Az ə rbaycanda Pe şə


“Texniki təhlükəsizlik qaydalarına əməl etməklə iş yerini düzgün təşkil edir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   2   3   4   5   6   7   8   9   10   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Texniki təhlükəsizlik qaydalarına əməl etməklə iş yerini düzgün təşkil edir” 

Əl işlərinin görülməsi üçün iş yerinin düzgün təşkilinə hansı tələblər qoyulur? 

Əl və maşın işlərinin yerinə yetirilməsində iş yerini düzgün təşkil etməklə nəyə nail 
olmaq olar? 

Iş yerini düzgün təşkil etmək üçün tikişçi nələri bilməlidir? 

Maşın işlərində iş yerinin təşkili zamanı hansı texniki təhlükəsizlik qaydalarına əməl 
etmək lazımdır?

Aşağıdakı şəklə əsasən əl işlərinin yerinə yetirilməsi üçün iş yerinin düzgün təşkilini 
təsvir edin. 

Aşağıda iki şəkil verilmişdir. Bu şəkillər arasındakı fərqi tapın. 

Yuxarıda verilmiş şəkillərə əsasən maşın işlərinin yerinə yetirilməsində iş yerinin 
düzgün təşkilini təsvir edin. 



1.2.1. Alət və avadanlıqları iş prosesində tətbiq edir 

Əl işlərində istifadə olunan alət və tərtibatlar 
Əl işlərinin görülməsi üçün lazım olan alətlərə - əl iynələri, üskük (oymaq), qayçı, 
santimetr lenti və s.; tərtibatlara – maneken, ülgülər, biçaqlı halqa, sancaqlar və 
s. daxildir (şəkil 1.1). 
Məmulatın keyfiyyəti, fəhlənin əmək məhsuldarlığı lazım olan alət və 
tərtibatların düzgün seçilməsindən çox asılıdır. Alət və tərtibatlar məmulat 
hazırlanan parçaya və görülən işin növünə uyğun olaraq seçilir.
Şəkil 1.1 Əl işlərinin görülməsində işlədilən əşyalar 

Əl iynələri – ucları iti olmalı, möhkəm və sınmayan, yaxşı cilalanmış olmalı, göz lazımi 
ölçüdə olmalıdır. İynələr diametrinə (qalınığına) və uzunluğuna, gözlərin ölçüsünə görə müxtəlif olur. 
İynələr uzunluqlarından və diametrlərindən, eləcə də təyinatlarından asılı olaraq 

1-dən

12-yə qədər 
buraxılır. Tək nömrəli bütün iynələr cüt nömrəli iynələrdən uzun olur (cədvəl 1). 
İynənin 

-si 
Diametri, 
mm 
Uzunluğu, mm 
Təyinatı 
Aşağıdakı parçalardan məmulat hazırladıqda 

0.6 
35 
Yüngül pambıq, ipək və yun parçalar. 

0.7 
30 

0.7 
40 

0.8 
30 




0.8 
40 
Orta qalınlıqlı parçalar: triko, yüngül komvol və s. 

0.9 
35 

0.9 
45 

1.0 
40 
Qalın parçalar: draplar, mahud və s. 

1.0 
50 
10 
1.2 
50 
11 
1.6 
75 
Kisələr, poqon və s. hazırlanan parça. 
12 
1.8 
80 
Cədvəl 1.1 İynələrin ölçüləri və təyinatı 
İşlədilən iynəyə, tikilən parçaya müvafiq olaraq sapın 

-si də seçilməlidir. Çox nazik pambıq 
parçalardan (markizet, batist, vual və s.) məmulat hazırladıqda 50-80 

-li pambıq sap işlədilir. Çit, satin, 
flanel və s. kimi pambıq parçalardan paltarlar hazırladıqda 50-60 

-li sap işlədilir. Şifon, krep-jorjet kimi 
çox nazik parçaları 65, 75 

-li ipək saplarla və 80 

-li pambıq sapla tikirlər. Krepdeşin, krepsatin kimi 
nazik və yüngül parçaları 60-80 

-li pambıq saplarla, yun parçaları– 50-60 

-li saplarla tikirlər. Nazik 
parçalardan kostyum və palto tikdikdə 40-60 

-li pambıq saplardan, qalın parçalardan palto tikdikdə 
30-40 

-li saplardan istifadə edirlər. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin