Az ə rbaycanda Pe şə


Təlim nəticəsi 4: Müxtəlif növ tikiş məmulatlarını hazırlamağı bacarır



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   2   3   4   5   6   7   8   9   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Təlim nəticəsi 4: Müxtəlif növ tikiş məmulatlarını hazırlamağı bacarır 
Qiymətləndirmə meyarları 
1.
 
Bel məmulatlarını tikir; 
2.
 
Qadın paltarlarını texnoloji ardıcıllıqla hazırlayır; 
3.
 
Jileti tikir; 
4.
 
Tekstil məmulatlarını hazırlayır. 
Təlim nəticəsi 5: Tikiş istehsalının təşkili haqqında bilir və müəyyən təmir işlərini yerinə yetirməyi bacarır 
Qiymətləndirmə meyarları 
1.
 
Təcrübə, hazırlıq, biçim istehsalının əməliyyatları haqqında məlumat verir; 
2.
 
Tikiş məmulatlarının yoxlanılmaqla hazırlanma ardıcıllığını sadalayır; 
3.
 
Tikiş məmulatlarını təmir edir; 
4.
 
Standartlaşmanın mahiyyətini və məhsulun keyfiyyətinə nəzarəti izah edir; 
5.
 
İş vaxtı itkisinin aradan qaldırılmasını nəzərə almaqla fəhlə əməyini mütərəqqi formada təşkil edir. 



Təlim nəticəsi 1: Əl və maşın işlərini yerinə yetirməyi bacarır 
1.1.1.
 
Texniki təhlükəsizlik qaydalarına əməl etməklə iş yerini düzgün təşkil edir 

Əl işlərində iş yerinin təşkili 
İşin xüsusiyyətindən asılı olaraq əl işləri iki vəziyyətdə yerinə yetirilir: 
oturaq və ayaq üstə. İş yerinin düzgün təşkili əmək məhsuldarlığını artırır və 
yüksək keyfiyyətli işi təmin edir. Əl işlərinin görülməsi üçün iş yeri stol, stul və 
ayaqaltı ilə təchiz edilməlidir. İş stolu hazırlanan məmulatın, yerinə yetirilən 
əməliyyatların növündən asılı olaraq müxtəlif ölçülərdə ola bilər. İşçinin gözü ilə 
məmulat arasındakı məsafə orta hesabla 30 sm (ən azı 25 sm, ən çoxu 35 sm) olmalıdır. Bu məsafə vintli 
(fırlanan) stulun oturacağını qaldırmaqla tənzim edilir. Stolun üstündə işçinin sağ tərəfində (əlin hərəkət 
zonasında) iynə-sap üçün xüsusi altlıq yerləşdirilməlidir. Bundan başqa əl işinin yerinə yetirilməsi üçün 
lazım olan alətlər və iş yerinə qulluq etmək üçün əşyalar stolun siyirmə yeşiyində saxlanılmalıdır. Iş 
növbəsi ərzində geyim hissələrini, yaxud yarımfabrikatları qoymaq üçün stolun qabağına üfüqi şəkildə 
oynaq kronşteyn bərkidilə bilər və ya stellaj yerləşdirilə bilər. Istehsalat zibilini yığmaq üçün stolda 
çıxarılabilən zibil qabı vardır.
İş qurtardıqdan sonra iş yerini səliqəyə salmaq lazımdır. Işlənilən bütün hissələri, alət və 
tərtibatları müəyyən olunmuş qaydada stolun yeşiyinə, yaxud şkafa yığmaq lazımdır. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin