Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə172/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   168   169   170   171   172   173   174   175   ...   182
kulturoloji 
tədqiqatların 
fəal 
genişləndirilməsi  təmin  edilməlidir.  Kulturoloji  sahədə  dissertasiya 
tədqiqatları,  monoqrafiya  və  tədris  vəsaitlərinin  nəşri, 
dövlət  və 
ictimai  fəaliyyətin  müxtəlif istiqamətlən  üzrə  tədqiqatçı,  menecer  və 
müəllimlərin  hazırlığını  genişləndirmək vacibdir.  Bu,  uğura aparan ən 
düzgün yoldur.
İnsan  mədəniyyəti  inkişafının  bütün  çoxcəhətlilikləri  alim  və 
müəllimlərin,  siyasətçi  və idarəçilərin,  ictimai  xadim  və sahibkarlann, 
diplomat  və  jurnalistlərin, 
geniş  profilli  mütəxəssis  və  gənclərin 
diqqət  mərkəzinə  çevrilməlidir.  Lakin  Azərbaycanda  kulturoloji  elm 
və  təhsilin  qabaqlayıcı  inkişafını  təmin  edən  şərtlər  yeni  mədəni 
siyasətin  köməti  ilə  təmin  edilməlidir.  Yeni  mədəni  siyasət  yeni 
kulturoloji  biliklərin  stabil  istehsalını,  elmin  yeni  nailiyyətlərinin 
mədəniyyətin  inkişafının  idarəedilməsi  sisteminə,  tədris  prosesinə, 
eləcə  də  cəmiyyətin  sosial-mədəni  həyatına  effektiv  translyasiyasınm 
təmin  edilməsi  məqsədini  daşıyır.  O,  azərbaycan  cəmiyyətinin 
zamanın  tələblərinə  uyğun 
stabil  inkişafı  üşün  zəruir  olan  kadr 
infrastrukturunun  formalaşdınlmasına  yardım  etməli,  Azərbaycanın 
daha  yaxşı  gələcəyi  naminə  kulturoloji  elm,  təhsil  və  praktikanın 
inteqrasiya katalizatoruna çevrilməlidir.
İdeoloji  baxımdan  mədəni  siyasətin  əsas  vəzifəsi  ölkənin  müxtəlif 
mədəniyyətlərinin 
vahid 
ümummilli 
mədəniyyətə 
düzgün 
inteqrasiyasındadır.  Burada  söhbət  аул-аул  etnoslann  özünəməxsus 
mədəniyyətlərinin  assimilyasiyasından  yox,  onlann  millətin  vahid 
sosial  etikası  çərçivəsində  dövlətin  strateji  maraqlannda  ifadə  olunan 
davranış  qaydalan, 
qarşılıqlı  münasibət  və  əməkdaşlıq,  ümumi 
maraqlann konsensusu əsasında inteqrasiyasından gedir.
Azərbaycanın  dövlət  siyasətinin  ən  mühüm  məsələsi,  hər  şeydən 
əvvəl,  ictimai  rifahın  inkişafını  təmin  edən  intellektual  mədəniyyət  -
370
Kuad  Mammadov
Kulturologiya effektivli havat  va faalivvala aparan vol
elm  və  təhsil  sahəsində  çalışan  ziyalıların  effektiv yaradıcı fəaliyyəti 
üçün əlverişli şəraitin yaradılmasıdır.  Bu, sivil dövlətlərin sənaye-dən 
informasiyalı cəmiyyətə keçidlə səciyyələnən, həm ölkəmizin, həm də 
dünya mədəniyyətinin müasir inkişaf mərhələsinin obyektiv  ələbatlan 
ilə  şərtlənir.  Ziyalılar,  ilk  növbədə,  millətin  strateji  genofondu 
adlandınlan  intellektual  elit 
mədəni  kapitalın  nüvəsidir.  Dünya 
praktikası  göstərir  ki,  bu  genofondu  qiymətləndirməyən,  daha  dəqiq 
desək, ona laqeydlik göstərən dövlətlər müasir dünya sivilizasiyasının 
sürətli  inkişaf  axınından  kənarda  qalmaq  təhlükəsi  ilə  üzləşə  bilər. 
Dövlət  öz  intellektual  potensialına  xüsusi  qayğı  göstərməli,  onun 
qorunması,  inkişafı  və  yenidən  hasil  edilməsi  üçün  əlverişli  şərait 
yaratmalı,  avropa  standartlanna  istiqamətlənmiş  xüsusi  sosial  təminat 
proqramlan  həyata  keçirməlidir.  Dövlətin  təhlükəsiz  inkişafının 
proqnozlaşdınlması və düzgün texnologiyalann hazırlanması  məqsədi 
ilə  ekspert-kulturoloqlar,  “bilik  menecerləri” 
strateji  cəhətdən 
əhəmiyyətli informasiyalara malik olmalıdırlar.
Respublikada 
ruhi  mədəniyyətin  inkişafi  üçün 
xüsusi  kadr 
hazırlığı  probleminin  həllinə  yardım  məqsədi  ilə  “Simürğ” 
Azərbaycan Mədəniyyət Assosiasiyası Bakı Kulturologiya Məktəbinin 
yaradılmasını  planlaşdınr.  Dövlətin  yardımı  ilə 
bu  cür  xüsusi 
məktəbin  yaradılması,  sivilizasiyalı  ölkələrin  təcrübəsinə  uyğun 
olaraq,  bəşəriyyətin,  bu  və  ya  digər  dərəcədə,  dəyərli  biliklərinin 
seçimini  həyata  keçirmək  və  onlann  təcrübədə  tətbiqinə  yardım  edən 
“bilik  menecerləri”-nin  kulturoloji  hazırlığını  keçirmək  məqsədini 
daşıyır. 
Bu  məktəbdə  xalqın  ümumi  mədəni  səviyyəsinin 
yüksəldilməsinə  istiqamətlənən,  əhalinin  maarifləndirilməsi  üzrə 
xüsusi  kulturoloji  proqramın  həyata  keçirilməsi 
nəzərdə  tutulur. 
Burada  uşaq  və  gənclərin  ümumi  və  xüsusi  hazırlığı  ilə  bərabər, 
ölkənin qeyri-hökumət təşkilatlan,  bələdiyyə və biznes strukturlanmn 
yeni  tarixi  şəraitdə  effektiv  fəaliyyəti  üçün  zəruri  olan  liderlərin 
kulturoloji  hazırlığı  da  planlaşdınlır.  Məktəbin  yaradılması,  həm  də, 
Azərbaycan  Respublikasının  inkişaf maraqlanna  cavab  verən,  bütün 
səviyyələrdə  düzgün  siyasi  qərarlann  hazırlanması  məqsədi  daşıyan 
sistemli 
kulturoloji 
qərarlann 
həyata 
keçirilməsinə 
imkanyaradacaqdır.
371


Kuad  Mammado*
Kullurolnglva effektivli  haval 
уэ
 faalivyata aparan yol
Beləliklə,  ölkədə  mədəniyyət  sahəsində  müasir  azərbaycan 
cəmiyyəti  və  dövlətinin  həyati  tələbatların  acavab  verən  qətiyyətli 
islahatların  keçirilməsi  üçün 
zəruri  şəraitin  yarandığı  artıq  göz 
qabağındadır.  Tərəfimizdən  aparılan,  bir  sıra  demokratik  ölkələrin 
tarixi  təcrübəsinin 
komparativ  klulturoloji  təhlili 
qətiyyətlə
söyləməyə  imkan  verir  ki, 
müasir  mərhələdə  Azərbaycanın 
tərəqqipəri’ər inkişafının  əsasını üç prinsip təşkil edir : intellektual və 
mənəvi  mədəniyyətin  prioriteti. 
sağlam  milli  ideya  və  milli 
mədəniyyətin  demokratikləşdirilməsi. 
Bu  faktorlar 
dünyanın
tərəqqipərvər  dövlətlərinin  tarixi  nailiyyətlərinin  əsasını  təşkil  edir. 
XIX-XX  əsrin  əvvəllərində 
yaşamış  Abbasqulu  Ağa  Bakıxanov, 
Mirzə  Kazımbəy, 
Mirzə  Şəfi  Vazeh,  Mirzə  Fətəli  Axundov, 
Həsənbəy Zərdabi,  Əhməd  Ağaoğlu,  Əlibəy  Hüseynzadə,  Məmməd 
Əmin  Rəsulzadə  Üzeyir  Hacıbəyov  və  digər  Azərbaycan  modemist- 
maarifçilərinin  tərəqqipərvər  ideyaları  və  praktik  fəaliyyətinə  istinad 
edən  milli  tarixi  təcrübə  də  bu  tezisin  doğruluğunu  sübut  edir.  Bu 
qanunauyğunluq  söyləməyə  imkan  verir  ki,  azərbaycan  cəmiyyətinin 
inkişafında  tərəqqipərvər  dəyişikliklərin  yüksək  dinamikasının  əldə 
edilməsinə 
istiqamətlənmiş 
məhz 
bu  prioritetlər  Azərbaycan 
Respublikasının 
düzgün  sosial-mədəni  siyasətinin  əsasını  təşkil 
etməlidir.
Azərbaycan  mədəniyyətinin  inkişafının 
aşkar  edilmiş  bu 
problemlərinin  həll  edilməsi  imkanlarının  dövləti  əhəmiyyətinin  dərk 
edilməsi  kulturologiyanın  elm  və  tədris  fənni  kimi  Azərbaycanda 
tezliklə  institutlaşdınlmasını 
tələb  edir.  İnsanın 
həyat  fəaliyyəti 
haqqında elm  olan  kulturologiya Azərbaycanda dövlət tərəfindən daha 
artıq  şərait  yaradılmaq  statusu  qazanmalıdır.  Kulturologiyanın  elm  və 
tədris  fənni  kimi  institutlaşdınlması,  qloballaşma  şəraitində  dövlətin 
davamlı  və  rəqabətəqabil  inkişafında,  onun 
avropa  və  dünya 
sivilizasiya  birliyinə  gələcək  inteqrasiyasında respublika  ziyalılarının 
qüvvələrinin  birləşdirilməsi  və  onların  xidmətlərinin  artırılmasına 
yardım edəcəkdir.
Azərbaycan  ziyalıları  azərbaycan  xalqı,  cəmiyyəti  və  dövlətinin 
mədəniyyəti  üçün  daha  uğurlu 
gələcəyin  yaradılması  və  həyatın 
yaxşılaşdırılması  yollarının  axtanşındakı  tarixi  məsuliyyəti  dərk 
etməlidir.  Ölkənin  tezliklə  sənaye  və  informasiyalı  cəmiyyətə  keçidini
372
t u ad  Mammado»
Kullurologiva effeklivli haval  v.ı faalivyala aparan  vol
təmin  edən,  milli  mədəniyyətdə  tərəqqipəri’ər  sosial  dəyişikliklərin 
əldə  edilməsi  uğrundakı  mübarizənin  önündə  durmalı  olan  ciddi 
kulturoloqlar məktəbinin yaradılması vaxtı çatmışdır.
Kulturologiyanın  inkişafına  dövlət  yardımı 
azərbaycanda 
demokratiyanın  siyasi  mədəniyyətinin  yaradılması,  hüquqi,  iqtisadi, 
informasiyalı,  məişət,  tibbi,  ekoloji  mədəniyyətin,  istehlak  və  bölgü 
münasibətləri  mədəniyyətinin,  eləcə  də 
azərbaycan  diasporunun 
inkişafi  və  onun  mədəniyyətinin 
yaşadığı  ölkə  mədəniyyəti  ilə 
harmonizasiyası  üçün  yeni imkanlar açacaqdır.
Sadalanan  və  bir  çox  başqa  problemlərin  həllini  “Azərbaycanda 
mədəniyyətin  inkişafinın  milli  onilliyi”  dövlət  proqramı  çərçivəsində 
həyata  keçirmək  olardı.  Qanunvericilik  baxımından, 
Azərbaycan 
Respublikasının  Təhsil  Qanununa  məktəb  və  bütün  səviyyələrdə, 
ümumi  və  xüsusi  kulturoloji  təhsilin 
inkişafına  hüquqi  şərait  və 
prioritetləri  təmin  edən 
bölmənin  daxil  edilməsi,  eləcə  də 
kulturologiyanın  Azərbaycanda 
elm  və  tədris  fənni  kimi 
institutlaşdınlması  haqqında  qanunun  qəbul  edilməsi  məqsədəuyğun 
hesab edilə bilərdi.
• 
Mədəniyyət dünyası.  Bakı.  Bur.  VII,  2003, s. 77-98

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin