AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
1   ...   7   8   9   10   11   12   13   14   15

S .1 6 8 J . 
Bəhs olunan dövrdə Xankəndi şəhərində
hər  cür  şəraitlə  təmin  edilmiş  çoxtutumlu  yeni  bir  klub  tikilib  istifadəyə 
verildi.  Klublar yaradılarkən də,  azərbaycanlılar yaşayan kəndlər diqqətdən 
kənarda qalmışdı.
1950-ci ildə DQMV-də əhali arasmda mədəni-maarif işi aparan 2 muzey 
fəaliyyət göstərirdi. Bu muzeylərdən biri  1946—1950-ci illərdə Xankəndində 
yaranmış ölkəşünaslıq muzeyi idi.  1950-ci ildə DQMV-də muzeylərə gələn- 
lərin sayı  12000 nəfər olmuşdu [89,  s.l 12].
Bəhs etdiyimiz dövrdə DQMV-də Azərbaycan Yazıçılar İttifaqınm Xan- 
kəndi  şöbəsi,  120  mədəniyyət  evi,  istirahət və  mədəniyyət parkları və  sair 
fəaliyyət göstərirdi.  1946—1950-ci  illərdə-DQMV-də mətbuat və radio veri- 
lişi sahəsində böyük müvəffəqiyyətlər əldə edilmişdir. Vilayətdə 6 adda qəzet 
nəşr olunurdu ki, bunlardan da 4-ü erməni dilində,  1-i Azərbaycan dilində,  1-i 
isə rus dilində buraxılırdı [80, s.85]. Xankəndində buraxılan qəzet «Sovetakan 
Karabax» («Sovet Qarabağı») adlanır və erməni dilində nəşr edilirdi.  Sonra- 
lar  Xankəndində  «Sovetskiy  Karabax»  qəzeti  nəşr  edilməyə  başlanmışdır. 
Bəhs etdiyimiz dövrdə «Sovetakan Karabax» qəzeti bütün qəzetlərdən 10 dəfə 
artıq tirajla nəşr edilir və yayılırdı.
1946—1950-ci  illərdə  Xankəndi  şəhərində  xalq  təsərrüfatı,  mədəniyyət 
və  maarifin  inkişafı  ilə  yanaşı,  səhiyyənin  də  inkişafmda  irəliləyiş  diqqəti 
cəlb edirdi.  Şəhərdə insanlara tibbi xidmət ilbəil yaxşılaşır, əhalinin sağlam- 
lığınm mühafizəsinə sərf edilən vəsait artır, müalicə-profilaktika müəssisələ- 
rinin şəbəkəsi genişlənirdi. Belə ki,  1913-cü ildə Dağlıq Qarabağa daxil olan 
ərazilərdə  30  çarpayılıq xəstəxana,  1926-cı ildə  150 çarpayılıq  5 xəstəxana,
1940-cı ildə 372 çarpayılıq 15 xəstəxana olduğu halda,  1950-ci ildə 587 çar- 
payılıq 16 xəstəxanavar idi [99, s.178]. Bu zaman Azərbaycanda cəmi 12min 
çarpayısı olan 222 xəstəxana fəaliyyət göstərirdi [93].
Həkimlərin  və  orta  tibb  işçilərinin  sayı  da  durmadan  artırdı.  Belə  ki, 
1913-cü  ildə  bölgədə  cəmi .2  həkim olduğu halda,  1940-cı  ildə  həkimlərin 
sayı 86-ya,  1950-ci ildə isətəxminən 2 dəfə artaraq 153-ə çatmışdı [61]. Bun- 
dan əlavə, DQMV-də 42 hərbi həkim var idi.  1950-ci ildə Xankəndi şəhərin- 
də  62  həkim  işləyirdi.  Hərbi  həkimlərin  də  əksəriyyəti  şəhərdə  fəaliyyət 
göstərirdilər.
1932-ci  ildə  Xankəndində  açılan tibb  məktəbi  DQMV-nin  xəstəxanala- 
nnı  ixtisaslı  mütəxəssislərlə  təmin  etməkdə  böyük  işlər  görmüşdü.  1940- 
1950-ci illər ərzində  orta tibb işçilərinin sayında çox böyük irəliləyiş müşa- 
hidə  edilmişdir.  Belə  ki,  1940-cı  ildə  Dağlıq  Qarabağ  müalicə  müəssisələ- 
rində 260 orta tibb  işçisi var idisə  1950-ci ildə onların sayı  621-ə çatmışdır. 
1950-ci  ildə  Xankəndində  daha bir  xəstəxana tikilib  istifadəyə  verilmişdir.

200 çarpayılıq bu xəstəxanada aptek,  laboratoriya və  müxtəlif kabinələr ya- 
radılmışdır.  1950-ci  ildə Xankəndi  şəhərində  xəstoxanaların  sayı  4-ə  çatdı. 
Bu  dövrdə  Şuşada  2  xəstəxana  fəaliyyət  göstərirdi.  Bundan  başqa,  1950-ci 
ildə DQMV-də  8 poliklinika,  6  qadın və  uşaq məsləhətxanası,  68  feldşer -  
analıq məntəqəsi və ambulatoriyalar fəaliyyət göstərirdi [34,  s. 181].
Dünya  müharibəsi  əhalinin  həyat  səviyyəsinin  aşağı  düşməsinə  səbəb 
olmuşdu.  Əhalinin  ərzaq məhsullarma  olan  tələbatmı  ödəmək  üçün  dövlət 
1944-cü ildən kommersiya ticarətinə icazə verdi. Kommersiya ticarəti kolxoz 
bazannda  qiymətlərin aşağı  düşməsinə kömək edir və  azad ticarətin inkişa- 
fına təkan verirdi.  1940-cı illə müqayisədə  1950-ci ildə DQMV-də illik mal 
dövriyyəsində böyük irəliləmə müşahidə edilmişdir. Belə ki, müvafiq illərdə 
5950000-dən  12770000-ə  qalxmışdır  [59].  Bundan  kommersiya  ticarətinin 
illik mal  dövriyyəsi  4255000-dən 8835000-ə,  dövlət ticarəti mal-aövriyyəsi 
isə 1695000-dən 3935000-ə çatmışdır [34,  s.198].
Müharibə illərində şəhər əhalisinin mühüm ərzaq və  sənaye malları  ilə 
təchizi  üçün kartoçka sistemi tətbiq edilmiş,  1947-ci  ildə  isə  ləğv edilərək, 
onların  vahid  dövlət  pərakəndə  qiymətləri  ilə  satışına  keçilmişdir.  Bəhs 
etdiyimiz dövrdə pul islahatı da keçirilmişdir ki, bu da kənddə pul sisteminin 
möhkəmlənməsinə  imkan  vermişdir.  İstehsahn  ardıcıl  olaraq  artması  Xan- 
kəndi  şəhərində  əhalinin  gəlirlərinin  çoxalmasına  səbəb  olmuşdur.  1945-
1947-ci illər ərzində fəhlə və qulluqçuların orta aylıq əmək haqqı  3 faiz art- 
mışdırsa,  1950-ci ildə isə 1940-cı illə müqayisədə 81  faizi ötüb keçmişdir [85]. 
Şəhərdə  əhalinin gəlirlərinin çoxalmasmı əmanət kassalannın və əmanətçi- 
lərin  sayınm artması  faktlannda da görmək olar.  Belə ki,  1950-ci ildə Vila- 
yətdə  əmanət kassalarımn  sayı  34,  əmanətçilərin  sayı  isə  11237-yə  çatırdı. 
Bu ısə əw əlki  dövrlərlə  müqayisədə  2  dəfə  artıq demək idi.  1948-ci ildən 
başlayaraq ərzaq və qeyri-ərzaq məhsullannm pərakəndə satışı qiymətlərin- 
də aşağı enmə halı müşahidə edilmişdir.  1950-ci ildə 1947-ci illə müqayisədə 
ümumi pərakəndə  satış qiymətləri 43  faiz,  ərzaq məhsullan 47  faiz,  sənaye 
mallan 35 faiz aşağı düşmüşdü [99, s. 199].
1946-1950-ci illərdə Xankəndi nəqliyyat sahəsində də xeyli müvəffəqiy- 
yətlər əldə edilmişdi. Bəhs etdiyimiz dövrdə şəhərə bərk örtüklə yol çəkildi. 
Eyni  zamanda  Xankəndi-Şuşa  yolunun  inşasmda  xeyli  işlər  görüldü.  Xan- 
kəndi-Yevlax təyyarə xətti açıldı. Beləliklə,  1950-ci ildə Xankəndi şəhərin- 
də  yolların  uzunluğu  1923-cü  illə  müqayisədə  2,2  dəfə,  o  cümlədən  şose 
yollarınm uzunluğu 7 dəfə artmışdı [82].
Beş  il  ərzində  Xankəndində  nəqliyyatın  təkmilləşdirilməsi  sayəsində 
mühüm nailiyyətlər qazanılmışdır.  1950-ci ildə avtomobil nəqliyyatımn yük
dövriyyəsi  1940-cı  ilə  nisbətən  3,5  dəfə,  ümumi  istifadədə  olan  avtomobil 
nəqliyyatı ilə səmişin daşmması isə 2 dəfə artdı.
Əhalinin sağlamlığmın mühafizəsində  sanatoriya-kurort müalicə  və  isti- 
rahət evləri mühümrol oynayırdı.  1950-ci ildə Azərbaycanda 38 istirahət evi 
və sanatoriya fəaliyyət göstərirdi ki, bunlardan biri də Şuşa şəhərinin payma 
düşürdü.  Şuşa şəhəri  özünün təbii mənzərəsi,  gözəl havası,  saf suyu,  tərifli 
İsa bulağı, Turş suyu ilə hamınm hörmətini qazanmışdır.  Şuşa Azərbaycanın 
gözəl istirahət şəhəri,  sağlamlıq və gümrahlıq məskənidir.  1946-1950-ci il- 
lərdə Şuşada istirahət və müalicə ocaqlarmın sayı xeyli artmışdır. Bəhs etdi- 
yimiz  dövr  ərzində  respublilcamızın  müxtəlif rayonlarmdan  minlərlə  insan 
Şuşaya istirahətə gəlmiş, xəstələr burada şəfa tapmışlar.  1950-ci ildə Şuşada 
istirahət edənlərin sayı 1940-cı illə müqayisədə 3 dəfə çox olmuşdur.  1947-ci 
ildə  Şuşada Ümumittifaq maliyyə-bank işçilərinin sanatoriyasında 420 nəfər 
respublikamızm vətəndaşlan istirahət etmiş və  1948-ci ildə həmin sanatoriya 
istirahət evinə  çevrilmişdir.  1950-ci ildə  həmin istirahət evində  1800 nəfər 
istirahət etmişdir. Ümumilikdə  1950-ci ilin yayında Şuşada 2500 nəfər insan 
istirahət etmişdir [45]. Havasmın və suyunun təmizliyinə görə,  1946—
 1950-ci 
illərdə  Azərbaycanın  ayrı-ayrı  rayonlan  Şuşa  şəhərində  pioner  düşərgələri 
açmışdılar.  Uşaqlann  sağlamlığım  təmin  etmək  üçün  Şuşada  «Respublika 
sağlamlıq məktəbi» yaradılmışdır. Həmin məktəbdə  1948-ci ildə Azərbayca- 
nın 3 rayonundan gələn  160 uşaq istirahət edirdi.
Bundan  əlavə,  1946—1950-ci  illərdə  Şuşa  şəhərində  «Respublika  Uşaq 
Sanatoriyası» da fəaliyyət göstərirdi.  1950-ci ildə bu sanatoriyada olan uşaq- 
lann sağlamlığı üçün 2340000 manat vəsait xərclənmişdi.
1946-1950-ci  illərdə  Şuşadakı  «Xan  qızı»  və  «Tətavüz»  su  kəmərləri 
əsaslı  təmir  edilib  istifadəyə  verilmişdir.  Təəssüflər  olsun  ki,  1992-ci  il 
mayın 8-dən basılmazlıq, əyilməzlik rəmzi olan qäla divarları,  igidlər oylağı 
Cıdır düzü, gözəllik çələngi Topxana meşəsi, həzin zümzüməli Daşaltı çayı, 
məşhur  İsa  bulağı,  min  bir  dərdin  dərmanı  olan  yaylaqlarımız,  təbiətin 
möcüzəsi  hesab  olunan  Xan  bülbül -  Qala  adı  ilə  tanman  Şuşamız  yad  əl- 
lərdədir.
1946—1950-ci  illərdə  Xankəndinin  abadlaşdırılmasma  xüsusi  diqqət 
yetirilmişdir.  Xankəndi  şəhər  Sovetinin  İcraiyyə  Komitəsinin  sədri  V.Ste- 
panyanm  yazdıqlarma  görə,  «son  20  il  ərzində  Xankəndinin  siması  əsaslı 
surətdə dəyişilib tanmmaz olmuşdur. 25 il bundan öncə bir neçə evdən və zir- 
zəmilərdən  ibarət  olan,  Qarabağ  xanlığımn  axırmcı  xanı  Mehdiqulu  xanın 
mülkü  olan  Xankəndi Azərbaycan  dövlətinin  qayğısı  sayəsində  respublika- 
mızm mədəni və abad şəhərlərindən birinə çevrilmişdir» [55].

Xankəndi  şəhərində  1946—1950-ci illərdə böyük dəyişikliklər baş verdi. 
Yeni yaşayış binaları, idman qurğuları, klub, kinoteatr binalan və sair tikilib 
burada yaşayanlann istifadəsinə verildi.  Lakin 
çJüx 
təəssüflər olsun ki,  bəhs 
olunan  illərdə  DQMV-də  azərbaycanlılarm  yaşadıqlan  kəndlərə  biganəlik 
göstərilmiş və həmişə məqsədli şəkildə diqqətdən kənarda qalmışdı.  Məsə- 
lən,  1300 nəfər əhalini və 4 yaşayış məskənini özündə birləşdirən Xocahda 
orta  məktəb  olmadığı  halda,  1  yaşayış  məskəni  və  500  nəfər  əhalisi  olan 
erməni  kəndlərində  nəinki  orta  məktəb,  hətta  kitabxana,  uşaq  bağçalan, 
müalicə-profilaktika mərkəzləri,  idman qurğulan, radioqovşağı və sair yara- 
dılmışdı.
BeləJiklə,  1946-1950-ci illərdə Xankəndinin erməni rəhbərliyinin həyata 
keçirdiyi «kompleks tədbirlər» nəticəsində şəhərdə milliyyətcə azərbaycanlı 
olanlar sıxışdırılmağa başlamış, erməni əhalisinin maddi rifah halınm yüksəl- 
dilməsi  təmin  olunmuş,  onlann  əmək  və  məişət  şəraiti  yaxşılaşmışdır. 
Ümumilikdə  isə,  sovet  imperiyasmm  1940—1950-ci  illərdə  Xankəndi  şəhə- 
rində  həyata  keçirdiyi  mədəni  quruculuq  «siyasəti»  öz  bəhrəsini  verdi.  İlk 
növbədə,  DQMV-də  erməni  və  rus  dilində  məktəblərin  ğeniş  şəbəkəsinin 
yaradılmasma  nail  olundu.  Müxtəlif  ixtisaslı  erməni,  rus  və  digər  millət- 
lərdən olan kadrlann sayı xeyli artınldı və onlarm yerləşdirilməsinə «beynəl- 
miləlçilik»  pərdəsi  altmda  xüsusi  diqqət  verildi.  Milliyyətcə  qeyri-azər- 
baycanlılann  Xankəndi  dövlət idarə orqanlannda işlə təmin olunması  Sovet 
imperiyasımn  bölgədə  dayaqlarınm  daha  da  möhkəmləndirilməsinə  ciddi 
təsir göstərdi.
Müharibədən sonrakı illərdə Sovet höküməti kommunist ideologiyasımn 
hakim mövqe tutması siyasətini davam etdirirdi. İnsanların şüuruna sosializm 
cəmiyyətinin ədalətli, xalqın azadlıq və səadətini təmin edən, millətlər ara- 
sında dostluq və  qardaşlığın qarantı olması ideyası yeridilirdi.  Həmin  ideya- 
larm həyata keçirilməsində  məktəblər  əsas rol  oynayırdı.  Bu  dövrdə  təhsil 
sahəsində qarşıdakı ən başlıca vəzifələr xalq maarifı şəbəkəsinin tədris-mad- 
di  bazasını  möhkəmləndirmək,  məktəbləri pedaqoji  kadrlarla təmin etmək, 
təlim-tərbiyə  sistemini  yaxşılaşdırmaq  və  tədrisin  səviyyəsini  yüksəltmək 
üçün əməli tədbirlərin həyata keçirilməsi müəyyən edildi. Belə ki, Xankəndi 
şəhər maarif şöbəsinin 24 mart  1965-ci il tarixli «Xankəndi şəhərində mək- 
təbləri  pedaqoji  kadrlarla  təmin  etmək  və  xalq  maarifı  şəbəkəsinin  tədris- 
maddi bazasım möhkəmləndirmək tədbirləri haqqmda»  qəran qəbul  edildi. 
1965-ci  ildə  Azərbaycan  höküməti  tərəfindən  Xankəndi  xalq  təhsilinə 
65  min manat vəsait aynldı.  Sonrakı  dövrlərdə Azərbaycan höküməti Xan- 
kəndi  şəhərində  maarifm  inkişafma  qoyulan  vəsaitin  miqdannı  artırdı.
1967/68-ci tədris ilində ayrılan vəsaitin həcmi 135 min manata çatmışdır [90]. 
Bu,  Naxçıvan,  Ağdam,  Tərtər  şəhərlərindəki  maarifə  aynlan  vəsaitdən
25  faiz  çox  demək  idi.  Nəticədə  bölgədə  Tədris-tərbiyə  müəssisələrinin 
şəbəkəsi tədricən genişlənir, şagirdlərin sayı artırdı.
1941—1961-ci illərdə Naxçıvan MSSR-də məktəblərin sayı 196-dan 198-ə, 
müəllimlərin sayı isə 1039-dan 2018-ə çatdı. Həmin illərdə Naxçıvan MSSR-də 
2  məktəb,  Bakı  şəhərində  8  məktəb  tikilmişdirsə,  DQMV-də  10  məktəb 
tikilib  istifadəyə  verilmişdir.  Bundan 4-ü Xankəndi  şəhərinin payına düşür- 
dü.  1960/61-ci tədris ilində Azərbaycanda 300 səkkizillik məktəb tikilmişdir 
ki, bundan 13-ü Naxçıvan MSSR-də, 24-ü. isə DQMV-də, 5-i Xankəndi şəhə- 
rində  inşa  edilmişdi.  Bəhs  etdiyimiz  tədris  ilində  Xankəndi  şəhərində  hər 
məktəbə  13 müəllim düşürdüsə, Naxçıvan MSSR-də bu göstərici  11-ə çatır- 
dı.  Həmçinin  ümumrespublika  üzrə  bu  göstərici  11-ə  bərabər  idi.  Diqqəti 
cəlb  edən  məsələlərdən  biri  də  ondan  ibarətdir  ki,  arxiv  materiallarından 
yaradılmış məktəblərin yerləşdiyi ərazilərin hamısmın ermənilərin cəmləşdi- 
yi  kəndlərdə  olması  faktlan müəyyənləşmişdir.  Xankəndi  şəhərində  bütün 
kargüzarlıq,  məhkəmə  işləri,  erməni  məktəblərində  təhsil  erməni  dilində 
aparılırdı.  Şəhərin  idarə  orqanlarmda az-çox çalışan azərbaycanlılar erməni 
dilində damşmalı, dövlət sənədləri,  rəsmi yığıncaqlardakı mühazirələr və  s. 
erməni  dilində  apanlırdı.  Hər yerdə  erməni daşnaklan  tərəfindən məqsədli 
şəkildə  Azərbaycan  dili  sıxışdmlır,  tariximiz,  ədəbiyyatımız  yaddaşlardan 
silinirdi.
Xankəndi şəhərində gənclərin və yaşlılann istehsalatdan ayrılmadan təh- 
sil alması üçün  1967/68-ci tədris ilində 4 ümumtəhsil məktəbi fəaliyyət gös- 
tərirdi.  Bu məktəblərdə 268 istehsalatçı təhsilini artınrdı.  Şəhərdə yeddillik 
və orta qiyabi axşam məktəbləri də fəaliyyət göstərirdi ki, onlann sayı ümum- 
respublika səviyyəsindən 2 dəfə yüksəkdə dayanırdı.
Xankəndi şəhərində  1950-1960-cı illərdə məktebəqədər və məktəbdən- 
kənar uşaq müəssisələri şəbəkəsi genişləndi.  Belə ki,  1950-ci ildə vilayətdə 
694 uşağı əhatə edən 24 uşaq bağçası fəaliyyət göstərirdisə,  1968-ci ildə uşaq 
bağçalarmm  sayı  6-ya,  uşaqlann  sayı  360-a,  tərbiyəçilərin  sayı  isə  6-dan
24-ə çatmışdı. Bəhs etdiyimiz ildə Naxçıvan MSSR-də 22, Bərdədə  1, Cəb- 
rayılda  1,  Füzulidə  2,  Zəngilanda 2 uşaq bağçası var idi.  Çox maraqlı  fakt- 
lardan biri  də  ondan ibarətdir ki,  Xankəndi  şəhərində hər  1  uşaq bağçasma 
təxminən  4  tərbiyəçi  düşdüyü halda,  başqa  ərazilərdə  2  tərbiyəçi  düşürdü. 
Əksər uşaq bağçalanmn nəzdində körpələr evi də fəaliyyət göstərirdi.  1968-ci 
ildə Xankəndi şəhərində 60 uşağı əhatə edən 3 əlahiddə körpələr evi var idi 
[97, s.372,  386].

1970-ci ildə Xankəndi şəhərində məktəbdənkənar uşaq müəssisəsi, pio- 
ner və məktəblilər  sarayı,  gənc texniklər,  təbipt stansiyalan,  park və  idman 
məktəbləri də vardır [98]. 
i
DQMV-dəki müəllimlər Respublika və Bakı müəllimləri təkmilləşdirmə 
institutlarında  elmi  və  metodiki  cəhətdən  öz  bilik  səviyyələrini  yük- 
səldirdilər.  Təsadüfi  deyildir  ki,  Xankəndi  şəhərində  1940-cı  illə  müqa- 
yisədə  1961-ci ildə ali təhsilli müəllimlərin sayı 2 dəfə  artdı.  Bu,  Xankəndi 
müəllimlərinin  ümumi  saymın  41  faizi  demək  idi.  Naxçıvan  MSSR-də  isə 
bütün  müəllimlərin  29,9  faizi  (597  nəfəri)  ali  təhsil  almışdılar.  Bu  hal 
Azərbaycan  hökümətinin  Xankəndi  şəhərinə  göstərdiyi  qayğımn  nəticəsi 
kimi  qiymətləndirilməlidir.  Ümumrespublika  üzrə  bu  göstərici  38,9  faiz 
təşkil edirdi [96].
XX yüzilliyin 50-60-cı iilərində Xankəndi şəhərində təlimin məzmunun- 
da bəzi  dəyişikliklər  edildi.  VIII  X  siniflərdə  erməni  dilinin tədrisinə  həf- 
tədə  1  saat əlavə vaxt ayrıldı. Rus dili və erməni dilinə ciddi fikir verilir, rus 
dili müəllimlərinin hazırlanması genişləndirilirdi.  1950-ci ildən II-X siniflər- 
də rus dili və ədəbiyyatımn tədrisinə tədris planlarmda həftədə 5-6 saat ay- 
rıldı.  Erməni və rus  ədəbiyyatı, habelə Qərbi Avropa ölkələri ədəbiyyatmm 
tədrisinə xüsusi  diqqət yetirilirdi.  1958/59-cu tədris ilində  orta məktəblərdə 
«Azərbaycan tarixi»nin tədrisinə həftədə  1  saat ayrılsa da, həmin fənn tədris 
edilmirdi.  1960/61-ci tədris ilindən orta məktəblərin tədris planına «İctimaiy- 
yət» fənni də əlavə olundu.  1949—1950-ci illərdə Xankəndi şəhərində ümumi 
yeddiillik təhsil,  1959-1960-cı illərdə isə icbari səkkizillik təhsil tətbiq olun- 
du.  1966-cı  ildən orta təhsil -  ümumtəhsil  elan edildi.  Xankəndi  şəharində 
məktəblərin şəbəkəsi genişləndi və  1950/51-ci tədris ilində məktəbləriiı sayı 
müharibədən əvvəlki səviyyəni ötüb keçdi. Bəhs etdiyimiz dövrdə Xankəndi 
şəhərində  politexnik  təlimə  diqqət  artırıldı.  Məktəblərin  nəzdində  tədris 
emalatxanaları,  kənd məktəblərində  isə  məktəb nəzdində tədris-təcrübə  sa- 
hələri  yaradılırdı.  Məktəblərdə  istehsalat  təliminin  tətbiqi  ilə  vilayətdə 
minlərlə ixtisash mütəxəssıs hazırlanmışdır. Aparılan tədqiqatlar nəticəsində 
məlum  olur  ki,  XX  yüzilliyin  50-60-cı  illərində  Xankəndi  şəhərində  ipək 
kombinatınm,  elektrotexnika məmulatları zavodunun, ayaqqabı fabrikinin və 
digər müəssisələrin  istehsal  etdikləri məhsulların keyfıyyəti  əvvəlki dövrlə 
müqayisədə xeyli yüksəlmişdir. Bu onunla izah edilir ki, zavod və fabriklərə 
yüksək  texniki  və  ümumtəhsil  hazırlığı  olan  yeni  nəsil  gəlmişdir.  Texniki 
peşə məktəblərini  bitirən gənclər müəyyən əməli vərdişlərə yiyələnmişlər. 
Təkcə  Xankəndi  peşə  məktəbi  xalq  təsərrüfatı  üçün  3  min  nəfərdən  çox 
müxtəlif ixtisaslı fəhlə hazırlamışdır.
İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycanın hər yerində,
o cümlədən Xankəndi  şəhərində  ali təhsil daha da inkişaf etdi.  1938-ci ildə 
Xankəndində Müəllimlər İnstitutunun yaradılması Vilayətin məktəblərini ali 
təhsilli  mütəxəssislərlə  təmin  etməkdə  böyük  işlər  gördü.  1970-ci  ildə 
Xankəndi Müəllimlər İnstitutunun həm müəllimlərinin, həm də tələbələrinin 
sayı  1950-ci illə müqayisədə 2 dəfə artdı.
Beləliklə,  1950-1960-cı  illərdə Azərbaycanm başqa bölgələri  ilə müqa- 
yisədə, Xankəndi şəhərində təhsil səviyyəsi üstün idi və sürətlə inkişaf edirdi. 
Həmin  dövrdə  yeddiillik,  səkkizillik və  orta  icbari  təhsilə  keçid  baş  verdi. 
Qeyd edək ki, Azərbaycan dövlətinin derin qayğısı nəticəsində Xankəndi şə- 
hərində, 20 il ərzində məktəblərin, müəllimlərin sayı artdı. Artıq  1970/71-ci 
tədris ilində şəhərdə  10 ümumtəhsil orta məktəbi var idi ki, bu məktəblərdə 
10000  şagird  təhsil  alırdı.  Eyni  zamanda məktəblərin  maddi-texniki  bazası 
xeyli təkmilləşdirildi.  Bütün bunlar isə dövlət başçısı H.Ə.Əliyevin bölgəyə 
dərin qayğısmm nəticəsində əldə edilmişdir. Bu dövrdə ali təhsilin şəbəkəsi 
genişləndi və Xankəndi şəhərində müxtəlif ixtisaslı erməni, rus və digər mil- 
lətlərdən olan kadrlann sayı xeyli artdı. Eyni zamanda həmin kadrların yer- 
ləşdirilməsinə  «beynəlmiləlçilik»  pərdəsi  altmda  xüsusi  diqqət  yetirildi. 
Xankəndi  idarə  orqanlarmda  qeyri-azərbaycanlılann  yerləşdirilməsi  sovet 
imperiyasının  bölgədə  dayaqlarmın  daha  da  möhkəmlənməsinə  ciddi  təsir 
göstərdi. İstər mərkəzdə, istərsə də Xankəndi şəhərində təhsil işinə rəhbərlik 
edən qeyri-azərbaycanlılar «Azərbaycan dilində təhsilin gələcəyinin olmadığı» 
iddiası ilə gördükləri tədbirlər nəticəsində Azərbaycan dilində tədris işlərinə 
ağır zərbə vurmuşdular.
Müharibədən sonrakı dövrdə Xankəndi şəhərində başqa sahələrdə olduğu 
kimi,  mədəni-maarif və mətbuatın  inkişafmda  da  çox böyük tərəqqi  müşa- 
hidə edilmişdir.
1950—1960-cı illərdə Azərbaycan hökuməti Xankəndində mədəni-maarif 
müəssisələrini inkişaf etdirmək üçün bütün lazımi tədbirləri həyata keçirirdi. 
Mədəni-maarif müəssisələri  içərisində  kitabxanalar,  əwəlki  illərdə  olduğu 
kimi, bəhs etdiyimiz dövrdə də Azərbaycan hökumətinin xüsusi diqqət mər- 
kəzində olmuşdur. Azərbaycan hökuməti Xankəndi şəhərində kitabxana işi- 
nin inkişafı üçün  1950-ci illərdə 495 min manat vəsait ayırdı.  1960-1962-ci 
illərdə Xankəndində yeni müstəqil kitabxanaların və səyyar fondların təşkili, 
fəaliyyətdə  olan kitabxanalarm yeni  ədəbiyyatla təmin edilməsi,  kitabxana- 
ların yeni bina, avadanlıq və bəzi texniki vasitələrlə təchizi sahəsində böyük 
işlər  görüldü.  Azərbaycan  hökumətinin  gördüyü bütün bu  və  ya  digər təd- 
birlər  öz  müsbət  nəticəsini  verdi.  1940-cı  illə  müqayisədə  1970-ci  ildə

Xankəndi  şəhərində  kitabxanalann sayı  3  dəfə, kitab fondu isə 20 dəfə  art- 
mışdı [51, s. 184].
Apanlan tədqiqatlar nəticəsində məlum olur ki,  istər bütövlükdə  Dağlıq 
Qarabağda,  istərsə  də  Xankəndi  şəhərində  istər kitabxanalann sayına görə, 
istərsə  də  kitab  fondu cəhətdən ümumrespublika  səviyyəsindən  çox böyük 
üstünlüyə  malik  olmuşdur.  Məsələn,  1961-ci  ilin  yanvar məlumatma  görə, 
Naxçıvan MSSR-də  135, Astarada 20, Bərdədə 27,  Saatlıda 22, Mingəçevir- 
də  18 kitabxana olduğu halda, DQMY-də bu göstərici 166-ya bərabər idi [89, 
s.90].  Bu vaxt Bakı  şəhərində  172  kitabxana  fəaliyyət göstərirdi  [89,  s.90]. 
Həmçinin kitab  fondunda  da bu üstün mövqe  Vilayətdə  mövcud  olmuşdur. 
Belə ki,  həmin ildə kitab  fondu Naxçıvan MSSR-də  596  min nüsxə  olduğu 
halda, DQMV-də 857 min nüsxəyə bərabər idi [40]. Bu vaxt Bərdədə 128 min, 
Ağcabədidə  169  min,  Mingəçevirdə  103  min kitab  oxuculann istifadəsində 
olmuşdur [89,  s.91].  Bütün bunlar Azərbaycan hökumətinin Vilayətə göstər- 
diyi diqqət və qayğmın nəticəsi idi.
Bəhs  etdiyimiz  dövrdə,  Vilayətin  erməni  rəhbərliyi  azərbaycanlılar 
yaşayan kəndlərə biganə  münasibət göstərmişdi.  Belə ki,  1951-ci ildə Xan- 
kəndi  rayonunda  50  kitabxana  olduğu  halda,  Şuşada  bu  göstərici  8  kitab- 
xanaya  çatırdı.  Həmçinin  Xankəndinin  ermənilər  yaşayan  bütün  kəndləri 
kitabxanalarla təmin olunduğu halda, rayonun azərbaycanlılar yaşayan 10 kən- 
dində  yalnız  ikisində -   Kərkicahan və  Kosalarda kitabxana var idi.  Şuşada 
cəmi 8 kitabxana fəaliyyət göstərirdi [8, s.9, i.73, v.285]. Hələ bu azmış kimi 
Xankəndi  rayonunda  azərbaycanlılar  yaşayan  kəndlərin  kitabxanalanndakı, 
onsuzda  az  olan  kitablann,  demək  olar  ki,  10  faizi  Azərbaycan  dilində, 
70  faizi  erməni  dilində,  20  faizi  rus  dilində  idi  [77,  s. 18].  Məkrli  siyasət 
sahiblərinin  xalqımıza  qarşı  bu  cür  «səxavətliliyi»  sonrakı  dövrlərdə  də 
davam etdirilmişdir.
Bəhs etdiyimiz illərdə, Xankəndi şəhərində kino xidməti işi xeyli yaxşı- 
laşmış,  geniş  və  rahat  qış  və  yay  kinoteatr  müəssisələri  tikilib  istifadəyə 
verilmişdir.  Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, kinofilmlərə ta- 
maşa edən insanlann sayına və kino seanslarınm sayına görə Xankəndi şəhə- 
ri keçmiş ittifaq miqyasında ən yüksək yerlərdən birini tutmuşdur.  Məsələn, 
kino qurğularmın sayına görə hər  1000 nəfərə ittifaq məkanında 5,4,  Ermə- 
nistanda 2,9, ümumi respublika miqyasmda 3 qurğu düşdüyü halda, Xankəndi 
şəhərində bu göstərici  11,2-yə bərabər idi [84].
Xankəndi şəhərində yaşayan əhalinin mədəni səviyyəsinin yüksəldilmə- 
sində  1958-ci ildə yaradılmış Xankəndi Dövlət Mahnı və Rəqs Ansamblımn 
xidmətləri  böyük  olmuşdur.  Ansambl  1959-cu  ildən  fəaliyyət  göstərməyə
başlamışdır.  Ansamblın repertuan zəngin və  rəngarəng  idi  [35,  s.44].  Onun 
repertuannda keçmiş SSRİ xalqlarınm mahm və rəqsləri mühüm yer tuturdu. 
Kollektivə  Petrosyan  Svetlana  rəhbərlik  edirdi.  Konsertlərdə  qədim  Azər- 
baycan mahmlanmn erməni dilində səslənməsi halları müşahidə edilmişdir. 
Qədim  Azərbaycan  el  havaları  və  mahnılarınm  erməni  dilində  oxunması 
təsadüfi hadisə deyildi. Onlann məqsədi bir neçə ildən sonra həmin qədim el 
mahnılarımızı  özününküləşdirmək  olmuşdur  və  sonrakı  hadisələr  bir  daha 
deyilənləri sübut etdi.
XX  əsrin  50-60-cı  illərində  Xankəndi  şəhərində  mədəni-maarif işinin 
inkişafmda muzeylərin rolu böyük olmuşdur.  1959-cu  ildə  Xankəndi  şəhə- 
rində;  Xankəndi  Vilayət  və  Ölkəşünaslıq  Muzeyi  fəaliyyət  göstərirdi. 
Muzeylərdəki daim yeniləşən tarixi eksponatlar tamaşaçılann diqqətini cəlb 
edirdi.  Muzey  daxilində  keçirilən  elmi-kütləvi  iş,  habelə  muzeylərin  təşkil 
etdikləri ekskursiyalar, səyyar sərgilər, müharibə veteranlan və əmək qəhrə- 
manları  ilə  görüşlər əhali  arasmda rəğbətlə  qarşılamrdı.  1970-ci  ildə  Azər- 
baycanda cəmi 27 muzey var idi [88,  s.44]. Azərbaycamn rayonlarınm əksə- 
riyyətində  muzey  olmadığı  halda  DQMV-də  bir  neçə  müxtəlif  muzey 
fəaliyyət  göstərirdi.  Bunlardan  ən  böyüyü  isə  Xankəndi  şəhərində  yara- 
dılmışdı.
Xankəndi  şəhərində  yaşayan  əhalinin  maariflənməsində,  ictimai-siyasi 
fəaliyyətinin artmasmda mətbuat əhəmiyyətli rol oynayırdı.
1960-cı  ildə  Azərbaycanda  107  qəzet  çıxırdı  ki,  bundan  1-i  Naxçıvan 
MSSR-in,  3-ü DQMV-nin payına düşürdü [89, s.144].  1969-cu ildə isə onla- 
nn sayı ümumrespublika üzrə  118-ə çatdı ki, bundan 5-i DQMV-də nəşr olu- 
nurdu.  Qəzetlərin tirajında da böyük irəliləyiş müşahidə edilmişdir. Belə ki, 
1960-cı  ildə  DQMV-də  qəzetlər  9,3  min  tirajla buraxılırdısa,  1969-cu  ildə 
24,3 min tiraja çatmışdı [17]. Vilayətdə nəşr olunan qəzetlərdən 1-i Azərbay- 
can dilində, qalanlan erməni dilində buraxılırdı. Bundan əlavə, Vilayətdə rus 
dilində «Sovetski Karabax» adlı qəzet də nəşr olunurdu.
XX yüizilliyin 50-60-cı illərində vilayət əhalisinin mədəni və ümumi təh- 
sil səviyyələrinin yüksəldilməsində radio mühüm rol oynamışdı.  1933-cü il- 
dən Xankəndində yerli radio verilişi studiyası fəaliyyətə başlamış və XX yüz- 
illiyin  60-cı  illərində  DQMV-nin  4  rayonunda  radio  verilişləri  studiyası 
yaradılmışdı [99,  s. 157] Belə ki,  1962-ci ildə Hadrud və Xocavənd,  1965-ci 
ildə Şuşada,  1966-cı ildə Ağdərədə yerli radio verilişləri studiyası fəaliyyətə 
başlamışdır.  İlk yaranan vaxt vilayətdə  20  radio  nöqtəsi  fəaliyyət  göstərir- 
disə,  60-cı  illərin  sonlannda  radio  nöqtələrinin  sayı  23  minə,  radioqə- 
buledicilərin  sayı  6  minə  çatdı  [35,  s.44].  Aparılan  tədqiqatlara  əsasən

müəyyən  edilmişdir  ki,  adambaşına  düşən  radio  nöqtələrinin  və  radıoqə- 
buledicilərinin  sayı  Xankəndi  şəhərində  ümumrespublika  göstəricilərindən 
2 dəfə çoxdur.
Beləliklə,  1950-1960-cı  illərdə  Azərbaycan hökumətinin böyük qayğısı 
nəticəsində  Xankəndi  şəhərində  mədəni-maarif və  mətbuat,  mürəkkəb  və 
ziddiyyətli  hal müşahidə  edilsə belə,  çox mühüm irəliləyiş  olmuşdur.  Xan- 
kəndi şəhərində mədəni-maarif müəssisələrinin sayı ilbəil çoxalırdı.  Onlarla 
yeni kitabxanalar təşkil edilmiş, kino qurğuları istifadəyə verilmişdir.  Şəhər- 
də  yeni klublar,  mədəniyyət  sarayları yaradılmış,  muzeylər açılmışdı.  Bəhs 
edilən illərdə Xankəndi şəhərində qəzetlərin nəşri 2,7 dəfə artmış, yeni yerli 
radio verilişləri studiyası yaradılmışdı. 20 il ərzində şəhərin radio verilişləri- 
nin məzmunu dəyişərək daha cəlbedici olmuşdu. Bütün bunlar isə Xankəndi 
şəhərində  yaşayan əhalinin mədəni və ümumi təhsil  səviyyələrinin yüksəl- 
məsinə müsbət təsir göstərmişdir.
1967-ci ildə Xankəndi  şəhərinin  girəcəyində heykəltəraş  Sarkis Baqda- 
saryanm  «Biz  və  bizim  dağlar»  adlı  abidəsi  açılmışdı.  Qısa  bir  zamanda 
heykəl  kompleksi  məşhurlaşmış  və  hal-hazırda Azərbaycan mədəni  irsinin 
ayrılmaz hissəsini təşkil edir.  Əsərin milliyyətcə erməni müəllifi tərəfındən 
yaradılması heç də o demək deyil ki, bu məşhur Azərbaycan abidəsi  Ermə- 
nistana  aiddir.  Məsələyə  bir  az  aydmlıq  gətirərək,  qeyd  edək  ki,  erməni 
siyasətbazları «Biz və bizim dağlar» abidəsini ermənilərə və Ermənistana aid 
hesab  edirlər.  Belə  bir  fikrə  yalnız  sərsəmlər  gələ  bilərlər.  Əsər  heç  vaxt 
Ermənistanm  «milli  sərvəti»  hesab  edilə  bilməz,  çünki  əsər  Azərbaycanın 
büdcəsindən ayrılan vəsait ilə, Azərbaycan ərazisində yaradılmışdır.  Bir hə- 
qiqəti də demək yerinə düşərdi ki, dünyanm hər yerində bütün sənət əsərləri 
yerləşdiyi  ölkənin  sərvəti  sayılır.  «Biz  və  bizim  dağlar»  heykəl  kompleksi 
Azərbaycanm mədəni irsinin ayrümaz hissəsi olmuşdur və olaraq qalacaqdır.
1970-1985-ci illərdə Xankəndi şəhərinin ictimai-iqtisadi həyatmda olduğu 
kimi,  mədəni  həyatında da mühüm  irəliləyişlər olmuşdur.  Bu  dövr ərzində 
Xankəndi şəhərində uşaq müəssisələrinin, məktəblərin maddi-texniki və təh- 
sil  bazası  möhkəmlənmiş,  tədrisin keyfiyyət  səviyyəsi  yüksəlmişdir.  Azər- 
baycan höküməti Xankəndi şəhərində maarif və mədəniyyətin inkişafı üçün 
1970-1985-ci  illərdə  xeyli  vəsait  ayırmış  və  ildən-ilə  bu  vəsaitin  həcmini 
artırmışdır [58].
1976-1980-ci illərdə Xankəndi  şəhərində məktəb və maarifə  38 milyon 
manat,  1981—1985-ci illərdə isə 40 milyon manat vəsait ayrılmışdı. Ümumiy- 
yətlə,  1970-1985-ci illərdə Azərbaycan höküməti DQMV-də təhsil,  elm və 
maarifın inkişafma 260 milyon 431  min manat vəsait ayrılmışdır. Aynlan və-
sait hesabına  1970—1985-ci  illərdə  DQMV-də  25  daimi məktəbəqədər uşaq 
müəssisəsi tikilib istifadəyə verildi ki, bundan 5-i Xankəndi şəhərinin payına 
düşürdü. DQMV-də  1970-ci ildə 60 daimi məktəbəqədər uşaq müəssisəsi var 
idisə,  onların sayı  1985-ci ildə  85-ə çatdı.  Təkcə bir il ərzində, yəni  1986-cı 
ildə məktəbəqədər uşaq müəssisələrində  1970-ci illə müqayisədə 2 dəfə çox 
uşaq tərbiyə  olunmuşdu.  Bu  müəssisələrdə  250  tərbiyəçi  və  xidmətçi  çalı- 
şırdı.  Tərbiyəçilərin  50  faizinin  ali,  22  faizinin  orta  ixtisas  təhsili  var  idi 
[76,  s.138].  1970—1985-ci  illərdə  Naxçıvan  MR-də  3  daimi  məktəbəqədər 
uşaq müəssisəsi tikilib  istifadəyə  verilmişdi ki,  bu da DQMV-də  tikiləndən 
təxminən 8 dəfə az idi, Bəhs etdiyimiz dövrdə Naxçıvan MR-də daimi mək- 
təbəqədər uşaq müəssisələrinin sayı  65-dən 73-ə çatdı.  Aparüan araşdırma- 
lardan məlum olur ki, əhalinin məktəbəqədər uşaq müəssisələri ilə təmina- 
tmda Xankəndi  şəhəri  istər ümumrespublika  səviyyəsində,  istərsə  də  Nax- 
çıvan  MR  ilə  müqayisədə  üstün  olmuşdur.  Məsələn,  1985-ci  ildə  əhalinin 
məktəbəqədər uşaq müəssisələri ilə təminatı ümumrespublika səviyyəsində 
20  faiz,  Naxçıvan  MR-də  12  faiz təşkil etmişdirsə,  Xankəndi  şəhərində  bu 
göstərici 35 faizə çatmışdır [93].
Azərbaycänm  başqa  bölgələrindən  fərqli  olaraq,  Xankəndi  şəhərində
1970-1985-ci  illərdə  məktəb  tikintisi  sürətlə  getmişdir.  Azərbaycan  höku- 
məti  1971—1975-ci  illərdə  Xankəndi  şəhərində  2 məktəb,  1976—1980-ci  il- 
lərdə  1  məktəb,  1981—1985-ci  illərdə  isə  1  məktəb  tikib  istifadəyə  verdi 
[86,  s.131].  Orta məktəblərin  sayının  artması  ilə  səkkizillik və  ibtidai mək- 
təblərin sayı azalırdı.  Səkkizillik və ibtidai məktəblərin sayınm azalması isə 
məktəblərin ümumi  sayınm azalmasına təsir etmişdi.  1970-ci ildən başlaya- 
raq  Xankəndi  şəhər  ərazisində  fiziki  cəhətdən  qüsurlu  olan  uşaqlar  üçün 
məktəb tikilib istifadəyə verildi və  1974—1975-ci tədris  ilində belə məktəb- 
lərin sayı 2-yə çatdı.  Həmin məktəblərdə  isə şagirdlərin sayı 60-dan 296-ya 
qalxdı [86, s.136]. Bundan əlavə, Xankəndi şəhərində axşam (növbəli) ümum- 
təhsil məktəbi  də  fəaliyyət göstərdi ki,  bu məktəblərdə  istehsalatdan  ayrıl- 
madan yaşlı nəslə  dərslər tədris olunurdu  [90].  Xankəndi  şəhərində ümum- 
təhsil  məktəblərində  işləyən  müəllimlərin  80  faizindən  çoxu  ali,  3,3  faizi 
natamam ali,  15 faizi orta-pedaqoji təhsilli idi. Məktəblərin 98 faizində fənn 
kabinələri, emalatxanalar fəaliyyət göstərirdi [86].
1985-ci  ildə Naxçıvn MR-də  6,3  min müəllimi,  64,8  şagirdi  birləşdirən 
217 ümumtəhsil məktəbi var idi. Maraqlı cəhət ondan ibarətdir ki, Naxçıvan 
MR-də hər məktəbə 296 şagird düşdüyü halda, Xankəndində  177 şagird düş- 
müşdür.  Eyni  zamanda Naxçıvan MR-də  hər müəllimə  10  uşaq  düşürdüsə, 
Xankəndində 8,5 uşaq düşürdü [93,  s.281]. Ümumiyyətlə, aparılan tədqiqat-

lar nəticəsində  məlum olmuşdur ki,  ümumrespublika  səviyyəsində  əhalinin 
sayı ilə müqayisədə müəllimlərin, məktəblərin sayma görə Xankəndi şəhəri 
üstün mövqeyə malik olmuşdur.  Bu  isə Azərbaycan hökumətinin Xankəndi 
şəhərinə göstərdiyi dərin qayğınm nəticəsi idi.
1975/76-cı tədris  ilində  Xankəndi  şəhərində müxtəlif fənlər üzrə  dərin- 
ləşmiş,  proqramlarla  təlim  keçən  təmayüllü  intemat  məktəbləri  fəaliyyətə 
başladı [16,  s.230].
1970-1985-ci illərdə Xankəndi şəhərində sənaye, nəqliyyat, tikinti və di- 
gər işlərdə  işləyən gəncləri təhsilə  cəlb  etmək üçün gündüz məktəbləri ya- 
nında  müstəqil  qiyabi  məktəblər  təşkil  olundu.  Bundan  əlavə,  Xankəndi 
şəhərində məktəbdənkənar uşaq müəssisələri, pioner və məktəblilər sarayı, 
50 pioner düşərgəsi, uşaq idman məktəbi, musiqi və bədii özfəaliyyət mək- 
təbi,  uşaq parklan,  gənc  texniklər və  turistlər  stansiyası,  uşaq kitabxanalan 
fəaliyyət göstərirdi [86, s.159].
1971—1975-ci illər ərzində Xankəndi şəhərində ümumi orta təhsilə keçid 
başa  çatdınldı.  Yeni  məktəblərin  tikilməsi  hesabma  Xankəndi  şəhərində 
dərslər bir növbədə keçirilirdi. Dağlıq Qarabağm 42 məktəbində, o cümlədən 
Xankəndi  şəhərinin  8  məktəbində  dövlətimizin ayırdığı xüsusi vəsait  hesa- 
bına yemək verilirdi. Şagirdlərə isti yemək verilməsi sahəsində DQMV mək- 
təblərinin təcrübəsi Azərbaycan SSR Maarif Nazirliyinin kollegiyası tərəfın- 
dən bəyənilmişdir. Çox təəssüflər olsun ki, bu təcrübə Şuşa şəhərində yalmz 
bir məktəbə  tətbiq  olunmuş,  bölgənin azərbaycanlılar yaşayan kəndləri  isə 
tətbiq edilməmişdir.
1970-1985-ci illərdə Xankəndi şəhərində peşə təhsili  sistemi də sürətlə 
inkişaf edirdi.  Şəhərin 8 orta məktəbində şagirdlərə müxtəlif peşələr öyrədi- 
lirdi.  1970-1985-ci  illərdə  Xankəndi  şəhərinin  məktəblərində  peşə  təhsili 
alanlar 20 faiz artdı. Hər il orta hesabla 300 nəfərdən çox şagird sənaye, tikinti, 
nəqliyyat,  kənd  təsərrüfatj,  məişət  xidməti  və  başqa  sahələr üzrə  100-dən 
artıq peşəyə yiyələnirdilər [10, s.16,  i.l, v.7].
1970-ci illərdə Xankəndi şəhərində təsərrüfat, maarif, mədəniyyət, səhiy- 
yə və başqa sahələr üzrə orta ixtisas kadrları hazırlayan məktəblər fəaliyyət 
göstərirdi.  Həmin texnikumlarda  1000-dən çox  tələbə  təhsil  alırdı.  Bir ildə 
həmin məktəblər 250-dən çox mütəxəssis buraxırdı.  Bəhs etd^imiz illərdə 
tələbələrə verilən təqaüdlər 3 dəfə artırıldı.
Azərbaycan KP  MK-nm və Azərbaycan SSR Nazirlər  Sovetinin 23  no- 
yabr  1973-cü  il  tarixli  qəran  ilə  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun 
filialı kimi Xankəndi Pedaqoji İnstitutu təşkil edildi [86,  s. 139].  İnstituta hər 
il 500-ə yaxm tələbə qəbul olurdu ki, bundan 300-ü əyani təhsil alırdı.  1980-ci
ildə Xankəndi Pedaqoji İnstitutunda 2 min tələbə oxuyurdu.  1985-ci ildə isə 
həmin institutda təhsil alanlann sayı 2100 nəfərə çatmışdı. Burada tədris Azər- 
baycan, rus və erməni dillərində apanlırdı [86, s.32].
1970-1985-ci  illərdə  Xankəndi  şəhərində  yaşayan  əhalinin  biliyinin 
mədəni  səviyyəsinin yüksəldilməsində təhsil müəssisələri və kütləvi infor- 
masiya  vasitələri  mühüm  rol  oynamışdı.  Mədəni-maarif  müəssisələrinin 
inkişafmda kitabxanalarm rolu xüsusi əhəmiyyət kəsb etmişdir.  Azərbaycan 
hökuməti Xankəndi şəhərində kitabxana işini inkişaf etdirmək üçün mühüm 
tədbirlər həyata keçirdi. Azərbaycan Respubliiası Nazirlər Sovetinin 1967-ci 
il iyunun 17-də qəbul etdiyi «Respublikada kitabxanalann vəziyyəti və onları 
yaxşılaşdırmaq tədbirləri haqqmda» Sov.İKP MK-nın «Zəhmətkeşlərin kom- 
munist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq 
haqqmda» 8 may 1974-cü il qərarlan kitabxana işinin inkişafında mühüm rol 
oynadı.  Azərbaycan  hökuməti  Xankəndi  şəhərində  yeni  kitabxana  binalan 
tikintisi üçün əvvəlki dovrlə müqayisədə qoyulan vəsaitin miqdannı 2,5 dəfə 
artırdı.  70-ci illərdə DQMV-də kitabxana işi öz inkişafmm yeni mərhələsinə 
daxil  olmuşdu.  Azərbaycan  hökumətinin  «1976—1980-ci  illərdə  kitabxana 
işinin daha da inkişaf etdirilməsi» haqqında qərarından sonra kitabxanalann 
mərkəzləşdirilməsi planı işlənib hazırlandı  [11,  s.15,  i.6,  v.7].  Həmin plana 
uyğun  oläraq,  Xankəndi  şəhərində  70-ci  illərdə  Mərkəzləşdirilmiş  Kitab- 
xana Sisteminin (MKS) təşkilinə başlandı [8, s.30, i.6, v.4]. Kitabxana fondu 
əwəlki  illərə  nisbətən  yeni  ədəbiyyatla  daha  zəngin  komplektləşdirildi, 
oxuculänn sayı, dövriyyəsi xeyli artdı.
1970—1975-ci illərdə Xankəndi şəhərində yeni tipli kitabxana binası tiki- 
lib istifadəyə verildi [79, s.72].  1975-ci ildə Xankəndi şəhərində kütləvi kitab- 
xanalann sayı artdı, onlann kitab fondu isə 440 minə çatdı [10, s.16, i.2, v.4]. 
Kitabxanalarda oxucularm sayı isə əvvəlki dövrlə müqayisədə xeyli çoxaldı.
1980-ci  illərdə  Xankəndi  şəhər  kitabxanalanndan  27,8  min  oxucu  istifadə 
etmişdir ki, bu da  1975-ci illə müqayisədə  10,4% çox idi [92, s.162].
Aparılan tədqiqatlar nəticəsində  məlum olur ki,  Xankəndinin kitabxana 
ilə təıtıinatı, adambaşına düşən kitablar və kitabxanaların sayı həm ümumres- 
publika səviyyəsində, həm də Ermənistanla və keçmiş SSRİ ilə müqayisədə 
üstün olmuşdur.  Məsələn,  1986-cı ildə Xankəndi şəhərində hər adama  10,2 
kitabxana  kitabı  düşdüyü  halda,  respublikamızda  5,8  kitab,  Ağdamda  6,1, 
Tərtərdə 5,9, Naxçıvan MR-də 7,1  kitab düşmüşdü.
1980-ci  illərin  sonlarmda  Xankəndinin  kütləvi  kitabxanalarla  təmin 
edilməsi  100 faiz olduğu halda, ümumrespublika üzrə bu göstərici 94,4 faiz, 
Naxçıvanda 98,4 faiz idi. Bundan əlavə, əhalinin hər  10 min nəfərinə düşən

kütləvi kitabxanalann sayı keçmiş SSRİ məkanında 4,8, Ermənistan SSR-də 4,1, 
Azərbaycanda 6 olduğu halda, Xankəndi şəhərində bu göstərici  13-ə çatmışdı. 
Faktlardan  göründüyü kimi,  hər adama  düşən kitabxanaların  sayı  Xankəndi 
şəhərində  ümumrespublika səviyyəsini 2  dəfədən də  artıq üstələmişdir [79, 
s.22].  Bütün  bunlarla  yanaşı,  Xankəndi  rayonunda  azərbaycanlılar  yaşayan 
kəndlərdə mövcud kitabxanalar azərbaycandilli  ədəbiyyatla tam təmin edil- 
mirdi. Apanlan tədqiqatlardan məlum olur ki, azərbaycanlılar yaşayan kənd- 
lərdəki kitabxanalardakı kitabların təxminən 80 faizi erməni dilində,  10 faizi 
Azərbaycan,  10 faizi rus dillərində idi [98, s.263].
Bəhs  etdiyimiz  dövrdə  Azərbaycan  hökuməti  Xankəndi  şəhərində  mə- 
dəni-maarif müəssisələri  içərisində  klublarm  inkişafma xüsusi  diqqət yetir- 
mişdir.  Xalqın  mədəni  səviyyəsinin  yüksəldilməsində  klublar  mühüm  rol 
oynayırdı.  Çünki  burada  həm  kino,  teatr  göstərilir,  həm  də  özfəaliyyət 
dəməkləri  fəaliyyət  göstərir  və  mühüm  əhəmiyyətli  yığmcaqlar,  iclaslar 
keçirilirdi.
1970-1985-ci  illərdə  Azərbaycan  hökumətinin  ayırdığı  xüsusi  vəsait 
hesabına Xankəndi şəhərində klub tikintisi xeyli artdı. Belə ki, həmin illərdə
2 klub tikilib Xankəndi şəhəri əhalisinin istifadəsinə verildi.
Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  əhalinin  sayma  görə 
klublarm  sayı  Xankəndi  şəhərində  ümumrespublika  səviyyəsindən  3  dəfə, 
Ermənistanla müqayisədə təxminən 4,5 dəfə artıq olmuşdur. Belə ki,  1986-cı 
ildə əhalinin hər 10 min nəfərinə düşən klublann sayı SSRİ məkanmda 4,8-ə, 
Azərbaycan  Respublikasında  5-ə,  Ermənistanda  3,8-ə  çatırdısa,  Azərbayca- 
nm Xankəndi  şəhərində bu göstərici  15-ə bərabər idi.  1980-ci illərin ortala- 
rmda DQMV-nin 300-dən 500-ə qədər əhali yaşayan bütün yaşayış məntəqə- 
lərinin 32-dən  31-i klub müəssisələri ilə təmin edilmişdir.  Ümumrespublika 
səviyyəsində  isə  klub  müəssisələri  ilə  təmin  edilmiş  belə  yaşayış  məntə- 
qələri  40  faizə  çatırdı.  Azərbaycanda  746  iri  yaşayış  məntəqəsindən yalnız 
319-da klub var idi [78].
Əhalinin ideya-siyasi tərbiyəsində kino  mühüm rol  oynayırdı.  Azərbay- 
can hökuməti  1970—1985-ci illərdə Xankəndində kinoteatr şəbəkəsinin inki- 
şafını daha da yaxşılaşdırdı.  Klublann saymın artınlması bu baxımdan böyük 
əhəmiyyətə malik idi. Hətta şəhərdə yay kinoteatrları da fəaliyyş^göstərirdi. 
Dövlətimizin Xankəndi şəhərində həyata keçirdiyi mühüm tədbırlərdən biri 
də,  bölgəni  kinoqurğuları,  avtomühərriklər  və  kinolentləri  ilə  tam  təmin 
etməsi olmuşdur.
Apanlan araşdırmalardan məlum olur ki,  1980-ci ildə DQMV-dəki kino- 
qurğuları  ümumrespublika  üzrə  mövcud  kinoqurğulann  10  faizini  təşkil
etmişdir.  Həmin il respublikamızda 2002 kinoqurğu var idi ki,  bunun 202-si 
DQMV-nin payma düşürdü. Bəhs olunan dövrdə Xankəndi şəhərində  30 ki- 
noqurğu  fəaliyyət göstərirdi.  Qonşu  şəhərlərlə  (Ağdam,  Tərtər,  Şuşa və  s.) 
müqayisədə  bu  göstərici  2  dəfə  artıq  demək  idi.  1970—1985-ci  illərdə 
respublikamızda  163  kinoqurğu  yaradılmışdı  ki,  bunun  36-sı  DQMV-nin 
payına  düşmüşdür.  Həmin  illərdə  Dağlıq  Qarabağda  yaradılmış kinoqurğu- 
lann 11-i Xankəndi şəhərində yerləşdirilmişdi.  1970—1985-ci illərdə respub- 
likamızda kinoqurğulann  sayı  2004-dən  21^7-yə,  Azərbaycanm DQMV-də 
isə  170-dən 206-ya çatmışdı [25,  s.29].  1980-ci illərdə kinoseanslanna baxış 
orta  hesabla  il  ərzində  respublikamız  üzrə  60  milyon  təşkil  etmişdirsə, 
Naxçıvan MR-də  3 milyon 100 min, DQMV-də 3 milyon 300 minə çatmışdır 
ki,  bunun  üçdə  biri,  yəni  1  milyon  80  mini  Xankəndi  şəhərinin  payma 
düşürdü.  10  min  nəfər  hesabilə  əhaliyə  düşən  kinoqurğulann  sayı  keçmiş 
SSRİ məkanmda 5,4-ə, Azərbaycan Respublikasında 3-ə, Ermənistanda 2,9-a, 
Azərbaycanm DQMV-də  11,2-yə, Xankəndi şəhərində  isə  12,5-ə  çatmışdır 
[75,  s.75].  Həmçinin  kinoya baxış  səviyyəsində  də,  DQMV  və  onun  Xan- 
kəndi şəhər birinciliyi saxlanılmışdxr. Təkcə bir faktı qeyd edək ki, Naxçıvan 
MR+də əhalinin sayı Dağlıq Qarabağdakmdan təxminən 2 dəfə çox olmasına 
baxmayaraq,  1985-ci  ildə  Naxçıvan  MR-də  kino  seanslarmda  iştirak  edən- 
lərin sayı  3 milyon  166 minə,  DQMV-də isə  3 milyon 259  minə  çatmışdır 
[83,  s.77].  Bütün  bunlar  isə  Azərbaycan  hökumətinin  bütövlükdə  Dağlıq 
Qarabağa,  onun  Xankəndi  şəhərinə  göstərdiyi  dərin  qayğımn  nəticəsində 
əldə edilmişdir.
1970-1985-ci  illərdə Xankəndi  şəhərində  əhali  arasında mədəni-maarif 
işinin  apanlmasında  muzeylərin  də  rolu  böyük  olmuşdur.  Dövlətimizin 
ayırdığı xüsusi vəsait hesabına 1970-1985-ci illər ərzində Xankəndi şəhərin- 
də 2 yeni muzey açıldı.  Şəhərdə muzeylərin sayı 2-dən 4-ə çatdı.  Xankəndi 
şəhərində şəkil qalereyası və Bakı muzeylərinin fılialı açılmışdı. Muzeyə gə- 
lənlərin sayı ilbəil artırdı. Belə ki,  1970-ci ildə Xankəndi şəhərində muzeyə 
gələnlərin sayı  15 min nəfər idisə,  1980-ci ildə 45 min nəfərə,  1985-ci ildə 
isə 60 min nəfərə çatmışdı. Muzey daxilində keçirilən elmi-kütləvi işlər, səy- 
yar  sərğilər,  müharibə veteranlan və  əmək qəhrəmanlan  ilə  görüşlər əhali 
arasında böyük rəğbətlə qarşılanırdı. Xankəndində fəaliyyət göstərən muzey- 
lərdə  ekspozisiya ilə  yanaşı,  hər il  mühüm hadisələr və  əlamətdar günlərə 
həsr  edilmiş  tematik  və  səyyar  sərgilər  təşkil  edilirdi.  Xankəndi  şəhərinin 
muzeylərində sərgi zalı, uşaq şəkil qalereyası, ədəbiyyat və incəsənət xadim- 
lərinin xatirə  lövhələri nümayiş  etdirilirdi.  Xankəndi  şəhərində  yerli diyar- 
şünaslıq muzeyi də fəaliyyət göstərirdi ki, onun fondlan getdikcə zənginləşir

və ekspozisiyaları daim təzələnirdi.  1980-ci illərin sonlannda A^ərbaycanda 
124 muzey fəaliyyət göstərirdi [43,  s.82].
XX yüzilliyin 70-80-ci illərində ümummilli liderimiz H.Ə.Əliyevin məq- 
sədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanda xalqın milli özünüdərk 
prosesi xeyli güclənmişdi. Yaradıcı ziyalılarımız üçün sərbəst düşüncə və iş 
şəraiti  yaradılmışdır.  H.Ə.Əliyev  dövlətimizə  rəhbərlik  etdiyi  illərdə  Xan- 
kəndi şəhərinin mədəni tərəqqisinə diqqəti daha da artırdı.
Bəhs  etdiyimiz  dövrdə,  DQMV-də  tarixi  abidələrin  tikintisi  və  bərpası 
uğurla apanlırdı. Belə tikintilərdən biri də Ağdərə rayonunda erməni əhalisinin 
xahişi  ilə  1978-ci  ildə  inşa etdirilmişdir.  Həmin abidə  ermənilərin Ağdərəyə 
köçürülməsinin 150 illiyi münasibətilə inşa edilmişdi. Abidənin üzərmə böyük 
rəqəmlərlə «1828-1978» və «150» rəqəmləri həkk olunmuşdur. Ancaq bu abid j 
bəzi «qaranlıq məsələlərə» aydmlıq gətirdiyi üçün, ermənilər 1985-ci ildə hə- 
min abidəni dağıtmağa, xüsusilə rəqəmləri yox etməyə başladılar [93, s.281].
1970—1980-ci  illərdə  Xankəndi  şəhərində  mədəni-maarif işinin  ən  küt- 
ləvi vasitələrindən biri teatr idi. Bəhs etdiyimiz dövrdə şəhərdə M.Qorki adı- 
na Xankəndi  Dövlət Dram Teatn  fəaliyyət göstərirdi.  Həmin teatrla yanaşı, 
Xankəndində  həvəskar dram  dəməkləri  də  fəaliyyətdə  idi.  Bəhs  etdiyimiz 
illərdə teatra gələnlərin sayında da xeyli artım müşahidə edilmişdir. Belə ki, 
1970-ci  ildə Xankəndi  şəhərində teatra tamaşa edənlərin  sayı  48  min nəfər 
idisə,  1985-ci ildə  onlarm sayı  56 min nəfərə çatmışdır [17].  Statistik məlu- 
matlara  əsaslanaraq  sadə  riyazi  analiz  aparsaq  görərik ki,  ümumrespublika 
səviyyəsində hər 350 min nəfərə  1  dövlət dram teatrı düşdüyü halda, Naxçı- 
van MR-öə  275  min  nəfərə,  1  dövlət  dram  teatn,  DQMV-də  isə  162  min 
nəfərə  1-i düşmüşdür. Teatra tamaşa edənlərin ümumi səviyyəsinə gəldikdə 
isə DQMV və onun Xankəndi şəhəri ümumrespublika səviyyəsindən 30 faiz 
yüksəkdə dayanmışdır.
1970—1985-ci  illərdə  Xankəndi  şəhərində  kütləvi  informasiya  şəbəkəsi 
inkişaf etməkdə  idi.  Əhalinin maariflənməsində,  mədəni  səviyyəsinin yük- 
səlməsində, ictimai-siyasi fəaliyyətinin artmasmda mətbuat mühüm rol oyna- 
yırdı. Bəhs etdiyimiz dövrdə, Xankəndi şəhərində 6 qəzet erməni dilində,  1-i 
Azərbaycan dilində və  1-i rus dilində buraxılırdı. Bunlardan «Sovetakan Ka- 
rabax» («Sovet Qarabağı»), «Metaksaqorst» («İpəkçi»), «Karmir Droş» («Qır- 
mızı  Bayraq»),  «Berekatyun»  («Dostluq»),  «Aşxatan»  («Ər^&k»),  «Koltite- 
sakan»  («Kolxozçu»),  «Şuşa»  və  «Sovetskiy  Karabax»  qəzetləri  çox tirajla 
yayılırdı.  Qəzetlərin  illik  tirajmda  da  artım  müşahidə  edilmişdir.  Belə  ki, 
1970-ci  ildə  27  milyon nüsxə  qəzet buraxılmışdırsa,  1985-ci  ildə  3  milyon 
nüsxə artaraq 30 milyon nüsxəyə çatmışdır [42].
Bəhs etdiyimiz dövrdə Azərbaycan Yazıçılar İttifaqımn Xankəndi birliyi 
fəaliyyət  göstərirdi.  Burada nasirlər,  şairlər  dramaturqlar  elmi  yaradıcılıqla 
məşğul olurdular.  Xankəndi şəhərində Azərbaycan hökuməti tərəfindən ya- 
radılmış  poliqrafiya idarəsi  əsərlərin,  müxtəlif ədəbiyyatlann nəşr  olunma- 
sında mühüm rol oynayırdı.  1971—1980-ci illərdə Xankəndi şəhərində ümumi 
tirajı  500  min  nüsxə  olan  84  adda kitab  buraxılmışdır  ki,  bundan  366  min 
nüsxə (66 adda) erməni dilində olmuşdur. Buraxılan əsərlərin xeyli hissəsi də 
rus dilində, cüzi nəşr Azərbaycan dilində idi [80].
Xankəndində «ideoloji cəbhə» anlamırtdan istifadə edən şəhər rəhbərliyi 
azərbaycanlılann  bir  çox  adət-ənənələrini  sıxışdmrdı.  Qədim  dövrlərdə 
xalqımızm məişətinə  daxil olmuş,  əməksevərliyi,  nəcibliyi tərənnüm edən, 
müəyyən dərəçədə beynəlmiləl xarakterli Novruz bayramı Xankəndi  şəhə- 
rində yaşayan azərbaycanlılara qəti qadağan edilmişdi. Şəhərdə yaşayan azər- 
baycanlılar bu bayramı  gizli  şəkildə keçirirdilər.  Bürada 21  «sosialist»  bay- 
ram və mərasimi rəsmi «ənənəyə» çevrilmişdi. Dini mərasimlər açıq şəkildə 
sıxışdırılırdı.  İslam  dini  əleyhinə  Xankəndi  şəhərinin  erməni  rəhbərliyinin 
ideoloji  əks-təbliğatma  baxmayaraq,  burada  yaşayan  azərbaycanlılar  dini 
bayram və mərasimləri gizli şəkildə qeyd edirdilər. Xalqımız öz milli ənənə- 
lərini qoruyub saxlamağa çälışırdı. H.Ə.Əliyevin xalqımız üçün misilsiz xid- 
mətlərindən biri də ondan ibarət olmuşdur ki,  o, Dağlıq Qarabağdakı «məs- 
cidlərin bərpası haqqmda qərar» (4 noyabr 1976-cı il) qəbul etmişdir. Həmin 
vaxtdan Şuşadakı məscidlərimizin bərpasma başlandı [81].
1970—1985-ci illərdə Xankəndi şəhərində DövlətMahnı və Rəqs Ansamb- 
lırnn və «Qarabağ» Dövlət estrada orkestrinin repertuan daha da zənginləşmişdi.
XX  yüzilliyin  60-80-ci  illərində  Xankəndi  şəhərinin  arxitektura  siması 
genişləndirilmişdi.  1960-cı ildə məşhur arxitektor Q.Məcidovun layihəsi əsa- 
smda şəhərin mərkəzi meydam  olmaqla Vilayət Partiya  Komitəsinin binası 
istifadəyə verilmişdir.  1972-ci ildə isə arxitektor N.Kəngərlinin layihəsi əsa- 
smda Vilayət  İcraiyyə  Komitəsinin binası  tikilmişdir.  Çox  təəssüflər  olsun 
ki, xalqımızm zəhməti bahasına tikilmiş bu gözəl binalarda, bu gün separatçı 
rejiıhin administrasiyası yerləşir.
1970-ci  illərdən DQMV-də maddi-mədəniyyət abidələri  yenidən  qeydə 
almdı. Onlarm tədqiqinə, mühafizəsinə və səmərəli istifadə olunmasına diq- 
qət artırılırdı. Lakin ictimai elmlərin inkişafına «hakim ideologiya»nın güclü 
təzyiqi mənfi təsir göstərirdi. Xüsusilə Dağlıq Qarabağda qədim tarixə malik 
Oğuz-türk  abidələrini  erməni  vandallan  saxtalaşdırmağa  çalışırdılar.  Hətta 
Şuşanı  «abadlaşdırmaq»  adı  altmda  qədim  maddi-mədəniyyət  abidələrimiz 
Vilayətin hakim dairələri tərəfındən dağıdılmışdı.  70-ci  illərdə Azərbaycan

Milli Elmlər Akademiyasımn Tarix İnstitutunun əməkdaşları M.Hüseynovun 
rəhbərliyi  altmda Xankəndi  ərazisində  arxeoloji  qazmtı tədqiqat işlərini da- 
vam  etdirmiş  və  ərazidə  tapılan  qədim  maddi-mədəniyyət  izləri,  əşyalar 
ibtidai insanlann burada yaşamasmı sübut etmişdir.
1970—1985-ci illərdə Xankəndi  şəhərində fəaliyyət göstərən elmi idarə- 
lər  -   Xankəndi  Zona  Təcrübə  Stansiyası,  Qarabağ  Elmi  Təcrübə  bazası, 
AMEA-nın Dağlıq  Qarabağ  fılialı,  Azərbaycan Kənd  Təsərrüfatı  Texnikası 
Birliyinin DQMV filialı, Xankəndi Aqrar Sənaye Birliyi və başqa idarələr böl- 
gədə  xalq  təsərrüfatı  sahəsində  yüksək  məhsuldarlıq  əldə  etmək  üçün  yeni 
ixtiralar edir, səmərələşdirici təkliflər irəli sürürdülər. Həmin idarələr DQMV-nin 
təbii sərvətlərini dərindən öyrənib, aşkarlamış və mənimsəmişdilər. Xankəndi 
nəbatatçılarmın səyləri Vilayətin florasmı öyrənməyə və xalq təsərrüfatmda 
ondan istifadə etməyin genişləndirilməsinə, kənd təsərrüfatı bitkilərinin məh- 
suldarlığımn artırılmasında həllinə köməklə əlaqədar bitkilərin fiziologivası 
və  mühafizəsi  məsələlərinin  tədqiqinə  yönəldilmişdi.  Eyni  zamanda  bəhs 
etdiyimiz illərdə bölgədə kənd təsərrüfatı heyvanlarınm məhsuldarlığını artır- 
mağın bioloji əsaslarmı hazırlamaq sahəsində mühüm işlər görüldü. AMEA, 
Dövlət Plan komitəsi,  elm-iqtisadiyyat idarələrində tədqiqatlann miqyasımn 
genişlənməsi  DQMV-də  iqtisadiyyatın  inkişafı  üçün  ehtiyat  mənbələrdən 
istifadəni genişləndirdi.
Beləliklə,  1970—1985-ci  illərdə  Azərbaycanm Xankəndi  şəhərində  mə- 
dəniyyətin  inkişafmda  mühüm  dövr  oldu.  Azərbaycan  dövlətinin  başçısı 
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Xankəndi şəhərində təhsil, 
elm,  mətbuat,  ədəbiyyat  və  incəsənətin  tərəqqisi  üçün  münasib  imkanlar 
açıldı.  Şəhərin  mənəvi  sərvəti,  kadr potensialı  daha  da  artdı.  Dövlətimizin 
dərin  qayğısı  nəticəsində  Xankəndi  şəhərində  mədəniyyət dinamik  inkişaf 
etdi. Artıq XX əsrin 80-ci illərinin ortalarmda Xankəndi şəhəri Azərbaycanın 
inkişaf etmiş  mədəniyyətə  malik  şəhərlərindən birinə  çevrilmişdi.  Şəhərdə 
Pedaqoji  İnstitut,  Müəllimləri  Təkmilləşdirmə  İnstitutu,  Kənd  Təsərrüfatı 
Texnikumu,  tibb,  2 musiqi,  texniki-peşə, uşaq incəsənət məktəbləri,  texniki 
məktəb,  Tarix Diyarşünaslıq Muzeyi,  Dram Teatn,  Konsert zallan,  Azərbay- 
can Yazıçılar İttifaqınm Xankəndi filialı, kitabxanalar,  qış və yay kitabxana- 
lan, mədəniyyət saraylan, idman meydançası, istirahət parkları,  istirahət ev- 
ləri,  mahnı  və  rəqs  ansambllan,  satış,  ictimai-iaşə  müəssisələri,  10  min 
nəfərdən  artıq  uşağm  təhsil  aldığı  15  ümumtəhsil  məktəm,  800  çarpayılıq 
8 xəstəxana,  35 uşaq-ana məntəqəsi, 2 dəri-zöhrəvi, vərəm dispanseri, sani- 
tariya-epidemioloji  stansiya,  yüzlərlə yaraşıqlı  və uca inzibati  idarə binalan 
və digər mədəni məişət obyektləri  fəaliyyət göstərirdi.  Təəssüfiər olsun ki,
1988-ci  ildən  Ermənistanın  Azərbaycana  qarşı  başladığı  işğalçılıq  siyasəti 
Xankəndi  şəhərinin,  bütövlükdə  Dağlıq Qarabağm və  ona bitişik 7  rayonun 
ərazisinin  (ümumilikdə  torpaqlanmızın  20  faizinin)  işğalı  ilə  nəticələndi. 
Qiymətli mədəni sərvətlərimiz düşmən tərəfindən məhv edildi. Müharibədə 
20 min azərbaycanlı əlilə çevrilmiş, 4861  nəfər əsir və girov düşmüş, qaçqm 
və məcburi köçkünlərimizin sayı  1  milyonu keçmişdir [73].  Azərbaycan tor- 
paqlarına ermənilər tərəfindən edilmiş təcavüz nəticəsində Azərbaycan xal- 
qınm çoxəsrlik tarixini,  şərəfli keçmişini özündə əks etdirən dünya əhəmiy- 
yətli  11,  ölkə  əhəmiyyətli  223,  yerli 
əhəm iyyətli 
453  tarix və  mədəniyyət 
abidələri, dünya əhəmiyyətli arxeoloji abidələr, mağaralar, əvəzolunmaz gö- 
zəlliyə malik tarix memarlıq qoruqlan, qədim qəbiristanlıqlar,  saraylar işğal 
edilmişdir.  Ennənistanm  işğal  etdiyi  ərazilərdə  1025  məktəb,  798  səhiyyə 
ocağı, 22 muzey və onlann filiallan,  6 rəsm qalereyası,  85 uşaq musiqi mək- 
təbi  və  onlann  filiallan,  4 teatr,  100 min qiymətli eksponat,  2 konsert müəs- 
sisəsi,  1892  mədəniyyət  və  incəsənət  müəssisələrinin  binaları,  1240  ədəd 
dünya əhəmiyyətli nadir xalça məmulatlan, tarixi əhəmiyyətli 9 saray, 40 min 
muzey sərvəti və eksponatı, 44 məbəd, 9 məscid, 927 kitabxana, 4,6 milyon 
kitab və  qiymətli  tarixi  əlyazmalar qarət edilmiş,  yandmlmış  və  özününkü- 
ləşdirilmişdir [4,  23,  39, 46]. Hazırda işğal zonasında erməni vandalları tərə- 
findən geniş miqyasda qanunsuz arxeoloji qazıntı işləri apanlır, nadir və qiy- 
mətli tapmtılar Ermənistana daşınır. İşğal altında olan ərazilərimizdəki ekspo- 
natlann dağıdılıb məhv edilməsi ilə yanaşı, süni yollarla, həmin eksponatlann 
üzərində  müxtəlif fiqurlar  çəkərək  «erməni  xalqına  mənsub  olması»  təbliğ 
edilir və beynəlxalq ictimaiyyətdə yanlış rəy yaradılır.
Tədqiqatlardan məlum olur ki,  son  18  il ərzində Avropamn və Amerika- 
nın  auksionlarında  və  antikvar  mağazalannda  «ermənilərə  məxsus  olması» 
adı ilə satılan Azərbaycan mənşəli xalça və xalça məmulatlarmm sayı artmış- 
dır.  Azərbaycan  mədəniyyəti bazasında  özlərinə  «tarix»  yaradan  ermənilər 
tərəfindən  təxminən  300  min xalça zəbt  olunmuşdur.  «Ekspress  qəzeti»nin
26  fevral  2004-cü il  saymda göstərilir ki,  «Dağlıq Qarabağm  erməni  xalça- 
ları»  adı  ilə  satmaq  istəyən 2  erməni  tutulub,  11  xalça isə  müsadirə  edilib. 
Xalçalan «Dağlıq Qarabağ ermənilərinin qədim mədəniyyət abidələri» kimi 
satmaq  istəyən  ermənilər  bu  xalçalardan  dördünü,  hər  biri  31  min  avro, 
altmcısım  18 min avro, birini isə 22 min avroya satmaq niyyətində olmuşlar. 
Onlar  hərraca  müraciət  etdikdən  sonra  «OVF  Saler»  şirkətinin  ekspertləri 
satılacaq  xälçalara  baxış  keçirmiş  və  həmin  xalçaların  Dağlıq  Qarabağ 
ermənilərinin əl işləri deyil,  Şuşa və Ağdamda saxlanılan əsirlər tərəfındən 
toxunmasmı müəyyənləşdirmişlər» [46].

Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanhlara 
qarşı törətdikləri vandalizm hərəkətləri müasir dövrdə daha da yeniləşmiş və 
onlar işğal altmda qalmış ərazilərdə yanğmlar törədərək Azərbaycah xalqmın 
mədəni irsinin məhv  edilməsini  davam  etdirirlər.  Belə ki,  2006-cı  ilin iyun 
ayında ermənilərin işğal olunmuş Xocavənd ərazisində törətdikləri yanğmlar 
nəticəsində,  yaşı  800  il  olan  XII  əsr  abidəsi  «Qaraca  Çobanm»  qəbri  yan- 
mışdır.  Ermənilərin  törətdikləri  yanğmlar,  e.ə.  II  minilliyə  aid  Nərgiztəpə 
mədəni  abidəsini  külə  döndərmiş,  yanğımn  yaratdığı  yüksək  temperatur 
nəticəsində «Qaraca Çobanm» qəbri parça-parça olmuşdur. Yanğınlar nəticə- 
sində qədim türk tayfalarına məxsus «Əfşarlar qəbiristanlığı» da məhv edil- 
mişdir [103].  Hadisə  ilə bağlı  cəbhə xəttində  olmuş Milli  Məclisin deputatı 
Q.Paşayeva  ermənilərin  yanğınlar  törətmək  məqsədlərinə  belə  aydınlıq 
gətirmişdir:  «Yanğınlar  Azərbaycan  silahlı  qüwələrinin  nəzarətində  olan 
ərazilərə keçərək burada kənd təsərrüfatma və maldarlığa böyük ziyan vur- 
muş və Azərbaycanın tarixi və mədəniyyət abidələri tamamilə yer üzündən 
silinmişdir»  [39].  Yeri  gəlmişkən,  onu da qeyd edək ki,  1993-cü ildə Azər- 
baycan dövləti Haaqa,  1997-ci ildə Paris Konvensiyalarma qoşulmuşdur. Bu 
konvensiyaların  «Silahlı  münaqişələr  zamanı  maddi  dəyərlərin  qorunması 
haqqmda»  və  «Milli  dəyərlərin qeyri-qanuni olaraq ölkəyə  daxil olması və 
ölkədən çıxarılması qadağası» maddələrində bəşəri sivilizasiyanm maddi və 
mədəni  dəyərlərinin  beynəlxalq  hüquq  prinsiplərinə  uyğun  qorunması 
nəzərə almmışdır [22]. Lakin ermənilər bunlara məhəl qoymadan zəbt etdiyi 
ərazilərdə Azərbaycan xalqma məxsus olan milli dəyərləri talan edir,  başqa 
ölkələrdə  satır  və  özününküləşdirirlər.  Bunları  nəzərə  alaraq  Azərbaycan 
Respublikasmm  Milli  Məclisi  19  aprel  2002-ci  il  tarixdə  «Azərbaycanm 
mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi haqqmda, Azərbaycan 
Respublikası  Milli  Məclisinin  Bəyanatının  təsdiq  edilməsi  barədə»  qərar 
qəbul etmiş və bu bəyanatı dünya ölkələrinə çatdırmışdır. Bəyanatda deyilir: 
«Azərbaycan  Respublikasmın  işğal  edilmiş  ərazilərində  olan  dünya 
əhəmiyyətli  100.000-dən  artıq  mədəniyyət  nümunəsi  dağıdılmış  və  qəsb 
edilmiş,  500-ə  yaxın tarixi və  100-dən  çox  arxeoloji  abidənin,  22  muzeyin 
əksəriyyəti tamamilə və ya qismən dağıdılmışdır.  Erməni millətçiləri maddi 
mədəniyyət abidələri ilə yanaşı, Azərbaycan xalqmın folklorunu, musiqisini, 
ədəbiyyatım  və  digər  mənəvi  sərvətlərini  ardıcıl  və  sistemli  şəkildə 
mənimsəməklə,  əslində,  işğalçılıq  müharibəsini  mədəni  sərvətlər 
müstəvisində  genişləndirir»  [14].  Buna baxmayaraq,  erməmİer  Azərbaycan 
xalqma  məxsus  olan  milli  dəyərləri  hal-hazırda  da  talan  etməkdə  davam 
edirlər.
Ümumiyyətlə,  ermənilərin  Azərbaycanm  tarix  və  mədəniyyət  abidələ- 
rinə qarşı təcavüzü bir neçə yolla həyata keçirilir: Belə ki, Azərbaycanm tarix 
və  mədəniyyət abidələrinin  erməniləşdirilməsi;  Azərbaycanm tarix və  mə- 
dəniyyət  abidələrinin  başqa  xalqların  abidəsi  kimi  təqdim  edilməsi;  Azər- 
baycanm  tarix  və  mədəniyyət  abidələrinin dağıdılması;  Azərbaycanın tarix 
və  mədəniyyət  abidələrini  xarici  dövlətlərin  bazarlanna  çıxararaq  külli 
miqdarda qazanc əldə etməsi.
Erməni  işğalçılannın  işğal  olunmuş  Azərbaycan torpaqlarmda Azərbay- 
canın tarixi və mədəni irsinə qarşı törətdiklərinə vandalizmdən başqa ad ver- 
mək olmaz!  Belə ki,  işğal olunmuş ərazilərdə qalmış Azərbaycanm qiymətli 
tarixi, mədəni və arxitektura abidələri ermanilər tərəfindən dağıdılmış, çoxlu 
muzey eksponatlan, qiymətli əlyazmalar, qədim xalçalar, dekorativ incəsənət 
nümunələri və s. qənimət kimi Ermənistana daşmmışdır. Ən qədim insan məs- 
kənlərindən biri olan, qədimliyinə görə dünyada dördüncü, keçmiş SSRİ-də 
birinci  yer  tutan  Azıx  mağarası  ermənilər  tərəfindən  işğaldan  sonra  silah 
anbanna çevrilsə də, sonradan bu qədim abidənin tarixini də saxtalaşdırmaqdan 
çəkinməmişlər.  Belə  ki,  2003-cü il  avqustun  30-da  «Arminfo»  agentliyinin 
intemet  saytmda  «Dağlıq  Qarabağın  Azox  (Vorvan)  mağarasmda  qazmtılar 
davam edir» adlı məqalə dərc olunmuşdur [102]. Məqalədə qədim Azərbay- 
can torpağı  olan,  hazırda Ermənistan tərəfindən işğal  edilmiş Azıx mağara- 
sında Ermənistan  arxeoloqlarmm İngiltərə,  İrlandiya və  İspaniyadan  gəlmiş 
politoloqlarla birlikdə  qazmtı  işləri  aparmasmdan  söhbət  gedir.  Ermənistan 
Elmlər Akademiyası  və  Ermənistan  Dövlət  Universitetinin  xətti  ilə  qazıntı 
işlərində iştirak edən 12 nəfərdən ibarət arxeoloq qrupunun üzvü Barselonada 
yaşayan erməni mənşəli arxeoloq.İolantay Femandes bildirib ki, Dağlıq Qara- 
bağda  äpardığı  arxeoloji  qazıntılar zamanı əldə  etdiyi tarixi  abidələri,  digər 
qiymətli əşyaları  İspaniyanm elmi tədqiqat mərkəzlərinə,  laboratoriyalanna 
daşıyıb. Arxeoloq, həmçinin əldə etdiyi sənət inciləri əsasında «Dağlıq Qara- 
bağ Respublikası»ndakı erməni abidələrinin tapılması» adlı kitab da yazdığım 
qeyd edib [39]. Baş verən olay Azərbaycan ictimaiyyətinin kəskin narazılığı 
ilə  yanaşı,  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  bəyanatı  ilə  də  müşayiət 
olundu. 29 sentyabr 2003-cü il tarixli bəyanatda deyilir: «...Azərbaycan Res- 
publikasmın icazəsi  olmadan respublikamızın,  xüsusən də  işğal  altında olan 
ərazilərdə  əcnəbilərin  arxeoloji  qazmtı  aparması  Azərbaycan  Respublikası 
qanunvericiliyinin,  habelə  beynəlxalq  hüquq  normalannın  kobudcasma  po- 
zulmasıdır».
Qeyd edək ki, «Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması 
haqqında Konvensiya»nın (14 may 1954-cü il) 4-cü maddəsinə görə, dövlətlər

öz ərazisindəki və digər dövlətlərin ərazisindəki mədəni dəyərləri hər hansı 
formada  oğurlamaq,  qarət  etmək,  yaxud  qanunsuz  surətdə  mənimsəmək 
hərəkətlərini,  həmçinin  göstərilən  dəyərlər  barəsində  hər  harjsı  vandalizm 
hərəkətlərini  qadağan  etməyi,  onların  qarşısım  almağı  və  lazım  gələrsə, 
kökünü kəsməyi öhdələrinə götürürlər.  Konvensiyanm digər bir müddəasma 
görə  isə,  dövlətlər mədəni  dəyərlərə qarşı yönəldilmiş  hər hansı repressiya 
tədbirləri görməkdən çəkinməlidirlər. İşğal amilindən istifadə olunaraq, mə- 
dəni  dəyərlərin  bu  və  ya  digər  formada  qələmə  verilməsi,  izahatın  xüsusi 
maraqlara uyğun surətdə təqdim edilməsi,  beləliklə  də,  onun öz həqiqi ma- 
hiyyətindən və mənasından uzaqlaşdırılması repressiya aktı kimi qiymətlən- 
dirilərək beynəlxalq hüquq tərəfındən pislənilməlidir. Ona görə də Ermənis- 
tan Respublikası arxeoloqlarınm və onların hansısa vasitələrlə cəlb etdikləri 
əcnəbi  alimlərin  Azərbaycan  Respublikası  ərazisindəki  dünya  əhəmiyyətli 
qədim  abidələrdə  özbaşma  iş  aparması  beynəlxalq  normalann  kobudcasına 
pozulması, bəşər mədəniyyətinə qarşı təxribat məqsədi daşıyan cinayət kimi 
qiymətləndirilməlidir  və  bununla  əlaqədar  bütün  məsuliyyət  Ermənistan 
tərəfinin üzərinə düşür [15].
Təəssüflər olsun ki, bütün beynəlxalq normalara və qaydalara zidd olaraq 
ermənilər Azərbaycana məxsus mədəni dəyərləri mənimsəmək,  oğurlamaq, 
qarət etmək və dağıtmaqdan belə heç vaxt çəkinməmişlər və bu gün həmin 
mənfur siyasət erməni vandalları tərəfmdən davam etdirilir.
Yeri gəlmişkən onu da qeyd edək ki,  Azərbaycanda uzun illər aparılmış 
kompleks arxeoloji tədqiqatlar və aşkarlanmış tapıntılar nəticəsində bu ərazi- 
də  1,5 milyon il bundan əvvəl qədim insanların yaşadığı elmi əsaslarla sübut 
edilmişdir.  1960-cı  ildə  görkəmli  arxeoloqumuz  M.Hüseynovun  rəhbərliyi 
altında  alimlərimiz  Azərbaycamn  Quruçay  və  Köndələnçay  ərazilərində 
dünya şöhrətli Azıx və Tağlar düşərgələrini qeydə almışlar. Azıxda əldə edil- 
miş tapıntılar 1981—1982-ci illərdə Parisin «İnsan» muzeyində təşkil olunmuş 
«Avropanm ilk sakinləri» adlı sərgidə nümayiş etdirilmiş və orada həmin dü- 
şərgə haqqında elmi məqalə dərc olunmuşdur. Azıxda tapılmış maddi mədə- 
niyyət qalıqlan geniş şərh edilmiş,  ibtidai insanın çənə  sümüyünün qalığmın 
Qafqazda və Yaxm Şərqdə ən qədim paleoantropoloji tapmtı olduğu bildiril- 
mişdir  [4].  Lakin  arxeoloqlanmızın  bütün bu  elmi  nailiyyətlərinə  baxmaya- 
raq,  bəzi  erməni  alimləri  Azıx  düşərgəsinin  tarixini  saxtalaşdırmağa  cəhd 
göstərmişlər.  Ş.Mkrtçyan  1988-ci ildə çap etdirdiyi «Dağlıq Qarabağın tarixi 
və memarlıq abidələri» adlı kitabında Azıx mağarasınm ot^T&ra məxsusluğunu 
iddia  etməklə yanaşı  yazır ki,  guya,  XIX  əsrin  sonunda yepiskop  M.Barxu- 
daryans tərəfindən Azıx düşərgəsində daş dövrünə  aid qadm heykəli tapılıb
və  hətta  onun  paltarı  və  örtüyü  müasir  erməni  qadmlannm  paltarma 
bənzəyir». Baxmayaraq ki, Azıx düşərgəsində qadınabənzər heykəl yoxdur, 
lakin belə  gülünc fıkir söyləməklə Mkrtçyan «erməni xalqının tarixini» aşel 
dövründə axtarmağa çalışırmış. «Məşhur» erməni alimi həm də bir məsələdə 
yanılır ki,  qədim daş dövründə heç bir xalq, millət olmayıb. Deməli, Mkrtç- 
yanın «fikirləri» boş, cəfəng, uydurmadan başqa bir şey deyildir.
Saxtakarlığı  özlərinin  həyat  simvoluna  çevirən  erməni  alimləri  daim 
Qarabağm dağlıq hissəsindəki tarixi və arxeoloji abidələri öz adlarma çıxar- 
mağa çalışırlar.  Bu uydurmanm məqsədi  aydmdır:  Həmin ərazinin  əzəldən 
ermənilərə məxsus olduğunu «sübut» etmək.  Amma tarixi mənbələr birmə- 
nalı  təsdiq  edir ki,  Qarabağ  qədim Azərbaycan torpağıdır,  ermənilər  isə  bu 
əraziyə  1828-ci  ildə  İran  ilə  Rusiya  arasmda  bağlanmış  və  faktiki  olaraq 
Azərbaycanm şimal hissəsinin Rusiya tərəfindən işğalını rəsmiləşdirən Türk- 
mənçay  sülh  müqaviləsindən  sonra  gəlmişlər.  Çar  Rusiyası  öz  müstəmlə- 
kəçilik  siyasətinin  maraqlanna  uyğun  olaraq,  təkcə  1828-1830-cu  illərdə 
Türkiyə və İrandan Qafqaza  120 mindən artıq erməni əhalisini köçürmüş və 
onların  əksəriyyətini  Qarabağda  yerləşdirmişdi.  N.N.Şavrov  özünün 
«Zaqafqaziyada  Rusiya  mənafeləri  üçün  yeni  təhlükə»  kitabında  bu  tarixi 
faktı  belə  qeyd  edir:  «Müharibədən  sonrakı  iki  ildə  (1826-1828-ci  illər 
rus-İran  müharibəsi  nəzərdə  tutulur  -   M.N.)  biz  Zaqafqaziyaya  İrandan 
40  min,  Türkiyədən  84  min  erməni  köçürmüş  və  onları  ermənilərin  azlıq 
təşkil etdikləri Erivan və Yelizavetpol qubemiyalarmda yerləşdirmişik. Onlar 
üçün 200 min desyatin xəzinə torpağı ayrılmış, həmçinin onlar üçün müsəl- 
manlardan 2 milyon manatlıq xüsusi sahibkar torpağı satm almmışdır. Həmin 
ermənilər  Yelizavetpol  qubemiyasımn  dağlıq  hissəsi  və  (İndiki  Yuxarı  və 
yaxud Dağlıq Qarabağ -  M.N.) Göyçə gölü sahilində məskunlaşdırılmışdır... 
Rəsmi köçürülən ermənilər  124 min olsa da, qeyri-rəsmi köçənlərlə birlikdə 
onların  sayı  200  min nəfəri  ötüb  keçmişdi.  Belə  ki,  XX  əsrin  əwəllərində 
Zaqafqaziyada yaşayan  1,3 milyon erməninin  1  milyonu həmin diyarın yerli 
əhalisi olmayıb, bizim tərəfımizdən oralarda yerləşdirilmiş adamlardan ibarət 
idi» [101,  59-61].
Ermənilərin Qarabağ torpağına gəlmə oduqlarmı Marağadan Dağlıq Qa- 
rabağa köçürülən ermənilərin bu regionda məskunlaşmalarmm  150 illiyi mü- 
nasibəti  ilə  1978-ci  ildə  Mardakert rayonunun  Marağa  (sonrakı  Leninavan) 
kəndində özlərinin ucaltdıqları obelisk də sübut edir. Düzdür, Qarabağ müna- 
qişəsi başlayan kimi bu abidə üzərinə həkk olunmuş yazılar ermənilər tərə- 
fındən pozulsa da,  bu, onların Azərbaycan torpaqlanna gəlmə olduqlan fak- 
tmı tarixdən heç bir vəchlə silə bilməz.

Azərbaycanın maddi və  mənəvi  mədəniyyətini,  tarixini  özündə yaşadan 
qədim və müasir qəbir daşlarımız,  məzarlıqlanmız  da erməni jvandalizminə 
məruz qalmışdır.
Azərbaycanın işğal  olunmuş  ərazilərində  azərbaycanlılara məxsus  qəbi- 
ristanlıqlar dağıdılaraq,  məzarlarm təhqir edilməsi faktlarım əsirlik həyatım 
yaşamış Rəsul Ramazanov,  Vüqar Məmmədov,  Sahib Bağırov,  Rəsul Mus- 
tafayev  və  digərləri  təsdiqləyiblər.  Şuşa,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Kəlbə- 
cər,  Laçın,  Qubadlı,  Zəngilan rayonlarmda azərbaycanlılara məxsus yaşayış 
və inzibati binalarm, qəbiristanlıqların sökülərək daşmması danılmaz faktlar, 
bütün qəbiristanlıqlanmızm acı  taleyidir.  Ermənistanm hərbi  təcavüzü nəti- 
cəsində işğal olunmuş ərazilərimizdəki Azərbaycamn maddi-mədəniyyət abi- 
dələri  erməni vandalizminin,  erməni  saxtakarlığınm qurbamna çevrilmişdir. 
Ermənilər  tərəfindən  işğal  olunmuş  hər  bir  şəhər  və  rayonlarımız  özündə 
Azərbaycanm qədim tarixini  yaşadan abidələrlə  zəngin idi.  Hazırda erməni 
vandalları tərəfındən viran edilmiş torpaqlarımızdakı abidələrimiz yer üzün- 
dən silinməkdədir.
Çox təəssüflər olsun ki,  Ermənistamn Azərbaycana qarşı başladığı təca- 
vüzkarlıq müharibəsi,  müəyyən  obyektiv və  subyektiv  səbəblər ucbatından 
müvəqqəti məğlubiyyətimizlə nəticələndi.  Bu gün Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ münaqişəsinin  həlli  üçün  iri  dövlətlər və  beynəlxalq təşki- 
latlar  haqqın,  ədalətin  bərpası  üçün  dövlətimizlə  hesablaşırlar.  Bunun  ən 
başlıca səbəbi  1993-2010-cu illərdə Azərbaycan rəhbərliyinin uğurla həyata 
keçirdiyi  daxili  və  xarici  siyasət,  ölkəmizin  iqtisadiyyatınm  sürətli  inkişäf 
yoluna  düşməsi,  milli  ordu  quruculuğu  sahəsində  böyiik  irəliləmələr,  milli 
birliyin  yaranması,  iqtisadi-siyasi,  mənəvi  və  psixoloji  potensialımızm  tam 
gücü ilə hərəkətə gətirilməsi, müasir hərb elmi əsasmda güclü ordımun yara- 
dılması, gənc və istedadh prezidentimizin ölkəmizə səriştəli rəhbərlik etməsi 
ilə bağlıdır.  Bütün bunlar isə Azərbaycanın ərazi bütövlüyünün bərpa oluna- 
cağından xəbər verir.  Biz tarixi hüququmuzu qoruyuruq.  Haqq-ədalət bizim 
tərəfimizdədir.  Tarixi  və  strateji  baxımdan  haqq  işimizin  qalib  gələcəyinə 
zərrə qədər də şübhə olmamalıdır. Ümummilli liderimiz H.Ə.Əliyev 2002-ci 
il Praqada keçirilmiş Zirvə görüşündə bildirmişdir ki, bugünkü real vəziyyət 
«müharibə variantını istisna etmir... Lakinnə qədər ki, gec deyil dünyabirliyi 
beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanm suve- 
renliyinin və  ərazi bütövlüyünün tam bərpa olunması əsa^fnda münaqişənin 
sülh yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir» [23].

Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin