Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası



Yüklə 39.8 Kb.
Pdf просмотр
tarix06.02.2017
ölçüsü39.8 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

 

   Təbiət elmləri seriyası  

  

                       2010 

 

 

 

 

QAŞQALDAQDA (FULICA ATRA L.) BAŞI QANLA TƏMİN EDƏN  

ARTERİAL MƏNBƏLƏRİN TOPOQRAFO-ANATOMİK XÜSUSİYYƏTLƏRİ 

 

N.İ.ƏLİYEV 



Azərbaycan Tibb Universiteti 

bun@box.az 

 

Ali onurğalılarda beyin qan dövranında filogenetik aspektdə baş vermiş dəyişikliklərin 



ümumi qanunauyğunluğunun müəyyən edilməsi üçün, sürünənlər və məməlilərlə yanaşı quş-

larda da beyinin arterial sisteminin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Lakin indiyə kimi 

quşlarda beyinin arterial sistemi xüsusi olaraq tədqiq edilməmişdir. Odur ki, quşların bir 

nümayəndəsi olan qaşqaldaqda həm başın kəlləxarici hissəsindəki arterial damarların, həm 

beyini qanla təchiz edən arterial damarların topoqrafo-anatomik xüsusiyyətləri müəyyən 

edilmiş, həm də beyin əsasının arterial dövranının quruluşu öyrənilmişdir. 

 

Ali onurğalılarda beyin qan dövranı  və  təkamül aspektində bu dövranı  əmələ 

gətirən mənbələrdə baş vermiş  dəyişikliklərin xarakterini müəyyən etmək üçün 

quşlarda, xüsusən də onların fərqli ekoloji şəraitlərdə yaşayan, fərqli həyat tərzi 

keçirən növlərində beyini qanla təchiz edən arterial mənbələrin öyrənilməsi mühüm 

əhəmiyyət kəsb edir. 

Quşların ümumi quruluş xüsusiyyətləri, ayrı-ayrı növlərin ekoloji xüsusiyyətləri, 

həyat tərzləri, ornitofaunadakı yerləri diqqətlə öyrənilsə də [3], onlarda üzvlər sistemi 

haqqındakı  məlumatlar ümumi xarakter daşıyır [1,2]. Quşların beyin qan dövranı 

haqqındakı  məlumatlara isə  tək-tək rast gəlinir [4,5]. Odur ki, əsasən su mühitində-

sahilə yaxın cəngəllik və qamışlıq  ərazilərdə  həyat tərzi keçirən qaşqaldaqda (Fulica 

atra L.) beyinin qan dövranını tədqiq etməyi planlaşdırmışıq. 

Qaşqaldaqda başı  və beyini qanla təchiz edən arterial mənbələrin topoqrafo-

anatomik xüsusiyyətlərini müəyyən etmək üçün 6 ədəd qaşqaldaq cəsədindən material 

kimi istifadə olundu. 

Qan damarlarının kontrast maddə ilə doldurularaq, preparat halına salınma 

üsullarından istifadə edərək aparılmış  tədqiqatlar göstərdi ki, qaşqaldaqda sağ aorta 

qövsündən sağ  və sol adsız arteriyalar ayrılır ki, onların da hər biri üç şaxəyə: döş, 

körpücükaltı  və ümumi yuxu arteriyalarına bölünür. Ümumi yuxu arteriyasından 

onurğa arteriyası (a. vertebralis) ayrılır. Onurğa arteriyası birinci döş fəqərəsi ilə axı-

rıncı boyun fəqərəsinin sərhədinə çataraq iki şaxəyə ayrılır: 1. kranial istiqamətdə ba-

şa doğru gedən — qalxan şaxə (r. ascendens a.vertebralae); 2. döş fəqərələri boyun-

ca, kaudal istiqamətdə arxaya doğru gedən — enən  şaxə  (r. descendens a.verteb-



ralae). Onurğa arteriyasının qalxan şaxəsi, boyun fəqərələrinin birər dəliklərindən ke-

çib, fəqərələrin sərhədlərində boyun əzələlərini qidalandıran r.muscularis və onurğa 

beynini qidalandıran r. spinalis şaxələri ayırmaqla, başa doğru uzanır. Onurğa arteri-

yasının magistral yatağının diametri, başa doğru getdikcə kiçilərək, II boyun fəqərəsi 

 

74


bərabərində uc şaxəyə keçir ki, o da ənsə arteriyasına birləşir. 

Ümumi yuxu arteriyası (a.carotis communis) boyun fəqərələri cisminin ventral 

səthindəki çökəkliklə başa doğru uzanır. Başın yaxınlığında ümumi yuxu arteriya-

sından, qırtlağı və qida borusunu qanla təmin edən bir damar ayrılır ki, o da tezliklə 

iki  şaxəyə: qırtlaq arteriyasına (a. laryngea) və qida borusu arteriyasına (a. 

esophagus) ayrılır. Qırtlaq arteriyası tezliklə şaxələnərək qırtlağı qanla təmin edir. Qi-

da borusu arteriyası isə qida borusunun lateral səthi ilə enən istiqamətdə, kaudal tərəfə 

doğru uzanır. Onun magistral yatağından qida borusunu qanla təmin edən çoxsaylı ki-

çik damarlar ayrılır. Ümumi yuxu arteriyası II boyun fəqərəsinin yaxınlığında iki şa-

xəyə: medial tərəfdə yerləşən — daxili yuxu arteriyasına (a. carotis interna) və lateral 

tərəfdə yerləşən — xarici yuxu arteriyasına (a. carotis externa) ayrılır. Xarici yuxu 

arteriyasının ilk şaxəsi olan ənsə arteriyası ənsə nahiyəsindəki əzələlərin qanla təmin 

edilməsində  iştirak edir. Xarici yuxu arteriyasının digər  şaxələri: dil arteriyası, alt 

çənə  və  əng arteriyaları, üz arteriyası  və s., başın üz şöbəsinin müvafiq hissələrini 

qanla təmin edirlər. 

Daxili yuxu arteriyası kəllənin kaudal hissəsində — təbil kapsulası yaxınlığın-

da, ənsə sümüyünün yan payı (partes lateralis) ilə əsas sümüyün (basisphenoid) arxa 

hissəsinin sərhədində yerləşən vidaçi çökəkliyə daxil olur və burada özündən 

gözyuvasıarxası arteriyanı ayırır (şək. 1). Gözyuvasıarxası arteriyaları, xaricdən onları 

əhatə edən çox nazik divarlı sümük kapsula içərisində yerləşirlər. 

Gözyuvasıarxası arteriya daxili yuxu arteriyasından ayrıldıqdan sonra qövs əmələ 

gətirərək, təbil kapsulasının medial divarı ilə orbitaya doğru istiqamətlənir. Ön yarım-

dairəvi kanalla kvadrat sümüyün arxa kənarı arasındakı sahədə, ondan bir şaxə ayrılır. 

Bu şaxə yarımdairəvi kanalların dorzal tərəfindən keçərək ənsə nahiyəsinə gedir və ənsə 

sümüyü pulcuğundan xaricə çıxaraq, ənsə əzələlərində şaxələnir. Gözyuvasıarxası arte-

riya isə kvadrat sümüyün altından keçərək, onun ön kənarı ilə orbita arasındakı sahədə 

— orbitanın qəribə torunu (rete mirabilae orbitae) əmələ gətirir. Orbitanın qəribə toru-

nun ön kənarının yuxarı qütbündən — üst göz qapağı arteriyası (a. palpebra superior), 

aşağı qütbündən — alt göz qapağı arteriyası (a. malaris), medial tərəfindən isə bilavasi-

tə göz almasını  və onun köməkçi aparatını qanla təmin edən xarici göz arteriyası  (a. 

ophthalmica externa) ayrılır. 

Шяк. 1. Qaşqaldaqda йуху артерийасы вя онун шахяляринин 

схематик тясвири: 

a.car.com. — цмуми  йуху  артерийасы  (а. carotis 

communis);  a.car.ex. — хариъи  йуху  артерийасы  (а. carotis 

externa);  a.car.in. — дахили  йуху  артерийасы  (а. carotis 

interna);  a.car.in.pr. — щягиги  дахили  йуху  артерийасы  (а. 

carotis internae proprii);  a.car-oc. — янсядахили  йуху 

артерийасы  (а. carotico-occipitalis);  a.f. — цз  артерийасы  (а. 



facialis); a.lin. — дил артерийасы (а. lingualis); a.mal. — алт 

эюзгапаьы артерийасы (а. malaris); a.max.ex. — янэин хариъи 

артерийасы (а. maxillaris externa); a.max.in. — янэин дахили 

артерийасы  (а. maxillaris interna); a.oc. — янся  артерийасы 

(а. occipitalis);  a.oph.ex. — хариъи  эюз  артерийасы  (а. 

ophthalmica externa);  a.pal.s. — цст  эюзгапаьы  артерийасы 

(а. palpebralis superior);  a.porb. — эюзйувасыархасы 

артерийа  (а. postorbitalis);  a.slin. — дилалты  артерийа  (а. 

sublingualis);  a.tem.c. — каудал  эиъэащ  артерийасы  (а. 

temporalis cаудаlis); a.tem.sf. — сятщи эиъэащ артерийасы (а. 

temporalis superficialis);  a.ver. — онурьа  артерийасы  (а. 

vertebralis); r.c. — каудал шахя (r. caudalis); r.des. — енян 

шахя (r. descendens); r.mir.orb. — эюзйувасынын гярибя тору 

(rete mirabilae orbitae); r.r. — rostral шахя (r. rostralis). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



75

Vidaçi çuxurda gözyuvasıarxası arteriyanı ayırdıqdan sonra, həqiqi daxili yuxu 

arteriyası, kəllənin əsas sümüyünün basisphenoid hissəsinin süngəri maddəsi ilə nazo-

medial istiqamətdə orta xəttə doğru uzanır. Basisphenoid-in ön hissəsində sağ və sol 

həqiqi daxili yuxu arteriyaları orta xəttə çatırlar. Burada onların hər ikisi dönərək dor-

zo-rostral istiqamətdə, bir-birlərinə paralel halda, kəllə əsasının hipofizə məxsus çö-

kəkliyinə doğru uzanırlar. Sağ və sol həqiqi daxili yuxu arteriyaları orta xətdə bir-bir-

lərinə çatdıqdan sonra ümumi bir sümük kapsulanın içərisində yerləşirlər. Hipofizə 

məxsus çökəkliyin yaxınlığında onlar lateral tərəflərə doğru bir-birlərindən aralana-

raq, çökəkliyin yan tərəflərindən kəllə qutusuna daxil olub, kaudal və rostral şaxələrə 

ayrılırlar (şək. 2).  

Kaudal şaxənin başlanğıc hissəsindən beyinciyin rostral arteriyası (a.cb.r.) ay-

rılır. Bundan sonra daxili yuxu arteriyasının kaudal şaxəsi əks tərəfin eyni adlı arteri-

yası ilə birləşib, beyinin əsas arteriyasını (a.ba.) əmələ gətirir. Beyinin əsas arteriya-

sından beyinciyə, uzunsov beyinə və s. şaxələr ayrılır. Böyük ənsə dəliyinə doğru get-

dikcə diametri kiçilən a. basilaris, böyük ənsə dəliyi yaxınlığında onurğabeyni ventral 

arteriyası (a.sp.ven.) ilə anastomozlaşır. 

 

 

Шяк. 2. Гашгалдагда бейин ясасынын виллиз 



артериал дювраны вя ону ямяля эятирян 

мянбялярин схематик тясвири. 

a.ba. — бейинин  ясас  артерийасы  (а. basilaris); 

a.car.in.pr. — щягиги  дахили  йуху  артерийасы  (а. 

carotis internae proprii);  a.cb.r. — бейинъийин 

рострал артерийасы (а. cerebelli rostralis); a.cer.c. — 

бюйцк  бейинин  каудал  артерийасы  (а. cerebri 

caudalis); a.cer.m. — бюйцк бейинин орта артерийасы 

(а. cerebri media); a.cer.r. — бюйцк бейинин рострал 

артерийасы  (а. cerebri rostralis);  a.eth.in. — дахили 

хялбир  артерийасы  (а. ethmoidalis interna);  a.sp.ven. 

—  онурьабейни  вентрал  артерийасы  (а. spinalis 

ventralis); r.c. — каудал шахя (r. caudalis); r.r. — 

rostral шахя (r. rostralis). 

 

Həqiqi daxili yuxu arteriyasının rostral şaxəsi (r.r.) rostro-lateral istiqamətdə 



gedərək, əvvəlcə böyük beyinin kaudal arteriyasını (a.cer.c.), sonra ikitəpəli cisim ar-

teriyasını, görmə çarpazı  bərabərində isə böyük beyinin rostral arteriyasını (a.cer.r.) 

ayırdıqdan sonra böyük beyinin orta arteriyasına (a.cer.m.) çevrilir. Rostral şaxə me-

dial istiqamətdə orta xəttə doğru uzanır. Böyük beyinin rostral arteriyasından rostral 

istiqamətdə daxili xəlbir arteriyası ayrılır. Beləliklə, qaşqaldaqda baş-beyin əsası vil-

liz arterial dövranı ön tərəfdə açıq qalır. 

 

ƏDƏBİYYAT 

1.

 



Акаевский  А.И.,  Лебедев  М.И.  Анатомия  домашних  животных:  В 3-х  ч.,  ч.III,  М.: 

Высшая школа, 1971, 376 с. 

2.

 

Акаевский А.И., Юдичев Ю.Ф., Михайлов А.В., Хрусталева И.В. Анатомия домашних 



животных. М.: Колос, 1984, 543 с. 

3.

 



Наумов  Н.П.,  Карташев  Н.Н.  Зоология  позвоночных,  часть-2, (Пресмыкающиеся, 

 

76



птицы, млекопитающие), М.: Высшая школа, 1979, 272 с. 

4.

 



Əliyev N.İ., Qırmızıburun Dalğıcda (Netta rufina Pall.) başı qanla təmin edən arterial mən-

bələrin topoqrafo-anatomik xüsusiyyətləri // Sağlamlıq jurn., Bakı, 2005, № 10., s.120-123. 

5.

 

Əliyev N.İ., Berkutda (Aquila chrysaetos L.) başı qanla təmin edən arterial mənbələrin 



topoqrafo-anatomik xüsusiyyətləri // Sağlamlıq jurn., Bakı, 2006, №10., s.142-145. 

 

 



АРТЕРИАЛЬНЫЕ ИСТОЧНИКИ ГОЛОВЫ ЛЫСУХИ (FULICA ATRA L.) И ИХ 

ТОПОГРАФО-АНАТОМИЧЕСКИЕ ОСОБЕННОСТИ 

 

Н.И.АЛИЕВ 

 

РЕЗЮМЕ 

 

Изучена  артериальная  система  головы  у  шести  особей  Лысухи  (Fulica atra L.). 



Выяснены  топографо-анатомические  особенности  сосудов  как  наружной  поверхности 

головы,  так  и  сосудов  кровоснабжающие  головной  мозг.  А  также  изучена  форма 

артериального круга основания мозга и сосуды отходящие от него к головному мозгу. 

 

 



ARTERIAL SOURCES OF HEAD IN BALD COOT (FULICA ATRA L.) AND THEIR 

TOPOGRAPHER-ANATOMICAL FEATURES 

  

N.I.ALIYEV  



 

SUMMARY 

 

The arterial system in six individuals of Bald coot (Fulica atra L.) has been studied. 



The topographer-anatomical features of vessels in external surface of head and the vessels 

supplying the cerebrum with blood are determined. The form of arterial circle of cerebrum 

brain and vessels reliving from it directed to cerebrum are studied. 

 

 



 

77

Каталог: Xeberler%20Jurnali -> Tebiet%202010%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Tebiet%202010%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası 2010
Tebiet%202010%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə