Aydin talibzadə


“fələyin gərdişi rəqqasə qadınlar kimidir”



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə23/24
tarix26.02.2017
ölçüsü2,76 Kb.
#9887
1   ...   16   17   18   19   20   21   22   23   24

“fələyin gərdişi rəqqasə qadınlar kimidir”. Mehdinin 
sənətdə keçən ömrünün qütbləri “Bahar”la “İblis” olmalı idi, 
vəssalam. “Bahar”ı xeyir (olum), “İblis”i şər (ölüm) kimi oxu, 
hər  şey aydınlaşacaq. Gizlin cədvəlin tələbi belədir, sakral 
imperativ belədir. “Nə üçün” sualının isə konkret, birmənalı 
cavabı yoxdur: əvəzində  fərziyyələr, yozumlar yasaq edilmir. 
İnsan onun üçün müəyyənləşmiş proqramdan heç vədə kənara 
çıxa bilməz.  Əgər elə isə, onda görək Mehdi fələyin Mehdi 
üçün ayırdığı “proqram” çərçivəsində hansı tip rejissuraya 
önəm verdi, öz teatr missiyasını nə tövr yerinə yetirdi və nəyi 
sənət tarixində  mədəni irsə çevirdi? 

______________Milli Kitabxana_______________ 
343 
     Mehdi  Məmmədov Azərbaycan teatrına pyeslə, aktyorla 
analitik işin rus teatr mədəniyyətinə, K.S.Stanislavski 
“sistemi”nə xas sahmanını, məntiqiliyini və  ləzzətini gətirdi. 
İlk dəfə  məhz o, millətin teatr sənətçilərinə rejissor və aktyor 
sənəti haqqında elmi-nəzəri  əsaslarla danışmaq vərdişini 
aşıladı, “əməli təhlil metodu”nun prinsiplərini, qayəsini səlis 
bir  şəkildə çözüb istifadəyə verdi, peşəkar rejissuranın azəri 
türkcəsində  “əlifba”sını  tərtiblədi, rejissuranın kodifikasiya 
edilmiş bilgiyə çevrilməsi prosesinin təməlini qoydu. Bu, 
Mehdinin Moskvada aldığı mükəmməl teatr təhsilinin milli 
zəminə  uğurlu transformasiyası kimi dəyərləndirilə bilər. 
Mehdi özünü və  sənətini mədəniyyət üçün sonacan yazdı, 
sənədləşdirdi, teatr işçisinin kiçik bir kitabxanasını yaratdı. 
     Onun  Moskva  Bədaye Teatrının, Malı Teatrın bədii-estetik 
dünyasına bir teatr düşünəri kimi yaxın olmasına, səhnə 
realizminə  hədsiz böyük sayğı göstərməsinə baxmayaraq 
Mehdi Məmmədov rejissurasının bir qütbünü bayram (şən 
zarafatlar,  şadyanalıq, sevgi dolu oyunlar), digər qütbünü isə 
misteriya (təziyə, ağı, hüzn) təşkil edirdi. O, komediyalara 
quruluş verəndə sanki İntibah teatrının, faciələri səhnəyə 
gətirəndə isə qədim yunan teatrının estetikasına doğru gedirdi. 
Odur ki, bu rejissorun quruluşlarında həm buffonada 
təzahürləri ilə, həm yüksək lirizmlə, ritorika ilə, həm də qədim 
yunan xorunun müxtəlif modifikasiyaları ilə rastlaşmaq 
mümkün idi. 
     Mehdi Məmmədov milli teatr formalarına da biganə deyildi:  
onun tamaşalarının strukturunda təziyə  mərasiminin,  şəbih 
teatrının və xalq meydan məzhəkələrinin atribut və elementləri 
həmişə özünə orqanik şəkildə yer bulurdu. Bu, təkcə sitat 
səviyyəsində qalmırdı, tamaşanın təbiətini və estetik hüsnünü 
formalaşdıran lokus, mənbə statusu alırdı. Mehdi öz teatrını 
hələ  uşaq ikən təmasda olduğu islam adət-ənənələrinin 
teatrallığı içindən götürüb sivil dünyaya çıxardırdı. Onun 
tamaşalarındakı təlqin və suggestiyanın kökü burda. 

______________Milli Kitabxana_______________ 
344 
    Mehdi  Məmmədovun rejissurasında poeziya teatrının 
ünsürlərilə epik teatrın müəyyən cizgiləri romantizm pafosunda 
bir-birinə calanırdı. Bu böyük istedad sahibinin qurduğu əksər 
tamaşaların ayrı-ayrı farqmentlərində qiraətçi teatrının estetik 
kanonları aparıcı mövqelərə yiyələnirdi. Qiraətçi teatrı isə epik 
teatrdan qopmuş qəlpədir. Belə ki, Mehdinin “ədəbi dilin səhnə 
dilinə çevrilməsi işindəki yüksək səriştəsi, professionalizmi, 
orfoqrafiya qanunları ilə  bərabər orfoepiya qanunlarına bələd 
olma səviyyəsi”
260
 tamaşanın partiturasında hər bir ifaçıya 
potensial qiraət ustası kimi çıxış etməyə imkan verirdi. “Dil 
dramaturqdan, danışıq aktyordan”
261
 söyləyən rejissor aktyorun 
ideal nitq mədəniyyətinə malik olub ifa etdiyi obrazın portretini 
nitqdə, nitq vasitəsilə göstərməyə çağırırdı. Təsadüfi deyil ki, 
Mehdi Məmmədovun tamaşalarına baxmayıb onları yalnız 
dinləməklə də kifayətlənmək mümkün idi. Və bu an emosional 
təlqin, təəssürat zəifləməyəcəkdi. Elə bu səbəbdən də Mehdiyə 
tez-tez təklif olunurdu ki, tamaşalarının radio üçün yol veriləsi 
ixtisarlar çərçivəsində qısa versiyasını hazırlasın. 
    Mehdi  tamaşanın oyun olduğunu vurğulamaqdan heç vaxt 
çəkinmirdi və hətta, əksinə, bir sıra quruluşlarında dekorçuları 
da cəsarətlə səhnəyə çıxarırdı, illyuziya effektini sıfra endirirdi. 
Bununla yanaşı o, səhnə realizmi, psixologizm üstündə  də 
“əsirdi”: aktyoru səhnədə canlı ünsiyyət prosesinə kökləyirdi. 
Bəzən səhnə güzgüsünü bilərəkdən “vurub sındırırdı” ki, 
aktyor seyrçilərlə birbaşa kontakt yaratsın, bəzənsə “dördüncü 
divar”ın xəyali mövcudluq parametrlərinin diktə elədiyi oyun 
tərzini aktuallaşdırırdı.   
     Mehdi  Məmmədovun rejissurasında statuar poza ilə 
davranış dinamizmi, gerçəkçi psixoloji ovqatla romantik teatral 
ifa sintez olunurdu. Mizan və jestlərin səhnə məkanında sanki 
nidaya bənzəməsi, cümlədəki nida işarəsinin funksiyasını 
yerinə yetirməsi bu rejissorun dəst-xəttinin seçilən 
tərəflərindən biri olub. Pauza (üç nöqtə) və nida onun sənətçi 
üslubunun çox mühüm attraktiv əlaməti idi. Bu da dolayısı 

______________Milli Kitabxana_______________ 
345 
yolla Mehdinin kitab əhli olduğunu, bir filosof olduğunu 
eyhamlaşdırır. 
     Mehdi  Məmmədovun tamaşalarında fəlsəfə poeziyaya, 
poeziya isə  fəlsəfəyə çevrilirdi: ona görə  də bu rejissor 
aktyorlardan az qala “müqəddəsləşməyi”, “peyğəmbərləşməyi” 
tələb edirdi. Onun sənətə münasibətdə  əxlaqi kredosu məhz 
buradan keçirdi. Çünki Mehdi Məmmədov öz rejissurası ilə 
səhnədə  İNSAN  şərəfinə major tonallıqda səslənən fuqalar, 
simfoniyalar “bəstələyirdi”. Alman musiqi mədəniyyəti üçün 
İohan Sebastyan Bax kimdirsə, Azərbaycan teatr mədəniyyəti 
üçün də Mehdi Məmmədov odur. Hətta Mehdinin 
tamaşalarının səhnədə möhtəşəm bir orqan kimi səsləndiyini də 
demək mümkündür. Mən bunu əbəs söyləmirəm. Onun 
tamaşalarında kütləvi səhnələr həmişə  ənənəvi səhnə 
monumentalizminin bir fraqmenti kimi qavranılırdı  və onların 
Mehdi quruluşlarında öz “simfoniyası” olurdu. Kütləvi 
səhnələri Mehdi qədim yunan xorunun müasirliyə proyeksiyası 
qismində görürdü və çalışırdı ki, kütləvi səhnələrdə bu 
rudimenti gücləndirsin, aktivləşdirsin. Mehdi həm də xoşlayırdı 
ki, kütləvi səhnələrə yunan xorundan fərqli maksimal 
dinamizm versin, onu azman enerji təmsilçisi kimi tanıtdırsın.      
     Bu  sənətçi öz tamaşalarını  həmişə Avropa teatr 
gələnəklərilə milli teatr ənənələrinin kəsişdiyi nöqtələrdə 
hazırlayırdı. O, Şekspir, Molyer, Lope de Veqa komediyalarını, 
hətta müəyyən imitasiyalardan bəhrələnib, məhz Azərbaycan 
seyrçisinə yaxınlaşdırmağa, bir maarifçi olmağa çalışırdı; 
Azərbaycan klassik dramaturgiyasının isə Avropa teatr 
dəyərləri müstəvisində əla göründüyünü hamıya sübut etməyə 
səy göstərirdi. 
     Mehdi  Məmmədov gerçəkçi psixoloji oyun tərziylə  şərti 
oyun prinsiplərini bacarıqla bir araya gətirirdi. O, kostyumlu, 
qrimli,  əlvan teatrallığı, bir sözlə, səhnənin  şərtiliyini sevirdi, 
onun dünya içində dünya olduğundan sonsuz həzz aparırdı. 

______________Milli Kitabxana_______________ 
346 
Çünki məhz teatr aləmi elə bir dünyadır ki, gerçək həyatda 
mümkün olmayanları gerçəkləşdirir.  
     Mehdi 
Məmmədovun rejissurası K.S.Stanislavski 
“sistem”indən total teatra doğru bir sənət yolunu özündə 
qapsayır. Burada teatr mədəniyyətinə aid heç nə çıxdaş edilmir: 
hər  şey məqbuldur; təki ilgiləndirmək, təsir etmək qüvvəsinə 
malik olsun. Odur ki, onun tamaşalarından Avropa teatrının və 
bizim milli teatrın tarixi və estetikası boylanır. Ol səbəbdən 
Mehdi səhnədə  nə qurubsa, kitab səhifələrində  nə yazıbsa, 
onların hamısı ustad dərsləridir.  
     Mən qorxuram ki, bütün bunları bir-bir rezüme kimi 
dedikcə  təzədən alışıb bir monoqrafiya yazım. Həqiqətən, 
Mehdi yaradıcılığı ucsuz-bucaqsız dəniz kimidir. Nə  qədər 
üzürsən, sahil yenə görünmür ki görünmür. 
     1983-cü  ildə Mehdinin daha iki kitabı  mətbəələrdən 
köşklərə, dükanlara daşınır: “Onun sənət ulduzu”, və bir də 
“Acı  fəryadlar,  şirin arzular”. Bu qədər qüvvəni, enerjini 
Mehdi haradan tapırdı? Tamaşalar qururdu, radio və televiziya 
verilişlərində ssenarist və aparıcı kimi iştirak edirdi, dərs 
deyirdi, kitab yazırdı... Mən söyləyəndə ki, milli teatr 
mədəniyyətində Mehdi Məmmədov İntibah adamı olub, heç də 
yanılmıram və heç nəyi də  şişirtmirəm. Bu insanda İntibah 
şəxsiyyətləri üçün xarakterik bir universallıq vardı. Və bu 
Mehdinin hər işində özünü görükdürürdü. Amma onun 
şəxsiyyətində kükrəyən 
İntibah həmişə maarifçiliklə 
cilovlanırdı, maarifçiliklə dialoqa girirdi. Və bu situasiyada 
Mehdi bilmirdi ki, nəyə üstünlük versin; bilmirdi ki, nə ona 
daha yaxındır. Bax, elə bu da Mehdinin iç dünyasının  
“müəmma”sı idi. Elə bir müəmma ki, onun sənətkar 
şəxsiyyətinin cazibəsini artırırdı, toplumda Mehdi fenomeninə 
olan marağı  şiddətləndirirdi. Mehdi İntibah  şəxsiyyəti kimi 
davranırdı, maarifçi kimi mühakimə yürüdürdü, maarifçi kimi 
düşünürdü. Onun həyatının son akkordları da dediklərimə bir 
sübut... 

______________Milli Kitabxana_______________ 
347 
     1983-cü  ildə Mehdi Məmmədov məşğulluq səviyyəsinin 
həddən artıq olmasına baxmayaraq, yaşının 68 (pasporta görə 
65) olmasına baxmayaraq, sanki özünə  aşırı inam hissini 
nümayiş etdirərək, gənclik  şövqü, gənclik ehtirası nümayiş 
etdirərək bir daha evlənir, rejissorluq kafedrasının cavan 
laborant xanımlarından biri ilə ailə qurur. 1984-cü ildə isə bu 
nigah Mehdiyə dördüncü oğul övladını hədiyyə eləyir: cahana 
Mehdinin sonbeşiyi Vüqar gəlir. 
     Tamam! Pərdə! İşıqları söndürün! Bundan o yanası önəmli 
deyil! 
                                             *** 
Epiloq və ya nekroloq əvəzi: 1985-ci il yanvarın 28-də saat 12-yə 
qalmış Mehdi Məmmədov işıqlı dünyaya “əlvida” dedi. O, 
bərbərxanada  əyləşib öz növbəsini gözləyirdi. Hm... hansı 
növbəni? Axı ölmək üçün də növbə mövcuddur. Olmaq ölüm 
növbəsində yaşamaq deməkdir. Mehdi saçını vurdurmaq üçün 
növbə gözləyirdi:  əvəzində ölüm gəldi. Ölmək növbəsi səhər 
qəzetlərini vərəqləyən Mehdiyə yetişmişdi. O, qəfildən ayağa 
qalxdı, ürəyini tutub dərin bir “ah” çəkdi  və... Mehdinin ruhu 
bədənindən ayrılıb göylərə uçdu. Nə gözəl, nə rahat, nə xoşbəxt 
bir ölüm... ağrısız,  əzabsız, dərdsiz... bir saniyə içində... Xalq 
arasında bu cür vəfat eləmiş şəxsə “əməli-saleh”, yəni əməli yaxşı 
adam deyirlər.  Bir də onu deyirlər ki, Allah yalnız öz sevimli 
bəndələrinə belə ölüm göndərir. Təbii ki, mifdir, amma həqiqəti 
də var. Mən eşitmişəm ki, Mehdinin qardaşları da beləcə, evdən 
kənarda dünyalarını  dəyişiblər. Mehdinin oğlu Elçin də öz 
qapılarının ağzındaca ürəyini tutmuşdu və keçinmişdi. Allah 
hamısına rəhmət eləsin. 
     1985-ci  il  yanvarın 29-u və 30-da Azərbaycanın, istisnasız, 
bütün qəzetlərində nekroloqlar, 31-i isə “Son mənzilə” adlı 
yazılar dərc olunur: “Yanvarın 30-da Azərbaycan paytaxtının 
zəhmətkeşləri sovet teatr sənətinin görkəmli xadimi, SSRİ xalq 
artisti, Respublika Dövlət mükafatı lauteatı, sənətşünaslıq 
doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovu son 
mənzilə yola saldılar. M.Əzizbəyov adına Akademik Dram 
Teatrı matəm libasına bürünmüşdü. Diqqətəlayiq sənətkar bu 
teatrın səhnəsində uzun illər ərzində quruluşçu rejissor və aktyor 

______________Milli Kitabxana_______________ 
348 
kimi çıxış etmişdir. Mərhumun cənazəsi hündür postament 
üzərinə qoyulmuşdu. Bir sənətkar və alim kimi onun layiq 
görüldüyü Oktyabr İnqilabı, Qırmızı  Əmək Bayrağı ordenləri, 
çoxsaylı medallar al məxmər balışların üstünə düzülmüşdü... 
Minlərlə bakılı Mehdi Məmmədovla vidalaşmağa gələrək sovet 
səhnəsinin  görkəmli xadiminə ehtiramını bildirirdi. 
     Matəm melodiyasının sədaları altında M.Ə.Məmmədovun 
cənazəsi teatrın binasından çıxarıldı.  İzdiham Fəxri xiyabana 
yollandı... Cənazə  qəbrə endirildi. Məzarın üstünə çoxlu gül-
çiçək düzüldü”.
262 
Bu dəfə, həqiqətən, bitdi. Qapıları qapadın və 
Mehdi üçün ağlamayın! Titan getdi... 
 
       “BİR NƏFƏSDİR BU SÜRƏKSİZCƏ HƏYAT, 
        BİR NƏFƏS!.. GETDİMİ GƏLMƏZ... HEYHAT!” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

______________Milli Kitabxana_______________ 
349 
 
 
 
HAMLETİZMİN YARADICILIQDA TƏZAHÜR SIRASI   
               
MEHDİ MƏMMƏDOVUN TAMAŞALARI, 
                                ROLLARI VƏ KİTABLARI      
 
                                              
TAMAŞALAR 
         
C.Cabbarlı adına Gəncə Dövlət Teatrında 
 
Məmmədhüseyn Təhmasib            “Bahar”                                         1940 
Mirzə İbrahimov                             “Madrid”                                      1941 
Zeynal Xəlil                                    “İntiqam”                                      1942 
Jan Batist Molyer                           “Vasvası xəstə”                             1942 
Üzeyir bəy Hacıbəyli                      “O olmasın, bu olsun”                  1942 
Cəfər Cabbarlı                                “Od gəlini”                                    1942 
Səməd Vurğun                                “Vaqif”                                          1942 
Lope de Veqa                                  “Bağban iti”                                  1943 
Mehdi Hüseyn                                 “Nizami”                                       1943 
Sabit Rəhman                                   “Toy”                                           1944 
Nadejda Filippova                            “Partizan Kostya”                        1944 
Cəfər Cabbarlı                                  “Oqtay el oğlu”                            1944 
Mehdi Hüseyn, İlyas Əfəndiyev      “İntizar”                                       1944 
Arkadi Qaydar                                 “Timur və onun komandası”        1944 ? 
Zeynal Xəlil                                     “Qatır Məmməd”                          1945 
 
                                            
MİLLİ TEATRDA 
 
Uilyam Şekspir                                 “On ikinci gecə”                           1946 
Cəfər Cabbarlı                                   “Yaşar”                                        1947 
Aleksandr Fadeyev                            “Gənc qvardiya”                          1948 
Sabit Rəhman                                     “Aydınlıq”                                   1949 
Lope de Veqa                                     “Rəqs müəllimi”                         1949 
Əbdürrəhim bəy Haqverdiyev            “Dağılan tifaq”                           1950 
Məmmədhüseyn Təhmasib                 “Çiçəklənən arzular”                  1951 
Nikolay Vasilyeviç Qoqol                   “Müfəttiş”                                  1952 
Karlo Haldoni                                      “Mehmanxana sahibəsi”           1952 
Yuri Yankovski                                   “Prokuror qızı”                          1954 
Nəcəf bəy Vəzirov                “Yağışdan çıxdıq, yağmura düşdük”       1955 
İmran Qasımov, 
Həsən Seyidbəyli                                  “Uzaq sahillərdə”                     1956 
Sabit Rəhman                                        “Əliqulu evlənir”                     1961 

______________Milli Kitabxana_______________ 
350 
Viktor Rozov                                         “Şadlıq sorağında”                  1961 
Mehdi Hüseyn                                       “Alov”                                     1961 
Mirzə İbrahimov                                   “Kəndçi qızı”                           1962 
Lev Nikolayeviç Tolstoy                      “Canlı meyit”                           1968 
Hüseyn Cavid                                        “Xəyyam”                                1970 
Səməd Vurğun                                       “İnsan”                                     1974 
Maksim Qorki                                       “Meşşanlar”                              1975 
Cəlil Məmmədquluzadə                        “Dəli yığıncağı”                        1978 
Hüseyn Cavid                                        “İblis”                                       1983 
 
                                       OPERA VƏ BALET TEATRINDA 
 
Fikrət Əmirov                                        “Sevil”                                     1953 
Leo Delib                                               “Lakme”                                  1957 
Cahangir Cahangirov                             “Azad”                                     1957 
Üzeyir bəy Hacıbəyli                             “Leyli və Məcnun”                  1958 
Fikrət Əmirov                                         “Sevil”                                     1959 
Üzeyir bəy Hacıbəyli                             “Koroğlu”                                 1959 
Covanni Puççini                                   “Toska”                                      1960 
Üzeyir bəy Hacıbəyli                           “Leyli və Məcnun”                     1976 
 
                   AZƏRBAYCAN DÖVLƏT RUS DRAM TEATRINDA  
 
Mixail Şatrov                                      “Mənim Nadejdalarım”               1979 
Maksim Qorki                                     “Həyatın dibində”                       1980 
 
                                     
TƏDRİS TEATRINDA 
      (aktyor tələbələrin diplom və ya kurs işi kimi)                               
 
Karlo Haldoni                                      “Mehmanxana sahibəsi”             1949 
Tur qardaşları                                       “Bir evin sirri”                            1951 
Nikolay Vasilyeviç Qoqol                   “Müfəttiş”                                   1954 
Fridrix Şiller                                        “Qaçaqlar”                                   1957 
Nəcəf bəy Vəzirov                                “Hacı Qəmbər”                          1959 
Viktor Rozov                                        “Şadlıq sorağında”                     1960 
Lope de Veqa                                       “Sevilya ulduzu”                         1961 
Aleksandr Korneyçuk                          “Platon Kreçet”                           1962 
Cəfər Cabbarlı                                      “Almas”                                      1963 
Fridrix Şiller                                         “Qaçaqlar”                                  1964 
 
                             
(kurs rəhbəri olduğu tamaşalar) 
 
İlyas Əfəndiyev                                  “Sən həmişə mənimləsən”           1969 

______________Milli Kitabxana_______________ 
351 
Aleksandr Salınski                             “Təbilçi qız”                                 1972 
Cəlil Məmmədquluzadə                     “Dəli yöğıncağı”                          1972 
Mark Jilder Sovajon                          “Çao”                                             1981 
Aleksandr Vampilov                          “Keçən yay Çulimskidə”              1982 
Əbdürrəhimbəy Haqverdiyev             “Bəxtsiz cavan”                            1983 
 
                                           
   RADİODA 
       (tamaşaların radio üçün qısaldılmış variantları) 
 
Əbdürrəhim bəy Haqverdiyev            “Dağılan tifaq”                            1951 
Nikolay Vasilyeviç Qoqol                   “Müfəttiş”                                  1953 
Karlo Haldoni                                      “Mehmanxana sahibəsi”           1954 
Mehdi Hüseyn                                       “Alov”                                     1963 
Uliyam Şekspir                                     “Hamlet”*                                  1964 
Lev Nikolayeviç Tolstoy                      “Canlı meyit”                           1969 
Hüseyn Cavid                                        “Xəyyam”                               1974 
Səməd Vurğun                                       “İnsan”                                    1976 
 
QEYD: 
burada yalnız “Hamlet” radiotamaşadır, qalanları isə Milli Teatrın 
tamaşalarının mikrofon qarşısında ixtisarla ifa edilmiş versiyasının radioyazısıdır.
 
 
 
                                                 
ROLLARI 
 
Gənc aqronom (BTİT, 1933, S.Rüstəm və H.Nəzərlinin “Yanğın” pyesi); 
Bəxtiyar (BTİT, 1933, Seyid Hüseynin “Kölgə”  əsəri); Prokuror (Kolxoz-
sovxoz teatrı, 1934, C.Cabbarlının “Yaşar” pyesi); Hacı  Əhməd 
(Azərbaycan Teatr Texnikumu, 1935, C.Cabbarlının “Almas” dramı); Karl 
Moor (Azərbaycan Teatr Texnikumu, 1935, F.Şillerin “Qaçaqlar” faciəsi);  
Neznamov (Lunaçarski adına Dövlət Teatr Sənəti  İnstitutu, 1938, 
A.N.Ostrovskinin “Günahsız müqəssirlər” pyesi); Yevstiqneyko 
(Lunaçarski adına Dövlət Teatr Sənəti  İnstitutu, 1939, M.Qorkinin 
“Günəşin övladları” dramı); Söhbət (Gəncə teatrı, 1941, S.Vurğunun 
“Xanlar” pyesi); Karton (Gəncə teatrı, 1941, M.İbrahimovun “Madrid” 
əsəri); Qaya (Gəncə teatrı, 1942, M.Təhmasibin “Bahar” pyesi ); Əbdək, 
Munis (Gəncə teatrı, 1943, M.Hüseynin “Nizami” dramı); Fərhad Kamalov 
(Milli Teatr, 1962, M.Hüseynin “Alov” əsəri); Protasov (Milli Teatr, 1968, 
L.N.Tolstoyun “Canlı meyit” dramı); Xəyyam (Milli Teatr, 1970, 
H.Cavidin “Xəyyam” faciəsi);  Şahbaz (Milli Teatr, 1974, S.Vurğunun 
“İnsan” pyesi); Teterov  (Milli Teatr, 1975, M.Qorkinin “Meşşanlar” 
dramı); Qaya (kinorejissor R.Təhmasibin “Onu bağışlamaq olarmı?” filmi, 
1959); Hamlet (eyniadlı radiotamaşa, 1964). Bundan əlavə radiomikrofon 

______________Milli Kitabxana_______________ 
352 
qarşısında Fərhad Kamalovu, Fedya Protasovu, Xəyyamı,  Şahbazı ifa 
eləyib. 
                              
                                              
Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin