
mübarizədə  qəhrəmanlıq  göstərən  qeyrətli  vətən  övladlarmm  şanlı, 
mərd döyüş yolunu izləmək;
-  Qaçqmlıq  və  məcburi  köçkünlüyün  səbəblərini  müəyyənləşdirmək. 
Respublikamızdakı  qaçqın və  məcburi  köçkünlərin  ağır  fiziki  və  mə- 
nəvi  zorakılıqlara  məruz  qaldıqlan,  sosial  vəziyyətlərinin  ağırlaşması 
və  sair  kimi  hallarm  əsas  törədicisinin  erməni  vandallan  tərəfmdən 
törədildiyini faktlarla açmaq;
-   1993-2010-cu  illər  ərzində  Azərbaycan  rəhbərliyinin  qaçqın  və 
məcburi  köçkünlərin həyat  səviyyəsinin yaxşılaşdırılması  istiqamətin- 
də həyata keçirdiyi tədbirlərin mahiyyətini açmaq;
-  Canlı  şahidi  olduğumuz  hadisələrə,  arxiv  sənədlərinə,  dövri  mətbuat 
materiallanna  əsaslanaraq  XX  yüzillik  ərzində  erməni  vandallannm 
Azərbaycan xalqma qarşı törətdikləri kütləvi qırğmlann,  soyqırımı ha- 
disələrinin, faciələrin köklərini araşdırmaq və bütün bunlann arxasmda 
Sovet Rusiyasının dayandığım faktlarla səciyyələndirmək;
-  Bu gün Azərbaycamn Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin 
beynəlxalq  terrorizmin  təlim  meydanına,  müxtəlif növ  kimyəvi  qırğın 
silahlannın smaq meydanına, habelə nüvə tullantılarınm basdırıldığı zo- 
naya çevrildiyini, bölgənin narkotik maddələrin istehsal və ixrac edildiyi, 
nəzarətsiz  ərazi  kimi  istifadə  olunduğunu,  işğal  olunmuş  ərazilərdə 
tarix və mədəniyyət abidələrimizin dağıdıldığım, təbiətin, ekologiyasınm 
amansızcasma korlanmasına şərait yaradıldığını faktlarla sübut etmək;

-  1993-2010-cu  illərdə  Ermənistaxı-Azərbaycan Dağlıq Qarabağ  müna- 
qişəsinin  həlli  Beynəlxalq  nizamlama  istiqamətində  Ümummilli  lide- 
rimiz  H.Ə.Əliyevin,  gənc  və  istedadlı  Prezidentimiz  İlham  Əliyevin 
məqsədyönlü fəaliyyətlərinin əsas istiqamətlərini müəyyənləşdirmək;
-  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  tarixi  və 
geosiyasi köklərini, mahiyyətini,  xarakterini,  münaqişənin həlli məsə- 
ləsində beynəlxalq təşkilatlann və böyük dövlətlərin fəaliyyətini öyrən- 
mək və əldə edilmiş nəticələri qiymətləndirmək;
-  İşğal edilmiş Azərbaycan torpaqlanndan Ermənistan silahlı birləşmələ- 
rinin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının 
Ermənistan üçün əhəmiyyətli bir addım olmasmı vurğulamaq.
Monoqrafiyamn mənbəşünaslıq bazasını tədqiqat işləri, arxiv materialları, 
statistik  və  cari  hesabatlar,  elmi-metodik  ədəbiyyat,  bioqrafik  yazilar,  kül- 
liyyatlar, dövri mətbuat materialları, yeddicildlik Azərbaycan tarixinin bütün 
cildləri, A.A.Bakıxanov adma Tarix İnstitutunun Elmi Arxivinin, AMEA-mn 
Elmi  Kitabxanasınm,  AMEA-nm  Əlyazmalar  İnstitutunun,  ARDA-nm, 
ARDSPİHA-nm  və  M.F.Axundov  adma  Respublika  kitabxanasımn  fond- 
lannın materialları təşkil edir.
Monoqrafiyanın yazılmasmda DQMV-nin  inkişafı üçün Azərbaycan hö- 
kuməti  tərəfindən  verilmiş  rəsmi  sənədlərdən,  Azərbaycana  30  ildən  artıq 
rəhbərlik etmiş və həmişə DQMV-nin inkişafını diqqət mərkəzində saxlayan 
Ümummilli  liderimiz  H.Ə.Əliyevin  çıxış,  nitq,  məruzələrindən,  Prezident 
İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh 
yolu ilə həll edılməsi istiqamətində apancı xarici dövlət başçıları ilə görüş- 
lərdəki  dərin  məzmunlu  nitqləri,  nüfuzlu  beynəlxalq  təşkilatlardakı,  rəsmi 
dövlət xadimləri ilə ikitərəfli və çoxtərəfli görüşlərdə problemlə əlaqədar çıxış 
və bəyanatlanndan, Azərbaycan Respublikasınm Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin, Müdafiə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Turizm və 
Təbii Sərvətlər Nazirliyinin cari arxiv və arayışlarmdan istifadə edilmişdir.
Bütün bunlarla yanaşı, Azərbaycanın tarixçi alimlərindən R.Mehdiyevin, 
Y.Mahmudovun,  T.Vəliyevin,  O.Əfəndiyevin,  Z.Səmədzadənin,  K.Şükü- 
rovun, N.Vəlixanlınm, İ.Məmmədovun, C.Quliyevin, T.Köçərlinin, O.Sulta- 
novun,  F.İbrahimlinin,  Q.Hacıyevin,  C.Bəhrəmovun,  T.Musayevanın,
A.Məmmədovun,  C.Bəhramovun,  X.Xəlilovun,  İ.Bağırovanın,  V.Əliyevin 
və  digərlərinin  yazdıqlan  qiymətli  əsərlər  müraciət  etdiyimiz  mövzunun 
mənbələrinə daxildir.
Demokratiya və aşkarlığın inkişaf etdiyi müasir dövr tariximizin obyektiv 
şəkildə  öyrənilməsinə  şərait  yaradır.  «Azərbaycanm  Xankəndi  şəhərinin
tarixi» mövzusu işlənərkən tarixilik,  elmilik,  obyektivlik,  məntiqi əsaslandır- 
ma, tənqidi yanaşma əsas tədqiqat prinsipi və üsullan seçilmişdir.  Xankəndi 
şəhərinin tarixi həm Azərbaycanm digər şəhərlərinin, həm də dünya şəhər- 
lərinin tarixinə  dair materiallar əsasmda tarixi-müqayisəli metodla  araşdırıl- 
mışdır. Monoqrafiyanm mövzusu ilə bağk olan mənbələrin hərtərəfli nəzər- 
dən  keçirilməsi,  materiallarm  diqqətlə  araşdırılması,  erməni  müəlliflərinin 
əsərlərində Xankəndi şəhərinin tarixi ilə bağlı hər bir fıkrə tənqidi yanaşma 
və  təhliletmə  monoqrafiyanı  faktlarla  zənginləşdirmişdir.  Xankəndi 
şəhərinin tarixinə dair çıxarılan nəticələr, istifadə olunan materialların analizi 
və sintezi ilə mümkün olmuşdur. Müqayisələrə və təhlillərə cəlb edilən təd- 
qiqat əsərləri,  tarixi əsərlər,  görkəmli tarixçi alimlərin elmi fikir və mülahi- 
zələri monoqrafiyanm elmi-nəzəri bazaşım təşkil edir.
Azərbaycanın Xankəndi şəhərinin tarixini hərtərəfli, obyektiv tədqiq edil- 
məsinin böyük elmi və praktik əhəmiyyəti vardır. Oxucu Xankəndi şəhərinin 
Azərbaycanm qədim tarixə malik yaşayış məskəni və şəhəri olduğunu, tarixi- 
mizin heç bir mərhələsində ondan aynlmadığmı dərk edir. Bu baxımdan «Xan- 
kəndi şəhərinin tarixi» mövzusu, tarixi diyarşünaslıq və vətənpərvərlik baxı- 
mından  əhəmiyyətə  malikdir.  Eyni  zamanda  şəhərin  təbiəti,  iqtisadiyyatı 
və mədəniyyəti  ilə tanışlıq gənclərdə  Vətənə məhəbbət ruhunu gücləndirir.
XIX  yüzilliyin  əwəllərində  ermənilərin  məqsədli  şəkildə  Xankəndinə 
köçürülməsi məsələsinin işıqlandınlması, bir sıra məsələlərə aydınlıq gətirir.
Təqdim  olunan  monoqrafiyanın  materiallarmdan,  əldə  olunmuş  elmi 
nəticələrdən Azərbaycanm  şəhərlərinin tarixinin,  Qarabağın tarixinin bütün 
dövrlərini özündə əks etdirən «Qarabağ» adlı biblioqrafik nəşrlərin və salna- 
mələrin tərtibində, Dağlıq Qarabağın tarixinin tarixşünaslığının yazılmasında 
istifadə edilə bilər. Tədqiqat əsasında ilk dəfə elmi dövriyyəyə daxil edilmiş 
materiallar  milli  özünüdərketmənin  və  siyasi  təfəkkürün  formalaşmasmda 
faydalıdır. Mönoqrafiyanm materialları Azərbaycan tarixinin tədrisində ali və 
orta ixtisas məktəblərinin müəllim və tələbələri, elmi işçilər, şəhər və rayon 
tarixi  problemləri  ilə  məşğul  olan  tədqiqatçılar  üçün  də  əhəmiyyətlidir. 
Bütün  bunlarla  yanaşı,  monoqrafıyanm  materiallanndan  Ermənistan-Azər- 
baycan Dağlıq Qarabağ problemlərinin sülh yolu və ədalət prinsipi əsasında, 
Azərbaycanm  ərazi  bütövlüyü  çərçivəsində  həll  etməklə  məşğul  olan  bey- 
nəlxalq təşkilatlar da istifadə edə bilərlər.  Monoqrafıyam materialları, Qara- 
bağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımmdan böyük əhə- 
miyyət kəsb edir.

Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin