Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə170/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   166   167   168   169   170   171   172   173   ...   182
Müəllim-kulturoloq 
dünya  və  milli  mədəniyyət  tarixi  və 
nəzəriyyəsini  beynəlxalq  təhsil  standartlarına  uyğun  novasiyalı 
metodların  tətbiqi  ilə  tədris  etməklə  respublikada  kulturoloji  təhsilin 
yüksək keyfiyyətini təmin etməlidir. Tədris  dünya kulıturologiyasının 
ən 
yeni 
nailiyyətləri 
əsasında 
proqressiv 
kompüter 
texnologiyalarından  istifadə  etməklə,  yüksək  ixtisaslı  mütəxəssislərin 
-   dövlət  idarəçiliyinin  müxtəlif  sahələrində  çalışan  alim,  incəsənət 
xadimləri, 
mütəxəssislərin 
cəlb 
edilməsi 
ilə 
keçirilməlidir.
365


Ku»d  Mammodov
Kulturolo&iya effekıivli həyat  >» fəaliyyət» aparan  yol
Kulturoloqlann  hazırlanmasında  fundamental  təhsil  elmi,  nəzəri  və 
tətbiqi  problemlər  üzrə  xüsusi  təlimlə  birgə  aparılmalıdır.  Deməli, 
kulturoloq-  müəllim  müxtəlif  ölkələrin  sosial-mədəni  fəaliyyət 
sahələri, idarəetmə və mədənii  inkişafın milli texnologiyaları, eləcə də 
bu 
sahədə  beynəlxalq 
təcrübə  barədə  dürüst  və  müfəssəl 
informasiyaya  malik  olmalıdır.  O,  elmi  tədqiqatların  nəticələrindən 
istifadə  etməklə  mütəxəssis  və  əhalinin  müxtəlif  qrupları  üçün 
mədəniyyət  və  mədəni  siyasət  məsələləri  üzrə 
təhsil-maarifçi 
proqramlar,  kulturoloji  konfrans,  seminar,  treninq,  ictimai  diskussiya 
və debatlar  hazırlayıb həyata keçirməyi bacarmalıdır.
Kulturoloq-menecerin  seçilmiş  ixtisas  üzrə  işləməsi  üçün,  nəzəri 
biliklərini 
möhkəmləndirib 
praktik 
vərdişlər, 
yüksək 
siyasi 
mədəniyyət,  mədəniyyətin  inkişafının  təşkili  və  idarəedilməsinin 
praktik  fəaliyyət  təcrübəsi  qazanmasının  mühüm  əhəmiyyəti  var 
Mədəniyyətin  inkişafının  idarə  edilmə  sahəsi  üzrə  mütəxəssis 
mədəniyyət  və  mədəni  siyasətin  mahiyyət,  sosial  funksiya  və 
imkanları  haqqında  dəqiq  təsəvvürə  malik  olmalıdır.  Kulturoloq- 
menecer  istehsalat  təcrübəsi  zamanı 
dövlət  idarəçiliyi, 
dövlət 
mədəniyyət  idarələri,  qeyri-hökumət  təşkilatlan  və  bələdiyyələrin 
fəaliyyəti  zamanı 
yaranan  situasiyalan  düzgün  qiymətləndirməyi 
ictimai  tərəqqiyə  yardım  edən  optimal  siyasi  qərarlar  tapmağı 
öyrənməlidir.  O,  uyğun  mədəniyyət  müəssisəsi  və  ya  onun 
şəbəkəsinin resurs  və heyətini düzgün idarə etməyi bacarmalıdır.  Ruhi 
mədəniyyət  sahələri  üzrə  müəssisələrin  strateji  planlaşdırması, 
koordinasiyası, 
maliyyələşdirilməsi,  hüquqi  tənzimlənməsi  və 
monitorinqi,  mədəni  sahənin  təkmilləşdirilməsi  üzrə  tövsiyələrin 
hazırlanması  onun  vəzifə  borcudur.  Elmi  nailiyyətlərə  istinadən,  o, 
praktik  problemlərin  sistemli  kulturoloji  təhlilini  həyata  keçirməyi 
bacarmalı, yeni modellər layihəsi hazırlayıb, həyata keçirməlidir. Milli 
və  qlobal  mədəni  məkanda  sosial-mədəni  fəaliyyətin,  tərəqqipərvər 
inkişaf proseslərinin  təhlili,  modelləşdirilməsi  və  proqnozlaşdırılması 
azərbaycan  ictimaiyyəti  və  dövlətinin  maraq  və  tələbatlarına  cavab 
verməli, 
dünya  sivilizasiyasının 
inkişaf  tendensiyalarını  və 
qanunauyğunluqlarını nəzərə almalıdır.
Dünya  təcrübəsindən  çıxış  edərək,  kulturoloqlara  universal 
biliklərin  verilməsi  və onlarda  məsuliyyət mədəniyyətinin  yaradılması
366
Fuad  Məmmədov
Kulturologiva effektivli hava! və fəaliyyətə aparan vol
ilə  bərabər,  onlann  təlimini  aşağıda  göstərilən  yeni  istiqamət  və 
ixtisaslar  üzrə  təşkil  etmək  məqsədəuyğundur  :  dövlət  idarəçiliyi 
mədəniyyəti, 
beynəlxalq 
münasibətlər 
mədəniyyəti, 
ruhi 
mədəniyyətin  inkişaf  proseslərinin  dövlət  tənzimlənməsi,  dövlətin 
mədəni  inkişaf  sahəsində  investisiya  proseslərinin  tənzimlənməsi, 
xarici  mədəni  siyasət,  polisentrik  idarəetmə  sistemi,  mədəniyyətin 
inkişafının  hüquqi  təminatı, 
incəsənətdə  kulturoloji  menecment, 
ekoloji  mədəniyyət  və  təbiətdən  istifadənin  idarə  edilməsi,  qeyri 
hökumət  təşkilatlarının  idarəedilməsi  mədəniyyəti,  əmək  və  sosial 
münasibətlər mədəniyyəti,  dövlətin  mədəniyyət  siyasəti,  informasiya 
mədəniyyəti, jurnalistika  mədəniyyəti,  biznes  etikası,  elm,  təhsil  və 
incəsənət 
müəssisələrinin  heyətinin  idarə  edilməsi,  ictimaiyyətlə 
əlaqə mədəniyyəti və s.
Beləliklə,  sosial-humanitar  fənn  olan  kulturologiva 
bütün 
səviyyələrdə  -  məktəbəqədər,  məktəb,  ali  məktəb,  eləcə  də  ikinci 
təhsil  və  kadrların  ixtisasartırma  sistemlərində  tədris  edilməlidir. 
Bunun  üçün  onun  tədrisinin  həm  ümumtəhsil,  həm  də  xüsusi ləşmiş 
səviyyəsi  müəyyən edilməlidir.  Rusiya Federasiyası  və digər ölkələrin 
təcrübəsinə istinadən,  Azərbaycanda kulturoloji təhsil  elmi-tədqiqat,
,  ekspert, 
pedaqoji  və 
mənəvi  mədəniyyət  sahəsində 
inzibati 
idarəetmə  fəaliyyəti  üçün 
yüksək  ixtisaslı  mütəxəssis  hazırlığını 
təmin  etməlidir. 
Lakin  universal  bilikli  mütəxəssislər  olan 
kulturoloqlann  praktiki  iş  sahəsi  artbiznes,  media,  reklam  və 
beynəlxalq  əlaqələrlə  məhdudlaşmamalıdır.  O,  dövlət  və  ictimai 
həyatın  geniş sosial-mədəni  fəaliyyət sahəsini əhatə etməlidir.  Bu gün 
yüksək  ixtisaslı  kulturoloq  mütəxəssislərin  -   tədqiqatçı,  müəllim  və 
menecerlərin  hazırlığı  xüsusi  əhəmiyyət  kəsb  edir.  Müasir kulturoloq 
-   insan,  cəmiyyət  və  dövlət  haqqında  elmi  biliklərin  sintezatorudur. 
Onun  yüksək  peşə  və  ümumi  mədəniyyəti  -  dövlət  quruculuğu  və 
idarəçiliyindəki  mürəkkəb  problemlərin 
effektiv  həllinin  açandır. 
Universal  kulturoloji  biliklərə  istinadən,  o,  tədqiqat,  təhsil,  maarif 
məsələlərini  həll  etməyi  bacarmalı,  sosial-mədəni  həyat  fəaliyyətinin 
tərəqqipərvər  texnologiyalanna  istiqamətlənən  inkişafın  novasiyalı 
modellərini 
hazırlamalı, 
investisiya 
siyasətini 
düzgün 
formalaşdırmalı,  mədəniyyətin  inkişafım  idarə  etməlidir.  Dövlətin 
beynəlxalq  nüfuzunun,  onun  sivil  dünya  birliyinə  inteqrasiyasının
367


Kuad  Mammadov
Kulıuroloeiva cffektivli haval  va faalivvata aparan  vol
möhkəmlənməsinə  yardım  edən,  ölkənin  xarici  mədəni  siyasəti  də 
kulturoloqun diqqət mərkəzində olmalıdır.
Kulturoloqların  məsuliyyətli  missiyası  bu  mütəxəssislərin  dövlət 
quruculuğu  və  idarəçiliyinin  müxtəlif  sahələrində  nəinki  effektiv 
hazırlığı  və  istifadəsini,  eləcə də onlarda idarəetmə, pedaqoji,  elmi  və 
diplomatik  vərdişlərin 
formalaşdınlmasını  tələb  edir.  İstehsalat 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin