AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


VI FƏSİL XANKƏNDİ ŞƏHƏRİNDƏ ƏHALİNİN



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

VI FƏSİL
XANKƏNDİ ŞƏHƏRİNDƏ ƏHALİNİN 
SOSİAL STRUKTURU, RİFAH VƏ MƏİŞƏTİ 
(XX YÜZİLLİYİN 20-80-ci İLLƏRİ)
Azərbaycanm digər şəhərləri  ilə müqayisədə  Xankəndi  şəhərinə böyük 
həcmdə maliyyə vəsaitinin ayrılması, şəhərdəki sosial-iqtisadi durumu digər 
şəhərlərdən yüksəkdə dayandığı mənbələrə əsasən təhlil etməklə, erməni ıdeo- 
loqlarmm «Xankəndi şəhərində yaşayan erməni əhalisinin rifah və məişəti- 
nin geriliyi» tezisinin ağ yalan olduğunu  sübut etmək,  «Xankəndi  şəhərinin 
iqtisadi  inkişafmın  Ermənistanla  bağlılığı»  konsepsiyasımn  saxta  olduğunu 
arxiv sənədlərinə, erməni müəlliflərinin əsərlərinə əsasən araşdırmaq günün 
vacib, önəmli məsələlərindəndir.
Xankəndi,  Qarabağ  xanlannm  istirahət  mərkəzi  kimi  salınsa  da,  şəhər
XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf et- 
məyə  başlayır.  Bu  zaman,  həmin  işə  daimi  Azərbaycanm  ümumrespublika 
resurslanndan  böyük  dəstək  verilir.  Bu  səbəbdən  də  Xankəndi  şəhərinin 
iqtisadi-siyasi və mədəni inkişafı Azərbaycanın digər şəhərlərindən daha sü- 
rətlə getməyə başlamışdır.  Erməni müəllifləri  Q.M.Babayan,  M.A.Qaspari- 
yan,  B.S.Geverkovun  və  digər  erməni  müəlliflərinin  əsərlərinə  istinadən 
deyə  bilərik ki,  1920—1980-ci  illərdə  Xankəndi  şəhəri  sürətlə  böyümüş  və 
əhali təxminən 20 dəfə artmışdır.  Belə ki, Xankəndi şəhərində  1926-cı ildə
3,2  min,  1988-ci  ildə  isə  60  min əhali yaşayırdı  [30,  s.72].  Hansı  ki,  1920- 
1970-ci illərdə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində bu 
göstərici  (5,1  mindən  7,3  minə)  təxminən  1,4  dəfə,  Xocalıda  1,3  dəfə  art- 
mışdı [48, s.69].
Bütün dünyada tanman səyyah və yazıçılar Beris Lapin və Zaxar Xatsrev
1937-çi ildə Azərbaycana gəlmiş və Qarabağı gəzmişdilər. Onlann Xankəndi 
şəhəri haqqmda fikirləri daha çox diqqəti cəlb etmişdir. Belə ki, «Noviy mir» 
jumalmda  Xankəndi  şəhəri  haqqında  yazılmış  oçerkdən  oxuyuruq: 
«Xankəndinin siması təvazökar,  sadə və igid Qarabağ dağlannm xarakterini 
xatırladır.  Küçələr sanki ağaclarm dalında gizlədilmişdir.
Evlərin  içi  öz təmizliyi  ilə  fərqlənir.  Xankəndi  gözəl  şəhərdir.  Şəhərin 
həyatı şən və fıravandır. Əhali təhsil alır, yoldan keçən hər 2-3 nəfərin biri ya 
məktəbli,  ya tələbə,  ya da kurs  müdavimidir.  Burada yaşayan əhali həmişə 
öz istəyinə nail olmağa çalışır...» [30,  s.72]

Şəhərin «yaşı»nm az olmasına baxmayaraq, qısa biı  rnüddətdə Azərbay- 
canın böyük şəhərləri ilə bir sırada durmuşdur.  Orta hesabla dəniz səviyyə- 
sindən 830 metr yüksəklikdə yerləşən Xankəndi şəhəri, Marietta Şaginyanm 
obrazlı  ifadəsi  ilə  desək,  «Oksigen  fabriki»dir.  Şəhər  özünəməxsus  iqlim 
şəraiti,  təzyiq  və  tempratur  arasında  kəskin  fərqlərin  olması  ilə  fərqlənir. 
Xankəndi şəhəri bütövlükdə yaşılhqla əhatələnmişdir.  Burada əkilmiş sərv, 
qovaq, vələs, cökə, tut, şam və Qara dəniz sahillərindən gətirilmiş gözəl şam 
ağaclan şəhərin libasını gözəlləşdirir və bütün görənlərə zövq verir. XX yüz- 
illiyin  20-80-ci  illərində,  Azərbaycan hökuməti  Xankəndi  şəhərində  kom- 
pleks şəkildə yaşayış evləri,  məktəblər, uşaq bağçalan, körpə evləri,  mədə- 
niyyət və ticarət-məişət obyektləri,  stadion, mədəniyyət parklan,  üzgüçülük 
hovuzlan, idman oyunlan salonlan, çoxmərtəbəli yaşayış binaları , vağzallar, 
böyük mikrorayonlar tikmiş və əhalinin istifadəsinə vermişdir ki,  aşağıda bu 
mövzudan geniş bəhs edəcəyik.  Əwəlcə,  1920-1923-cü illərdə ümumilikdə 
Yuxan  Qarabağda baş verən sosial-siyasi prosesləri təhlil etməyimız yerinə 
düşərdi.
Keçmiş  Rusiya  imperiyasını  bərpa  etmək  məqsədini  güdən bolşeviklər 
Azərbaycanda da işğalçılıq siyasətini həyatakeçirərək 1920-ci il aprelin 28-də 
Bakıda  Azərbaycan  SSR-in  yarandığını  elan  etdilər.  Bütün  hakimiyyət 
Müvəqqəti İnqılab Komitəsinə verildi.
1920-ci il aprelin 28-30-da Azərbaycanm bir sıra ərazilərində,  o cümlə- 
dəıa Qarabağda onun Xankəndi ərazisində hakimiyyətin bolşeviklərin  əlinə 
keçməsinə  baxmayaraq,  XI  Ordu  hissələri  öz  işğalçılıq  missiyasını  davam 
etdirərək  maym  1-dən  «Zəfər  yürüşü»nə  başladı.  Xalqın  narazılığından 
qorxan  və  öz  işğalçılıq  siyasətini  pərdələməyə  çalışan  tərkibi  erməıii  və 
ruslardan  ibarət  olan  bolşeviklər və  XI  Ordu  «Müstəqil  Azərbaycan  Sovet 
Respublikası» şüan altında hərəkət edirdilər [2].
1920-ci  il maym 3-də XI Ordunun 32-ci silahlı  dəstələri  Yevlaxdan bir- 
başa Qarabağ üzərinə yürüş etdi. Şuşa, Xankəndi və Qarabağm digər şəhər və 
kəndləri rus qoşunlannm, erməni quldur dəstələrinin nəzarəti altına alındı [13].
1920-ci  il  mayın  12-də  XI  Ordunun süvari dəstələrinin bir hissəsi  Xan- 
kəndində,  digər hissəsi isə  Şuşada qərarlaşdı  [11].  Həmin gün Şuşaya gələn 
Q.K.Orconikidze «Qarabağın müsəlman və erməni xalqma» müraciət etdi [13]. 
Müraciətdə hakimiyyətin Hərbi İnqilab Komitəsinin əlinə keçdiyi elan edildi. 
Lakin XI  Ordu  hissələrinin özbaşmalığı,  kütləvi  həbslər,  qarət  və  qırğmlar 
Dağlıq Qarabağda xalq müqavimət hərəkatmm genişlənməsinə  səbəb  oldu. 
Müqavimət  hərəkatma  general  Nuru  Paşa,  polkovnik  Zeynalov,  Sultan 
bəy  Sultanov  başçılıq  edirdilər  [16].  İyunun  əwəllərində  Şuşa  XI  Ordunun
silahlı dəstələrindən təmizləndi. Ancaq Dağlıq Qarabağa rus və erməni qul- 
durlanna  kömək  məqsədilə  28-ci  diviziya  gətirildi  ki,  birləşmiş  Ordu  his- 
sələri  iyunun  15-də  Xankəndi  və  Şuşada  Sovet  hakimiyyətini  bərpa  etdi- 
lər [38]. Hakimiyyət B.Vəlibəyov, S.A.Ambarsumyan, Q.İbrahimov, K.Şah- 
nəzərov,  Q.Sarkisov,  Q.Mkrtiçovdan  ibarət  İnqilab  Komitəsinin  əlinə 
keçdi  [28].  Moskvamn  bilavasitə  göstərişi  ilə  Dağlıq  Qarabağda  vəziyyəti 
«nizama»  salmaq məqsədilə  1920-ci  il  iyulun  5-də AK(b)P MK tərəfmdən 
M.Çalyan,  M.Manuçaryan,  L.Arustamyan,  A.Mirzoyan və  başqalan  Şuşaya 
göndərildi [13]. 
'
Çar Rusiyası dövründə olduğu kimi, Sovet imperiyası dövründə də Dağlıq 
Qarabağda ermənilərin çoxluğunu yaratmaq və imperiyamn dayaqlanm möh- 
kəmləndirmək məqsədilə  1920-1921-ci illərdə Ermənistandan Azərbaycana 
850 erməni ailəsi köçürüldü ki, bunlardan 765 ailə Dağlıq Qarabağda yerləş- 
dirilərək, tezliklə evlə, işlə təmin-edildilər [4]. Tədqiqatlardan məlum olur ki, 
Qarabağa  köçürülənlərin  xeyli  hissəsi  Xankəndi  şəhərində  məskunlaşdınl- 
mışdı.  Dağlıq  Qarabağa  köçürülmüş  əhaliyə  26226  desyatin  torpaq  sahəsi 
aynldı  [5].  Bütün  bu  tədbirlər  Dağlıq  Qarabağda  ictimai,  siyasi  vəziyyəti 
sabitləşdirə  bilmədi.  Ərzaq  ehtiyatı  toplamaq,  ordunu  və  şəhər  əhalisini 
ərzaqla təmin etmək üçün Dağlıq Qarabağda  1920-ci il sentyabrın 24-də ər- 
zaq  sapalağı  tətbiq olundu  [6].  Artıq  məhsul kəndlinin əlindən  zorla alındı, 
məhsulu  gizlədənlər  məsuliyyətə  cəlb  olunurdular.  Belə  bir  dövrdə  Sovet 
dövlətinin həyata keçirdiyi tədbirlərə  mane  olan,  onun pozulmasma çalışan 
qüwələrə  qarşı  qəti  mübarizə  aparmaq  məqsədilə  Fövqəladə  Komissiya 
(FK) yaradıldı.  FK terrorçu bir orqan kimi təqib və kütləvi həbslərə başladı. 
Dağlıq  Qarabağda  ilk  Fövqəladə  Komissar  vəzifəsinə  A.Karagözov  təyin 
olundu.  1920-ci  ilin  sonu,  1921-ci  ilin  əwəllərində  FK  Şuşadan  76  nəfər, 
Xankəndindən  51  nəfər  Xocavənd  və  Ağdərədən  112  nəfər,  Hadrutdan 
47 nəfər məsuliyyətə cəlb etdi [11]. Həbs olunanlarm böyük əksəriyyəti azər- 
baycanlılar idi. Həmçinin ərazidə yerləşən Qızıl Ordu hissələri əhali arasında 
iş apararkən azərbaycanlılann adət-ənənələrinə, dininə, dilinə hörmət etmir, 
onlarla vəhşicəsinə rəftar edirdilər.  Ona görə də əhalinin bir hissəsi İran və 
Türkiyəyə  qaçmağa  məcbur  oldular.  1921-ci  ilin  əvvəllərində  Xankəndi, 
Hadrud və Xocavənddə xalq hərəkatı geniş vüsət aldı [14]. Qızıl Ordu hissə- 
ləri  1921-ci ilin fevrahnda silah gücü ilə vəziyyəti  «nizama» saldılar [11].
1921-ci il maym  17-də Dağlıq Qarabağda, o cümlədən Xankəndində ər- 
zaq sapalağı ərzaq vergisi ilə əvəz edildi. Ərzaq vergisinin tətbiqi Dağlıq Qa- 
rabağda birtərəfli qaydada apanlmışdı. Belə ki, apanlan araşdırmalar nəticə- 
sində məlum olur ki, tədarük məntəqələrində çalışanların böyük əksəriyyəti

erməni olduğundan onlar verginin çoxunu azərbaycanlılar yaşayan kəndlərin 
üzərinə  qoyur,  ermənilərdən  isə vergilər alınmır və  ya  az tələb  edilirdi  [1]. 
Beləliklə, azərbaycanlılann qarət olunması yolu ilə  1922-ci ildə Xankəndində 
ərzaq  vergisi  200  faiz  yerinə  yetirilmişdir  [2].  Azad  ticarət,  möhtəkirlərin 
əhalini  daha  çox  soyub  talamasma  səbəb  oldu.  Beləliklə,  1920-ci  il  aprel 
çevrilişindən sonrakı  illərdə həyata keçirilən tədbirlərə  aid tarixi  sənədləri, 
faktlan  və  materialları  nəzərdən  keçirərkən  məlum  olur  ki,  Xankəndində 
həyata  keçirilən  tədbirlərin  ən  başlıca  yekunları  Sovet  imperiyasının  müs- 
təmiəkəçilik  rejiminin  iqtisadi,  siyasi,  ideoloji  təməlinin  yaradılması 
olmuşdur.  Bu təməl xalq təsərrüfatmın ən mühüm sahələrinin millilpşdiril- 
məsinə, onun Sovet imperiyasınm strategiyasma uyğun bir şəkildə  vahid bir 
mərkəzdə  birləşdirilməsinə,  siyasi  hakimiyyətdən  uzaqlaşdınlmasına,  iqti- 
sadi  cəhətdən  sarsıdılmış  sinfin məhv  edilməsinə,  onlarm böyük bir hissə- 
sinin  öz  doğma yurdlarmdan  didərgin  salınmasma,  sovet  dövlətinin  dayaq- 
lannm möhkəmlənməsinə səbəb oldu.
Xankəndinin sovet qoşunlan tərəfındən işğalından sonra yeni hakimiyyət 
orqanlan  yaratmaq  vəzifəsi  qarşıda  dururdu.  Xankəndində  yaradılmış  ilk 
dövlət  orqanlarından  biri  İnqilab  Komitəsi  oldu.  1920-ci  il  maym  26-da 
Xankəndində  İnqilab  Komitəsinin yaradılması  elan  edildi.  Komitənin  sədri 
vəzifəsinə qatı millətçi olan Sako Ambartsumyan seçildi [3]. Komitənin işinə 
kömək məqsədilə  1920-ci  ilin  sonlannda AK(b)P  MK-nın tapşırığı  ilə  əra- 
ziyə 268 nəfər nümayəndə göndərildi ^4]. Göndərilən nümayəndələrin əksə- 
riyyəti milliyyətcə  rus  və  ermənilər idi.  Göndərilən  nümayəndələr ərazidə 
«təmizləmə» işləri apardılar.
1921-ci ıhn əvvəllərində bölgədə yaranan nisbi sakitlik yoxsul komitələ- 
rindən Sovetlərə keçməyə imkan verdi. Bu, «zəhmətkeş kütlələri sovet quru- 
culuğuna cəlb  etmək və  Sovet hakimiyyətinin möhkəmlənməsi  üçün  lazım 
idi».  1921-ci ilin aprelində Xankəndində sovetlərə seçkilər keçirildi.  Bu seç- 
kilərdə  də  əhalinin  milli,  etnik  tərkibində  ayn-seçkiliyə  yol  verilmişdir. 
Xankəndi Sovetlərinə seçilən deputatlarm 68,5 faizini ermənilər təşkil edirdi
[15].  Beləliklə, apanlan elmi araşdırmalardan, əldə olunmuş tarixi faktlardan 
tam  aydm  olur  ki,  aprel  çevrilişindən  sonra  Xankəndində  həyata  keçirilən 
tədbirlərin  ən  başlıca  yekunlan  Sovet  imperiyasmın  müstəmləkəçilik  reji- 
minin  iqtisadi,  siyasi  və  ideoloji  təməlinin  yaradılması  olmuşdur.  Həmin 
təməl isə sovet dövlətinin Xankəndində dayaqlannın möhkəmləndirilməsinə 
səbəb oldu.
Azərbaycanda sovet rejimi qurulduqdan sonra ermənilərin ərazi iddialan 
yenidən baş qaldırdı. Dağlıq Qarabağın hər yerində erməni quldur dəstələrinin
fəaliyyəti  genişləndi.  Onlar  yerli  azərbaycanlılan  qmb  talayır,  ev-eşiklərini 
yandınr,  mal-qaralannı,  qoyun  sürülərini  qarət edirdilər.  Təkcə  1920-ci  ilin 
avqustunda daşnaklar 70 nəfər azərbaycanhnı qətlə yetirmişlər  [15].  Erməni 
quldurlarınm məqsədi Dağlıq Qarabağda yaşayan  azərbaycanlıları tamamilə 
məhv etmək və bu ərazini Ermənistanla birləşdirmək idi. Bu məsələyə  1921-ci
il iyunun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda,  1921-ci il sentyabnn 
26-da  AK(b)P  MK-nm  siyasi  və  təşkilat  bürosunun  iclasmda,  1922-ci  il 
dekabrın 24-də  RK(b)P  Qafqaz bürosunun Zaqafqaziya  Komitəsinin xüsusi 
iclasında,  1923-cü ilin iyununda RK(b)P Zaqafqaziya Diyar Komitəsinin ple- 
numunda baxılmış  [1]  və  son  nəticədə  1923-cü  il  7  iyulda  Dağlıq  Qarabağ 
Muxtar Vilayəti (DQMV) yaradılmışdır [9].
1924-cü  ilin noyabnnda Azərbaycan MİK-nın Rəyasət  Heyəti  «DQMV 
haqqında «Əsasnamə»ni təsdiq etdi.  «Əsasnamə»də DQMV-nin Azərbayca- 
nın  tərkib  hissəsi  olması  göstərilirdi.  Eyni  zamanda imperiyanm  təhriki  ilə 
Şuşa,.Xankəndi  və  115  kənd,  Cavanşir  qəzasmdan  52  kənd,  Qaryagindən 
30 kənd, Qubadlıdan isə Qaladərəsi DQMV-yə verildi [6]. Belə bir «səxavət- 
lilik» isə xalqımıza qarşı cinayət olmaqla Vətənimizin gələcəyinə ciddi ziyan 
vurdu. Xankəndinin adı dəyişdirilərək Vilayət mərkəzinə çevrildi.
Beləliklə, mərkəz -  Azərbaycanın daxilində öz hakimlik mövqeyini daim 
saxlamaq məqsədilə süni surətdə «Dağhq Qarabağ Muxtar Vilayəti»nin təş- 
kilinə  nail  oldu.  DQMV-nin  yaradılması  ilə  o  illərin  Qarabağ  problemi  bir 
növ yekunlaşdı. Rusiyanm havadarlığı ilə Azərbaycan ərazilərinin hissə-hissə 
itirilməsi üçün yenidən bir zəmin yaradıldı.  Dağlıq Qarabağm Azərbaycanm 
tərkibində qalması Azərbaycanın öz torpaqlarmm qorunması uğrunda müvəf- 
fəqiyyəti kimi  qiymətləndirilsə  də,  vilayət statusunun yaranması  gələcəkdə 
ermənilərin  Azərbaycana  qarşı  məkrli  ərazi  iddialan  siyasətinin  mənbəyi 
olmuşdur.  DQMV-nin  yaradılması  uzun  illər  boyu  erməni  millətçilərinin 
planlı və vahid xətt əsasında apardığı siyasətin həyata keçirilməsi nəticəsin- 
də Azərbaycana qarşı «parçala və hökm et» imperiya siyasətinin davamı idi.
XX əsrin əvvəllərində başlanan bu siyasət yüksələn xətt üzrə davam edərək, 
əsrin sonlarma yaxm ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi.
1921—1925-ci illərdə Xankəndi şəhərində yeni sənaye sahələri yaradıldı. 
şəhərin elektrik enerjisi ilə təminatı yaxşılaşdı. Xankəndi-Gəncə və Xankən- 
di-Yevlax yolları çəkilib istifadəyə verildi [70]. Bu dövrdə Xankəndində bir 
körpü  tikildi.  1925-ci  ildə  1923-cü  illə  müqayisədə  Xankəndi  müəssisə- 
lərində  məhsul  istehsalı  60%  artdı.  Əhalinin  sosial  vəziyyətində  müəyyən 
irəliləyişlər baş verdi.  1928-1933-cü  illərdə  Xankəndi  şəhərindən  yüklərin 
dövriyyəsi  həcmi  2  dəfə,  ticarət-mal  dövriyyəsi  həcmi  5  dəfə  artdı.  Bəhs

edilən  dövrdə  Xankəndi  şəhərində  fəhlələrin  sayı  2  dəfə,  elektrik  enerjisi 
sərfi  70%  çoxaldı.  Bir  faktı  xüsusi  qeyd  edək ki,  1926-cı  illə  müqayisədə 
1933-cü ildə Xankəndi şəhərində  əhalinin maddi rifah halının yaxşılaşdırıl- 
ması üçün ayrılan vəsaitin həcmi 8 dəfə artmışdır [12].
1933—1938-ci illərdə Xankəndi şəhərinin iqtisadi həyatmda mühüm əhə- 
miyyəti olan nəqliyyatda da əsaslı irəliləyiş baş vermişdi. Təkcə Xankəndində 
yollann çəkilişinə  100 min manat vəsait xərclənmişdir.  Bu vaxt Azərbayca- 
mn heç bir şəhərində yol çəkilişinə bu qədər vəsait aynlmamışdı. Bəhs olu- 
nan dövrdə Ağdərə-Tərtər, Şuşa-Şırlan, Xankəndi-Şuşa şosse yolları çəkilib 
istifadəyə  verildi.  DQMV-də  5  il  ərzində  yük  daşınması  54  milyon  ton, 
səmişin daşmması 500 min nəfər olmuşdu [57].
1930-cu  illərdə  Xankəndi  şəhərində  yeni  poçt  və  teleqraf müəssisələri 
açıldı.  1935-ci ildə Xankəndində hər birinin gücü  150 vatt olan 2 qısadalğalı 
radioverici  aparatı  quraşdınlaraq  işə  düşdü.  DQMV-nin  kəndlərir,də  poçt, 
teleqraf, telefon, rabitə şəbəkəsinin təkmilləşməsi və inkişafına böyük diqqət 
yetirilmişdi. Xankəndi şəhərində poçt, telefon və rabitənin inkişafı Naxçıvan 
MSSR və  Azərbaycanın  digər regionlanndan üstün  olmuşdur.  Təkcə  ikinci 
beşillikdə,  Xankəndində  rabitənin inkişafma ayrılan vəsaitin həcmi  respub- 
likamızdabirinci yerdə dayanmışdır.
Azərbaycanda  sovet hakımiyyəti  qurulduqdan  sonra mövcud  olan bütün 
kredit müəssisələri yenidən qurularaq sosialist istehsal üsulunun xarakterinə 
uyğunlaşdırıldı.  Xalq  təsərrüfatı,  ticarət  və  nəqliyyatm  inkişafı  üçün 
Azərbaycan Dövlət Bankı təsis edildi. ÜİK(b)P-nin XV konfransının 15 iyun
1927-ci il tarixli «Kredit şəbəkəsinin quruluş prinsipləri haqqmda» qəranmn 
Azərbaycanda həyata keçirilməsinə uyğun olaraq,  1928-ci ildə Xankəndində 
«Azərbaycan  Dövlət  Bankınm  kredit  agentliyi»  yaradıldı.  1935-ci  ildə  isə 
Azərbaycan  Dövlət  Bankmm  Xankəndı  filıalı  açıldı  [47].  İkinci  beşillik 
dövründə  Xankəndi  şəhərində  maliyyə  və  kredit  müəssisələrinin  təşkilinə 
başlanmış, onların əhatə dairəsi genişlənmiş, müəssisələr təsərrüfat hesabına 
keçmiş və büdcənin tərtibi təkmilləşmişdir. Eyni zamanda yeni yaradılan bank- 
lar  əhalidən  alınan  vergiləri  təkmilləşdirmiş,  mədaxil  və  məxaric  əməliy- 
yatlarında  mütərəqqi  irəliləmələr  aparmış,  sənaye,  nəqliyyat  və  rabitənin 
inkişafı, xarici ticarət əlaqələrinin nizama salınmasında mühüm işlər görmüş- 
dür.  İkinci  beşillik  dövründə  Xankəndi  şəhərində  12  yeni  ticarət  mərkəzi 
açılmış, satış məhsullarmın həcmi 2 milyon manata çatmışdır [11, i.18, v.81]. 
Xankəndi şəhərində  1939-cu ildə xalq gəliri 1933-cü illə müqayisədə 85 faiz 
artdı.  1939-cu  ildə  bütövlükdə  Dağlıq  Qarabağda dövlət büdcəsi  üzrə  gəlir
1.404.687 manat, məxaric isə  1.422.563 manat olmuşdur [71].
İkinci beşillik dövründə Xankəndi şəhərində fəhlə və qulluqçulann kəmiy- 
yətcə artması halı müşahidə edilmişdir. Bu dövrdə onlann sayı 2 dəfə artmışdı. 
Fəhlə və qulluqçularm milli tərkibinə gəldikdə  isə  1933-cü illə müqayisədə
1938-ci ildə azərbaycanlılann xüsusi çəkisi 28  faiz azalmışdır [24].  Xankən- 
dində sənaye sahəsində çalışan azərbaycanlı fəhlələrin sayımn aşağı düşmə- 
sinin ən başlıca səbəbi əraziyə məqsədli şəkildə  ittifaqın ayn-ayn regionla- 
nndan  ermənilərin köçürülməsi  ilə  bağlı  olmuşdur.  Eyni  zamanda  ayn-ayrı 
regionlardan Dağlıq Qarabağa köçürülən qeyri-azərbaycanlılar şəhər əhalisi 
idi.  Onlar  isə  əraziyə  köçərkən  şəhərdə  məskunlaşır  və  müəssisələrdə  işə 
götürülürdülər.  Torpağa  çox  bağlı  olan  Dağlıq  Qarabağ  müsəlmanlannın 
müəssisələrdə işə cəlb edilməsi zəif idi.  Kənddə çətin iş olan pambıqçılığm 
və  üzümçülüyün  inkişaf  etdirilməsi  məqsədilə,  Dağlıq  Qarabağ  idarə 
aparatına rəhbərlik edən şovinist mövqeyi erməni məmurlan kənddə yaşayan 
azərbaycanlılarxn şəhərə  gəlməsini və müəssisələrdə  işə  düzəlməsinin qar- 
şısını  süni vasitələrlə  alırdilar.  Bütün bunlarla yanaşı,  kənddə yaşayan azər- 
baycanlılarm özlərinin miqrasiya fəallığı  aşağı idi.  Onlarm təhsil  səviyyəsi, 
məişət xüsusiyyətləri məhdud olmaqla yanaşı,  çoxuşaqlılıq,  erkənkəbinlilik 
və  sair  amillər  kənddə  yaşayan  azərbaycanlüann  şəhərə  axmınm  qarşısını 
alırdı. Azərbaycanlı qadmların da ictimai istehsal əməyinə cəlb olunması çox 
aşağı  səviyyədə  idi.  Ümumi  respublika  miqyasmda  1939-cu  ildə  fəhlə  və 
qulluqçular arasmda azərbaycanlı qadınlar 5 faiz təşkil edirdilər [72,  s.43].
1941—1945-ci  illərdə yüz minlərlə Azərbaycan döyüşçüsünün öz dünya- 
sını  dəyişməsi  və  müharibədən  sonrakı  ilk  ağır  illərdəki  iqtisadi,  sosial  və 
mənəvi  çətinliklər  respublikamızda  əhali  artımınm  ləng  getməsinə  səbəb 
olmuşdu.
Azərbaycan SSR DQMV  1945-1960-cı illərdə bəzi özünəməxsus demoq- 
rafık inkişaf xüsusiyyətlərinə malik idi.  1950-ci illərdə DQMV-də  128 min nə- 
fər əhali yaşayırdı. Lakin  1970-ci ilədək Dağlıq Qarabağda əhalinin sayı ar- 
taraq 1940-cı il səviyyəsinə çatmışdır. Bəhs etdiyimiz 20 il ərzində DQMV-də 
əhalinin  sayı  15  faiz  artaraq  150,3  min nəfər olmuşdur  [61].  Bu  artımın ən 
başlıca  amili  1945-1960-cı  illərdə  Azərbaycanm  hər  yerində  olduğu kimi, 
DQMV-də  də  əhalinin doğum,  ölüm və təbii artım göstəricilərində müsbət 
dəyişikliklərin əldə edilməsi ilə bağlı idi.  1946-1960-cı illər ərzində DQMV-də 
şəhər  əhalisinin  sayı  artmış,  kənd  əhalisinin  xüsusi  çəkisində  azalma  halı 
müşahidə  edilmişdir.  Belə  ki,  15  yanvar  1950-ci  il  siyahıyaalmmasına  görə 
Dağhq  Qarabağda  əhalinin  79  faizi  kənddə,  21  faizi  şəhərdə  yaşayırdısa, 
1970-ci  ildə  isə  əhalinin  62  faizi kənddə,  38  faizi  şəhərdə məskunlaşmışdı 
[64, s.7]. Naxçıvan MSSR-də isə  1970-ci ildə əhalinin 75,2 faizi (154,7 min

nəfəri)  kənd  yerlərində,  24,8  faizi  şəhərdə  yaşamışdır  [50,  s.69].  Statistik 
məlumatlara  əsaslanaraq  əhalinin  tərkibindəki  sosial  dəyişikliklərlə  bağlı 
şəhər  əhalisinin  artması  faktmı  araşdırarkən  belə  bir  maraqlı  müqayisə 
aşkarlanır. Araşdırmalardan məlum olur ki,  1939-cu ildə Xankəndi şəhərində
10,5  min,  1959-cu ildə  19,7 min,  1965-ci ildə 26,2 min,  1970-ci ildə 30 min 
əhali  yaşayırdı.  Bəhs  olunan  (1939-1970)  illərdə  Bakı  şəhərində  əhalinin 
sayı 50%, Gəncə şəhərində 65%, Şəki şəhərində 20% artdığı halda, Xankəndi 
şəhərində bu göstərici 3 dəfəyə (başqa sözlə, 300%-ə) bərabər idi [50, s.78].
1946-1960-cı  illərdə Ümumrespublika üzrə şəhər əhalisinin saymın artması
6  faiz,  Naxçıvan MSSR-də  7  faiz təşkil  etmişdirsə,  Xankəndi  şəhərində. bu 
göstərici təxminən 50  faizə çatmışdır [63,  s.37].  Xankəndinin şəhər ohalİsi: 
nin  Azərbaycamn  başqa  əraziləri  ilə  müqayisədə  çox  artması  səbəblərini 
araşdırarkən ilk öncə Azərbaycan hökumətinin- bu bölgəni daim diqqət mər- 
kəzində  saxlaması və bütün  sahələrə  aynlan vəsaitin dəfələrlə üstün olma- 
smda axtarmaq lazımdır. Həmçinin bir acı həqiqəti də qeyd etməliyik ki, Xan- 
kəndində əhalinin bu cür dinamik artımı yalmz milliyyətcə ermənilərə xas ol- 
muşdur. Bu, erməni siyasətbazlannın və lobbisinin növbəti hücum dalğası idi.
1945-1960-cı  illərdə  Xankəndi  şəhərində  əhalinin  sosial  strukturunda 
olan dəyişikliklərdən biri də fəhlə sinfinin kəmiyyət və keyfiyyətcə artması idi. 
Ümumiyyətlə,  1940-cı illə müqayisədə  1970-ci ildə Xankəndi şəhərində xalq 
təsərrüfatında işləyən fəhlə və qulluqçulann sayı  157 faiz artdı [59,  s.95].
1970-ci  il  statistik  məlumatma  görə,  DQMV-də  çalışan  mütəxəssislərdən 
47 faizini qadınlar,  53  faizini kişilər təşkil edirdi.  1950-1960-cı illərdə Dağlıq 
Qarabağda azərbaycanlılaruı sayı 18 mindən 21,2 minə, ermənilərin sayı 110 min- 
dən 121,1 minə, ruslann sayı 1,8 mindən 1,3 mitıə, ukraynalılann sayı 0,2 min- 
dən  0,3  minə  çatdı  [64,  s.12].  Yeri  gəlmişkən  maraqlı  bir  faktı  qeyd  etmək 
yerinə düşərdi.  Belə ki,  1959—1970-ci  illərdə Yerevan şəhəıində  azərbaycan- 
hlann sayı 3,2 mindən 2,7 minə endiyi halda, Bakı şəhərində ermənilərin sayı 
170 mindən 207,4 minə qalxmışdır. Ermənilərin sayının və xüsusi çəkisinin Azər- 
baycanda, Bakı şəhərində, Dağlıq Qarabağ bölgəsində, Ermənistan və onun pay- 
taxtı Yerevan şəhərində artması, əksinə Ermənistanda (0,2 faiz) və Yerevanda 
(0,3 faiz) azərbaycanhlann sayının azalması hallan müşahidə edilmişdir [50, s.78].
1939-cu  ildə  respublikamızda  hər  kvadrat  kilometrə  37,1  nəfər,  onun 
aynlmaz hissəsi olan DQMV-də 34,3 nəfər, Xankəndi şəhərində 42,5 nəfər,
1965-ci  ildə  isə  Azərbaycanda  50,6  nəfər,  DQMV-də  32,7  nəfər Xankəndi 
şəhərində 52,2 nəfər adam düşmüşdür [390, s.78].
1945-1960-cı illərdə Xankəndi şəhərində istehsalın ardıcıl olaraq artması 
əhalinin gəlirlərinin çoxalmasma səbəb olmuşdu.  1945-1947-ci illərdə fəhlə
və qulluqçulann orta aylıq əmək haqqı 32,5 faiz artmış,  1950-ci ildə isə mü- 
haribədən əwəlki səviyyəni 80,7 faiz ötüb keçmişdir.  1965-ci illə müqayisədə 
1970-ci  ildə  Xankəndinin  xalq  təsərrüfatmın  müxtəlif  sahələrində  çalışan 
fəhlə və qulluqçulann ümumi orta aylıq əmək haqqı artaraq 77 manatdan 99 ma- 
nata çatmışdır.
Xankəndi  şəhərində əhalinin maddi  təminatında Azərbaycan  hökuməti- 
nin  ayırdığı  təqaüdlərin  əhəmiyyəti  böyük  idi.  Şəhərdə  təqaüdçülərin  sa- 
yında ilbəil xeyli artım müşahidə edilmişdir.  Belə ki,  1965-ci illə müqayisədə 
1970-ci  ildə  Xankəndi  şəhərində  təqaüdçülərin  sayı  30%  artmışdı.  Bu 
ümumrespublika səviyyəsində birinci yer demək idi [59,  s. 118].
1945-1960-cı  illər  ərzində  Xankəndi  şəhərində  uşaq  bağçalannm  sayı
2,3 dəfə, oradakı uşaqlarm sayı 4 dəfə artdı. Bəhs edilən illərdə körpələr evi 
və  oradakı  uşaqlann  saymda  azalma  halı  müşahidə  edilmişdir.  Tədqiqat- 
lardan məlum olur ki,  həmin azalan körpələr evi və  oradakı  azyaşlı uşaqlar 
yeni tikilmiş uşaq bağçalanna birləşdirilmişdir.
Aparılan araşdırmalar nəticəsində məlum olur ki, ümumilikdə DQMV-də 
fəaliyyət göstərən 64 məktəbəqədər uşaq tərbiyə müəssisələrindən yalnız 3-ü 
Şuşa rayonunun payma düşürdü, qalan 61 uşaq müəssisəsi isə ermənilərin daha 
yığcam cəmləşdikləri rayonlarda, xüsusilə Xankəndi şəhərində və kəndlərdə 
tikilmişdi [71, s.185].
1945-1960-cı illərdə Xankəndi şəhərində yaşayan əhalinin sosial-iqtisadi 
vəziyyətinin  yaxşılaşmasmı  bölgədə  əmanət kassalannın,  əmanətçilərin  və 
kassalarda  saxlanılan  əmanətlərin  sayının  xeyli  artmasından  görmək  olar. 
Belə ki,  1945-ci illə müqayisədə  1970-ci ildə DQMV-də əmanət kassalarınm 
sayı 2,5 dəfə,  əmanətçilərin sayı 4,2 dəfə, kassalarda saxlanılan əmanətlərin 
miqdan isə  64 dəfə  artmışdı [61,  s.209].  Halbuki Azərbaycamn digər şəhər- 
lərində, o cümlədən Şuşada, Bərdədə, Naxçıvandabu göstərici 2 dəfə aşağı idi.
1945-1960-cı  illərdə Xankəndi  şəhərində  sənaye və kənd təsərrüfatmm 
istehsalının,  həmçinin  əhalinin  real  gəlirinin  artması  dövlət  və  kooperativ 
ticarətdə pərakəndə mal dövriyyəsinin ümumi həcminin artmasına səbəb oldu.
1970-ci  ildə Azərbaycanda ticarət müəssisəsinin sayı  15607-yə  çatdı ki, 
bundan 618-i Dağlıq Qarabağın payma düşürdü [61, s.176].
Bəhs etdiyimiz illərdə Xankəndi şəhərində əhaliyə ərzaq mallannın satışı 
durmadan  artırdı.  1950-ci  ildə  Xankəndi  şəhərində  adambaşına ərzaq  satışı
1940-cı illə müqayisədə 2 dəfə artmışdır.  1950-1960-cı illərdə isə bu göstə- 
rici 1,9 dəfəyə bərabər idi. Təkcə  1961—1971-ci illər ərzində Xankəndi şəhə- 
rində  dövlət  satış  müəssisələrində  ərzaq məhsullarmm  illik mal  dövriyyəsi
3 dəfə artmışdı [59, s.125].

1960-cı illərdə Xankəndi şəhərində məişət xiÜmətinin hər nəfərə düşən 
həcmi ümumrespublika göstəricilərindən 1,4 dəfə artıq olmuşdur. Belə ki, res- 
publikamız üzrə bu göstərici 30,2 manat idisə, Xankəndi şəhərində 41,9 ma- 
nata,  Naxçıvan MSSR-də  31,4  manata çatmışdır [12,  i.95,  v.4].  DQMV-mn 
azərbaycanlılar  yaşayan  kəndlərində,  demək  olar  ki,  ictimai  iaşət  xidməti 
müəssisəsi  yox  dərəcəsində  idi.  1945-1960-cı  illərdə  Xankəndi  şəhərində 
əhaliyə sənaye mallanmn satışı 2 dəfə artmışdır [8].
1945-1960-cı illərdə Xankəndi şəhərində bütün istehlak malları işçisində 
sənaye  məhsulları  istehlak  həcmi  nəzərdən  keçirilərkən  məlum  olur  ki, 
1950-ci ildə həmin göstərici 64,8 faiz,  1960-cı ildə 74,8 faiz,  1970-ci ildə isə
59,5  faiz  təşkil  etmişdir.  Ümumrespublika  üzrə  olan  göstericilər  n'əzərdən 
keçirilərkən məlum olur ki, müvafıq illərdə respublikamızda 59,7; 64,4; 50,4 
arasmda, Naxçıvan MSSR-də isə 51,2;  57,7; 46,9 arasında tərəddüd etmişdir 
[49,  s.3].  Ümumiyyətlə,  1945-1960-cı illərdə  sənaye məhsullarmın istehlak 
həcminə  görə  Xankəndi  şəhəri  Azərbaycan  SSR üzrə  birincı  yerdə  dayan- 
mışdır ki, bu da Azərbaycan hökumətinin Xankəndi şəhərinə göstərdiyi qay- 
ğınm təzahürü demək idi.
1945-1960-cı  illərdə  Xankəndi  şəhərində  dövlət  və  kooperativ  ticarət 
müəssisələrinin pərakəndə mal dövriyyəsindəki həcmi nəzərdən keçirilərkən 
məlum olur ki,  1945-ci ildən  1970-ci ilədək kooperativ müəssisələr birinci- 
liyi ələ almışdır.  Dövlət ticarət müəssisələrinin illik mal dövriyyəsində payı
1940-cı ildə 28,8  faiz təşkil etmişdirsə,  1960-cı ildə  36,7 faizə,  1970-ci ildə 
isə  1,7 dəfə artaraq 50,5 faizə qalxmışdır [71].
1945-1960-cı illərdə Xankəndi şəhərində fəhlə və qulluqçuların, həmçi- 
nin onlarm ailələrinin ərzaq məhsulları ilə təminatı xeyli yaxşılaşdı. Apanlan 
tədqiqatlardan məlum olur ki,  Xankəndi  şəhərindəki fəhlə və qulluqÇuların 
ərzaq məhsullan ilə təchizatı ümumrespublika üzrə olan göstəricilərdən təx- 
minən 10-15 faiz, Naxçıvan MSSR ilə müqayisədə isə  17 faiz yüksək olmuşdur.
1945—1960-cı illərdə Xankəndi şəhərində  çoxuşaqh  analarm sayının sürətlə 
artması prosesi baş vermişdir ki, bu da təsadüfi hadisə olmayıb dövlətimizin 
bölgəyə göstərdiyi dərin qayğımn nəticəsi idi. Təkcə  1968-ci illə müqayisədə 
1970-ci ildə Xankəndi şəhərində çoxuşaqlı analann sayı 2,7 dəfə artmışdı [71].
1945-1960-cı illərdə Xankəndi şəhərində əhalinin məişətinin yaxşdaşmasm- 
da tikinti sənayesinin sürətlə artması mühüm rol oynamışdır. Sov.İKP MK-nın 
və SSRİ Nazirlər Sovetinin  1957-ci il 31  iyul tarixli «SSRİ-də mənzil tikinti- 
sinin  inkişafı  haqqmda»  qərarmdan  sonra  Azərbaycan  hökuməti  Xankəndi 
şəhərində mənzil və digər obyektlərin tikintisinə xüsusi diqqət yetirmiş və bu 
sahəyə qoyulan vəsaitin həcmini ildən-ilə artırmışdır. Dövlətimiz ümumilikdə
DQMV-də yalmz tikinti işləri üçün  1951—1971-ci illərdə 25 milyon 413 min 
manat vəsait ayırmışdı. Tədqiqatlardan raəlum olur ki, Vilayət XDS və Vilayət 
Partiya Komitəsi həmin vəsaitin 70%-ni Xankəndiyə istiqamətləndirmişdi [60].
Azərbaycanm başqa şəhərləri ilə müqayisədə Xankəndi şəhərində tikinti 
quraşdırma işlərinə aynlan vəsaitin həcmi xeyli çox idi. Belə ki,  1946-1960-cı 
illərdə təkcə  Xankəndi rayonuna aynlan vəsait  qonşu  3  rayona Ağdam,  Fü- 
zuli və Tərtər rayonlanna aynlan vəsaitə bərabər idi.  1966—1968-ci illərdə Nax- 
çıvan MSSR-də tikinti quraşdırma işlərinə  58  milyon manat vəsait aynlmış- 
dırsa, bu göstərici Dağlıq Qarabağda 68 milyon manata çatmışdır [50,  s.32].
Azərbaycan hökuməti Xankəndi şəhərində tikinti-abadlıq işləri aparmaq 
üçün  təkcə  vəsait  ayırmaqla  kifayətlənməyib,  buraya  ixtisaslı  mühəndis 
kadrlar,  tikinti  materialları,  işçi  qüwəsi  və  texnika  göndərdi.  Dövlətimizin 
bölgəyə göstərdiyi dərin qayğı nəticəsində xeyli miqdarda çoxmərtəbəli ya- 
şayış binalan,  məktəblər,;uşaq bağçaları,  klublar,  kitabxanalar,  ictimai-iaşə 
müəssisələri,  sənaye  müəssisələri  və  başqa  obyektlər  tikilib  istifadəyə 
verildi.  1955-ci ildən  1970-ci  ilədək  olan dövrdə  DQMV-də  ümumi  sahəsi
863.4 min kvadrat  metr olan mənzil  tikilib  istifadəyə  verilmişdir ki,  bunun
496.5  min  kvadrat  metri  Xankəndi  şəhərinin  payına  düşmüşdü  [59,  s.lll]. 
1956—1970-ci illərdə ümumi respublika üzrə bu göstərici 23435 min kvadrat 
metrə çatmışdır [66, s.184].
1955-ci illə müqayisədə  1970-ci ildə mənzil tikintisi  11,3  dəfə artmışdı.
1946-cı  ildən  1970-ci  ilədək  olan  dövrdə  DQMV  şəhər  və  qəsəbələrində 
16344 yerlik 10 yeni tipli məktəb, 1780 yerlik 49 uşaq bağçası və körpələr evi, 
19 kütləvi kitabxana,  18 klub,  16 irihəcmli sənaye müəssisəsi, 606,9 min yer- 
lik ictimai ferma tikilib istifadəyə verilmişdir. Bununla yanaşı,  1954—1968-ci 
illər ərzində  DQMV-nin kəndlərində  10476 yerlik  54  ibtidai,  natamam orta 
və orta məktəb,  16325 yerlik 69 klub və mədəniyyət saraylan,  8345 kvadrat 
metrlik ziyalılar və kolxozçular üçün yaşayış evləri tikilmişdir [71,  s.131].
Dövlətimizin  Xankəndi  şəhərində  apardığı  tikinti-abadlıq  işləri  şəhər 
sakinlərinin mənzilə olan təlabatmın ödənilməsində böyük əhəmiyyətə ma- 
lik oldu.  1969-cu ilin məlumatına görə, Xankəndi şəhərində hər adama orta 
hesabla 7,8 kvadratmetr mənzil sahəsi düşürdü ki, bu ümumrespublika göstə- 
ricilərindən 2,5 dəfə çox demək idi [74]. Bununla belə, DQMV XDS «tikinti, 
şəhərsalma və arxitektura sahəsində səlahiyyət»lərindən -  şəhərsalma, arxi- 
tektura,  kompleks  tikinti  işləri,  şəhərlərin və  digər yaşayış  məntəqələrinin, 
muxtar vilayət ərazisində yeni tikintinin yerləşdirilməsi, habelə sənaye, nəq- 
liyyat, mədəni məişət və digər obyektlərin genişləndirilməsi, yenidən qurulması 
işlərinə  rəhbərlik  etməklə  məqsədli  şəkildə  DQMV  ərazisində  ermənilər

yaşayan  kəndlər,  xüsusi  olaraq  Xankəndi  şəhəri  abadlaşdırılır,  milliyyətcə 
azərbaycanlılar yaşayan kəndlərin heç birində sosial obyekt tikilmirdi. Nəti- 
cədə Azərbaycanlı kəndləri boşalıb dağılır və xarabazara çevrilirdi.
Apanlan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1959—1967-ci  illərdə 
DQMV-də  yaşayış  məskənlərinin  sayı  242-dən  235-ə  enmişdir.  Vilayətdə 
azalan həmin 7 kənd azərbaycanlılarm yaşadığı kəndlər idi.  Həmin kəndlər 
ya  tamam  dağılmış  və  ya  yaxmlıqda  yerləşən  ermənilər  yaşayan  kəndlərə 
birləşdirilmişdir  [71,  s.28].  Ermənilər yaşayan  kənd,  qəsəbə  və  sovetliklər 
mədəni-məişət  obyektləri,  işıq,  istiliklə  təmin  olunduğu  halda,  Vilayətdə 
rəhbərlik edən daşnaklar antitürk-antiazərbaycan siyasətini davam.etdirərək 
azərbaycmh kəndiərinə həmişə bıganəlik göstərmiş və burada yaşayajı azər- 
baycanlı gənclərin iş, yaxşı yaşayış dalmca gedərək qədiın  ata-baba yurdla- 
rını  tərk  etməsinə,  nəticədə  azərbaycanlılarm  sayının  azalmasxna  gətirib 
çıxarmışdır.  Yuxanda  qeyd etdiyimiz kimi,  Azərbaycanxn  d'gər bölgələrin- 
dən fərqli olaraq, DQMV-nin şəhər, rayon, qəsəbə və kəndlərində irihəcmli 
kompleks tikinti işləri həyata keçirilmişdir.
1945-1960-cı ıllərdə Azərbaycan hökuməti hər il ardıcıl olaraq Xankəndi 
şəhərinin  abadlaşması,  küçə  və  parklann  salınması,  yenidən  qurulması  və 
kommunal xidməti müəssisələrinin təmiri və yenidən qurulması üçün dövlət 
büdcəsindən böyük məbləğdə vəsait ayırdı. Təkcə  1959—1965-ci illərdə Xan- 
kəndi şəhərində hamam, kanalizasiya, yaşayış evlərinin istilik, işıq və başqa 
kommunal xidmətləri üçün 22,6 milyon manat vəsait aynlmışdır [54}.  1960-cı 
ildə dövlətimiz tərəfindən ayrılan vəsait hesabma 460 hektar sahə,  küçə və 
meydan yaşıllaşdırılmış,  7,2 hektar sahədə park və bulvarlar sallnmış, küçə- 
lərin  kənanna  10  mindən  çox  ağac  əkilmiş  və  263,8  hektar  sahədə  meşə 
zolağı salmmışdır [77, s.43].
Xankəndi  şəhərinin  abadlaşdırılması,  kommunal  məişət  xidmətinin 
genişlənməsi də əhalinin həyat şəraitinin yaxşılaşmasma çox kömək edirdi. 
1970-ci ildə Xankəndi şəhərində ümumi ictimai mənzil fondunun 93 faizi su 
kəmərləri,  89 faizi kanalizasiya, 93 faizi mərkəzi isitmə və buxardan istifadə 
sistemi ilə təchiz edilmişdi. Bəhs etdiyimiz dövrdə ümumrespublika üzrə bu 
göstəricilər, su kəmərləri 81  faiz, kanalizasiya 79 faiz, mərkəzi isitmə və bu- 
xardan istifadə  sistemi  54  faizə  çatmışdır [66,  s.194].  Faktlardan göründüyü 
kimi, Xankəndi şəhərində kommunal-məişət xidməti sahəsində olan göstəri- 
cilər ümumrespublika səviyyəsindən yüksəkdə dayanmışdır.
1946-1960-cı  illərdə  DQMV-də  qəsəbələrin  sayı  sürətlə  artmışdı.  Belə 
ki,  1959-cu  ildə  Dağlıq  Qarabağda  qəsəbələrin  sayı  2-yə  çatırdısa,  1970-ci 
ildə artaraq 7-yə qalxmışdır [71, s.30].
1945-1960-cı illərdə DQMV-də Xankəndi şəhərinin siması tamamilə də- 
yişmişdir.  Vaxtilə  40-50  evdən  ibarət Xankəndi  sürətlə  böyüyərək  32  min 
əhalinin yaşadxğı böyük şəhərlərdən birinə çevrilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanm qədim yaşayış məskəni Şuşa 
şəhərində də  1950-1960-cı illərdə tikinti və abadlıq sahəsində müəyyən iş- 
lər görülmüşdür.  60-cı illərdə Şuşa şəhərində aparılan tikinti-abadlıq işlərinə
8  milyon 740 min manat vəsait sərf edilmişdir.  Lakin çox təəssüflə qeyd et- 
məliyik ki,  Şuşada aparüan yenidənqurma,  tikinti-abadlıq işləri qədim tarixi 
abidələrin dağıdılmasl üzərində qurulmuşdur. Hər bir daşmda, qayasında türk- 
çülük duyulan respublika səviyyəsində qeydə alınan  198 qədim tarixi abidəyə,
549  qədim  binaya,  16  şərq  hamamına,  sütunlu,  tağlı  hər  birinin  uzunluğu 
1203 metr olan daş döşənən küçələrə,  18 məhəllə bulağına,  15 məscidə, 6 kar- 
vansaraya, 3 türbəyə, 2 mədrəsəyə və başqa sənət əsərinə malik ata-babalan- 
mızın yadigan olan Şuşamız «yenidənqurma», «abadlaşdırma» adı altmda erməni 
vandalları tərəfindən dağıdıldı [46]. 30-cu illərdə bəylərə, varlılara, sahibkar- 
lara,  din  adamlanna  qarşı mübarizə adı  altında onlann əmlakı,  dəyirmanlar, 
hamamlar, dükanlar, fabriklər, evlər, məscidlər ermənilər tərəfindən dağıdıl- 
mağa başlanmış,  salamat  qalanlardan  isə  anbar,  emalatxana,  kinoteatr kimi 
istifadə edilmişdir. Müharibə dövründə nəzarətsizlikdən istifadə edən Dağlıq 
Qarabağ rəhbərləri qədim evlərin memarlıq abidələrini, pəncərələrini, qapı- 
lan, döşəməni dağıdıb yanacaq kimi istifadə edirlər. Həmin vaxt İbrahim xanm 
«xəzinə  qayası»nda  inşa  etdirdiyi  saray,  hərəmxana,  tövlə,  hamam,  qoşun 
sığmacağı üçün kompleks,  binalar tamamilə  dağıdıldı.  50-60-cı  illərdə  Şuşa 
şəhərinin bərpa edilməsi baş plana salındı.  Erməni vandallan bu «Plan»dan 
da məharətlə istifadə etdilər.  1960-cı ildə Şuşa şəhərində kiçik bir yeməkxa- 
na tikmək üçün bir neçə qədim yaşayış evi-,  gözəl üslubda inşa edilmiş yara- 
şıqlı dükanlar və emalatxanalar dağıdıldı [21].  1965-ci ildə isə Şuşanın Lenin 
küçəsində dördbloklu, dördmərtəbəli bina inşa etmək üçün 2 və  3 mərtəbəli 
qədimdən  tikilmiş  7  böyük  sarayı,  2  kommunal  təsərrüfat  binasım,  3  şəxsi 
yaşayış evini, bir qədim hamamı, 1 karvansara binasını, onlarla mağazanı, ema- 
latxananı, böyük su ehtiyatına malik  11  qədim su quyusunu, yüzlərlə meyvə 
verən bar ağaclarmı, sütunlu-tağlı və yeri daşla örtülü küçələri dağıtmaq lazım 
gəlmişdi  [46].  Apanlan tədqiqatlar nəticəsində məlum olur ki,  Şuşada məq- 
sədli  şəkildə  dağıdılmış  qədim  mədəniyyət  abidələrinin  yerində  nəinki  bir 
bina, hətta  10 belə bina tikmək olardı.  1960-cı illərdə  Şuşanı öz möhtəşəm- 
liyi  və  memarlıq  incəlikləri  ilə  bəzəyən  16  Şərq  hamammın  heç  birindən 
əsər-əlamət qalmadı.  Hansı ki,  bu hamamlar ən yaxşı Avropa hamamlan ilə 
rəqabət aparabilərdi. Şəhərə xüsusi gözəllik verən «Alaqapı» və «Çanaqqala»nın

da dağıdılması bu dövrə  təsadüf etmişdir.  Beləliklə,  DQMV XDS-in layihə 
müəllifləri məqsədli şəkildə tikinti-abadlıq işləri adı altında Şuşanı, qədim və 
yaraşıqlı yaşayış binalannın xeyli hissəsini dağıtmağa müvəffəq oldular.
Heydər Əlirza oğlu Əliyevin 1969-cu ildə dövlət başçısı vəzifəsinə gəlişi 
ilə Şuşa şəhərinə qayğı artdı və şəhər bərpa olunmağa başlandı. H.Əliyev çı- 
xışlanndan birində göstərmişdir ki,  «Şuşa abidələr şəhəridir.  Diyarm zəngin 
tarixi ilə bağlı qədim tikililəri bərpa etmək, hər şeyi qayğı ilə qoruyub saxla- 
maq və gələcək nəsillərə çatdırmaq bizim ən ümdə və müqəddəs vəzifələri- 
mizdir» [46, s.73].
1945-1960-cı  illərdə  Xankəndi  şəhərində  avtomobil  yollarmm  yeriidən 
qurulması və yenilərinin salınması sahəsində böyük işlər görüKirdü. Xankəndi 
şəhənndən keçən ümumdövlət və respublika əhəmiyyətli avtomobil yollan- 
nm,  vilayət  əhəmiyyətli  avtomobil  yollarının  və  Dağlıq  Qarabağ  təsərrüfat 
daxilindəki  avtomobil  yollarınm  salınması  və  təmirinə  1965-ci  ildə  Azər- 
baycan hökuməti  tərəfindən  562 min manat,  1970-ci  ildə  isə  1  milyon  174 
min manat vəsait ayrılmışdı.
Bəhs  etdiyimiz  illərdə Hadrud Güzdək yolu tamamlandı.  Eyni  zamanda 
Ağdərənin mərkəzindən keçməklə ümumittifaq əhəmiyyətli Bərdə-Tərtər-Ağ- 
dərə-İstisu  yolu  istifadəyə  verilmişdi.  Təkcə  1965—1970-ci  illərdə  Dağlıq 
Qarabağ  ərazisində  229,5  kilometr  uzunluğunda  yol  çəkildi.  Həmin  vaxt 
DQMV-də əsas yolların uzunluğu 712 km-dəıı,  941,5  km-ə  çatdı.  Ümumiy- 
yətlə, 1950-1960-cı ıllərdə Xankəndi şəhərində yollarm çəkilişi 2 dəfə artdı. 
Ümumrespublika üzrə bu göstərici  1,9 dəfəyə bərabər idi.
Ümumilikdə  DQMV-də  yük  dövriyyəsi  sürətlə  inkişaf edirdi.  Belə  ki, 
Dağlıq Qarabağda yük dövriyyəsi 1953-cü ildəki 2464,2 mitı ton klometr mü- 
qabilində,  1970-ci ildə  12,2  dəfə  artaraq 30025 min ton km,  səmişin daşm- 
ması  1953-cü  ildəki  70,8  min nəfərdən  1970-ci ildə  5776 min nəfərə qədər 
artmışdır.  Səmişin  daşmması  ümumrespublika  üzrə  34  dəfə  artmışdıfsa, 
DQMV-də 82,5 dəfə artım müşahidə edilmişdir [59].
Çox təəssüflə qeyd etməliyik ki, DQMV XDS-in nümayəndələri «DQMV 
haqqmda Qanun»un II fəslinin 23-cü maddəsini  əldə  rəhbər tutaraq vilayət 
daxilindəki bütün yolların planım özləri tərtib və  təsdiq etmiş və öz «məha- 
rətlərini» bir daha yol çəkilişində də göstərmişlər [22,  s.23].  Bölgənin azər- 
baycanlılar  yaşayan  kəndlərinə  yol  çəkmək  tamamilə  «unudulmuşdu». 
Həmin kəndlərdə yenə də, keçmişdə olduğu kimi minik və qqşqu kimi atlar- 
dan,  öküzlərdən, kəllərdən, furqonlardan, arabalardan istifadə edilirdi.
1945-1960-cı  illərdə  Xankəndi  şəhərində  yaşayan  insanların  məişətinə 
paltaryuyan  maşmlar,  söyuducular,  tozsoranlar,  tikiş  maşınları,  elektrik
çaynikləri, radiopryomnik, televizor, pianino, elektrik ütüləri geniş daxil olun- 
mağa başladı.
1946-1960-cı  illərdə  Azərbaycanda  poçt  rabitəsi  sürətlə  inkişaf edirdi. 
1960-cı  illərin  əvvəllərində  bütün  rabitə  agentlikləri  rabitə  şöbələrinə 
çevrildi.  Bakıda  rabitə  kontoru  əvəzinə  poçtamt,  Xankəndində  isə  rabitə 
qovşağı yaradıldı. Azərbaycan hökuməti başqa sahələrdə  olduğu kimi, Dağ- 
lıq Qarabağda da rabitə müəssisələrinin -  poçt, telefon teleqraf, radiolaşdırma 
və  televiziyanm  inkişafı  üçün  1961-1965-ci  illərdə  621  min  manat, 
1966-1970-ci  illərdə  isə  146  min  manat  vəsait  ayırdı  [58].  Bununla  belə 
bölgəyə  ixtisaslı  mütəxəssislər  və  avadanlıqlar  göndərildi.  Aynlmış  vəsait 
hesabına  DQMV-də  1962-  1970-ci  illər  ərzində  42  yeni  poçt,  teleqraf və 
telefon müəssisəsi açıldı. Bununla da,  1962-ci ildə Dağlıq Qarabağda 56 poçt, 
teleqraf və  telefon  stansiyası  var idisə,  1970-ci  ildə  onların  sayı  98-ə  çatdı. 
1970-ci  ildə  ümumrespublika  üzrə  bu  göstərici  1555-ə  çatırdı  [64,  s.152]. 
1960-cı  illərin  sonlarinda  DQMV-də  şəhər  telefon  stansiyalarmın  sayı  9-a 
çatırdı.  1970-ci ildə ümumrespublika üzrə şəhər telefonlarımn sayı  132 ədəd 
idi.  1946-cı  ildən  1970-ci  ilədək olan dövrdə  Azərbaycanda ATS-lərin sayı 
6-dan  84-dək  çoxalmışdı.  Müvafiq illərdə  DQMV-də  ATS-lərin  sayı  1-dən 
3-dək  artmışdı  [64,  s.153].  1970-ci  ilədək  ermənilərin  kompakt  şəkildə 
yaşadığı bütün kəndlər, sovetliklər və kolxozlar tamam telefonlaşdırıldı.  Şuşa 
rayonunda bir neçə kənd,  Xankəndinə bitişik bir-iki kənd müstəsna olmaqla 
azərbaycanlılar yaşayan  kəndlər  yenə  də  «yaddan  çıxdı»  və  heç  bir  rabitə 
xidməti ilə təmin olunmadı.
1962-ci ildən 1970-ci ilədək olan dövrdə Xankəndi şəhərində ATS-lər də 
daxil olmaqla telefon nömrələrinin sayı 2 dəfə, telefon aparatlannın sayı 2,5 də- 
fə, göndərilən məktublarm sayı 5 dəfə, göndərilən bağlamaların sayı 3 dəfə, 
alınan  qəzet  və  jumallarm  sayı  9  dəfə,  şəhərlərarası  telefon  danışıqlarmm 
sayı  4  dəfə,  evə  göndərilən  təqaüdlər 2  dəfə  artdı.  Aparılan tədqiqatlardan 
məlum  olur  ki,  Xankəndi  şəhərində  əhalinin  rabitə  xidməti  ilə  təminatı 
ümumrespublika səviyyəsindən 30-40 faiz artıq olmuşdur [36,  s. 128].
1946-1960-cı  illərdə  Azərbaycanda  radiorabitə  vasitələri  böyük  sürətlə 
inkişaf  etmişdir.  Azərbaycan  hökumətinin  ayırdığı  xüsusi  vəsait  hesabına
1966-cı  ildə  Bakı-Şuşa,  1969-cu  ildə  Şuşa-Naxçıvan  radiorele  xətti  isti- 
fadəyə verildi  [17,  s. 133].  Bu hadisə Xankəndi  şəhərində  radiorabitənin və 
televiziya  verilişlərinin  inkişafma  daha  da  təkan  verdi.  60-cı  illərə  qədər 
DQMV-də  təkcə  Xankəndi  şəhərində  yerli  radio  verilişləri  redaksiyası 
fəaliyyət göstərirdi.  Bu vaxt DQMV üzrə  19242 radio  qəbuledici  nöqtə var 
idi [18].

1956-cı ildən Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətinə baş- 
ladı.  Artıq  60-cı  illərdən  bütün  Xankəndi  ərazisində  televiziya  vasitələri 
yayımlanmağa başlamışdır [12].
Azərbaycan hökuməti Xankəndi şəhərində əhalinin sağlamlığınm qorun- 
masım həmişə  diqqət mərkəzində  saxlamışdır.  Xankəndi  şəhərində həkim- 
lərin və tibb işçilərinin sayını artırmaq, müalicə-profilaktika müəssisələrinin 
şəbəkəsini  genişləndirmək,  tibb  müəssisələrinin  dərman  pereparatları  və 
ləvazimatlarla təmin etmək əhalinin sağlamlığı mühavizəsi üçün sanatoriya, 
kurort müalicə və istirahət evlərinin saymı artırmaq, ümumiyyətlə, Xankəndi 
əhalisinə tibbi xidməti ilbəil yaxşılaşdırmaq məqsədilə  1950-ci ildən 1970-ci 
ilədək Azərbaycan hökuməti şəhərdə səhiyyənin inkişafma 15 milyon 262 min 
manat  vəsait  ayırmış,  991  min  manat  uzunmüddətli  kredit  vermişdi  [71, 
s.197]. Bəhs etdiyimiz dövrdə ümumilikdə DQMV-də səhiyyə işlərinə ayn- 
lan vəsait Naxçıvan MSSR-ə aynlan vəsaitdən 2,7 dəfə çox idi [59].
Azərbaycan hökumətinin köməyi nəticəsində  1950-1960-cı illərdə Xan- 
kəndi  şəhərində  yeni  səhiyyə  müəssisələri,  müalicə-profilaktika  idarələri, 
dispanserlər, sanitariya-maarif evləri, sanitariya-epidemioloji stansiya, qankö- 
çürmə  stansiyası, uşaq xəstəxanalan,  doğum evləri, poliklinika və ambloto- 
riya tikihb istifadəyə verilmişdir.  1946-cı ildən  1970-ci ilədək DQMV ərazi- 
sində 988 çaıpayılıq 22 hər cür avadanlıqlarla təchiz olunmuş xəstəxana tikilib 
ıstifadəyə verildi. Ümumiyyətlə, bəhs edilən illərdə DQMV-də səhiyyə müəs- 
sisələrinin sayı  88-dən  174-ə qalxdı.
Apanlan  araşdırmalar  nəticəsində  məlum  olur ki,  1946-1960-cı  illərdə 
DQMV-də  yaradılmış  22  böyük  həcmli  xəstəxanalann  yerləşdirilməsində 
DQMV XDS ikili mövqe tutmuşdur.  1946-1960-cı illərdə yeni tikilmiş 22 xəs- 
təxanamn yalnız  1-i Şuşa rayonunun payına düşmüşdü.  Yerdə  qalan 21  xəs- 
təxananın hamısı ermənilərin daha çox cəmləşdiyi ərazilərdə, xüsusilə Dağlıq 
Qarabağ rəhbərliyinin diqqət mərkəzində  olan Xankəndi  şəhərində  yerləş- 
mişdir  [71,  s.186].  Azərbaycanlılar  yaşayan  kəndlərin,  demək  olar  ki,  heç 
birində nəinki xəstəxana, heç ambulator mərkəz belə yox idi.
1950-1960-cı illərdə DQMV-də xəstəxanalann sayında artım olduğu ki- 
mı, ali və orta ixtisas təhsilli mütəxəssislərin də saymda xeyli artım müşahidə 
edilmişdir.  1950-ci  ildə  Dağlıq  Qarabağda  86 həkim var idisə,  1970-ci  ildə 
onlann sayı 240 nəfərə çatmışdır. Həmin illərdə orta tibb işçilərinin sayı 621 
nəfərdən  1502 nəfərə qədər qalxmışdır.
İstər əhalinin həkimlərlə təminatı səviyyəsini, istərsə də çarpayılarm hər 
10 min nəfərə düşmə səviyyəsini tədqiq etsək görərik ki, Xankəndi şəhərin- 
dəki göstəricilər istər ümumrespublika üzrə,  istərsə  də Naxçıvan MSSR ilə
müqayisədə daha üstün mövqeyə malik olmuşdur. Məsələn,  1965-ci ildə hər 
10 min nəfərə  düşən  xəstəxana  çarpayılarmm sayma  görə ümumrespublika 
üzrə 85,7-i, Naxçıvan MSSR üzrə  83,5 ədəd düşürdüsə, yuxarıda qeyd etdi- 
yimiz kimi Xankəndi şəhərində 94,7 ədəd çarpayı düşmüşdür. Bundan əlavə, hər 
10 min nəfərə düşən orta tibb işçilərinin sayı ümumrespublika üzrə 67,4 nəfər, 
Naxçıvan MSSR üzrə 57,7 nəfər, Xankəndi şəhərində isə 88,6 nəfər düşmüş- 
dür. Bütün ixtisaslardan olan həkimlərlə təminat (hər  10 min nəfərə) Naxçı- 
van MSSR-də  12,3 nəfər, Xankəndi şəhərində  14,9 nəfər idi [36,  s.170].
Əwəlki illərdə olduğu kimi,  1945-1960-cı illərdə də Azərbaycan höku- 
məti Xankəndinin xəstəxana və müalicə müəssisələrini hər cür avadanlıqlar 
və  invertarlarla  təmin  etmişdir.  Xəstəxanalar  müasirtipli  cihazlarla  təchiz 
edilmiş, rentgen, fizioterapiya kabinləri və laboratoriyalar yaradılmışdır. Bunun 
nəticəsi idi ki, Xankəndi şəhərində yoluxucu xəstəliklərin -  xüsusilə qızdırma, 
tif,  traxoma  və  digər  infeksion  xəstəliklərin  kökü  kəsilmiş,  dizenteriya  və 
brusellyoz xəstəlikləri xeyli azalmışdır.  1950-1960-cı illərdə əhalinin sanita- 
riya-gigiyena bilikləri artmışdı. Şəhərdə uşaq sağlamlıq mərkəzi, uşaq sanato- 
riyası, uşaq bağçalan və körpələr evi, qadın və uşaq məsləhətxanalan işləyirdi. 
1945-1960-cı  illərdə Xankəndi  şəhərində  əhalinin  sağlamlığının mühafizə- 
sində sanatoriya kurort müalicə və istirahət evləri mühüm rol oynayırdı [71].
Azərbaycan hökumətinin  1946-1960-cı  illərdə Xankəndi əhalisinin küt- 
ləvi  istirahət  zonalanndan  düzgün  istifadə  etməsi  üçün  şərait  yaratması, 
vaxtında yoluxucu xəstəliklərin  qarşısını  alması,  şəhər əhalisini  lazım olan 
səviyyədə müalicəvi əhəmiyyəti dərman və tibb məmulatlan ilə təmin etməsi, 
səhiyyə  idarələri  şəbəkələrini  genişləndirmək üçün  ilbəil  vəsaitin  miqdannı 
artırması və sair tədbirlər həyata keçirməsi ölüm hallannm azalmasına, uzun- 
ömürlülüyə səbəb olmuşdur.  1960-cı il məlumatına görə,  DQMV-də  85-89 
yaşında olanlar 996 nəfər,  90-99 yaşında olanlar 708  nəfər,  100 yaşa yaxm 
və  yüzü  keçənlər  isə  188  nəfər  olmuşdu  [77].  1970-ci  il  məlumatında  isə 
yuxarıdakı  göstəricilər təxminən  20-30  faiz  artmışdır.  Məsələn,  1970-ci  il 
məlumatına  görə,  təkcə  yaşı  100-ü  keçənlərin  sayı  239  nəfəri  keçmişdir. 
Uzunömürlülərin 70 faizindən çoxu qadınlarm üzərinə düşmüşdür [56].
1970-ci il məlumatma görə, Azərbaycanda orta ömür 72 il olmuşdursa, bu 
göstərici  respublikamızın  ən  səfalı  güşələrindən biri  olan DQMV-də  75  ilə 
çatmışdır  [38,  s.84].  Uzunömürlülüyün  sayma  görə  Dağlıq  Qarabağ  nəinki 
Azərbaycanda, hətta Şərq ölkələrində və dünyada məşhurdur. Məsələn, 1950- 
1970-ci illər statistik məlumatlanna istinadən deyə bilərik ki, keçmiş SSRİ-də 
yaşı  100 və  100-dən yuxan olanlarm sayı hər 100 min nəfərə  10-12 nəfər, o 
cümlədən Ukraynada 6 nəfər, Belarusiyada  13, Özbəkistanda  10, RSFSR-də 8,

Qazaxıstanda 10, Gürcüstanda 51, Azərbaycanda 84, Azərbaycanın DQMV-də 
isə 144 nəfər təşkil etmişdir. İnkişaf etmiş dünya dövlətlərindən ABŞ-da bu gös- 
tərici  1,5 nəfər, Fransada 0,7 nəfər, İngiltərədə 0,6 nəfər təşkil etmişdir [62]. 
Statistik məlumatlardan göründüyü kimi yer üzərində uzunömürlülüyünə görə 
Azərbaycanm Dağlıq Qarabağ bölgəsi öndə dayanmışdır.  Keçmiş  SSRİ mə- 
kamnda isə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti birinci yerdə 
idi. Bütün bunlar xain qonşulanmızm diqqətindən yaymmamışdır. Vaxtilə dün- 
yanın  müxtəlif  dövlətlərindən  Azərbaycana  köçürülən  ermənilərin  Dağlıq 
Qarabağı yaşayış yeri kimi seçməsi təsadüfı hadisə deyildi. Əlbəttə, bölgənin 
yeraltı və  yerüstü təbii sərvətləri,  saf suyu,  təmiz havası,  çıxılmaz 'meşəlik- 
ləri, min bir dərdin dərmanı olan meyvə bağlan, sərin bulaqları -  zəngin flora 
və faunası bütün tarixi dövrlərdə məkrli bif qrup gəlmə ermənilərin ərazi iddia- 
larma səbəb olmuşdur. Acgöz və bədniyyət qonşulanmız mjjvəqqəti də olsa
XX əsrin 80-cı illərinin axırı, 90-cı illərin əvvəllərində Azərbaycamn qədim 
yaşayış məskəni, gözəl səfalı güşəsini işğal etdilər. İşğal edilmiş ərazilərimiz- 
dəki təbii sərvətlərimiz qəddarlıqla xarici dövlətlərə və Ermənistana daşınır.
Xankəndi  şəhərində  insanların  sağlamlığmm  möhkəmlənməsində,  on- 
lann əmək qabiliyyətinin saxlamlmasında bədən tərbiyəsi hərəkatı mühüm rol 
oynayır. Azərbaycan hökuməti başqa sahələrdə olduğu kimi, Xankəndi şəhərin- 
də  də  bədən tərbiyəsi  və  idmanı  inkişaf etdirmək məqsədilə  1950-1960-cı 
illərdə 33050 manat vəsait ayırdı Azərbaycan hökumətinin ayırdığı vəsait he- 
sabma Xankəndində 30 idman zalı və meydança, 15 min nəfərlik stadion, «dina- 
mo» idman kompleksi və digər idman qurğulan tikilib şəhər sakinlərinin istifa- 
dəsinə verildi. Dekabr,  1970-ci il məlumatına görə, ümumilikdə DQMV əra- 
zisində 43  futbol meydançası,  277-i voleybol, tennis, basketbol meydançalan 
fəaliyyət göstərirdi [50, s. 119]. Azərbaycan hökuməti Xankəndi şəhərində yara- 
dılmış idman mərkəzini idman qurğuları, lazımi avadanlıqlarla təmin edirdi.
1950-1960-cı  illərdə  Xankəndində  bədən  tərbiyəsi  və  idmanın  inkişafı 
üçün bədən tərbiyəsi və idman kollektivləri yaradılması işi ildən-ilə genişlən- 
dirilmişdi. Bu dövrdə Xankəndi şəhərində əhalinin  18 faizindən çoxu bədən 
tərbiyəsi və idmanla məşğul olmuşdur [64,  s.272].
Beləliklə,  1945-1960-cı  illərdə  Azərbaycan  hökumətinin  həyata  keçir- 
diyi kompleks tədbirlər nəticəsində Xankəndi şəhərində milliyyətcə erməni 
əhalisinin maddi rifah  halınm yüksəlməsi təmin olunmuş  və  onlarm əmək, 
məişət şəraiti yaxşılaşmışdır. Azərbaycan SSR-in Xankəndi şəhər ərazisində 
məskunlaşan ermənilərin maddi rifah halı və  məişət şəraiti,  istər ümumres- 
publika  səviyyəsindən,  istərsə  də  Naxçıvan  MSSR  və  digər  şəhərlərdən 
dəfələrlə yüksəkdə dayanmışdır.  Aparüan hesablamalara görə  1960-cı ildən
1970-ci  ilin  əwəllərinədək  olan  dövrdə  adambaşma  düşən  məhsul  isteh- 
salmın həcmi ümumrespublika üzrə  140,5 faiz, Xankəndi şəhərində 250 faiz 
artmışdır.  Həmçinin  sənaye  məhsulları  istehlakmm  həcmi  ümumrespublika 
üzrə  229  faiz,  Xankəndi  şəhərində  281  faiz,  kapital  xərcinin  artım  həcmi 
ümumrespublika  üzrə  219  faiz,  Xankəndi  şəhərində  417  faiz,  ticarət  mal 
dövriyyəsinin həcmi ümumrespublika üzrə 240 faiz, Xankəndi şəhərində 279 
faiz,  məişət xidməti işi ümumrespublika üzrə  540 faiz,  Xankəndi  şəhərində
550 faiz artım olmuşdur [55].
Bunanla yanaşı,  Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə  er- 
məni  rəhbərliyi tərəfindən ögey münasibət göstərilmiş,  demək  olar ki,  heç 
bir kənddə  sosial  obyekt tikilməmiş,  nəticədə  onlarla azərbaycanlı kəndləri 
boşalıb,  dağılmışdı.  1945-1960-cı  illərdə  Dağlıq  Qarabağda  yaşayan  azər- 
baycanlılann  maddi  həyat  tərzi,  aşağı  səviyyədə  qalmaqda  davam  edirdi. 
Onlann əldə etdiyi məvacib dolanışığın minumum həddindən aşağı idi.
1970—1985-ci  illərdə  Azərbaycamn  DQMV-nin  iqtisadi  yüksəlişi,  əha- 
linin rifahınm və  məişətinin  daha  da yaxşılaşdmlmasma  şərait yaratmışdır.
1965—1985-ci  illərdə  DQMV-nin  kolxoz,  sovxoz  və  şəxsi  təsərrüfatlarmda 
ümumi  istehsal təqribən iki dəfədən çox, əhalisinin hər nəfərinə  düşən real 
gəlir  81  faizdən  çox  artmışdır  [76].  Fəhlə  və  qulluqçularm  orta aylıq əmək 
haqqı  1970-ci  illərdə  1,4,  1980-ci  illərdə  isə  1,3  dəfə  çoxalmışdır.  Dağlıq 
Qarabağda  əhalinin  real  gəlirinin  yüksəldilməsində  əsas  mənbələrdən  biri 
əmək haqqınm ardıcıl olaraq yüksəldilməsidir. Azərbaycan dövlətinin başçısı 
H.Ə.Əliyevin  rəhbərliyi  altında  Azərbaycan  KP  qurultaylarında,  MK 
plenumlannda vaxtaşırı çağrüan müşavirələrdə respublikamızm, o cümlədən 
onun  aynlmaz  hissəsi  olan  DQMV-nin  iqtisadi,  sosial  və  mədəni  inkişafı 
üçün konkret vəzifələr irəli sürülmüş və əhalinin rifah və məişətinin daha da 
yaxşılaşdırüması üçün təşkilati tədbirlər müəyyən edilmişdir.
1970—1985-ci  illərdə  DQMV-də  istər kolxozçularm,  istərsə  də  fəhlə  və 
qulluqçuların şəxsi təsərrüfatlarmdan gələn gəlirləri xeyli artmışdır.  Maraqlı 
cəhət  ondan  ibarətdir  ki,  bəhs  olunan  illərdə  DQMV-də  şəxsi  həyətyanı 
təsərrüfatlardan əldə edilən gəlir istər ümumittifaq  səviyyəsində,  istərsə  də 
ümumrespublika səviyyəsində yüksəkdə dayanmışdır.  Aparüan araşdırmalar 
nəticəsində məlum olur ki,  1970-ci ildə keçmiş SSRİ məkanmda kolxozçular 
ümumi gəlirlərinin 31,9 faizini şəxsi təsərrüfatlanndan əldə etmişdilər.  1975-ci 
ildə bu göstərici 26,3 faiz,  1980-ci ildə 30 faiz təşkil etmişdir. Ümumrespub- 
lika üzrə bu göstərici  1970-ci ildə 32 faiz,  1975-ci ildə 43,9 faiz,  1980-ci ildə 
45  faiz  təşkil  etmişdirsə,  Azərbaycan  DQMV-də  bu  göstərici  1970-ci  ildə 
34 faiz,  1975-ci ildə 44,7 faiz,  1980-ci ildə isə 46,4 faiz təşkil etmişdir [23].

Bu faktm özü Azərbaycan hökumətinin Dağlıq Qarabağ əhalisinə  göstərdiyi 
dərin  qayğmı  bir  daha  subut  edir.  Bəhs  etdiyimiz  dövrdə  ümumrespublika 
səviyyəsində  DQMV-də  başqa  sahələrdə  də  yüksək  göstəricilər  əldə  edil- 
mişdir.
1970—1985-ci  illərdə  Xankəndi  şəhərində  ictimai  istehlak  fondlannda 
əhaliyə verilən ödənc və  güzəştlərin məbləği üç dəfə çoxalmışdır [23].  Hə- 
min illərdə qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək 
və müharibə veteranlanna, başçısım itiraıiş uşaqlı ailələrə, tək analara maddi 
yardım  ilbəil  artmışdır.  70-80-ci  illərdə  dövlətimizin  həyata  keçirdi-yi  mü- 
hüm tədbirlər nəticəsində əhaliyə verilən pensiyalann həcmi 4,4 dəfə, müa- 
vinətlərin həcmi isə 3,3 dəfə çoxaldı [22, s.32].
Aparılan araşdırmalardan məlum olur ki,  1980-ci ildə əhalinin hər 10 min 
nəfərinə  düşən  təqaüdçülərin  sayma  görə  Xankəndi  şəhəri  istər  ümumres- 
publika səviyyəsindən (14 faiz), istərsə də Naxçıvan MR ilə müqayisədə (12 faiz) 
üstün olmuşdur.  Ayrılan təqaüdlərin həcmində də bu fərqlər müşahidə edil- 
mişdir. Lakin DQMVXDS «sosiai təminat sahəsində səlahiyyətləri»ndən çox 
məharətlə  ıstifadə  etmişdir  [59,  s.123],  Yerli  və  ittıfaq  əhəmiyyətli  pen- 
siyalar  təyin  edilərkən  Vilayət  Sosial  Təminat  Şöbəsi  ikili  mövqe  tutmuş, 
faktiki xəstə olan azərbaycanlılar haqqxnda Tibbi Əmək Ekspertizasxmn rəyi 
həmişə mənfi olmuşdur. Pensiya dərəcəsinə gəldikdə isə ən ağır xəstə azər- 
baycanlı III dərəcəyə,  milliyyətcə erməni olanlar isə yüngül xəstə olsa belə
I dərəcəyə aid müəyyən edilirdi. Yaşa görə təinatlarda isə,  eyni müəssisədə 
erməni  ilə  azərbaycanlımn  arasmda  böyük  fərqlər  müşahidə  edilmişdir. 
İ]mumiyyət)ə,  Xankəndi  şəhərində  milliyyətcə  azərbaycanlx  olanlar  sosial 
təminat sahəsində də, erməni millətçiləri tərəfindən həmişə sıxışdmlmışlar.
Bəhs  etdiyimiz illərdə DQMV-də əhalinin maddi rifah halmın yaxşılaş- 
dmlmasım vilayət sakinlərinin əmanət kassalannda saxlamlan pul əmanətçi- 
lərinin məbləğindən, əmanətlərin və əmanət kassalannın sayxnın artmasından 
da görmək olar [36,  s.140].
Apanlan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1966—1980-ci  illərdə 
DQMV-nin Xankəndi, Ağdərə, Xocavənd və Hadrud rayonunda əmanət kas- 
salannda  saxlanılan  əmanətin  dəfələrlə  artırılmasma baxmayaraq,  azərbay- 
canlxlarxn daha çox cəmləşdiyi Şuşa rayonunda bu göstərici aşağı düşmüşdü. 
Məsələn,  həmin  illərdə  Xankəndi  rayonunda kənd  əməkçilərinin  saxladığı 
əmanətlər  9  milyondan  14 milyona qalxmxşdxrsa,  Şuşa rayonunda  9  milyon 
manatdan 2,5 milyon manata enmişdir. Bu faktın özü Dağlıq Qarabağda yaşa- 
yan azərbaycanlılara ögey münasibət göstərilməsini və onlann sosial vəziy- 
yətinin aşağı olmasınx göstərir [51,  s.28].
1970—1985-ci  illərdə  Azərbaycan hökumətinin Xankəndi  şəhərində  hə- 
yata keçirdiyi mühüm tədbirlərdən biri də, burada yaşayan əhalinin istehlak 
təlabatı ilə təklif arasında uyğunluq yaratmaq,  əhalinin ərzaq və qeyri-ərzaq 
mallanna olan tələbatıhı tam ödəməkdən ibarət olmuşdur. Xankəndi şəhərində 
əhalinin ahcılxq qabiliyyətinin artması istehlak mallan istehsalının, ticarət və 
ictimai iaşə xidmətlərinin nisbətən inkişaf.etməsi şəhərdə mal dövriyyəsinin 
çoxalmasma səbəb olmuşdur.  1971—1981-ci illərdə Azərbaycan hökumətinin 
ayırdığı xüsusi vəsait hesabma Xankəndi ərazisində  166 yeni ticarət və icti- 
mai iaşə müəssisəsi tikilıb əhalinin istifadəsinə verildi [9].
1971—1985-ci illərdə Xankəndi şəhərində dövlət və kooperativ ticarətində, 
ictimai  iaşə  daxil  olmaqla,  pərakəndə  mal  dövriyyəsi  2  dəfə  qalxmışdır. 
1970—1985-ci illərdə Xankəndi şəhərində  də əhaliyə hərtərəfli mədəni xid- 
mət göstərən yaxşı təşkil edilmiş ticarət müəssisələri olmasma baxmayaraq, 
hələ də bu sahədə nöqsanlar özünü göstərirdi. Belə ki, Vilayət ticarət təşki- 
latları tərəfindən mallann rayonlar üzrə düzgün bölüşdürülməməsi,  azərbay- 
canlılar yaşayan kəndlərdə ticarət mallarının çatışmaması,  həmin kəndlərdə 
ticarət və iaşə xidmət səviyyəsinin xeyli aşağı olması faktları aşkar edilmişdir. 
Şuşaya və azərbaycanlılar yaşayan kəndlərə Vilayətin mərkəzi ticarət müəs- 
sisələri tərəfindən göndərilən  mallann əksəriyyəti keyfiyyətsiz  olduğundan 
əhalinin təlabatmı ödəmirdi.  Vilayət tabeli  ticarət və  iaşə  müəssisə  və  təş- 
kilatlarmm mal dövriyyəsinin nomenklaturasmda ikili mövqe aşkarlanmışdır. 
DQMV-dəki  azərbaycanlxlar  yaşayan  kəndlərdəki  mövcud  mağazalar 
soyuducu və digər texnoloji avadanlıqlarla təchiz edilmirdi. Xankəndi ticarət 
idarəsi, Vilayət partiya və sovet təşkilatları göstərilən nöqsanları aradan qal- 
dırmağa cəhd etməmiş və təsirli tədbir görməmişdir.
Apanlan tədqiqatlar nəticəsində məlum olur ki,  1970—1980-ci illərdə is- 
tər adambaşma düşən pərakəndə ticarət dövriyyəsinin həcminə,  istər ticarət 
müəssisələrinin miqdanna,  istərsə  də  adambaşına düşən ticarət mağazaları- 
nın sahəsinə görə Xankəndi şəhərindəki ümumi göstəricilər həm ümumres- 
publika səviyyəsində, həm də şəhərlərlə müqayisədə üstün olmuşdur. Məsələn, 
təkcə  1981-ci ildə  10 min nəfər hesabı ilə pərakəndə ticarət müəssisələrinin 
miqdarı ümumrespublika üzrə 28, Naxçıvan MR-də 24, Xankəndi şəhərində 
42 idi.  10 min nəfər hesabı ilə mağazalann ticarət sahəsi (kvadrat kilometrlə), 
ümumrespublika üzrə  1127,  Naxçxvan  MR üzrə  1319,  Xankəndi  şəhərində 
1743 kvadrat kilometr olmuşdur. Adambaşxna düşən pərakəndə ticarət dövriy- 
yəsinin həcmi ümumrespublika üzrə 617 manat, Naxçıvan MR üzrə 420 ma- 
nat,  Xankəndi  şəhərində  642  manat  məbləğində  idi  [586,  s.126].  Başqa 
dövrlərdə də bu cür fərqlər müşahidə edilmişdir.

Xankəndi  əhalisinin  mədəni-məişət  şəraitinin  yaxşılaşmasında  ictimai- 
iaşə müəssisələri böyük əhəmiyyət kəsb edirdi.  1970  1980-ci illərdə Xankən- 
di şəhərində yeni yeməkxana, restoran, mətbəx-fabrik, qəlyanaltı və bufetlər 
yaradılmasına xüsusi diqqət yetirilmişdir [36,  s. 143].  Bu dövrdə mövcud ob- 
yektlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. İctimai-iaşə müəssisələ- 
rinin yerləşdirilməsi prosesi nəzərdən keçirilərkən məlum olur ki, burada da, 
erməni rəhbərliyi qərəzli mövqe tutmuşdur. Məsələn, 1970—1985-ci illərdə Xan- 
kəndi, Xocavənd, Hadrud, Ağdərə rayonlarmda ictimai-iaşə xidməti müəssisə- 
lərinin yerləşdirilməsi və xidmət həcmi 2,5  dəfədən çox artmış,  Şuşa rayo- 
nunda bu artım 1,9 dəfəyə çatmışdır [59, s.127]. Ən böyük ictimai-iaşə müəs- 
sisələri  Xankəndi  şəhərində  yaradılmışdır.  1975-ci  il  məlumatına  görə, 
DQMV-də ticarət mal dövriyyəsinin 69 milyon 394 min manatmdan 27 milyoi) 
767 min manatı Xankəndi ticarət müəssisələrinin üzərinə düşmüşdür [53, s.96].
1970—1985-ci illərdə Azərbaycan hökumətinin dərin qayğısı nəticəsində 
əhaliyə ictimai iaşə və mədəni məişət xidməti dinamik inkişaf etnmdir. Apa- 
rılan  tədqiqatlara  əsasən  müəyyən  edilmişdir  ki,  Xankəndi  şəhərində  hər 
sakinə düşən məişət xidmətlərinin həcmi  1966—1970-ci illərdə  13 manat ol- 
muşdursa,  1971—1975-ci illərdə bu göstərici artaraq 18 manata,  1976—1980-ci 
illərdə 25 manata  çatmışdır.  Bu göstəricilər ümumrespublika səviyyəsindən 
xeyli üstündür. Belə ki, hər bir sakinə düşən məişət xidmətinin həcmi  1981-
1986-cı  illərdə  ümumrespublika  üzrə  20-30  manat  olmuşdursa,  Naxçıvan 
MR-də  15-21 manat, Xankəndi şəhərində isə 31-41 manata çatmışdır.  10 min 
nəfərə düşən məişət xidməti emalatxanalannm miqdarına gəldikdə isə ümıun- 
respublika üzrə bu göstərici 1981—1986-cı illərdə 15—17 emalatxana, Naxçıvan 
MR-də 21  emalatxana, Xankəndi şəhərində isə 29-32 emalatxana düşürdü [54].
Xankəndi  ticarət  müəssisələrində  çalışanlarm  təxminən  60  faizini 
qadmlar təşkil edirdi. İctimai iaşə və ticarət müəssisələrində işləyənlərin orta 
ayiıq  əmək  haqqı  1965-cı  ıldəki  67  manata  qarşı,  1975-ci  ildə  87  manata 
qalxmışdır [29,  s.204]. Vilayət rəhbərliyinin ayrı-seçkilik siyasəti burada da 
özünü göstərmişdir.  Apanlan araşdırmalardan aydm  olmuşdur ki,  Xankəndi 
şəhərində  ticarət  müəssisələrində  çahşanlann,  demək  olar  ki,  95  faizini 
ermənilər təşkil etmişlər.
Dövlətimiz  Xankəndi  şəhər  əhalisinin  həyat  səviyyəsini  yüksəltmək 
üçün, onlann artan təlabatını ödəmək baxımmdan bazarlan müxtəlif məhsul- 
larla doldururdu.  Hətta  1986-cı  ildə  Xankəndində mal  dövriyyəsinin həcmi
1966-cı illə müqayisədə 5,1  dəfə artmışdır. Halbuki bu rəqəm ümumrespublika 
üzrə 4,6 dəfəyə bərabər idi.  Göstərilən dövr ərzində adambaşına düşən mal 
dövriyyəsinin  inkişaf surəti  ümumrespublika  üzrə  2,7  dəfə,  Azərbaycanın
Xankəndi şəhərində 3,7 dəfə təşkil etmişdir. Həmin illərdə mağazalarda hər
10  min  nəfərə  düşən ticarət  sahəsi  Azərbaycan üzrə  1,9  dəfə,  onun  tərkib 
hissəsi olan Xankəndi şəhəri üzrə 2,6 dəfə artmışdır. Həmçinin  1986-cı ildə 
ictimai  iaşə  müəssisələrində  hər  10  min  nəfərə  düşən  yerlərin  sayı  res- 
publikamızda 731-ə düşdüyü halda, Xankəndində 805-ə çatmışdır.
1970-1985-ci illərdə Xankəndi şəhərində mənzil tikintisi sürətlə artmış- 
dır.  İlk növbədə, Azərbaycan hökuməti Xankəndi şəhərində mənzil tikintisi 
kommunal təsərrüfatlarin inkişafı və  abadlıq işləri,  mənzil kommunal təsər- 
rüfatımn  kompleks  inkişafı  üçün  kapital  qoyuluşunun  həcmini  artırdı.
1971—1985-ci illərdə  185 milyon manat vəsait aynlmışdır. Mənzil tikintisinin 
sahəsi  yüksələn  xətlə  xarakterizə  olunmuşdur.  1970—1985-ci  illərdə  bütün 
maliyyə  mənbələri  hesabına Xankəndi  şəhərində  ümumi  sahəsi  328,5  min 
kvadrat metr olan yeni abad mənzillər istifadəyə verilmişdir [51,  s.31].
Xankəndi şəhərində apanlan tikinti işlərində yerli xammal materialların- 
dan  da  istifadə  olunurdu.  Azərbaycan hökumətinin  ayırdığı vəsait  hesabına 
Vilayətdə tikinti sənayesi sürətlə inkişaf etmişdir. Apanlan hesablamalar nə- 
ticəsində məlum olur ki, respublikamız üzrə üzlük daşın  15 faizi, tikinti daşı- 
nın 30 faizi, mişar daşının  10 faizi, sənaye əhəmiyyətli gilin 10 faizi, Yuxan 
Qarabağ iqtisadi rayonunun payma düşürdü.  Bu sahədə Xankəndi tikinti ma- 
teriallan kombinatı,  qum-çınqıl,  daş,  mərmər karxanaları, kərpic zavodu bö- 
yük rol oynamışdır.  1970-1985-ci illərdə Xankəndi şəhərində yeni mikrorayon- 
lar,  qəsəbələr  salınmış,  çoxmərtəbəli  yaşayış  binaları  tikilmişdir.  Aparılan 
tədqiqatlar nəticəsində məlum olur ki,  1970—1985-ci illərdə Xankəndi şəhə- 
rində mənzil tikintisi sahəsində əldə edilən nailiyyətlər respublikamızın bü- 
tün şəhərlərindən yüksəkdə dayanmışdır.  Məsəlen,  Xankəndi şəhərində bir 
sakinin  mənzillə  təminatı  14,6  kvadrat  metrə  çatdığı  halda,  respublikamız 
üzrə  bu göstərici  10,0 kv.metr,  Naxçıvan MR-də  isə  9,5  kv.metr olmuşdur. 
Bunlardan  əlavə,  şəhər  yerində  şəxsi  mülkiyyətdə  olan  mənzil  fondunun 
abadlıq  dərəcəsi  ümumrespublika  üzrə  137,8  faiz,  Azərbaycan  Naxçıvan 
MR-də 107,4 faiz, Xankəndi şəhərində isə  167,5 faiz yerinə yetirilmişdir [74].
Ümumiyyətlə,  1961—1986-cı illərdə DQMV-də bütün mənbələr hesabma 
1400 min kvadrat metr mənzil sahəsi tikilmişdir.  Nəticədə  12 min nəfərdən 
çox  adam  öz mənzil  şəraitini  yaxşılaşdırmışdır.  Apardığımız  tədqiqatlardan 
məlum olur ki, bəhs etdiyimiz dövrdə bir sakinə düşən mənzil sahəsi keçmiş 
SSRİ  məkanında  14,9  kvadrat metr,  Ermənistan  SSR-də  13,7  kvadrat metr, 
Azərbaycan  SSR-də  10,9  kvadrat  metr,  Bakı  şəhərində  11,7  kvadrat  metr, 
Naxçıvan MR-də 9,5 kvadrat metr olmuşdursa, Azərbaycanın DQMV-də bu 
göstərici  14,6  kvadrat  metrə  çatmışdır  [51,  s.27].  Fərdi  mənzil  tikintisi

üzərində qoyulan məhdudlaşmalar aradan götürülmüş, kreditləşmə üçün əlve- 
rişli şərait yaradılmış və tikinti işi sürətlənmişdir. 
|
1970—1985-ci illərdə Xankəndi şəhərində əhalinin mədəni-məişət şərai- 
tinin yaxşılaşmasmı burada qazlaşdırma işinin həyata keçirilməsində görmək 
olar.  1978-ci il dekabrın 30-da Yevlax-Xankəndi qaz kəmərinin açılışı keçi- 
rildi.  107 km uzunluğunda olan bu kəmərin bir hissəsi dağlarda, çətin şəraitdə 
çəkilmişdi.  1970-ci illərin sonlannda isə Yevlax, Xankəndi-Gorus-Naxçıvan 
qaz kəməri çəkilib istifadəyə verildi. Bu qaz kəmərlərinin çəkilişi Xankəndi 
əhalisi üçün böyük əhəmiyyətə malik hadisə hesab olunur. Çünki bu çəkiliş- 
dən  sonra  şəhər  ərazisinin  qazlaşdınlması  işi  sürətləndirilmişdir.  Ümumi- 
likdə,  1980-ci  ildə  Xankəndi  şəhərində  2100  mənzilə,  Şuşa  şəhərində  isə 
300 mənzilə qaz çəkilmişdir.  1981-ci ildə DQMV-nin şəhər və kəndlərində 
35 min mənzil qazla təmin edilmişdir.  80-ci illərdə Xankəndii şəhərində  qaz 
çəkilişi 70-ci illərlə müqayisədə 2 dəfə artmışdı.  Xankəndi  şəhərində mən- 
zülərm qazlaşdmlması tapşmqlan yerinə yetirilmişdir. Burada qazlaşdınlmış 
mənzillərin sayı  1970—1985-ci illər ərzində 4,3 dəfə artmışdır [52,  s.80]. Artıq 
1986-cı ildə Xankəndi şəhəri  100 faiz qazla təmin edilmişdi. Halbuki ümum- 
respublikamız üzrə bu göstərici 96,2 faizə bərabər idi. Xankəndi şəhərinin iç- 
məli su ilə təchizatı məsələsi 1970-ci illərdə tamamilə həyata keçirilmişdir [51].
Bəhs  olunan dövrdə Xankəndi şəhər əhalisinin mənzillərinin su kəməri 
ilə  təchizi  ümumrespublika  səviyyəsindən  2  dəfə  yüksəkdə  dayanmışdır. 
1986-cı il məlumatma görə su kəmərinin abadlaşdırma faizi ümumrespublika 
üzrə 30,5 faiz, Naxçıvan MR-də 7,4 faiz idisə, Xankəndi şəhərində 45,5 faizə 
çatmışdı [37].  Şəhərlərin kanalizasiya ilə təminatı işində də Xankəndi şəhəri 
ümumrespublika səviyyəsini 2 dəfə üstələmişdir.  1970—1985-ci illərdə Azər- 
baycan  hökumətinin  hər  il  ardıcıl  olaraq  Xankəndi  şəhərinin  abadlaşması, 
küçə  və  parklann  salınması,  yenidən  qurulması,  kommunal  xidmət müəssi- 
sələrinin təmiri və yeniləşməsi üçün bütün lazımi tədbirləri həyata keçirirdi. 
70-ci  illərdə  şəhərdə  təkcə  yaşıllaşdırma işləri,  parklann  salınması,  işıq  və 
istilik xətlərinin  çəkilişi üçün Azərbaycan hökuməti  tərəfindən 2 milyon 611 
min manat vəsait sərf edilmişdir [75]. Bütün yuxanda göstərilən mənzil tikin- 
tisi ilə bağlı müvəffəqiyyətlərlə yanaşı, bəhs edilən illərdə bölgədə bəzi nöq- 
sanlı  cəhətlər də  aşkar edilmişdir.  Azərbaycanlılar yaşayan kəndlərdə  hələ 
də mənzil problemi kəskin olaraq qalırdı. Mərkəzə isə erməni rəhbərliyi mə- 
lumat vermişdir ki, mənzil problemi tam həll edilmişdir. Az-çox azərbaycan- 
lılar yaşayan kəndlərdə  apanlan tikinti  işlərinin keyfiyyəti  çox  aşağı  səviy- 
yədə idi. Dağlıq Qarabağm azərbaycanlılar yaşayan kəndlərinin çoxunda heç 
bir məişət xidməti obyekti yox idi. Mövcud obyektlərdə isə xidmət keyfiyyəti
aşağı  səviyyədə  fəaliyyət  göstərirdi.  Ermənilər yaşayan bütün kəndlər qaz- 
laşdmldığı halda,  azərbaycanlılann yaşadığı kəndlərdə  qaz hələ  də yox idi. 
Mərkəzə verilən məlumatda isə həmin kəndlər «qazlaşdırılmışdı».
1970-1985-ci illərdə Azərbaycan hökuməti Xankəndi şəhərində yol təsər- 
rüfatı,  nəqliyyat,  rabitə  sahəsində  də  mühüm  tədbirlər  həyata  keçirdi.  Ilk 
növbədə,  təsərrüfat  daxili,  vilayət  əhəmiyyətli,  ümumdövlət  və  respublika 
əhəmiyyətli  avtomobil  yollannm  şəbəkəsinin  inkişafı,  yeni  yolların  salın- 
ması, təmiri və saxlanılması üçün Azərbaycan hökuməti tərəfindən qoyulan 
vəsaitin  miqdarı  ilbəil  artmldı.  Aynlan  vəsait  hesabına Xankəndi  şəhərinə 
yeni asvalt yollar çəkildi. 
1
XX yüzilliyin 70-ci illərində Azərbaycan dövlətinin başçısı H.Ə.Əliyevin 
şəxsi təşəbbüsü ilə Bakmı Xankəndi ilə birləşdirən Ağdam-Xankəndi dəmir- 
yolunun çəkilişinə başlanmışdı.  12 yanvar 1979-cu ildə 26 klometrlik həmin 
dəmiryolu istifadəyə verildi [36]. Bəhs etdiyimiz illərdə Xankəndi şəhərində 
avtomobil nəqliyyatı vasitəsilə yük daşınmasmm həcmi ilbəil artmışdı.
Yeri gəlmişkən, onu da qeyd edək ki,  1985-ci illərdə Xankəndi şəhərində 
yük avtomobilləri parkı iki dəfə artmışdır. Ümumrespublika səviyyəsində isə 
bu göstərici  1,7  dəfəyə bərabər idi  [51].  Xalq təsərrüfatmm ardıcıl inkişafı, 
boşdayanma hallanna yol verilməməsi ilə ardıcıl mədəni xidmət nəticəsində 
şəhərdə  avtomobil  nəqliyyatı  daha  da  inkişaf edirdi.  Xankəndi  şəhərində 
avtomobil nəqliyyatınm inkişaf etməsini onda görmək olar ki, Azərbaycamn 
hər  1000  sakininə  17,5  avtomobil düşdüyü halda, Xankəndi  şəhərində  26,5 
avtomobil,  Naxçıvan  MR-də  isə  17  avtomobil  düşürdü  [59,  s. 102].  1970-
1985-ci  illərdə  avtomobil  nəqliyyatı  ilə  yüklərin  daşmması  həcmi  ümum- 
respublika üzrə 3,6 dəfə artdığı halda, Xankəndi şəhərində 4,8 dəfə artmışdır 
[59, s.145]. Bundan əlavə, səmişinlərin avtomobildə daşmması həcmi respub- 
likamızda 2,2 dəfə, Xankəndi şəhərində 2,6 dəfə, taksilərlə daşmma respub- 
likamızda  2,4  dəfə,  Azərbaycamn  Xankəndi  şəhərində  4,2  dəfə  artmışdır 
[429,  s.24].  Aparılan  araşdırmalardan  məlum  olur  ki,  Xankəndi  şəhərində 
avtobus marşurutlan sıxlığı orta respublika səviyyəsindən 2,6 dəfə çox olmuş- 
dur.  Xankəndi  şəhərində  avtobus  marşurutlannm  uzunluğu  1970-1985-ci 
illərdə  8,2  faiz artdığı halda, Naxçıvan MR-də bu göstərici 4,5 faiz, ümum- 
respublika səviyyəsində isə 4,8 faiz artmışdır [51, s.25].
1980-ci illərdə DQMV-də hava nəqliyyatında da, irəlləmələr diqqəti cəlb 
etmişdir.  1980-1986-cı illərdə hava nəqliyyatı ilə səmişin daşımanm həcmi xey- 
li artmışdı.  1980-ci ildə DQMV-də hava nəqliyyatı ilə  8  min nəfər səmişin 
daşınmışdırsa,  1985-ci ildə 9 min nəfərə çatmışdır.  1970-1985-ci illər ərzin- 
də Azərbaycan hökumətinin dərin qayğısı nəticəsində  DQMV-də nəqliyyat

vasitələri  dınamik  inkişaf etdi.  Xankəndi  şəhərində  istismar  üçün  hər  cür 
təsərrüfatı olan dəmiryol xətti istifadəyə verildi.  Eyni zamanda hava nəqliy- 
yatmda da nəzərəçarpacaq inkişaf olmuşdur. Bu illərdə Vilayətin rayon mər- 
kəzləri ilə respublikamızın magistrallarmı birləşdirən təkmilləşdirilmiş bərk 
örtüklü yollar çəkilmişdir.
Azərbaycan hökuməti Xankəndi şəhərində rabitənin inkişafı üçün  1961-
1975-ci  illər ərzində  329 min manat uzunmüddətli kredit ayırdı  [36,  s.124]. 
1970—
 1982-ci  illərdə  Dağlıq  Qarabağa  4519  telefon  aparatı  verildi.  1970- 
1986-cı illərdə Xankəndinin rabitə sahəsi üzrə əsas fondlarm və vəsait qoyu- 
luşunun inkişaf surəti respublikamız üzrə olduğundan iki dəfə çox artmışdır. 
1980-ci illərin ortalannda adambaşma düşən rabitə məhsullannın həcmi ümum- 
respublika  üzrə  21  manat,  Azərbaycamn  Xankəndi  şəhərində  29,5  manat 
təşkil etmişdir [59, s. 143].  Telefon aparatlanmn sayı təxminən ıki dəfə artdı. 
Aparılan hesablamalara görə  1985-ci  ildə Xankəndi  şəhərində əhalinin hər 
100 nəfərinə  12,4 telefon düşürdü. Ümumrespublika səviyyəsiııdə bu göstə- 
rici 7,9-a bərabər idi. Həmçinin Xankəndi şəhərində ailələrin mənzil telefon- 
lan ilə təminatı 42,4 faı'zə çatmışdı. Naxçıvan MR-də bu göstərici 30,1  faizə, 
ümumrespublika səviyyəsində isə 31,1  faizə bərabər idi.  1970—1985-ci illərdə 
Xankəndi şəhərində şəhərlərarası telefon damşıqlarmın sayı 2 dəfə artmışdı. 
Şəhərlərarası  telefon  rabitələrinin  inkişafı  nəticəsində  adambaşma  düşən 
şəhərlərarası  telefon danışıqlarmm  sayı respublikamız üzrə  4,15  faiz,  Azər- 
baycanm Xankəndi şəhəri üzrə 7,69 faiz təşkil etmişdir [66,  s.282].
Radio-rele  xəttinin  çəkilişi  ilbəil  genişləndirilmişdi.  Bakı-Şuşa  və  Şu- 
şa-Naxçıvan  radio-tele  xəttinin  çəkilişi  Xankəndi  şəhərində  radiolaşmanm 
inkişafına güclü təkan verdi.  1980-ci illərdə Xankəndində televiziya studiya- 
sımn istifadəyə verilməsi Dağlıq Qarabağ əhalisinin Moskva və Respublika 
televiziya verilişlərinə baxmağa imkan yaratdı.
Bəhs etdiyimiz dövrdə Xankəndi şəhərində poçt, teleqraf, radio və başqa 
rabitə  vasitələri  yüksək  sürətlə  inkişaf  etmişdir.  Azərbaycanlılar  yaşayan 
kədlərin çoxu müstəsna olmaqla Dağlıq Qarabağın  şəhər,  rayon,  qəsəbə və 
kəndləri başdan-başa radiolaşmış, rabitə vasitələri getdikcə məişətə daha çox 
nüfuz etmişdir.
1970-1985-ci illərdə Azərbaycan hökuməti Xankəndi əhalisinin sağlam- 
lığının  qorunması  sahəsində  mühüm tədbirlər həyata  keçirmişdi.  Xankəndi 
şəhərində  səhiyyənin  maddi-texniki  bazasmı  möhkəmləndirmək,  səhiyyə 
idarəsi şəbəkəsini inkişaf etdirmək və əhalinin cansağlığmı qorumaq məqsədilə 
Azərbaycan hökuməti  vəsait qoyuluşunu ilbəil artırdı.  1970-1975-ci illərdə 
DQMV-də səhiyyə işinə büdcədən ayrılan vəsaitin həcmi 8 milyon  111  min,
1976—1980-ci illərdə 9 milyon 818 min,  1981—1985-ci illərdə isə  11  milyon 
760 min manata çatdı [64].
Apanlan  araşdırmalardan məlum  olur ki,  1970—1985-ci  illərdə  Xankən- 
dində  səhiyyə  işlərinə  aynlan  vəsait,  istər  ümumrespublika  səviyyəsindən, 
istərsə  də Naxçıvan MR-ə ayrılan vəsaitdən iki dəfə  çox olmuşdur.  Ayrılan 
vəsait hesabına Xankəndi şəhərində müalicə-profılaktika müəssisələri xeyli 
genişləndi. Əhalinin sağlamlığı naminə tibbi yardım gücləndirildi, tibb müəs- 
sisələrində həkimlərin və orta tibb işçilərinin sayı xeyli artdı.  Belə ki, bəhs 
etdiyimiz  illərdə  Azərbaycan  dövləti  Xankəndi  şəhərinə  ali  və  orta  ixtisas 
təhsilli  mütəxəssis  göndərdi.  Əhaliyə  ambulatoriya  -   poliklinika  yardımı 
göstərən yeni müəssisələr tikilib istifadəyə verildi.  1970—1985-ci illərdə  şə- 
hərdə hər cür tibb avadanlıqları ilə təchiz edilmiş, yeni qadm və uşaq məslə- 
hətxana və poliklinikalan tikildi. Azərbaycan hökuməti tərəfindən Xankəndi 
səhiyyə  idarələri  dərman,  tibbi  məmulatlar  və  avadanlıqlarla  təmin  edildi 
[70,  s.19].
1984-cü il yanvar aymın məlumatına görə Xankəndi  şəhərində 900 çar- 
payılıq 9  xəstəxana,  2  dispanser (dəri  zöhrəvi  vərəm),  sanitariya-epidemio- 
loji  stansiya,  250 həkim,  600 orta ixtisaslı tibb işçisi var idi.  Tədqiqatlardan 
məlum olur ki, bütün Dağlıq Qarabağdakı xəstəxanalarm təxminən üçdə biri, 
çarpayılarm ikidə biri, həkimlərin ikidə biri, orta ixtisaslı tibb işçilərinin üçdə 
biri Xankəndi şəhərində fəaliyyət göstərirdi.  1970—1985-ci illərdə Xankəndi 
şəhərində yüksək və müasirtipli cihazlarla təchiz edilmiş rentgen kabinələri, 
fızoterapiya kabineti və  laboratoriyaları yaradılmışdır.  Azərbaycan hökumə- 
tinin dərin qayğısı nəticəsində şəhərdə müalicə-profilaktika idarələrinin sayı 
2  dəfə  artdı.  Burada dəri-zöhrəvi xəstəlikləri dispanseri,  vərəm və onkoloji 
dispanserlər,  sanitariya maarif evi, vilayət sanitariya-epidemioloji  stansiyası, 
qanköçürmə  stansiyası digər poliklinika və  ambulatoriyalar açılmışdı.  Bütün 
bunlarm  nəticəsi  idi  ki,  Xankəndi  şəhərində  yoluxucu-infeksiyon  xəstəlik- 
lərin  kökü  kəsilmiş,  dizinteriya və  brusellyoz  xəstəlikləri  xeyli  azalmışdır. 
1970—1985-ci  illərdə  Xankəndi şəhərində əhalinin xəstəxana çarpayıları ilə 
təminatı, bütün ixtisaslardan olan tibb işçiləri ilə təminat və başqa sahələrdə 
də istər ümumrespublika səviyyəsində, istərsə də Naxçıvan MR ilə müqayi- 
sədə üstün olmuşdur. Məsələn,  1985-ci ildə hər  10 min nəfərə düşən çarpa- 
yılarm  sayı  Azərbaycan  Respublikası  üzrə  97,8  ədəd,  Naxçıvan  MR-də 
94,6 ədəd,  Xankəndi  şəhərində  104,6 ədəd olmuşdur.  On min nəfər hesabı 
ilə orta tibb işçiləri ilə təminat ümumrespublika üzrə  93,8 Naxçıvan MR-də 
80,1,  Xankəndi  şəhərində  126,3  nəfər  düşürdü.  On  min  nəfərə  düşən  ali 
təhsilli  tibb  işçiləri  Naxçıvan MR-də  26,2  nəfər,  Xankəndi  şəhərində  28,9

nəfər düşmüşdü. Aparılan tədqiqatlardan məlum olvtr ki, Xankəndi şəhərində 
xalq təsərrüfatmm bütün sahələrindən fərqli olaraq, səhiyyə işçiləri arasmda, 
qadınlar 81  faiz təşkil edirdi [75,  s.8].
Səhiyyə  sahəsində  Xankəndi  şəhərində  həyata keçirilən tədbirlər yaxşı 
hal kimi qiymətləndirilsə də, burada bəzi qüsurlar da özünü göstərirdi.  Belə 
ki,  Dağlıq  Qarabağın  azərbaycanlılar  yaşayan  kəndlərində  səhiyyə  işi  çox 
yarıtmaz vəziyyətdə idi. Həmin kəndlərdə nəinki poliklinika, xəstəxana, heç 
ilk  tibbi  yardım  xidməti  ambulatoriyası  belə  yox  idi.  Keçmişdən  qalan  bir 
neçə  tibbi  yardım  mərkəzləri  baxımsızlıq ucbatından  dağılmış,  heç  bir tibb 
avadanlığı və dərmanla təmin edilmirdi.
Azərbaycanm Dağlıq Qarabağ Vilayəti zəngin təbiət gözəlliklərinə malik- 
dir.  Dağlıq Qarabağ özünün sağlamlıq ocaqlan,  istirahət evləri,  çoxmərtəbəli 
binalan,  şəfalı yerləri ilə  şöhrət qazanmışdı.  Burada  6  sanatoriya və istirahət 
müəssisəsi, iki min yerlik turbaza fəaliyyət gös'tərirdi. Bu baxımdan diyann ən 
gözəl sağlamlıq ocağmdan olan Şuşa şəhəri mühüm əhəmiyyət kəäb edir. Şuşa 
istirahət-sağlamlıq  mərkəzində  hər  növbədə  650-700  adam  istirahət  edirdi. 
Şuşa kurortu İsveçin  «Davos» krortu ilə müqayisə  edilirdi.  1975-ci  ildə  Şuşa 
istirahət mərkəzi  Ümumittifaq  əhəmiyyətli  sanatoriya  kimi  fəaliyyət  göstər- 
məyə başladı. Şuşada dünyanm hər yerindən minlərlə adam gəlib istirahət etmiş 
və  müalicə  olunmuşlar.  Təkcə  1980-ci ildə  Şuşa sanatoriyasında 8  min nəfər 
adam istirahət etmiş və müalicə olunmuşdu. Müalicə olunanlar arasmda xroniki 
bronxit, yuxan tənəffüs yollannm katan, ağciyər emfizemasınm başlanğıc for- 
ması,  bronxit asmanın başlanğıc forması, pilevrit,  qanazlığı,  əsəb xəstəlikləri, 
çox yorğun\uq, kəskın infeksion xəstəliklər, mədə-bağırsaq,  ürək-əsəb xəstə- 
likləri, bronxlann iltihabı və başqa xəstələr var idi. Xankəndi şəhər əhalisinin 
sağlamlığmm qorunmasında Turşsu bulağı xüsusi əhəmiyyət kəsb edirdi, Dağ- 
lıq  Qarabağın  təmiz  havası,  saf suyu,  çıxılmaz  meşələri,  sərinlik və  təravət 
gətirən dağ çaylan və bulaqlan burada yaşayan insanlann uzun ömür sürməsinə 
səbəb olmuşdur.  1970-ci ildə DQMV-də 100 ildən yuxan ömür sürənlərin sayı 
239,1979-cu ildə isə 280 nəfər olmuşdur ki, bunun da 70 faizindən çoxunu qa- 
dınlar təşkil etmişdir. Ümumiyyətlə, DQMV-də orta ömür 75 ildir [59, s.l 19].
1970—1985-ci  illərdə  Azərbaycan  hökuməti  Xankəndi  şəhərində  bədən 
tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafı 
üçün böyük həcmdə vəsait ayırdı. Şəhərdə idman müəssisələrinin sayı 1970-ci 
illə müqayisədə  1985-ci ildə 5,5 dəfə artdı [59,  s.99].
Bəhs etdiyimiz illərdə Xankəndi şəhərində yeni stadion, idman meydan- 
çaları, voleybol-basketbol,  tennis meydançalan, iki üzgüçülük hovuzu tikilib 
idmançılann  ixtiyarma  verildi.  Aparılan tədqiqatlar nəticəsində  məlum olur
ki,  adambaşma  düşən  stadionlann  və  meydançalarm  sayma  görə  Xankəndi 
şəhəri  istər  ümumrespublika  səviyyəsində,  istərsə  də  Naxçıvan  MR  ilə 
müqayisədə yüksəkdə dayanmışdır [65].
Azərbaycan  hökuməti  Xankəndi  şəhərindəki  bədən  tərbiyəsi  və  idman 
kollektivlərini  lazımi  avadanlıq və  ləvazimatlarla təmin etmiş,  bədən tərbi- 
yəsi və idman məşğələləri üçün maddi-texniki bazanı möhkəmləndirmişdir. 
Nəticədə  1971—1985^-ci illərdə Xankəndi şəhərində dərəcə alan idmançılarm 
sayı 3 dəfədən çox artmışdır [73].
1970—1980-ci illərdə Azərbäycan SSRDQMV-də əhalinin sayı  150,3 min 
nəfərdən,  182,4 min nəfərə çatmışdır.  Hər min nəfərə təbii artım 22,5  faiz- 
dən 20 faizə, doğulanlann sayı 29 faizdən 26,1  faizə, ölənlərin sayı 6,7 faiz- 
dən  6,1  faizə  enmişdir  [51,  s.42].  1926—1988-ci  illərdə  DQMV-də  əhalinin 
sayı  57,1  min  nəfər və ya 45,6  faiz artmışdır.  DQMV-də  1941—1945-ci illər 
müharibəsindəki itkilərlə və əhalinin başqa regionlara köçməsi ilə  əlaqədar
1939-1959-cu  illərdə  əhalinin  sayında  (20,4  min nəfər)  azalma halı  müşa- 
hidə edilmiş,  1970-ci ildə isə Vilayətdə əhalinin sayı əwəlki həddə çatmış, 
sonrakı dövrlərdə onu keçmişdir. Bəhs etdiyimiz dövrdə DQMV-də əhalinin 
ümumi  sayında  şəhər  əhalisinin  miqdarı  50  faizdən  53,8  faizə  qalxmışdır.
1979-cu il məlumatına görə DQMV-də yaşı  100-ü keçənlərin sayı 280 nəfər 
olmuşdur.  1980-ci  illərin  sonlannda  respublikamızda  2500  nəfər  100  yaşı 
olan Azərbaycan vətəndaşı qeydə ahnmışdır.
1979-cu il yanvann 17-24-də apanlan siyahıyaalınmaya görə məlum olur ki, 
DQMV-də əhalinin milli tərkibində xeyli dəyişikliklər baş verib. Müqayisə- 
lər  göstərdi  ki,  1970-1979-cu  illərdə  DQMV-də  ermənilərin  sayı  4,6  faiz 
azalmış, azərbaycanlılann sayı isə 4,9 faiz artmışdır [59].
1979-cu  il  əhalinin  siyahıyäalmması  məlumatına  görə  Azərbaycanda 
yaşayan ermənilərin ümumi sayınm 25,9 faizi DQMV-nin payma düşmüşdür. 
DQMV-də ermənilərin sayı tədricən azalmağa doğru getmişdir. Erməni mil- 
lətçiləri  bütün  dünyada öz  haqsız  niyyətlərinə  haqq  qazandırmaq və  dünya 
ictimaiyyətində  özlərinə  qarşı  müsbət  fikir  yaratmaq  üçün  belə  bir  əsassız 
iddia irəli sürdülər ki,  guya, DQMV-də ermənilərin saymın azalması onlarm 
ərazidə  sosial-iqtisadi  vəziyyətlərinin pisləşməsi,  ərazidə  onlann  sıxışdırıl- 
ması  və  sair  cəfəng  iddialarla  əlaqədar  idi.  Halbuki  qərəzsiz  elmi  araşdır- 
malar nəticəsində  məlum olur ki,  DQMV-də  ermənilərin  sayınm  azalması, 
azərbaycanlılann  sayınm  artması  aşağıdakı  amillərlə  bağlı  olmuşdur.  ilk 
növbədə,  sosial  demoqrafik  tədqiqatlarm  məlumatlarma  görə  Azərbaycan- 
dakı  erməni  qadmlannm uşaqlarmın orta sayı  2,3,  azərbaycanlı  qadınlarmkı 
isə 3,1, rus qadmlarınkı isə  1,6-dır. Erməni qadınlarmm reprudiktiv məqsədi,

daha doğrusu, onlann malik olmaq istədikləri uşaqlann sayı 3-ü keçmir, azər- 
baycanlı  qadmlarda bu rəqəm  3,8,  rus  qadmlannda  2,5  təşkil  edir.  Aparılan 
tədqiqatlardan məlum olur ki, DQMY-də erməni əhalisi arasında  1000 nəfər 
hesabı ilə  doğulan uşaqlarm  sayı  34,4 təşkil  etmişdir ki,  bu da azərbaycanlı 
ailələrində  doğulanlardan xeyli  aşağıdır.  Erməni  «mütəxəssis»lərinin,  guya, 
DQMV-də  əhalinin  yaş  strukturlarmm  kəskin  pisləşməsi  barədəki  «tezis- 
ləri»də tamamilə yanlış bir fikirdir. Faktlar göstərir ki,  1979-cu ildə DQMV-də 
bütün  erməni  əhalisindən  16  yaşa  qədər  olanları  25,4  faiz,  20-39  yaşında 
olanlar isə 21,9 faiz təşkil etmişdir. Demoqrafıya ilə məşğul olanlann fikrincə, 
bu rəqəmlər respublikamızda ən yüksək göstəricilərdən biridir.  Bütün  dün- 
yada  olduğu  kimi,  DQMV-də  də  demoqrafıq  inkişafm  qanunauyğün  təma- 
yülü olan əhalinin qocalması prosesi gedir,  lakin bu proses DQMV-də' xeyli 
yavaş gedir. Obyektivliyini itirmiş erməni politoloqlarmın «azərbaycanlı əha- 
lisinin kənardan süni yolla gətirilərək artırılması» fıkrinə gəidikdə isə bu fıkir 
tamamilə  əsassızdır.  Çünki nəinki kənardan gətirilmə,  əgər azərbaycanlıları 
müxtəlif yollarla  DQMV-dən  çıxarmasaydılar,  1959-1979-cu  illər  ərzində 
azərbaycanlılarm sayı, yəqin ki,  erməniləri tamamilə üstələyərdi  [67].
Bütün  bunlarla  yanaşı,  ermənilərin  sayınm  azalması  onlarm  miqrasiya 
(varlı dövlətlərə köçüb getmə) meylindən də irəli gəlir. Aparılan tədqiqatlara 
görə,  keçmiş  SSRİ  məkanmdan,  daha  çox  varlanmaq,  öz  əhatə  dairələrini 
genişləndirmək  üçün  xarici  dövlətlərə  gedənlərin  34,4  faizini  ermənilər 
təşkil etmişlər və bu göstərici keçmiş İttifaq məkanmda birincidir [36, s.170].
DQMV-də ermənilərin sayının azalması azərbaycanlılarm saymın artması 
erməni lobbisini, daşnakları narahat etməyə başladı. İlk növbədə, DQMV-'də 
yeni doğulan azərbaycanlıları qeydiyyata almadılar.  Onlara doğum haqqmda 
şəhadətnamə verilsə  də, bu,  qeyri-rəsmi yolla həyata keçirilirdi. Yaşlı azər- 
baycanlıları «köçdü» və ya «vəfat etdi» adı altmda qeydiyyatdan çıxarırdılar. 
Süni  maneələr  yaratmaqla  onların  Vilayət  ərazisindən  köçməsinə  şərait 
yaratdılar. Eyni zamanda Vilayət Statistika İdarəsi yuxarı təşkilatlara erməni- 
lərin  sayı  ilə  bağlı  şişirdilmiş rəsmi məlumatlar verir,  köçüb  gedən və  ölən 
ermənilər  qeydiyyatdan  çıxanlmırdı.  Hətta  1980-ci  illərdə  Ermənistan  SSR 
vətəndaşlannm,  eyni  zamanda DQMV-də pasport qeydiyyatına götürülməsi 
faktları  aşkar  edilmişdir.  Ermənilər  DQMV-də  əhalinin  say  dinamikasında
1980-ci ildən sonra etdikləri saxta əməllərin üzə çıxacağından ehtiyat edərək 
1989-cu ildə SSRİ üzrə əhalinin siyahıyaalınması aparılarkən Dağlıq Qarabağ 
erməniləri Moskva nümayəndələrini Vilayətə buraxmamışlar. Eyni zamanda 
Dağlıq  Qarabağ  əhalisi  haqda  1979-cu  ildən  sonrakı  statistik  məlumatları 
nəzərdən keçirərkən,  ilk öncə, onun müəllifini nəzərdən keçirmək lazımdır.
Çünki erməni müəllifləri öz mənafelərinə uyğun həmin dövrün materiallarmı 
saxtalaşdırmışlar.
DQMV-nin rayonları arasmda da əhalinin bölgüsündə böyük fərqlər müşa- 
hidə edilmişdir.  1979-cu il məlumatına görə, DQMV-də yaşayan umumi əha- 
linin təxminən 30 faizi Ağdərə rayonunun,  10 faizi Şuşa rayonunun payına dü- 
şürdü.  Vaxtilə bir neçə evdən ibarət olan Xankəndində əhalinin 25  faizindən 
çoxu yaşayırdı.  Ermənilər isə daha çox Xankəndi şəhərində cəmləşmişdirlər. 
Azərbaycan SSR DQMV-nin rayonlannda 1979-cu ildə əhalinin ümumi sayı və 
milli tərkibi haqqında aşağıdäkı cədvəldən ətraflı məlumat əldə etmək olar [40].

Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin