Aydin talibzadə


Şəfiqə  Məmmədova teatr institutuna artıq qəbul



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə17/24
tarix26.02.2017
ölçüsü2,76 Kb.
#9887
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

     Şəfiqə  Məmmədova teatr institutuna artıq qəbul 
olunmuşdu. Mehdininsə bundan xəbəri yox idi... 
     Fələk kimisə kiməsə tərəf aparırdı... 
                                             *** 
     Aprelin  8-dir.  Hələ çoxları plaşlarını  əyinlərindən 
çıxarmayıb. Bu yaz Bakıda elə bil yağışlı günlər küləkli 
günləri üstələyib. Mehdi əlində bükülmüş  çətrini tutub 
Hüsü Hacıyev küçəsilə irəliləyir. Hava dumanlıdır. Yağış 
təzəcə  kəsib. Mehdi fikirlidir: sevimli teatrından 
ayrılmağın acısı onun üz ifadələrində donub qalıb. Lakin 
bizim qəhrəman nə etdiyini yaxşı bilir. Elm maqnit kimi 
onu özünə  çəkir. Ömrünün müəyyən bir parçasını Mehdi 
Məmmədov fəlsəfəyə, estetikaya həsr etməyi planlaşdırır. 
Kitablar dünyası onun yolunu gözləyir. 
                                             ** 
 
 
 
 
 
 
 
 
 
 

______________Milli Kitabxana_______________ 
248 

______________Milli Kitabxana_______________ 
249 
          
     FƏLSƏFƏDƏN  ÖLÜMƏ... 
                           (konseptual hamletizm) 
 
                                             “Fələyin gərdişi rəqqasə qadınlar kimidir”. 
                                                                      Şeyx Nizami 
 
 
     
Olum, ya ölüm? 
     Fəlsəfənin canı burda, ruhu burda. 
     Çünki insan burda, insanın ekzistensiyası burda. Sən yaşaya 
da bilərsən, ölə  də bilərsən. Buyur, seç, iki mövcudluq 
formasından birini. Əgər belə bir şansın varsa, deməli, sən, 
həqiqətən, azadsan. 
     1963-cü il aprelin 8-i də Mehdi Məmmədovun azad seçimi 
idi. O, teatrdan getdi, incidi getdi, çönüb heç arxaya da 
baxmadı və bəlkə də ömründə ilk dəfə teatrın kollektivinə qarşı 
səssiz və gizlin üsyan elədi. Mehdi yaradıcılığında “şübhələr 
dövrü”nün başlanğıcı elə bu nöqtə, yəni onun “işdən getmək 
haqqında  ərizə”sində eyhamlaşan  məxfi Hamlet qiyamı: heç 
kəslə sağollaşmadı, “salamat qalın” demədi, qapını yavaşca 
örtdü və getdi... Özünün yaxasından möhkəm yapışıb Mehdini 
teatrdan bayıra tulladı, teatrı isə öz içindən heç cürə ata 
bilmədi.  İnsan fəlsəfə astanasına yetişəndə sanır ki, dünya 
boyda türmədə dustaqdır və eynən  Şekspir kimi düşünür. 
Bundan o yana Mehdi Azərbaycan mədəniyyəti tarixində 
Komandor görkəmli bir Hamlet həyatı yaşayacaq. Müqayisə 
şərtidir, birbaşa paralellər axtarmayın.    
     Olum, ya ölüm? 
     Harada şübhə varsa, oradan Hamletin sualı boylanır. 
     Filosof  kimə deyilir? Fəlsəfəni öyrənənə, yoxsa filosofluq 
eləyənə? 
     Mehdi  fəlsəfəni sevirdi, Hamleti filosof obrazı kimi 
qavrayırdı  və görürdü ki, teatr fəlsəfə üçün sınaq 
laboratoriyasıdır.      

______________Milli Kitabxana_______________ 
250 
     Keçmiş Sovetlər Birliyinin Qafqaz respublikasında nə qədər 
azad olmaq mümkün idisə, Mehdi də ömrünün sonunadək elə o 
qədər azad ola bildi, təbii ki, öz şübhələriylə birgə, içində 
yaşayan hamletizmlə birgə  və  hətta sovet ideologiyasına 
inamla birgə. 
     Mehdi artıq professor idi, xalq artisti idi. İndi də o, estetika 
üzrə müdafiə eləyib fəlsəfə elmləri doktoru olmaq istəyirdi. 
Nəyinə  gərəkdi doktorluq? Sualın cavabını bilmirəm. Kimə 
nəyi sübut eləmək istəyirdi? Onu da bilmirəm. Amma istəyirdi 
 Elə bu üzdən də 1963-cü il sentyabrın 1-də Azərbaycan Dövlət 
Universitetinin qapılarını döydü. Açdılar və Mehdini estetika 
kafedrasının da professoru elədilər.
186
  İki ali məktəbin bir 
professoru Mehdi Məmmədov. O, həm teatr institutunun
187 
aktyorluq kafedrasında çalışırdı,  həm də universitetdə
188
 
estetikadan dərs deyirdi. Üstündən heç bir az keçmədi ki, 
Mehdinin namizədlik mövzusunu da təsdiq elədilər: “Müasirlik 
kateqoriyası  və Azərbaycan sovet dramaturgiyasının estetik 
problemləri”. 
     1963-cü  ildə Mehdi Məmmədov estetika kafedrasını öz 
müdafiəsi üçün təsadüfdən və ya kübarlıqdan  əlverişli 
saymamışdı. Onu bura imkansızlıq gətirmişdi, bir də rejissor 
Mehdini, aktyor Mehdini sevən ziyalılar. Həqiqətdə, Mehdi 
“Teatr sənəti” ixtisası üzrə müdafiə etməliydi. Busa əlavə 
əziyyətlər, vaxtaşırı ezamiyyətlər və müxtəlif tipli əngəllər 
demək idi. Çünki o zaman Azərbaycanda bu profildə cəmi bir 
sənətşünaslıq doktoru vardı. Ol səbəbdən Ümumittifaq Ali 
Attestasiya Komissiyası Azərbaycan Milli Elmlər 
Akademiyasının Memarlıq və  İncəsənət  İnstitutunda “Teatr 
sənəti” ixtisası üzrə müdafiə  şurası yaratmamışdı:  əgər 
sənətşünaslıq doktorlarının minimal sayı üç olmurdusa, bu, 
mümkünləşmirdi. Ona görə  də kim ki bu sahədə alimlik 
dərəcəsi almaq istəsəydi, gərək ya gedib Moskvada, ya Sankt-
Peterburqda, ya Tiflisdə, ya da Orta Asiya respublikalarının 
birində mövzusunun müdafiəsini rus dilində gerçəkləşdirəydi. 

______________Milli Kitabxana_______________ 
251 
Odur ki, Mehdi nisbətən asan yol seçdi, uzaq-uzaq məsafələrə 
gedib-gəlməkdən canını qurtardı, estetika kafedrası ilə ilişkilər 
qurdu, fəlsəfə ilə bağlı iddiasını ortaya qoydu. 
     Mehdinin artıq xəbəri vardı ki, Şəfiqə adlı bir qız teatr 
institutuna qəbul olunub... 
     Estetika  sənətin nəzəriyyəsidir: gözəllik haqqında elm ola 
bilməz. Amma bütün elmlər gözəlliyi öyrənir. 
     Mixail  Bulqakovdan:  Anna...  dağıdılmış günəbaxan yağı... 
və tramvay relsləri... 
     Olum, ya ölüm?  
     1963-68-ci  illər intervalında Mehdi elmin, dəftər-kitabın, 
yazı-pozunun içindədir. Hərçənd o, həmişə belə olub. Düzdür, 
buracan Mehdi öz kefinə yazırdı, marağının diqtəsilə yazırdı: 
dissertasiyanı isə doldurmaq və müəyyən standartları, 
çərçivələri gözləmək məcburiyyətindəsən. Mehdi professor 
ola-ola buna da qatlaşdı, aşırı çalışdı. Məhz bu müddətdə onu 
tez-tez dostu Zəfər Nemətovun yanında, daha doğrusu, Zəfərin 
teatrında tapmaq olardı. Bu informasiyanın iki mötəbər 
mənbəyi var: rejissor Zəfərin oğlu rejissor Azərpaşa və xalq 
artisti Firdovsi Naibov. Onlar təsdiqləyirlər ki, Mehdi Gənc 
Tamaşaçılar Teatrına gələndə 
Zəfər baş rejissor 
səlahiyyətlərindən yararlanıb dostu üçün ayrıca bir otaq 
ayırardı, və Mehdi də  həmin otağın qapısını bağlayıb 
axşamacan, qaranlıq düşənəcən işləyərdi, oxuduğunu oxuyardı, 
yazdığını yazardı. Deyirlər ki, elmin, sənətin Hamleti elə bu 
cür də olur, yəni bilgilərindən, uğurlarından  şübhəli, inadcıl, 
rahatsız və iddialı. Ona görə yolundan dönmür; şübhələrini yox 
edənədək gedir. 
     Hamlet aşırı xiridar olmaq deməkdir, bir işin sonuna yetmək 
deməkdir, qutsal bilginin, müqəddəs həqiqitətin ali mərtəbəsinə 
çatmaq deməkdir, idrak piyaləsini axırıncı damlaya qədər 
içmək deməkdir. 
     Fəlsəfə insanın içindəki tənhalıqdan başlayır. Tənhalıq 
dünyada mövcud pislik qarşısında ümidsizlikdir. Ümidsizlik 

______________Milli Kitabxana_______________ 
252 
yaxşıya inamın itdiyini eyhamlaşdırır. Rejissor yaxşı  və pisin 
konfliktini görür, həyatı onların mübarizəsi kimi anlayır; 
sosioloq yaxşı  və pisin mövcudolma səbəblərini axtarır, 
tapammır və axırda gedib psixolojinin qapılarına dirənir; 
filosof  yaxşı  və pisin şərtiliyini, nisbiliyini konstatasiya edir, 
onları kosmik harmoniyanın neytron və protonları qismində 
yozur; müdrik insan yaxşını və pisi bir-birindən ayırmır, onları 
fərqləndirmir.  Şairlər, və bir də estetlər gözəlliyi görəndə 
yaxşını və pisi unudurlar.  
     1964-cü ildə aktrisa Şəfiqə Məmmədovanı, faktiki surətdə II 
kurs tələbəsini, rejissor Şamil Mahmudbəyov “Qaraca qız”  
qısametrajlı  bədii filmində gözəl və zalım, hikkəli və  ədalı, 
aqressiv və tündməcaz Pəricahan xanım roluna çəkir. Nəticə 
yüzfaizlidir. 19 yaşlı  qızın kamera qarşısında sərbəst oyun 
manerası və xanım fakturası heyranlıq obyektidir. 
     Fələk kimisə kiməsə tərəf sürükləyirdi...  
     Mehdi  nə  qədər rejissor idisə, nə boyda aktyor idisə, bir o 
qədər də estet idi, filosof idi, sənətşünas idi, teatr nəzəriyyəçisi 
idi. 1935-ci ildən bu adam teatrşünas kimi yazmışdı, yazırdı və 
yazacaqdı da. İlk resenziyalarından, nə gizlədim, həvəslə 
danışmışam. Məntiqli təhlil və  cəsarətli tənqid. Sonralar bu 
janra Mehdi bir elə  də meyl göstərməyəcək. Çalışacaq ki, öz 
liberal mövqeyini qoruyub saxlasın, heç kəsi ciddi tənqid 
eləməsin, oturduğu yerdə özünü cəncələ salmasın.  Əvəzində 
Mehdi sırf teatrşünaslıq fəaliyyətinə qoşulacaq. Hələ Gəncədə 
olarkən “Ədəbiyyat” qəzetilə  əməkdaşlıq edəcək, Lope de 
Veqadan,  Şekspirdən maarifçilik ruhunda palaz-palaz 
məqalələr yazacaq, Bakıya döndükdə isə bu missiyanı bir az 
daha gücləndirəcək. Azərbaycan - rus teatr əlaqələri 
marşrutunda bir təbliğatçı rolunu oynayacaq: 1948 və 1949-cu 
illərdə “Azərnəşr”də iki balaca kitabça buraxdıracaq: biri 
Moskva Bədaye Teatrı haqqında, biri də Malı Teatrı haqqında. 
Bu  əsərlərin hər ikisi qısa tarixi icmaldır, xronoloji 
informasiyadır, teatrların inkişaf müstəvisində  qərarlaşmış 

______________Milli Kitabxana_______________ 
253 
mühüm personalarla tanışlıqdır. Mehdi 1977-ci ildə çapdan 
çıxmış “Teatr düşüncələri” adlı  məqalələr toplusunda da bu 
yazıları yenidən bir araya gətirəcək və, düzünü söyləsəm, 
koordinal heç nəyi dəyişməyəcək. Hərçənd Moskvanın Malı 
Teatrı ilə bağlı dediklərini sırf tarixilik zəminindən qoparıb 
kulturoloji istiqamətə yönəldəcək, bu teatrın ənənələrinin bizim 
peşəkar teatra təsirindən danışacaq və fikirlərini 16 səhifəyə 
sığışdıracaq; 10 səhifə  də Moskva Bədaye Teatrının tarixi 
tutacaq. Azərbaycan türkcəsində bu teatrlar haqqında heç bir 
elmi və ya publisistik material olmadığı bir məqamda 
Mehdinin yazdıqlarının dəyərini özünüz təsəvvür edin. 
     Mehdi  1966-cı ildə “Teatrlar. Aktyorlar. Tamaşalar.” adlı 
ilk məqalələr toplusunu nəşr etdirir və Milli Teatr, Opera və 
Balet Teatrı, Gəncə Dram Teatrı haqqında hazırladığı kiçik 
həcmli tarixi oçerk-icmalları ora yığır. Bu oçerklər “Teatr 
düşüncələri”ndə bir də 11 ildən sonra bəzi ixtisarlarla, cüzi 
əlavə  və redaktələrlə  təkrarlanır. 1977-ci ilin “Teatr 
düşüncələri” kitabı üç bölmədən ibarətdir: “Teatr”, “Teatr və 
dramaturq”, “Teatr və aktyor”. Birinci bölmə üç yerli və iki 
Moskva teatrının tarixi barədə  yığcam məlumatdır.  İkinci 
hissədə Mehdinin müxtəlif vaxtlarda Uilyam Şekspir, 
Aleksandr Ostrovski, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli, Səməd 
Vurğun haqqında yazdığı orta hesabla 10-12 səhifəlik təqdimat 
xarakteri daşıyan məqalələri toplanıb. Məqalələrin dili və 
təhlilin manerası xalis romantik pafosdan yoğrulub müəllifin 
yazı predmetinə vurğunluğunu bildirir. Onun təhkiyəsi 
Komandor təhkiyəsidir: aram, təmkinli, amiranə  və  şairanə. 
Qəribədir, nədənsə mənə elə gəlir ki, Mehdinin yazısı və bəlkə 
də yazı üslubu onun Komandor addımlarının  əks-sədasıdır, 
obrazıdır. Mehdi yazmayıb, yazı üstündə addımlayıb, elə bil ki 
yazı ilə düşüncə pillələrini çıxıb. Pyeslərin analizində onu hər 
şeydən öncə mövzu və ideya maraqlandırıb: çünki əsərin 
müasirlik pasportunda bu qrafalar birincidir. 

______________Milli Kitabxana_______________ 
254 
     “Teatr 
düşüncələri” toplusunun üçüncü bölməsi 
Azərbaycanın altı  ən məşhur sənətçisinin həyat və 
yaradıcılığını güzgüləyən altı portret-məqaləni bir araya gətirir. 
“Hüseyn  Ərəblinski” və “Mirzağa  Əliyev” sanki miniatür 
formatda işlənmiş monoqrafiyalardır: biri 35, o birisə 19 
səhifədir. Mehdi Məmmədov hələ 1949-cu ildə M.Əliyev 
barəsində kiçik həcmli bir monoqrafiya nəşr elətdirmişdi. 
H.Ərəblinski haqqında tədqiqat isə ilk dəfə 1973-cü ildə  işıq 
üzü görmüşdü. Deməli, “Teatr düşüncələri” haradasa Mehdi 
külliyyatının və ya onun seçilmiş  əsərlərinin birinci cildi  
qismində bir şeydir.  
      Mehdi  Məmmədovun ilk monoqrafiyasını oxuyan insan 
həməncə  yəqin edir ki, M.Əliyev realist bir aktyor olub, öz 
istedadının hüsnünə  və masştabına görə dahi rus aktyoru 
Şepkinlə bir hücrəni bölüşüb. Bu yığcam əsərdə onun oynadığı 
obrazların böyük əksəriyyəti bir-bir təhlilə  çəkilir, aktyorun 
səhnədə varolma üslubundan danışılır. Sonucda isə M.Əliyev 
sənətinin qısa tarixi və  nəzəri xülasəsi verilir. Hüzurunuza 
həmin tədqiqatın kiçik bir fraqmenti: 
“Surət yaratmaq üçün 
aktyorun özünü zahirən dəyişmək və ya bu yolla başqa cildə 
girmək texnikası Mirzağanın yaradıcılıq metoduna yabançı idi. 
O, surəti daxildən dərk edir, bütün varlığı ilə ona qoşulurdu. 
Aktyorla surət arasındakı  vəhdət o qədər olurdu ki, onların 
arasında sərhəd çəkmək, onları bir-birindən ayırmaq çətin 
görünürdü. Lakin bu, heç də aktyorun surət  əvəzinə özünü 
oynamasından irəli gəlmirdi,  əksinə, belə metod surətin 
inandırıcı  və  təbii olmasına yardım edirdi. M.A.Əliyevin 
(maraqlıdır, Mehdi aktyorun adını yazanda Mirzağa yazır, inisialı 
göstərəndə isə “Mirzə”ni “Ağa”dan ayırır: bu da izahı tapılmayan bir 
Mehdi müəmmasıdır - A.T.) yumoru son dərəcə  mənalıdır... Bu 
yumor üç səciyyəvi xüsusiyyətə malikdir. Ciddilik... məntiq və 
aydınlıq... doğruluq...”
189
  Mən bu sitatı niyə  gətirdim? 
Mehdinin yazı manerasını, düşüncə manerasını nümayiş 
etdirmək üçün. Cümlələrdən ciddilik, məntiq və aydınlıq, 
doğruluq fışqırır; təhkiyə elmidir, qurudur, nəzəri mülahizələrlə 

______________Milli Kitabxana_______________ 
255 
doludur və haradasa bir az məktəbli səliqəsindədir. Mehdi xalis 
teatrşünasdır və sanki özünün rejissor olduğunu və M.Əliyevlə 
səhnədə dəfələrlə birgə işlədiyini unudub. Burada Mehdi özünü 
amorf “biz”lə identifikasiya eləyir. Biz çoxluqdur və  Mehdi 
“mən”ini bu çoxluğa tabe etdirir, onun adından danışır.  Odur 
ki, M.Əliyev bu qısa monoqrafik tədqiqatda bizimki ola-ola 
özgəsidir, muzey fiqurudur, rəylər dışında dayanan ustaddır, 
əlçatmaz bir klassikdir. 
     “Hüseyn  Ərəblinski” monoqrafiyasında isə  vəziyyət bir 
balaca başqadır. Nədən ki, bu əsərlərin yazılma tarixləri 
arasında 25 ilə yaxın fərq var. Təbii ki, bu 25 ildə Mehdi xeyli 
dəyişir və onun yazıları bir qədər daha elastik olur. Bu 
tədqiqatda H.Ərəblinski “Azərbaycan teatr mədəniyyətinin 
əzabkeş  və  şəhid aktyoru” obrazında zühur eləyir. Mehdinin 
H.Ərəblinski adlı tarixi personajı potensial qəhrəmandır, 
altruistdir, fədaidir, istedadının tipinə, görkəminə görə nadir 
teatr sənətçisidir və ona yaşadığı dövrün ictimai-siyasi, 
kulturoloji kontekstindən yanaşılır. Mehdi Məmmədovun 1973 
və 1977-ci illərdə çap elətdirdiyi “Hüseyn Ərəblinski” 
monoqrafiyası yalnız xırda redaktə etibarı ilə bir-birindən 
seçilir. Hər iki nəşrdə sosioloji, kulturoloji və nəzəri aksentlər 
eynidir. 
     “Teatr  düşüncələri”ndə  təqdim olunan digər kiçik həcmli 
dörd portret Abbas Mirzə  Şərifzadənindir, Bülbülündür, 
Hökümə Qurbanovanındır, İsmayıl Osmanlınındır. Bu xüsusda 
sonuncu mənim daha çox diqqətimi özünə  çəkdi. Nədən ki, 
burada artıq Mehdinin “mən”i var: o, burada təhkiyəsini birinci 
şəxsin dilindən qurur və deyir ki, onu bir tamaşaçı kimi 40 
ildən, bir rejissor kimisə 30 ildən çoxdur ki, tanıyır. Bunu 
deyib Mehdi belə bir fraza işlədir: 
“O, görkəmli obrazlarından 
bir qismini mənim rejissorluq etdiyim tamaşalarda 
yaratmışdır”.
190
 Mehdi əsərlərində rast gəlmədiyim ifadələr var 
burda.  İ.Osmanlını o, az qala öz aktyoru kimi təqdim edir, 
“mən” faktorunu qabardır, önə  çəkir. Mehdi heç vədə belə 
yazmamışdı. Lakin bu hissə  məqalədə yalnız bir fraqmentdir, 

______________Milli Kitabxana_______________ 
256 
ani sərbəstlik məqamıdır. Çünki başqa abzasların hamısında 
Mehdi sanki zirehli analitikdir; nəzəri düşüncələrdən kənara 
çıxmaq istəmir və  hətta... bundan ehtiyatlanır da. Mehdinin 
portret yazılarında onu maraqlandıran  əsas amil öz tədqiqat 
predmetinin yerini, mövqeyini mədəniyyətdə düzgün 
müəyyənləşdirmək, onu potensial nümunə kimi tarix üçün 
təsvir etməkdir. Mehdi hər portret məqaləsində sevdiyi 
aktyorların milli teatr sisteminə elmi definisiyasını yazmaqdan 
yorulmur, hər dəfə onları  dəqiqləşdirməyə  cəhd edir. Örnək 
İsmayıl Osmanlı haqqında portret məqalədir: 
“Axı M.A.Əliyev 
səhnə  həqiqətinin, doğruluğun, A.M.Şərifzadə  əsl dramatizmin, 
İ.Hidayətzadə rola girmək, xarakter yaratmaq bacarığının 
meyarı adlana bilər. Belə aktyorlarla bərabər səhnəyə çıxmağın, 
onlarla yanaşı dayanmağın özü sənətin məhək daşına çəkilməyə 
bənzər. Burda  doğru ilə yalan, süniliklə  təbiilik, sənətkarlıqla 
həvəskarlıq arasındakı  fərqlər dərhal üzə  çıxır, fitri aktyorluq 
vergisinin nişanələri və  dərəcəsi  əyan olur. İ.Osmanlı Bahadur 
bəy (“1905-ci ildə” pyesinin personajı - A.T.) rolunda məhz həqiqi 
aktyorluq vergisinə malik realist səhnə  sənətinin ləyaqətli 
davamçısı olduğunu göstərmişdir. Başqa sözlə, o, həmin rolda 
özünü bir sənətkar kimi tapmış və tanıtmışdır”.
191
  
     Nə  qədər məqamdır maraqlı bir məsələdən danışım “Teatr 
düşüncələri” toplusu ilə bağlı. Sirr deyil ki, Mehdi 
Məmmədovun “Teatr düşüncələri” haradasa onun “Teatrlar. 
Aktyorlar. Tamaşalar” kitabının, təbii ki, müəyyən redaktələrlə 
təkrarı idi. Həmin toplu 1966-cı ildə çapdan çıxanda Yaşar 
Qarayev, müasir Azərbaycan 
ədəbiyyatşünaslığının 
sütunlarından biri, “Teatr düşüncələri” adlı bir məqalə ilə 
nəşri qutlayır, Mehdinin teatr publisistikasını alqışlayır. Amma 
təkcə bununla kifayərlənmir, “dinc dayanmayıb” və  “şəhərin 
teatr mənzilləri ilə  gəzib-gəzib” axırda Mehdini möhkəm və 
tutarlı surətdə  tənqid eləyir: “Yeri gəlmişkən qeyd etmək 
lazımdır ki, səhnə tariximizin mühüm bir mərhələsini təşkil 
edən romantik teatr kitabdakı  təhlillərdə  əhatə olunmur. 
Müəllif bir neçə yerdə “romantizm” və teatrın “romantik qolu” 

______________Milli Kitabxana_______________ 
257 
ifadəsini işlətsə  də, bu istilahı  təhlildə  təsdiq etmir. O, hətta 
A.M.Şərifzadəni də  hər yerdə realist sənətkar adlandırır və 
əsasən onun realizmindən danışır. Ə.Ələkbərovdan bəhs etdiyi 
oçerkdə isə həm realizmi, həm də romantizmi eyni bir “səhnə 
realizminin qolları” adlandırır. Halbuki Azərbaycan teatrının 
çox zəngin, müstəqil, möhtəşəm bir romantik dövrü və üslubu 
olmuşdur. Kitab teatrın xeyirxah bir dostu tərəfindən 
yazılmışdır. Lakin burada teatrın keçdiyi mürəkkəb yol heç də 
bütün ziddiyyətlərilə  əhatə oluna bilmir, nəticədə teatrın 
mübarizələrindən, çətinliklərindən çox onun qələbələri 
haqqında söhbət gedir. Bu isə  məqalələrdə  tənqidi elementin, 
mübariz polemik ruhun zəifləməsinə  səbəb olmuşdur. Müəllif 
təbliği çox yerdə  tələbkarlıqdan üstün tutmuşdur. Kitabda 
bəzən təsdiq həqiqi estetik təhlili üstələyir, repertuar və adlar 
siyahısı canlı poetik müşahidə ilə uyuşmur”.
192
 Yaşar 
Qarayevlə tam razıyam. Amma Mehdini də müdafiə etmək 
istəyirəm. Bəyəm o, bir vaxtlar baş rejissoru olduğu teatrı 
tənqid edə bilərdimi? Bəs mənəvi hüquq? Bu, nə  dərəcədə 
mənntiqi və etikdir? Şünasdan tələb olunanı rejissordan ummaq 
heç korrekt deyil. Hər halda Yaşarın məqaləsinin Mehdi 
təfəkküründə  dərin iz buraxması  şəksizdir. Gərçi belə 
olmasaydı, 11 ildən sonra o, bu məqalələri təkrar nəşr 
elətdirəndə toplunun adını “Teatr düşüncələri” qoymazdı ki? 
Buradan aşkar plagiat iyi gəlmir ki? Rus teatrşünaslığında bu 
adın bir xeyli variasiyası mövcud olub hələ Mehdinin vaxtında. 
Ona görə də “birbaşa plagiatdır” fikri qəbul edilməzdir.  
     Mehdinin  “Teatr  düşüncələrini”nin nəşri də Azərbaycan 
ziyalıları arasında yayılan kimi milli filologiyamızın dəyərli və 
həqiqi elm adamlarından biri Əkbər Ağayev mətbuat 
səhifələrində çıxış edib kitabı əməllicə təriflədi.  Və yəqin ki, 
onun Yaşar Qarayevin məqaləsindən ya xəbəri yoxdu, ya da 
həmin resenziyanı unutmuşdu. Ola da bilsin ki, Mehdinin 
“Teatrlar. Aktyorlar. Tamaşalar” adlı toplusu barədə 
ədəbiyyatşünas alim, ümumiyyətlə, məlumatsızdı. Lakin fərq 

______________Milli Kitabxana_______________ 
258 
eləməz: nədən ki, Əkbər Ağayev öz mülahizələrində 
mühafizəkar akademik elm müstəvisindən çıxış edir: o, sanki 
opponent kimi dissertasiya işinə  rəy verir. Ona görə  də  hər 
şeydən öncə topludakı  məqalələrin janrına diqqət yetirir: 
“Doğrusu, bu yazıları  ənənəvi “məqalə” formasında təsəvvür 
etmək düzgün olmaz, çünki bunların bəzilərində məqalə üslubu 
və formasının izləri olsa da, əksəriyyətində elmi-bədii oçerkin, 
xülasənin cizgiləri üstün gəlir; elə buna görə  də bu yazıları 
oçerk adlandırmaq daha çox məqsədə uyğundur”.
193
 Qoy 
oçerklər toplusu olsun “Teatr düşüncələri”: fakt bu ki, Mehdi 
xarakterinin, Mehdi istedadının və teatr mədəniyyəti tarixinin 
fiksə edilmiş fraqmentləri gələcəyə ötürülür “Teatr 
düşüncələri”ndə sıralanmış oçerklər vasitəsilə. 
     Mən nə üçün monoqrafiyanın xronoloji düzümünü pozaraq  
nəşr illəri müxtəlif  əsərləri, qismən də olsa, bir hücrəyə 
yığmağa çalışıram? İstəyirəm sübut eləyəm ki, Mehdi mövzunu 
artıq təsdiqləyəndə bir sənətşünaslıq doktoru qədər resenziya, 
portret, tarixi oçerk yazmışdı. Lakin bunlardan əlavə onun 
dramaturgiya problemlərinə  həsr olunmuş çoxsaylı  məqalələri 
də vardı ki, bir dissertasiya həcmi üçün kifayət idi. Mehdi hələ 
1957-ci ildə Opera və Balet Teatrının baş rejissoru işləyə-işləyə 
“Azərbaycan” jurnalında “Müasir dramaturgiyanın inkişaf 
məsələləri” başlığı altında bir yazı çap elətdirmişdi. Sonradan 
1958-60-cı illərdə C.Cabbarlıdan, Sabit Rəhmandan yaxşı 
analitik məqalələr yazmışdı və hətta onların rusca variantlarını 
da işləmişdi. Onun 1961-1964-cü illərdə müxtəlif jurnallarda 
işıq üzü görmüş “Dramaturgiya və müasirlik”, “Müasir 
komediya yaradıcılığı haqqında” və bu kimi sairə məqalələri də 
dediklərimin sübutudur. “Müasir komediya yaradıcılığı 
haqqında” məqalə iri həcmlidir və panoram xarakterlidir: 
burada Sabit Rəhmanın və Mirzə İbrahimovun komediyalarının 
təhlili jurnalın ard-arda iki nömrəsində dərc edilmiş məqalənin 
üçdə ikisini özündə qapsayır. Bu da heç bica deyil. Mehdi 
S.Rəhmanın və M.İbrahimovun yaradıcılığını beş barmağı kimi 

______________Milli Kitabxana_______________ 
259 
bilirdi, Gəncədə  və Bakıda baş rejissor vəzifəsində çalışdığı 
zamanda məhz onların  ədəbiyyat dünyasından bəhrələnmişdi. 
Deməli, Mehdi elmə teatr aləmində 
eşitdiklərinin, 
gördüklərinin və elədiklərinin analizini vermək və sonradan bu 
müstəvidən nəzəri ümumiləşdirmələr səviyyəsinə yüksəlmək 
üçün gəlirdi 
     Lakin  1964-cü  ildə Mehdi sanki bu dəftər-kitabların 
içindən, yazı-pozunun içindən, makinanın arxasından dikəlib 
təqvimə baxır və görür ki, dahi ingilis Şekspirin 400 illik 
yubileyidir. Ona görə  ləngimədən hər  şeyi bir kənara qoyub 
“Hamlet” faciəsi  əsasında bir radiotamaşa hazırlayır. 
H.Salayevi, S.Bəsirzadəni,  Ə.Ağayevi yığır başına, birinə 
Klavdinin, birinə Gertrudanın, birinə Poloninin mətnini 
oxutdurur, özü isə olur Hamlet. 
     Olum, ya ölüm?  
     Şəfiqə  Məmmədova artıq II kursa keçmişdi və Mehdi 
ona etikadan dərs deyirdi. 
     Taleyə bax, sevgilim! 
     Teatr  institutunda  etika,  universitetdə estetika: həyatda isə 
Hamlet və faciə janrına sonsuz bir ehtiram. Faciə maqnit 
dəmiri çəkən kimi Mehdini özünə  çəkirdi. Sonralar Mehdi 
Məmmədov  İncəsənət  İnstitutunda da estetikadan dərs 
deyəcək. 
     Mehdi  adi  sovet  vətəndaşının geyimində mikrofon 
qarşısında dayanıb Hamletin mətnini oxuyanda özünü Hamlet 
bilirdi, Hamlet masştablı  şəxsiyyət kimi qavrayırdı. Burada, 
həqiqətən, identifikasiya faizi çox yüksək idi. O, Hamletin 
mübarizəsinə öz mübarizəsi kimi baxırdı, Hamletin dərdini öz 
dərdi kimi görürdü. “Azəri dramaturgiyasının estetik 
problemləri” kitabından bir sitat mənim mülahizələrimi 
təsdiqlər: 
“Danimarka prinsinin iztirabları mühitin və zamanın 
dərin idrakından doğur. Bu, yer üzündəki  ədalətsizliyi, 
müsibətləri görən, duyan və dərk edən bir adamın iztirablarıdır. 
O,  “bəlalar selinə” qarşı durmağın, “zamanın qırılmış 
bağlarını” bərkitməyin çarəsini tapmasa da, bunu edə bilməsə 

______________Milli Kitabxana_______________ 
260 
də, bu zərurəti və tarixi ehtiyacı duyduğu üçün bizim 
nəzərimizdə  nəcibdir, ülvidir, böyükdür. Onun dərdi təkcə ata 
dərdi deyil. Onun kədəri heç də taxt-tacı qəsb edilmiş bir prinsin 
kədəri deyil. Hamletin dərdi bəşəriyyətin dərdi, Hamletin kədəri 
dünya kədəridir”
194
  və rejissor Mehdi, aktyor Mehdi, şünas 
Mehdi də bu dərdə, bu kədərə şərik. Əks təqdirdə onu London 
mətbuatı  “azərbaycanlı  şahzadə Hamlet”
195
 adlandırmazdı 
ki? 1964-cü ildə Bakı radiosu ilə Mehdinin Hamletini yəqin ki 
dinləyənlər olmuşdu. Hətta bu tamaşadan qısa bir televiziya 
görüntüsü də var. Həmin görüntüdə çalsaç Mehdinin gözlərilə 
ekrandan baxan bu radio Hamleti filosof Hamletdir, 
düşüncənin Hamletidir və  şübhəsiz ki, poetik təfəkkürün 
Hamletidir. 1964-cü ildə Uilyam Şekspirin anadan olmasının 
400 illiyilə  əlaqədar keçirilən tədbirlərə, təbii ki, sovet 
nümayəndəliyinin tərkibində Mehdi də bir Azərbaycan 
təmsilçisi kimi qatılmışdı və orada, soyuq Albionda, Şekspirin 
vətənində  səhnəyə  çıxıb Hamletin monoloqunu oxumuşdu. 
Lourens Olivyenin və digər dünya şöhrətli aktyorların 
Hamletini ekrandan və  səhnədən görmüş ingilislər uzaq 
sahillərdə bizim Mehdini qəbul eləmişdilər, onun səsinin 
sehrinə, görkəminin cazibəsinə, pafoslu ekspressiyasının 
tilsiminə düşmüşdülər, Mehdiyə  “azərbaycanlı  şahzadə 
Hamlet”  demişdilər. Yaxşıdı, çox yaxşıdı və bu, ümumilikdə, 
Mehdi teatrının qələbəsi anlamına gəlir. Lakin təəccüblüdür, bu 
haqda Cəfər Cəfərov nə danışıb, nə yazıb. Faktı da mən 
akademik Fuad Qasımzadənin məqaləsindən tapdım, Yaşar 
Qarayevdə isə bunun təsdiqilə üzləşdim. Teatrşünasların bu 
olaya biganəliyinin səbəbini mən özüm üçün aydınlaşdıra 
bilmədim. Nə isə... 
     Olum, ya ölüm? 
     1964-cü ildə Çexoslavakiyada “Olum, ya ölüm” adlı rəngli 
multiplikasiya filmi istehsal olunur. Bunun “Hamlet”lə heç bir 
ilişkisi yox idi: personajlar “xoşbəxtlik nədir?” sualına 
komediya üçün xarakterik situasiyalarda cavab axtarırdılar.       
     Mehdiyə “xoşbəxt adam” demək mümkündürmü? 

______________Milli Kitabxana_______________ 
261 
     Baxır nədə... 
     Bir  də ömür sona yetməyincə bilinməz ki, xoşbəxt kimdir, 
bədbəxt kim...  
     “Xoşbəxt ölüm” anlayışı mövcuddur: yəni ölümü duymadan 
ölmək... 
     “Xoşbəxt ölüm!” arzusu da mövcuddur: yəni xoşbəxtlikdə 
ölmək... yəni bədbəxtliyi duymadan, yaşamadan ölmək...  
     Mehdi 1965-ci ildə bu fikirlərdən çox-çox uzaqlarda idi və 
dissertasiyasını yazırdı: burdan yazırdı, ordan çap elətdirirdi. 
“Həyat və  sənət yollarında” kitabı elə  həmən bu ilin 
məhsuludur. Monoqrafiya Azərbaycan dramaturgiyasına həsr 
olunub və Mehdinin jurnal məqalələrinin daha geniş  və daha 
mükəmməl variantı təəssüratını oyadır. Əsər 234 səhifədir: bir 
neçə  məqalədən, iki böyük bölmədən və  nəticə  əvəzi kimi 
anlaşılan “Əsrimizin qəhrəmanı müsbət qəhrəmandır” başlığı 
altında təqdim edilmiş  fəsildən ibarətdir. Monoqrafiyanın 
personajları milli dramaturgiya tarixinin fiqurlarıdır. Lakin 
birinci hissənin qəhrəmanı yenə  Cəfər Cabbarlıdır, ikinci 
hissənin qəhrəmanı da yenə Sabit Rəhman. Tədqiqatın “Gülüş 
və ciddiyyət” adlanan ikinci bölümü oxuculara, yəni sənətlə, 
ədəbiyyatla  əlaqəsi olan adamlara müasir komediya 
yaradıcılığına bir nəzər kimi təqdim edilir Mehdinin 
“Azərbaycan” jurnalında “Müasir komediya yaradıcılığı 
haqqında” adı ilə işıq üzü görmüş məqaləsi yadınıza düşdümü? 
Üstündən heç bir il keçməmiş yazı genişləndirilib, bir az daha 
elmiləşdirilib və kitaba salınıb.  Əhsən! Tədqiqatda 
sitatlaşdırılan  əsas müəlliflər bunlardır: Marks və Engels, 
Lunaçarski, Belinski, Çernışevski, bir də Maksim Qorki. 
Mehdi ideoloji və intellektual “türmədədir”. Qəribədir, mən 
indi “Həyat və sənət yollarında” monoqarfiyasını oxuyuram və 
görürəm ki, bu əsər sovet təhsil şəbəkəsində mühüm yer tutan 
“Dram nəzəriyyəsi” predmetindən qopmuş bir qəlpədir. 
Mahiyyətcə, Mehdinin bu kitabı Azərbaycan dramaturgiyası və 
qismən də dram nəzəriyyəsi barəsində dərslikdir. Əksərən, sən 

______________Milli Kitabxana_______________ 
262 
özün nəyisə öyrənmək, qəlibi, trafareti, düsturu tam 
mənimsəmək və suallardan qurtulmaq istəyəndə  dərslik 
yazırsan. Bir nümunə: 
“Məzhəkənin formaları, ifadə vasitələri, 
gülmək və güldürmək tərzi müxtəlifdir, zəngindir. Gülüşün  ən 
yumşaq və  ən kəskin formaları arasında, yəni yumorla satira 
arasında zəngin gülüş vasitələri, gülməyin çoxlu, çeşid tərzləri 
vardır. Onları iki qütbdə  cəmləşdirmək olar. Komediya ya 
əsasən müsbət, faydalı  və gözəl olan bir işin, bir xarakterin 
xüsusi, təsadüfi nöqsanlarını göstərir ki, gələcək təkamülə yol 
açsın; ya da təməlindən zərərli olan, vaxtını ötürən və ictimai 
təhlükə törədən, cəmiyyətin inkişafına mane olan əməlləri və 
xarakterləri kəskin surətdə pisləyir ki, onları büsbütün yox etsin. 
Birinci təsadüfdə o, yumor boyalarından, ikinci təsadüfdə 
satiradan istifadə edir”.
196
 Açığını deyim ki, bu nəzəri 
mülahizələrdən bir məktəbli primitivliyi, bir məktəbli 
sadəlövhlüyü fışqırır. Mehdinin pyes, obraz təhlili onun nəzəri 
fikirlərindən, nəzəri müddəalarından qat-qat güclüdür. Bu, 
rejissor vərdişlərinin onun düşüncə manerasına təsirinin 
nəticəsidir. Təsadüfi deyil ki, Mehdi öz rejissurasında 
yazılarında (elmi əsərlərində, oçerklərində, məqalə  və 
resenziyalarında) olduğundan daha sərbəst, daha ifadəli və 
daha orijinal görünürdü. Bəlkə  də Azərbaycanda elə adam 
tapılardı ki, Mehdinin monoqrafiyalarını yazmağı bacarardı; 
lakin dünyada elə bir kimsə yoxdu ki, onun tamaşalarını qura 
biləydi. Bax, bu, gərək unudulmasın. Mən hesab edirəm ki, 
1965-ci ilin “Həyat və  sənət yollarında” kitabı Mehdinin 
gələcək müdafiəsinin baş məşqi idi.  
     Mehdi  Milli  Teatrda  birinci  olmaq  yükünü  çiyinlərindən 
atdıqdan sonra, hətta yenə  də  işinin çoxluğuna baxmayaraq, 
sanki bir qədər sərbəstləşmişdi, bir qədər asudə olmuşdu. Məhz 
bu arada Zəfər Nemətov Mehdinin “saqqızını  oğurlayıb” onu 
futbol matçına aparmağı bacarmışdı. Məhz bu arada Mehdini 
Zəfər Nemətovla, Tofiq Quliyevlə daha tez-tez birgə  şam 
eləyən görmək olardı. Məhz bu arada Mehdi Bakı bulvarının 
dadını çıxara bilmişdi. Məhz bu arada, daha doğrusu, 1964-cü 

______________Milli Kitabxana_______________ 
263 
ildə rejissor Zəfər Nemətov “Ürək yanarsa” tamaşasını 
hazırlamışdı. Pyesin müəllifi kim olsa yaxşıdı? Mehdinin 
qardaşı Teymur Məmmədov, dil və ədəbiyyat müəllimi. Mehdi 
vaxtilə onu Pza Təhmasibin yanına  əbəs göndərməmişdi ki? 
Teymur öz böyük qardaşına müqəddəs adama yanaşan kimi 
yanaşırdı. Nədən ki, Teymurun da içi ədəbiyyatla, sənətlə dolu 
idi və bu, nəhayət ki bir gün pyes formasında zühur eləmişdi. 
Pyes yaşlı müəllimin vaxtilə  tələbəsi olmuş bir qızla həzin, 
kövrək sevgisinin taleyindən danışırdı. Sizə xatırladım rusların 
çəkdiyi “Bazar ertəsinə  çıxaq” bədii filmini. Filmə baxanda 
fikirləşirsən ki, yəqin onu Teymur Məmmədovun pyesi 
əsasında çəkiblər. Lakin bu, belə deyil. Filmin ssenari müəllifi 
var: tamam ayrı adamdır. Bəlkə... Xeyr, şübhələrə yer yoxdur. 
Çünki pyes rusların filmindən qat-qat öncələr yazılıb. Amanın 
günüdür, Mehdidən uzaqlaşmayaq... “Ürək yanarsa” 
tamaşasının premyerasına Mehdi də baxır  və heç bir söz 
demir, dərin sükuta qərq olub qalır. Premyeradan sonra o öz 
evinə dönmür; Teymurla birgə Tolstoy küçəsindəki köhnə 
mənzillərinə yavaş-yavaş gedirlər. Gənc Tamaşaçılar 
Teatrından bura gəzə-gəzə piyada gəlməyə  nə var ki... Mehdi 
yenə bir şey söyləmir, pauzanı uzatdıqca uzadır. Yalnız qonaq 
otağına keçərkən qapıda intizarla dayanmış Teymurun üzünə 
də baxmadan, öz-özünə danışırmış kimi 
“Sən bu gün məni 
kövrəltdin” 
deyir və bir də bu söhbətin üstünə qayıtmır, heç 
nəyi çözüb təhlil eləmir, heç nəyi aydınlatmır. 
     Mehdi  artıq  Şəfiqə  Məmmədovanın  ərköyünsov, dəcəl bir 
qız olduğunu bilirdi və heç də bundan xoşhallanmırdı, ona 
xüsusi diqqət göstərmirdi. Lakin bir dəfə... vokal kafedrasının 
açıq dərslərindən birində  iştirak edərkən... Mehdi görür ki, 
Şəfiqənin gözəl opera səsi var... və o, doğrudan da, çox 
istedadlıdır... 
     Tale kimisə kiməsə tərəf inadla sürükləyirdi... 
     Mehdi  Komandor  imicində Azərbaycan Hamleti ömrünü 
yaşayırdı... və  qızlar, qadınlar onun görkəminə, qamətinə, 

______________Milli Kitabxana_______________ 
264 
Hamletsayağı  ədalarına, filosof görünüşünə, səsinin ecazkar 
tembrinə vurulub Mehdini, necə ki fanatları müasir 
“ulduzları”n hər addımını izləyirlər, bax, eləcə izləyirdilər. 
Hətta öz şəxsi hesablarına bilet alıb onun ezamiyyətə getdiyi 
şəhərlərə yollanırdılar... Təki öz qəhrəmanlarına yaxın olsunlar, 
onunla təmasda olsunlar... Mehdi maqnit kimi qadınalrı özünə 
cəzb eləyirdi: ancaq o, bunun üçün məxsusi şəkildə heç bir səy 
göstərmirdi; hərçənd dəblə  və  səliqə ilə geyinməyindən də 
qalmırdı. 
     1966-cı ildə Mehdi Məmmədov Azərbaycan Dövlət 
Uneversitetinin ixtisaslaşdırılmış müdafiə  şurasının qarşısına 
çıxır. Bir iddiaçı qismində tədqiqatının məna və mahiyyətindən 
danışır, keçib yerində  əyləşir. Dissertasiyanın müzakirəsi 
başlanır. Fəlsəfə elmləri doktorlarından iki nəfər bu müdafiəyə 
qəti etirazını bildirib deyir ki, Mehdi burada yox, sənətşünaslıq 
üzrə müdafiə etməlidir. Mən akademik Fuad Qasımzadənin 
xatirələrinə əsasən bunları yazıram. Gerçəklikdə bu iki nəfərin 
rəyi bir elə  də önəm kəsb etmirdi. Çünki çoxluq Mehdi 
tərəfində idi. Amma... buna baxmayaraq... Mehdi bərk inciyir 
və  tədqiqatını götürüb müdafiə  şurasının iclası aparıldığı 
auditoriyanı  tərk edir. Təbii ki, məsələnin gözlənilmədən belə 
dəyişməsi nəyəsə kökündən təsir etmək iqtidarında deyildi. 
Ona görə ki, dissertasiyaların hamısı rus dilinə çevrilib 
Moskvaya göndərilməliydi. Bu səbəbdən bütün aspirantlar, 
dissertantlar, doktorantlar elmi tədqiqatlarını ya rusca 
yazırdılar, ya da müdafiəyə  çıxıncaya qədər öz işlərini rus 
dilinə  tərcümə elətdirirdilər. Bu aspektdə Mehdinin problemi 
yox idi. Ol səbəbdən Mehdi daxili bir inamla, arxayınlıqla 
sənətşünaslıq üzrə müdafiə etmək qərarına gəldi və 
opponentlərini Moskvadan “sifariş elədi”. 
     1967-ci  ildə Azərbaycan Milli Elmlər Akademiyasının 
Memarlıq və  İncəsənət  İnstitutunda Mehdi Məmmədovun 
müdafiəsi keçdi. Bənzərsiz bir müdafiə. Mehdinin avtoreferatı, 
çıxışı, arqumentli müddəaları o qədər uğurlu alınmışdı ki, ona 

______________Milli Kitabxana_______________ 
265 
birbaşa “sənətşünaslıq doktoru” alimlik dərəcəsi verməyi 
tövsiyə etdilər. Bax, bu prosesdə yenə birinci skripka rolunu 
teatrşünaslığın “şefi”, ideoloqu, rəhbəri Cəfər Cəfərov oynayır: 
fitva ondan gəlir, təklif onun təklifidir. Belə ki, teatrşünas 
Cəfər rejissor Mehdinin tədqiqatını Azərbaycan humanitar 
elminin tarixində faydalı, yeni və fenomenal bir iş saymışdı. 
Və  həqiqətən, 1968-ci il aprelin 12-də Ümumittifaq AAK-ın 
Mehdi Məmmədovun doktor elmi dərəcəsini təsdiqləyən 
sənədinin surəti Teatr İnstitutunun dəftərxana  şöbəsinə daxil 
olur. Bu gündən etibarən professor Mehdi artıq sənətşünaslıq 
doktorudur.  
     “İstədiyi yar idi, yetirdi pərvərdigar”...  
     1968-ci  ildə Mehdi Məmmədovun dissertasiya işi “Azəri 
dramaturgiyasının estetik problemləri” adı ilə  nəşr  olunur.       
Həmin çağlarda “azəri” sözünü rəsmi  şəkildə  sənədləşdirmək 
və ya kitab sərlövhəsinə çıxarmaq heç də asan məsələ deyildi. 
Çünki bu sözdən “millətçilik” qoxusu gəlirdi və bu qoxu 
çoxlarını qorxudurdu, təkcə bir coğa (qrup) Azərbaycan 
ziyalısından savayı. Onlar, yəni Azərbaycanın bir sıra dəyərli 
millətsevərləri, sadalasam siyahı böyük olacaq, hətta “azəri” 
sözünün dildə aktivləşməsini belə  fəxrlə, qürurla, coşqu ilə 
qarşılayırdılar. Mehdidə də milli heysiyyət duyğusu son dərəcə 
güclü idi. Hələ 1966-cı ildə “Teatrlar. Aktyorlar. Tamaşalar” 
toplusunda Gəncə teatrının ixtisarlı tarixini yazarkən məhz 
Mehdi Məmmədov akyor Muxtar Afşarovun soyadını 
“Əfşarov”
197
 kimi qələmə vermişdi, onun qədim Azərbaycan 
nəsli əfşarların birbaşa varisi olduğunu vurğulamışdı. Əfşarlar 
isə  şah  şəcərəsi olublar, türk soylarının elitasından sayılıblar. 
Hətta Muxtar Avşarovun özü də öz soyadından səksənirdi, az 
qala məşhur  əfşarlarla qohumluqdan imtina edirdi. Axı onu 
vaxtilə bu soyada görə xeyli incitmişdilər! Mehdisə əksinə, heç 
nədən çəkinmədən öz kitabında israrla “Afşarov” yox, 
“Əfşarov” yazırdı və bunu belə təqdim etməkdən gizli bir zövq, 
bir həzz duyurdu: qürrələnirdi ki, Azərbaycan türküdür və 

______________Milli Kitabxana_______________ 
266 
türklər həmişə bütün siyasi-toplumsal vəziyyətlərdə  və 
müxtəlif insinuasiyalar içində özlərini itirməyiblər, bölgənin 
birinci şəxsləri cərgəsində dayanıblar. Amma öz xarakter tipinə 
görə Mehdi fleqmatik olduğundan hisslərini affektiv şəkildə 
büruzə vermirdi və ehtiyatını da əlindən buraxmırdı. Nədənsə 
Dövlət Təhlükəsizlik Komitəsinin xofu onunla hər yerdə 
bərabər bulunurdu. Çünki Mehdi heç vaxt Cəfər Cəfərovun 
“Dağılan tifaq” barədə yazdığı siyasi-ideoloji ünvanlı  tənqidi 
unutmurdu. 
     Hər halda Mehdi, mənim bütün ehtimallarım fövqündə 
dayanaraq, kitabının sərlövhəsində “azəri” sözünü saxlayır və 
bununla da özünün yarımməxfi “millətçi ziyalı” mövqeyini 
eyhamlaşdırır. 
     Bu,  hamletizm  deyilsə, bəs nədir? Gözəl müdafiə edilmiş 
bir dissertasiyadan sonra Mehdi niyə özünə ictimai müstəvidə 
qalmaqal axtarmalıydı və ya özünü rəsmi sovet ideologiyasına 
qarşı qoymalıydı, camaata bir millət sevgisi sərgiləməliydi? 
Məntiqə sığmaz bir şeydir, hamletizm təzahürüdür. “Müasirlik 
kateqoriyası  və Azərbaycan sovet dramaturgiyasının estetik 
problemləri” adının “Azəri dramaturgiyasının estetik 
problemləri” 
şəklində monoqrafiyanın sərlövhəsinə 
çıxarılmasına nə ehtiyac vardı? “Azərbaycan sovet 
dramaturgiyası” ifadəsi hara, “Azəri dramaturgiyası” ifadəsi 
hara? Fərqi duyursunuzmu? Mehdi düz getdiyi yerdə bu nə 
oyundu öz başına açırdı? Könlündən dissidentlik keçirdimi?  
Və  nəhayət, bu, Mehdiyə  nə kimi dividentlər vəd edirdi? Bir 
sıra Azərbaycan ziyalılarının hörmətindən savayı, praktiki 
surətdə, heç nə. Onda mən bunu hamletizmin təzahürü kimi 
anlamaqda haqlıyam və özümə bəraət qazandırıram. 
     Şəfiqə  Məmmədova artıq Milli Teatrın aktyor truppasında 
fəaliyyətə başlamışdı. Rejissor Tofiq Kazımov isə onu öz 
gələcək “Hamlet” tamaşasının Gertrudası qismində görürdü və 
Mehdinin bundan xəbəri,  əgər mən səhv etmirəmsə, mütləq 
vardı.     

______________Milli Kitabxana_______________ 
267 
     “Azəri dramaturgiyasının estetik problemləri” tədqiqatı, 
belə deyim də, “Həyat və sənət yollarında”  kitabının yeni və 
geniş versiyada təqdimidir. Bu əsər Mehdi Məmmədovun sənət 
proqramıdır, onun fəlsəfi düşüncələrinin proqramıdır, 
Mehdinin fikir okeanının marşturudur.  Əvvəla onu söyləyim 
ki, “Azəri dramaturgiyasının estetik problemləri” 
monoqrafiyası o dövrün rus teatrşünaslığında mövcud dəblərə, 
tendensiyalara bir reaksiyadır, yaxşı imitasiyadır.  İkinci: bu 
araşdırma dram nəzəriyyəsi və estetika fənləri üzrə  tələbələr 
üçün “əlavə oxu” kitabını xatırladır. Mehdini estetikada və 
teatrda professional bir rejissor kimi nə maraqlandırıbsa, bu 
tədqiqatın içinə  yığıb, praktikada üzləşdiyi, və  bəlkə  də 
ustalıqla həll etdiyi məsələlərin elmi cavabını vermək istəyib. 
Ancaq cavablar əvəzinə Mehdi sanki təntənəli və təmtəraqlı, və 
bir az da pafoslu mühazirələr, natiqlər üçün mətnlər yazıb. Bu 
elmi-nəzəri risalənin ilk sualı “Müasirlik nədir?” kimi 
səsləndirilir. Və Mehdi əlüstü çalışır ki, buna tutarlı bir 
definisiya versin. Başlayır problemin ətrafında onu-bunu 
sitatlaşdıra-sitatlaşdıra Komandor addımlarıyla gəzişməyə  və 
gəlib heç cürə mahiyyətə  çıxa bilmir; tapammır ki, müasirlik 
nədir və onu necə açmaq, necə  xırdalamaq olar. Elə bu arada 
teatr bilgisi onun köməyinə  gəlir və Mehdi bəyan edir ki, 
“müasirlik mübarizədir”. Doğrudur, amma elm üçün nəsə 
çiydir. Müasirliyin içi mübarizə ilə doludur və bu, aksiomdur. 
Mübarizə prosesdir. Onda, deməli, proses müasirlikdir. Bu da 
aksiomdur və doğrudur, amma elm üçün nəsə çiydir. Zaman 
axımında permanent yaşanan mübarizələrin müasirliyə heç bir 
dəxli olmaya da bilir. Mübarizə faktdır, həyatın faktıdır.  İki 
quşbaz bir göyərçin üstündə dalaşırsa, bunun müasirliklə 
ilişkisi nə? 
“Müasirlik zamanın inqilabi fikirlərinin incəsənətdə 
təsdiq və  təsbit etmək yolunda davamlı, ehtiraslı bir 
mübarizədir”
198

İnanmıram. Sovet siyasi-ideoloji 
demaqogiyasının təsiri var burda. Müasirlik düşüncə 
modusudur,  bu modusa qatılmaq, bu modusda olmaq və öz 
zamanını anlamaq deməkdir. Sənətdə müasirlik resipiyentin 

______________Milli Kitabxana_______________ 
268 
(seyrçinin, oxucunun) özünütanıma, özünübilmə 
(identifikasiya) dərəcəsi ilə ölçülür. Mehdisə Nikolay 
Dobrolyubova istinadən yazırdı ki,
 “müasirlik... ləyaqət 
meyarıdır”
199
. Definisiya elmi deyil, sıyıqdır, sürüşkəndir, 
gəlişi gözəl ifadədir. Bir də müasirliyi meyar adlandırmaq nə 
dərəcədə korrekt? Müasirlik meyar ola bilməz: çünki içi, 
mündəricəsi zaman-zaman dəyişir. Bundan əlavə ləyaqət daha 
çox ənənə ilə bağlı bir şeydir, nəinki müasirliklə. Yəni dediyim 
bu ki, Mehdi müasirliyin mündəricə baxımından nədən ibarət 
olduğu haqqında aydın və dolğun təsəvvür yarada bilmir, 
fikirlərini filosof kimi yox, rejissor kimi izah edir. 
     Müasirlik Mehdi tədqiqatının birinci dayanacağıdır. 
     İkinci dayanacaq ənənə  və novatorluqdur. Elmi 
definisiyalar, müəyyənləşdirmələr baxımından burada da nə 
bol nöqsan. İsnad yeri kommunist-bolşevik məfkurəsinin 
siyasi-ideoloji klassikləridir. Bu dayanacaqda Mehdinin orijinal 
fikri yoxdur: o, imitatordur: sovet humanitar elmində mövcud 
qəlibin məzmununu danışır: 
“Ənənə novatorluğa qovuşub sanki 
cavanlaşır. Novatorluq isə mütərəqqi  ənənələrə istinad etdiyi 
üçün zəminəsi daha möhkəm olur”.
200
 İki üstəgəl iki dörd eləmir 
bəyəm? Lakin... “ənənə  və novatorluq” məsələsini həmin 
dövrdə Azərbaycan sənətşünaslığının gündəmində 
aktuallaşdırdıqdan sonra mədəniyyətdə Mehdinin də 
imitatorları peyda olur və bu mövzuda yazılan kitab və 
məqalələrin sayı artır. 
     Üçüncü  dayanacaq  yaradıcılıq metodu müstəvisindədir. 
Mən bu dayanacaqda düşən kimi oradan qaçmaq istədim. Bura 
başdan-ayağa siyasi-ideoloji söz palçığı idi.
 “Partiyaçı olmaqla 

Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin