Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix09.02.2017
ölçüsü1,35 Mb.
#7963
1   2   3   4   5   6   7   8   9   10   11

 
 
 
II .  SOVET  DÖVRÜ  TEATR  PROSESİ  
                                 (1920-1990)  
VƏ POETİKANIN DEFORMASSİYA   PROBLEMLƏRİ . 
 
 
      “...XƏBƏR  ALSAM  MUĞANINDAN  MİLİNDƏN, 
        NAZLI    BAKIM  ,  O  NEFT    QOXAN  
GÜLÜMDƏN, 
        KİM DEMİŞ  Kİ,  DÜŞMÜŞ ADI DİLİMDƏN... 
        AZƏRBAYCAN    MƏNİM  EŞQSİZ  YURDUM 
OY ... 
        ÖLMƏZ  EŞQİM  ,İÇİMDƏKİ DƏRDİM OY....” 
  
                                 ALMAS  İLDIRIM 
 
 
 
 
 
 
   “... Sən  son  qoydun  sürgünlərə , 
         Yollar açdın al səhərə , 
         Qovuşdu  xoşbəxt  günlərə
         Kişi, qadın , oktyabr !” 
 

                                                  Aşıq Ələsgər  
“Azərbaycanda  sovet  dövrü  “ mövzusu  eyni zamanda  həm asan  , həm də 
mürəkkəb  məsələdir .Ona görə  asandır  ki, bir  predmet  kimi SSRİ  tarixi bəlkə 
də    ən  çox    öyrənilmiş    sahədir  ,  mürəkkəbliyi    də  məhz    bundadır  .Mükəmməl  
siyasi  –ideoloji    “əməliyyatlara  “  məruz  qalmış    bu  elmi    obyektiv    və  təhrif  
olunmuş    dəyərlərinin      bu  gün  elmi    dəqiqliklə    təsdiq    olunması    müəyyən  
mənada  korrekt  deyil.Birincisi , ona  görə ki, postvest  məkanı  hələ tam  mənada  
dəqiq    təyin    olunmamışdır    və  bu  məkanda    bir  çox    siyasi-  iqtisadi    ,  sosial- 
psixoloji  və mədəni  proseslər  hələ də  vahid  səciyyələrə malikdir.İkincisi , ona 
görə  ki, dürüst  tarixi  analiz  və  obyektiv,  qənaətlərə   gəlmək  üçün  müəyyən  
zaman  distansiyası    tələb    olunur.Üçüncüsü    də    ondan  ibarətdir    ki,    hər    hansı 
təhlil    qərəzsiz  ,  obyektiv    heç  bir    siyasi    konyukturanın    təsiri  olmadan    və  
subyektiv  münasibətlərlə  idarə  olunmadan  edilməlidir. 
“ Azərbaycan  tarixi” elmi  bir sıra  vacib məsələləri  həll edib  mədəniyyət   
və  incəsənətin    köklü    məsələlərini    təhlili    üçün    çıxış    nöqtələrini  
müəyyənləşdirmişdi.  Belə  ki,  Azərbaycanda    Sovet    hakimiyyətini    lekitim 
olmaması , tarixdə ikinci dəfə  Azərbaycanın  Rusiya  tərəfindən  ilhaqı  və milli 
azadlıq  hərəkatının  başlıca  məqsəd  və vəzifələrinə tam zidd  bir ideologiyanın  
zorla  yeridilməsi  artıq danılmaz  obyektiv  həqiqətlərdir. 
Mədəniyyət  və sənət  təfəkkürümüzün  sovet  dövründəki  vəziyyətinin  , o 
cümlədən  araşdırma  predmetimiz  olan teatr prosesi  və poetika  problemlərinin  
təhlilinin  aşağıdakı  metodoloji  tezislərə  aparılmasını  məqsədəuyğun bildik : 
1.Ənənəvi  fəlsəfi – etik  düşüncəni  hakim  materialist ( marksist –leninçi ) 
fəlsəfə  və estetik  əvəz etdi. 
 
2.Canlı proses  mərkəzdən  idarə olunan  və mütləq  qanun  kimi çıxış  edən ,  
normativləşdirilmiş  və  siyasiləşdirilmiş fəaliyyətlə  əvəz olundu. 
 
3.Bütün    proseslər    başlıca    aparıcı    və  hakim  elan    olunandan  öncə  
sosializm  ,  sonra  isə    kommunizm  quruculuğu    prosesinə  tabe    edilmiş  köməkçi  

proseslər    kimi  müəyyənləşdirilir.Bu  proseslərin    mövcud    olması    və  
dəyərləndirilməsi  kommunist  ideologiyasının   dəyərlər  sisteminin meyarları  ilə 
təyin olunurdu. 
 
4.Totalitar  düşüncənin  inzibati- amiranə  sisteminin  çərçivəsində  inkişaf 
etməyə  məhkum olunmuş  teatr prosesinin başlıca istiqaməti  və səciyyələri  üzvi  
şəkildə  deyil, partiya  sənədləriylə təmin olunurdu. 
 
5.Güclü  və geniş  şəbəkəli  nəzarət  və reapressiya  aparatına  malik  rejim  
prosesi    demokratik    azadlıqlarından    məhrum    edib    zorakılıq    prinsipinə  
söykənirdi. 
 
6.Marksizm-leninizm    nəzəriyyəsinin  yeganə    doğru    elm  elan    edilməsi  
nəticəsində      mövcud    olan    elmlər    məhz    bu  nəzəriyyənin  bazis    əsaslarında  
inkişaf    etdirilidi.Alternativ    əsaslarla    söykənən    hər  hansı    elmi    sahə  (  Məs  : 
genetik,  kibernetika...)  antisovet  ,  burjua    və  demək    olar  ki,    düşmən    elan  
olunaraq    yox    edilirdi.Obyektiv    şərait    tələb    edəndə    isə    müəyyən    ideoloji  
əməliyyat    nəticəsində    dünənki    düşmən    dost  ,  dost    isə    düşmən    elan    edilə  
bilirdi. 
7.Kommunist  partiyasının  milli siyasətinin  təməli  prinsiplərə  görə  milli 
özünəməxsusluğu və  etnopsixoloji  fərqlər   beynəlmiləlçilik  başlanğıcının içində  
əriyib  tədricən  yox  olmalı  idilər .Amma  eyni  zamanda  mədəni  qruculuğun  bir 
sıra  müsbət   prinsiplərinə  görə (  ümumi  savad, mədəni  şəbəkələr sistemi-klub , 
kitabxana , muzey,  teatr , mənalı asudə vaxt və s..)  respublikalarda  mədəniyyət  
prosesinin  inkişafı  təmin olunmuşdu. 
 
8.Dövlət  sisteminin    müəyyən  elementi    olan    mədəniyyət  –incəsənət  
müəssisə  -təsisatlarının    fəaliyyət    şərtləri    sərt    iqtisadi    əsaslarla    tənzim   
olunurdu  :    mədəniyyət    və  incəsənət    dövlət  büdcəsindən    maliyyələşdirilir  və 
planlı    təsərrüfat    sistemində  bu  maliyyələşdirilmə    “qalıq  prinsipiylə”  həyata  

keçirilirdi.Yəni  :    planlaşdırılma    nəticəsində    mühüm    sahələrin  (hərbi,    ağır  
sənaye  ,  kənd  təsərrüfütı  və  s.)    tələbləri    nəzərə    alındıqdan  sonra    yerdə    qalan  
vəsait  mədəniyyətə verilirdi. 
 
9.Maliyyə    qaynağı  “  gəlir    vergisi”  (  podoxnıy  naloq  )  olduğundan  
mədəniyyət    və  incəsənət    “istehlakçısı”  (tamaşaçı,  dinləyici  )  bilet    alarkən    iki 
dəfə  haqq  ödəmiş    olurdu.Yəni,    mədəniyyət    və  incəsənətin    iqtisadi    prinsipləri  
canlı  iqtisadi  inkişaf  proseslərinə  zidd idi. 
 
10.Mədəniyyət    və  incəsənətin    təhsil    sistemi  müvafiq  idarəetmə  
orqanlarının    və  təşkilatlarının  (Mədəniyyət    Nazirliyinin)    deyil,    ümumdövlət  
təhsil  sisteminin  daxilində qalaraq  siyasi-  ideoloji  nəzarət  gücləndirirdi. 
 
Gördüyümüz  kimi  ,  teatr    prosesinin    siyasi-  ictimai    proseslərlə    üzvi  
bağlılığı  düşünülmüş  və sərt sistemliliyinin  nəticəsində normativ  əlaqələrlə əvəz 
olundu.Başqa  sözlə  ,  totalitar    rejim  teatr    prosesinin    proqnozlaşdırılmamış  
yaradıcı    təzahürlərini    maksimal  dərəcədə    nəzarət  altına    saxlamaqla    hakim  
ideologiyaya    yad    və  zərərli    təsirini    yoxa    endirməyə    çalışırdı  və  müəyyən 
mənada    (ona    görə  ki,  hələ  heç  kimə    təbii  prosesləri    süni  ,  formal    axara 
döndərmək  müyəssər olmayıb...)  buna  nail oldu. 
Azərbaycanda  sovet  dpvründə  teatr  prosesinin  inkişaf xüsusiyyətlərini  və 
poetika    problemlərini    şərti  olaraq    beş    mərhələnin    ardıcıllığında  araşdırmaq  
prinsipinin  iki    səbəbi  var  :    birincisi  –bu  beş  mərhələ  sovet  üsuli-idarəsinin  
yaranma, inkişaf  və süqutu mərhələləriylə  bağlıdır ; ikincisi – bizi maraqlandıran  
mövzunun    baxım  bucağı  prosesin    ümumi  mənzərəsinə  diqqət  yetirməyi    kafi 
bilir.Odur ki, bütün  başqa ( bəzən  çox əhəmiyyətli ) prinsiplərdən vaz  keçərək  
teatr  prosesini    mühüm  ictimai-  siyasi  ,  mədəni  –ideoloji    və  mənəvi  proseslərlə  
bağlılıqda  araşdırmaq  üçün  biz sovet  dövrünü  aşağıdakı  mərhələlərə bölürük : 
 
1.Sovetləşmə  mərhələsi  

 
2.Stalinizm  dövrü  
 
3.Xruşşov ilkbaharı ( mülayimləşmə)çağı(отеппель) 
 
4.Durğunluq  zamanı (застой) 
 
5.Yenidənqurma  (перестройка)dönəmi 
 
Burada    xüsusilə    vurğulamalıyıq  ki,    araşdırmamızın    məqsədi  teatr  
prosesinin    universal    və  institussional    səciyyələri    olacaq  ,  çünki  ,  fikrimizcə  
konkret  və  predmetli təhlil  çox  mürəkkəb  əməliyyat olduğundan  bu  olduqca  
məsuliyyətli  əməliyyat  kollektiv  tədqiqatlar  tərəfindən görülməlidir.Bir səbəb də 
ondan  ibarətdir    ki,  bu  gün    ümumi  tarixi    konsepsiya  hələ  ki,    yaradılmayıb.Bir 
çox fakt və hadisələrin  dəyərləndirilməsində  kəskin fərqlər var , odur ki, vəziyyəti  
tündləşdirməmək  üçün    yalnız  aşkarıadımız    səciyyələrin    konstotassiyasıyla  
kifayətlənəcəyik.Əlvə  edək  kiŞ      insan  amili  də    bizim  üçün  çox  əhəmiyyətli 
olduğundan  prosesin personaliyalarının ,  subyektlərinin dəyərləndirilməsini  daha 
müvafiq tarixi şəraitdə  və daha bağımsız , daha müstəqil tədqiqatlara tapşırırıq.Bu 
qənaətə    kimdənsə    qorxmağın    və  ya    üzgörənlik  eləməyin  nəticəsində  
gəlməmişik :  sadəcə olaraq , ənənvi  milli  və obyektiv  elmi  ədəb  qaydaları  bizi  
bu  mürəkkəb  ,  ağrılı    və  incə  əməliyyatdan    müvəqqəti    imtina  etməyə  vadar 
edir...Bu əsaslandırmalarımız  qənaətbəxşdirsə , araşdırmamıza keçək.. 
 
 
 
1.SOVETLƏŞMƏ  MƏRHƏLƏSİNDƏ  TEATR  PROSESİ 
 
Azərbaycanda    Sovet    hakimiyyətinin  qurulmasından  az    keçməmiş    yeni 
rejim  strukturlaşdırılma  işini  aparmağa  başladı : “...inqlabın  ikinci  günündən 

etibarən  (  qabartam    mənimdir  –  M.Ə.)  müsəlman    artistlər  dəstəsi  maarif  
komissarlığının  sərəncamına  qəbul edilmişdir...Komisarlıqda  incəsənət  şöbələri 
təşkil  edilir ( 7 may, 1920-ci il  “ Kommunist”  “...Maarif komissarlığı  yanındakı 
teatr    heyəti    bütün  teatr    və  kinoların    milliləşdirilməsi    haqqında    qərar    qəbul  
etmişdir.( “4  may, 1920-ci il “ Əxbar” qəzeti ).Bu  tədbirlərin  başlıca  məqsədi  
teatr    prosesinin  ideoloji    məqsədlərini    yeni  siyasi  –iqtisadi    rejimin  məqsəd    və 
vəzifələrinə    bağlamaq  idi.Məhz    həmin  ildə    ədəbi  –bədii  tənqid    siyasiləşməyə  
başlayır    və  “ictimai  məhkəmələr  “    dramaturji  personajları    mühakimə 
edirdi,amma    tarix    göstərdi  ki,  əslində  bunlar  gələcək    siyasi  məhkəmə  
proseslərinin    bir    növ  məşqi    idi  :    yeni  meyarlar  ,  yeni  ritorika    və  yeni 
movitassiyalar    sınaqdan  keçirilmiş...İlk    hücumlara  məntiqli  olaraq    “sehr”  
poetikasından    qaynaqlanan    əsərlər    məruz    qaldı  :  birinci  məhkəmə  20-ci  il  
iyulun 23-də “Ölülər”in qəhrəmanı  Kefli İsgəndər  üçün  qurulmuşdu  26-dekabr 
sayında    isə  “Kommunist”    qəzetində  əlamətdar    məlumat  dərc  olunmuşdu  :” 
Dövlət  teatrında  oynanmış olan möhtərəm  şairin Hüseyn Cavidin  “İblis “ adlı  
pyesinə  bir  çox    şəxslər  tərəfindən    yazılmış    və  idarəmizə      göndərilmiş  olan 
tənqidlər  növbə ilə qəzetimizdə dərc ediləcəkdir”.Bu təsadüfi deyi” çünki  həmin 
dövrdə adı çəkilən  pyeslər geniş tamaşaya  hazırlanmaqda idi, hətta 17 dekabr  20-
ci il  sayında “Azərbaycan füqərası”  qəzeti yazdığı kimi  : 
“Gərək  bizim  məmləkətdə    bir  teatr,  bir  klub    və  bir  səhnə  qalmasın  ki,  
“Ölülər “ orda oynanmasın “. 
Bu cür şəraitdə teatr  prosesi  yeni səmtlərə yönəlirdi..1923-cü  ilin aprelində  
Azərbaycan  teatrının    əlli  illiyi  münasibəti  ilə    Azərbaycan  Kommunist  Partiyası  
Mərkəzi Komitəsinin təbrik məktubunda  isə teatrın ideoloji  vəzifələri açıq bəyan 
olundu:      “..Teatr    fəhlə  -  kəndli    sinfi  ideyasını  yayan  qüvvətli    vasitələrdən 
biridir....Bizim  təbliğatın    ən  yaxın  və  sınanmış    vasitələrindən  biri    teatrdır 
(  qabartmalar  mənimdir  –  M.Ə.)  “  “  Tənqidçi-təbliğ  teatrı”  yaradılması    da  bu  
dövrə təsadüf edir. 
 İiyirminci  illərdə    Kommunist    Partiyası    və  Sovet    hökümətinin  vahid 
planıyla    Bakıda  teatr    şəbəkəsi    yaradılır  :  :  opera  ,  dram  ,  tənqid-  təbliğ  ,  işçi-

kəndli , işçi,  gənc tamaşaçılar , uşaq teatrları  əhalinin  bütün  təbəqələrini  əhatə 
etməli  idi.Gəncə,    Naxçıvan,  Şəki,  Quba  ,  Ağdam  ,  Qazax    və  digər  şəhərlərdə  
dövlət  teatrlarının    açılması  teatr    prosesinin    imkan  və  təbəqələrini    nəzərə 
almadan    ,  yalnız  siyasi    motivlərdən  baş  verirdi.  “  Qardaş  respublikalarda    : 
Gürcüstan  ,  Ermənistan  ,  Dağıstan,  Türkmənistanda  açılan    və  Azərbaycan 
türkcəsində    fəaliyyət  göstərən    teatrların    fəaliyyəti  də    süni  siyasi  məqsədlər  
güddüyündən  nəticə  etibarı    ilə    uzun  müddətli  olmadı    :  hazırda  onların  heç  
birində  Azərbaycan  teatrı  yoxdur.Teatrşünaslığımız    Azərbaycan  teatrının  
inkişafında  böyük  rol  oynamış    rus  əyalət    rejissorlarından    A.A.    Tüqanov  , 
A.A.İvanov , Uqryumıy, A.S.Varşavski və b.  Adlarını  hörmətlə çəkir.Həqiqətən 
bu  adamlar    zəhmətlərinə  görə    hər    cür  hörmətə  layiqdirlər    ,  amma  onların 
fəaliyyəti  obyektiv  olaraq    teatr    prosesimizin  rus  teatr    düşüncəsinə  
uyğunlaşdırmağa  yönəltmişdi.Nə  yaxşı  ki,  bizim  Üzeyir    bəyimiz  var  idi  ,  əks 
təqdirdə  ,Azərbaycan  milli    musiqisinin  əsaslarını    da  mərkəzdən    ezam  olunmuş  
bir ortabab bəstəkar yaradacaqdı.” 
Sovetləşdirmə    mərhələsində    teatr    prosesi    hələ    “müsəlman”  və  “türk”  
ifadələriylə  təyin  olunurdu və  özünəməxsus  qanunlarıyla  bağlılıqda  poetikanı  
sosial-siyasi    mövzularla    zənginləşdirirdi.Amma    məhz    bu  mərhələdə    qalib 
gəlmiş , amma hələ tam hakim  olmamış  yeni düşüncənin müntəzəm  tələbləriylə  
teatrımız  ona xas olmayan  ideloji  tənqid  və təbliğ  funksyalarını  qəbul  etməyə  
başlayır. 
Biz  ona    görə    bu  mrəhələyə    bu  qədər    diqqət  yetirdik  ki    sonrakı  tarixi 
inkişaf  prosesində  burada bəyan olunan  tendesiyalar  aparıcı  oldular  və teatr 
prosesini  sözün  hərfi  mənasında  “ vasitəçi”  səviyyəsinə endirdilər. 
 
 
 
 
2.
 
STALİNİZM  DÖVRÜNDƏ  TEATR  PROSESİ VƏ POETİKANIN 
DEFORMASİYASI. 

 
Məlum    olduğu    kimi    stalinizm    nəzəriyyəsinin    başlıca  tezisi  (“  sosializm  
quruculuğunda    sinfi  mübarizə  kəskinləşir  “)    dəhşətli  represiyaları    əsaslandıran 
amillərdən    biri  oldu.bu  tezis  bütün    incəsənət  növlərini  ,  o  cümlədən    teatr  
prosesini  kəskin  halda    siyasi-  ideyoloji    doktrinaların    bədii  təcəssümünə  
dönməyə məcbur etdi. 
Poetikanın  özülünü  təşkil edən  konflikt  köklü  surətdə dəyişilir  və “ siyasi-  
ideoloji    konflikt”    forma  və  məzmun    yaradan  başlıca    amilə  dönür.Burada  
B.Brextin “siyasi  teatr” anlayışıyla  kəskin  fərq var : Brextin  əsərlərində  “sinfi 
mübarizə”  kateqoriyası  geniş  fəlsəfi  kontektdə tətbiq olunur , əsaslandırılır  və 
kommunist  Brextin  fəlsəfi əqidəsini açıqlayır.”Sosial  sifarişlə” yazılan əsərlərin  
başlıca meyarı  Stalinin  doğmaya  döndərilmiş  “Bizlə  olmayanlar  düşmənimizdir 
və “ düşmən  təslim olmursa , onu  məhv edərlər!”  ifadələri oldu.Əlaqədar  siyasi  
və  xüsusi    təşkilatların    birbaşa  göstərişiylə    dramaturgiya    və  teatra    “  xalq  
düşmənləri”ni ,”şpionlar”ı , “qolçomaqlar”ı , “ziyançılar”ı , “ Opportunistlər”i ifşa 
edən  əsərlər    gəldi.Paralel    halda  marksist  –leninçi    estetikada    hər    hansı  
poetikanın    canlı,  üzvi    inkişafını    kökündən  kəsən  “konfliktsizlik    nəzəriyyəsi” 
hökm  sürürdü.Bu  nəzəriyyənin  əsas tezisinə  görə sosialist cəmiyyətində konflikt  
yalnız “ yaxşıyla “ “daha  yaxşının”  arasında ola bilər.Aydın məslədir ki,  “sehr”  
və”seyrli    sehr      poetikaları  qanundan    kənar  elan  edilmiş  ,  döyüşkən  ateizm    və 
pantürkizm ( həmçinin  panislamizm)  ilə amansız  mübarizədə  teatr  prosesinin  
ənənəvi    bazis    əsasları    marksizm-    leninizm-  stanilizm    nəzəriyyəsinin    siyasi 
kateqoriyaları    ilə  əvəz  olunmuşdu,  təyin  edilmiş    səciyyələrlə    realizə  olunan  
poetika  vasitəsiylə  hakim ideologiyanın  ruporuna çevrilmişdir.Məhz  bu dövrdə  
siyasi  aktuallığı  bütün başqa  şərtləri üstələdi  və “ mövzuca aktual , formaca  zəif 
“ əsərlərin meydan oxumasına səbəb oldu. 
SSRİ-də    sosializmin  qələbəsi    elan  olunandan    son  dövrlərədək  işlək  olan  
“Formaca milli , məzmunca  sosialist “ yaradıcı –metedoloji  təyin meydana  atıldı. 
Bu  dövrün  dəhşətli  ,  yırtıcı,  antihumanist    siyasi  quruluşunun    repressiv  
xarakterini  nəzərə  alaraq    biz  konkret  subyektlərin    yaradıcılığını  araşdırıb  

dəyərləndirməksən imtina etdik  : rejimin bir sıra şüurlu  və köklü  tərənnümçüləri  
arasında  zorən  ,  məcburən  onunla    əməkdaşlıq  eləyən  istedadlı    sənətkarlar  yox  
deyildi .Əslində faciəvi şəxsiyyətlər  olan böyük istedada  malik sənətkarlarımızın  
yaradıcılığı , bizcə, bu baxım  bucağından təhlil  edilib  dəyərləndirilməlidir. 
Stalinizm    fəal    istismar  etdiyi    müharibə    və    onunla  bağlı  vətənpərvərlik  , 
qəhrəmanlıq mövzuları  oldu.Nəzərə alsaq ki,  bu cür mühüm və böyük hadisə  tam 
mənada  dərk  edilib    ,  hərtərəfli  öyrənilibdəyərləndirildikdən      sonra  bədii 
təcəssümü    verilməlidir    və    bu  proses  uzun  zaman  tələb  edir  ,  aydın  olar  ki,  
tapşırıqla , tələsik və müəyyən  siaysi platformada yazılan  səhnə sərlərində  “ hrb 
və sülh “  kimi möhtəşəm  fəlsəfi problem ötərgi , konyuktur  şərtlərin qurbanı oldu. 
Bu dövrü yekunlaşdıraraq  demək olar ki,  sovetləşdirmənin  ilk mərhələlərində 
başlanmış    teatr    prosesinin  ram  edilməsi    cəhətdən  onun  tam  siyasi    alətə 
çevrilməsiylə  nəticələndi.”Seyr”    poetikasının    üstdə  olan  imkanlarını      istismar 
edən    marksist  leninçi    estetika  “sovet  teatrı  prosesi”  anlayışını    yaparaq    onun 
ideoloji  ,  bədii,  peşəkar    nəzəri    səciyyələrini  ,  vahid  konseptual  poetikasını  
yaratmağa  müyəssər  oldu.”    Ümumittifaq    teatrı    prosesinə”  zorla    qoşulan  
AZərbaycan  milli    teatrı  öz    bazisli    əsaslarından    qoparıldı  ,  proses  olaraq 
donduruldu, poetikası ilə köklü surətdə  deformasiyaya uğradı .Artıq bu poetikanı  
başqa milli  poetikalardan  fəqləndirən  yalnız “yerli kolorit” və  ədəbi  dil oldu. 
 
Təbii  ki,    Sovet  Sosialist    cəmiyyətində    üstdə  və  altda    elə  üzvi  proseslər 
gedirdi ki,  bunun  da nəticəsində rejimin  özü müəyyən islahatlara  getməli  və son 
məqamlarda    dağılmalı  oldu.Grçək  şərtlərlə  bağlılıqla    bu  proseslər  sənət 
təfəkküründə    və  teatr  düşüncəsində    öz  əksini  tapa    bilmirdi.İndi  isə  tam 
məsuliyyətlə  deyə bilərik ki,  o dövrün sənətkarlarını  bunda ittiham etmək  tarixi 
və mənəvi  ədalətsizlik olardı.  
  
3.      ”XRUŞŞOV  İLKBAHARI A( MÜLAYİMLƏŞMƏ)”  
   ÇAĞDAŞ  TEATR  PROSESİNİN  CANLANMASI  VƏ  
     POETİKANIN  YENİLƏŞMƏSİ 
 

SSRİ-  tarixində  çox    qısa  ,  amma    nəticələrinə    görə    çox    əhəmiyyətli  
“ mülayimləşmə” (оттопелъ) çağı  ilk  növbədə  və əsasən  ictimai- siyasi  rejimin  
yumşalması , stalinizmin  ifşası , dəmir  pərdənin  azca  açılması  və  müxtəlif ,o 
cümlədən    teatr    və  dramatirgiya    proseslərinin    sərt    nəzarət    altından 
“ buraxılmasıyla “ səciyyələndir. 
 Teatr    prosesi    birincilər    sırasında    bu  siyasi0ictimai    mülayimləşməyə  
reaksiya verdi  : bu vaxtacan  yasaq olunmuş  əsərlər  səhnəyə qaytarıldı, bir  çox 
sənətçilərin    adı  və  sənət    görüşləri    reabilitassiya    olundu    və  poetikanın  
yeniləşməsi  üçün  səmərəli  şərait  yaradıldı. 
 Poetikanın    yeniləşməsi    ilk    növbədə  ekzistensional    konfliktin    “bəraət 
“  alıb  müxtəlif  forma  və janrlarda  gerçəkləşdirilməsində  təzahür  olundu.Əski  
sovet  poetikasıyla  polemik  vəziyyətdə  formalaşan  yeni  poetika   “  müasirlik”  
adıyla    tarixə    həkk    olunub.C.Cəfərov    yazırdı  :  “  Müasirliyin    sənət    üçün  ,  o  
cümlədən    teatr    üçün    bir    qanuniyyət    olduğu    məlumdur  ,  müasirlik    sənətin  
məzmunudur  və  bu mənada   yeni    anlayış   sayıla bilməz  ;  buna baxmayaraq  , bu 
gün müasirlikdən  bu qədər çox danışılarsa , o səbəbsiz və əssasız deyil” 
Milli  düşüncə  və milli  sənət  təfəkkürünün  həqiqi  təəssüfkeşi  olan Cəfər 
Cəfərov  yenilikçiləri  (indi  onlar “altmışıncılar” adlandırırlar)  qorumaqdan ötrü  
müəyyən  ideoloji  –  sxolastik    əməliyyatlar    pərdəsi    altında    çox    mühüm  
prinsipləri    də  təsdiq  edirdi.”  ...Son    dövrdə    həyatımızda    mühüm    dəyişikliklər  
baş  vermişdir  ki,    müasirliyin    məzmununu    xeyli  zənginləşdirmiş  və 
yeniləşdirmişdir.Doqçatizmi    və  subyektizmin  (  qabartmalar  mənimdir  –M.Ə.) 
zərərli  təsiri  və  nəticələri  aradan  qaldırıldıqca    ,  praktiki  fəaliyyət    elmə  ,  dərin 
biliyə , daha çox əsaslandıqca,  ictimai  şüur da  dəyişir,  yeniləşir “ .  “ Totalitar  
düşüncə”  və “ şıxsiyyətə pərəstiş” terminlərini  bilərəkdən yumşaldan alim  əsas  
mətləbi    sərt    və  birmənalı    formalizə  edir  :  ”  ...  sənətkarla    həyat  arasında 
münasibət dəyişmiş nəticədə sənətin  funksyası da  yeni keyfiyyət kəsb etmişdir” 
müasirliyin  metod  və  üslublarını  ,    funksyanal  və  məzmuni  səciyyələri  araşdırıb, 
onları mövcud ideologiyayla “ barışdıran” C.Cəfərov teatr  prosesinin yeni çağda 
imkanlarını təsdiqləyir : “  sənətdə bu meyillər  şübhəsiz  forma sənətkarlığına da  

təsir göstərir ( bu ifadəyə  görə Cəfərov  5 il əvvəl”  formalist” olaraq  damğalanaıb 
“  xalq  düşməni”  adını  qazana  bilərdi-M.Ə.)  ,    təsvirçilik    ,  təfsilat    informasiya 
tələbini məhdudlaşdırır , ümumiləşdirici  vasitələrdən  yeri gəldikcə  şərtiliklərdən 
və  rəmzlərdən  (  qabartma  mənimdir  –  M.Ə.)  istifadə  edilir  “.  Daha  sonra  
C.Cəfərov  o  çağlar üçün “ ideoloji  küfür”  sayıla biləcək bir tezis irəliyə sürür ki, 
bu    sözün  əsil  mənasında  inqlabi  xarakter  daşıyan    fikir    heç  zaman  aktuallığını 
itirməyəcək. O,  yazır :” Unutmaq olmaz ki, sənətkar yaradarkən özndən çıxış edir 
və  yenə  də  özünə qayıdır    və  bu    “  sirli”   dairənin  ( qabartma  mənimdir  –  M.Ə.) 
tükənməz  imkanları  vardır  .Onları  məhdudlaşdıra      biləcək  bütün  doqmatik  
təsəvvürlər,  stereotiplər  ,sxemlər  dağıdılmalıdır  “  .Azərbaycan  teatrında 
müasirliyin  təsirinin  ən    “  istedadlı  və  bilikli”    qüvvələrin  yaradıcılığında  əks  
olunmasını  vurğulayan  C.Cəfərov  belə  bir  qənaətə  gəlir  ki,  müasirləşmə  meyli 
“ 50-ci  illərin ortalarından başlamış, teatrın son tamaşalarından bir neçəsində isə 
özünü  aydın    göstərməkdədir”.Bunun  səbəbini  alim  “    ümumiyyətlə    milli  bədii 
inkişaf    prosesi  ilə”    bağlayır  ,    konkret  olaraq  isə  T.Kazımovun  quruluşundakı” 
Ölülər  “  tamaşasının    müfəssəl  təhlilinə  keçir  .Bütün  irili-  xırdalı    qüsur  və 
fərqlərinə  baxmayaraq    bu  çağın  teatr  prosesi  ictimai-siyasi  dəyişikliklərə 
özünəməxsus    formada  reaksiya  verdi  və  müəyyən  mənada    Dünya    teatr  
prosesinin    axarına    müvəqqəti  olsa  da  qoşuldu.Teatr    poetikası  isə  bu    çağlarda  
daha  çox    “  sehrli  seyr”  keyfiyyətləri  ilə    yeni  janr  və  üslubların  (  şərtilik  , 
rəmzçilik...)  sintezi ilə səciyyələnir.Bu səciyyələr artıq ənənəyə  dönmüş “  sovet 
teatrı”  poetikası  ilə      polemik  münasibətlərdə  təsdiqlənir  ,  mübarizə  şəklində  
formalaşırdı.Nisbi  olsa  da  ,    müəəyən  demikratişlənmə,  yeniləşmə,  müasirləşmə 
şəraitində  keçən  bu  mübarizəyə  tezliklə  son  qoyuldu  :  “  Xruşşov  ilk  baharı”  
sonradan  “  durğunluq  “    adlandırdığımız  zaman  ilə  əvəz  olundu,  amma  teatr  
prosesini artıq əvvəlki  keyfiyyətinə qayıda  bilmədi və  Azərbaycan teatr  prosesi 
inkişafının  yeni axarından  dönmədi... 
 
 
 

 
 
Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin