Teatr: Seyr və sehr


AZƏRBAYCAN  MİLLİ  TEATR DÜŞÜNCƏSİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix09.02.2017
ölçüsü1,35 Mb.
#7963
1   2   3   4   5   6   7   8   9   10   11

    AZƏRBAYCAN  MİLLİ  TEATR DÜŞÜNCƏSİ 
    VƏ ƏNƏNƏVİ  İSLAM MƏDƏNİYYƏTİNİN   
    MƏNƏVİ  DƏYƏRLƏR SİSTEMİ 
 
            “  BİSMİLLAH  İR    RƏHMAN-İR 
RƏHİM” 
HƏKİMLƏR 
 
XƏZİNƏSİNİN  
QAPISININ  
AÇARIDIR.” 
NİZAMİ  
GƏNCƏVİ 
 
 
 
 
 
 
 
 
 
 
 
“ Sirlər xəzinəsi” 
Əvvəlki bölümlərdə milli  teatr  düşüncəsinin əski qaynaqlarını  araşdıranda 
düşüncəsinin  əski  qaynaqları  araşdıranda  örnəkləri  mifik , mistik  düşüncədən  
götürürdük.Bu    bizə    həm    ondan    ötrü    əhəmiyyətli    göründü  ki,    mif    və 
dastanların  obrazlılıq  sistemində  arxaik süşüncə  , arxetiplər  daha aydın  sezilir : 
sonrakı  mədəni   əməliyyatlar  mənzərəni o qədər  də  təhrif etmədiyindən  etnik 
mədəniyyətin  hadisə  və faktlarını  ilkin görkəmində təhlil  etmək mümkündür. 
Azərbaycan    milli  mədəniyyətinin  özəlliyi  həm  də    ondan    ibarətdir  ki,  
çağdaş mədəni  və sənət düşüncəmizdə  bir çox əski  mədəni- psixoloji  fenomenlər  
demək  olar  ki,    çox    az  transformasiya    olunmuş  halda    işləməkdədir.bu  sıradan  
aşıq    sənəti    ,  muğam    və  xalq  musiqisi    min  illik  inkişaf    yolunu    keçərək  öz 
məzmun  və  dil-  ifadə    qatlarında    qaynaqlarını    və  tarixi    təsirlərin    izlərini  
günümüzə  qədər  çatdırmışdır  Konseptual  və  tarixi  poetikaya    malik    olan    bu 

klassik  sənət    növləri  milli    sənət  təfəkkürümüzün    təməlini    təşkil    edərək    milli 
teatr  düşüncəmizin  poetikası  və praktkasına  hələ də  tam  tədqiq  olunmamış, 
dəqiq  sistemləşdirilməmiş  formada  təsir  göstərmişdir.Bunu sübut etməkdən ötrü  
xüsusi  dəlillər    tələb    olunmur  :  birincisi  –  teatr    düşüncəmiz    yaradıcı  boşluqda  
yaranmayıb  və    obyektiv  olaraq    yeni  mədəni  ənənəyə    söykənib.İkincisi  –  bir  
mədəni    massivin    içində    bir  neçə  ,  özü  də    fərqli,  kəsişməyən  ,qarşılıqlı  təsir  
göstərməyən    yaradıcılıq  mexanizmləri  ,  etno-psixoloji    modellər      mövcud    ola 
bilməz : və nəhayət  , üçüncüsü – milli sənət növlərinin struktur , tipoloji , genetik , 
estetik    və  bədii    analizi  onların    vahid  ,  ya  da  çox    oxşar    quruluş  prinsiplərini  
aşkarlayır.Vahid    etno-mədəni    və  etno  –psixoloji  qaynaqlar  ,  ortaq    dil-  ifadə  
sistemi    və  təzaurusu  ,  oxşar  formal  səciyyələri    və  kompozisiya  xüsusiyyətləri  
,şərikli  obrazlılıq  sistem  milli  sənətimizin  müxtəlif  növlərinin  universal  qanun  
və  qanunauyğunluqlarla    bağladıqda    inkişaf  etməsindən  xəbər  verir  .Nisbətən  
gənc olan teatr  sənət  növü  bu gün  bəlkə də öz “ orta  çağlarını “ yaşayır -  yeni  
dövrün  yeni      tələbləri    onu    milli  sənət    təfəkkürü    kontekstində    ,  amma    özəl  
tarixi    poetika  baxımından      araşdırmalı  ,  inkişafına  təsir  edən  bütün  amillər  
öyrənilməli  və dürüst dəyərləndirilməlidir.O zaman  canlı milli sənət  prosesindən  
süni olaraq  qopardılmış  və yalnız istedadlı  fərdlərin yaradıcı  səyləri nəticəsində 
milli    təfəkkürdə    əks  –  səda    tapan    bu  özəli    funksyalarını    yerinə  yetirməkdən  
ötrü  səmərəli  şərait  əldə  edəcəkdir. 
Tarixi  analiz  obyektiv  şərtlərə  əsaslanaraq  inkişaf prosesinə  təsir  edən  
hər  hansı    amildən    vaz    keçməli  ,  hər  bir  mərhələni    əhəmiyyətli    sayıb    onun  
poetikaya  bəxş    etdiyi    özəllikləri    aşkarlamalıdır.Bu  mənada    hətta  imtina  
etdiyimiz    marksist-leninçi    estetikanın    kateqoriyaları    və  onların  təsiriylə  
yaradılmış    sənət  əsərləri    milli    mədəniyyətimizin    tərkibindən    ayrıla  bilməz 
.Azərbaycan  milli  mədəniyyəti  çox mürəkkə  tarixi  olayların , geosiyasi , mədəni  
və    estetik    proseslərin  baş  verməsi    nəticəsində    formalaşıb    bu  günkü 
parametrlərini əldə edib. 
Hər  hansı    proses    çoxqatlı    olduğu  kimi,  teatr  prosesinin  də  daxili  
quruluşunda    müxtəlif  qatları    mövcudluğu  danılmazdır  .bu  mənada    mənəvi- 

psixoloji    arxetiplik    xassəsi    teatr  prosesinin    sokral  qatı    üçün    olduqca  mühüm  
tərkib hissəsi  sayılmalıdır.Çünki  dərketmə istiqamətləri  yalnız müstəvi üzərində 
qurula  bilməz    :  tarixi  inkişaf    prosesində    teatr    düşüncəsinin    şaquli  (  vertikal) 
sistemliyi    də    yaranmalı    və  sokral    məsələləri    öz  dəyərlər  sisteminə    mütləq  
qoşmalı  idi.Bu  dəyərlər    həm  konkret  ,  həm  də  mücərrəd    sahələri  həm  konkret, 
həm  də  mücərrəd    sahələri  əhatə  edərək    sokral  sistemlə    uyğunlaşmalı  ,  əski 
dəyərləri  müəyyən  mənada    redaktə  etməli,  yaranan    təzadları  həll  etməli 
idi.Şübhəsiz ki,  bu proses o qədər  də  sadə əməliyyat deyildir : burada  əsrlərlə 
davam  edən    və  bu  gün  də  aktual  olan    problemlər  öz  təsirini  göstərmişdir    və 
göstərir.Amma    məhz  bu  təzadlar    milli  teatr    prosesinin  dinamikasını    təmin 
etdi.Elə ki,  müəyyən ideologiya  teatr prosesinə   müdaxilə edərək sokral  sistemi “ 
müsadirə”    etdi,  teatr  prosesi  səngiməyə  başladı.Məqsədlərinə  görə  ateist  ola 
maksist-leninçi    estetikanın  süqutu  da    məhz  bununla  bağlıdır  :  insan  düşüncəsi  
sokral(  ilahi)  sistemliyindən    uzaqlaşdırılanda    çox  mühüm  bir  qatını  itirmiş 
olur.Təbii    ki,  söhbət    sırf    dini  ibadət  (  konfessional)  dəyərlərindən  getmir  , 
hərçənd ki,  ənənənəvi cəmiyyətlərdə  bu aspekt də həlledici rola malikdir. 
Azərbaycan    milli    teatr    prosesi    bədii    tarixi    səbəblərdən    bütün 
mədəniyyətimiz    kimi  rekionda    baş  verən  köklü    proseslər  çərçivəsində    inkişaf 
etməli oldu. 
Ümumiyyətlə , mədəniyyətdə  və incəsəntə, teatr sənətinə , teatr düşüncəsinə 
onun    poetikasına  güclü  ,  hətta  misilsiz    təsir  göstərən    ənənəvi  İslam 
mədəniyyətinin   mənəvi   dəyərlər   sistemi  mürəkkəb  tarixi  proseslərin   gedişatını  
müəyyənləşdirmiş  və aparıcı meyillərini  təyin etmişdir. 
Tədqiqat  predmetimiz      teatr  prosesi,  düşüncəsi    və  poetika  problemləri  
olduğundan  ,  təbii    olaraq    məsələyə  yalnız  bu  prizmadan    baxmalı 
olacağıq.Hərşənd    ki,  mövzu  daha    genişdir  və  mədəniyyətşünaslığımızda    bəlli 
səbəblərdən əsaslı  işıqlandırılmayıbdır.Bu məsələni təhlil edərkən  yalnız mənəvi 
dəyərlər  sistemi  və İslam mədəniyyətinin  universal   modellərini araşdırılmasıyla  
kifayətlənməyimizin  bir izahı da ondan ibarətdir ki,  hər hansı teatr düşüncəsində  

obyektiv  və    üzvi    formada    bütün    sosio-psixoloji  ,  mənəvi  ,  ictimai-siyasi  
problemlər  düyünlənir  və bəzən  kiçik  sənət  əsərində  təzahür olunur. 
Mövzuya  keçməməzdən öncə  bəzi araşdırma  prinsiplərini  dəqiqləşdirək. 
İlk  növbədə  xüsusilə qeyd etməliyik ki,  söhbət islam mədəniyyətinin  mənəvi-
estetik  kateqoriyaları    və  onların    bədii  təzahüründən      gedir  :  burada    bir  çox  
konfessional  (  dini  ibadət  )  məsələlər,  problemlər    araşdırmadan  kənarda  qalır  , 
çünki  dini    mədəniyyətin    öz  araşdırma    prinsipləri  və  terminoloji  apparatı 
mövcuddur. 
 
Ənənəvi    İslam  mədəniyyəti    anlayışı    bizdən    ötrü  iş    terminidir  ki,  VII 
əsrdən  başlanan  mədəni  prosesi  və  onun  təzahürlərini  əski  mifoloji  düşüncədən  
fərqləndirə bilək.Təbii ki,  mənəvi dəyərlərin  mənbəyi və bazis dili  Qurani Kərim 
və Hədislərdir ki, milli sənət təfəkkürümüzdə  özünəməxsus  tərzdə ənənəvi  milli 
düşüncəyə  uyğunlaşıb  ,  yeni  mənalar    və  formalar  əldə  etməyə    müyəssər 
olub.Ortaya  qoyulan  mülahizələrimizin çıxış  nöqtəsi, ilkin  tezisi  isə budur : hər  
hansı  təsir  yalnız  basqıyla , zorla  əldə  olunmur.Bu proses  daha mürəkkəbdir , 
çoxqatlıdır və yalnız  institussional qatda  riyakarlıqla , formal qəbul oluna  bilər. 
Canlı  təmas , mübadilə  prosesində isə  əski ənənənin yeni  ənənəyə  uyğunlaşma , 
saf-  çürük  etmə,  seçmə  ,  əxz,  mənimsənilmə    və  inkişaf  etdirmə    məqamları  
labüddür,  qaçılmazdır.Məhz  bu  cür  prosesin  nəticəsində    Azərbaycan    milli 
mədəniyyəti İslam mədəniyyətinin  mənəvi məkanına  daxil  edildi və sözün  dəqiq  
mənasında    mənsub  olduğumuz  mədəniyyət    sovet  dövrünün    70    ilini  də    daxil 
etməklə  əslində    İslam  mədəniyyətinin  məzmun  məzmun  parametrləri  .  ölçüləri 
içində  inkişaf  edib.İki  mədəniyyətin  (  əski    türk    və  İslam)    konvergensiya  ( 
birləşmə    qovuşma)  prosesində  əski    mədəniyyətin  mənəvi    dəyərlər    sisteminə  
tam hüquqla , müəyyən transformasiyadan  sonra daxil olub. 
 
Bu  mənada  ən  çox    nəzərə  çarpan    “  Kitabi  Dədə    qorqud  “    dastanının  
mətnlərinə 
 
İslam  inkorporasiyaıarıdır  (  sonradan  müdaxilə).Dastan 
qəhrəmanlarının    müsəlman  olmaqlarına  toxunarkən  Faruq    Sümər  yazır  :” 
Dastanlarda    qəhrəmanlar  bizə  müsəlman  olaraq  təqdim  olunur  ...hər    halda 
dastanların  XI əsrdəki  oğuzlara aid olduğunu qəbul etsək , bu məsələ həll edilmiş  

olar.Yəni  belə  olduqda  qəhrəmanların    müsəlman  olduqlarına  inanmaq 
olar.”Bizdən  ötrü    bu  məsələnin    həlli  tarixi  xronologiyayla    bağlı    deyil  :  
fikrimizcə  bu sonradan müdaxilə edilmiş element bir tərəfdən  dastanın  məzmun 
və mövzularına əsaslı təsir göstərmədiyinə görə , digər tərəfdən mənəvi  baxımdan 
yaxın  ,  əski  mənəvi  kodeksə    uyğun    olduğundan  dastanın    mətnində  mexaniki 
əlavə  kimi    qəbul  edilmir.Əvvəlki    bölümlərdə    qeyd  etdiyimiz  kimi  ,  milli  
mifoloji  düşüncəmiz  intitussional    (  təsisatlı)  olmadığından  bu  məsələdə 
qarşıdurma , təzad və etiraz  reaksiyası  yaranmadı .Təkcə bufakt  kifayətdir ki, əxz 
olunan  İslam mədəniyyətinin  mənəvi dəyərlərinin  əski türk düşüncəsiylə  bir çox 
məqamlarda  üst-üstə düşməsini  qəbul edək. 
 
Bu hal  türk  mifoepik  yaradıcılığının  başqa bir möhtəşəm abidəsi olan  “ 
Manas  “  dastanında  da  nəzərə    çarpır.Belə  ki,    qırğız  xalqının    ən  dərin  mifoloji  
təsəvvürlərini  əks  etdirən    dastanda  arxaik  sujetlərlə  yanaşı    qəhrəmanların  
müsəlmanlığı  da az rol oynamır.İlk yazılı məlumat ( XV-XVI əsrlərdə ) Manası  
məhz    müsəlman  kimi    təqdim  edir  ,  onun  və  silahdaşlarının    Məkkəyə    həcc  
etmələrindən  danışır.Dastanın  başqa  bir  qəhrəmanı  ,  milliyyətcə  çinli  olan  
Almambet vətənini  tərk edərək  müsəlmanlığı qəbul edir, Manasla dostluq  etməyə 
başlayır  və onun yolunda şücaətlər  göstərir. 
 
Eyni zamanda  dastanın bir çox hissələrində  Manasın  rus çarı ilə dostluğu , 
hər  zaman  onunla  məsləhətləşməsi  ,  çinlilərlə    müharibələri  ,  top-  tüfənglərin 
təsviri və s. məlumatlar var.Bu hal heç də anaxronizm  deyil  və türkologiyada  “ 
Manas2ın  çoxqatlılığı məhz  mətnini canlı epik  ənənə şəklində  yaşamasıyla  izah 
olunur.Canlı  epik  ənənəni    yaşadan  ifaçılar  (manasçılar)  “  manas”ın  başlıca  
hadisələrini    toxunulmaz  saxlayaraq    etnosun  həyatında    baş  verən  mühüm   
hadisələri şifahi oxunuşda  əlavə edirdilər .Ustaddan  şagirdinə ötürülən  dastanın 
mətnini bu mənada  həm də xalq tarixinin  mif-poetik  əksi kimi qəbul olunur : bu- 
tarixdə  qırğız  türklərinin    İslam  mənəviyyəti    və  mədəniyyətinə  qovuşması    öz 
əksini tapmaya bilməzdi.Maraqlıdır ki,  çağdaş manasçılar dastanın mətninə  yeni 
tarixi əlamətlərini  əlavə edərək  ənənəni  yaşatmağa  müvəffəq  olurlar. 

 
Mədəniyyət  və din  tarixindən  bəllidir  ki,  monoteizmə ( təkallahlığa) bağlı  
mənəvi    dəyərlər  sistemi  ilə    politeizmi  (  çoxallahlıq  )  və  panteizmə  (  İlahinin  
təbiətlə    eyniləşdirilməsi)    bağlı    inancların    qarşılaşması    bir  qayda  olaraq 
ziddiyyətli olur  : milli  mifoloepik düşüncəmizin  ənənəvi  İslam mədəniyyətinin 
mənəvi  dəyərlər  sistemiylə    təması  və  tarnsformassiyası    qeyri  antoqonist- 
xarakterdə  baş verdi.Yenə xatırlayaq ki,  söhbət milli sənət  təfəkkürünün  mənəvi 
dəyərlərinən  gedir    və  Qurani  -Kərimin  bəyan  etdiyi  bazis    prinsipləri  milli  
yaradıcı düşüncə tərəfindən   könüllü  və şüurlu qəbul olundu. 
 
Bu    olduqca    aktual  məsələni    araşdıran    Niyazi    Mehdi    göstərir  ki,  çox 
müəyyən  bədii üslubda  yaradılmış  Tövrat  və İncildə dini və mənəvi dəyərlər  ( “ 
Hikmətlər”, “ İbrətlər “ , “ Nəsihətlər”)  bir qayda olaraq  konkret  peyğəmbərlərin  
başlarına gələn   hadisələrin   sujet    gedişatından    əmələ  gəlir  .H.Mehdi    yazır  :  “ 
Quranda    bu    model    tez-tez  tərs    üzünə  çevrilir:  dini  nəsihət  ,  hikmət  ön  planda 
durur  ,  Bibliya    sujetləri    və  Məhəmməd  peyğəmbərin    başına    gəlmiş    hadisələr  
isə  eyham  şəklində      nəsihətlərin  ,  dini  hikmət    və  buyruqların  arasında    təzahür  
edir.Sanki  nəzərdə  tutulur  ki,  Quranı oxuyanın  Allahla  ümumi   yaddaşı  var  
və  oxucu    bu    eyhamlar      əsasında    sujet  xəttinin    və  hansı  davranışların  , 
hərəkətlərin    edilməsini    yada  salmalıdır(  qabartmalar  mənimdir  –  M.Ə.)”  
Göründüyü kimi  , müqəddəs  Kitabın  başlıca qavrayış   prinsipi   -mnemonik  ( 
yaddaş)  funksya milli  təfəkkürümüzlə  üst 0üstə  düşür  və psixoloji qavranılma  
üçün  heç bir maneə yaratmır .təəccüblü  deyil ki,  çox az bir tarixi  zaman içində  
milli  sənət  təfəkkürü  məzmun  və forma  yaradıcılığında  Quran  prinsiplərindən   
istifadə etməyə başladı. 
 
Bu  prinsip    teatr    düşüncəsində    də  öz    əksini  tapmışdır  :  nəsihət  ,  ibrət  
hikmət  burada  da ön  planda  durur, sujet , gərgin  intriqa ,  gözlənilməz  gedişlər  
isə    arxa    planda    köməkçi    fon    funksyasını      daşıyır.Beləliklə  ,  ənənəvi  İslam  
mədəniyyətinin    bu  modeli    əski    ənənəvi    modelin    təkmilləşdirilmiş  , 
dərinləşdirilmiş  və incələşdirilmiş  forması , modifikasiyası  oldu. 
 
Qurani  –Kərimin    mətnini    monoloji    prinsipdə    qurulması  da    teatr 
düşüncəmizin    poetikasına    doğma  gəldi    və  monoloq    forması  başqa    formal 

üsulları  ( dialoq,  qısa replikalar  və s..) üstələdi , aparıcı kompozisiya  elemntinə 
çevrildi.Daha    demokratik  üsul  olan    dialoqlar  əsasən  komik  ,  məzəli  və  satirik 
xassəli  teatr    formalarında    fəal  işlədilərək    ,  “  ali”  və  “  aşağı”    mövzular  
arasındakı    sərhəddi  müəyyənləşdirirdi  .Məşhur    Molla      Nəsrəddini    adının  
etimologiyasında    göründüyü  kimi  lətifələri    (  dinin nəsri  ,  prozası  )  buna    bariz 
nümunədir .Ədəbi  səciyyələrdən  başqa  hərəsi  bitkin bir  səhnəcik( repriz , sketc, 
intermediya ) olan bu yığcam əhvalatlar dini modelin” tərs üzünü “ gözükdürməklə  
milli  teatr  düşüncəmizin  “ komediya  poetikasının  “ bir çox məzmun  və forma 
yaradıcılığının    prinsiplərini  təyin  etdi.Vulqar,  bayağı    sosioligizmin  
vulqarlığından  tam  əks  olaraq  bu  komik    model  heç  də    ateist  dünyagörüşünün 
təzahürləri    deyildi  :  burada  mədəniyyətin  binar  (  ikili  )  oppozisiyalar    üzərində  
qurulması  prinsipi , qanunu öz  işini görməkdəydi. 
 
Yeri  gəlmişkən,  teatr  düşüncəmizin    maraqlı    və  hardasa    parodoksal    bir 
hadisəsini xatırlayaq: C.Cabbarlının  “ Od gəlini” pyesi sosial  sifarişlə  yazılan və 
ateist  ( anti  İslam)  məqsədlərini  güdən bir sənət əsəridir. 
 
Paradoksallıq    ondadır  ki,    yeni-    kommunist    ideologiyası  İslamı    gözdən  
salmaq  ,  ifşa    etməkdən    ötrü    öz  mənəvi  dəyərlər    sistemindən    istifadə  edə 
bilmirdişBirinci    ona  görə  ki,    bu  sistem  xalqın    dünyagörüşünə    yabancı  ,  bəzi 
məqamlarda  isə  zidd  idi.İkincisi  də  ki,    bu  sistem    inkar  üzərində    qurulmuşdu    , 
təsdiq  və  tərənnüm  edilən    “  hikmətlər  “,  “    ibrətlər  “  isə    hələ  dolğun  və    təsirli  
sistem    şəklini    almamışdı, yəni  Lenin hələ    bütləşdirilməmiş  ,  dünya    tarixi  hələ 
tam  təhrif  olunmamış  və  yeni  mifologiya  hələ  hakim    kodeks  kimi 
formalaşmamışdı.Çox istedadlı və milli  sənət təfəkkürünə üzvi şəkildə bağlı olan  
C.Cabbarlı olduqca  mürəkkəb  bir üsula əl atdı  : bir dinin ( İslamın) mənəvi dəyər 
sistemini  dağıtmaq  üçün    o,    başqa  bir  dinin(  zərdüştlük)  mənəvi    və  estetik 
sisteminə  müraciət etdi.Dövrün çılğın siyasi sinamikasında   “  ideoloji sifarişçilər  
“ incə bir nüansa fikir vermədilər və  əsəri səhnəyə buraxdılar :  bu nüans da məhz 
ondan ibarətdir ki,  hər iki sistem  mifoloji  və  sokral( İlahi) dəyərlərə əsaslanır , 
materialist dünyagörüşünə  hər ikisi ziddir və aralarında baş verən konflikt daha-  
çoz  bir  sistemin  müxtəlif  qatları    arasında  gedən  təbii  mübarizədir.Necə  ki,  hər 

hansı dinin  məzmun tərkibində  müxtəlif təriqətlərin  mübarizəsi labüddür, eləcə 
də    iki  böyük  dinin  tokkuşması    heç  də  ateist  zəmində    baş    vermir.Bir  maraqlı 
məqam da ondan ibarətdir ki,  “ Od gəlini” pyesində  İslam dinin geniş  yayılması 
təsdiqlənir  və  baş qəhrəmanın ona qarşı  çıxması faciəvi  qəhrəmanın tipoloji və 
funksional    səbəbləri    ilə  izah  olunur.Xatırlayaq  ki,    “Kitabi  Dədə  Qorqud” 
dastanlarında  “  kafir  “  termini  heç  də    çağdaş  dini  fərqləri  açıqlamır  ,  hər  hansı 
düşmən    “  bizdən  olmayan”  kafirdir,  odur  ki,  burada  zərdüştlükdən    də  əski  
mifoloji  ənənənin  bədii  təzahürünü    görməliyik  .Fikrimizcə  ,  milli  sənət 
düşüncəsinin  parlaq nümayəndəsi Cəfər Cabbarlı  bunu kor – koranə etməyibdir : 
hər  hansı  həqiqətən    istedadlı  sənətçi    kimi  o,  öz  yaradıcılığında    obyektiv  və  
subyektiv  olaraq    milli  sənət  yaradıcılığının    mənəvi  kompleksləri    və  psixoloji  
mexanizmlərindən    üzvi  şəkildə  asılı  idi  və  çağdaş  bədii  formalarda    arxetip 
sistemlərini  realizə edirdi.Təsadüfi deyil ki,  yeni dövrün  sahibi – ixtiyarları  ona  
və başqa istedadlı  sənətçilərə  inanmır, hər an  onlardan  “ bolşevik  düşüncəsinə  
yad” təzahürlər  gözləyirdi. 
 
Məlum    olduğu  kimi  ,  ənənəyə    bağlı  olan    İslam    mədəniyyıtinin    mənəvi 
dəyərlər    sistemi    hadisələrdə    tam  şəkildə  əks  olunub.bu  məsələni    araşdıran  
A.Masse    göstərir  ki,    hədislər  də  müəyyən  inkişaf    və  təkmilləşdirmə 
əməliyyatlarına    məruz  qalmışdır.  O,  yazır    :  “  Hədislərin    bu  evolyusiyası    fəth 
edilmiş  xalqların    dini  təsirindən    azad    olmayıb.Qoldsiyer    hədislərdə 
Məhəmmədin dilindən  tərbiyəvi məqsədlər üçün  səslənən xristian  yevangiliyeları  
və apokriflərində-  rəsmi dini görüşlərə uyğun olmayan  dini məzmunlu kitablar ) 
qədim  yəhudi  və    ellinistik    ideyalarının  əks  sədalarını    aşkarlamışdı”.Bu  fakt  
göstərir  ki,  İslam  mənəvi  dəyərlər    kompleksi  açıq    sistem  idi,  dünyəvi  
ümumbəşəri    mənəvi  dəyərləri  mənimsəməyi    vəq  iymətləndirməyi  bacaran  idi, 
buna görə də  təmasda  olduğu  xalqlara inandırıcı və faydalı örnək kimi doğma  
olurdu. 
 
Azərbaycan milli  sənət  təfəkkürü  və teatr düşüncəsinin  poetikası üçün  bu 
mənəvi    dəyərlər    sistemi    yaradıcı  idealın    formalaşmasında    misilsiz    rol 

oynadı.Bu təsir  elə  güclü  və səmərəli oldu ki,  70 –illik ateizm  və kommunizm  
ideoloji əməliyyatları ənənəvi dəyərləri  dağıda bilmədi. 
 
Fikrimizi  əyaniləşdirmək    üçün  bəzi    hədislərin    mətnləri  və  ibrətləri  və 
ibrətlərinə müraciət edək. 
 
“  Səni    sevənə  sən    sevgini  acıqla  ,  çünki    sevənə  sevgi  izharı    aradakı 
sevginin dərinləşməsinə  və davamına səbəb  olur .” 
 
“  Məzlumun  bədduasından    saqın.Çünki  onun  duasıyla    Allah  arasında 
(  qəbuluna mane olan) bir  pərdə yoxdur”. 
 
“Kamil mömünin  fərasətindən  saqınınız .Çünki o allahın  nuruyla baxır.” 
 
“Allahın qatında ( yanında) ən sevgiliniz əxlaqı gözəl olan , xalq ilə özləri ilə 
rəftar    etdikləri  kimi    rəftar  edənlər, yumşaq xoylu  adamlardır .Allah  yanında    ən 
büğz  (  düşmən)  edilənləriniz  də    insanlar  arasında  bir  –birinə  laf  götürüb 
gətirməklə məşğul olan , onların qüsurlarını arayaraq təfriqə yaradanlardır”. 
 
“Andına  sadiq  olana etibar et , sənə  xəyanət edənə  sən  xainlik etmə”. 
 
“Ölüm gəlib çatmadan ölümə hazırlaş” 
 
“Acı doyurunuz , xəstəni ziyarət ediniz , əsiri azadlığa qovuşdurunuz” 
 
“” Xeyri  bəşuş  və gülər üzlərdə arayınız “ 
 
“Dəvəni bağla, sonra təfəkkül et” 
 
“Müsəlmanlıq    qərib    olaraq  başlandı  ,  başlandığı  kimi  qərib  Əvdat  
edəcəkdir.Nə  xoşbəxtdir bu  qəriblər!” 
 
“  Doğru    olub    özündən    arxayın  olan    tacir  peyğəmbərlər  ,  siddiklər    və 
şəhidlərə  xəşr olunacaqdır “ 
 
“ Həya  imandadır “ 
 
“Beş günh var ki,  kəffarəti yoxdur .Bunlar :Allaha şərik qoşmaq , nahaqdan 
adam  öldürmək  ,  mömünə    böhtan   və iftira  etmək  ,  müharibə  günü  qaçmaq    və 
yalan yerə and içməklə  bir hakkı  ibtal  etməkdir.” 
 
“ Allahım,  fayda  verməyən elmdən , qəbul  olunmayan  əməldən, müstəcib 
olmayan duadan  Sənə  sığınıram” 
 

 
Elə ilk baxışdan  görünür ki,  bu və demək olar ki,  əksər  hədislərin mənəvi  
buyuruqları ənənəvi  milli mənəvi  dəyərlər sisteminə  necə də yaxındır, bəziləri isə 
tamamilə üst-üstə düşür.İslam  mədəniyyətində öz institusional səciyyələrini  əldə 
edən  milli    mədəniyyətimiz    məntiqli  olaraq    bu  dəyərləri    şer,    təsviri  sənət  , 
musiqidə  bədii  formalarda    realizə  etməyə  başladı.Yenə    təkrar  etməliyik  ki,    bu 
proses  bu proses yalnız  mədəniyyət  sahəsində , özü də bəzən aydın  görünməyən 
qatlarda  məhsuldar gedirdi , araşdırma çərçivələrindən  kənar olan  ictimai- siyasi 
sosio  –psixoloji    və  başqa  sahələrdə  məsələ  daha  mürəkkəb  ,  təzadlı  ,  bəzən  isə 
konfliktli  tərzdə həll olunurdu. 
 
Azərbaycan milli teatr  prosesi ənənəvi  mədəniyyətin çərçivəsində  inkişaf 
etdiyindən    yuxarıda   qeyd  olunan    mənəvi  təsirlərdən   kənarda  qala  bilməzdi.Bu 
inkişafın  daxili  məntiqi    zaman-  məkan    sənəti    olan    teatrı  üzvi  şəkildə    İslam  
mənəvi    məkanının    obyektiv  proseslərinə  qoşmuşdu.Bunun    nəticəsində  teatr  
prosesinin sokral( ilahi)  qatı  öz forma  təzahürlərini  də tapmış  oldu, çünki İslam 
fəlsəfəsinin başlıca səciyyələri  və dəyərləri artıq  klassik poeziyada öz bədii əksini 
tapmışdı.Onları    zaman-məkan    formalarına    köçürmək  hər  hansı    milli 
mədəniyyətdən    ötrü  o  qədər  də    mürəkkəb  problem  deyil,  çünki    “  oyun  
fenomeni” bədii- yaradıcılıqda forma və məzmun  yaradan amil  kimi öz  işini  hər 
zaman  görməkdədir.Bu  məsələ  həm  də    ona  görə    səmərəli    keçirdi    ki,  
ortadoksların  tərəfindən  təzyiq və təqibə  məruz  qalırdı: müqavimət olan  yerdə  
maneələrlə  qarşılanan    teatr  prosesi  sanki  yeni  qüvvə  toplayır.Məlumdur  ki,  
təzadlar  olmayan    yerdə    hərəkətdə  ola  bilməz.Azərbaycan    milli    teatr    prosesi 
obyektiv    və  subyektiv  (  qərəzli...)  maneələrlə    rastlaşanda    hərəkət    meyillərini  
dəqiqləşdirdi. 
 
 Haşiyə    çıxaraq,  xüsusilə    qeyd    etməliyik  ki,    teatr  prosesimizin  çağdaş 
durumu  da  məhz  oxşar    problemlərlə    səciyyələnir  .Belə  ki,    bu  gün  də  olduqca  
çətin,  təzadlı  və həlledici anlarını yaşayan  teatr prosesi yeni  tarixi  dövrün  şərt  
və  qanunauyğunluqlarına    uyğunlaşmaqdadır  .Bu  uyğunlaşmada    madii-iqtisadi  
problemlər  vacib olsa da , həlledici amil  teatr  prosesinin  sokral  qatının  bərpası  
problemləridir  ki, bu  da ən mürəkkəb  və asan başa  gəlməyən  işdir. 

 
Teatr    düşüncəsinə    gəlincə  ,  burada    prosesin    ambivalentliyini  (  ilkin 
təbiətini)  qeyd  etməliyik.Bir  tərəfdən  rəsmi  din  və  onun    təsisatları    ənənəvi 
mərasim  və  ayinlərə    qarşı  çıxır  ,  onları  bütpərəstlik  qatları  kimi    insanların 
şüurundan silmək uğrunda  amansız mübarizə aparırdılar. Yeri gəlmişkən deyək ki,  
bu hal yalnız  islama xas olan  müstəsna hadisə  deyil  : dinlərin tarixində bu tipli 
analoqlar  kifayət qədərdir( məs:provoslav  xristianlığının slavyan  xalqalrının əski 
inanclarını  yaşadan bir çox mərasimləri ilə  mübarizəsi və s..).Digər tərəfdən islam 
mədəniyyətinin  bir çox ekspressiv  və ekstatik  formaları(  şəbih, təziyyələr, sufi 
şer    və  rəksləri    ,  mərsiyəllər    və    qəsidələr  )  milli  teatr(  oyun)    düşüncəsinin  
inkişafı    üçün    güclü  stimul    təsiri  bağışladı    və  yeni  teatr    formalarının-  yeni  
mərasim  və oyunların  ( sözün  ilkin  mənasında) yaranmasına səbəb oldu.Başqa 
xalqlarda  olduğu kimi, bəzi hallarda  rəsmi  din naçar  tollerantlıq ( dözümlülük ) 
göstərib  əski inanclara  bağlı bəzi mərasimlərin  ovqatını redaktə edərək onların 
“ yaşamaq hüququnu  tanıdı “.Məhz  bu cür  tollerantlığın  nəticəsində mədəni  və 
mənəvi    arealımızda  (  məkanımızda)  “  Novruz  bayramı”  və  oyunları    qorunub 
saxlanıldı.Bu  oyunları  islam    dəyərlərinə    uyğunlaşdırılma    əməliyyatlarının  
korrelyasiya    prinsipi  iki  xassəli  idi  :  birincisi  -    texniki  ,  yəni    mətnlər  ,  oyun 
qaydaları    və  formalarına  müdaxilə    yoluyla    “  islamlaşdırmaq  “.İkinci  daha  
mürəkkəb  və    dərindir  :    yasaqlara  tabe  olmadan  el    arasında    yaşayan  və  güclü  
mənəvi    təsirə    malik  olan    əski    mənəvi    dəyərləri    və  onların    təzahürlərini  
məqsədəuyğun    səmtdə    yozaraq  qaynaqlarını  ,  köklərini    və  izahlarını    ənənəvi 
İslam  mənəvi  dəyərlər  sisteminə  bağlamaqdır. 
 
Teatr    düşüncəsinə    müsbət    təsir    göstərən    mənəvi    təkmilləşdirmə 
əməliyyatları    özünü  poetika  qatında    da  göstərdi.Mövzunun  həlli  ,  ona    baxım 
bucağı    və  çıxış    mövqeyi  birmənalı  olaraq  ənənəvi  kordinatlar  sistemində 
dəyərləndirilməyə başlandı.Xeyir və şər , günah və savab, hikmət və cəhalət , sevgi 
və nifrət , haram və halal , müsbət və mənfi  və bu kimi bazisli  kateqoriyalar  artıq  
öz  arxaik,  mifoloji  yozumlarından  uzaqlaşıb  mütləq    (  absolyut    və  obyektiv) 
mənəvi  dəyərlər  kimi  anlaşılır.Məhz    bunun  təsirindən  milli  teatr    düşüncəmiz 
hətta , öz intitussional  dövründə bir çox mövzu , sujet, konflikt  və janrları qəbul 

etmədi , balet kimi ümumbəşər  sənət  növünü öz milli  sənət təfəkkürü  tərkibinə 
salmadı.Burada  yalnız  mənəvi-əxlaqi    prinsiplər  deyil,  psixoloji  amillər    də    öz 
rolunu  oynamışdı.Ziqmund    Freydin    təlimini    İslam    dininin    dəyərləri  
prizmasından  təhlil edən  doktor  Bədri  Katripoğlu  yazır : a) canı  qorumaq, b) 
ağlı qorumaq, v) nəsli qorumaq , q) malı qorumaq , ğ) dini qorumaq...İslam dinin 
hədəfi  hər  türlü    əxlaqsızlıqlardan  arınmış  ,  elm  və    mədəniyyətlə    zinətlənmiş, 
inam  və  cəsarətlə    yoğurulmuş  tərtəmiz  nəsillər  və    tərtəmiz  toplumlar 
oluşdurmaqdadır”.  Burada  “  əxlaqsızlıq”  həm  etik  ,  həm  də  psixoloji    mənada 
anlaşılmalıdır : çağdaş  psixiatriya,, xüsusilə  psixopatologiya elmləri bir çox sənət 
növlərinin  insan psixikasına, yəni sağlamlığına mənfi( stres) təsirini aşkarlamış , 
seksual  başlanğıcın    incəsənətdə  aparıcı  və  qabarıq  olmasını    psixikaya    təcavüz 
(aqressiya)  kimi  dəyərləndirmişdilər.Bu  sahədə    özbaşınalığın  “  tərtəmiz  nəslin” 
yetişdirilməsinə    böyük  ziyan  olduğunu  bilən    İslam  peyğəmbərləri    və  alimləri 
mənəvi    dəyərlər  sistemində    ölçülüb-  biçilmiş    yasaqlar  bilməsini  tərtib 
etmişdilər.Milli  teatr    düşüncəsi    bu    yasaqları  şüurlu  və    könüllü  tərzdə    qəbul 
elədi  ,  çünki  onlar  milli  teatr  sənətinin  başlıca  məqsəd    və  vəzifələri  ilə    üst-üstə 
düşürdü.Təbii ki,  praktikada  bu məsələ dediyimiz kimi  asan həll olunmurdu.Hər 
iki  tərəfdən  radikal    konsepsiyalar  və  hərəkətlər  müşahidə  olunurdu,  məsələyə 
bəzən    konjuktur    və  siyasi    amillər  öz    tsərini  göstərirdi.  Amma  burada  söhbət  
teatr    düşüncəsinin  struktur    qatından    gedir  və  konsepsual    poetikanın    mövcud  
səciyyələri    nəzərdə    tutulur.Azərbaycan    gerçəkliyində    bu  mənada  parodoksal  
hallar  da qeydə alınıb  : belə ki, yəni  ateist mövqeyindən  yasaqlanırdı.1989 –cu 
ildə  isə  möminlər    tərəfindən    etiraz    aksiyaları    nəticəsində  səhnəyə  
qoyulmadı.Hərçənd  ki,  bu  əsərdə    nə  bu  ,  nə  də  o  biri  tərəfin    dünyagörüşünü  
təhqir  eləyən  bir  şey  yoxdur  :  böyük    humanist  ,filosof  və  şair    Hüseyn  Cavidi 
əzəli , ilkin  mənəvi  dəyərlər  sistemi  və insan  problemi  maraqlandırırdı.... 
 
Ənənəvi  İslam  mədəniyyəti və milli sənət  təfəkkürü  problemi  böyük şair  
və    mütəfəkkirlərimizin    bədii    yaradıcılığında    parlaq  surətdə  həll  edilmiş,  həm  
bütünlükdə    Şərq  mədəniyyətinə,  həm  də    Azərbaycan  ənənəvi  mədəniyyətinə  
güclü  təsir  göstərmişdir. 

 
Bu 
problem 
əski  SSRİ  və  Azərbaycan    sənətşünaslıq  və 
ədəbiyyatşünaslığında  geniş    tədqiq      olunduğundan  biz  ümumi  məsələlərə  
toxunmadan    araşdırmanpredmetimiz  olan    teatr    prosesində    formalaşan  teatr  
düşüncəmizin  poetikasında    ənənəvi  İslam    mədəniyyətinin  mənəvi  dəyərlər 
sisteminin    təzahürlərinə  fikir  verəciyik.Adı  çəkilən  və  çəkilməyən  tədqiqat 
əsərlərinin    əksəriyyəti    sovet    dövründə    yazılmışdı  və  bu  səbəbdən    müəlliflər 
problemi  materialist  ,  marksist-leninçi    nəzəriyəyə  istinad  edərək    araşdırmaq 
məcburiyyətində  idi.Buna  baxmayaraq  ,  tədqiqatçıların    elmi    əhəmiyyəti 
danılmazdır və üsulluca korreksiya  əməliyyatı  onların elmi qənaətlərini  obyektiv  
və aktual   hala  gətirir. 
 
Mətləbə  keçməzdən  öncə    qeyd  edək  ki,    teatrşünaslığımızda    bu  məsələ 
demək  olar  ki,  heç  diqqət  mərkəzində    olmayıb  və  araşdırmamız  ilk  cəhd 
olunduğundan  tam  və    dolğun  mənzərə  yaratmaq    iddiasında  deyilik.Məsələnin, 
sualın qoyuluşu  bizdən ötrü  bu gün daha  səmərəlidir, çünki sonrakı araşdırma , 
mübahisə və  müzakirələrdə  tam mənada konseptual  poetikanın  bu aspekti təyin 
oluna bilər. 
 
Mütəxəssislərin    qənaətlərinə  görə    orta  çağ    Şərq  ədəbiyyatı    üçün  
metodların çoxluğu xarakterik  haldır.Fəlsəfi və sənət  təfəkkürümüzə misilsiz təsir  
göstərən    Nizami  və  onun  “  Xəmsə”si  ənənəvi  İslam    mədəniyyətinin    mühüm  
inkişaf    mərhələsidir  ki,    burada    antiorodoksal  meyillər  parlaq    şəkildə  özlərini  
biruzə verir.Dünya mədəniyyət  tarixində olduğu kimi , İslamda  da ortadoksiyaya 
qarşı  mübarizə  bazis    dinin,  müqəddəs  kitabın  mənəvi  dəyərlərinə  istinad 
edərəkdən  aparıldı.Nizami və öz “ Sirlər xəzinəsi”ni İslamın başlıca düsturundan  
başlayır  :  “  Bismillah-ir    rəhman-ir-rəhim”  deyən  şair    sirli     anlayışların  qıfılını 
məhz bu açarla açacağına işarə edirdi. 
 
Teatr  düşüncəmizin    başlıca  də  bu    şüardan  mayalanaraq  “  mərhəmət”  və 
“  rəhmdillik”  kateqoriyalarının  poetikasının    forma  və  məzmun    yaradıcılığının  
əsas  prinsipi  kimi  qəbul  etmişdir.Nizami    yaradıcılığından  teatr    düşüncəmizin  
mənəvi    dəyərlər  sisteminə    “  mərifət  “  ,  “  elmilik-  işıq  “  ,  “  eşq  –azadlıq  “  , 
“ Allah-insan “ və  bu kimi  “ sirlər “ bəxş  olunduki, bu  ənənə  günlərimizə qədər  

yaşayır .Bu “ sirlər “ in  açılmasıyla məşğul olan teatr  düşüncəi  özəl forma  və 
üslublarla insanı  Allaha-işığa , məhəbbətə, müdrkliyə, azadlığa sarı aparan  yolu 
kəsən  hər    cür    ortodoksal,  totalitar  sistemə    qarşı    mübarizəyə 
həvəsləndirir.Alleqorik  ,  metaforik    formada  ,  ekstatik  dildə    və    canlı  əməllərdə 
təsvir  olunan    “  Leyli    və  Məcnun”,  “  Xosrov    və  Şirin”,  “Yeddi    gözəl  “  və 
“ İsgəndərnamə”nin mövzuları,  mənəvi  və estetik dəyərləri  teatr düşüncəmizin  
inkişaf 
tendesiyalarını, 
xassəsini 
və 
 
kompozisiya 
prinsiplərini  
müəyyənləşdirmişdir. 
Nizami  yaradıcılığının  fəlsəfi aspektlərini  araşdırarkən Z.Quluzadə yazır : 
“  Nizami    dünyagörüşünün    kökləri  Şərq    və  Yunanıstan    mənəvi  
mədəniyyətindədir,  xüsusən    Azərbaycanın  mədəni  keşmişində,  elmində  , 
fəlsəfəsində , klassik  ədəbiyyatı  və  folklorundadır...” 
Orta əsrlərdəki  kalssik  poeziyanın  lirik , etik  və fəlsəfi modellərinə  bağlı  
olan  teatr    düşüncəsi    üzvi  şəkildə    ənənəvi  İslam  mədəniyyətində  gedən  bədii-
fəlsəfi    proseslərə    cavab  verirdi.Dini  qatda    gedən  müxtəlif  proseslər  də  o  
cümlədən  öz  təsirini  göstərirdi.Müxtəlif  təriqətlərin    mərasim    və  məclisləri  
müyyən    “  teatrlaşmış”  qanunlarla    icra  olunduğundan    teatr  düşüncəsi    zəngin  
mənəvi-əxlaqi,  istik  səciyyələr  əldə  edirdi.Bu  səciyyələri  sitemləşdirmək  , 
formalaşdırmaq  ,  sözlə  ,  özü  də  poetik  sintaksislə    uzlaşan  mətnlə  ifadə    etmək 
problemi yox idi : bu işi böyük şairlər və  mütəfəkkirlər  öz əsərlərində ən yüksək  
səviyyədə  görürdülər  .Bu    hal  özünü  daha    parlaq    tərzdə  sufiliyin    nəzəriyyə  və 
mənəvi  praktikasında    gpstərir.Paradoksallıq  ,  sukkestiya  (  təlqin),  ekstaz(  vəcd), 
alleqoriya ( məcaz) , ritmik  ahəngdarlıq , əlvan  obrazlılıq  teatr düşüncəsinə  sufi  
dərviş teosofiyasında ( ilahi himət), mərasim və oyunlarından  təbii olaraq  köçüb. 
Bu səbədən milli teatr  düşüncəsi  quru, rassional, formal məntiqlə  qurulan  
və  təsvir    edilən    ənənələri  qəbul  etmədi.Bunun  təzahürlərini    çağdaş  teatr 
düşüncəmizdə    də  görə  bilərik,  teatr  düşüncəmizin    romantik  pafosu    da  məhz 
oradan aynaqlanır.Haşiyəyə çıxıb deyə bilərik  ki,  məhz bu səbəbdən dünyanın bir 
çox görkəmli sənətkarlarını( Tolstoy,  Çexov, İbsen, Ostrovski və b.) əsərləri teatr 
düşüncəmizə yabancı göründü, səhnəmizdə  özünə yer tapmadı. M.F.Axundovdan  

sonra    yaranan    dram  əsərləri    isə  bir  qayda    olaraq    ənənəvi dəyərlərə    söykənib 
onlara müvafiq  formada tamaşaçılara təqdim olundu və beləliklə ənəndə yaranmış  
boşluq    aradan    götürüldü.Sosializm    realizmi    hakim  yaradıcı    metod    elan 
olunanacan    bu  ənənə    davam  etdirildi,  hərçənd    sosrealizm  xassəli  əsərlərdə    də 
əski  ənənə    gizli  ,  yumşaldılmış  tərzlə    öz  işini    görürdü:    əks  təqdirdə    teatr 
düşüncəsi  havadan  asılmış  ağac  kimi  qurumağa  məhkum idi. 
Böyük  Füzulinin “ Leyli  və Məcnun” poeması  bu mənada bəlkə  də ən çox 
təsir    göstərmiş    mədəni    hadisədir.İslamın  bütün  dini    dəyərlərini    sufi 
dünyagörüşü və insani hiss  və duyğularıyla  uzlaşdırmağa  müyəssər  olmuş  dahi 
şair    teatr  düşüncəmizin    singremik  xarakterini    də  təyin    etdi.Sovet    dövründə 
qeyri-  rəsmi    yasaqlanmış    Füzulinin    “  Həqiqətül  –  süəda”  risaləsi  də  məhz    öz  
sikgretikliyiylə  səciyyələnir  :  bu  əsərdə  şair    İslamın  tərkib  hissəsi    olan  şiyə  
məzhəbinin  başlıca    dəyərlərini  ali    insani  dəyərlərlə  uzlaşmada  özü  də 
sondərəcədə  estetik    və  emosional    formada  təsvir  etmişdi.Şəbih  tamaşalarında  
icra olunan müxtəlif   “  müsibətlər” xalq  yaradıcılığının məhsulu olaraq formaca  
və  intellektual    səviyyəsinə    görə    ilgəl,  primitivdir.Füzulinin  “  Həqiqətül  – 
süəda”sında    din  uğrunda    şəhid  olan  böyük  şəxsiyyətlərin    obrazları,  motivləri,  
bəyənatları  ənənəvi    İslam    mədəniyyətinin    ən  yüksək    səviyyəli    struktur    və 
modellərində realizə olunur. 
Teatr  düşüncəmizin faciəvi təbiətinə güclü  təsir   göstərən  şəbih  tamaşaları  
ənənəvi  İslam  mədəniyyətinin  mərasimlərinə  xas olan qabarıqlıq , birmənalılıq  
və  kütləvilik  prinsiplərinə    bağlı  tərzdə  ifadə  edirdi.Burada    geniş  kütlənin 
qavrayışı  üçün  asan  olan”  hərəkətlər  diliylə”ən  mürəkkəb  ,  “  sirli”  mətləblər  
açılırdı, bu siə teatr düşüncəmizin  demokratikliyini  təyin etdi.Nəzərə alaq ki,çıxış  
nöqtəsində    Allahın    mərhəməti  və  rəhmdilliyinə    söykənən  hər  hansı  dini  faciə  
nəticə  etbarı  ilə  bədbin, üzücü , ümidsiz deyildi, əksinə  hər hansı  ədalətsizliyi 
ifşa  edib, insanlara  yaşamaq  qüvvəsini  bəxş etdirdi. 
Buradaca  bu  modelin  “  tərs    üzünü  “  təzahür  etdirən    mənəvi  
mədəniyyətimizin    bir    böyük  hadisəsinə    diqqət    yetirək.Söhbət    XX  əsrin 
Azərbaycan  mədəniyyətinin “ qocaman  dağı” Mirzə  Ələkbər Sabirdən  gedir , o 

Sabirdən  ki,  ,  düşüncəmizdə    Füzuliylə”...bir  maqnit    xəttinin    eyni  cazibə 
qüvvəsinə  malik  qütblərdir.Biri Azərbaycan ədəbiyyatının  ən  böyük liriki, digəri 
ən böyük satiriki....İkinci qütb- satirik  tərəf  həmişə  gah  aşkar , gah  da daxili  
yollarla  birinci tərəfdən- lirik  qütbdən cazibə qüvvəsi toplamış  və nəhayətdə sabit  
bir qütb kimi formalaşmışdır.” Sabirşünaslıqda  çoxdandır qəbul olunmuş Füzuliyə  
Sabirin    “  doğmalığı”  ideysı  qısaca    belə  ifadə  olunur.”  Füzuli    poeziyasındakı  
yüksək bəşəri  duyğular , humanizm idealları , kamil söz ustalığı  daim  sabiri cəzb 
etmiş  , onun üçün əsl  sənətkarlıq  örnəyi olmuşdu”.Biz də bu tezisə  şərik  oluruq 
amma  bir şərtlə .Bu şərt ondan ibarətdir ki, , Sabiri Füzuli   yaradıcılığında  cəzb 
eləyən    bir  mətləb  də  var, bu  mətləb  böyük  şairin    mənəvi  dəyərlər  sistemidir  ki,  
Sabir  ona    şərtsiz    şərik  olub  ,  onun  prizmasından    çağdaş    cəmiyyətə  baxanda  
“ daşqəlbli  insanların”  mənəviyyatsızlığını görür  və  “ həmvar yazır “.Karnaval 
estetikasının    ,  gülüş  mədəniyyətinin    yaradıcılıq  metodikasının    obyektiv  bir 
səciyyəsi  var:    anlayışları  ,  mənaları    ,  ideyaları    və  s..  astar    üzünə    çevirəndə 
başlıca  niyyəti    mövcud  olan  idealları    bərkitmək  .Meyarı    da  həmin    mənəvi  
idealdır    ki,  onun    işığında  astar  üzü    ya  iyrənc  ,  ya  da  məzəli  olur  .Sabir  
yaradıcılığında  Füzuli    mənəvi  meyarı  özünün    qəsidə  ,  mərsiyə  və    “  ciddi  
mövzulu” şerlərində təsdiqlənir  və “ astar  üzünə  çevrilmiş dünyanın” güzəştsiz 
aynasına – dönür.Danılmaz  faktdır ki,  Sabir  mömin  olub, amma  özünə qədər ki 
mənəvi-estetik  ənənin  yaradıcı  davamçısı  kimi  o,  Ali    dini    dəyərlərin    təhrif 
olunmasını  ,  konfessional    tələblərin    mənəviyyatdan  üstün    tutulmasını  , 
riyakarlığı qəbul edə bilməzdi.Yalnız  qərəzli  tədqiqatçı Sabiri ateizmdə  suçlaya 
bilər  ,  necə  ki,    yalnız  qərəzli  publisist  Füzulinin  ənənvi  islam  mədəniyyətinin  
kontektindən ayıra bilər .Sabirin  “ Molla  Nəsrəddin” jurnalında özünəməxsus yeri  
və Mirzə Cəlillə  o qədər də sadə olmayan  münasibətləri  və məhz  onu göstərir ki,  
“  Molla  Nəsrəddin”  anlayışı  Sabir  üçün  orta  əsrlər    mədəniyyətindən  
qaynaqlanırdı və inqilabçı demokratların radikal dünyagörüşü  sabirə  tam mənada  
yaxın  deyildi.”  Hophopnamə”  adı    altında  toplanan    şerlər,  əslində    “  Leyli    və 
Məcnun  “  kimi  poemaların    “  tərs    üzüdür”  və  bu  möhtəşəm    əsər    teatr 
düşüncəmizin    poetika  baxımından  “  karnaval  ,  gülüş  “  qatını    təşkil 

etmişdir .Bundan  çıxış  edib deyə  bilərik  ki,  komediya  düşüncəmizdə  “İlahi 
gülüş  ,  sokral  gülüş”    anlayışı    Molla  Nəsrəddinin  anonim    lətifələri  və  Sabirin  
“ hophopnamə”siylə  sıx  bağlıdır .bu meyar olmayan  komik əsərlər  isə  “ yüngül  
gülüş” : lağlağı , məzhəkə , masqara , həcv,  zarafat  janrına  aid  edilir və təsadüfi  
deyil ki,  70  ildə Azərbaycan  teatr  düşüncəsi  yüksək  səviyyəli milli  komediya  
yaratmamışdır .” Göz yaşı arasında gülüş “  və ya əksinə  “ gülüş  gülüş arxasında 
göz yaşı “ prinsipləri Füzulinin  “ işıqlı  kədərinə” çox  yaxın olduğundan  milli 
sənət təfəkküründə  bu iki dahi bu qədər yaxın  durub  teatr düşüncəmizə  də güclü 
təsir göstərmişlər  .Əslində    yalnız    canlı  teatr   sənəti bu iki    əzabkeşin  arasındakı  
yüzillikləri    yox  edib  ,  onların    yaradıcı  dialoqu    üçün    səmərəli    zəmin    yarada  
bilir.Ümidvarıq  ki,    özünün  yeni    dövründə    teatr    sənətimiz    bu  qutlu    hadisəni  
gerçəkləşdirəcək. 
Monoqrafiyamızın    birinci    fəslini    yekunlaşdıraraq    deyə  bilərik  ki,    teatr  
düşüncəsinin  Azərbaycan milli  sənət  təfəkküründə  özünəməxsus  yeri  vardır.Bu  
özünəməxsusuluq  milli  mifoloji  düşüncədən    qaynaqlanır  ,  epik  yaradıcılıq  
ənənsiylə  inkişaf  yolunu  keçib  , ənənvi  İslam  mədəniyyətinin  mənəvi  dəyərlər  
sistemində    qutlandırılıb  ,  sokral    və  arxetip    qatlarını    uzaqlaşdırılıb  ,  sokral    və 
arxetipik  qatlarını  uzaqlaşdırıb , vahid  mənəvi  kodeksini  yaratmağa  müyəssər  
olub.Bu kodeks  “ uzaq  proqnoz”u – teatr düşüncəmizin  İdealını  müəyyənləşdirib, 
ideya    və  mənəvi    parametrlərini  dəqiqləşdirib.  Milli  teatr    düşüncəmizin  tarixi  
inkişaf  prosesində  sənət  təfəkkürünün  bütün səciyyələri  üzvi  şəkildə  iştirak 
edib    və  müstəqil    teatr    poetikasının    yaranması    üçün  səmərəli    şərait  
yaradıb.Milli sənət  təfəkkürü  kontekstində inkişaf  edən  teatr  poetikası  ənənəvi  
sənət    növlərinin    poetikalarından    yaradıcı    formada    faydalanıb  , vahid    zaman-  
məkan,  dil-  ifadə  ,  baxım    bucağı  ,  çıxış    nöqtəsi    çərçivəsində    özünəməxsus  
psixoloji  təsir  və  bədii- yaradıcı  estetik  formalar  yaratmışdı. 
Növbəti  fəsillrdə  Azərbaycan    milli  teatr    düşüncəsinin  institutssional  
səciyyələri  ,  təsir    və    faydalanma  prinsiplərinə    diqqət    yetirəcəyik  ,  burada    isə  
xüsusilə    vurğulamaq  istədiyimiz    tezisi  göstərək  :Azərbaycan  milli  sənət 
təfəkküründə  özəl    teatr    düşüncəsi    fenomeni    olmasıydı  ,  teatr  heç  bir  inkişaf 

tarixi  keçməsəydi və onun  başqa sənət  növləriylə genetik  bağlılığı   olmasaydı  
çağdaş  mədəniyyətimizdə  milli teatr  sənəti , onun  poetikası  və  bədii- estetik  
nəzəriyyəsi  yarana bilməzdi. 
Atalar sözüylə  desək  : “ ot  kökü  üstə bitər”.Azərbaycan  milli teatrının  
kökləri  qədimdir , canlıdır  və onların  üstündə  müstəqil  Azərbaycanın  müstəqil  
teatr sənəti  boy  atıb  çiçəklənməyə  layiqdir ! 
 
 
 
 
Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin