Az ə rbaycanda Pe şə


İstifadə olunan mənbələr: ............................................................................................................. 80



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   2   3   4   5   6   7   8   9   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

İstifadə olunan mənbələr: ............................................................................................................. 80 



Giriş 
Bu dərslik tikiş istehsalatı istiqaməti üzrə nəzərdə tutulmuş ixtisasların tədrisində istifadə üçün 
tövsiyə olunur. 
Geyim bəşəriyyətin maddi mədəniyyət elementlərindən biridir. Insan cəmiyyətinin hər bir tarixi 
inkişaf mərhələsində geyim forması dəyişir. Geyim ictimai quruluşun tələblərini, texnikanın, 
iqtisadiyyatın inkişafını, eləcə də xalqların milli mədəniyyət və məişət xüsusiyyətlərini, bədii zövqünü və 
milli ənənələrini özündə əks etdirir. 
Geyim insan bədənini onu əhatə edən mühitin müxtəlif təsirlərindən (istidən, soyuqdan, 
rütubətdən, tozdan və s.) qorumaq üçün mühafizə vasitəsi kimi yaranmışdır. 
Keçmiş zamanlardan bu günümüzədək şərəfli peşələrdən biri kimi tanınan dərzilik sənəti 
haqqında belə bir fikir formalaşmışdır ki, insanın xarici görünüşü dərzinin istedadı və zövqündən asılıdır.
Dərzinin peşəkar bacarıqlarına – geyimin hazırlanması zamanı bütün əməliyyatları yerinə yetirə 
bilmək, tikiş maşınında işləmə vərdişləri, tikiləcək məmulatların ölçülərini müəyyənləşdirmək və 
məmulatı yoxlama baxışına hazırlamaq bacarıqları daxildir. Ölkəmizdə tikiş sənayesinin inkişafına xüsusi 
qayğı göstərilir. Əhalinin zövqə uyğun, müxtəlif çeşidli və yüksək keyfiyyətli tikiş məmulatlarına olan 
tələbatını təmin etmək üçün müasir avadanlıqları, yeni texnologiyanı istehsalatda tətbiq etməyi bacaran 
mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır. Bu baxımdan “Tikiş məmulatlarının hazırlanma 
texnologiyası” modulunu bitirdikdə tələbə istənilən forma və ölçüdə müxtəlif növ tikiş məmulatlarını 
hazırlamağı bacaracaqdır. 
Bu məqsədlə dərzi və ya tikişçi əl və maşın işlərini yerinə yetirməyi, isti-nəmləndirmə 
əməliyyatında alət və avadanlıqlardan düzgün istifadə etməyi, geyim və yaxud geyimə aid olmayan tikiş 
məmulatlarının hazırlanmasında texnoloji ardıcıllığı bilməlidir.
Bundan başqa hazırlıq-biçim proseslərinin təkmilləşdirilməsi, məmulatın keyfiyyətinin 
yoxlanılması, fəhlə əməyinin düzgün təşkili tikiş sənayesi üçün ən aktual məsələlərdəndir. 
Tikiş istehsalında elmi-texniki tərəqqinin sürətləndirilməsinin əsas rolu - əmək məhsuldarlığının 
yüksəldilməsində, buraxılan məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında son nəticənin əldə edilməsi – 
texnologiya, mexanikləşdirmə və avtomatlaşdırma sahəsində qazanılan ən yeni nailiyyətlərin kompleks 
həlli və istehsalata tətbiqi yolu ilə texniki təchizatı tamamilə yeniləməklə mümkündür. 



“Tikiş məmulatlarının hazırlanma texnologiyası” modulunun spesifikasiyası 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin