Az ə rbaycanda Pe şə


“Alət və avadanlıqları iş prosesində tətbiq edir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   5   6   7   8   9   10   11   12   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Alət və avadanlıqları iş prosesində tətbiq edir” 

Əl işlərində istifadə olunan alət və tərtibatlar hansılardır? 

Yüngül parçadan hazırlanmış geyimlərdə hansı növ üskükdən istifadə olunur? 

Üskükdən tikiş zamanı nə üçün istifadə olunur? 

Əl tikişlərinin icrası zamanı saplar necə seçilməlidir? 

Hazır məmulatda sapların uclarının kəsilməsi üçün hansı qayçıdan istifadə edirlər? 

Ülgülərin növlərinin sadalayın. 

Əl iynələri haqqında məlumat verin.


11 
1.3.1. Əl və maşın tikişlərinin növ və təyinatını müəyyənləşdirir 

Tikiş nədir? 
Geyim hissələrinin işlənilməsi və onların bir-birinə birləşdirilməsi üçün sap
yapışqan və nadir hallarda qaynaqdan istifadə edilir. Bununla əlaqədar olaraq sap 
ilə, yapışqanla və qaynaq yolu ilə birləşdirilmə üsulları mövcuddur. 
Geyimin kütləvi istehsalında və fərdi sifarişlərlə hazırlanmasında əsas 
hissələri əsasən sapla birləşdirirlər; bu zaman görülən əl işlərinin həcmi çox olur 
(xüsusilə geyim atelyedə hazırlanan halda). 
Tikiş məmulatı hissələrinin və onların hissəciklərinin bir-birinə sap ilə birləşdirilmə üsulunda 
müxtəlif tərkibli liflərdən alınan saplar vasitəsilə əl ilə, yaxud maşında tikirlər.
Tikiş - sap ilə tikmə üsulunda iynənin material üzərində açdığı iki deşik arasında sapın 
hörülməsindən alınan strukturun bir elementidir. Tikiş elementinin ardıcıl sırası baxya tikişini əmələ 
gətirir. 
Tikişin uzunluğu materialın üz tərəfində sapın uzunluğu və ara məsafəsi ilə müəyyən edilir. Bu 
tikişin növü və işlənilən materialın qalınlığından asılı olur. Yerinə yetirilmə üsulundan asılı olaraq əl və 
maşın tikişləri vardır. Tikiş alınmasında müxtəlif miqdarda sap iştirak edə bilər. Bununla əlaqədar olaraq 
tikişin quruluşu da müxtəlif olur. 
Bütün tikişlər düz və eynicinsli olmalı, həm avand, həm də tərs tərəflərində aralarındakı məsafə 
eyni olmalı, sapları bərabər tarımlıqlı çəkilməlidir. Tikişlərin ölçüləri və bir-birinə yaxınlığı (tikişin addımı) 
müxtəlif cür ola bilər. Tikişin addımını 1, yaxud 5 sm-lik baxyada olan tikişlərin miqdarına əsasən 
hesablayırlar. 
Əl tikişləri və baxya tikişlərini 1...12 
№-li, 0.6...1.8 mm diametrli və 30...75 mm uzunluğunda 
iynə vasitəsilə yerinə yetirirlər.
Əl tikişləri əsasən iki üsul ilə yerinə yetirilir. 
Birinci üsulda iynəni parçaya keçirdib həmin tərəfdən də parçadan çıxarırlar, ikinci üsulda isə 
iynəni məmulat hissəsinin bir tərəfindən salıb, o biri tərəfdən çıxarırlar. 
Əl tikişlərini beş növə bölürlər: düz tikiş, çəpinə tikiş, xaçvari tikiş, ilgəyəbənzər tikiş, ilgəkli tikiş 
(şəkil 1.2). 
Şəkil 1.2 Tikişlərin növləri: 
a – düz, b – çəpinə, c – xaçvari, d –ilgəyəbənzər, e –ilgəkli 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin