AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

ƏDƏBĠYYAT 
 
1.
 
Abdullayeva  N.D.  Kitabxana  innovatikasının  elmi-nəzəri  və  təcrübi  məsələləri: 
monoqrafiya. – Bakı: Xəzər Universiteti, 2015. – 178 s.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 157 – 
 
2.
 
Xələfov  A.A.  Azərbaycanda  kitabxana  işinə  dair  Heydər  Əliyev  doktorinası  uğurla 
davam edir. – Bakı, 2009. – 185 s.  
3.
 
Xələfov A.A. Kitabxana və cəmiyyət: monoqrafiya.Bakı: Azərnəşr, 2011. – 348 s. 
 
 
Natig Mursalov 
 
THE STATE LIBRARY POLĠCY AT THE PRESENT STAGE  
DIRECTED SOCIAL POLICY: METHODOLOGY AND  
SCIENTIFIC ANALYSIS THEORETICAL BASE 
 
Summary 
Currently,  the  libraries  of  the  world's  leading  countries  of  the  current  stage  of 
development  of  its  activities  in  accordance  with  the  requirements  of  the  global  information 
society, social, continues. In modern times, the libraries in order to continue its activities in 
this  direction  are  being  made  by  the  government,  it  explores  the  possibilities  of  the  world 
experience and the country's libraries. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 158 - 
Yeganə Əhmədova  
Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 
Direktor, magistr 
xatun-sum@mail.ru 
 
SUMQAYIT
 
ġƏHƏRĠNDƏ
 
ƏHALĠYƏ
 
KĠTABXANA-ĠNFORMASĠYA 
XĠDMƏTĠNĠN MÜASĠR VƏZĠYYƏTĠ VƏ ĠNKĠġAF ĠSTĠQAMƏTLƏRĠ 
 
 
Açar  sözlər:  mədəniyyət,  informasiya  cəmiyyəti,  avtomatlaşdırma,  elektron  kitabxana, 
biblioqrafik göstərici. 
 
Müstəqilliyimizin bərpasından ötən 25 il ərzində ilk dövrlərdə bütün sahələrdə müəy-
yən  çətinliklərlə  qarşılaşsaqda  xalqımızın  əbədi  lideri,  ulu  öndər  Heydər  Əliyevin  1993-cü 
ildə  siyasi  rəhbərliyə  qayıdışından  sonra  ölkəmizdə
 
iqtisadi
 
inkişaf
 
ilə  yanaşı  mədəniyyətin 
inkişafında da böyük tərəqqi əldə edilmiş, mədəni quruculuğun bütün sahələrində dönüş illəri 
olmuşdur.  Dahi  rəhbərin  siyasi  varisi,  onun  dövlət  quruculuğu  prosesinin  layiqli  davamçısı, 
möhtərəm  prezidentimiz  cənab  İlham  Əliyevin
 
prezident  seçildiyi  2003-cü  ildən  sonrakı 
dövrdə və hazırda da mədəniyyətimizin
 
bütövlükdə inkişafı ilə yanaşı olaraq onun ayrı-ayrı 
sahələrinin  tərəqqisinə  də  xüsusi  diqqət  yetirilməyə  başlandı.  Cənab  prezidentin  inamlı  və 
qətiyyətli  mövqeyi  sayəsində  respublikamızda,  o  cümlədən  ölkəmizin  ən  iri  üçüncü  şəhəri 
olan Sumqayıtda da mədəniyyətin
 
mühüm tərkib hissələrindən biri olan kitabxana işi
 
sahəsin-

 
aparılan
 
məqsədyönlü
 
mütərəqqi tədbirlər buna parlaq sübutdur. 
Biz bu tədqiqatda müasir mərhələdə Sumqayıt şəhərində əhaliyə kitabxana-informasiya
 
xidmətinin
 
müasir
 
vəziyyətini öyrənməklə onun
 
inkişaf
 
istiqamətlərini, xüsusilə də bu sahədə 
informasiya texnologiyalarından istifadənin aktual məsələlərini təhlil etməyə çalışmışıq. 
Ümumiyyətlə, müasir kitabxana informasiya cəmiyyətinin inkişafında, elektron resurs-
ların  yaradılması  və  istifadəsində  xüsusi rol oynamaqdadır. Bu istiqamətdə  - fondun rəqəm-
sallaşdırılması, elektron sənəd arxivlərinin, eləcə də istifadəçilərin tələbatına uyğun elektron 
resursların  yaradılması  sahəsində  Sumqayıt  şəhər  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemində 
(MKS)  son  illərdə  çox  mühüm  tədbirlər  həyata  keçirilmişdir.  Bir  vaxtlar  MKS-in  fəaliyyəti
 
ancaq
 
ənənəvi
 
xidmət
 
növləri və fondun zənginliyi məhdudlaşırdısa, hazırda müasir kitabxana 
kimi təkcə zəngin kitab fondu ilə oxucuların informasiya tələbatını tam ödəməklə yanaşı, in-
formasiya  texnologiyalarının  son  nailiyyətlərini  kitabxana  işinə  tətbiq  etməklə  formalaşdır-
dığı zəngin elektron sənəd-informasiya resurslarından və məlumat bazalarından müvəffəqiy-
yətlə  istifadə  etməklə  istifadəçilərin  (oxucuların)  informasiya  tələbatının  operativ  və  dolğun 
ödənilməsinə səy göstərir. 
Araşdırmamızda  biz  MKS-in  bütün  kitabxanalarını  deyil,  təkcə  Səməd  Vurğun  adına 
Mərkəzi Kitabxanasının (Kitabxana) fəaliyyətini tədqiqata cəlb etmişik. 
Qeyd edək ki, son illərdə Azərbaycanda kitabxana işinə innovasiyaların tətbiqi müvəf-
fəqiyyətlə aparılmaqdadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  ―Azərbaycan 
Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 159 – 
 
Proqramı‖nın təsdiq edilməsi barədə‖ 6 oktyabr 2008-ci il tarixli müvafiq sərəncamı buna ən 
yaxşı nümunədir. Dövlət Proqramında kitabxanaların informasiya cəmiyyətində qabaqcıl rolu 
xüsusi qeyd edilir və
 
kitabxanaların dövlət islahatlarının həyata keçirilməsinə yardımçı olma-
ları, elm, təhsil, sosial inkişaf, iqtisadiyyat və mədəniyyət prosesinə fəal təsiri göstərilir. 
Proqramın  icrasında  MKS  və  onun  mərkəzi  kitabxanası  öz  üzərinə  düşən  vəzifələri 
uğurla həyata keçirmişdir. Kitabxana proseslərinin avtomatlaşdırılması və elektron resursların 
yaradılması işində xüsusi fəallıq nümayiş  etdirmiş Kitabxana hazırda da bu istiqamətdə fəa-
liyyətini  davam  etdirərək  qazanılmış  təcrübənin  respublika  kitabxanaları  arasında  yayılma-
sında fəal iştirak edir. 
Bu gün elektron resurslar - bütün növ elektron sənəd-informasiya resursları müasir ki-
tabxana  sisteminin  ayrılmaz  bir  hissəsinə  çevrilmişdir  ki,  bu  məqsədlə  də  Kitabxanada  əsas 
diqqət  yaradılmış  və  yaradılacaq  elektron  resurslara  yönəldilmişdir.  Buna  görə  də  elektron 
resursların  yaradılması,  istifadəsi,  idarə  olunması,  saxlanılması  bizdən,  peşəkar  kitabxanaçı 
kadrlardan
 
bu sahəyə yeni yanaşma və daha çox məsuliyyət tələb edir. 
Son  illər  Kitabxanada  istifadəçilərə  (oxuculara)  xidmət  göstərilməsi  prinsip  etibarı  ilə 
yeni səviyyəyə keçmişdir. Kitabxanada sənəd-informasiya resurslarının ayrılmaz hissəsi olan 
elektron resurslar istifadəçilərə tam şəkildə təqdim edilir. Materialların toplanması, seçilməsi, 
skan  edilməsi,  sistemləşdirilməsi  üzrə  aparılan  böyük  işlər  sayəsində  oxucular  kitabxananın 
elektron resurslarından keyfiyyətli və tam informasiya almaq imkanı təşkil edilir. 
Kitabxanada yaradılan elektron resurslar məqsəd və vəzifələrinə görə əsasən üç istiqa-
mətə əsaslanır: məlumatlandırma, maarifləndirmə və elmi-tədqiqat. 
Qeyd edək ki, son illər Kitabxanada elektron resursların məzmun etibarı ilə sistemləşdi-
rilməsi prosesi də aparılır. Belə ki, tarix, ölkəşünaslıq və diyarşünaslıq; işgüzar və hüquqi in-
formasiya;  regionların  sosial-iqtisadi  inkişafı;  Azərbaycan  mədəniyyəti,  milli-mənəvi  dəyər-
lər və digər aktual mövzular üzrə qruplaşdırmalar aparılmaqdadır. 
Respublikamızda  elektron  kitabxananın  yaradılması,  kitabxana  proseslərinin  avtomat-
laşdırılması, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi sahəsində də
 
Kitabxana 
öncül yerlərdən birini tutur. Son bir neçə il ərzində
 
Kitabxananın əməkdaşları profilinə uyğun 
olaraq  istifadəçilərin  (oxucuların)  sənəd-informasiya  tələbatına  cavab  verən  xüsusi  əhəmiy-
yətə malik geniş məzmunlu bir neçə növ elektron resurslar yaratmışlar. Həmin resurslar aşa-
ğıdakılardır: 
-tammətnli elektron nəşrlər
-elektron kitablar; 
-elektron biblioqrafik göstəricilər
-elektron məlumat bülletenləri; 
-kitabxananın fondunda olan bir çox aktual çap nəşrlərinin elektron versiyaları (əsasən 
dövri nəşrlərdə çap olunmuş elmi və analitik-təhlili məqalələr). 
Qeyd etmək lazımdır ki, müasir kitabxanalarda elektron resursların  yaradılması böyük 
təcrübə və aktual məna kəsb etməkdədir. Yaradılacaq olan elektron resursun növündən (tam-
mətnli elektron nəşr, elektron kitab, biblioqrafık göstərici və ya məlumat bülleteni) asılı ola-
raq əməkdaşlardan ibarət iş icraçıları, müəyyən vaxt və etaplar müəyyən olunur. Materialların 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 160 - 
seçilməsi, skan edilməsi, redaktə olunması, dizayn və proqram təminatı yaradılmış hər bir re-
sursun gərgin iş fəaliyyətinin nəticəsində ərsəyə gəldiyini deməyə əsas verir. 
Bizim kitabxanamızda yaradılan elektron resurslar forma və xarakterinə görə aşağıdakı 
kimi sistemləşdirilir: aktuallığına, məzmununa və həcminə  görə. Elektron resurslar Kitabxa-
nanın fondunda olan kitab, qəzet və jurnal materiallan və əldə edilmiş arxiv sənədləri, eləcə 
də internet resurslarından məqsədyönlü istifadə olunmaqla formalaşdırılır. 
Yüksək tələbli və intellektual səviyyəli oxucu kütləsinə xidmət etmək üçün Kitabxana-
da müxtəlif mövzularda yeni sənəd-informasiya resursları yaradılmağa
 
başlanılmışdır. Bu re-
sursların
 
yaradılmasında ilk növbədə aparıcı mütəxəssislər tərəfındən dəqiq kurs müəyyənləş-
dirilmişdir.  Belə  ki,  elektron  resursu  yaradarkən,  görüləcək  işlərin  dəqiq  və  düşünülmüş  şə-
kildə planlaşdırılması böyük əhəmiyyət kəsb edir. 
Kitabxanada  yaradılmış  aktual  mövzularda  və  daha  geniş  həcmdə  olan  tammətnli 
elektron resurslar istifadəçilərin (oxucuların) sənəd-informasiya tələbatını daha dolğun və tam 
ödəmək  məqsədi  daşıyır.  Bu  resurslar  aşağıdakılardır:  ―Gülən  və  güldürən  sənətkar 
S.Rəhman – 105‖, ―Xalq müəllimi və yazıçı S.S.Axundov – 140‖,  ―Mən ürəyəm, döyünmə-
səm ölərəm R.Rza – 105‖, ‖Böyük satirik şair S.Ə.Şirvanı – 180‖, ―Qüdrətli ədəbiyytaşünas: 
F.Köçərli-150‖, ―Bir həzin axşamda düşsəm yadına: Nigar Rəfibəyli-100‖, ―Sözə bağlı ömür:
 
Mirvarid Dilbazi-100‖, ―Bir  əsrin dərdindən doğulan şair:  Mirzə  Ələkbər Sabir-150‖,
 
―Yad-
daşlarda yaşayanalar:
 
―Azərbaycan Milli Qəhrəmanı‖
 
fəxri adının
 
 təsis olunduğu gün‖, ―İste-
dadlı rejissor, bacarıqlı təşkilatçı: Şəmsi Bədəlbəyli-100‖ metodik vəsaitlər. 
Bir çox elektron resurslar geniş məzmun və prioritetliyinə görə xüsusi elektron layihə 
şəklində işlənmişdir. Bunlar ―Heydər Əliyev Sumqayıtda‖, “İlham Əliyevin Sumqayıta səfər-
ləri-2015‖, ―Sumqayıt hadisələri - 1988‖ və ―Qarabağ qan yaddaşım‖ adlı elektron resurslar-
dır. 
Qeyd edək ki, hər bir istifadəçi Sumqayıt şəhər Mərkəzi Kitabxanasının
 
www.sumlib.az
 
saytından istifadə etməklə bu resurslardan yararlana bilər. 
Sumqayıt şəhər Mərkəzi Kitabxanasının biblioqrafik-informasiya fəaliyyətinin mühüm 
istiqamətlərindən biri də dövri xarakter daşıyan müxtəlif məqsədli və oxucu təyinatlı ənənəvi 
və  elektron  biblioqrafik  göstəricilər  və  məlumat  bülletenləridir.  Bunlar  istifadəçilərin 
(oxucuların) biblioqrafık-informasiya tələbatlarının ödənilməsi məqsədilə yaradılmışdır. 
Bu  günədək  Kitabxana  əməkdaşları  tərəfindən  tərtib  edilən  24  elektron  biblioqrafik 
göstərici də Kitabxananın veb səhifəsində yerləşdirilmişdir. Bunlar: ―Görkəmli yazıçı, müəl-
lim və maarif xadimi: Sultanməcid Qənizadə – 150‖, Görkəmli sərkərdə: Əlağa Şıxlinski – 
150, ―Şərqin dahi bəstəkarı: Üzeyir Hacıbəyov – 130‖, ―Nəğmə doli bir ömür: Rəşid Behbu-
dov – 100‖, böyük şairimiz və dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr olunmuş ―Bir əlində 
qılınc, birində qələm‖,  ―Sumqayıt hadisələri – 1988‖,  ―Dünya poeziyasının  iftixarı: Nizami 
Gəncəvi  –  870‖, ―Şərq
 
şeirinin ilahəsi: Məhsəti Gəncəvi – 900‖, ―Bütün zamanların drama-
turqu:  Mirzə Fətəli Axundzadə –  200‖, ―Mirzə  Ələkbər Sabir  –  150‖, ―Gözəllik  nəğməkarı: 
Hüseyn  Cavid  –  130‖,  ―Zərif  duyğular  şairi:  Əhməd  Cəmil  –  100‖,
 
―Şeirimizin  xan  çinarı: 
Məmməd  Araz  –  80‖,  ―Dağlıq  Qarabağ:  biblioqrafik  siyahı‖,  ―Məişət  zorakılığına  son:  töv-
siyyə ədəbiyyat siyahısı‖, ―Vətən uğrunda ölmək şərəfdir‖ və s. biblioqrafik göstəricilərdir. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 161 – 
 
Kitabxanada kitabxana-informasiya xidmətinin  müasir formalarından istifadə  olunaraq 
hazırlanan  ―Sumqayıtım‖  məlumat  bülleteni  diyarşünaslıq  xarakterli  yeni  biblioqrafik  infor-
masiyanı tələbatçılara operativ şəkildə çatdırmaq məqsədi ilə yaradılmışdır. Məlumat büllete-
ni Kitabxananın elektron kataloquna daxil edilmiş dövri mətbuat materiallan əsasında tərtib 
edilir. 
Elektron resursların idarə olunması, onlara edilən düzəlişlər və əlavələr, yenilənmələr, 
ümumiyyətlə,  kontentin  həmişə  aktuallığını  saxlamaq  üçün  aparılan  bütün  proseslər  vacib 
şərtlərdən biridir. Bu məqsədlə Kitabxanada xüsusi elektron resurslar fondu yaradılmışdır ki, 
burada bütün resurslar elektron daşıyıcılara köçürülərək mühafizə olunur. 
Kitabxananın
 
bütün elektron
 
resurslarından
 
həm
 
kitabxananın veb
 
saytı
 
vasitəsilə  uzaq 
məsafədən
 
―online‖
 
rejimində,
 
həm də kitabxanadaxili lokal şəraitdə elektron resurslar zalın-
dan istifadə etmək olur. 
2009-cu  ildən  Kitabxana  ―ИРБИС-64‖  Avtomatlaşdırılmış  Kitabxana  Sistemini  tətbiq 
etməklə  əsas  kitabxana  proseslərini  avtomatlaşdırmağa  nail  olmuşdur.  Bura  elektron  katalo-
qun  yaradılması,  fondun  komplektləşdirilməsi,  kitab  verilişi  və  oxuculara  xidmət  prosesləri 
daxildir.  Bu  sistem  imkan  vermişdir  ki,  Kitabxanada  mükəmməl  elektron  kataloq,  müxtəlif 
biblioqrafık verilənlər bazaları, zəngin tammətnli verilənlər bazası yaradılsın. 
Kitabxanada  informasiya  texnologiyalarının  tətbiqi  nəticəsində  kitabxana  işinin  yeni 
keyfiyyət göstəricilərinə əsasən Sumqayıt şəhər MKS-i Azərbaycan Respublikası Mədəniyyət 
və  Turizm  Nazirliyinin  təşəbbüsü  ilə  həyata  keçirilən  müsabiqədə  iştirak  edərək  respublika 
kitabxanaları arasında ―İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi‖ nominasiyasın-
da 2010-cu ilin qalibi olmuşdur. 
2016-cı ilin əvvəlindən Kitabxanada yeni yaradılmış milli avtomatlaşdırılmış kitabxana 
informasiya  sistemi  olan  ―ALİSA‖  (Automated  Library  İnformation  System  of  Azerbaijan) 
proqramı  tətbiq  olunur.  Vahid  Mərkəzləşdirilmiş  Avtomatlaşdırılmış  Kitabxana  Sisteminin 
modullarına  Komplektləşdirmə,  Kataloqlaşdırma,  Elektron  Kataloq,  İdarəetmə  və  Təşkilati 
struktur, Ətraflı axtarış, Onlayn əməliyyatlar, Rezervasiya, Kitab verilişi, Hesabat və Statis-
tika  və  digərləri  daxildir.  Yeni  sistemin  tətbiqi  ilə  əlaqədar  kitabxanada  köhnə  bazada  olan 
materialların yeni məlumat bazasına köçürülməsi işi həyata keçirilir. 
Araşdırma  zamanı  gəldiyimiz  nəticə  bizə  deməyə  əsas  verir  ki,  ölkəmizin  ən  iri  elm, 
mədəniyyət,  təhsil,  iqtisadi  və  sənaye  mərkəzlərindən  biri  olan  Sumqayıt
 
şəhərində  əhaliyə 
kitabxana-informasiya xidməti sahəsində müasir dövrdə əldə edilmiş mühüm
 
nailiyyətlər, xü-
susilə
 

 
elektron
 
resursların və məlumat bazalarının yaradılması sahəsində yetərincə uğurlu 
təcrübə qazanılmasına baxmayaraq, hələ də müəyyən nöqsanlar qalmaqdadır. Bu nöqsanların 
da  aradan  qaldırılması  üçün  dünyanın  və  ölkəmizin  aparıcı  iri  kitabxanalarının  bu  sahədəki 
fəaliyyətləri bundan sonra da diqqətdə saxlanılmalı, ardıcıl izlənilməli və
 
sistemli
 
şəkildə
 
öy-
rənilməlidir.  Məhz  bu  vasitə  ilə  ölkənin  ən  iri  şəhərlərindən  biri  olan  Sumqayıda  kitabxana
 
işinin inkişafını lazımi səviyyədə davam etdirmək olar. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 162 - 
ƏDƏBĠYYAT 
 
1.
 
Abdullayeva  N.D.  Kitabxana  innovatikasının  elmi-nəzəri  və  təcrübi  məsələləri: 
monoqrafiya. – Bakı: Xəzər Universiteti, 2015. – 178 s.  
2.
 
Xələfov  A.A.  Azərbaycanda  kitabxana  işinə  dair  Heydər  Əliyev  doktorinası  uğurla 
davam edir. – Bakı, 2009. – 185 s.  
3.
 
www.sumlib.az 
 
 
Yegana Akhmadova 
 
THE CURRENT SITUATION AND DEVELOPMENT OF LIBRARY- 
INFORMATION SERVICE OF POPULATION IN SUMGAIT 
 
Summary 
Sumgayit Central Library is one of the important activities of bibliographic information 
purposes only and readers  of  different  types  of  periodic nature of  traditional  and electronic 
bibliographic data and newsletters. These are the users (readers) was established to meet the 
needs of bibliographic information

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 163 – 
 
Əfsanə Əkrəm qızı Səfərova  
Bakı şəhəri, M. Füzuli adına Əlyazmalar İnstitutu, mütəxəssis 
haciyev_muxtar@bk.ru  
 
 
 
MÜTALĠƏ PROBLEMLƏRĠ VƏ ELEKTRON KĠTABXANA 
 
Açar sözlər: Kitabxana, informasiya, oxucu, elektron daşıyıcı, elektron kataloq. 
   
İlk  yazılı  ədəbi  nümunələrin  toplusu  kimi  kitab  əvəzsiz  sərvətlərimizdən  biridir.  Bu 
qiymətli  sərvətimizi  qoruyan  ilk  kitabxanalar  eramızdan  əvvəl  yaradılmışdır.  Uzun  müddət 
ərzində onun sosial funksiyaları xeyli dəyişilmişdi. İlk kitabxananın məqsədi yalnız sənədlə-
rin saxlanması idi. Yarandığı gündən indiyə qədər kitabxana bir neçə mərhələdən keçmiş və 
hazırda  informasiya  və  mədəni  komponentləri  özündə  birləşdirən  müasir  tipli  kitabxana  ol-
muşdur. Müasir kitabxananın əsas məqsədi cəmiyyətin intellektual mədəni inkişafına kömək 
etmək onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. 
Bu gün ən demokratik və ən çox tələb olunan mədəniyyət müəssisəsi kimi kitabxanala-
rın qapıları sosial statusdan, dini mənsubiyyətindən, gəlir səviyyəsindən, təhsilindən, milliy-
yətindən asılı olmayaraq hər bir vətəndaş üçün açıqdır. Bundan əlavə onlar xalqın maddi-mə-
nəvi  sərvətləri  və  mədəni  potensialının  mühüm  tərkib  hissəsi  olan  informasiyaları  toplayır, 
qoruyur vətəndaşların istifadəsinə təqdim edir. Müasir dövrümüzü internetsiz təsəvvür etmək 
qeyri-mümkündür.  Kitabxanalarda  informasiya  mənbələri  içərisində  kağız  sənədlər  üstünlük 
təşkil  etsə  də  vahid  informasiya  məkanına  tamhüquqlu  iştirakçı  kimi  daxil  olmaq  üçün 
kitabxanalar  fəal  şəkildə  öz  fondlarını  yeni  elektron  resurslarla  formalaşdırırlar.  Bu  elektron 
resurslara  kitabxananın  elektron  kataloqu,  tammətnli  məlumat  bazaları  və  elektron  kitabxa-
nalar,  tədris  prosesi  üçün  zəruri  olan  elektron  dərsliklər  və  dərs  vəsaitləri,  ensiklopediyalar, 
lüğətlər, məlumat kitabçaları, eləcə də metodik göstərişlər və digər elektron nəşrlər aiddir. 
Ənənəvi olaraq kitabxanaların əsas məqsədinə əhalinin informasiya tələbatını ödəmək, 
mütaliə  mədəniyyətini  inkişaf  etdirmək  və  kitabxana-biblioqrafiya  aparatından,  kitabxana 
fondundan,  informasiya  resurslarından  istifadə,  sənəd  axını  haqqında  məlumatlandırma, 
informasiya axtarışının metodları, informasiya xidməti və s. proseslər daxildir. Kitabxanalar 
cəmiyyətin fəal üzvləri olan oxuculara, şəxsiyyətlərlə birbaşa təmasda olduqlarından, əhalinin 
maarifləndirilməsi,  mədəni  cəhətdən  inkişaf  etməsi,  informasiya  ilə  təmin  olunmasında 
bilavasitə iştirak etməklə mədəni tərəqqiyə xidmət edirlər. Kitabxanalar və kitabxana işçiləri 
informasiya  savadlılığı  və  təhsilin  tədrisində  əsas  tərəfdaşlardan  hesab  edilir.  Lakin  bu 
prosesdə təkcə kitabxanalar və kitabxanaçıların qüvvəsi təbii ki, çox azdır. Bu prosesdə bütün 
cəmiyyət  üzvləri:  müəllimlər,  pedaqoqlar,  valideynlər,  təhsil  alan  şəxslər  özləri  və  təhsillə 
əlaqəli bütün idarə və təşkilatlar yaxından iştirak etməlidir.[1, 348] 
Ölkəmizdə  dövlət  səviyyəsində  ―Elektron  hökumət‖,  ―Elektron  məktəb‖,  ―Elektron 
kitabxana‖ kimi innovativ proqramlar geniş miqyasda həyata keçirilir. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 164 - 
Bütün bu göstərdiklərimizlə yanaşı informasiya cəmiyyəti kitabxanaşünaslıq elmi qarşı-
sında  daha  ciddi  problemlər  qoymuşdur.  Təəssüf  ki,  informasiya  cəmiyyətinin  inkişafında 
mühüm  rol  oynayan  informatika  elminin  bəzi  nümayəndələri,  informasiya  texnologiyasına, 
kompüterə, informasiyalaşdırma prosesinə, internetə məlumatın elektron daşıyıcılarına aludə 
olaraq, elektron kitabxanaların yaradılmasını mühüm amil hesab edərək, ənənəvi kitabxanaçı-
lığın  əhəmiyyətini  azaltmağa  meyl  göstərir.  Fikrimizcə,  belə  meylləri  təhlil  etmək,  onun 
mənfi və müsbət cəhətlərini göstərmək, perspektivlərini müəyyənləşdirmək və kitabxana işin-
də elektron vəsaitlərdən istifadə etmək işini araşdırmaq, klassik kitabxanaçılıqla yeni kitabxa-
naçılığın  inteqrasiyası  prosesini  ön  plana  çəkmək  zərurəti  meydana  çıxır.  Hər  şeydən  öncə 
informasiya  cəmiyyətinin  mahiyyətini  dərk  etmək,  onun  inkişaf  istiqamətlərini,  məqsəd  və 
vəzifələrini  müəyyənləşdirərkən  belə  bir  inkaredilməz  həqiqət  ortaya  çıxır  ki,  informasiya 
cəmiyyəti kitabxanasız keçinə bilməz. Oxucuların informasiya tələbatının ödənilməsi bilava-
sitə maddiləşmiş biliyə, həqiqi biliyə,  yəni kitaba əsaslanmalıdır. Kitablar isə kitabxanalarda 
toplanmışdır.  Deməli,  obrazlı  şəkildə  desək,  kitabxanalar  informasiya  cəmiyyətinin  döyünən 
ürəyidir.  Bu  ürək  nə  qədər  sağlam  olsa,  ritmik  döyünsə,  informasiya  cəmiyyəti  bir  o  qədər 
sürətli  inkişaf  edən,  böyük  nemət  olan  biliyin  idarə  olunmasında  daha  yaxından  iştirak  edə 
bilər.  Bütün  bunlar  isə  ən  böyük  sosial  funksiyalar:  biliklə  insan  arasında  etibarlı  və  əbədi 
körpü  olan,  biliyin  idarə  olunmasında  və  kitabın  cəmiyyət  üzvlərinə  çatdırılmasında  etibarlı 
vasitə  olan,  cəmiyyətin  informasiya  fəaliyyətini  təmin  edən  kitabxanaların  missiyasıdır. 
Beləliklə,  kompüter  texnologiyalarının  nailiyyətlərinə  və  qlobal  informasiya  şəbəkələrinin 
inkişafına  əsaslanan  ―informasiya  cəmiyyəti‖  və  xüsusən  daha  geniş  əhatəli  sosial,  etik  və 
siyasi parametrləri əhatə edən ―biliklər cəmiyyəti‖ kitabxanasız keçinə bilməz. 
İlk kitabxanaların tarixindən 5 min il keçir. Bu 5 min ildə milyonlarla oxucuya xidmət 
edən  kitabxanalar  öz  ilk  forma  və  strukturlarını  əsasən  saxlamış,  ancaq  daim  təkmilləşmiş, 
dövrlə, zamanla ayaqlaşmağa çalışmışlar. Lap qədim zamanlardan kitabxanaların iki funksi-
yası fəaliyyət göstərməkdədir. Kitabxanaların ilk və ən mühüm funksiyası sənədləri (əlyazma-
ları, çap kitablarını və s.) toplamaq başqa sözlə, fond yaratmaq funksiyasıdır. Arxivdən fərqli 
olaraq kitabxana fondları  həmişə oxucuların  üzünə açıq  olmuşdur.  Bəzi  vaxtlarda kitabxana 
fondlarının qapalı xarakter daşıdığı halda belə onlar müəyyən qrup oxuculara xidmət etmişdir. 
Kitabxanaların  ikinci  mühüm  funksiyası  oxuculara  xidmətdir.  Bu  iki  funksiyanın  qarşılıqlı 
əlaqəsi,  birləşdirilməsi  və  işlək  vəziyyətə  gətirilməsi  kitabxanaçıların  fəaliyyəti  nəticəsində 
mümkün  olmuşdur.  Kitabxanaçılar  tarixən  kitabxana  işinin  hərəkətverici  qüvvəsi  olmaqla, 
cəmiyyətlə kitabxanalar arasında əlaqələndirici vasitə rolunu oynamışdır. Beləliklə, kitabxana 
bu sütunlar üzərində bərqərar olmaqla inkişaf edib zəmanəmizə gəlmişdir.[2, 516] 
Qeyd etdiyimiz kimi, son illərdə həm beynəlxalq, həm də regional səviyyədə mübahisə-
lərin,  müzakirələrin  ardı-arası  kəsilmir;  kitabxanalar  hamının  vərdiş  etdiyi  kimi  öz  ənənəvi 
formasını (bina, kitabsaxlayıcı, kataloqlar, oxu zalları və s.) saxlayacaqmı? Və yaxud kitabxa-
nalar yaşamağa qadirdimi? Müxtəlif fikirlərin ortaya çıxdığı belə bir şəraitdə kitabxana-infor-
masiya  texnologiyası  sürətlə  inkişaf  edir,  elektron  kataloqlar,  elektron  kitabxanalar  yaranır, 
kitabxanalar  internetə  qoşulur.  Kitabxanalardan  internetə  çıxış  yolundan  oxucular  müvəffə-
qiyyətlə internetdən istifadə edir.  İnternet müstəqil informasiya vasitəsinə çevrilir. Həmçinin 
kitabxana  fondlarında  elektron  kitabların  və  elektron  jurnalların  miqdarı  artır.  Tammətnli 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 165 – 
 
elektron  nəşrlərə  abunələrin  genişlənməsi  ənənəvi  abunələri  üstələyir  və  ona  qalib  gəlir. 
Gələcək  elektron  kitabxanaların  əsasını  təşkil  edən  bu  ünsürlər  getdikcə  daha  geniş  meydan 
alır,  sonra  ənənəvi  kitabxanalara  ―Mən  sənin  gələcəyinəm‖  deyir,  kitabxanaların  gələcəyinə 
nəzər  salarkən,  kitabxana  quruculuğunun  gələcəyini  proqnozlaşdırarkən  keçmişi  dərindən 
öyrənməli, kitabxanaların 5 min illik təcrübəsi nəzərə alınmalıdır. 
Beləliklə,  elektron  daşıyıcıların  inkişafı  ənənəvi  kitabxanaların  yaşamasına,  fəaliyyət 
göstərməsinə, cəmiyyətin informasiya tələbatının ödənilməsində onların roluna heç bir xələl 
gətirmir, əksinə, onun daha da təkmilləşməsinə, oxuculara xidmət işinin daha səmərəli təşki-
linə, operativliyinə kömək edir, informasiya cəmiyyətində kitabxana işi sahəsində sürətlə baş 
verən  bu  inqilabi  dəyişikliklər,  onların  dərindən  öyrənilməsi,  ümumiləşdirilmələr  aparılması 
kitabxanaşünaslıq  elmləri qarşısında olduqca mühüm  vəzifələr qoyur. Məhz kitabxanaşünas-
lıq  kitabxana  işinin  yeni  şəraitə  uyğunlaşmasına,  informasiya  elmi  ilə  inteqrasiyasına  dair 
araşdırmalar aparmalı kitabxanalarımızı elmi-nəzəri müddəalarla silahlandırmalıdırlar. 
Milli-mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni 
zamanda, onların beynəlxalq aləmə qısa vaxt ərzində təqdim edilməsində elektron kitabxana-
ların böyük rolu vardır. 
 
 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin