Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Dizayn” kafedrasının B/müəllimi Dadaşova A. S



Yüklə 43,78 Kb.
səhifə4/8
tarix26.02.2023
ölçüsü43,78 Kb.
#85649
növüMühazirə
1   2   3   4   5   6   7   8
UNEC 1677167047

Reklam illüstrasiyaları

Bir məhsulu və ya xidməti tanıtmaq məqsədi ilə görülən bu cür işdə detal ön plana çıxır. Kino, teatr və konsert afişaları, kaset və CD örtükləri, turistik reklamlar, qida qablaşdırmaları, press-relizlər, təqvimlər, təbrik kartları, stikerlər və etiketlər; reklam illüstrasiyalarının tətbiqi sahələrinə aiddir. Moda təsvirləri də reklam illüstrasiyalarında nəzərə alınır.

  1. Nəşr illüstrasiyaları

Nəşr illüstrasiyaları qəzetlərdə, jurnallarda, kitablarda və ensiklopediyalarda, məqalələr, xəbərlər, hekayələr, roman, şeir və izahalarda öz əksini tapır. Nəşriyyat sektorunda işləyən bir rəssam işləyəcəyi mətnin məzmunu barədə məlumat və fikirlərə sahib olmalıdır və mətndəki mesaj və duyğu rəngləmə dilinə çevirə bilməlidir. Qara və ağ illüstrasiya üsulları ümumiyyətlə qəzet təsvirlərində istifadə olunur. İllüstrasiyaların bədii bir forma şəklində ən sərbəst bir tətbiq sahəsi, əlbəttə uşaq kitablarıdır.
Qrafik illüstrasiyalar qrafika texnikası vasitəsilə rəsmin yerinə yetirilməsidir. Burada sadə yaxud qara karandaşdan istifadə oluna bilər. Rəsm ştrixlər yaxud ləkələr şəklində çəkilə bilər. Qrafikanın əsas tələbi xətlərin yalnız bir rəngdə olmasıdır.
Nəbati illüstrasiyalar. Bu, təsvir edilən obyektin surəti olan şəkildir. Bu cür şəkillər adətən məktəb yaxud universitet dərsliklərində və tədris vəsaitlərində tətbiq olunur.

  1. Elmi və texniki illüstrasiyalar

Elmi – öyrətmə illüstrasiyaları mətndəki predmetləri canlandırır. Bunlara çertyojları, sxemləri, diaqramları, xəritələri və s. aid etmək olar. Çox vaxt kitabın mətnini bunlarsız başa düşmək olmur. Sənədli illüstrasiyalar hər hansı tarixi hadisəni təffərrüatı ilə əks etdirə bilər. Fotoqrafiya da bu baxımdan geniş istifadə olunan illüstrasiya növüdür.
Elmi – idraki illüstrasiyalar, çertyojlar, sxemlər, xəritə illüstrasiyaları əsas mətn materialını tamamlayır, ya qüvvətləndirir, dəqiqləşdirir və s.
Texniki illüstrasiya bütün mühəndis sənədləşmənin mütləq müşayiəti olan müxtəlif növ çertyojlardır. Bu qrupda botanika, tibbi, zooloji, mexaniki və geoloji sahələr üçün ətraflı təsvirlər toplana bilər. İllüstrator; mövzuda daha vacib olanı vurğulamaq üçün reallıq hissinə təsir etməyən çeşidləmə, sadələşdirmə və şişirtmə metodlarını tətbiq etməklə kameradan daha çox iş görməyi hədəfləyir. Tibbi təsvirlər; Biologiya və anatomiya biliklərini tələb edir. Üç ölçülü memarlıq və daxili bəzək hissi verən şəkillər kompüter tərəfindən həyata keçirilir. Ağac, kərpic, kafel, sement, metal kimi materiallar haqqında vizual məlumatlar; bir çox proqramda mövcuddur. Qrafik dizayner; plakatlar, mətbuat reklamları, kitab örtükləri, kataloqlar, qablaşdırma, ştamplar və pul kimi qrafik məhsullar, müxtəlif illüstrasiya üsullarından istifadə edir.
Xüsusi texnikalardan istifadə edilməklə yaradılan illüstrasiyalar da vardır ki, bunlara oriqami, naxış tikmələr, model yapma, applikasiya, ikebana və sair aiddir.

Yüklə 43,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin