Az ə rbaycanda Pe şə


Maşın işlərində iş yerinin təşkili



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   2   3   4   5   6   7   8   9   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Maşın işlərində iş yerinin təşkili 
Maşın işlərinin yerinə yetirilməsi üçün iş yeri fərdi elektrik intiqalı olan stol və oturacağın 
hündürlüyünün tənzimlənməsinə imkan verən vintli (fırlanan) stul ilə təchiz edilməlidir. Stolun üzərində 
tikiş maşının başlığı yerləşdirilir, eləcə də lazım olan alət və tərtibatları düzürlər. Iş yerində ayrıca və 
yaxud maşının gövdəsinə quraşdırılmış yerli işıqlandırma sistemi olmalıdır. Stolun üstü hamar olmalıdır. 
Stolun üstündə sapın makaraya sarınması üçün xüsusi avadanlıq yerləşdirilməlidir. Stolun iş səthinin 
sahəsi məmulat hissələrinin ölçüləri və yerinə yetirilən əməliyyatların xarakteri ilə müəyyən edilir. Stolun 
üzərində ancaq işlənilən hissələr və mövcud texnoloji əməliyyatın yerinə yetirilməsi üçün lazım olan alət 
və tərtibatlar olmalıdır. Iş yeri qatlanan altlıq, yaxud stellajla da təchiz edilə bilər. 
Maşın işlərini yerinə yetirərkən düzgün iş vəziyyəti işçinin əhval-ruhiyyəsinə müsbət təsir edir, 
onun zəhmətini yüngülləşdirir. Düzgün olmayan iş vəziyyəti işçinin tez yorulmasına, bununla da əmək 
məhsuldarlığının aşağı düşməsinə səbəb olur. İşçi maşın arxasında düz iynənin qarşısında oturmalıdır, 
onun bədəni stoldan 10-15 sm aralı olmalı, gözü ilə məmulat arasındakı məsafə isə təxminən 30 sm 
təşkil etməlidir. Qolların bilək hissələri maşının platforması üzərində dayanıqlı vəziyyət almalı, dirsəklər 
isə stol ilə eyni səviyyədə olmalıdır. İşçi xüsusi geyimdə olmalı, saçları ləçəklə yığılmalı, paltarı isə 
düymələnməlidir. 
Əgər maşına toxunan zaman cərəyan hiss edilirsə, işi dayandırıb təcili ustaya müraciət etmək 
lazımdır. Maşını təmizləyib yağlayarkən elektrik mühərriki söndürülməlidir.
İş qurtardıqdan sonra iş yeri səliqəyə salınmalıdır. İşlənilən hissələr şkafa qoyulmalı, alət və 
tərtibatlar stolun yeşiyinə yığılmalıdır. 
1.1.2.
 
Tələbələr üçün fəaliyyətlər 

İki qrupa bölünün. Birinci qrup birlikdə əl işlərinin yerinə yetirilməsi zamanı iş yerinin 
təşkilini əyanı sürətdə izah edərək göstərir. Ikinci qrup maşın işlərinin yerinə yetirilməsi 
zamanı iş yerinin təşkilini göstərir. Sonra hər iki qrup bir-birinin gördüyü işi qiymətləndirir. 

İki qrupa bölünün. Hər qrup bir-birinin içində olan iki dairədə oturur. Birinci qrup daxili 
dairədəki stullarda əyləşir, ikinci qrup isə xarici dairədəki stullarda əyləşir. Daxili darirədə 
əyləşmiş tələbələrə “Maşın işlərində iş yerinin təşkili” mövzusu ətrafında müzakirələr 
aparmaq tapşırılır. Bu zaman xarici dairənin iştirakçılarının əsas vəzifəsi müzakirələrin şəffaf 
və müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə etməkdir. 

İki qrupa bölünün. Birinci qrup birinci mövzunu əhatə edən 3 sual hazırlayır. Ikinci qrup 
ikinci mövzunu əhatə edən 3 sual hazırlayır. Qruplar suallar yazılan kağızları bir-biri ilə 



dəyişirlər, müəllim tərəfindən qoyulmuş vaxt ərzində sualları cavablandırıb əvvəlki qruplara 
qaytarırlar. Qruplar bir-birinin cavablarını qiymətləndirirlər.
1.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin