Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   4   5   6   7   8   9   10   11   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Üskük (oymaq) – iynəni parçaya batıran zaman barmağı zədələnməkdən qorumaq 
üçündür. Onu sağ əlin orta barmağına taxırlar. Üsküyün səthində şahmat qaydasında oyuqlar vardır ki, 
bunlar iynəni sürüşməyə qoymur. Üsküyü orta barmağın qalınlığına uyğun olaraq elə seçirlər ki, o 
barmağa kip otursun. Üsküklər dibli və dibsiz olur. Yüngül geyimlərin hazırlanmasında əl işlərini yerinə 
yetirən zaman dibli üsküklərdən, üst geyimləri hazırladıqda isə dibsiz üskükdən istifadə edirlər. 8, 10, 12 

-li üsküklər kişilər üçün; 2, 3, 4, 5 

-li üsküklər isə qadınlar üçündür.

Qayçı – parça və materialların biçilməsi mexanikləşdirilmiş kütləvi istehsalatda başlıca 
olaraq kiçik hissələrin kəsilməsi, yaxud sap qırıqlarını kəsmək üçün işlədilir. Fərdi sifarişlərlə məmulat 
hazırladıqda isə həm parçanın biçilməsində, həm də kiçik hissələrin kəsilməsi və digər əməliyyatların 
icrasında qayçıdan istifadə edilir. Tikiş istehsalında tətbiq edilən qayçılar 8 

-də buraxılır. Onları yerinə 
yetirilən əməliyyatdan və işlədilən parçalardan asılı olaraq seçirlər (cədvəl 2). 
Əməliyyatlar 
Qayçının 

-si 
Fərdi sifarişlər üzrə palto parçalarının biçilməsi və kəsilməsi 

Kostyumluq yun mahud parçanın biçilməsi və kəsilməsi 

Orta qalınlıqda parçadan olan hissələrin kəsilməsi 

Donluq yun parçaların biçilməsi 

Yüngül yun, ipək və pambıq parçalardan olan hissələrin kəsilməsi 

Tikişlərin, hissələrin əyriliyinin kəsilməsi 
6,7 
Hazır məmulatda sapların uclarının kəsilməsi 

Cədvəl 1.2 Qayçıların təyinatı 
Qayçılar bağlanarkən cıngiltili səs çıxarmamalıdır; qayçının tiyələri bütün uzunluğu boyunca eyni 
dərəcədə yaxşı kəsməlidir. 

Santimetr lenti – üzərində santimetr və millimetrlik bölgülər köçürülmüş 
rezinləşdirilmiş yumşaq lentə deyilir. O, insan fiqurundan ölçülərin götürülməsi üçün tətbiq edilir. 

Tabaşir vasitəsi ilə biçim və geyimin bədənə uyğunlaşdırılması zamanı xətləri və 
nişanları köçürürlər. Tikiş sənayesi üçün müxtəlif rənglərdə tabaşir istehsal olunur. Çəkilən bütün 
xətlərin nazik olması üçün tabaşirin kənarlarını daim itiləmək lazımdır. Tabaşirin eni 0,5-dən 1,5 mm-ə 
qədər olur. Bəzən tabaşir əvəzinə nazik yonulmuş quru sabun qırığından istifadə edirlər. 

Maneken həm məmulatın hazırlanması prosesində onun düzgünlüyünü yoxlamaq üçün, 
həm də hazır vəziyyətdə yoxlanılması üçündür. Maneken üzərində, məsələn, məmulatın yan və çiyin 
tikişlərinin vəziyyətini, yaxalığın boyun yerinə, qolların qol yerinə və s. düzgün köklənməsini yoxlayırlar. 


10 
Kişi və qadın manekenləri 88, 92, 96, 100, 104, 108, 112, 116 və 120 ölçülərdə, bir orta (üçüncü) 
boyda və üç doluluqda buraxılır. Uşaq manekenləri 44, 48, 52, 56, 60, 64, 68, 72, 76, 80, 84, 88 və 92 
ölçülərdə buraxılır. Manekendən rahat istifadə edilməsi üçün onu altlıq üzərində elə bərkidirlər ki
istənilən səmtə asanlıqla çevirmək və qaldırmaq mümkün olsun. 

Ülgülər məmulatın kartondan, yaxud digər materiallardan kəsilmiş ayrı-ayrı hissələrinə 
deyilir. Ülgülər aşağıdakı növlərə ayrılır: ülgü-etalon, işlək və köməkçi. Ülgü-etalonlar kütləvi istehsalatda 
lazım olan ülgülər dəstinin hazırlanması və yoxlanması üçündür. Işlək ülgülər vasitəsilə parça üzərində 
geyim hissələrinin konturlarını çəkir, məmulat hissələrinin düzgün birləşdirilməsi üçün nəzarət 
çərtiklərini köçürürlər. Köməkçi ülgülərdən istifadə etməklə tikiş sexlərində yığmaları, ilgəkləri, düymə 
yerlərini, habelə bortların, yaxalıqların künclərini tabaşirlə nişanlayırlar.
1.2.2. Tələbələr üçün fəaliyyətlər 

Hər alət və tərtibatın adı kağız parçalarına yazılaraq bir qutuya atılır. Sonra müəllim 
tərəfindən oyunda iştirak edəcək tələbələr seçilir. Hər tələbə qutudan kağız parçası çıxarır 
və müəllim qum saatını çevirib 1 dəqiqə vaxt verir. Vaxt bitənə tələbə kağızda yazılan alət 
və tərtibat haqqında ola biləcək dərəcədə çox məlumat verməyə çalışır. Verilmiş vaxt 
ərzində ən çox məlumat verən tələbə qalib elan olunur və uşaqların alqışlarının sədaları 
altında ona öyrəndiyi sənətə aid hədiyyə verilir. 

Tələbənin birinə əlavə mənbələrdən istifadə edərək manekenlərin növü və təyinatı 
haqqında geniş izahlı bir təqdimat hazırlamaq tapşırılır. Dərsdə həmin təqdimat tələbə 
tərəfindən nümayiş etdirilir və digər tələbələr öz rəylərini bildirir. 

Karton materialdan olan vərəqlərdə böyük ölçüdə 1-8-ə kimi rəqəmlər yazılır. Müəllim 
nömrəni tələbələrə verir və onlar verilmiş nömrələrə uyğun qayçıların təyinatı haqqında 
qısa məlumatlar verirlər. 
1.2.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin