Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Dizayn” kafedrasının B/müəllimi Dadaşova A. S



Yüklə 43,78 Kb.
səhifə3/8
tarix26.02.2023
ölçüsü43,78 Kb.
#85649
növüMühazirə
1   2   3   4   5   6   7   8
UNEC 1677167047

İllüstrator
İllüstrator – yazılmış mətn yaxud əhvalat əsasında obraz yaradan insan-rəssamdır. Məhz onlar kitab və jurnallarda, eləcə də digər çap nəşrlərdə tematik (mövzulu) şəkillər yaradırlar. Saytlarda gördüyünüz illüstrasiyalar da onların iş və fəaliyyətlərinin nəticəsidir. Təsvir emosiyalar və məzmunla tamamlanmalı, mətnin müəllifi tərəfindən qoyulmuş ideyanı parlaq bir surətdə çatdırmalıdır. İllüstratorun başlıca vəzifəsi də məhz budur – yazılanları rəsm vasitəsilə mümkün qədər qısa və tutumlu bur surətdə çatdırmaq.
Müasir illüstrator – bu, sadəcə kitabların mətninə rəsmlər yaradan yaxud filmlər və multiplikasiya filmləri üçün kadrlar bölgüsünü (rəsmlər seriyasını) ərsəyə gətirən rəssam deyil. Hal-hazırda illüstratorlar həm də reklam çarxların kadrlar bölgüsü ilə də məşğul olur (“storibordlar” hazırlayırlar), İnternet-saytlar üçün illüstrasiyalar, kompyuterin iş stolu adlandırılan ekrandakı sahə üçün divar kağızları (wallpapers), kiçik web-şəkillər və avatarlar yaradırlar. Savadlı mütəxəssis şəkillər əmələ gətirməyi, fotoşəkilləri emal etməyi, eskizlər işləyib hazırlamağı bacarır. Bu məqsədlə illüstratorlar təsviri sənətinin müxtəlif texnikalarının nəhəng sayda olan növlərinə bələd olmalı və onlardan istifadə etməyi bacarmalıdır.
Rəssam-illüstrator olmaq üçün rəsm çəkmə texnikasını mənimsəmək lazımdır. Çünki məhz bu texnika sifarişçilərin əsas tələbidir. Şəkil çəkmə – hər bir illüstratorun əsas vəzifəsidir. Bu iş müxtəlifliyi və yaradıcılıq bolluğu ilə seçilir, o, xeyli həzz və zövq bəxş etmək iqtidarındadır. Yaxşı illüstrator heyranedici və güclü inkişaf etmiş fantaziyayaya malikdir.
İllüstrasiyanın növləri
İllüstrasiya çox və müxtəlif nəşr məhsullarının tərkib hissəsidir. Demək olar ki, hər növ çap məhsulu, eləcə də kitab növləri illüstrasiyalarla buraxılır. Hər növün, janrın da illüstrasiyası özünəməxsus əlamətlər daşıyır.
Başlıq, şüar və ya mətn kimi şifahi elementləri vizual şəkildə izah edən və ya şərh edən bütün elementlər ümumiyyətlə "Illustrasiya" adlanır. Təsvirlərin hazırlanmasında ənənəvi rəsm və rəngləmə materialları ilə yanaşı fotoqrafiya, kollaj və kompüter texnikaları istifadə olunur.
Reallığı göstərmək üsuluna görə, illüstrasiyalar bədii-obrazlı və elmi-idraki illüstrasiyalara bölünür.
Bədii - obrazlı illüstrasiyalar əsasən ədəbi və bədii nəşrlər üçün vizual təsvirlərin köməyi ilə bir ədəbi əsərin ümumi təəssüratını artırmaq məqsədi ilə yaradılır. Bu, süjetin passiv təkrarlanması deyil, yaradıcı bir şəkildə yenidən baxılması və kitab qrafikasında şərhidir. Bu cür illüstrasiyaların etibarlılığı və dəyəri əsərdə təsvir olunan hadisələrin baş verdiyi dövrün dəqiq əks olunmasında deyil, müəllif tərəfindən aşkar edilən münaqişənin mahiyyətinin həqiqi şəkildə ötürülməsindədir.
Elmi-idraki illüstrasiyalar canlı və ya cansız təbiətdəki obyekt və hadisələrin, insanın, insan fəaliyyətinin nəticələrinin, məntiqi və riyazi əlaqələrin şəkilləridir. İdrakın məqsədi bu və ya digər mövzu, bu və ya digər elmi həqiqət olacaqdır. Elmi-idraki illüstrasiyalar ətrafımızdakı dünyanı dərk etmək üçün bir vasitə rolunu oynayır, buna görə də onlardan mümkün qədər orijinala yaxın, qüsursuz dəqiqlik tələb olunur. Bu cür illüstrasiyalar üçün emosional və bədii deyil, elmi etibarlılıq vacibdir.
Öz növbəsində, elmi-idraki illüstrasiyalar informasiya mənbəyi kimi aşağıdakı qruplara bölünür:
- Şərtsiz obyektiv xarakterli illüstrasiyalar (rəsm, fotoşəkil);
- Şərti izahlı illüstrasiyalar (çertyoj, sxem, xəritə);

  • Geniş bir xarakterə aid, mücərrəd illüstrasiyalar (qrafik, riyazı rəsm).

Birinci qrupun illüstrasiyaları real - mövzudur, funksiyası obyektiv məlumat aparmaqdır. İkinci və üçüncü qrupların təsvirləri şərti mövzudur, onlarda olan məlumatlar obyektiv deyil, mücərrəddir, cisimlərin xüsusiyyətlərini onların müqayisəsində və ya fərqliliyində aşkar edir.
İllüstrasiyaları istifadə sahələri baxımından üç qrupa qruplaşdırmaq olar:


  1. Yüklə 43,78 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin