AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

 
ƏDƏBĠYYAT 
 
1.
 
A. Amudhavalli. Dynamics in Digital Information Systems (1. publ. ed.) 2008. 
2.
 
"Kitabxana  İşi  Haqqında  Azərbaycan  Respublikasının  Qanunu,"  29  dekabr,  1998. 
№ 611-IQ  
3.
 
Top Library Automation Software Products. Available: 
http://www.capterra.com/library-automation-software/. 
4.
 
Columbia University Libraries Information Services: Databases. Available:  
https://clio.columbia.edu/databases. 
5.
 
Databases, E-books, & Journals. Available:  
http://my.ada.edu.az/en-US/Pages/LibraryDatabases.aspx. 
6.
 
M. L. Radford and P. Snelson. Academic Library Research: Perspectives and Cur-
rent Trends 200859. 
7.
 
ADA Library Conference. Available:  
http://my.ada.edu.az/en-US/Pages/ADA-Library-Conference.aspx?PageID=114. 
8.
 
Research and Instructional Services. Available:  
http://my.ada.edu.az/en-US/Pages/Reference_Services.aspx. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 174 - 
9.
 
K.  Johnson  and  E.  Magusin.  Exploring  the  Digital  Library:  A  Guide  for  Online 
Teaching and Learning (First edition ed.) 2005  
10.
 
C.C. Bonwell  and J.A.  Eison,  Active  Learning:  Creating  Excitement  in  the  Class-
room, Washington,  DC:  The George Washington  University, School  of Education 
and Human Development, 1991. 
 
 
Vafa Malikheydar Mammadova 
 
THE ORGANIZATION OF MODERN INFORMATION SERVICES IN  
ACADEMIC LIBRARIES: BASED ON THE WORK PRACTICE OF 
ADA UNIVERSITY LIBRARY 
 
Summary 
The  paper  identifies  the  place  and  the  role  of  the  academic  libraries  in  the  modern 
library-information  environment,  and  examines  the  improvements  in  provided  information 
services by quality and quantity. It also reviews the issues related with the teaching of Infor-
mation Literacy classes within the institutional framework of ADA University Library in order 
to enhance and optimize the library-information services to community members, to stay ab-
reast of the requirements of the modern  era and to arm the library users with necessary in-
formation searching methods and tools.  
Keywords:  Modern  librarianship,  information  society,  electronic  library,  digital 
content,  new  technologies,  integrated  library  systems  (ILS),  software  systems,  library-infor-
mation services, database, information literacy, information searching tools. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 175 – 
 
Könül Zakir qızı Abdullayeva  
AMEA Mərkəzi Elmi Kitabxana, biblioqraf 
konul0322@mail.ru  
 
 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJĠ UNĠVERSĠTETĠNĠN KĠTABXANASINDA 
OXUCULARA KĠTABXANA-ĠNFORMASĠYA XĠDMƏTĠ 
 
Açar  sözlər:  Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti,  oxuculara  xidmət,  kitabxana-
informasiya xidməti, kitabxana fondu. 
 
XXI yüzillik kitabxanaların qarşısında çox böyük həyati əhəmiyyət kəsb edən yeni bir 
vəzifə -informasiya xidmətinin təşkili vəzifəsini qoymuşdur. Cəmiyyətin iqtisadi, sosial-siyasi 
və mədəni həyatına çox ciddi təsir göstərən informasiya xidməti-ənənəvi kitabxana xidmətin-
dən, oxucu tələbatının daha dolğun və operativ ödənilməsi baxımından fərqlənən yeni xidmət 
növüdür. İnformasiya xidmətinin məqsəd və vəzifələrini dərk etmək, məzmununu açmaq üçün 
onun  yaramasına  və  formalaşmasına  təsir  göstərən  informasiya  cəmiyyətinin  mahiyyətini 
açmaq, strukturunu dərindən təhlil edib öyrənmək zərurəti qaçılmazdır.[1] Ölkəmizdə fəaliy-
yət  göstərən  kitabxanalar  ―Kitabxana  işi  haqqında‖  Azərbaycan  Respublikasının  Qanununa 
uyğun olaraq ―elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini 
və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini 
təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial 
institut‖ səviyyəsində mühüm işlər görürlər. Qanunda yazıldığı kimi, indiki dövrdə ―Kitabxa-
na xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkil-
də  toplanması,  qorunması  və  gələcək  nəsillərə  çatdırılmasından,  onların  əhali  arasında  geniş 
təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilmə-
sinə fəal  yardım  etməkdən ibarətdir.[2] Hаzırdа rеspublikаmızdа 7135 təhsil müəssisəsi vаr-
dır. Bu təhsil müəssisələrində 2 milyоnа yахın gənc təhsil аlır və оnlаrın təlim-tərbiyə prоsеsi 
ilə 242551 nəfər müəllim və tərbiyəçi məşğul оlur. Rеspublikаmızın аli məktəblərində 81 isti-
qаmət və 270-dən çох iхtisаs üzrə mütəхəssis hаzırlаnır. Аli məktəblərin 130-а qədər fаkültə-
sində  100  mindən  çох  tələbə  təhsil  аlır  ki,  оnlаrın  dа  təlim-tərbiyəsi  ilə  650-dək  kаfеdrаdа 
çаlışаn 11 min nəfərdən çох prоfеssоr-müəllim məşğul оlur.[2] Kitabxanaların Prof. Abuzər 
Xələfov tərəfindən tərtib edilmiş tipologiyasını nəzərdən keçirək: 
Kitabxanaların tipologiyası (tipləri və növləri) 
Universal kitabxanalar: 
a) Universal elmi kitabxanalar; 
b) Universal (ümumi) kitabxanalar. 
Universal elmi kitabxanalar: 
a)
 
Milli kitabxana
b)
 
Prezident Kitabxanası; 
c)
 
Parlament Kitabxanası; 
d)
 
Muxtar Pespublikasının Dövlət Kitabxanası. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 176 - 
Universal (ümumi) kitabxanalar: 
a)
 
Mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS); 
b)
 
Kənd (ümumi) kitabxanaları; 
c)
 
Müstəqil uşaq kitabxanaları; 
d)
 
Müstəqil gənclər kitabxanaları; 
e)
 
İctimai təşkilatların kitabxanaları. 
Xüsusi kitabxanalar: 
a)
 
Respublika sahəvi kitabxanaları; 
b)
 
Respublika Milli Elmlər Akademiyasının kitabxanaları; 
c)
 
Ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin kitabxanaları. 
Təhsil kitabxanaları: 
a)
 
Ali məktəb kitabxanaları; 
b)
 
Təkmilləşdirmə institutlarının kitabxanaları; 
c)
 
Orta ixtisas məktəblərinin kitabxanaları; 
d)
 
Ümumtəhsil məktəblərinin kitabxanaları.[3] 
Rеspublikаmızın  ən  qаbаqcıl  dövlət  аli  məktəblərindən  biri  оlаn  Аzərbаycаn  Dövlət 
Pеdаqоji  Univеrsitеti  gеniş  tədris  və  еlmi  şəbəkə  quruluşunа  mаlikdir.  90  ildən  çохdur  ki, 
fəаliyyət  göstərən  bu  ali  pedaqоji  müəssisənin  elmi  kitаbхаnаsı  1921-ci  ilin  sеntyаbr  аyındа 
yаrаdılmışdır. Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin еlmi kitаbхаnаsı özünün mövcud 
imkаnlаrı  dахilində  qаrşısındа  qоyduğu  vəzifələrə  uyğun  оlаrаq  həm  prоfеssоr-müəllim 
hеyətinə,  həm  də  bakalavriatura  və  mаgistratura  pillələrində  təhsil  alan  çoxsaylı  tələbə-
gənclərə hərtərəfli хidmət göstərir.[4] Dövlət Pedaqоji Univеrsitеtinin kitаbхаnаsındа tələbə-
lərə  хidmət  işinin  kеyfiyyətini  yüksəltmək  üçün  fərqli  хidmət,  аçıq  rəf,  tədris  ədəbiyyаtı  ilə 
qrup  хidməti  kimi  səmərəli  və  qаbаqcıl  mеtоdlаrdаn  istifаdə  еdilir.  Məlum  оlduğu  kimi, 
охuculаrа fərqli хidmət kitаbхаnаnın хidmət şöbələrinin təşkilаti quruluşu ilə müəyyən еdilir 
və 3 prinsip əsаsındа həyаtа kеçirilir: охucu kаtеqоriyаlаrı, bilik sаhələri və nəşr növləri üzrə. 
АDPU-nun  kitаbхаnаsındа  tələbələrə  kitаbхаnа  хidmətinin  təşkilində  bu  üç  prinsipdən  ən 
müхtəlif şəkillərdə istifаdə оlunur.[4] АDPU-nun əsаs binаsındаkı kitаbхаnаnın işi digər təd-
ris kоrpuslаrındаkı kitаbхаnаlаrın işinə nisbətən dаhа dоlğundur. Kitаbхаnаdа tələbələrə хid-
mət işini аsаnlаşdırmаq məqsədilə еvə kitаb vеrilişini təşkil еtmək məqsədilə аbоnеmеnt хid-
mətindən dаhа  gеniş  istifаdə  еdilir. Хüsusilə  qış  və  yаy imtаhаn sеssiyаlаrı vахtı tələbələrin 
kitаbхаnаyа  ахını  dаhа  çох  оlur.  Bu  zаmаn  охu  zаllаrındа  yеr  çаtışmаzlığı  bаş  vеrir.  Охu 
zаlının imkаnlаrındаn kənаrdа qаlаn охuculаr аbоnеmеnt хidmətidən istifаdə еdərək еv şərаi-
tində  mütаliə  еdirlər.  Məsələn  2008-2009-cu  ilin  yаy  sеssiyаsı  dövründə  АDPU-nun  аbоnе-
mеnt şöbəsi vаsitəsilə humаnitаr еlmlər üzrə tələbələrə 384446 nüsхə, qеyri-humаnitаr еlmlər 
üzrə  isə  242411  nüsхə  ədəbiyyаt  vеrilmişdir.  Qеyd  еtmək  lаzımdır  ki,  еlm  sаhələri  üzrə 
ədəbiyyаtın  üst-üstə  hаmısı  9462  nəfər  охucuyа  vеrilmişdir.[4]  АDPU-nun  kitаbхаnаsındа 
tələbələrin  sоrğulаrının  hərtərəfli  ödənilməsi  üçün  kitаbхаnаlаrаrаsı  аbоnеmеnt  bölməsi 
vеrilən sifаrişləri vахtlı-vахtındа ödəməyə çalışır və sifаrişlərin sаyı ildən-ilə аrtır. Tələbələrin 
sоrğulаrını tаm və dоlğun ödəmək məqsədilə Pedaqоji Univеrsitеtin kitаbхаnаsı 2006-cı ildə 
1162  nüsхə  ədəbiyyаtı  digər  аli  məktəb  kitаbхаnаlаrındаkı  kitаbхаnаlаrаrаsı  аbоnеmеnt 
vаsitəsilə (KАА) аlıb охuculаrа vеrmişdir.[4] Ali məktəb kitabxanaları kitabxana işinin bütün 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 177 – 
 
forma və üsullarından istifadə etməli, oxucularla aparılan informasiya işini cəmiyyətin qarşıya 
qoyduğu  vəzifələrin  yerinə  yetirilməsinə,  milli  ideologiyamızın  təbliğinə,  dövlətçiliyimizin 
möhkəmləndirilməsinə  yönəltməlidir.  Kitabxanalar  informasiya  xidmətini  müvəffəqiyyətlə 
təşkil etmək üçün digər informasiya orqanları ilə əməkdaşlığa, kitabxana işinin əlaqələndiril-
məsinə, informasiya ehtiyatlarından səmərəli istifadə işinə də diqqət yetirməlidirlər.[2] 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Kitabxanalar  biliklər  cəmiyyətində.  Bakı.  ―Nurlar‖  Nəşriyyat-Poliqrafiya  Mərkəzi, 
2006, 520 s. 
2.
 
R.M.Namazova.―Kitabxanaşünaslıq və informasiya‖, 2011, №2(5)..26-33s. 
1.
 
Xələfov.A.  Kitabxanaşünaslığın  tarixi  və  metodologiyası.  Dərslik.  Bakı:  ―Bakı 
Universiteti‖ nəşiyyatı, 2014,-552s. 
2.
 
Kitabxanaşünaslıq və informasiya‖, 2011, №1(4). R.M.Namazova. 104-112s. 
 
 
K.Z.Abdullayeva 
 
LIBRARY-INFORMATION SERVICE OF THE READERS IN THE SCIENTIFIC 
LIBRARY OF THE AZERBAIJAN STATE PEDAGOGIKAL UNIVERSITY 
 
Summary 
This  article  analyzes  the  state  of  library-information  service  of  the  readers  in  the 
Scientific  Library  of  the  Azerbaijan  State  Pedagogikal  University  in  the  years  of  indepen-
dence. 
Key  words: The Azerbaijan State Pedagogikal University, service for readers, library-
information service, library fund

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 178 - 
Səyyarə Nazim qızı Məmmədova  
REPK, Elmi-metodik və təhlil şöbəsi, şöbə müdiri 
repk_1983@mail.ru  
 
 
MƏKTƏB KĠTABXANAÇILARININ FASĠLƏSĠZ TƏHSĠLĠ VƏ KĠTABXANA 
ĠNNOVASĠYALARI SAHƏSĠNDƏ BĠLĠKLƏRĠNĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠ 
 
Müasir dövrdə cəmiyyətdə rəqəmsal məktəb və gələcəyin məktəbi kontekstində məktəb 
kitabxanasının  yeni  düşünülmüş  konseptual  modeli  tez-tez  müzakirə  olunur.  Bu  gün  bütün 
dünyada təhsil paradiqması sürətlə dəyişir. XXI  əsrin təhsili bu biliklərin bir insandan digə-
rinə birbaşa ötürülməsi yox, hər şeydən əvvəl təhsil alanların biliklərin yaranması prosesində 
fəal  və  səmərəli  yaradıcılıq  üçün  mümkün  proseslər  mühitinin  yaradılmasıdır.  Bu  nəticədə 
şagirdin ―nə bilirəm‖  yox, ―necə bilirəm‖i müəyyən etdiyi  müştərək tədqiqat, nizamsız açıq 
dialoq vəziyyətidir. Sinif – dərs sistemi tədricən keçmişdə qalır, buna görə də biliklərin belə 
sürətlə  artdığı  vaxtda  başqa  təlim  sistemi  lazımdır.  Bütün  dünya  ölkələrində  bu  proseslərdə 
məktəb kitabxanalarının artan rolu nəzərə çarpır.  
Bu gün bu sahədə iki istiqamətdə inqilab baş verir. Təlimdə - texnologiyanın inkişafı, 
sinif-dərs  sistemindən  müəllim  və  şagird  arasında  yeni  nizamsız  dialoqa  keçid.  İkinci  isə 
informasiya inqilabıdır.  
Müasir dövrdə məktəb kitabxanalarının ən vacib resursu ixtisaslı, peşəkar məktəb kitab-
xanaçısı hesab olunur. Onlar müəllimləri və şagirdləri bilik qazanmaq təcrübəsi ilə təmin edir-
lər. Buna görə də məktəb kitabxanaları kitabxana işi və pedaqogika üzrə təhsili olan ixtisaslı 
məktəb kitabxanaçısı tərəfindən idarə olunmalıdır. Məktəb kitabxanaçılarının əsas vəzifələri-
nə  daxildir:  təlim,  idarəetmə,  liderlik,  əməkdaşlıq,  cəmiyyəti  cəlbetmə.  ―İFLA-nın  Məktəb 
kitabxanalarına rəhbərlik adlı‖ sənədində məktəb kitabxançısına aşağıdakı kimi tərif verilir. 
“Məktəb kitabxanaçısı- məktəb kitabxanalarının fəaliyyətinə, proqram və xidmətlərin 
yerinə yetirilməsinə görə məsuliyyət daşıyan kitabxanaçılıq təhsili olan pedaqoqdur. Cari işlə-
rin  yerinə  yetirilməsindən  əlavə,  kitabxanaçı  fondu  inkişaf  etdirmək  yolu  ilə  tədris  planının 
yerinə  yetirilməsinə  kömək edir, informasiya daşıyıcıları ilə  işləməyi  öyrədir, şagirdlərə  oxu 
səviyyələrinə uyğun olan kitab seçməyi, müəllimlərə isə kitabxana resurslarını və xidmətlərini 
tədris proqramlarına inteqrasiya etməyi öyrədir. Bu ixtisasçıları müxtəlif adlarla da çağırırlar. 
Məs: pedaqoq-kitabxanaçı, kitabxana media- ixtisasçısı, tədris resursları üzrə pedaqoq‖. 
Məktəb  kitabxanalarının  rolu  təlim  və  təhsilə  yardım  etmək  olduğuna  görə,  məktəb 
kitabxanalarının xidmətinə və fəaliyyətinə ən azı hazırlığı məktəb müəllimləri səviyyəsindən 
aşağı  olmayan  ixtisasçılar  tərəfindən  nəzarət  edilməlidir.  Məktəb  kitabxanaçılarının  ixtisas 
təlimi dünyada müxtəlif standartlara uyğun həyata keçirilir və bu standartlara onların pedaqoji 
hazırlığı da daxil ola bilər. Əgər məktəb kitabxanaçısı məktəbdə lider olmaq istəyirsə, onda 
onun təhsili  və  hazırlığı  məktəb rəhbərinin  və  təhsil sahəsində çalışan ixtisasçıların səviyyə-
sindən  aşağı  olmamalıdır.  Məktəb  kitabxanalarının  kadr  strukturu  yerli  kontekstdən,  qanun-
vericilikdən,  iqtisadi  inkişaf  səviyyəsindən  və  təhsil  sisteminin  infrastrukturundan  asılıdır. 
Belə  ki,  50  ildən  artıq  aparılan  beynəlxalq  tədqiqatlar  göstərir  ki,  məktəb  kitabxanaçıları 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 179 – 
 
məktəb  kitabxana  işi  və  pedaqogika  sahəsində  təhsil  almalıdırlar.  Onlar  təlimin  kompleks 
vəzifələrini yerinə yetirmək, mütaliə bacarıqlarını formalaşdırmaq, məktəb kitabxanasını idarə 
etmək və məktəb - müəllim heyəti ilə əməkdaşlıq etmək üçün öz ixtisas bilik və bacarıqlarını 
inkişaf etdirməlidirlər.  
Çoxlu  sayda  kompüterin  İnternetə  qoşulması  dünya  ətrafında  intelektual  səthin  yaran-
ması deməkdir. Bu proseslərdə ən vacib və çətin iş, daha əsas və mürəkkəb kompüterin- insan 
beyninin qoşulması hesab olunur. Pedaqoq kitabxanaçılar təlim prosesini gücləndirməklə ilk 
növbədə  məktəblilərə  insan  düşüncəsi  ilə  təsir  edir.  Bu  münasibətdə  bizim  kitabxançıların 
qarşısında yeni vəzifə durur. Bu gün o üç sahədə əvəzolunmaz peşəkar hesab olunur.  
Birinci – pedaqoq - kitabxanaçının rolu müəllimlərin inkişafına kömək etməkdir. 
İkinci – pedaqoq - kitabxanaçı informasiya savadlılığı sahəsində əsas amil rolu oynayır. 
O,  müəllimlərlə  birlikdə  təcrübə  və  konstruktiv  axtarış  proseslərinin  köməyi  ilə  şagirdlərin 
həqiqi tənqidi axtarışa çatdırılmasını planlaşdırır.  
Üçüncü - pedaqoq – kitabxanaçı şagirdləri və müəllimləri ən son və ən yaxşı yeni kitab-
larla,  vebsaytlarla,  video,  audio  və  müxtəlif  resurslarla  əlaqələndirən  mədəniyyət  emissarı 
(agent) hesab olunur.  
Müasir  məktəb  kitabxanası  və  onun  ixtisaslı  peşəkarları  –  respublikanın  dövlət  təhsil 
standartlarının həyata keçirilməsinin təminatı və onların tətbiqində əsas vasitədir.  
Ən  vacib  məsələ  bu  gün  kitabxanaçılara  yeniliklərlə  işləməyi,  eyni  zamanda  informa-
siya  ilə  işləməyi  öyrətməkdir.  Məktəb  kitabxanaçıları  sosial  şəbəkələrdə,  bloqlarda  işləməyi 
və virtual mühitdə bir-biri ilə innovasiya təcrübələrini mübadilə etmək üçün peşəkar münasi-
bətlər qurmağı öyrənməlidirlər. Həmçinin məktəb kontingentinin - pedaqoqların və şagirdlə-
rin informasiya dünyagörüşünün əsaslarının və informasiya mədəniyyətinin formalaşdırılması 
sahəsində distant təhsil sisteminin yaradılması vacib şərtdir. Bu işdə təhsil müəssisələri xüsu-
sən  maraqlı  olmalıdırlar.  Məktəb  ictimaiyyətinin  informasiya  mədəniyyətinin  formalaşması 
və  məktəb  kitabxanaçılarının  yeni  pedaqoji  status  alması  ilə  əlaqədar  ixtisasının  artırılması 
üçün effektiv vasitəyə çevriləcək layihə və proqramlar hazırlanmalıdır. Bu işə təhsil sahəsində 
idarəedici orqanların  nümayəndələri, məktəb direktorları və  müəllimləri, uşaq mütaliəsi  üzrə 
peşəkarlar cəlb edilməlidir. Ən vacib məsələlərdən biri inzibati qurumlar çərçivəsində məktəb 
kitabxanalarının yaranmasına və inkişafına kömək sistemi yaradılmasıdır. Xüsusilə də təhsilə 
xidmət  edən  mərkəzlər  məktəb  kitabxanaçılarının  ibtidai,  fasiləsiz  təhsilini,  peşə  hazırlığını, 
məktəb kitabxanaçılarının qrup və assosasiyalar ilə əməkdaşlığını nəzərə almalıdır. 
Azərbaycanda  məktəb  kitabxanalarının  əsas  problemi  kadr  sahəsində  olan  böhran 
vəziyyətidir.  Kadrlar  sahəsində  olan  böhran  məktəb  kitabxanaçılarının  fasiləsiz  təhsil 
sisteminin  bərbad  halda  olması  ilə  əsaslandırılır.  Respublikamızda  məktəb  kitabxanaçısının 
peşə  hazırlığı  müxtəlif  formalarda  həyata  keçir.  Bu  gün,  ixtisasartırma  sistemində  yenidən 
hazırlanma  və  təkmilləşdirmə  məktəb  kitabxanasının  artan  roluna  görə  yeni  tələblərə  cavab 
vermir.  Kadr  göstəriciləri-  kitabxananın  yaradıcılıq  effektini  müəyyən  edən  vacib  keyfiyyət 
göstəricilərindən biridir. Əsasən diplomun olması və xüsusi proqramların öyrənilməsi vacib-
dir. Eyni zamanda ilkin pedaqoji və kitabxana təhsili əsasında kitabxanaçıların yenidən hazır-
lanması proqramlarının öyrənilməsi lazımdır. Məktəb kitabxanaçısının peşəkar inkişafı istiqa-
mətində  məktəb  kitabxanasının  kadr  personalının  analiz  parametrləri  və  qiymətləndirilməsi, 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 180 - 
yeni peşə təhsili standartları, məktəb kitabxanaçıları üçün fasiləsiz təhsil mərkəzi konsepsiya-
sının yaradılması, yeni peşəkar – ―Kitabxanaçı-pedaqoq-novator‖un yaranması yollarının real-
laşdırılması məsələləri, məktəb kitabxanaçılarının kitabxana qarşısında qoyulmuş tapşırıqları 
qəti surətdə reallaşdırması üçün ümumi və peşəkar İKT bacarıqlarının formalaşdırılması və s. 
proqramlar hazırlanmalıdır.  
Məktəb  kitabxançılarının  artan  rolu  ilə  əlaqədar  onların  peşəkar  hazırlığı  və  yenidən 
hazırlanması  sistemi  tamamilə  yenidən  qurulmalıdır.  Təcrübəli  məktəb  kitabxanaçılarının 
təhsil  problemlərinin  həlli  üçün  qısa zamanda  intensiv  distant  təhsil  rejimində  kredit  sistemi 
ilə rəsmi dövlət təhsili diplomu almasını təmin edəcək alqoritmlərin hazırlanması vacibdir. Bu 
bizim peşəkar kitabxanaçılar ictimaiyyətinin və respublika səviyyəli təhsili idarəedici orqan-
ların  illərlə birgə həll  etməli olduğu  ciddi problemdir. ABŞ, Kanada, Cənubi  Korea, Böyük 
Britaniyada  peşəkar  məktəb  kitabxanaçılarının  hazırlanması  həyata  keçirilir.  Bu  yenidən 
hazırlanmanın  standartını  peşəkar  təşkilatlar  sifariş  edir.  Düşünürəm  ki,  biz  də  bu  yolla 
getməliyik.  Bizim  əsas  məqsədimiz  yüksək  innovativ  biliklərin  təcrübədə  zərər  görməməsi 
olmalıdır.  
İnnovativ təlim metodlarını tətbiq edən təhsilin məzmununun səmərəli mənimsənilmə-
sini  təmin  edən  səriştəli  kitabxanaçıların  formalaşdırılması  və  peşəkarlığının  yüksəldilməsi 
müasir  təhsilin  inkişafında  olduqca  mühüm  istiqamətlərdəndir.  Məktəb  kitabxanaçılarının 
yeni  sosial–texnoloji  vəzifələrin  həllinə  uyğunlaşmasının  mühüm  şərti  kadrların  ixtisasının 
müntəzəm surətdə artırılması və təkmilləşdirilməsidir ki, bu da fasiləsiz (əlavə) peşəkar kitab-
xana təhsilinin çərçivəsində həyata keçirilə bilər. Bu gün onlar təhsil sisteminin inteqral foku-
suna  çevrilirlər,  çünki,  kitabxana  potensialının  inkişafı  olduqca  vacib  fasiləsiz  peşə  təhsili 
prinsipinin tam reallaşmasına imkan verir. Müasir şəraitdə əlavə peşəkar kitabxanaçı təhsilin 
yenidən qurulmasının əməli vasitəsi kimi çıxış edir: bu yeni ideyalar, konsepsiyalar, texnolo-
giyaların mənimsənilməsinə imkan deməkdir. Bu məqsədlə fasiləsiz peşəkar kitabxana təhsili 
aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir.  
1.İxtisasartırma - Respublikanın məktəb kitabxanaçıları üçün – peşə ixtisası səviyyəsinə 
olan tələblərə müvafiq surətdə nəzəri və praktiki bilikləri təzələmək məqsədilə yeni istehsalat 
vəzifələrinin  həlli  zərurətinin  yaranması  ilə  əlaqədar  problem  mahiyyətli  və  ya  funksional  –
istiqamətlənmiş tədris kurslarının təşkili (qısa müddətli seminar və treninqlər). 
3.Peşənin artırılması- məktəb kitabxanalarında işləyən xüsusi təhsili olmayan kitabxana-
çılar üçün müəssisə rəhbərliyinin sifarişinə əsasən uzunmüddətli peşəyönümlü təhsil şəraitinin 
yaradılması.  
4.  Təcrübə  keçmək-  nəzəri  hazırlıq  nəticəsində  əldə  edilmiş  bilikləri  təcrübədə  möh-
kəmləndirmək  üçün  idarəçilik  bacarıqları  və  kitabxana  innovasiya  təcrübəsi  ilə  tanışlıq  üzrə 
kursların təşkili.  
5. Regionlarda məktəb kitabxanaçıları arasında qeyri-formal təhsil kanalları üzrə bilik-
lərin  operativ  aktuallaşdırılması  (konfranslar,  seminarlar,  müşavirələr,  ideaya  yarmarkaları, 
dəyirmi masalar, peşə tanışlığı turları və s.). 
7.Məktəb  kitabxanalarının  inkişaf  strategiyası,  informasiya  potensialı,  yeni  texno-
logiyaların tətbiqi. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 181 – 
 
8.―Məktəb  kitabxanalarının  informasiya  fəaliyyətində  internet  texnologiyalarının  tətbi-
qi‖ distant kursunun yaradılması. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin