AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
1   2   3   4   5   6   7   8   9   ...   15

IFƏSİL 
XANKƏNDİNİN TARİXİ 
KEÇMİŞİNDƏN
Qarabağ  Azərbaycanm  ən  qədim  mədəniyyət  ocaqlanndan  biridir. 
Əlverişli təbii coğrafı şəraiti -  şirin su qaynaqlanmn, bitki və heyvanlar alə- 
minin zənginliyi,  təbii mağaralarm olması -  hələ  qədim dövrlərdən burada 
ibtidai  insanlarm  məskən  salmasına  imkan  yaratmışdır.  Dünyada  insanm 
yarandığı ilk məskənlərdən biri olan və əsrlər boyu təkcə Azərbaycanm deyil 
bütün Zaqafqaziyanın iqtisadi,  siyasi və mədəni həyatında mühüm rol oyna- 
mış Qarabağın olduqca zəngin bir keçmişi vardır. Əsrlər boyu yadelli işğalçı- 
lann  ardı-arası kəsilməyən hücumlarına  sinə  gərmiş qədim Qarabağ əhalisi 
nəinki öz varlığını  qoruyub saxlamış,  həmçinin xalqımızm çoxəsrlik tarixini 
özündə  əks  etdirən  zəngin  maddi-mədəniyyət  abidələri  yaratmışdır.  Lakin 
çox təəssüflər olsun ki, erməni vandallan, dünyada analoqu olmayan xalqımı- 
zm  uzun  əsrlər  ərzində  yaratdığı  bu  zəngin  mədəniyyəti  yandırmış,  məhv 
etmiş və ya özününküləşdirməyə cəhd etmişlər.
Qarabağ tarixən Azərbaycanm iqtisadi cəhətdən zəngin, inkişaf etmiş əya- 
ləti  olmuşdur.  O  coğrafi  mövqeyinə  görə  Şərq  və  Qərb  ölkələri  arasmda 
sanki bir körpü  idi.  Təsadüfl deyil ki,  İran dövləti  Qarabağı Zäqafqaziyanm 
açan rus çarizmi isə onu nəinki Azərbaycanm hətta, İranm qapısı hesab edirdi 
[17,  s.15].
Erməni  tarixşünaslığmda  Azərbaycanm  Kür  və  Araz  çaylan  arasındakı 
ərazisinin,  o cümlədən Dağlıq Qarabağm tarix boyu Ermənistanm tərkib his- 
səsi olması kimi saxta konsepsiya hakimdir. Xudbin niyyətli həmin ekstremist- 
lər «Artsax», «Xaçın», «Qarabağ» sözlərini erməniləşdirməyə cəhd etmişlər. 
Lakin toponimlər tarixi həqiqəti yaşadır. Bu həqiqətlər isə ermənilərin saxta, 
yalan və böhtanını bir daha təsdiqlədi. Belə ki, t.e.d., professor Y.Mahmudov 
və K.Şükürov «Qarabağ tarixi» kitabmda qeyd edirlər ki, «Qarabağ» sözünün 
izahını  qeydə  alınmış  «Arsax»  sözündən  başlamaq  qanunauyğımdur.  Arsax 
tanınmış  Azərbaycan  dövləti  olan  Albaniyanm  əyalətlərindən  biri  olmuş 
Qarabağın dağlıq və Mil düzünün bir hissəsini əhatə etmişdir [24,  s.3].
Tarixçi alim R.Göyüşov «Qarabağm keçmişinə səyahət» kitabında göstə- 
rir ki, XII-XIII əsrlərə qədər Qarabağ ərazisi müxtəlif adlar daşımışdır. Belə 
ki,  III-IV əsrlərə qədər Qarabağın bir hissəsi «Qarqarlar ölkəsi»,  digər his- 
səsi isə «Uti» adlanmışdır. III-IV əsrlərdə isə Qarabağm dağlıq hissəsi Arsax 
adlanırdı. Arsax, Çində Tann dağı ətəyində yaşamış türk Ağhun tayfalanndan
bir qolun adıdır. Yeri gəlmişkən,  göstərməliyik ki,  ilk orta əsrlərdə Arsaxm 
bir hissəsində türkdilli Ağhun adlanan tayfa yerləşmişdir [14,  s.71].
Antik müəlliflərdən Strabon, Selevik, Yustini, Pompey Troq, bəzi erməni 
tarixçiləri,  Bizanslı  Georgi  Sinqal,  Azərbaycan  alimlərindən  M.Seyidov,
C.Cəfərov, X.Xəlilov,  Q.Hacıyev, A.Qarabağlı və başqaları birmənalı şəkil- 
də göstərirlər ki, Arsaq (Ərsaq) Türk-saq tayfalarmdan çıxmış qüdrətli dövlət 
başçısı sərkərdə  olmuşdur.  Yuxarıda adıgedən müəlliflərin əsərlərini nəzər- 
dən  keçirərək  belə  qənaətə  gəlmək  olar ki,  Arsaq  sözünün birinci  kompo- 
nenti «ar» (ər) -  türk dünyasmda geniş yayılmış «igid,  ərən, kişi» deməkdir. 
.Sözün ikinci komponenti «saq» (sak)  isə türk tayfalarmm birliyinin admı da- 
şıyır. Beləliklə, «Arsaq» sözü mənşəcə türk sözü olub «Sak kişisi,  saq ərəni, 
sak ərəni» mənasmı verir. Aydm Qarabağlı «Tarixi həqiqətləri yaşadan topo- 
nimlər»  adlı məqaləsində  apardığı  elmi  araşdırmalar nəticəsində yazmışdır: 
«Türk sülaləsi yaşadığı və yayıldığı yerləri, o cümlədən gəlib məskunlaşdığı 
tarixi Qarabağm bir hissəsini öz adı ilə Arsaq (yaxud Artsak) adlandırmışdır. 
Artsak toponiminin başqa bir izahı da mövcuddur. Belə ki, qədim türk dilində 
«art» və «sak» sözləri -  «dağlıq ərazi», «dağlıq yer» deməkdir [19,  s.14]. Bu 
gün də Azərbaycan ərazisində saq (sak) tərkibli yer adlan mövcuddur (Şəki, 
Şakäşena  və  s.).  Eyni  zamanda  Ərsak  sözü  — Ərtoğrul,  Ərdahan,  Ərdəbil, 
Əraz,  Ərak  və  sair  sözlərin  əwəlindəki  «ər»  sözü  həm  mənşə,  həm  də 
mənaca bir kökdən ibarət olub sırf türk mənşəli sözdür».
Bəs  «Arsaq»  sözü nə vaxt «Qarabağ»  adı  ilə əvəzləşdirilmişdir? Tarixçi 
alimlərimizdən Y.Mahmudova, K.Şükürova, Q.Hacıyevə, X.Xəlilova, A.Qa- 
rabağlıya,  R.Yüzbaşova  istinadən  deyə  bilərik ki,  «Qarabağ»  adı  təxminən 
VII əsrdƏ işlənmişdir.  Qarabağ əw əllər konkret məkanı bildirmiş,  sonra isə 
geniş  coğrafı əraziyə aid edilmişdir.  Bəzi tədqiqatçılarm fıkrinə görə,  Qara- 
bağ tarixi etnoqrafık əyaləti adını qədim Qarabağ şəhərindən almışdır.  Coğ- 
rafiyaşünas-toponimist  R.Yüzbaşova  görə,  Araz  çayınm kənannda  Qarabağ 
şəhəri olmuşdur. R.Yüzbaşov «Azərbaycanın coğrafi adları» kitabmda yazır: 
«Bu şəhərin XVII əsrin birinci yarısma qədər mövcud olması haqqmda dəqiq 
kartoqrafik  məlumat  əldə  edilmişdir.  XVII  əsrin  birinci  yansmda  alman 
səyyahı  Adam  Olearinin  (1603-1671)  tərtib  etdiyi  «İran  Səltənəti»  adlı 
xəritədə  Qarabağ yaşayış  məntəqəsi  390  şimal  en dairəsi  ilə  820  20  dairə- 
sinin  kəsişdiyi  nöqtədə  göstərilir.  Həmin  şəhər  XVII-XVIII  əsrlərdə  baş 
vermiş müharibələr nəticəsində məhv olmuşdur» [3,  s.63-64].
X.Xəlilov yazır:  «Fikrimizcə Ağdərə rayonunda yerləşən  «Böyük Qara- 
bağ» kəndi mənbələrin bizə haqqında xəbər verdiyi Qarabağ şəhərinin qalı- 
ğıdır. Bu ehtimalm həqiqətə nə qədər müvafıq olduğunu «Böyük Qarabağ»da

aparılacaq  arxeoloji  qazmtılar  göstərəcəkdir.  «Ulu  Qarabağ»m  sıx,  qalm 
meşəlik  bir  sahədə  yerləşməsi  Qarabağ  toponimini  sıx,  qalm  meşəlik  yer 
kimi izah edən müəlliflərin fıkrini əyani olaraq təsdiq edir» [17, s.15].
Aydın  Qarabağlıya  görə,  «Qarabağ»  etnonimi  iki  tərkib  hissədən  iba- 
rətdir,  «qara» (qədim türk dilində) böyük, əzəmətli, möhtəşəm və «bak» el, 
oba, tayfa,  soy bildirməklə -  «böyük tayfa» mənasındadır [19, s.15].
Mənbələrdən məlum olur ki, qədim türk kəndlərində «Qarabağ» adlı tayfa 
da var idi ki, onlar Azərbaycanm qərb ərazilərinə axm etmiş və burada məs- 
kunlaşmışlar.  Qarabağ  etnoniminin  ariealı genişdir.  Belə  ki,  Türkiyədə,  Şi- 
mali Qafqazda,  Özbəkistanda,  Türkmənistanda,  Əfqamstanda Qarabağ topo- 
niminə rast gəlmək mümkündür.
Coğrafiyaşünas-toponimist R.Yüzbaşov «Qarabağ»  sözünə münasibətini 
bu cür açıqlamışdır: «Qara» bir neçə məna kəsb edir. Belə ki, onun bir mənası 
«qalın»,  «sıx»  deməkdir.  Başqa  bir  mənası  isə  «xalq»  və  «baq»,  «böyük 
bağ»,  «Şəfalı bağ» deməkdir [24, s.  61].
Akademiyanm müxbir üzvü, t.e.d., professor Y.Mahmudov və t.e.d. K.Şü- 
kürov yazırlar ki, Azərbaycanda tərkibində «Qara» sözü olan digər yer (Qara- 
yazı, Qaraçöp, Qarakənd, Qaraqoyunlu və b.) və şəxs (1300 illiyi qeyd olun- 
muş «Kitabi-Dədə Qorqud» dastamnda Salur Qazanın qardaşı Qarabudaq və s.) 
adları vardır. Göründüyü kimi Qarabağ etnomologiyası etibarilə sırf Azərbay- 
can gerçəkliyini və dilinin qayda-qanunlan ilə elmi izah olunur [24, s.4].
Qarabağın  tarixi  coğrafi  ərazisinə  gəldikdə  isə  M.C.Cavanşirin  1847-ci 
ildə yazdığı «Qarabağ tarixi»nə müraciət etsək daha doğru olar. Çünki həmin 
əsərin özü də tarixi qaynaqlara əsaslanmışdır və əsərin müəllifi dövlət adamı 
idi.  Qədim  tarix  kitablarınm  yazdığma  görə  Qarabağ  vilayətinin  sərhədi 
belədir: Cənub tərəfdən Xudafərin körpüsündən Sımq Körpüyə qədər -  Araz 
çayıdır. İndi Smıq Körpü -  Qazax,  Şəmşəddin Dəmirçi-Həsənli camaatı ara- 
smdadır və Rusiya dövlət məmurlan onu istila etdikdən sonra «Krasni most», 
yəni  «Qırmızı  Körpü»  adlandırırlar.  Şərq  tərəfdən  Kür  çayıdır  ki,  Cavad 
kəndində Araz çayma qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən 
Qarabağ Yelizavetpolla sərhəddi,  Kür çayma qədər -  Goran çayıdır və Kür 
çayı çox yerdən keçib Araz çayma çatır. Qərb tərəfdən Küşbək,  Salavartı və 
Ərikli adlanan uca Qarabağ dağlarıdır. Bütün bu faktlar Qarabağın qədim za- 
manlardan Azərbaycanm qədim tarixi bölgəsi olduğunu təsdiqləyir [13, s.l 1].
Qarabağ həm də dünyanm ən qədim tarixə malik olan diyarlarmdan biri- 
dir. Burada 350-400 min il əw əl yaşayan insan sümükləri aşkar edilmişdir ki, 
bu  qalıqlar  dünya  üzrə  insanın  təkamül  prosesinin  öyrənilməsi  üçütı  çox 
mühüm əhəmiyyət kəsb edir.  Qarabağın qədim yaşayış məskənlərindən biri
də Xankəndidir.  1938-1939-cu illərdə Xankəndi  şəhəri yaxmlığında apanl- 
mış tədqiqatlar nəticəsində Eneolit və Tunc dövrlərinə aid arxieoloji abidələr 
aşkar edilmişdir [28,  s.16].  Qarabağın təbii coğrafi şəraiti, ərazinin ən qədim 
insan  məskənləri  xəritəsinə  daxil  olmasma  səbəb  olmuşdur.  Qarabağdakı 
abidələrin  növləri,  onlann  xarakterik  xüsusiyyətləri  və  maddi  mədəniyyət 
qalıqlarmın  zənginliyi  dünya  alimlərinin  diqqətini  cəlb  etmişdir.  Bu  abidə- 
lərlə  alman  arxeoloqu  E.Resler,  rus  şərqşünası  M.Xankov,  ingilis  Bayer, 
fransız Berje və başqaları tamş olmuş və orada tapdıqları əşyaları öz ölkələ- 
rinə apararaq muzeylərini zənginləşdirmişlər [14, s. 12].
Indi  Qarabağda  aşkar olunmuş tayı bərabəri  olmayan qədim maddi  mə- 
dəniyyət qalıqlan Moşkva, Sankt-Peterburq, Paris, Berlin, London, İrəvan və 
başqa  şəhərlərin  muzeylərini  bəzəyir  [14,  s. 13].  Yuxanda  qeyd  etdiyimiz 
kimi  Xankəndində  aparılan tədqiqatlar nəticəsində  burada  Eneolit  və  Tunc 
dövrünə aid bir neçə kurqan aşkar edilmişdir.  Həmin kurqanları tədqiq edən 
arxeoloqlar dəfn kameralan tapmışlar.  Xankəndi kurqanlarmın dəfn kamera- 
ları dairə formasında olub, diametri 4,5 metrə çatırdı. Bu kameralar dairə for- 
masında olub xəndəklə əhatələnmişdi.  Kameranm şərqində enli sal daş var- 
dır ki, bu daş həmin yerə giriş rolunu oynayırdı.  İlk baxışdan Xankəndi dəfn 
kameralan  e.ə.  V-III  minilliklərdə  Qafqazda  geniş  yayılmış  binaları  xatır- 
ladırdı.  Çoxtəbəqəli  Xankəndi  kurqanları  kollektiv  dəfn  abidə  ilə  səciyyə- 
lənirdi. Ölülərin üstü isə gil və xırda daşlarla örtülmüşdü.
Xankəndindən tapılmış maddi-mədəniyyət nümımələri Erkən Tunc döv- 
rünə  aiddir [28,  s. 17].  Bu dövrdə əkinçilik maldarlıqdan aynlmış, toxa əkin- 
çiliyi xış əkinçiliyi ilə əvəz olunmuş, əkin sahələri genişlənmiş, süni suvarma 
tətbiq edilmiş  və  qoşqu heyvanlarmdan  istifadə  edilmişdir.  Dövrün mühüm 
xüsusiyyətlərindən biri də köçmə maldarlıgmın yaranması və bununlada mal- 
darlıqla  məşğul  olan  əhali  arasında,  əmlak  bərabərsizliyi  meydana  gəlmə- 
sidir. Xankəndi kurqanlanndakı dəfnetmə  adətləri bir daha deyilənləri sübut 
edir.  Xankəndi kurqanlannm bəzilərində  50-dən çox skelet aşkar edilmişdir 
ki, onlann ailələrə və ya qəbilə üzvlərinə aid olduğunu göstərir. Bu, kollektiv 
dəfiıetmə adətidir.  Ailəyə və ya qəbiləyə məxsus kurqanda uşaq və yaşlılar 
birgə, sol və ya sağ yanı üstə bükülü və oturmuş halda dəfiı edilmişlər. Qəbilə 
başçısı və ya ağsaqqalın qəbiri isə tamamilə başqa formada idi.  Onlar arxası 
üstə uzadılmış vəziyyətdə dəfn olunmuşlar. Bu cür dəfiı adətləri bütövlükdə 
Qarabağda, Naxçıvanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmi- 
yada, Gədəbəydə, Təbrizdə və digər yerlərdə mövcud olmuşdur [14, s. 19].
Xankəndi kurqanlannda apanlmış  arxeoloji qazmtılar zamanı  aşkar edil- 
miş  maddi-mədəniyyət  nümunələri  bölgənin  qədim tarixə  malik olduğunu,

əhalinin məşğuliyyətini, hansı heyvanlan ovlamalan, sənətkarlığxn növlərini, 
sənətkarlığm hansı sahələrinin inkişaf etdiyini, dini ideologiyasım, incəsənə- 
tini, əhalinin adət və ənənələrini, idarə formalanm və sair öyrənməyə imkan 
verir. Xankəndi kurqanlanndan, daş gürzlər, mis xəncər tiyələri, daş həvəng, 
ox uclan, sümükdən düzəlmiş alətlər, qızıl muncuq və asmalar, keramika nü- 
munələri,  müxtəlif heyvan sümükləri və  s.  tapılmışdır.  İlk növbədə ərazidə 
tapılmış  maddi-mədəniyyət nümunələri  insanlann  axirət  dünyasına  inamını 
göstərir. Onların əqidəsinə görə insan ölmür, o yalmz dünyasını dəyişir, o biri 
dünyada əbədi yaşayır.  İnsan bu dünyanı tərk edib əbədi  axirət  dünyasında 
yaşadığı üçün onu mal-qara, ev avadanlığı, bəzək, geyim, silah və başqa qiy- 
mətli əşyalarla təmin edib bu şeyləri onun qəbrinə qoyurdular. Hətta əhalinin 
təbəqələşməsi dövründə qəbilə başçılan öldükdə onun xidmətçilərindən bir- 
ikisini  öldürüb  onunla basdmrdılar ki,  o biri dünyada onun qulluğunda dur- 
sunlar. Beləliklə, Xankəndi kurqanları ərazinin keçmişini öyrənmək üçün bir 
«xəzinə» idi desək yamlmanq.
Xankəndi kurqanlannda tapılmış maddi-mədəniyyət nümunələrindən mə- 
lum olur ki, burada yaşayan əhali əkinçilik, maldarlıq və sənətkarlığın müx- 
təlif sahələri  ilə məşğul olmuşlar.  Xankəndi ərazisində  Bağçılıq və  bostan- 
çılıq kimi yeni təsərrüfat sahələri yaranmışdır. Qarabağm əlverişli təbii coğ- 
rafi  şəraiti  heyvandarlığın  inkişafına  şərait yaratmışdır.  Arxeoloji  qazıntılar 
nəticəsində  təsərrüfat  quyulanndan  və  küplərdən  arpa,  buğda  və  dan 
qalıqları tapılmışdır ki, bütün bunlar taxılçılığm inkişaf etdiyini göstərir. Bəhs 
olunan dövrdə bölgədə üzümçülük və şərabçılıq meydana gəlmişdir.
Xankəndi Kurqanlanndan tapılmış heyvan sümükləri burada heyvandar- 
lığın inkişafmı göstərir. Əhali əsasən davar bəsləmişdir. Atçılıq da təsərrüfatda 
rtıühüm yer tutmuşdur.  Atdan minik vasitəsi və qoşqu qüvvəsi kimi istifadə 
edilmişdir.  Maldarlığın  inkişafı  əhalinin  ət  və  süd  məhsullarına  olan  tələ- 
batım  ödəməklə  yanaşı,  tayfalararası  ticarətin  artmasına  şərait  yaratmışdır. 
Bölgədə qoyunçuluğun inkişafı yun parça toxuculuğunu genişləndirmişdir.
Xankəndi  kurqanlanndan  tapılmış  daş  gürzlər,  mis  xəncər  tiyələri,  ox 
uclan, sapand, sümük alətlər metaldan istifadə edilməsinin geniş yayılmasmı 
göstərsə  də,  daşişləmə  sənətinin müəyyən qədər öz mövqeyini  saxlaya bil- 
məsini  sübut  edir.  Eyni  zamanda bütün bunlar onu deməyə  imkan verir ki, 
Orta Tunc  dövründə  ovçuluq Xankəndi əhalisinin köməkçi məşğuliyyət  sa- 
həsi olmuşdur.  Yeri gəlmişkən, onu da qeyd edək ki, bəhs etdiyimiz dövrdə 
əhali maral, ceyran, çöldonuzu, qulan ovlayırdı. Bu dövrdə ox, yay, nizə, sa- 
pand və tələdən istifadə edilirdi. Xankəndi kurqanlanndakı qızıl muncuqlar, 
keramika  nümunələri,  xəncər  tiyələri,  qablar  və  bəzək  əşyalan  üzərindəki
müxtəlif  məzmunlu  rəsmlər,  həndəsi  naxışlar,  heyvan  və  bitki  rəsmləri 
ibtidai incəsənətin inkişaf etdiyini göstərir [16,  s.58].
Xankəndı  Azərbaycanm qədim  yaşayış  məskəni,  inkişaf etmiş  şəhərlə- 
rindən biridir.  Şəhərin ərazisi  8 kvadrät kilometr,  əhalisi  53,1  min nəfərdir. 
Hal-hazırda Ermənistan silahlı birləşmələri tərəfmdən işğal edilmişdir [10].
Xankəndi oykonimi «Xana məxsus kənd» mənasındadır. Xankəndi adına 
Azərbaycanm digər ərazilərində  də rast  gəlmək mümkündür.  İsmayıllı,  Şa- 
maxı,  Qubadlı  və  digər  rayonlannda  «Xankəndi»  admı  daşıyan  yer  adları 
vardır [5,  s.238].
Qısa bir müddətdə  sürətlə inkişaf edən tanınmış Xankəndi  şəhəri Azər- 
bäycamn gənc  şəhərlərindən  sayılır.  Belə  ki,  bir neçə minillik tarixə  malik 
Naxçıvan, Gəncə, Bərdə, Qəbələ, Dərbənd, Şəki, Şəmkir,  Şabran, Bakı,  Şa- 
maxı,  Beyləqan,  Təbriz,  Ərdəbil və  digər qədim Azərbaycan şəhərlərindən 
fərqli  olaraq,  Xankəndi  gənc  şəhər  hesab  olunur  [29,  s.2].  Doğrudur,  Xan- 
kəndi Azərbaycanm qədim yaşayış məskənidir və Azərbaycanm digər yerlə- 
rində  olduğu  kimi  burada  da  ibtidai  insanlar  yaşamışlar.  Sonrakı  ictimai- 
iqtisadi formasiyalarda da Xankəndi bir neçə evdən ibarət kənd kimi mövcud 
olmuşdur.  Tədqiqatlardan  məlum  olur  ki,  XVIII  əsrin  sonlarmda  Qarabağ 
xanlığmın başçılanmn -  xanlarm istirahəti üçün yaşayış məskəni kimi Xan- 
kəndini  seçmişlər.  Xanlığın fəaliyyətinə  maksimum şərait yaradılması üçün 
məskən Qarabağ xanlığmm paytaxtı Şuşanın 10 kilometrliyində, nisbətən dağ 
ətəyində  salmmışdır.  İbrahimxəlil  xamn  Xankəndini  şəxsi  malikanə  kimi 
seçməsi, ərazinin əlverişli təbii-coğrafi şəraiti ilə bağlı olmuşdur. Kəndin yu- 
xarı hissəsindən çay axması (Kərgicahan çayı), sıx meşəliklərlə əhatə olun- 
ması,  ən başlıcası isə Ağdam, Xocalı,  Malıbəyli,  Kərkicahan,  Şuşa,  Xəlfəli 
kimi  iri yaşayış  məskənlərinə  yaxın olması  ilə  əlaqədar idi.  Hətta İbrahim- 
xəlil xana məxsus  cins  atlar və  sağılan heyvanlar Xankəndində  saxlanılırdı. 
Mirzə Camal Cavanşirin yazdığma görə «Mərhum İbrahim xandan 6 imarət 
qalmışdır ki, bunlardan biri də, Şuşadan bir az aralıda Xan Bağınm tikintisidir 
[13,  s.48].  İlk  illər  yeni  yaşayış  məskənində  xan  ailəsi  və  onun  yaxınlan 
yaşadığmdan  el  arasmda  «Xanm  kəndi»  kimi  tamnır.  Qısa  bir  müddətdən 
sonra yeni  salmmış qəsəbə  Xankəndi  adını  alır.  Təsadüfi  deyildir ki,  Azər- 
baycanm  19  rayonunda  «Xan»  adı  ilə  başlayan 26  yaşayış  məntəqəsi  vardır 
(Xanlıq,  Xanbağı,  Xanagah,  Xanabad,  Xanbulaq,  Xankeçən  və  s.).  Təkcə 
Dağlıq Qarabağ'ərazisində 4 kənd sırf «Xan» adı ilə başlayır (Xanadarə, Xansu, 
Xanlıqpəyə, Xanalı). Dağlıq Qarabağm, digər yaşayış məntəqələri kimi Xan- 
kəndində  də,  yerli  əhali  ancaq  azərbaycanlılar  idi.  Yeri  gəlmişkən,  onu  da 
qeyd edək ki, XVIII əsrin ortalarmda Qarabağ xanlığı yaranan zaman xanlığın

əhalisini  Cavanşir,  İyirmidörd,  Otuzikilər,  Kəbirli,  Ziyadoğlu,  Öaharlı  türk 
tayfalan təşkil edirdilər [20, s.12].
Xankəndi əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olurdu.  Burada 
bağçılıq, bostançılıq, ançılıq, toxuculuq və sənətkarhq da inkişaf etmişdi.
Azərbaycanm Xankəndi  şəhərini «ata-babasmınkı» hesab  edən Qarabağ 
məlikləri, yəqinki o dövrdə Mirzə Adıgözəl bəy tərəfindən yazılmış «Qara- 
bağnamələr»dən  xəbərsiz  olublar.  Mənbələrdən  aldığımız  məlumata  görə, 
məlikliklərin əhalisi bu əraziyə başqa yerlərdən gəlmişdi və Qarabağm 5 ma- 
halmın  adı  ilə  adlandırılmışdı.  Xaçın,  Vərəndə,  Dizaq,  Gülüstan,  Çiləbörd 
məlikliklərindən yalnxz xaçm mahalxnxn əhalisi yerli  idi.  Qalanlarx müxtəlif 
vaxtlarda burada məskunlaşmxşdxlar.  Xatxrladaq ki,  məliklər Qarabağ xanlı- 
ğından asılı idilər. Dizaq məliyi Qarabağa Loridən qaçıb gəlmişdi. Nadir şaha 
yaltaqcasma itaətinə görə Dizaqda ona məliklik verilmişdi.  Vərəndə məliyi 
Şahnəzər  Göyçədən,  Çiləbörd  məliyi  Allahqulu  Macavizdən,  Talış  məliyi 
Usub Şirvandan qaçaraq Qarabağda özlərinə sxğınacaq tapmış və Nadir şaha 
itaətə  görə  müvafiq  ərazilərə  «məlik»  təyin  edilmişlər.  Bu  məliklərin
XVIII əsrdən o tərəfə heç bir tarixi yoxdur. Onlar həmişə Qarabağ xanlığmm 
bölüşdürücülük  siyasətini  yeritmişlər.  Rusiya həmin məliklərin  köməyi  ilə 
burada  «Xristian  dövləti»  yaratmağa  çalışırdı.  Hətta  1787-ci  ildə  Qarabağ 
məlikləri rus və gürcü hərbi birləşmələri ilə ittifaqa girərək Qarabağa qarşı 
«Xaç yürüşü»  də  təşkil  etmişdilər.  Lakin rus-türk müharibəsi  (1787-1791) 
bu yürüşün dayandınlmasma səbəb oldu [12, s.20].
Təsadüfi deyildir ki, Azərbaycanın bölüşdürülməsi uğrunda Rusiya ilə İran 
arasında  1804-cü ildə başlanan müharibə,  1805-ci il mayın  14-də Rusiya ilə 
Qarabağ xanlığı arasında  11  maddədən ibarət Kürəkçay müqaviləsi imzalan- 
mışdı ki, həmin müqaviləyə görə xan onun varisləri və xanlığın bütün əhalisi 
Rusiya təbəəliyinə  qəbul olundu,  xanlıq müstəqil xarici  siyasət hüququndan 
məhrum edildi və həmin vaxtdan İbrahimxəlil xan öz ailəsi ilə birlikdə Xan- 
kəndində yaşamalı olmuşdu.  Çox təəsssüflər olsun ki, əldə heç bir əsas olma- 
dan  İbrahimxəlil  xan  Şuşa  qalasındakı  rus  qamizonunun  rəisi  Cavad  xanm 
qatili  Lisanoviç tərəfındən  1807-ci  ildə  vəhşicəsinə  qətlə yetirildi  [21,  s.31]. 
Bundan sonra hakimiyyətə gələn Mehdiqulu xan Xankəndinin özü üçün yaşayış 
məskəni seçsə də, erməni generalı V.Mədətovun fitvası ilə 1822-ci ildə öz doğ- 
ma yurdundan didərgin salmdı, malikanələri və Xankəndi isə müsadirə edildi.
1813-cü il oktyabnn 12-də Qarabağın Gülüstan kəndində Rusiya ilə İran ara- 
sında Azərbaycanın bölüşdürülməsi  haqqında sülh müqaviləsi  imzalandı.  Gü- 
lüstan müqaviləsi ümumdünya tarixində özgə torpaqlannm bölüşdürülməsi üçün 
bağlanmış antihumanist və zorakı müqavilələrdən biridir.  Gülüstan müqaviləsi
Azərbaycanm  digər  bölgələrinə  olduğu  kimi,  Xankəndinin  də  taleyinə  ciddi 
təsir  etdi  Xankəndində  əwəlki  həyat  tərzi  dağıdıldı,  Azərbaycan  cəmiyyəti 
üçün  ənənəvi  olan  sülalələr bölgüsü  qadağan  olundu  və  hər  şey  imperiyanm 
maraqianna tabe edildi. Şimali Azərbayçanda müstəmləkə inzibati idarə sistemi 
yaradıldı və xanlıq idarə üsulu, komendat idarə üsulu ilə əvəz edildi. Doğrudur, 
bu vaxt yerli bəylər əyalət şurasmm rəhbəri kimi «fəaliyyət».göstərirdi.  Lakin 
bu Şura real hakimiyyətə malik deyildi. Bu zaman Xankəndində çar hökumətinə 
məxsus idarələr yaradılmışdı. Həmin idarələrə nəzarət Mehdiqulu xanm arvadı 
Pəricahan bəyimə verilsə də, burada rus əsgərləri özbaşınalıqlar edir [20, s. 16].
Bəhs  etdiyimiz  dövrdə,  komendant idarəsi  məmurlarınm  zülm  və  zora- 
kıhqlan  haqqmda  Qarabağdan  mərkəzə  göndərilən  məktubda  yazılmışdı: 
«Bizim rəislər sürüyə daranmxş ac canavarlar kimi müxtəlif sıxıntılarla bizim 
güzərammızx  pozurlar.  Rəhbərliyin  vergi  və  mükəlləfıyyət  tələbi,  həmişə 
naib tərəfindən ikiqat artınlxr» [25, s.8].
Ali  hakimiyyət  orqanlanna  arxalanan  acgöz  erməni  tacirləri  Qarabağda 
azərbaycanlılan məhsulu bazar qiymətindən 8-10 dəfə ucuz satmağa məcbur 
edirdilər.  1830-cu ildə Rusiya Ədliyyə Nazirliyinə daxil olan sənəddə göstə- 
rilirdi ki,  «...  müsəlman əyalətlərinin idarə  edilməsini tədqiq edərkən idarə 
edənlərin azğınlığından və xalqm əzabından insan əqli dəhşətə gəlir. Burada 
insanlıq tapdalanmış,  ədalət yaddan  çxxmış,  qanun  yalnız  zülm  etmək  aləti 
olmuş,  acgözlük,  özbaşmalıq  dairə  rəislərinin,  komendantlarm,  pristavlann 
və başqa şəxslərin fəaliyyətinin əsasıdır...  Əhali üzərinə qoyulan vergilərdə 
qayda yoxdur»  [s.41].
Rus hərbi hissələrinin Xankəndində yerləşdirilməsi təsadüfi deyildi. Bu, 
hər şeydən öncə, ərazidə baş verən üsyanlann qarşısmı almaq məqsədi daşı- 
yırdı.  Eyni  zamanda  Xankəndinin  əlverişli  mövqedə  yerləşməsi  Çara  tabe 
olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə 
saxlamaq  mümkün  idi.  Ən  başlıcası  isə  gələcəkdə  erməniləri  Xankəndinə 
köçürmək, dayaqlarmı möhkəmləndirmək və Xankəndi rus hərbi bazalarında 
onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi.  Çar çinov- 
nikləri  digər  bölgələrdə  olmasa  da,  Xankəndində  etnik  proporsiyanı  poza 
bildilər.  Aparılan tədqiqatlardan məlum  olur ki,  1813-cü  ildə  Xankəndində 
heç bir erməni və rus ailəsi yaşamadığı halda, artıq 1847-ci ildə orada 80 er- 
məni,  52  rus  ailəsinin  yaşadığı  ev  qeydə  almmışdı.  Hətta  bəhs  etdiyimiz 
dövrdə  Xankəndində  erməni  kilsəsi  də,  inşa  edilmişdi  [26].  1847-ci  ildə 
Xankəndində böyük rus Alayı «Sinja Polku» yerləşdirildikdən sonra ərazinin 
inkişafı çar hökumətinin diqqət mərkəzində saxlamldı. Qafqaz süvari divizi- 
yasının  da,  qərargah  və  kazarmaları  Xankəndində  yerləşdirilmiş  və  həmin

yaşayış məskənini  erməni və rus zabitləri «Ştab» adlandırmışlar. •Lakin təd- 
qiqatlardan məlum olur ki,  1847-ci il Rusiya xəritəsində Xankəndi qəsəbəsi 
öz adı ilə xəritəyə daxil edilmişdir. Artıq 1898-ci ildə Xankəndi çar hökuməti 
tərəfindən Hərbi Qərargaha çevrilmişdi, hansı ki, həmin ordunun tərkibində 
yalnız rus və erməni əsgərləri xidmət edirdilər.
Azərbaycan  torpaqlannda  erməni  dövləti  yaratmaq  Rusiyanın  çoxdankı 
plam idi.  Ona görə də  Şimali Azərbaycamn işğal edilmiş bölgələrinə  İran və 
Türkiyədən ermənilərin köçürülməsi təsadüfi deyildi. I Pyotrun ermənilər haq- 
qında verdiyi oktyabr,  1724-cü il «fərmam»na görə Rusiyamn zəbt etdiyi ərazi- 
lərdə ermənilərin məskunlaşmasına icazə verilmişdi. Rusiya imperatorunun bu 
siyasətini  sonrakı  əsrlərdə  onun  varisləri  böyük  səylə  həyata  keçirirdilər. 
Rusiyanm İrandakı səfiri A.S.Qriboyedov və İ.F.Paskeviç Türkmənçay müqa- 
viləsi hazırlanarkən İrandan ermənilərin Azərbaycan torpaqlanna köçürülməsi 
məsələsini unutmadılar. Türkmənçay müqaviləsinin XV maddəsində köçürmo 
məsələsi xüsusi yer tutmuşdu. Rus tədqiqatçısı N.Şavrovun verdiyi məlumata 
görə «.. .Artıq XX yüzilliyin əwəllərində Cənubi Qafqazda 1  milyon 300 min 
erməni yaşayırdı ki, bunun 1 milyonu həmin əraziyə köçürülən ermənilər idi». 
Ermənilər Şimali Azərbaycana köçürülərkən Naxçıvan, İrəvan və xüsusi olaraq 
Qarabağda yerləşdirilməsinə xüsusi əhəmiyyət verirdilər [22, s.41].
Xankəndi  qəsəbəsini  daha  da  genişləndirmək,  ermənilərin  sayım  artır- 
maq məqsədilə Qarabağa köçürülmüş ermənilərin faiz etibarilə böyük əksə- 
riyyəti  Xankəndində  yerləşdirilmişdi.  Təkcə  1823-1832-ci  illərdə  Xankən- 
dində  ermənilərin  xüsusi  çəkisi  27%  artmışdı  [26].  Sonrakı  dövrlərdə  bu 
proses çox böyük sürətlə davam etdirilmişdir.
Xankəndinə köçürüJmüş ermənilərə geniş imtiyazlar verilmişdi. Belə ki, 
onlar 6 il müddətinə hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmiş, təsər- 
rüfatlarmın inkişafı üçün külli miqdarda vəsait aynlmışdı. Hətta ermənilərin 
silah gəzdirmək hüquqları da var idi. Eyni zamanda əraziyə köçürülən ermə- 
nilər müsəlman xan,  bəy, ağalara məxsus ən yaxşı torpaqlarda məskunlaşdı- 
nlmışdılar.  Rəsmi  dairələr elan edirdilər ki,  ermənilərin bu torpaqlarda yer- 
ləşməsi müvəqqəti haldır, onlar bu torpaqlardan xəzinə torpaqlarına köçürü- 
ləcəklər.  Əslində  belə  olmadı,  torpaqlanmızda  ermənilərin  kütləvi  şəkildə 
yerləşdirilməsi prosesi gücləndikcə,  onlar bu torpağa sahib  çıxmağa və hər 
vəchlə yerli əhalini dədə-baba torpaqlanndan sıxışdırmağa başladılar. Köçürmə 
prosesinin əvvəllərində A.Qriboyedov Peterburqa göndərdiyi bir məlumatda 
yazırdı  ki,  «mənim  gümanıma  görə,  bir  müddət  keçdikdən  sonra  ermənilər 
məskunlaşdıqlan torpaqlann onlara məxsus olduğunu deyəcəklər». Doğrudan da, 
XX yüzilliyin əwəllərindən başlayaraq onun bu ideyalan həqiqətə çevrildi.
Ermənilərin əsassız torpaq iddiası yerli əhali -  azərbaycanlılarla gəlmə ermə- 
nilər arasında kəskin ziddiyyətlər yaratdı. Çar hökumətinin ayrı-seçkilik siya- 
səti nəticəsində ermənilərin torpaq iddiaları getdikcə artır və onların törətdik- 
ləri  silahlı  toqquşmalara  gətirib  çıxarırdı.  1905-1906,  1918-1920,  1988- 
1993-cü illərdə baş verən hadisələr bir daha deyilənləri sübuta yetirdi.
Bəhs  etdiyimiz  dövrdə  bütün  Azərbaycanda,  Qarabağda  və  o  cümlədən 
Xankəndində  ermənilərlə  bərabər  ruslar  da  məskunlaşmışdılar.  Ermənilərlə 
bərabər ruslann da, bu bölgədə yerləşdirilməsi Rusiya üçün çox mühüm hərbi- 
strateji  əhəmiyyət kəsb  edirdi.  Hətta XIX yüzilliyin ortalanndan  sonra Qara- 
bağda bütöv rus kəndləri yaradılmışdı.  Xankəndində  məskunlaşmış  ruslar isə 
ilk mərhələdə ordu qərargahları yaxınlığında təsərrüfatlar yaratdılar. Tədqiqat- 
lardan məlum olur ki, XIX yüzilliyin 30-40-cı illərində Azərbaycanda 30 min 
nəfər rus məskunlaşmışdı ki, bundan  190 nəfəri Xankəndinin payına düşürdü 
[21]. XIX yüzillikdə çar işğalından sonra böyüyən Xankəndinə, bir qayda ola- 
raq,  İrandan köçürülən  ermənilər yerləşdirilir,  «etibar»  doğrultduqlanna görə 
çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 
Artıq  1900-cu ildə Xankəndində 3 min əhali yaşayırdı.  Hətta burada ikisinifli 
məktəb də fəaliyyət göstərirdi. Eyni zamanda Xatıkəndində «l-ci Sujeno-Vla- 
diqafqaz Ters Kazak Qoşun Postu» da yerləşdirilir. Məqsədli şəkildə yeridilən 
etnik siyasət nəticəsində ötən əsrin əwəllərində Xankəndində erməni və rus 
əhalisinin sayı xeyli artdı. Ancaq bununla belə şəhərdə xeyli sayda keçmiş xan 
və bəy nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər, sənətkarlar 
yaşayırdilar.  Məqsədli  təcrid  siyasətinə baxmayaraq,  onlar Xaxıkəndində  söz 
sahibi idilər və yeri gəldikcə hakimiyyət onlarla hesablaşmalı olurdu [26].
Təəssüf hissi ilə  qeyd etməliyik ki,  1991-ci ildə 4303 nəfər azərbaycan- 
lılann  yaşadığı  Xankəndi  şəhəri  erməni  vandallarmm  əsarəti  altma  düşdü 
[26].  Azərbaycanlılar qədim ata-baba yurdlanndan qəddarcasma işgəncələrə 
məruz qalaraq qovuldular. Buradakı 14 mədəniyyət resurslan, 6 abidə, qədim 
qəbirlər, torpaq kurqanlar, Alban məbədi,  şəkil qalereyası, xatirə kompleksi, 
5 mədəniyyət idarəsi, Pedaqoji İnstitut, Müəllimləri Təkmilləşdirmə İnstitutu, 
Sovxoz texnikomu, tibb məktəbi, 2 musiqi məktəbi, orta texniki peşə məktəbi, 
uşaq  incəsənət  məktəbi,  texniki  məktəb,  tarix  ölkəşünaslıq  muzeyi,  dram 
teatn, Konsert zalı, Azərbaycan Yazıçılar İnstitutunun Dağlıq Qarabağ fılalı, 
Xankəndi kitabxanası, Qış və yay kinoteatrları, Xankəndi mədəniyyət sarayı, 
nəşriyyat evi, studiya, 800 çarpayılıq 8 xəstəxana, 30 feldşer-mama məntəqəsi,
2  dispanser,  sanitariya  epidemoloji  stansiya,  Xankəndi  Dram Teatrı,  yüngül 
və yeyinti sənaye müəssisələri, elektrotexnika, avtomobil təmiri, asfalt-beton 
zavodlan, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris isteh-

salat kombinatlan,  elektrik şəbəkəsi və digər obyektlər Azərbaycan əhalisi- 
nin qayğısmdan məhrum edilərək Ermənistanm istifadəsinə verildi [33].
Ümumiyyətlə, işğal olunmuş Azərbaycan ərazilərində 152 əhəmiyyətli ağac 
növü,  13198  hektar qiymətli meşə sahələri,  5 ədəd geoloji obyekt,  155 müx- 
təlif növ  faydalı qazıntı yataqlan,  o  cümlədən  11  şirin yeraltı,  10 mineral  su 
yataqlan, 5 qızıl, 6 civə, 2 mis,  1 qurğuşun,  1 sink,  14 əlvan bəzək daşlan,  1  ob- 
sidion,  1 perlit,  19 üzlük daşı,  10 mişar daşı, 4 sement xammalı, 9 gips,  1  anhid- 
rit,  1 gəc, 5 tikinti qumu, 5 qum-çınqıl, 13 müxtəlif növ tikinti daşlan,  10 gil,  1 so- 
da üçün xammal, 21 pemza, vulkan külü, qiymətli və nadir yataqlar Ermənistan 
silahlı birləşmələri tərəfindən ələ keçirilmiş və qəddarcasma mənimsənilir [1]. 
Həmçinin Azərbaycan ərazisində mövcud olan irili-xırdalı 7 relikt gil, 460-dan 
çox yabanı ağac və  çöl-bitki növləri,  300-400 il yaşı olan çinar ağaclan işğal 
altmdadır  [31].  Buradakı  qiymətli  ağaclar  doğranaraq  Avropaya  -  Fransa  və 
İtaliyaya ixrac olunur. Bütün bunlarla yanaşı, Ermənistanm Azərbaycana hərbi 
təcavüzü nəticəsində  288  uşaq bağçası,  799 ümumtəhsil məktəbi,  11  texniki 
peşə məktəbi,  9  orta ixtisas təhsil müəssisəsi,  ali məktəb,  2 ali ixtisas  filialı, 
900  yaşayış  məntəqəsi,  107  mindən  çox  yaşayış  evi,  4366  mədəni  məişət 
obyekti, 855 məktəbəqədər uşaq müəssisəsi, 397 xəstəxana,  10 məscid, 10 po- 
liklinika,  10 doğum evi, 76 aptek, 4 sanatoriya, 20 müasir tipli mədəniyyət sa- 
rayı,  40 mindən çox sənət əsərləri, nadir qızıl və gümüş məmulatlan,  qədim 
xalçalar, 22 muzey,  927 kitabxana,  808 klub, 4 rəsm qalereyası,  6 teatr müəs- 
sisəsi,  2 konsert salonu,  8  mədəniyyət və istirahət parkı,  85 musiqi məktəbi, 
65 attraksion, 40 min tarixi əşya, 4,6 milyon kitab fondu dağıdılmış, oğurlanmış 
və  məhv  edilmişdir [32,  33].  Ermənistanm Azərbaycana hərbi  təcavüzündən 
sonra erməni vandallan tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində Azər- 
baycanın 95141 hektar torpaq sahəsi məhv olmuş, yanğmlann nəticəsində döv- 
lətimizə  198 milyon ABŞ dollan dəyərində ziyan dəymişdir [33].
Bu gün Azərbaycanm 20 faiz ərazisi işğal altmdadır. Bir milyondan artıq 
azərbaycanlı ev-eşiyini itirib, ən adi məişət şəraitindən məhrum olub, qaçqm 
düşərgələrində yaşamaq məcburiyyətində qalıb. Qaçqın düşərgələrində azər- 
baycanlılann yeni nəsli yetişir.  Gənc nəsl bütün bunlan yadda saxlamahdır. 
Yadda saxlamahdır ki,  bütün əsrlər boyu ermənilər bizim şəhər və kəndlə- 
rimizi  xarabahqlara çevirib,  azərbaycanlılann qanı  axıdılıb,  körpələr süngü- 
lərə  keçirilib,  nənələr-babalar qanma  qəltan  edilib,  analanmız,  bacılanmız, 
gəlinlərimiz gözü yaşlı qalıb. Qədim tarixə malik ellərimiz-obalarımız, dədə- 
babalanmızm məzarları düşmənin əsirinə çevrilmişdir. Bu gün hər bir Azər- 
baycan Vətəndaşı Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırdır. 
Vətənimizi əsarətdən biz xilas etməliyik və edəcəyik!!!
Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin