Teatr: Seyr və sehr



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə1/11
tarix09.02.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11

                              
Məryəm   Əlizadə 
 
 
 
TEATR: Seyr  və sehr 
 
( Milli teatr prosesi problemləri) 
 
 
 
Elmi redaktor : 
Sənətşünaslıq doktoru, professor  
Mahmud  Qara oğlu Allahverdiyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Əlizadə Məryəm 
Teatr : seyr və sehr..... 
( Milli teatr prosesi problemləri)  B.” Elm “nəşriyyatı   1998-251 səh. 
 
 
  
Monoqrafiyada    Azərbaycan  milli  teatr    prosesi    milli  sənət    təfəkkürü  və  
teatr  düşüncəsi  kontekstində    təhlil  olunur.  Müxtəlif  milli  teatr    sənətinin  özəl 
qaynaqlarını    əski  və  klassik  sənət  növləri  ,  el-oba  oyunları,  adət-ənənələrində 
görüb  onun  institutsional(  təsisatlı)  sənət  növü  səviyyəsinə-yüksəliş  mərhələsini  
ayrıca tədqiq edir. Müəllifin diqqəti 
nin xüsusilə teatr prosesinin  “ uzaq proqnozu”-İdealı və  prosesin təzahürü  olan 
milli teatr poetikasının elmi-nəzəri  problemləri və praktiki təcəssümü  məsələləri 
cəlb  edir.  Araşdırmalarının    elmi  qənaətlərinə  söykənərək  müəllif    çağdaş    milli 
teatr  prosesinin    vəziyyətini    və  yeni  bazar  iqtisadiyyatı    mərhələsinə  
uyğunlaşdırılma (adaptasiya) təkliflərini irəli sürür. 
 
Monoqrafiyada    mütəxəssislər  ,  teatr    xadimləri  və  ümumiyyətlə  milli  
mədəniyyət    və  incəsənətimizin    problemləriylə    maraqlananlara      ünvanlanıb  və 
geniş müzakirə , disput və polemikaya  səbəb olmasını istisna etmir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Zamanın hərəkəti və hərəkətin  zamanı 
 
Dünya dramaturgiyasının  “ədəbi qəhrəmanı” prins Hamleti acı düşüncələrə 
rəks edən məsələlərdən biri   dünya kimi qoca və  əbədidir: Zaman zəncirbəndinin 
qırılması    İnsanı  tarixi  keçmişi    qarşısında  aciz  ,  bu  günkü  problemləri    önündə 
gücsüz  və gələcəyinə kor olmasına  gətirib çıxaran faciədir. 
 
Məhz bu məqamda  insan “ölüm ya olum” sualına  dəqiq cavablar axtarmağa 
başlayır. 
Məhz  bu  mürəkkəb  durumda  insanın  mənəvi  potensialı  tarixin  sınağına 
çəkilir.... 
Məhz  bu sınaqdan üzü açıq çıxan  insan ədəbi zamanın  hərəkətini  anlayıb 
inkişafını davam etdirə bilər.... 
Məhz    bundan  sonra    ədəbi  inkişafa    qulluq  edən  mədəniyyət  və  incəsənət 
“insaniləşir”  ,  “həyatiləşir”  və  insan  varlığının    yeni  suallarına  dürlü  cavablar 
verməyə başlayır.... 
Ocümlədən, “ olum ya ölüm? “sualına.... 
O cümlədən ,”teatr  nəyə və kimə lazımdır?” sualına.... 
Nə  yazıq  ki  ,  Azərbaycan  milli    teatrının  tam    hüquqlu  vətəndaşı  ,ingilis 
dahisinin    qələmindən  boğulmuş  Danimarkalı    Hamlet  öz  zamanında    üzücü 
suallara nikbin cavablar tapmadı..... 
Tanınmış teatrşünas  və tənqidçi Məryəm Əlizadənin kitabı əqidəmcə  tam 
zamanında  meydana  çıxdı:məsələ ondadır  ki,  milli  Azərbaycan  teatrı    inkişafının  
elə  mərhələsinə  gəlib  çıxıb  ki,  yaşamaq  hüququbelə  sual  altına    qoyulur.Təbii  ki, 
biz teatr xadimləri bu sual  qarşısında  durarkən  deyirik :özümüzü həsr etdiyimiz 
teatrı  bundan sonra da  şübhəsiz yaşadacağıq .Amma son zamanlar , özü də “elmi 
əsaslandırılma”ideyaları ilə yoğrulmuş “teatrın ölümü haqqında” təşvişli bəyanatlar  
ovqatımız  və  düşüncəmizə    mənfi  təsir  göstərməyə  bilməzdi.Bu  üzdəniraq 
“bəyanatlarda” teatr sənətimizin milli kökləri danılır, sənət ətfəkkürümüzə yabancı 
elan olunur  və buna görə də yeni şəraitdə onun ölümə məhkum olması  iddia edilir 

.Babalı deyənlərin  boynuna , amma nə zamanca bu cür”elmi mülahizələrə”  sərt və 
tutarlı cavab verilməsi də  labüd idi. 
Məryəm  Əlizadənin  katabı    ilk    növbədə  ağrılı  –acılı  ,  ittihamlarla    dolu 
“nekroloq”lara –“ölü haqqında söz”lərə sanballı  və layiqli cavabdır.Teatr sənətini 
canlı proses  kimi araşdıran  müəllif “canlı  haqqında söz”ünü deməyə  müvəffəq 
oldu.... 
Bildiyimiz kimi  hərəkətin nə əvvəli , nə sonu  var: o insan düşüncəsidir ki,  
görmək  qabiliyyəti  ömrü  qədər  məhduddur.Bir  də  bəllidir  ki,    bir  şeyi  dəqiq    və 
dolğun  anlamaq istəyirsənsə -fikir  olsun, hadisə olsun, ya insan –onu hərəkətdə , 
nəhayətsiz  zaman  içində  , tükənməz  hərəkətin  içində    dərk  etməyə  çalış  .Adıbəlli 
doktor    Faustun    faciəsi    səhvini  təkrar  edənlər    əvvəl-  axır    İblis-  Mefistofelin 
toruna  düşəcək : Zamanı burduran həyata , işığa . inkişafa qəsd edilmiş olur! 
Məryəm  Əlizadənin  teatr  prosesinə    baxım    bucağı    məhz  onun    zamanın 
üzvi universal  hərəkət , idealına yönəlmiş mürəkkəb  , enişli- yoxuşlu , böhranlı –
uğurlu  yürüş    olmasına  söykənir.Ulu  türk  mədəniyyətindən      qaynaqlanıb 
möhtəşəm İslam  mənəviyyatıyla  mayalanmış teatr  prosesi professional , Avropa  
tipli  teatrın  yaranmasına  tarixi  səbəb  oldu.Bu  fikir  Məryəm  Əlizadə 
konsepsiyasının    özülüdür  və  müəllif  ardıcıl  ,  əsaslandırılmış  və  milli 
sənətşünaslığımızın  elmi bazisinə istinad edən  ideyasını  sübuta yetirir. 
Bədii  kitab  kimi    oxunan  bu  elmi  əsərin   balıca    nəticəsi    teatr  prosesinin  , 
tarixi      hərəkətin    zamanını  duydurmaq,  anlamaqdır  :  şəxsən  məndən  ötrü  bəlli 
səbəblərdən  qırılmış  zaman zəncirbəndi  bərpa olundu və  mən  teatr sənətimizin 
əsil  tarixi qaynaqlarını  minillik mədəniyyətimizin  ən qədim qatlarında gördüm.... 
....Mücərrəd  anlayışların    xofu  bəzən    məsələni  aydın  görməyə  mane  olur, 
amma məlumdur ki ,hr hansı  ideyanın  canlı , “insaniləşmiş” təcəssümü olmasa , 
bu ideya  əslində əllamə , sxolastik  oyundan  başqa heç nədir.. 
Məryəm xanımın kitabını  oxuyarkən “ zamanların əlaqəsi “ anlayışı məndən 
ötrü obrazlı  olaraq”insanların qırılmaz bağlılığı” duyğusuna döndü.Görkəmli alim 
,  ictimai  və  dövlət  xadimi    Cəfər  Cəfərovun    elmi    məktəbinin    yetirməsi  və 
müəlliminin  davamçısı M.Əlizadə “ elmi irsiyyət “ ənənsini yaşatdı, yaddaşımda 

alimlə  ünsiyyətdə  ,  birgə  yaradıcılıqda  olan    günlərimiz  ,  görkəmli    rejissorumuz  
Tofiq Kazımovun  tamaşaları yenidən canlandı...... 
Mücərrəd anlayışlardan  qorxmamalıyıq : teatr aləmində  hər mücərrədliyin  
arxasında  insan  durur,  sənətkar  yaşayır.Bu  zaman-  məkanda    ölüm    heç  zaman  
sevinmir : ömür qısa  olduğu halda , sənət əbədidir......... 
Bəlli  tarixi    səbəblərdən    bütün    başqa  sahələrdə    olduğu  kimi  mədəni-
mənəvi    tariximizə  də  parçalanmış  halda    mövvcuddur.70-il  ərzində    tariximizi 
“inqlabdan  əvvəlki    və  inqlabdan  sonrakı”  mərhələlərə    bölərək    bütün  müsbət 
halları    yalnız  “  sosialis  dövrü  “ndə  götürürük.İndi  bəziləri    tələm-tələsik    təftiş 
əməliyyatını    bitmiş  hesab  edir  və    yaşadığımız  dövrün  bütün  nəticələrini  tam  
mənfi  adlandıraraq  ,  onu  tariximizdən  silməyə    cəhd  edirlər.Bu  hal  teatr  səətində  
də    müşahidə    olunur  ,  amma  Məryəm  Əlizadə  bu  meyillərə    uymayıb  elmi  
obyektivliklə   teatr prosesinin   hərəkətini izləyir.Bu  baxımdan   meyar    aylnız    və 
yalnız  hərəkətin səviyyələridir ki, bu da önəmli sayılır.Bu mövqe  həm də ondan 
ötrü  faydalıdır ki,  proses davam edir və yalnız  onların vəhdəti inkişaf meyllrini , 
gələcək  problemləri  dürüst işıqlandıra bilər..... 
Unutmamalıyıq  ki  ,  tariximizin    bütün  çağlarına    sahib  bizik    və  deməli 
məsuliyyətini  də  biz  daşıyırıq.Ən  asanı  isə  “  manqurta”  dönüb  istədiyimiz  tarixi  
dövrü  unutmaq və məsuliyyətdən boyun qaçırmaqdır. 
Bir  alim  kimi  ,bir  mədəniyyət  və  incəsənət    təəsübkeşi    kimi  Məryəm 
Əlizadə  teatr prosesinin  bütün çağlarına görə  məsuliyyəti qəbul edir və məhz bu 
mənəvi  mövqedən  məntiqi təhlilini aparır. 
...””Teatr  nəyə  və  kimə  lazımdır?”  sualı  vaxtaşırı  ictimai  düşüncəmizdə  
kəskin formada  qızğın mübahisələrə səbəb olur.Görünür ki bu hal təbiidir, görünür 
ki, bu sual “olum  ya ölüm?” məsələsi qədər əbədidir və hər dövrdə  öz cavabını 
tələb edir. 
Məryəm Əlizadənin  kitabını oxuyub  teatr prosesini  zamanın hərəkəti , teatr 
sənətinin  məhsulu olan tamaşanı isə  hərəkətin zamanı  kimi  qavrayandan sonra  
cürət edib sualı dəyişdirərdim: 

“  Teatra  nə  və  kim  lazımdır?”-  məncə    məsələnin  bu  cür    qoyuluşu    daha 
faydalı olar. 
....Alimlər üçün , sənətçilər üçün , tamaşaçılar üçün faydalı olar... 
....Dövlət üçün , cəmiyyət üçün , millət üçün  faydalı olar.... 
....Bəlkə də bu maraqlı , aktual , tutarlı və mübahisəli  kitabı yazan  Məryəm 
Əlizadə üçün də... 
Çünki zaman öz hərəkətindədir və bu hərəkət zamanı yaranan suallara cavab 
axtarmaq  ziyalılarımızın əbədi borc və vəzifələridir. 
 
HƏSƏNAĞA  TURABOV 
 
Xalq artisti , Dövlət mükafatları 
 laureatı, 
ATXİ-nin  prezidenti  , 
 
Akademik  Milli Teatrın  bədii rəhbəri 
 
 
 
 
 

Ön söz 
 
Prosesin  uzaq  proqnozu 
 
 
 
Mən istəyirəm ki , gözəllər, bütün gözəlliklər 
  uzaq uzaq , çox uzaq bir üfüqdə  əylənsin  
.Uzaq və incə təbəssümləri ilə  şamu səhər,  
həyatə nuri səfa  sərpərək çiçəklənsin. 
 
Hüseyn Cavid 
 
Milli teatrımızın  tarixi keçmişi , onun çağdaş durumu , inkişaf səmtləri  və yaxın-
uzaq  gələcəyi  haqqında  düşünməyə  və  fikir  yürütməyə  ,  təbii  ki  ,  hamının  haqqı 
var.Vətəndaş  cəmiyyətinin    başlıca  şərti    olan  pluralizm    ictimai  varlığımızın  hər 
hansı fakt  və hadisəni açıq , geniş və müxtəlif  mövqelərdən  müzakir etmək  üçün 
olduqca  səmərəli  şərait  yaradır.Aydın  məsələdir  ki,  fikir,  üsul  ,  metodlar 
müxtəlifliyi    araşdırılan  predmeti    daha  mürəkkəb  ,  çoxaspektli  görməyə  imkan  
yaradaraq    bir  fikrin,  bir  doktrinanın  inhisarını    dağıdır,  əsl    elmi    qənaətlərə  
gəlmək  üçün münbit zəmin  hazırlayır. 
Bununla    yanaşı  yeni  dövrün  düşüncəsi    mürəkkəb,  ictimai  şüur  və 
varlığımızda  baş  verə  hər  hansı  proseslərə  son  dərəcədə  həssas  olan    araşdırma  
predmeti  haqqında  müzakirə  və    mübahisələrdə  ilkin    meyarların  daha  dəqiqi 
təqdimatını  və əsaslandırılmasını tələb edir. 
Bu  tələb  boş    yerdə    yaranmayıb.Son  illərin  köklü      tarixi  hadisələri 
humanitar  düşüncəmizi bir sıra təxirəsalınmaz problemlərin həlli  önündə  qoydu 
ki,  bunlardan  bəlkə  də    ən  ümdəsi  nümunəvi    tariximizin    gerçək    mənzərəsini  
bərpa etmək zərurətidir. 

Tarix  elə  gətirib  ki,    Azərbaycan  mədəniyyət    və  incəsənətin  yaranma  , 
inkişaf mərhələləri , problem və kəşfləri  , uğur və uğursuzluqları  bir qayda olaraq 
yadellilər    tərəfindən  işıqlandırılıb,  ya  da  ki,    son  tarixi  dövrdə  olduğu  kimi  , 
müdaxilə  edilmiş  ideoloji  konsepsiyaların    diktəsi  altında    araşdırılıb.Aydın 
məsələdir  ki,    hər  iki  halda  əldə    olunan  qənaətlər  sözün  dəqiq  mənasında  elmi 
sayıla bilməz , çünki bu cür “ tədqiqatçıların” məqsədi heç vaxt  obyektiv mənzərə 
yaratmaq  deyildi,  əksinə  çoxəsirli    mədəniyyətimizi  müvafiq  nəzəriyyələrin  sərt 
çərçivələrinə    salmaqla    “mədəniyyət    təəssübkeşlərimiz”  həqiqəti  özlərinin  
xeyrinə  əyib, tariximizi saxtalaşdırmaqla  məşğul olublar. 
İctimai  həyatımızın    bütün  sahələrində    olduğu  kimi  ,  mədəniyyət  və 
incəsənətimizdə  də köklü  dəyişikliklər baş verir  və təbii ki, sənətşünaslığımız bu 
mürəkkəb  prosesdən  kənarda deyil. 
Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  yalnız  ideoloji    basqı  ucbatından 
sənətşünaslığımız    Azərbaycan  sovet  mədəniyyəti  və  incəsənətində    gedən 
prosesləri  obyektiv  işıqlandırmaqdan  məhrum  idi.Amma  demək  olar  ki, 
bütövlükdə sənətşünaslığımız  bu və ya digər dərəcədə  prosesləri izləyir , araşdırır 
və  qeyri-rəsmi  formada  onları  dəyərləndirməyə  müvəffəq  olurdu.Bu  qeyd  yalnız  
sənətşünaslığımıza bəraət  qazandırmaqdan ötrü  etmirik :son 20-30 il ərzində  baş 
verən  hadisələr    elə  qabarıq  və    anlaşımlı    idi  ki,  onları  görməmək  mümkün 
deyildi.Başqa  məsələ ki, informasiya  qıtlığı və ideoloji nəzarət  şəraitində doğru 
nəticələrə  gəlmək olduqca  çətin bir iş idi, odur ki,  sənətşünaslığımızda  ümumi 
bədii  yaradıcı prosesin  istiqaməti və  irəlidəki problemləri  haqqında  rəy  və fikir  
birliyi  yox idi. 
Buna 
baxmayaraq 
mədəniyyətimizin 
tarixi, 
ayrı  –ayrı  sahələri 
araşdırılırdı.Ona  görə  də  yeni  dövr    başlananda    yeni  problemləri    tam  yeni 
rakursdan  təhlil etmək üçün  sənətşünaslığımızın  təməli bazası  var idi və məhz 
buna  əsaslanıb müxtəlif  bədii –yaradıcı sahələrin müstəqil analizi  başlanmışdı. 
Məlum  olduğu  kimi  institussional    mədəniyyətimizin  ən  zəngin  və    parlaq 
tərkib    hissəsi    musiqidir.”Azərbaycan  musiqi  elminin  bədii  kökləri    və  qədim 
tarixi  vardır.(qabartma  mənimdir-M.Ə.).Azərbaycan  müstəqilliyini    və 

suverenliyini    qazandıqdan  sonra    onun  öz  köklərinə  qayıtması  ,  həm  tarixinə  , 
mədəniyyətinə , həm də  musiqisinə müraciət etməsi , onun araşdırılması , tədqiq 
edilməsi  işi  fəallaşmış  ,  daha    labüd  və  aktual  olmuşdu.Musiqi  elmimizin 
“sütunları” Səfiəddin  Urməvi 9XII  əsr), Əbdülqədir Marağai( XIII- XIV əsrlər), 
Mir  Möhsün Nəvvab (XIX əsr) və Üzeyir Hacıbəyovun  elmi əsərlərini  yeni dövr 
düşüncəsinin  prizmasından  araşdıran  sənətşünas  Zemfira Hacıbəyova  qədərki  
musiqi  elmimizin    yolunu  izlədikdə    belə  nəticəyə  gəlirik  ki,  “  Azərbaycan  xalq 
musiqisinin  əsasları” əsəri yeni  dövrdə , yeni mərhələdə . müasir musiqişünaslıq  
baxımından  orta  əsr    risalələrində    qoyulan  bir    sıra    problemləri    davam  etdirir, 
açıqlayır......  orta  əsr  risalələrində  qoyulan    problemlərlə  səsləşir  ,  onların  sanki 
təbii davamı olur.” 
Göründüyü  kimi  Azərbaycan  xalq    musiqisi  “nəzəri  boşluqda  “inkişaf 
etməyib  ,  tam  hüquqla    deyə  bilərik  ki,  bizim    yeddi  əsrlik    musiqi  elmimiz  və 
musiqimizin  konseptual poetikası  mövcuddur. 
Bildiyimiz kimi, arxeologiya  elmi ən obyektiv elmlərdən  biridir: onun elmi 
tədqiqat  metodunun    əsasını  maddi  fakt  təşkil  edir    və  hər  hansı  nəzəri  təxmin    , 
fərziyyə  son  dərəcə dəqiq  üsullarla    təsdiq  ya  rədd  olunur.Azərbayan  arxeologiya 
elmi    tutarlı  elmi  dəlillərlə  sübut  etmişdir    ki,”...Azərbaycan  ərazisi    bəşər 
mədəniyyətinin  ilk  mərkəzlərindən biridir. Burada tarixinin ( qabartma mənimdir-
M.Ə)  bütün  mərhələləri    təmsil  olunmuşdu”.Ən  qədim  çağlardan  başlayaraq 
intensiv  yaşayışın      nəticəsi  olan  şəhərsalma  mədəniyyətinin    araşdırılması  
arxeoloq    Rəşid  Göyüşovun    fikrincə    “...arxeoloji  cəhətdən    öyrənilməsi  , 
ümumiyyətlə  ,  Zaqafqaziyada    şəhərsalma  işinin  inkişaf  tarixini  izləməyə  imkan 
verir “.Əlavə edək ki,  arxeologiya elmimiz  bu imkandan yetərincə faydalanıb... 
Arxeoloqun  qənaətləriylə  Azərbaycan  memarlıq    elminin  nümayəndəsinin  
nəticələri səs –səsə verir : “Müxtəlif təbii iqlimi və sosial iqtisadi  şərait şəhərlərin 
memarlıq  –planlaşdırma  individuallığını  da  təyin  etdi,  bu  isə  şəhərsalmanın 
çoxsaylı  özünəməxsus    kompozisiya  üsullarını  yaratdı.”  Görkəmli  memar  –  alim 
Ş.S.Fətullayevin  əsaslı  monoqrafiyası    Azərbaycan  milli  memarlıq  düşüncəsinin  
özəlliklərini açıqlayaraq  elmi dəqiqliklə inkişaf səmtlərini  da proqnozlaşdırmağa  

nail  olur.Burada  qeyd  edək  ki,    araşdırma    predmetimiz    olan  teatr    sənətinin 
instutsional  dövrü musiqimiz  qədər qədim  deyil və təsəvvüflə  etiraf etməliyik ki
bu  günə  qədər  teatr  sənətimizin    dəqiq  elmi-tarixi    konsepsiyası    yaradılmayıb 
.Həqiqət xatirinə deməliyik ki,  bu o qədər də asan məsələ deyil.Musiqidən  fərqli 
olaraq  teatr  siyasi  ictimai    rejimdən  daha  çox    asılıdır  və  yalnız  müstəqillik  əldə 
olunduqdan sonra   gerçək teatr  tarixindən  söz aça bildik... 
Paradoksal  haldır,  amma  açıq  söz  demək  imkanını  əldə    edən    kimi  bir 
çoxları  Azərbaycan  milli  teatrının    ölümü  haqqında    bəyanatlarla    çıxış    etməyə 
başladı,  ən  yumşaq    konstotasiya    isə  teatrın  “  can  verməsindən”  xəbər 
verirdi.Obyektivlik naminə  demək lazımdır ki,  bu cür bəyanatlar  əssasız deyildi, 
amma  eyni  məsuliyyətlə    mədəniyyət  və  incəsənətimizin  bütün  sahələrində  
müşahidə olunan  gərgin və ağır vəziyyətdən  danışmaq olardı.... 
Yaşadığımız  keçid  dövrünün  bəlkə də obyektiv halı  olan emosionallıqdan  
qurtulub  teatr  sahəsində    real  problem    və  onların  həlli  yollarına    nəzər  salmaq  
çağdaş ictimai  varlığımızın aktual tələbidir. 
Müxtəlif  səpkili    mübahisələrin    polemik  tokkuşmalarında    ictimai-siyasi 
proseslərin  əksi  kimi    bir  çox  tutarlı    səbəblər  göstərildi  ki,  məhz  onların 
nəticəsində teatr sənəti birdən birə  öz mötəbər , hörmətli  ictimai  statusunu  itirib, 
milli  düşüncənin    magistral  yolunun  kənarında    qaldı.Göstərilən  səbəblərin 
sırasında    iqtisadi  ,  siyasi  ,  etnopsixoloji  ,  kulturoloji  şərtlər    əsas  yer  tuturdu, 
amma    bizdən  ötrü  məsələ  daha  dərin  qatlara  vardığından    başlıca  səbəb  və  ona 
bağlı ilkin  meyar kölgədə qaldı. 
Bu məsələ  hər hansı  konseptual  poatika  üçün  köklü  göstərici olan , teatr 
prosesi üçün  isə  həm də  onun  yaşarlılığını  təmin edən öz idealına  uyğun olması  
problemidir.Görkəmli    rus  mədəniyyət  araşdırıcısı  ,  türk  etnopsixologiyasının  
tədqiqatçısı  L.N.Qumilyovun  fikrincə    İdeal  hər  hansı  etnosun  ,  soyun  ,  xalqın 
mənəvi  durumu və tarixi inkişaf  yollarını təmin və təyin edən “uzaq proqnozdur”( 
İdeal yalnız fərdi qatda  deyil , populyasiya səviyyəsində  də psixoloji dominantanı  
formalaşdıran uzaq proqnoz, arzulanan  məqsəddir) 

Bu fundamental  məsələniaçıqlamaq  monoqrafiyamızın  başlıca  məqsədidir 
və  sonrakı  fəsillərdə  göstərməyə  çalışacağıq.Məqsədimiz  Azərbaycan  milli  teatr 
prosesinin tarixi inkişafı  gedişatında  teatr poetikasının parametrlərini təyin etmək  
olduğundan  bütün  əməliyyatlarımızı  bu  səmtə  aparacığıq  və  burada  yenə  də 
L.N.Qumilyovun çox səmərəli qeydini yada salmaq  istəyirik.L.N.Qumilyov yazır : 
“Mədəniyyətə  olduqca güclü təsir göstərən amilidir, yaddaş amilidir-keçmiş 
mədəniyyətlərin    yaddaşıdır,  yəni  –yeni  mədəniyyətin  tərkibində    yenidən 
yaradılan  mədəniyyət  sistemi  üçün  sübstrat,  ilkin  element    olan  rudimentlərin 
mövcudluğudur” 
Azərbaycan teatrşünaslığında  belə hesab olunur ki, mədəniyyətimizdə teatr 
və  dramaturgiyanın    yaranması  M.F.Axundovun    altı  komediyasının  meydana 
gəlməsiylə bağlıdır.Müəyyən mənada doğru olan bu fikir tetrşünaslığımızın təməli 
anlayışına  dönərək,  tədqiqatçıları  teatr  prosesinin  tarixini  məhz  bu  aspektdən 
araşdırmağa  vadar  edib.Bu  fikri  dəqiq  anlamaqdan  ötrü  əslində    üç  anlayışı  bir-
birindən ayırmalıyıq : 
Teatr düşüncəsi ideyası, hansı ki kökləri əsrlərin dərinliklərinə gedib çıxır. 
MƏDƏNİYYƏTİMİZDƏ AVROPA TEATR MODELİNİN AKTUALİZƏ, 
GERÇƏLƏŞMƏ FAKTI , hansı ki, onun mədəni əhəmiyyəti çox böyükdür. 
 
 
 
 
Ədəbi əsası olan professional teatrın  
Tarixi 
Birinci və ikinci bəndlərə toxunmadan, üçüncülüyə bağlılıqda qeyd edək  ki,  
hazır  və  aprobassiyadan  keçmiş  Avropa  teatr  formalarını    əxz  edən  Azərbaycan  
milli professional  teatrı  Şərq mədəniyyətinin dəyərlərini özünə ideal seçdi.Məlum 
səbəblərdən    sovet  teatrşünaslığı    bu  mətləbi  tamamilə    inkar  edirdi:  əks  təqdirdə 
ənənəvi Şərq  mədəniyyətinin üzvi tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin 
məğz  etibarı  ilə    İslam  mədəniyyətindən  qaynaqlanması  və  azərbaycan  

incəsənətinin estetik formalarda  İslam dünyagörüşünün  ideoloji , mənəvi , sokral( 
ilahi) və  humanist anlayışlarını  əks  etdirməsi fikri qəbul  olunmalı  idi. 
Əsas məqsədimiz  teatr  prosesində  yaranan  poetika  səciyyələrini  bərpa  
etmək    olduğundan  ötərki    məsələlərə    toxunmayacağıq.Sovet  ideologiyasının  
bədii düşüncəmizə vurduğu başlıca  zərbə böyük idi : bəsitləşdirmə prosesi rəsmən 
elan    olunmasa    da  rejim  tərəfindən  ardıcıl  olaraq  həyata  keçirilirdi.Sovet  ədəbi  
prosesində  bu  əməliyyat  nisbətən    ağır  gedirdi,  çünki  fərdi  yaradıcılığı  nəzarət 
altında  saxlamaq çətin məsələdir.kino  və teatr sənətləri isə bu  mərhələdə nəzarət 
altında  saxlanıla  bilirdi  ,  sərt  senzura  təqibinə  məruz  qalırdı.Ədəbiyyatşünas  və 
yazıçı Viktor Jerofeyev bu prosesin nəticələri  haqqında  belə yazır :” ədəbiyyatın ( 
ümumiyyətlə mədəniyyətin) sahmanlanması  cəmiyyətimizə dəhşətli ziyan verdi , 
bu  ziyanın    əsl  ölçülərini  müəyyənləşdirmək  çətindir.Kontuziyadan    zədələnən  
cəmiyyət    mürəkkəb  əxlaqi    və  ekzistensional  problemlərdə    oriyentasiyanı  
itirmişdi – onun  insani  potensialı kəskin surətdə  azalmış , aşağı düşmüşdü.Eyni 
zamanda    oxucularını    bədii  həllərinin    aydınlığı    və  sadəliyi  ilə    bihuş  edən  
ədəbiyyat doğuldu və bu ədəbiyyat gerçəkliklə  heç bir  əlaqəsi olmayan  həyatın  
böyük sadəliyi haqqındakı  çox  təhlükəli  bir mifə dönməkdə  idi...” 
Eyni sözləri Sovet teatrı  haqqında  da demək olar və azərbaycan teatrı  da 
burada  istisna deyil.Təbii ki,  marksist – leninçi estetikanın  sərt çərçivələri içində 
fəaliyyət  göstərən  Azərbaycan  sənət    və  teatrşünaslığı    dərin  və  ənənəvi  
mədəniyyət  tarixi    ilə  bağlılıqda    tədqiqat  apara  bilməzdi.Bu  haqda  bizdə  çox 
yazılar  yazılıb,  çox  mübahisələr  olub  –  hamısını  təkrarlamağa  təbii  ki  ,  lüzum 
yoxdur.Məhz  yeni  dövrün      çılğın  polemikasında    “  teatrın  ölümü  “  haqqında  
hallanan  tezis düşüncəmizi əsas məsələlərdən  sapındırdı.Amma  buradaca  qeyd 
etmək lazımdır ki, məhz  1989-cu  ildən  ictimai varlıq və şüurumuzda olduğu kimi 
,  teatr  sferasında  olduğu  kimi  ,  teatr  sferasında  olduqca    dərin    proseslər 
başlandı.Bu  proseslər    uzun  müdəətli  olduğundan    bu  gün  hər    hansı    nəticədən 
danışmaq  tezdir,  amma    bu  nəticənin  başlıca  səciyyəsini  göstərmək    olar  :  artıq  
teatr  prosesi  yalnız  özünəməxsus  qanunlar    əsasında    inkişaf  etmək    imkan  və  
hüququnu  qazandı.Teatr  elmi  də    inkişafın  bu  yeni    mərhələsində    ideoloji 

qəliblərdən    imtina  edərək    teatr  düşüncəsinin    bütün  qatlarını    yalnız  elmi 
meyarlarlarla    araşdırıb  milli  teatr  prosesinin    obyektiv  mənzərəsini    yaradaraq 
konseptual poetikasını  işləyib hazırlamağa  başlaya  bilər. 
Poetika   haqqında  təlim teatr düşüncəsinin , teatr yaradıcılığının  təyinini , 
struktur  tipləri  və  janrların    müəyyən    edilməsini    nəzərdə  tutur.  Zaman  –məkan 
növü  olan  teatr    ədəbiyyatşünaslıq    anlayışlarınndan  da  faydalanaraq    yaradıcı 
prosesin  qanun  və  qaydalarını  ,  teatr  obrazlarının    strukturlarını  ,  müxtəlif  bədii-
estetik    qurğuların    formalaşma    şərtlərini  tədqiq  edir  ,  inkişaf  konsepsiyasını 
təqdim edir.Beləliklə ,poetika  sferasında müxtəlif  araşdırma  metodları  birləşir , 
çünki  teatr prosesinin məhsulu olan  teatr poetikası   genezisinə görə sintetik  sənət 
növü olan teatrın inkişafını  və mahiyyətini tarixi inkişafın  qanunauyğunluqlarıyla  
bağlılıqda  öyrənir.Monoqrafiyamızın  məqsədlərindən  biri  də  məhz    Azərbaycan  
milli  teatr  düşüncəsini    müstəqil  və  estetik  hadisə  kimi    Dünya  teatr    prosesinin  
üzvi  hissəsi  olaraq  araşdırmaqdır.  Mövqeyimizin    yeniliyi  də  məhz    bundadır  : 
proseslə  bağlı bu və ya  digər məsələni  daha aydın aşıqlamaq  üçün biz  təsviri, 
struktur,  tarixi-estetik  ,  müqayisəli  və  tipoloji    araşdırma  metodlarından    istifadə 
etmişik. 
....Azərbaycan  milli    teatr    prosesinin    çağdaş    durumu  böhran    xarakterli 
proseslə    səciyyələnir.Teatrşünaslığımız  .  sənətşünaslığımız    teatr  düşüncələrini 
müvəqqəti  olaraq    düşdüyü  ağır  vəziyyətdən    çıxarmaq  üçün    əlindən    gələn 
yardımı  göstərməlidir.Bu işdə görkəmli  teatr  reformatoru , rejissor və nəzəriyyəçi  
V.E.Meyerxold  “ məsləhəti “ yerinə düşər: “  Əgər  bu günün  teatrı  ölmürsə , 
deməli  damarlarında    hansısa    həyatverici    işlər  mövcuddur.Əgər    sağalmasına  
ümid yoxdur onu : əgər  yaşamaq  gücü varsa , onu dirilt.” 
Bu  gün  teatr sənətinin  ölümündən, dağılmasından  deyil, süni , həyat gücü 
olmayan    teatr    sisteminin  ,  ideologiyasının  və  nəzəriyyəsinin    dağılmasından  
söhbət  gedə  bilər.Hələ    70-80-ci  illərdə  başlamış  bu  proses  öz  növbəsində    tam 
yeni  prosesə    təkan  verdi  :  bu  proses-öz    İdealına    uyğun    olan    və  Dünya  teatr  
inkişafının    tələblərinə    cavab  verən    milli    teatrın    yeni    tarixi  –  mərhələdə  
dirçəlmə  prosesidir.Bu prosesin  ilk  təzahürlərinin  80-cı  illərin  teatr hadisələrinə  

sezmək olurdu.90-cı  illərin  teatr  poetikası  onu gücləndirdi  və müşahidələrimizə 
görə  əsrin sonunacan  bu proses  aparıcı olacaq. 
Azərbaycan    milli    teatrının    dirçəlməsi  labüddür,  çünki    onun    genetik 
kökləri  birbaşa  institussional    sənət  növünə  bağlı  deyil.Monoqrafiyamızda  sübut 
etməyə    çalışacağıq  ki,  teatr  düşüncəsi  ,  teatr    ideyası  ,  “  oyun    fenomeni”  –yəni  
bütövlükdə    teatr    prosesi  milli    düşüncəmizin    əzəli    yaradıcı    ənənəsinə  
bağlıdır.Üzdə  olan    sübut    ondan    ibarətdir  ki,    “  Bəşər  mədəniyyətinin    ilk  
mərkəzlərindən  biri”  olan  Azərbaycan    ərazisində    üzvi    proseslərin  getməsi    və 
ibtidai    formalardan    ali-sənət    növləri    səviyyəsinə    yüksəlişi  tarixi    zərurətlə  
təmin olunub.Əks  təqdirdə Azərbaycan  mədəniyyətinin  inkişaf prosesini  dünya 
sənətşünaslıq  elmindəolmayan,  hansısa    tam  yeni  bir  üslub    və  metodlarla 
araşdırmaları    Musiqi,  tətbiqi    sənət    folklor  və  başqa    ənənəvi  sənət  növləinin  
inkişaf tarixi bizə  əsas verir  ki,  teatr düşüncəsindən qaynaqlanan  teatr  prosesini  
də ənənəvi  sənət növlərinin  inkişaf tarixi bizə əsas verir ki,  tear düşüncəsindən  
qaynaqlanan  teatr  prosesini də  ənənəvi  milli  mədəniyyətimizin  tərkib  hissəsi  
kimi dərk edək. 
Burada da xüsusi qeyd edək  ki,  hər hansı  prosesdən  söz  açarkən  onun 
dinamikası    hadisələrin    diskret  (  sayrışan  )    xarakteri    nəzərə    alınmalıdır.  Bu 
mənada    hər  hansı  analiz    ilk  növbədə    prosesin  müəyyən  edilmiş    mərhələlərini 
müəyyən  kontekstən    ayırıb  bir  növ  “  dondurulmuş  “  halda  aparıla 
bilər.Mərhələləri  müəyyən  etmək  prinsipi sərbəst də ola bilər.Xronoloji  şərtlərə  
bağlı  da  ola  bilər  ,  ümumi  mədəniyyətin  qəbul  edilmiş  ,  sistemləşdirilmiş    tarixi 
inkişaf  kontekstində  də uyğun ola bilər.Monoqrafiyamızda biz hər üç prinsipdən  
faydalanmışıq , amma  bəlli səbəblərdən   üstünlük  üçüncüsünə  verilib.Bu həm də 
ona    görə  səmərəlidir  ki,    araşdırdığımız    predmet    zaman-məkanın  (  tarixin) 
məhdudlaşdırılmış  parametrində    baş  verib    tamamlanmış  bir    hal  ,  hadisə,  fakt  
deyil : proses dedikdə  biz onun gələcəyini  , inkişaf istiqamətlərini  və qarşımıza 
çıxacaq    problemləri  də    nəzərə  almalıyıq  .Təbii  ki,    heç  kim  prosesin    konkret  
təcəssümlərini    proqnoz  edə  bilməz    və  əslində  lazım  da  deyil.Amma      keçmiş  
səhvlərimizi    xatırlayıb teatr prosesinin   başlıca    meyillərini   açıqlayası olsaq, bir 

çox  böhran  situasiyalarından  salamat  çıxmaqdan ötrü  zəmin yarada bilmərik. 
Burada təzad yoxdur : bəli,  teatr  prosesi  bütün proseslər  kimi  üzvi  və sərbəst 
tendesiyalara    malikdir  ,amma    bu  tendesiyaları    institusional    mədəniyyətin  şərt  
və  qanunauyğunluqlarıyla    uzlaşdırmaq    mümkündür.Dünya    və  Avropa    teatr  
prosesinin  tarixi  buna  bariz nümunədir. 
Teatr  prosesinə  üzvi  hərəkət  kimi   yanaşanda   onun  bütün təzadlarını , 
böhranlarını  ,    tənəzzül  meyillərini  ,  durğunluq  məqamlarını    və  başqa  mənfi 
hallarını    prosesin  obyektiv  halları    kimi  dəyərləndirməliyik.Hər  hansı  hərəkətin 
göstəriciləri  vahid sistem içində  cəm olduğu kimi , bizim sənətşünaslıq sistemində  
də  sadaladığımız hallar prosesin  vəhdətləri kimi qəbul olunur.Bu mənada  bu  və 
ya digər  böhran situasiyası  növbəti sıçrayış üçün  təməl,  durğunluq ( staqnassiya) 
isə kəmiyyətin  keyfiyyətə keçid  mərhələsi  kimi  anlaşıla bilər. 
Teatr  prosesində  obyektiv  və subyektiv amillərin  ierarxiyası  məsələsi də 
birmənalı deyil : tarix  göstərir ki,  bəzən obyektiv şərtlər  olmayan  situasiyalarda  
subyektiv    xarakterli    hadisə  prosesin    gedişatına  güclü  təkan  verə  bilər.  Bu  “ 
hadisə”də  dediyimiz  şərt  istedadlı , bəzən  dahi  şəxsin  mövcud olmasıyla  bağlı  
olanda , proses  bütövlükdə  o  şəxsiyyətin  subyektiv , özəl inkişafına  tabe ola 
bilər ki, Azərbaycan  milli  mədəniyyətində  Füzulidən Üzeyir  Hacıbəyova qədər 
bu  tipli  “ hadisələr “ kifayət qədərdir...  
Milli  teatr  düşüncəsinin    “  oyun  fenomeni”ndən    qaynaqlanan    milli    teatr  
prosesini  instutsional  mədəniyyətdə inkişafı  yeni dövrdə  siyasi –ictimai , sosial 
–iqtisadi  və başqa  köklü proseslərə  bağlı olduğundan  araşdırma  zamanı  teatr 
prosesinin  ictimai göstəriciləri  istər- istəməz  ön  plana  çıxmalı olur.Amma  bu 
heç    də  onun    müstəqil    təbiətin    deformasiyaya    sürükləmir  :    mədəniyyət    öz-
özlüyündə    ictimai  proseslərin  çərçivəsində    mövcud    olmasına    baxmayaraq  , 
ictimai  varlıq  və şüura  güclü  təsir   göstərən  fenomenidir. 
Yuxarıda  biz  anlayışları bir –birindən  ayırmaq  iddiasını irəli  sürmüşük, 
indi  isə məntiqlə ziddiyyətə  girmədən  qeyd etmək  istəyirik  ki, yalnız  səmərəli  
sintezdən  sonra  teatr  düşüncəmiz  yeni keyfiyyətdə  məhsuldar proseslərə təkan 
verə  biləcək  :  fikrimizcə    bu  sintez    İdealın    mütəhərrik  çərçivələri  daxilində  baş 

verməlidir.”  Uzaq    proqnoz  “u  yaxınlaşdırmaq  ,  əməllərdə  gerçəkləşdirmək  
cəhdlərinin nəticəsində  nəsildən –nəsilə , həm də genetik  yollarla  ötürülən teatr  
düşüncəsi    öz  köklərinə  qayıdışdan    faydalanıb    peşəkar  teatr  prosesinin  inkişaf 
tarixində  yeni  səhifə açmağa  müyəssər  olacaq. 
Məlum  olduğu  kimi,  hər  hansı  prosesin    eniş    və  yüksəliş    nöqtələri    hələ 
prosesi  bütövlükdə    xarakterizə  etmir.  Eyni  sözləri    prosesi  izləyən  ,  araşdıran  
nəzəri açıqlamasını veerən elmi  əsərlər  haqqında  da demək  olar. Belə ki,  bizim 
monoqrafiyanın    yazılması  teatr    prosesinin    yeni  mərhələyə  can  atdığı    dövrdə 
təsadüf  etdi.Biz  əmink ki,  milli düşüncəmizin  bir çox sahələrində  olduğu kimi , 
teatr    düşüncəsində  də  tam  yeni    keyfiyyətli  dəyərlər  ,  meyarlar  ,  konsepsiyalar  
yaranacaqdır. Biz əminik ki,  xalqımızın insani , yaradıcı potensialı  üzə çıxacaq , 
mədəniyyətimizi zənginləşdirəcəkdir. 
Bu monoqrafiyanın  qənaətləri  inkişaf prosesinə  az da olsa təsir göstərərsə  
və daha dolğun , hərtərəfli , fundamental nəzəriyyənin  yaranmasına faydalı olarsa , 
öhdəmizə düşən  vəzifəni  yerinə yetirmiş olarıq. 
 
 
 
 
 
 
BİRİNCİ   FƏSİL 
 
 
           AZƏRBAYCAN  MİLLİ  TEATR  PROSESİNİN  GENEZİSİ : 
 AZƏRBAYCAN MİLLİ SƏNƏT  TƏFƏKKÜRÜNDƏ  TEATR  DÜŞÜNCƏSİ. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə