AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

 
Həmin bu nitq ―Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin I cildində 141-ci səhifəsində 
qeyd  olunmuşdur.  Prezident  Heydər  Əliyev  eyni  zamanda  Türkiyənin  Respublika  elan 
edilməsinin  70  illiyi  münasibətilə  Türkiyə  prezidenti  S.  Dəmirələ  ünvanladığı  məktubda 
Azərbaycan  xalqının  qəlbindəki  Türkiyə  sevgisini  belə  ifadə  edir:  ―Azərbaycanlıların 
qəlbində Türkiyənin xüsusi yeri var. Sizin müdrikliyiniz sayəsində Azərbaycan və Türkiyə 
daha da yaxın olacaq, daha da doğmalaşacaqdır.‖ (28 oktyabr 1993-cü il) (3,c.I,s.143)
 
Bu  məktub  isə  ―Müstəqilliyimiz  əbədidir‖  çoxcildliyinin  I  cildinin  143-cü  səhifə-
sində  əksini tapmışdır.  Istifadəçilər üçün təkcə  Türkiyə  ilə  deyil, bütün  dünya ölkələri ilə 
bağlı  ölkəmizin  münasibətlərini  Heydər  Əliyev  cənablarının  çıxışlarını  və  fikirlərini 
öyrənmək baxımından bu göstərici böyük əhəmiyyətə malikdir.  
Ümumilikdə digər xarici ölkələrlə Azərbaycan münasibətlərini izləmək baxımından 
―Müstəqilliyimiz  əbədidir‖  çoxcildliyinin  I-X  cildlərinin  köməkçi  göstəricisində  yer  alan 
―Coğrafi  adlar‖  göstəricisi  də  böyük  əhəmiyyətə  malikdir.  Belə  ki,  burada  təkcə  ümum-
milli  lider  Heydər  Əliyevin  dünyanın  bir  sıra  ölkələri  ilə  əlaqədar  deyil,  eyni  zamanda 
Azərbaycanın  bir-birindən  gözəl  guşələri,  rayonları,  kəndlərində  olan  çıxışları,  həmçinin 
onlar haqqında olan düşüncələri əks olunmuşdur. Göstəricinin bu bölməsinə nəzər saldıqda 
bəlli olur ki, Heydər Əliyev cənablarının Nardaran kəndi haqqında olan fikirləri ―Müstəqil-
liyimiz əbədidir‖ çoxcildliyinin I cildinin 481-ci səhifəsində, Pirşağı haqqında olan fikirləri 
VI cildin 212-ci səhifəsində, Maştağa və Suraxanı kəndləri haqqındakı fikirləri isə müvafiq 
olaraq VI cildin 48-ci səhifəsində və II cildin 149, 151 və 156-cı səhifələrində yer almışdır. 
Çoxcildlikdə eyni  zamanda Balaxanı  (cV. s.400), Binə  (c.I, s.414; s.546)  Əmircan (c.III, 
s.50), Keşlə (c.III, s.407) Şüvəlan (c.I, s. 480) kəndləri haqqında məlumatlar da əks olun-
muşdur. Ümumilikdə Abşeron haqqında olan məlumatlar isə I (s.58), II (s.149; s.156 ), IV 
(s.382; 384;  385), VIII  (s.373) və  IX  (s.130) cildlərdə  yer almışdır. Bakı  şəhəri haqqında 
olan  məlumatları  əldə  etmək  baxımından  ―Coğrafi  adlar‖  göstəricisi  mühüm  əhəmiyyətə 
malikdir. Bölməyə nəzər saldıqda aydın olur ki, ümumilli liderin Azərbaycanın coğrafiyası 
haqqında  olan  çıxışları  çoxcildliyin  I;  II;  III;  IV;  V;  VI;  VII;  VIII;  XIX-cu  cildlərinin 
müvafiq  səhifələrindən əldə etmək mümkündür.  Onu da qeyd edək ki,  coğrafiya  elmi  və 
digər  təbiət  elmləri  sahəsində  çalışan  gənc  alim  və  mütəxəssislərin  xaricdə  təhsil  alması 
məhz  cənab  Heydər  Əliyevin  təşəbbüsləri  nəticəsində  baş  tutmuşdur.  Belə  ki  1960-cı 
illərdə fizika, riyaziyyat kimya, astranomiya və s kimi elmlər üzrə ixtisaslı kadrlara ehtiyac 
vardı. Həmin ilin sonuna kimi yüzlərlə kadrın Rusiyanın müxtəlif ölkələrinə göndərilməsi 
ölkədə təbiət üzrə elmlərin inkişafına da təkan olmuşdur. 
Köməkçi  göstəricinin  ―Şəxsi  adlar‖  bölməsində  ulu  öndərin  Azərbaycanın  inkişafı, 
tarixi və mədəniyyətində böyük rol oynayan mühüm şəxsiyyətlər haqqında fikirlərinin yer 
aldığı  cildlər  və  onların  səhifələri  göstərilmişdir.  Heydər  Əliyev  cənablarının  prezident 
İlham  Əliyev  haqqında  fikirlərilə  maraqlanan  oxucular  köməkçi  göstəricinin  I  (s.55),  II 
(s.202), V (s.38) və VIII (s.338) cildlərdən məlumat ala bilərlər. 
Heydər Əliyev kitaba, kitabxanaya yüksək qiymət vermişdir. 
―Müstəqilliyimiz əbədi-
dir‖ çoxcildliyinin I-IX cildlərinin köməkçi aparatına əsasən qeyd edə bilərik ki, ulu öndə-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 239 – 
 
rin Axundova adına Milli Kitabxanada kitabxana, kitab haqqında olan fikirləri ―Müstəqilli-
yimiz əbədidir‖ çoxcildliyinin III və V cildlərində öz əksini tapmışdır. 
 
Çoxcildliyin III cildində ulu öndər Heydər Əliyevin Axundov adına Milli kitabxana-
da ―Vətənə, dövlətə, xalqa sədaqət andı‖ miniatür kitabının təqdimat sərgisində kitabxana 
haqqında  bu  fikirləri  söyləmişdir:  ―Kitabxana  xalq,  millət  üçün  müqəddəs  bir  yer,  mənə-
viyyat,  bilik,  zəka  mənbəyidir.  Ona  görə  də  kitabxanaya  daimi  hörmət  xalqımızın 
mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Mən bu kitabxanaya dəfələrlə gəlmişəm. 
Amma  bu  gün  kitabxananın  astanasından  keçərkən  çox  böyük  hörmət  və  ehtiram  hissi 
duyuram.‖ (3, c.III, s.473 ) 
Həmin  çıxışında  ümummilli  liderimiz  Azərbaycan  kitabı  haqqında  belə  demişdir. 
―Azərbaycanda  kitab  çapının  tarixi  böyükdür.  Yaxın  keçmişdə  Azərbaycan  Respublikası 
onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə məzmununa və formasına görə müxtəlif, 
çox  maraqlı  nəfis  kitablar  buraxılmışdır.  Bu  nəşrlər  dünyanın  bir  çox  ölkələrində  də 
Azərbaycanı təmsil edir, onun haqqında biliklər verir.‖ (3, c. III, s.473 ) 
Ümumilikdə qeyd etmək lazımdır ki, köməkçi göstərici çoxcildlikdən istifadəni asan-
laşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir.  
Çoxcildlikdən  istifadəni  asanlaşdırmaq  məqsədini  daşıyan  II  göstərici  də  nəşr 
olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin və M.F.Axundov adına Milli kitabxana-
nın birgə lahiyəsi olan bu göstərici 2010-cu ildə çapdan çıxmışdır. Göstərici 512 səhifədən 
ibarətdir və ―Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin X və XXVIII cildlərindən oxucuların 
istifadəsini asanlaşdırmaq baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Bu göstəricidə 
də  digərində  olduğu  kimi  materiallar  ―Qeydlər‖,  ―Şəxsi‖  və  ―Coğrafi‖  adlar  bölməsində 
əlifba sırası ilə düzülmüşdür.  
―Qeydlər‖ bölməsində digər bölmələrdə (―Coğrafi adlar‖, ―Şəxsi adlar‖) verilən mə-
lumatların  izahlı  açıqlaması  verilir.  Qeydlər  bölməsinə  nəzər  saldıqda  aydın  olur  ki,  çox-
cildlikdə  N.Xəzri,  N.Zeynalova,  M.Gülgün,  M.Füzuli,  M.T.Sidqi,  M.Dilbazi,  Anar,  Mə-
həmməd  Peyğəmbər,  A.Babayev  kimi  görkəmli  şəxsiyyətlər  haqqında  olan  məlumatlar 
çoxcildliyin müvafiq bölmələrində əks olunur. Lakin göstəricidə qeyd olunan şəxslərin və-
zifəsi  çoxcildliyin  nəşr  edildiyi  zamana  müfaviq  qeyd  edilmişdir.  Azərbaycan  Respub-
likasının xarici ölkələr ilə münasibətlərini müəyyən etmək məqsədilə göstəricidəki ölkələr 
haqqında olan qeydlərə  nəzər yetirmək kifayətdir. Göstəriciyə nəzər  yetirdikdə aydın olur 
ki,  Amerika  Birləşmiş  Ştatları  haqqında  ümummilli  liderin  çıxışları  göstəricinin  müvafiq 
cildlərinin (c. XI; XII; XVI; XIX; XX; XXI; XXII; XXIV; XXV; XXVII) müvafiq səhifə-
lərində  əks  olunmuşdur.  Ancaq  Moldova  respublikası  haqqında  isə  cəmi  I  cilddə-  XXIV 
cildin 265 və 307-ci səhifələrində materiallar verilmişdir. 
Şəxsi adlar göstəricisində ümummilli liderin müxtəlif şəxsiyyətlər haqqında olan bir-
birindən dəyərli çıxışlarının yer aldığı cildlər haqqında olan məlumatlar oxuculara təqdim 
olunmuşdur.  Bu  bölmədə  verilmiş  məlumatlar  H.Əliyevin  dahi  şəxsiyyətlər  haqqında 
fikirlərini  öyrənmək  baxımından  olduqca  böyük  əhəmiyyət  kəsb  edir.  Burada  həm  xarici, 
həm  də  azəri  sənətkarlar  haqqında  olan  məlumatlar  əlifba  sırası  ilə  düzülmüşdür. 
Göstəriciyə əsasən müəyyən etmək olar ki, H.Əliyevin R.Rza haqqında çıxışları XIII; XV; 
XVII;  XVIII;  XIX;  XXVI;  XXVII;  XXVIII  cildlərdə,  Nigar  Rəfibəyli  haqqında  fikirləri 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 240 - 
XIII;  XV;  XIX;  XXV  cildlərdə,  yazıçı  Anar  haqqında  düşüncələri  isə  XIII;  XIV;  XV; 
XVII;  XIX;  XXII;  XXIII;  XXV;  XXVI;  XXVIII  cildlərdə  verilmişdir.  Göstəricinin  XIII 
cildinin IX səhifəsində Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində yaşlı nəsildən olan 
görüşündən giriş sözü əksini tapmışdır. Ulu öndər Azərbaycan ədəbiyyatına olan sevgisini 
öz  çıxışında  belə  əsaslandırmışdır:  ―Mən  düşünürəm  ki,  Azərbaycan  xalqının  müsbət 
keyfiyyətlərindən biri də odur ki, mədəniyyətə, ədəbiyyata daim diqqət göstərib və hörmət 
ediblər.  Bilmirəm  bəlkə  səhv  edirəm  ancaq  yazıçıya,  şairə,  mədəniyyət  xadiminə  bizim 
Azərbaycandakı  kimi  hörmət  və  ehtiram  bəlkə  də  az  yerlərdə  tapılar.  Bunun  kökləri  var, 
çünki  bizim  ədəbiyyatımız  da,  mədəniyyətimiz  də  zəngindir,  ədəbiyyatımızı,  mədəniyyə-
timizi və tariximizi zənginləşdirən dahi şəxsiyyətlərimiz də olubdur. Ona görə də xalq bu 
şəxsiyyətlərlə həmişə fəxr edərək, onların yaratdıqlarını həmişə sevə-sevə oxuyaraq mədə-
niyyətə, ədəbiyyata hörməti nəinki saxlayıb, hətta artırıbdır.‖(4,c.XIII,s.9)  
Hörmətli  prezidentin  çıxışından  sonra  Azərbaycan  Yazıçılar  Birliyinin  sədri  yazıçı 
Anar,  Xalq  şairi  Qabil,  yazıçı  Əkrəm  Əylisli,  Respublika  Mətbuat  və  İnformasiya  Naziri 
yazıçı Elçinin dinlənilən çıxışları müvafiq dildə yer almışdır.  
Göstəricinin son bölməsi ―Coğrafi adlar‖ bölməsi adlanır. Bu bölmədə müxtəlif ölkə, 
şəhər, çaylar, dənizlər və müxtəlif coğrafi obyektlər haqqında olan materiallar əlifba sırası 
ilə düzülmüşdür. Beləliklə  də  ―Müstəqilliyimiz  əbədidir‖ çoxcildliyinin X-XXVIII  cildlə-
rində  materiallar  bu  bölmədə  toplanmış  və  oxuculara  təqdim  olunmuşdur.  Bakı  haqqında 
ulu  öndərin  fikirlərini,  çıxışlarını  əks  etdirən  materillar  çoxcildliyin  X  cildindən  XXVIII 
cildə qədər olan bütün cildlərdə əks olunmuşdur.   
Bildiyimiz  kimi  bütün  dünyada  məşhur  olan  Bakı-Ceyhan  neft  kəmərinin  salınma-
sında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun böyük səyləri 
nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri 1998-ci  il oktyabrın  29-da  Azərbaycan, Tür-
kiyə,  Gürcüstan,  Qazaxıstan,  Özbəkistan  prezidentləri  və  ABŞ-ın  Energetika  naziri  Bakı-
Tbilisi-Ceyhan marşrutunu müdafiə edən ―Ankara bəyənnaməsini imzalamışlar. Uzunluğu 
1695 km olan Bakı-Tblisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilmişdir.
 
(5,s.40)  
Heydər Əliyevin bu məsələ ilə bağlı bütün çıxışları ―Müstəqilliyimiz əbədidir‖ çox-
cildliyininXX;  XXI;  XXII;  XXIII;  XXIV;  XXV;  XXVI;  XXVII;  XXVIII  cildlərində  yer 
almışdır.  ―Xam  neftin  Azərbaycan  respublikasi,  Gürcüstan  və  Тürkiyə  respublikasinin 
əraziləri  ilə  Baki–Tbilisi–Ceyhan  əsas  ixrac  boru  kəməri  vasitəsilə  nəql  edilməsinə  dair 
Аzərbaycan respublikası, Gürcüstan və Türkiyə respublikasi arasında saziş‖in imzalanması 
mərasimindəki nitqində Heydər Əliyev qətiyyətlə bu fikri söyləmişdir: ―Mən bu gün böyük 
iftixar  hissi  keçirirəm.  Ona  görə  ki,  beş  il  bundan  öncə,  1994-cü  ilin  sentyabr  ayında 
Bakıda imzalanmış ―Əsrin müqaviləsi‖ adlı böyük neft müqaviləsinə, Хəzər dənizinin neft 
və  qaz  ehtiyatlarından  müştərək  istifadə  etmək  üçün  yaranmış  konsorsiumun  tərkibinə 
Аzərbaycan, Аmerika Birləşmiş Ştatları, Аvropa ölkələri, Тürkiyə və Rusiya daxildirlər və 
bu  müqavilənin  imzalanmasından  beş  il  keçəndən  sonra  həmin  müqavilə  imzalanarkən 
nəzərdə tutulmuş Bakı–Тbilisi–Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün artıq bu gün 
bu  sənədlər  imzalandı.  Məlumdur  ki,  bu,  asan  iş  deyildi.  Bizim  qarşımızda  çox  böyük 
çətinliklər var idi. ―Əsrin Müqaviləsi‖ni imzalayanda da biz böyük çətinliklərlə rastlaşdıq. 
Sonra da Bakı–Ceyhan neft kəmərini çəkmək üçün bizim qarşımızda çox böyük maneçi-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 241 – 
 
liklər, əleyhimizə çıxanlar var idi. Ancaq biz öz iradəmizi itirmədik, başladığımız işi axıra 
çatdırdıq.‖ (3.c.XXIII,s.74)  
Ulu öndərin neft sənayesini və kimya elminin inkişafında göstərdiyi bütün bu səylər 
olduqca  təqdirə  laiqdir.  Məhz  onun  bu  səyləri  sayəsindədir  ki,  hazırda  ölkəmiz  dünya 
ölkələri arasında laiqli  yerini tapmışdır. Ulu öndər Heydər Əliyevin təbiət elmləri ilə  ya-
naşı ümumilikdə Azərbaycan elmi siyasəti, hörmətli prezidentimiz İlham Əliyev tərəfindən 
uğurla davam etdirilir.  
Nəticə  olaraq  qeyd  etmək  lazımdır  ki,  ulu  öndərimiz  Heydər  Əliyevə  həsr  olunmuş 
―Müstəqilliyimiz  əbədidir‖  çoxcildliyinə  verilmiş  köməkçi  göstəricilər  Heydər  Əliyev 
irsini  tədqiq  edən  elmi  işçilər  üçün,  eyni  zamanda  onun  irsini  öyrənən  yeni  nəsil  üçün 
böyük əhəmiyyətə malikdir, bütövlükdə cəmiyyətin biblioqrafik təminatında əvezedilməz 
biblioqrafik ehtiyatdır.  
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
―Kitabxana 
işi 
haqqında‖ 
Azərbaycan 
Respublikasının 
Qanunu.-B., 
//Azərbaycan,1999.-14 mart. 
2.
 
Dövlətçilik  müdrikliyi  Azərbaycan  müstəqillik  yollarında  mövzusunda  elmi-
nəzəri  konfransın  materialları  (2  may  2002-ci  il  (tarixi  həqiqətlər,  faktlar  və 
reallıqlar) Bakı: Universiteti Nəşriyyatı,2002.- 526 s. 
3.
 
Əliyev  Heydər//  Müstəqilliyimiz  əbədidir.XXXVIII  c.-də.I  c.-  Azərnəşr,  1997.- 
612 s. 
4.
 
Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir.  Coxcildliyin  I-X  cildlərinin  köməkçi 
göstəricisi  (Qeydlər,  şəxsi  və  coğrafi  adlar  göstəriciləri)/  M.F.Axundov  adına 
Azərbaycan Milli kitabxanası.-Bakı,2010.-512s 
5.
 
Heydər  Əliyev.  Müstəqilliyimiz  əbədidir.  Coxcildliyin  X-XXVIII  cildlərinin 
köməkçi  göstəricisi (Qeydlər, şəxsi  və coğrafi  adlar  göstəriciləri)/  M.F.Axundov 
adına Azərbaycan Milli kitabxanası.-Bakı,2010.-512s 
6.
 
Xələfov  A.A.  Kitabxanaşünaslığa  giriş.  Dərslik.  I  hissə.-B.,  Bakı  Universiteti 
Nəşriyyatı, 2001.-400 s. 
7.
 
Xələfov  A.A.  Kitabxanaşünaslığa  giriş.  Dərslik.  II  hissə.-B.,  Bakı  Universiteti 
Nəşriyyatı, 2003.-314 s. 
8.
 
Xələfov  A.A.  Azərbaycanda  kitabxana  işinin  tarixi:  Dərslik.  II  hissə.-  B.:  ―Bakı 
Universiteti‖ nəşriyyatı, 2007.-552 s. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 242 - 
Khayala Hajiyeva 
 
SEARCH OPPORTUNITIES OF THE VOLUMINOUS EDITION NAMED 
“MÜSTƏQILLIYIMIZ ƏBƏDIDIR”  WHICH WAS DEDICATED TO  
NATIONAL LEADER HEYDAR ALIYEV AND HIS ROLE IN  
DEVELOPMENT OF LIBRARY SCIENCE 
 
Summary 
The  article  reflects  the  analysis  of  the  subsidiary  indicator  named  “Müstəqilliyimiz 
əbədidir”  which  was  dedicated  to  Heydar  Aliyev.  The  article  informs  people  about  the 
information security of that subsidiary indicator.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 243 – 
 
Mehriban Nizami qızı Cəfərova  
Azərbaycan Milli Kitabxanası, şöbə müdiri 
 meka.aslan@mail.ru  
 
 
ĠNFORMASĠYA CƏMĠYYƏTĠNDƏ BĠBLĠOQRAFĠYA 
ĠġĠNĠN TƏġKĠLĠ VƏ VEBLĠOQRAFĠYALAR 
 
Açar sözlər: biblioqrafiya, veblioqrafiya, biblioqrafik vəsait, informasiya təminatı. 
 
Müasir informasiya erasının yaranması informasiyaya olan tələbatı və onun ödənilməsi 
işini  keyfiyyət  və  operativlik  baxımından  daha  əsaslı  surətdə  təşkilini  zəruri  edir.  Belə  ki, 
şəxsiyyətin informasiya  mədəniyyətinin  formalaşmasında, informasiya tələbatının  ödənilmə-
sində biblioqrafiyanın mühüm rolu vardır. Kitabxana-biblioqrafiya işi informasiya cəmiyyəti-
nin çoxşaxəli və sonsuz informasiya tələbatının ödənilməsində yeni və mürəkkəb mərhələyə 
qədəm  qoyub.  Cəmiyyətin  müxtəlif  təbəqələrinin  informasiyaya  olan  ehtiyacını  ödəməklə 
bütün elm sahələrinin mütəxəssislərinin və ümumilikdə cəmiyyətin tərəqqisini sürətləndirmiş 
oluruq.  
Müasir dövrümüzdə elmin və texniki tərəqqinin böyük vüsət alması, elmi tədqiqatların 
nəticələrinin cəmiyyət həyatına, praktikaya tətbiq edilməsi, texnologiyanın və texniki proses-
lərin sürətli inkişafı nəticəsində informasiya axınının artımı, köhnəlməsi və səpələnməsi həd-
siz dərəcədə çoxalmış, bu informasiya axınının işlənməsi, istehsal edilməsi və onun tələb olu-
nan  istiqamətlərə  yönəldilməsi  insanların  imkanları  dairəsindən  kənara  çıxmışdır.  (4,  S.228) 
Onun  üçün  də  biblioqrafik  fəaliyyət  bir  yolgöstərici  kimi,  bütün  bu  informasiyanın  işlənib, 
sistemləşdirilib  istifadəçilərə  çatdırılması  sahəsində  iş  həyata  keçirən  mühüm  fəaliyyət 
sahəsinə çevrilmişdir. 
İnformasiya təminatını ödəyən əsas sosial institutlardan biri də kitabxanalardır. Onların 
işinin  müsbət  nəticəsi  cəmiyyətin  və  ayrı-ayrılıqda  sosial  qrupların  lazımi  informasiya  ilə 
təmin  edilməsi  ilə  ölçülür.  İnformasiyanın  işlənməsi  və  onların  əsasında  yeni  informasiya 
mənbəsinin yaradılması və beləliklə fundamental və bütöv məlumatın çatdırılması qarşıya qo-
yulan əsas vəzifə olmalıdır. Sürətli informasiya axını ilə işləməyi bacarmaq, onu tələbatçılara 
effektiv şəkildə ötürmək biblioqrafiya işinin əsasını təşkil edir.  
Lazımınca və ya ümumiyyətlə işlənməyən sahəvi və şəxsi biblioqrafik vəsaitlər bu sahə-
lərdə olan informasiya boşluğunu qaçılmaz edir. Bu da müasir dövrlə ayaqlaşa bilməmək və 
ümumi axından geridə qalmağa gətirib çıxarır. Bu səbəbdən də müasir informasiya cəmiyyə-
tində sürətli informasiya axınının düzgün sistemləşdirilib çatdırılması vacibdir. ―Çap əsərləri-
nin  informasiya dəyəri  getdikcə  artır.  Bununla belə  onun normal  şəkildə  fəaliyyət  göstərmə-
sinə mane olan çətinliklər baş verir. Bu çətinliklərdən biri onun miqdar artımı ilə bağlıdır. Çap 
əsərlərinin  fasiləsiz  olaraq  kəmiyyət  və  keyfiyyət  artımı  onlardan  məqsədyönlü,  səmərəli 
istifadə etməyi olduqca çətinləşdirir.‖ (3, S.10.) Sənəd kütləsinin artması, bu kütləyə İnternet 
kimi  qlobal  şəbəkənin  də  mənbələrinin  qoşulması  yüksək  sürətlə  və  dayanmadan  fəaliyyət 
göstərməyi biblioqrafiya işi sahəsində ən əsas vəzifəyə çevirir. Ona görə də birinci növbədə 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 244 - 
mütləq  informasiya  ilə  işləməyi  bacaran,  lazımi  informasiyanı  axtarmağa  qadir  olan,  onu 
sistemləşdirə və onunla işləməyi asanlaşdıra bilən ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi 
labüddür. Bundan əlavə fasiləsiz fəaliyyət və elmi yanaşma əlavə edilərək informasiyaya olan 
ehtiyacı ödəmək mümkündür.  
Эnformasiya  tələbatэnэn  keyfiyyəti  onun  hansэ  informasiya  resurslarэ  ilə 
цdənilməsindən  asэlэdэr.  Əlbəttə  ki,  ilk  nцvbədə  onu  deyək  ki,  heз  bir  kitabxana  və  ya 
elektron məlumat bazasэ цz tərkibində bьtьn potensial lazэmi informasiyanэ mьhafizə etmək 
iqtidarэnda  deyil.  Lakin  maksimum  юəkildə  lazэm  olan  informasiyanэn  baюqa 
mьəssisələrdən və elektron resurslardan əldə edilib təqdim edilməsi məqsədəuyрundur. Bunun 
ьзьn  isə  mьtəxəssisin  dərin  elmi  biliklərə  və  informasiya  ilə  iюləmək  bacarэрэna  malik 
olmasэ  əsas  юərtdir.  ―Ardэcэl,  məqsədyцnlь  və  sistemli  informasiya  ьзьn  lazэm  olan 
sənədlərin əldə edilməsi və dəqiq seзilməsi indi daha da зətinləюir. Bunu təmin edən kцməkзi 
vasitəyə  bцyьk  ehtiyac  var.  Sənədlər  və  informasiya  tələbatзэlarэ  arasэnda  bəюəriyyətin 
topladэрэ mцhtəюəm sənəd kьtləsindən daha mьtərəqqi və səmərəli istifadə olunmasэna təsir 
gцstərən belə vasitəзilərdən biri də biblioqrafiyadэr.‖ (3, S.11.) Bildiyimiz kimi biblioqrafiya 
əsasən,  istifadəзilərə  sənədlərin  цzlərini  yox,  onlar  haqqэnda  informasiyanэ  зatdэrэr.  Lakin 
texniki  tərəqqi  nəticəsində  elektron  resurslarda  –  elektron  məlumat  bazalarэnda,  elektron 
kataloqlarda,  veblioqrafiyalarda  və  s.-də  biblioqrafik  məlumatэn  mətni  ilə  də  tanэю  olmaq 
mьmkьn olan hala зevrilmiєdir.  
Beləliklə, mьəyyən mцvzu və юəxs haqqэnda biblioqrafik təsvirlərin mьtəюəkkil toplu-
sunu  əks  etdirən  və  istifadəзilərin  ixtiyarэna  verilən  bilbioqrafik  vəsaitlər  vasitəsilə 
informasiya  cəmiyyətinin  biblioqrafiya  iєinin  təєkilinin  bir  formasэ  həyata  keзirilmiю  olur. 
Respublikamэzda  kitabxana-informasiya  iєini  həyata  keзirən  yetəri  qədər  mьəssisə  fəaliyyət 
gцstərir.  Bu  mьəssisələrdən  biri  də  M.F.Axundov  adэna  Azərbaycan  milli  kitabxanasэdэr. 
Kitabxana  bu  sahədə  bцyьk  və  səmərəli  fəaliyyət  gцstərir.  Ümumiyyətlə,  Milli  kitabxanada 
biblioqrafiya işinin müxtəlif sahələrində fəaliyyət göstərən: ―Çap məhsullarının qeydiyyatı və 
milli  biblioqrafiya‖,  ―Sorğu-informasiya  xidməti‖,  ―Analitik-elektron  məlumat  bazasının 
yaradılması‖,  ―Diyarşünaslıq  elmi  biblioqrafiya‖,  ―Elektron  kataloqun  formalaşdırılması‖ 
şöbələri fəaliyyət göstərir ki, bunlar da, biblioqrafiya işinin təşkilində müxtəlif istiqamətlərdə 
mühüm  işlər  aparır.  Onların  biblioqrafik  fəaliyyətinin  istiqamətləri  əldə  edilən  nəticənin  də 
çoxşaxəli olmasına gətirib çıxarır. İnformasiya tələbatçılarının sorğularının ödənilməsi burada 
tam  şəkildə  təmin  olunur.  Adlarını  çəkdiyimiz  hər  şöbə  və  istiqamət  haqqında  əlavə  olaraq 
geniş şəkildə söhbət açmaq və tədqiqat işi aparmaq olar.  
Milli  kitabxananın  nəşriyyat  fəaliyyəti  olduqca  səmərəli  və  keyfiyyət  baxımından  qə-
naətbəxşdir. Kitabxana biblioqrafik informasiya mənbələri yaradır və nəşr etdirir. Bu dəyərli 
nəşrlər Azərbaycan biblioqrafiyasının inkişafında əsas istiqamətlərdən birini təşkil edir. Tarixi 
ənənələrinə  sadiq  qalaraq  müasir  dövrün  bütün  tələblərinə  cavab  verən  biblioqrafik  nəşrlər 
oxuculara  təqdim  edilir.  ―Əməkdaюlarэmэz  tərəfindən  Milli  Kitabxananэn  ―Azərbaycanэn 
gцrkəmli  юəxsiyyətləri‖  seriyasэndan  ―Mir  Cəlal‖,  ―Aюэq  Ələsgər  –  190‖,  ―Mьslьm 
Maqomayev‖,  ―M.F.Axundov  –  200‖,  ―Elзin  Əfəndiyev‖,  o  cьmlədən  ―Nizami  Gəncəvi‖, 
―Mirzə Ələkbər Sabir -150‖, ―Musiqidə keзən цmьr - Эmruz Əfəndiyeva‖, ―Sabit Rəhman – 
100‖,  ―Azərbaycanэn  gцrkəmli  teatr  və  kino  xadimi  Ədil  Эsgəndərov‖  adlэ  юəxsi 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 245 – 
 
gцstəricilər,  həmзinin  ―Azərbaycanda  aviasiya  tarixi‖  (2  dildə,  2  kitabda),  ―Azərbaycan 
xalзasэ‖,  ―Heydər  Əliyev  Fondu  -  5  il‖,  ―Azərbaycan  ekologiyasэ  10  ildə‖,  ―Azərbaycan 
Respublikasэ  regionlarэnэn  sosial-iqtisadi  inkiюafэ‖  (2  cilddə),  ―Bakэ  və  ətraf  qəsəbələrin 
sosial-iqtisadi  inkiюafэ‖,  ―Heydər  Əliyev  adэna  Bakэ-Tbilisi-Ceyhan  neft  kəməri‖, 
―Azərbaycan  aviatorlarэ  Bцyьk  Vətən  mьharibəsində‖,  ―Beynəlxalq  terrorizm  və  onun 
Azərbaycana  mənfi  təsiri‖,  ―M.F.Axundov  adэna  Milli  Kitabxana  -  90‖  adlэ  elmi-kцməkзi 
biblioqrafiyalarэ,...  зap  olunmuю,  eyni  zamanda  həmin  gцstəricilərin  elektron  variantэ 
kitabxananэn saytэnda ―Kitabxanamэzэn nəюrləri‖ bцlməsində yerləєdirilmiюdir.‖ (1, S.65.) 
Azərbaycanэn  musiqi  xadimlərindən  ―Ьzeyir  Hacэbəyli‖,  ―Mьslьm  Maqomayev‖,  ―Fikrət 
Əmirov‖, ―Qara Qarayev‖, ―Cahangir Cahangirov‖, ―Niyazi‖, rəssamlardan ―Tahir Salahov‖, 
―Səttar Bəhlulzadə‖ və b. haqqэnda biblioqrafiyalar da iюlənib hazэrlanmэюdэr.  
Yuxarэda  adlarэ  зəkilən  biblioqrafiyalarэn  hər  biri  haqqэnda  xьsusi  olaraq  danэюmaq 
olar.  Onlarэn  hər  biri  цzьnəməxsus  tərtib  metodikasэ,  spesifik  formasэ  ilə  bir-birindən 
seзilirlər. Burada nəinki bibioqrafik informasiya verilir, eləcə də mцvzu aid əlavə materiallar 
da  oxucuya  зatdэrэlэr.  Onu  da  demək  lazэmdэr  ki,  kitabxanaюьnaslэq  elminin  tədqiqat 
obyektlərindən  biri  kimi  bu  biblioqrafik  vəsaitlər  haqqэnda  elmi  məqalələr  yazэlэr,  onlar 
təhlil edilir və alimlər tərəfindən yьksək qiymətləndirilirlər.  
1999-cu  ildə  qüvvəyə  minmiş  ―Kitabxana  işi  haqqında‖  Azərbaycan  Respublikasının 
Qanunu  ilə  ölkə  ərazisində  dərc  olunan  çap  məhsullarının  dövlət  uçotunu  aparmaq  və  arxiv 
fondunu yaratmaq Milli Kitabxanaya həvalə olunduğundan Milli Kitabxana informasiya təmi-
natını tam şəkildə həyata keçirmək məqsədilə milli biblioqrafik nəşrlər sistemini bərpa etmiş 
və  kitabxanada  Çap  məhsullarının  qeydiyyatı  və  milli  biblioqrafiya  şöbəsi  yaradılmışdır.  İlk 
növbədə  2004-cü  ildən  etibarən  respublika  ərazisində  dərc  olunan  çap  məhsullarının  retro-
spektiv  və  cari  biblioqrafiyasının  tərtibində  və  kitab  nəşri  statistikasının  aparılmasında 
mühüm əhəmiyyət  kəsb  edən ümumi  biblioqrafık vəsaitlərdən  ―Birillik Azərbaycan kitabiy-
yatı‖nın  çapı  bərpa  edilmişdir.  Eyni  zamanda  kitabxana  2006-cı  ildən  yeni  ədəbiyyatın  cari 
biblioqrafık göstəricilərini də tərtib etməyə başlamışdır. ―Yeni kitablar‖ adlı annotasiyalı bib-
lioqrafik gostərici rübdə bir dəfə nəşr olunur və həmin dövr ərzində Milli Kitabxananın fond-
larına  daxil  olan  bütün  yeni  ədəbiyyat  haqqında  informasiya  orada  öz  əksini  tapır.  Vəsaitdə 
Azərbaycan, rus və digər xarici dillərdə olan bütün nəşrlər elm sahələri üzrə qruplaşdırılır, hər 
bir kitabın annotasiyası və harada yerləşdiyi haqqında məlumat verilir. (1, S.79) 
Kitabxanalar hazırki dövrdə iki növdə biblioqrafik vəsaitlər işləyib hazırlayırlar: mətn 
formasında və elektron formada. Mübahisəsiz demək olar ki, elektron variantda olan vəsaitlə-
rin istifadəçilərə və yerlərə çatdırılması daha effektiv şəkildə həyata keçir. Belə ki, məsafədən 
göstərilən  biblioqrafik  xidmət  işi  daha  sürətlə  ötürülə  bilir.  Bundan  əlavə  çap  variantında 
əlavə edilməsi artıq mümkün olmayan materialı elektron formada mütəmadi olaraq yeniləmək 
və keyfiyyətcə zənginləşdirmək olur. Bu da informasiyanın fasiləsiz ötürülməsini təmin edir. 
Bundan  əlavə  yaradılan  elektron  məlumat  bazalarının  əhəmiyyəti  də  müasir  kommunikasiya 
sistemində danılmazdır. Bu zəngin məlumat bazalarında mövzu haqqında hərtərəfli informa-
siya,  üstəgəl  görsəllik  də  əlavə  olunmaqla,  yəni  əyani  şəkildə  əlavə  edilən  fotoşəkillər  və 
video görüntülər informasiya tələbatçısına dəqiq, hərtərəfli və yerində, operativ şəkildə infor-
masiya vermək qüvvəsinə malikdir. Eləcə də biblioqrafik təsvirlərə əlavə edilmiş tam mətnlər 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 246 - 
informasiya  ötürülməsi  işini  inanılmaz  dərəcədə  sürətləndirir.  Biblioqrafların  və  multimedia 
mütəxəssislərinin  birgə  fəaliyyəti  nəticəsində  yaradılan  bu  elektron  biblioqrafiya  resursları 
müasir  dövrdə  biblioqrafiya  işinin  təşkilində  mühüm  vasitələrdən  biridir.  Hazırki  gəncliyin 
əsasən  İnternet  vasitəsilə  informasiya  əldə  etməyə  öyrəncəli  olduğu  bir  vaxtda  bu  elektron 
məlumat  bazalarının tərtibi qarşıya qoyulan vəzifələrdən biridir.  (10, С.110-114) Kitabxana-
nın informasiya resursları, biblioqrafik komponentdən əlavə, faktoqrafik, tammətnli lokal və 
məsafədən  əldə  edilən  verilənlər  bazası  ilə,  müxtəlif  İnternet-resurslarla  zənginləşir.  (11, 
S.113-115)  
Belə  elektron  məlumat  bazalarına  misal  olaraq:  ―Heydər  Əliyev  –  mədəniyyətimizin 
hamisi‖, ―Xocalı soyqırımı‖, ―31 Mart azərbaycanlıların soyqırımı günü‖, ―Nizami Gəncəvi – 
870‖,  ―Üzeyir  Hacıbəyli  müasir  Azərbaycan  peşəkar  musiqi  sənətinin  və  milli  operanın 
banisi‖, ―Mir Cəlal irsi‖, ―Fikrət Əmirov – 90‖, ―Azərbaycan milli teatrı – 140‖, ―Qara Qara-
yev  –  notlarda  döyünən  ürək‖,  ―Qobustan‖,  ―Kitabxanaya  həsr  olunmuş  ömür  -  Abuzər 
Xələfov – 80‖ və b. elektron məlumat bazalarını göstərə bilərik.   
İstifadəçilərin  informasiya  sorğularının  təmin  edilməsi  məqsədilə  İnternet  informasiya 
resurslarından istifadə edilməsi – müasir kitabxanaların aktual məsələlərindən biridir. Bunun 
üçün  də  təcrübəyə  ―veblioqrafiyalar‖  daxil  olmağa  başladı.  İlk  dəfə  ―veblioqrafiya‖  termini 
Amerika  kitabxanaçıları  tərəfindən  1990-cı  ildə  ―Nyu-York  Tayms‖  qəzetində  istifadə  edil-
mişdir. Avropa mətbuatında bu terminə bir qədər sonra – ötən əsrin 90-cı illərinin ortalarında, 
Rusiya  və  Ukrayna  mətbuatında  isə  2000-ci  illərdən  başlayaraq  rast  gəlinir.  Veblioqrafiya  – 
saytların  siyahısı,  ən  lazımlı  saytlarla  istifadəçini  tanış  etmək  məqsədilə  dəqiq  surətdə 
seçilmiş və müəyyən qaydada sistemləşdirilmiş informasiyadır. Veblioqrafik vəsaitlər – bib-
lioqrafik vəsaitlərin xüsusi növü olub, qlobal şəbəkənin kommunikasiya kanallarının istifadəsi 
mümkün olan elektron resurslarını özündə əks etdirir (veb-resursları). Belə vəsaitlər – mühüm 
axtarış  mənbələridir.  Lazım  olan  veb  saytların  araşdırılıb  tapılması,  onların  ünvanlarının 
dəqiqliyi, professional şəkildə mövzunu tədqiq üçün və başqa bu kimi səbəbdən kitabxanaçı-
biblioqraflar  veblioqrafiyalar  işləyib  hazırlamalıdırlar.  Axtarışın  keyfiyyətli  nəticəsini  əldə 
etmək  üçün  kitabxanaçı  tərəfindən  tövsiyə  olunan,  inanılmış  və  rəsmi  saytlardan  istifadə 
edilməli, mənbə ən aktual informasiyanı özündə əks etdirməlidir.  
Bu  gün  əminliklə  deyə  bilərik  ki,  virtual  biblioqrafiya  artıq  kitabxanaların  mühüm  iş 
istiqamətlərindən birinə  çevrilib.  Virtual  texnologiyaların informasiya işində  istifadəsi  kitab-
xana  istifadəçilərinə  aktual  və  operativ  informasiyanın  əldə  edilməsində  sərhədsiz  imkanlar 
verir.  İnternet  qlobal  şəbəkəsindəki  materiallardan  istifadə  olunması  həm  labüddür,  həm  də 
bir qədər çətinlik yaradır. Bu vəsaitlər istər çap, istərsə elektron formada ola bilər.  
Biblioqrafiyanın müasir texniki vasitələrlə yaradılması və təşkili sistemində araşdırma-
lar  aparan  tədqiqatçıların  fikrincə  onun  əsas  funksiyalarının  təqdim  edilməsi  və  reallaşdırıl-
ması prosesi dəyişilsə də, biblioqrafik informasiya xidmətinin məğzi dəyişilməz olaraq qalır.  
Biblioqrafik  fəaliyyətin  məqsədi  informasiya  sədlərinin  aşılması,  sənəd  kommunikasi-
yaları sistemində sənədlərin hərəkət sisteminin və onlar haqqında məlumatların qaydaya salın-
ması, spesifik biblioqrafik metodlarla sənəd və informasiya tələbatçıları arasında müvafiq uy-
ğunlaşrmanın təmin edilməsidir.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 247 – 
 
İnformasiya cəmiyyətində biblioqrafiya işinin təşkili üçün ilk növbədə informasiya mə-
dəniyyətinə malik olmaq lazımdır. Bunun üçün informasiya ilə savadlı və məqsədyönlü işlə-
məyi bacarmaq, onun yaradılmasında, yenidən işlənməsində, ötürülməsində və ödənilməsində 
yeni  informasiya  texnologiyalarından,  müasir  metodlarından  istifadə  etmək  qabiliyyətləri 
günü-gündən inkişaf etdirilməlidir. Biblioqrafik fəaliyyət bu gün öz üzərində informasiya tex-
nologiyalarının böyük təsirini hiss edir və bu təsir altında intensiv surətdə dəyişilir. Biblioqra-
fik proseslərin avtomatlaşdırılması biblioqrafların əməyini daha da çətinləşdirmişdir.  
Ölkənin  inkişaf  səviyyəsi  onun  informasiyalaşdırılmasının  səviyyəsindən  çox  asılıdır. 
Bu onun çiçəklənməsini və rəqabətqabiliyyətinin yüksəlməsini təmin edir. Bu informasiyanın 
düzgün  toplanması,  sistem  halına  salınması,  ondan  istifadənin  asanlaşdırılması  isə  bir  başa 
biblioqrafların öhdəsinə düşən vəzifədir. Cəmiyyətin biblioqrafiyaya olan təminatının düzgün 
və operativ ödənilməsi üçün mütəxəssislər durmadan öz üzərlərində çalışmalı, təcrübə müba-
dilələri aparmalı, yeni-yeni biblioqrafik məhsullar ortaya qoymalıdırlar.  
Hazırki dövrdə biblioqrafik fəaliyyət artıq yeni metodlarla iş üsulunu xeyli dəyişmişdir. 
Lakin  buna  baxmayaraq  istər  nəşr  formasında,  istərsə  də  elektron  formada  olmasına  bax-
mayaraq bu sahənin əhəmiyyəti və vacibliyi danılmaz fakt olaraq qalır.  
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin