Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Dizayn” kafedrasının B/müəllimi Dadaşova A. S



Yüklə 43,78 Kb.
səhifə5/8
tarix26.02.2023
ölçüsü43,78 Kb.
#85649
növüMühazirə
1   2   3   4   5   6   7   8
UNEC 1677167047

İllüstrasiya vasitələri
İllustrasiyalar bildiyimiz ənənəvi vasitələrdən başqa, müasir vasitələrin, eləcə də kompyuter qrafikasının köməkliyi ilə yerinə yetirilə bilər.
İllüstratorun işində tələb olunan əsas vərdiş və bacarıqlar xüsusi kompyuter proqramlarının (Adobe Illustrator, Power Point, Photoshop, CorelDRAW) istifadəsilə rəsm çəkmək bacarığı, əllə şəkil çəkmək qabiliyyəti, retuşu, rənglərin korreksiyasını yerinə yetirmək, kollajları, rəsmin öz üslubunu yaratmaq, fotoşəkillərlə, xüsusi effektlərlə işləmək kimi bacarıqlardan ibarətdir.
İllüstratorlar bir çox şirkətlərdə tələb olunur, illüstrasiyanın təbiqi sferası isə kifayət qədər genişdir. Bu sənət növünə aşağıdakı sferalarda tələbat var:

  • ədəbiyyat və dövri mətbuat;

  • multiplikasiya – kadrlar bölgüsü (rəsmlər seriyası);

  • illüstrasiyalardan ibarət olan internet-bannerlər;

  • nəşriyyatlar, redaksiyalar;

  • dizayn üzrə ixtisaslaşmış təşkilatlar;

  • reklam şirkətləri;

  • fərdi şəxslər və təşkilatlar;

  • xarici şirkətlər;

  • web-studiyalar.



Nəşrlərdə illüstrasiyaların funksiyası
Vizual material əsas funksiyası olan - izahatlara əlavə olaraq, digər funksiyaları da yerinə yetirir. Təsvir yalnız mətni izah etmir, həm də onu tamamlaya və genişləndirə bilər; kitabın həyata keçirdiyi ünsiyyət prosesinə fəal şəkildə daxil edilir, buna görə illüstrasiyaların informasiya funksiyası ən vaciblərindən biri kimi qəbul edilməlidir.
İllüstrasiyaların vacib bir xüsusiyyəti oxucuya emosional təsir göstərməsidir. Konkret bir nəşrə müraciət edərkən, biz belə bir təsirə məruz qalırıq-həm əsərin, həm kitabın formasının, həm də əhəmiyyətli bir hissəsi olan illüstrasiyaların. Təsvirlərin başqa bir ayrılmaz funksiyası estetik funksiyadır, çünki görüntü nəşrdə həm müstəqil sənət forması, həm də kitab ansamblının tam hüquqlu bir elementi kimi özünü göstərir.
İllüstrasiyanın bir özəlliyi də onun funksiyalarının bir-biri ilə sıx bağlı olmasıdır: biri digərindən qaynaqlanır, biri digərini şərtləndirir. Hər bir funksiyanı ətraflı nəzərdən keçirmədən redaktorun, nəşrin təsviri materialdakı işinin xüsusiyyətlərini başa düşmək mümkün deyil.
Nəşrlərdə illüstrasiyaların üç əsas funksiyası vardır: məlumat, emosional-psixoloji və estetik.

Yüklə 43,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin