AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Проект Руководства для школьных библиотек IFLA. - Международная федера-
ция  библиотечных  ассоциаций  и  учреждений  (ИФЛА).  –  Второе  издание.- 
2015. – 80 c. 
2.
 
Светлана Сивожелезова. - 
Библиотека – это мозг школы // Просвещение. - Ин-
тернет-издании // 
www.PROSVPRESS.RU.- 2011. – 27 ийун. 
3.
 
Tatayana  Kuznetsova.  Rusiya  Federasiyasında  fasiləsiz  peşəkar  kitabxana  təhsili: 
əməkdaşlığın yeni modelləri və yeni formaları.// Kitabxanalar biliklər cəmiyyətində.- 
Bakı: Nurlar,- s.201 
 
 
Sayyara Mammadova 
 
CONTINUOUS EDUCATION OF SCHOOL LIBRARIANS AND KNOWLEDGE  
IMPROVEMENT IN LIBRARY INNOVATIONS AREA 
 
Summary 
In  the  modern  era  the  most  important  resource  in  school  libraries  is  considered 
specialized and professional school librarian. They provide teachers and students with 
the  experience  of  gain  knowledge,  information.  Therefore,  school  libraries  should  be 
handled  by  a  librarian  professional  trained  in  pedagogy  and  library-information 
scienceIn this article is talked about continuous education of school librarians. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 182 - 
Günel Vaqif qızı Bağırova-Hüseynova 
AMEA Əlyazmalar İnstitutu, dissertant 
AMEA MEK, baş biblioqraf 
bagirbeyli_gunel@mail.ru
 
 
 
HEYDƏR ƏLĠYEV ĠRSĠNĠN TƏBLĠĞĠ SAHƏSĠNDƏ  AZƏRBAYCAN MĠLLĠ 
KĠTABXANASININ ELEKTRON RESURSLARININ ROLU 
 
 
Açar sözlər: Heydər Əliyev irsi, milli kitabxana, elektron resurslar, axtarış imkanları. 
 
Kitabxana  xalq,  millət  üçün,  cəmiyyət  üçün  müqəddəs  bir  yer,  mənəviyyat,  bilik  zəka 
mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mənəviyyatını nümayiş etdirən 
amillərdən biridir… 
Heydər Əliyev 
 
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası – Azərbaycanda kitabxana 
işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haq-
qında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiy-
yətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafi-
zə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. [1, 156] 
Ümummilli lider Heydər Əliyev Milli Kitabxanada keçirilən ‖Vətənə, dövlətə, xalqa sə-
daqət andı‖ kitabının təqdimat mərasimində kitab və kitabxana işinə yüksək qiymət vermişdi. 
O, kitabxananın kollektivi qarşısında çıxış edərək demişdi: ―Kitab nəşri hər bir ölkənin, xalqın 
mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli  yer tutur. Hər birimiz 
ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamaq, fəaliyyət göstərməyə 
hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq… 
Bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də qəbul edilmiş rəsmi sənədlərdə 
ulu  öndər  Heydər  Əliyev  irsinin  və  milli  ideologiyanın  təbliğinə  xüsusi  diqqət  yetirilir. 
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə imzalanmış 
―Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı 
üzrə Dövlət Proqramı‖nın ayrı-ayrı bəndlərində ulu öndər Heydər Əliyevin unikal dövlət və 
mədəni  quruculuq  təcrübəsinin,  intellektual  və  mənəvi  irsinin  respublikanın  və  dünyanın 
rəqəmsal irs fondlarına daxil edilməsi (2.2.2), ümummilli lider Heydər Əliyevin ―Müstəqilli-
yimiz  əbədidir‖  çoxcildli  kitabının  biblioqrafik  göstəricisinin  və  elektron  nəşrinin  hazırlan-
ması  (2.6.9),  ümummilli  lider  Heydər  Əliyev  haqqında  ən  çox  soruşulan  kitabların 
informasiya  daşıyıcılarına  köçürülməsi  (2.6.12),  ümummilli  lider  Heydər  Əliyevin  anadan 
olmasının  90  illik  yubileyi  ilə  əlaqədar  ―Heydər  Əliyev  Mərkəzi  –  Milli  yaddaşımızın 
Mərkəzidir‖  mövzusunda  Bakıda  kitabxanaçıların  beynəlxalq  simpoziumunun  təşkili  (2.8.2) 
və  Azərbaycanşünaslıqla  bağlı  məlumat  bazasının  yaradılması  göstərilmiş  və  bu  sahədə 
qarşıda  duran  aşağıdakı  problemlər  qeyd  edilmişdi:  Azərbaycanşünaslığı  inkişaf  etdirmək 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 183 – 
 
məqsədilə  ölkəşünaslıq  və  diyarşünaslığa  dair  materiallarla  fondların  zənginləşdirilməsi 
(2.1.2); ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli 
Kitabxanasında,  Kazan,  Tbilisi  şəhərlərində  və  digər  milli  kitabxanalarda  saxlanılan 
ədəbiyyatın  (o  cümlədən  dövri  mətbuatın)  müəyyənləşdirilməsi  və  onların  çatışmayan 
nüsxələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə layihələrin həyata keçirilməsi 
(2.1.6);  Dünyanın  böyük  kitabxana  mərkəzlərində  saxlanılan  Azərbaycana  aid  diyarşünaslıq 
(ölkəşünaslıq)  xarakterli  qiymətli  və  nadir  kitabların  (Əsli  yaxud  surəti  və  elektron  variant) 
―Heydər Əliyev Mərkəzi‖ndə toplanması (2.2.47) xüsusi olaraq qeyd olunmuşdur. [2,4] 
Bu  istiqamətdə  Azərbaycan  Milli  Kitabxanasının  qarşısında  duran  vəzifələr,  təşkilati-
metodiki işlər konkret olaraq müəyyən edilmişdir. 
Kitabxana  fondu  Heydər  Əliyev  irsi  haqqında  ədəbiyyatı  ardıcıl  komplektləşdirərək, 
onlar haqqında  bütün məlumatları ənənəvi soraq-biblioqrafiya aparatında, eyni zamanda elek-
tron kataloq və elektron kitabxanada əks etdirir. 
Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurul-
masında  və  əhalinin  rifahının  yüksəldilməsindəki  xidmətlərindən,  onun  mədəniyyətimizin, 
milli-mənəvi  dəyərlərimizin  inkişafına  göstərdiyi  xüsusi  qayğıdan  bəhs  edən  kitabxananın 
fondunda olan materiallar əsasında elektron resurslar – elektron kitablar, məqalələr fotoşəkil-
lər,  audio  və  video  materiallardan  ibarət  ―Heydər  Əliyev  mədəniyyətimizin  hamisidir‖  adlı 
elektron məlumat bazası hazırlamışdır. 
Elektron  məlumat  bazasında  ilk  əvvəl  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 
Əliyevin  90  illik  yubileyi  haqqında  Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin 
sərəncamı təqdim edilir. (21 yanvar 2013-cü il) 
Məlumat  bazasının  növbəti  bölməsi  ―Azərbaycan  xalqının  ümummilli  lideri‖  adlanır. 
Bölmə  öz  növbəsində  6  yarımbölməyə  bölünür.  ―Həyat  və  fəaliyyəti‖,  ―Görkəmli  şəxslər 
Heydər Əliyev haqqında‖, ―Əsərləri‖, ―Müdrik kəlamları‖, ―Haqqında‖, ―Təltiflər‖. 
Nümunə olaraq ―Görkəmli şəxslər Heydər Əliyev haqqında‖ yarımbölməsində Türkiyə 
Respublikasının  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğanın  Ulu  öndər  haqqında  müdrik  fikri  yer 
alır:  ―Mərhum  Heydər  Əliyev  Azərbaycanın  xoşbəxtliyi  və  firavanlığı,  bölgədə  və  dünyada 
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur‖. 
―Heydər Əliyev Milli Kitabxanada‖ adlanan növbəti bölməyə ―Nitqlər‖, ―Video görün-
tülər‖ və ―Fotoalbomlar‖ yarımbölmələri daxildir. 
―Mədəniyyətimizin  inkişafının Heydər  Əliyevin  mərhələsi‖ bölməsi  ―Heydər Əliyevin 
mədəniyyətlə bağlı: fərman və sərəncamları, çıxışları, məruzələri, nitqləri, təbrikləri, mətbuat-
da çıxan mədəniyyət  xəbərləri‖, ―Kitablar‖, ―Videogörüntülər‖, ―Fotoalbom‖  yarımbölmələ-
rindən ibarətdir. 
―Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə‖ adlı bölmə ―Heydər Əliyevə ithaf 
olunmuş musiqilər‖, ―Heydər Əliyev bədii ədəbiyyatda‖ və ―Filmlər‖ altbölmələrindən ibarət-
dir. 
―Xatirəsinin  əbədiləşdirilməsi‖ bölməsi  ―Rəsmi sənədlər‖, ―Orden, medal  və mükafat-
lar‖,  ‖Xatirə  sikkələri‖,  ―Heydər  Əliyev  Filateliyada‖  (Markalar),  ―Heydər  Əliyev  Fondu‖, 
―Heydər Əliyev Mərkəzi‖, ―Heydər Əliyev adına Saray‖, ―Heydər Əliyev adına Beynəlxalq 
Hava Limanı‖, ―Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəməri‖, ―Heydər Əliyev 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 184 - 
adına Bakı Dərin Özüllər Zavodu‖, ―Azərbaycan Respublikası MTN-in Heydər Əliyev adına 
Akademiyası‖,  ―Heydər  Əliyev  adına  Müasir  Təhsil  Kompleksi‖,  ―Heydər  Əliyev  adına 
Azərbaycan  Ali  Hərbi  Məktəbi‖,  ―Heydər  Əliyev  adına  Lisey‖,  ―Heydər  Əliyevin  Xatirə 
Muzeyləri‖,  ―Parklar  və  abidlələr‖,‖Xatirəsinə  ithaf  edilmiş  möhtəşəm  xalça‖  adı  altında 
altbölmələrə ayrılır. 
―Fotoalbomlar‖  bölməsinə  ―Ailə  albomu‖,  ―Heydər  Əliyev  Milli  Kitabxanada‖, 
―Heydər Əliyev və mədəniyyətimiz, ― ―Ulu öndər Heydər Əliyev‖, ―Ulu öndərin abidələri‖, 
―Heydər Əliyevə ithaf olunmuş kitablar‖ adlı yarımbölmələr daxildir. 
Ulu  öndər  Heydər  Əliyev  irsinin  təbliği  sahəsində  kitabxanalar  qarşısında  mühüm 
vəzifələr durur. Hər şeydən əvvəl tipindən və növündən asılı olmayaraq bütün kitabxanaların 
sənəd fondunun əsasını ümummillli liderin irsi təşkil etməli, oxucuların bu sahədə informasi-
ya  təminatı  sistemli  şəkildə  ödənilməlidir.  İnformasiya  xidmətinin  keyfiyyətinin  yüksəldil-
məsi məqsədilə Heydər Əliyev irsinin analitik-sintetik işlənməsi prosesi düzgün həyata keçi-
rilməli, istər ənənəvi və istərsə də elektron informasiya resurslarında bu irsə dair sənədlər tam 
şəkildə öz əksini tapmalıdır. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycan  Milli  Kitabxanasının  Əsasnaməsi  /Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  2000-ci  il  6  mart  tarixli,  30  nömrəli  qərarı  ilə  təsdiq  edilmişdir  // 
Kitabxana  işinə  dair  rəsmi  sənədlər:  (Qanun  və  qanun  qüvvəli  normativ  hüquqlu 
sənədlər  toplusu)  /  tərt.  K.Tahirov;  red.  A.Abdullayeva.  -  3-cü  təkmilləşdirilmiş 
nəşri. – Bakı, 2015. - 200 s.  
2.
 
Kitabxanalarda  Heydər  Əliyev  irsinin  və  azərbaycançılıq  ideyasının  təbliği  /  tərt. 
N.Alışova, ixtis. red. K.Tahirov. – Bakı, 2003. - 59 s. 
3.
 
www.anl.az (Azərbaycan Milli Kitabxanası) 
 
 
Gunel Bagirova-Huseynova 
 
THE ROLE OF ELECTRONIC RESOURSES OF AZERBAIJAN NATIONAL 
LIBRARY IN THE PROMOTION OF HEYDAR ALIYEV HERITAGE 
  
Summary 
The  article  analysis  the  complex  electronic  bibliographic  information  resources  of 
national leader Heydar Aliyev‟s heritage and define its search capabilities. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 185 – 
 
Günel Tofiq qızı Əhədova  
AMEA MEK,  Milli Rəqəmsal Yaddaş şöbəsi, mütəxəssis 
gunel_07@mail.ru
 
 
 
AZƏRBAYCANDA KĠTABXANA ĠġĠNĠN ĠNKĠġAFINDA 
HEYDƏR ƏLĠYEV ĠRSĠNĠN ROLU 
 
Açar  sözlər:  Azərbaycan  Respublikası,  Heydər  Əliyev,  irs,  mədəniyyət,  kitabxana  işi, 
qanun, fərman. 
 
Azərbaycan xalqının ümumilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin  çoxillik 
ictimai-siyasi  fəaliyyəti  böyük  bir  epoxanı  əhatə  edir.  Sovet  rejiminin  inkişafda  olan  dövrü 
(1969-1986),  mürəkkəb  keçid  prossesləri  (1987-1990),  Azərbaycanın  dövlət  müstəqilliyi 
mərhələsi (1991-2003) kimi səciyyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas 
simalarından  olan  Heydər  Əliyevin  böyük  siyasətdə  keçdiyi  çətin  və  şərəfli  yol,  sərt  və 
mürəkkəb  məqamlarda  onun  tutduğu  obyektiv  və  qəti  mövqe,  atdığı  düşünülmüş  addımlar, 
əldə etdiyi ciddi və mühüm nəticələr, əslində, çox mənalı və ibrətamiz məktəbdir. 
Bu  təlim  beynəlxalq  siyasi  aləmdə  və  Azərbaycanda  özünəməxsus  xüsusi  yeri  və 
əhəmiyyəti olan, tarixə düşən, hər yeni tarixi mərhələ üçün aktuallıq və müasirlik kəsb edən 
həmişəyaşarlıq  qazanmış  Heydər  Əliyev  siyasi  məktəbi  kimi  özünü  təsdiq  etmişdir.  Eyni 
zamanda, Heydər Əliyevin qiymətli siyasi irsi: məruzələri, nitqləri, çıxışları, imzaladığı tarixi 
qərarlar və sərəncamlar, hətta verdyi tapşırıq və tövsiyyələr küll halında həmin böyük siyasət 
məktəbinin  möhtəşəm  və  mötəbər  dərslikləridir.  Beləliklə,  görkəmli  dövlət  xadimi  Heydər 
Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə 
vahid məcrada birləşir. 
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş 
Heydər Əliyev dövlətçlik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliği-
nə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. 
Hər zaman Azərbaycan  xalqının  mənafeyini düşünən Heydər Əliyev  azərbaycanlı olması  ilə 
fəxr edirdi. Dahi rəhbərin ―Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbay-
canlıyam‖  müdrik  kəlamı  dillər  əzbəri  olmuş,  hər  bir  azərbaycanlının  iftixarla  səsləndirdiyi 
şüara çevrilmişdir. 
Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 21 yanvar 2013-cü il 
tarixli  Sərəncamı  ilə  ümummilli  liderimizin  90  illik  yubileyinin  dövlət  səviyyəsində  qeyd 
olunması, onun zəngin irsinin təbliği qərara alınmışdır. Yubiley ərəfəsində ümummilli liderin 
zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələr-
də, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər 
keçirilir. 
Ümummilli lider Heydər Əliyev elmi-ictimai fikir tariximizə elmi düşüncənin müxtəlif 
sahələrinə  aid  orijinal  ideyalar  müəllifi  kimi  də  daxil  olmuşdur.  Onun  elmin,  mədəniyyətin, 
iqtisadiyyatın,  təhsilin  inkişafı,  təhsilin  məzmununun  zənginləşdirilməsi,  praktik  təsir  gücü-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 186 - 
nün  artırılması  ilə  bağlı  əvəzsiz  ideyaları  ölkəmizə  rəhbərliyinin  hər  iki  dövründə  öz 
bəhrələrini  vermişdir.  Müdrik  şəxsiyyət  Heydər  Əliyevin  müəllifi  olduğu  ideyalar  sırasında 
milli  mədəniyyətimizin  ayrılmaz  hissəsi  olan  kitabxanaların  inkişafı  xüsusi  əhəmiyyətə 
malikdir. 
Azərbaycan  mədəniyyətinin  inkişafına  və  mədəni  sərvətlərimizin  mühafizə  olunaraq 
gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycan-
da  kitabxana  işinin  inkişafına  da  öz  töhfələrini  vermişdir.  Çağdaş  kitabxana  quruculuğunun 
özülü  də  məhz  70-ci  illərin  əvvələrində,  ulu  öndərimiz  birinci  dəfə  Azərbaycana  rəhbərlik 
etməyə başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində 
yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxa-
naçı kadrlarının hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların 
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna 
əyani sübutdur. Azərbaycanın kənd rayonlarında yüksək ixtisaslı kadrların olmamasını nəzərə 
alan Heydər Əliyev qısa bir müddət içərisində Bakı Dövlət Universitetində fəaliyyət göstərən 
Kitabxanaçılıq fakültəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndiril-
məsi, qəbulun artırılması üçün xüsusi göstəriş vermişdi. Bütün bunlar kitabxana işinə Heydər 
Əliyev qayğısının böyük nəticəsi idi. 
70-80-ci illərdə böyük öndər H.Əliyevin bilavasitə rəhbərliyi və qayğısı sayəsində Azər-
baycan elmi böyük nailiyyətlər qazandı. H.Əliyevin şəxsi təşəbbüsü ilə elmə ayrılan vəsaiti və 
SSRİ  Elmlər  Akademiyası  tərəfindən  ayrılan  digər  ayırmalar  xeyli  çoxalmışdı.  Azərbaycan 
hökümətinin qarşısında yeni elm mərkəzlərinin yaranması, AMEA-nın maddi-texniki bazası-
nın möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi vəzifəsi qoyulmuşdu. Bu vəzifə-
lərin  yerinə  yetirilməsinə  bilavasitə  H.Əliyev  özü  nəzarət  edirdi.  Görülən  tədbirlər  nəticəsiz 
qalmadı,  70-80-ci  illər  Azərbaycan  elminin  tarixində  yeni  mərhələ  kimi  səciyyələndi.  Bu 
dövrdə elmi müəssisələrin sayı 142-dən 151-ə, o cümlədən elmi tədqiqat institutları və onların 
filallarının sayı 73-dən 85-ə çatmışdı. [2, 237] 
Bu illərdə AMEA xüsusilə çiçəklənmə dövrünü yaşamış, respublika elminə başçılıq et-
məyə  başlamışdı.  Akademiyanın  bu  dövrdə  apardığı  fundamental  elmi-tədqiqat  işləri  SSRİ 
miqyasında yüksək qiymətləndirilmiş, bir çox elmi-tədqiqat işləri isə beynəlxalq arenaya çıx-
mağa müvəffəq olmuşdu. 
Bu gün Azərbaycan xalqına kitabxana xidmətinin təçkilində mühüm rol oynayan şəhər 
və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri 70-ci illərdə təşkil olunmuşdur. 1974-cü ildə 
ulu öndərin imzaladığı ―Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların 
rolunu  artırmaq  haqqında‖  qərara  əsasən  yaradılan  mərkəzləşdirilmiş  kitabxana  sistemləri 
həmin dövr üçün çox əhəmiyyətli idi və bu gün də onlar əhalinin maariflənməsində əhəmiy-
yətli rol oynamaqdadır. Hazırda mövcud olan Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Na-
zirliyinin,  AMEA-nın,  həmkərlar  ittifaqları  təşkilatlarının  kitabxana  şəbəkələri  məhz  həmin 
dövrdə bitkin bir sistem kimi formalaşmışdır. [9] 
1993-cü  ildə  Azərbaycanda  yaranan  çox  mürəkkəb  tarixi  şərait  və  hərc-mərcilik  şərai-
tində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq dilemması ilə üzləşmişdi. Məhz bu 
dövrdə  ulu  öndərimizin  xalqın  tələbi  ilə  yenidən  Azərbaycana  rəhbərlik  etməyə  başlaması 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 187 – 
 
bütövlükdə  elmimizi,  mədəniyyətimizi  tamamilə  dağılmaqdan  xilas  etdiyi  kimi,  kitabxana 
şəbəkələrinin də məhvinin qarşısını aldı. 
Bu  dövrdə  ulu  öndər  müstəqil  Azərbaycanda  kitabxana  quruculuğunda  mühüm  rol 
oynayan  daha  bir  uğurlu  addım  ataraq  1995-ci  ildə  respublikada  kitabxana  işinin  inkişafını 
ətraflı şəkildə təhlil etməyi Nazirlər Kazbinetinə tapşırdı. Bu göstərişə müvafiq olaraq 1996-cı 
ildə  Nazirlər  Kabinetində  kitabxana  işçilərinin  Respublika  müşavirəsi  keçirildi  və  orada 
kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, yeni vəzifələr müəyyənləşdi-
rildi.  1998-ci  ildə  isə  Azərbaycan kitabxana tarixində  dönüş mərhələsi  hesab olunan ―Kitab-
xana işi haqqında‖ Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanun ölkə-
mizdə kitabxana işi sahəsində dövlət siyasətinin əsasıdır. Kitabxana işinə dair dövlət siyasəti-
nin  formalaşdırılmasında  və  vəzifələrin  müəyyənləşdirilməsində  ali  qanunumuz  olan  Azər-
baycan  Respublikasının  Konstitutsiyası  əsas  qanunvericilik  bazası  rolunu  oynayır.  Məhz 
vətəndaşların  mədəni  sərvətlərdən,  informasiyadan  istifadə  etmək  hüququnu  müəyyənləşdi-
rən, ölkəmizin  informasiya təhlükəsizliyini təmin edən konstitutsiyamızda insanların  mədəni 
sərvətlərdən  istifadə  etmək  və  məlumat  əldə  etmək  sahəsində  hüquq,  vəzifə  və  azadlıqları 
geniş şərh edilmiş və onların qorunmasının hüququ əsasları yaradılmışdır. İnsanların mədəni 
sərvətlərdən  istifadə  etmək,  istədiyi  məlumatı  əldə  temək  hüquqları  və  azadlıqları  Konsti-
tutsiyanın 40-cı və 50-ci maddələrində şərh olunmuş, kitabxanaların hüquqları təsbit edilmiş, 
onların qarşısında insanlara kitabxana və informasiya xidmətinin yüksək səviyyədə, maneəsiz, 
qüsursuz və vaxtında təşkil edilməsi vəzifəsi qoyulmuşdur. [8, 3-17] 
1995-ci  il  sentyabrın  29-da  ―Azərbaycan  Respublikasında  1995-1998-ci  illər  dövlət 
mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının təsdiq edilməsi haqqında‖ Azərbaycan 
Respublikasının  Qanunu  ilə  bağlı  fərman  imzalandı.  Bu  fərmanın  birinci  bölməsində  ―Özəl-
ləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahısı‖ verilmişdir. Bu bölmənin 3-cü 
bəndində  göstərilir:  ―Azərbaycan  xalqının  tarixi  və  mədəni  irs  obyektləri  (nadir  mədəniyyət 
və  təbiət  abidələri,  təbiət,  tarix,  mədəniyyət,  elm  və  texnika  obyektləri,  o  cümlədən  dövlət 
muzeylərində, arxivlərdə və kitabxanalarda saxlanılan sərvətlər, onların  yerləşdiyi binalar və 
sahələr)‖ 
Fərmandan  aydın  olur  ki,  kitabxanalarda  saxlanılan  sərvətlərin,  onların  binasının  və 
sahələrinin özəlləşdirilməsi qadağan edilir. Bu fərmanın imzalanması kitabxanaların qorunub 
saxlanmasına şərait yaratdı. Kitabxanalar müstəqil dövlətimizin əsas atributlarından biri kimi 
dövlət müəssisəsi statusuna malik oldu. 
Müstəqillik  illərində  Azərbaycanda  ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  ilə  ictimai-
siyasi  və  mədəniyyət  sahəsində  həyata  keçirilən  islahatlar  sössüz  ki,  kütləvi  informasiya 
vasitələrindən, Azərbaycan mətbuatından da yan keçmədi. 
1998-ci  ildə  Heydər  Əliyevin  imzaladığı  ―Azərbaycan  Respublikasında  söz,  fikir  və 
mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında‖ fərmanı ölkədə müs-
təqil, azad mətbuatın yaranıb inkişaf etməsi üçün geniş imkanlar açdı. 
Milli mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin dərin bilicisi olan Heydər Əliyev 
klassik  ədəbiyyata,  müasir  ədəbi  prosesə,  sənət  və  mədəniyyətin  bütün  sahələrinə  xüsusi 
qayğı göstərir, onun inkişafı üçün əlindən gələni edirdi. Heydər Əliyev milli mədəniyyətimizi, 
ədəbiyyat və incəsənətimizi xalqımızın əsrlərin dərinliklərindən süzülüb gələn, daim zəngin-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 188 - 
ləşən  milli  sərvəti  və  intelektual  mülkiyyəti  kimi  qiymətləndirir,  hər  bir  azərbaycanlıya  bu 
zəngin xəzinədən istifadə etməyi zəruri hesab edirdi. Heydər Əliyev ədəbiyyat və mədəniyyəti 
xalqın  milli  sərvəti,  intelektual  mülkiyyəti  kimi  qiymətləndirərək  yazırdı:  ―  Azərbaycan 
xalqının  milli  sərvəti  və  intelektual  mülkiyyəti,  eyni  zamanda,  Azərbaycan  ədəbiyyatıdır, 
mədəniyyətidir...Bizim mənəvi potensialımız - ədəbiyyatımız, mədəniyyətimiz intelektual po-
tensialımızın əsasını təşkil edir. Bunu yaradanlar xalqın dahi insanlarıdır.‖. [5] 
Ulu öndər Heydər Əliyev elmə və elm xadimlərinə böyük qiymət veriridi. Prezidentin 
15  may  2001-ci  il  tarixli  fərmanı  ilə  Azərbaycan  Elmlər  Akademiyasına  ―Azərbaycan  Milli 
Elmlər Akademiyası‖ statusu verildi. 2001-ci ildə akademiyaya yeni seçkilər keçirildi. Onun 
həqiqi və mübir üzvlərinin tərkibi xeyli yeniləşdi və görkəmli alimlərlə möhkəmləndirildi. 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 yanvar 2003-cü ildə ―Azərbay-
can  Milli  Elmlər  Akademiyasının  statusu  haqqında‖  fərman  imzaladı.  Bu  fərmanda  ilk  dəfə 
olaraq akademiyaya dövlətin elmi və elmi texniki siyasətini həyata keçirən ali dövlət elmi təş-
kilat statusu verildi. Fərmanda göstərilirdi: ―Azərbaycan Milli Elmlər Akademiyası Azərbay-
can Respublikasında dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Res-
publikasındakı  bütün  elmi  müəssisələrin  və  ali  məktəblərin  elmi-tədqiqat  fəaliyyətlərini  əla-
qəndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində 
təmsil edən ali dövlət elmi təşkilatıdır.‖ 
Bütn bunlar xalqını, vətənini ürəkdən sevən, onun mədəniyyətinə və mənəvi sərvətləri-
nə diqqət və qayğını öz həyat amalına çevirən işıqlı şəxsiyyətin nəcib əməllərinin bariz ifadə-
sidir. 
Heydər Əliyev XX əst türk dünyasının yetişdirdiyi ən böyük şəxsiyyətdir. Öz vətənini, 
xalqını böyük məhəbbətlə sevən, Azərbaycanı uğurlu, işıqlı gələcəyə aparan böyük vətəndaş, 
dövlət xadimi, dövlət miqyaslı siyasətçi, ümummilli liderdir. Heydər Əliyevin əsərləri, zəngin 
elmi-nəzəri  irsi  Azərbaycan  xalqının  milli  sərvətidir,  Azərbaycan  kitabının  ―qızıl  fondu‖na 
daxildir.  Azərbaycan  kitabını  qoruyub  saxlayan,  onu  əsrdən-əsrə,  nəsildən-nəslə  çatdıran 
kitabxanalar bu mənəvi irsi göz bəbəyi kimi qoruyub saxlamalı, bütün oxucuların istifadəsinə 
verməlidir. 
Ulu öndərin gələcək nəsillərə vəsiyyəti olan bu ölməz elmi-nəzəri irs içərisində mədə-
niyyət, kitab, kitabxana və mütaliə məsələləri mühüm yer tutur.  
Ulu öndərimizin böyüklüyü bir də ondadır ki, bu dahi şəxsiyyət yalnız Azərbaycanın in-
kişaf  strategiyasının  möhkəm  təməlini  qoymaqla  kifayətlənməmiş,  həm  də  bu  strateji  kursu 
müasir dövrün tələbinə uyğun davam etdirməyə qadir, istedadlı, xalqını, dövlətini sevən, yük-
sək  idarəçilik  keyfiyyətlərinə  malik  siyasi  davamçı  və  lider  yetişdirmişdir.  Ümummilli  lider 
Heydər Əliyevin müstəqil milli ənənələrə, ümumbəşəri dəyərlərə, dünya standartlarına malik 
təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət bu gün ölkə başçısı 
cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyev də müxtəlif illərdə milli-mənəvi sərvətimiz olan kitabxanalar və on-
ların zənginləşdirilməsi haqqında çox dəyərli qərarlar qəbul etmiş, sərəncamlar imzalamışdır. 
Azərbaycan Milli Ensiklopediyasının nəşri, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr-
lərin həyata keçirilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbay-
can  dilində  nəşr  edilməsi,  Azərbaycan  ədəbiyyatıının  virtual  kitabxanasının  yaradılması, 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 189 – 
 
Azərbaycanda  kitabxana  fəaliyyətinin  yaxşılaşdırılması  haqqında  imzaladığı  qərar  və  sərən-
camlar xalqın maddi-mənəvi sərvətlərinin, milli irsin toplayıcısı, qoruyucusu olan kitabxana-
ların fəaliyyətində mühüm rol oynayır. 
Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, milli-mənəvi irsimiz olan kitabxanala-
rımız  zəngin  mütərəqqi  ənənələrə,  ümumbəşəri  dəyərlərə,  beynəlxalq  təcrübəyə  əsaslanaraq 
inkişaf edəcək. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin