Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə180/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   174   175   176   177   178   179   180   181   182
kollokviumunun  tezisləri.  Bakı,  1999, s.  153-158.
394
Fuad  Məmmədov
Kulturologiva effektivli havat  va faalivvata aparan vol
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDAKI
SİYASİ MƏDƏNİYYƏT HAQQINDA
('ADR  Parlamenti  təşkilinin  80  illiyinə  həsr  olunmuş  "Müsəlman 
dünyasında  İlkPparlament" adlı elmi-nəzəri konfransda  çıxışın  mətni.
dekabr 1998-ci il)
Məlum  olduğu  kimi,  hər  bir  cəmiyyətin  siyasi  mədəniyyət 
səviyyəsi  siyasi  biliklərin  xarakter  və  həcmi,  vətəndaşların  fəaliyyət 
və  qiymətləndirilməsi,  eləcə  də,  siyasi  münasibətləri  tənzimləyən 
sosial  dəyər, ənənə və normaların məzmun və keydiyyəti  ilə müəyyən 
olunur.  Müasir  cəmiyyətdə  dövlət,  demokratiya,  konstitusiya,  hüquq, 
parlament  kimi  siyasi  mədəniyyət  institutları  mühüm  tərbiyəedici, 
tənzimləyici  və  müdafıəedici  funksiyaları  yerinə  yetirir.  Onlar  xalqın 
ümumi  mədəniyyətinin,  siyasi  şüurunun,  vətəndaşların  fəallığı  və 
təşəbüskarlığının  inkişafına  yardım  edir,  hər  şeydən  əvvəl,  idarəetmə 
orqanlarına nəzarətdə  iştirak, onların demokratiya institutları və siyasi 
normalara  könüllü  tabe  olmalan,  demokratik  cəmiyyət  və  dövlətin 
tərəqqisi  tələblərinə  cavab  verən,  demokratiyanın  siyasi  dəyərlərinin 
mühafizəsi 
yolu  ilə  siyasi  proseslərə  təsirini  təmin  edir.  Bu 
kontekstdə  Azərbaycanın  demokratik  inkişafındakı  tarixi  yol,  forma 
və nailiyyətlər müəyyən maraq doğurur.
Azərbaycan  xalqının  tərəqqipərvər  mədəni-fəlsəfi  ənənələrinin 
təməli  hələ  XII-XVI  əsrlərdə  Azərbaycan  İntibahı  dövründə 
qoyulmuş,  yeni  dövrdə,  demokratik  prinsiplərə  əsaslanan  yeni  tip 
cəmiyyətə  tədrici  keçid  üçün  şəraitin 
yaranması  ilə  öz  məntiqi 
inkişafina  çatmışdır.  XIX  əsr,  öz  kökləri  ilə  Müsəlman  İntibahına, 
Oyanma, Avropada Reformasiya və  Maarifçiliyinə gedib  çıxan  dünya 
mədəniyyətinin  novasiyalı  proseslərinin  ölkədə 
fəallaşdığı  bir 
zamanda, 
Azərbaycanda  demokratiya  mədəniyyətinin  əsaslarının 
formalaşmasının mühüm mərhələsi oldu.
XX  əsrin  əvvəllərində  şiddətli  ictimai-siyasi  inkişafın  nəticəsində, 
1917-ci  ildə  Rusiyada  monarxiya  çökdü.  Postrusiya  məkanında 
keyfiyyətcə  yeni  vətəndaş  cəmiyyətinin  quruculuğu,  absoklyutizm 
prinsiplərindən,  ilk dəfə  hələ XIII əsrdə orta əsr İngiltərəsində təməli 
qoyulmuş  parlamentarizm  prinsiplərinə  keçidə  istiqamətlənən,  yeni 
demokratik mədəniyyətin formalaşdıdırlmasım  tələb edirdi. Çoxəsrlik
395


Eua.d-MMnroadov
Kulturologiva efTektivli bayat  va faalivvata aparan vol
humanist  ənənələrin  varisliyini  qoruyaraq,  azərbaycan  mədəniyyəti 
maariflənmiş  Avropanın  mədəni  standartlarından  fəal  istifadə  etmək 
yolu ilə demokratik  yeniləşmə və tərəqqipərvər inkişaf  yoluna qədəm 
qoydu.
XX əsrin  əvvəlində  Azərbaycanın  siyasi  mədəniyyəti, siyasi  maraq 
və  ehtiyacların  dərki  fonunda, 
azərbaycan  xalqının  öz  milli 
müstəqilliyi  uğrunda  mübarizəsi  şəraitində, 
yeni  siyasi  quruluşa 
əhalinin 
müxtəlif  qrup 
və 
təbəqələrinin 
ümumi 
münasibət 
platformasının  yaradılması  şəraitində  formalaşırdı.  Siyasi  mədəniyyət 
öz  əksini  ölkənin  sosial-mədəni  institutlarının  -   demokratik  dövlət, 
parlament,  hüquqi  institutların  fəaliyyətində  tapırdı.  Bu  novasiyalı 
burjua-demokratik  mədəniyyətin  daşıyıcısı  və  ifadəçisi  Rusiyada  və 
Qərbi  Avropanın  müxtəlif ölkələrində  təhsil  almış,  o  cümlədən  onun 
Rusiya  Dövlət  Dumasındakı  nümayəndələri,  Azərbaycan  Dövləti  və 
Parlamentinin  rəhbərləri  və  üzvləri,  eləcə  də  müxalifətçi  partiyaların 
üzvləri,  maarifçilər.  Yazıçılar,  publisistlərdən  ibarət 
qbaqcıl 
azərbaycan ziyalıları  idi.
Yeni  dövr  qərbi  avropa  və  rusiya  mədəniyyətlərinin  novasiyalı 
təsirinə məruz qalmış Azərbaycan parlamentinin 7 dekabr  1918-ci  ildə 
təntənəli  açılışı  ənənəvi  azərbaycan  mədəniyyətində 
inqilabi 
dəyişikliklərin  parlaq  nümunəsi  oldu.  İlk  Azərbaycan  parlamenti  11 
müxtəlif qruplardan  97 üzvlə təmsil  olunurdu.  Orada müsavatçılar və 
Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin