Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə167/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   163   164   165   166   167   168   169   170   ...   182
İdarəetmə  mədəniyyətinin  effektivliyi  bütün  səviyyələrdə  müəyyən 
dərəcədə  rəhbərin  mədəniyyətindən  asılıdır.  Siyasətçi  və  menecerlər 
rəhbərlik  qabiliyyətinə  malik  olaraq,  insanları  istiqamətləndirməyi  və 
öz  arxası  ilə  aparmağı  bacarmalıdır.  Bu,  xüsusi  təbii  istedad  olan 
düzgün  planlaşdırma  bacarığıdır.  İşə  münasibətini  şəxsi  nümunə  ilə 
nümayiş  etdirərək,  yüksək  peşəkarlıq  nümayiş  etdirən  rəhbər 
tələbkarlıq  və  nəzarəti 
öz  kollektiv  üzvlərinə  hörmət,  inam, 
humanistlik  və  qayğı  ilə  uyğunlaşdırmalıdır.  Belə  münasibət  rəhbərin 
yüksək nüfuz qazanmasına  yardım edir, təşkilatın əməkdaşlarında ona 
cavab məhəbbəti, səmimiyyət, təşəbbüskarlıq və vətənpərvərlik hissini 
stimullaşdırır. 
Vətəndaş  cəmiyyətində  idarəetmə  mədəniyyəti 
sosiumlararası  və  qruplararası 
razılığın  əldə  edilməsinə  yardım 
etməlidir.  Belə  idarəetmənin  başlıca  vasitələri  informativ-  maarifçi 
texnologiyalardır.  Bu,  kütləvi  informasiya  vasitələrinin  yardımı  ilə 
həyata  keçirilən  maarifçilik  proqramlarıdır. 
Qarşılıqlı  anlaşma  və 
razılığın  əldə  edilməsinin  ən  effektiv  vasitələrindən  biri 
debat, 
tərəflərin  qarşılıqlı  anlaşması  üçün  birbaşa  dialoqlar  metodlarının 
istifadəsi  ilə  tele,  -  radio  verilişlərinin  təşkilidir.  Belə  yanaşma 
vətəndaş  cəmiyyəti  üçün  dağıdıcı  epidemik  effektə malik  “qara  PR”- 
la  bağlı  şəxsi  konflikt,  rəqabət,  həsəd  və  uğurlu  inkişafa  mənfi  təsir 
göstərən  digər  neqativ  hadisələrin  aradan  qaldırılmasına  imkan  verir. 
Rəhbər  öz  məntiqi-psixoloji  yanaşmasında,  hər bir insanın  can  atdığı, 
səadət  anlamını  rəhbər  tutmalıdır.  Gənclərlə  aparılan  interaktiv 
məşğələlər  göstərir  ki,  müasir  insanların  əksəriyyətinin  səadət
haqqında  anlayışı  -   məhəbbət;  insanın  və  onun  yaxınlarının 
sağlamlığı;  maddi  rifah;  ailə,  kollektiv  və  cəmiyyətdə  hörmət, 
məhəbbət,  anlam 
qazanaraq,  həyatda  layiqli  yer  tutmaq  imkanı; 
insanlar  naminə  yaratmaq  imkanı,  başqaları  üçün  yaşamaq  bacarığı; 
insanın  maraq  və həyati  tələbatlarının  ödənilməsi,  başqalarından  asılı 
olmadan  sərbəst,  lakin 
öz  söz  və  əməllərinə  görə  məsuliyyət
mədəniyyəti  daxilində,  cəmiyyətin  etik  mədəniyyəti  ilə  həmahəng
360
Kuad  Məmmədov
Kulturologiva effcktivli havat 
уэ
 foalivvota aparan vol
yaşamaq 
imkanı; 
məqsəd 
və 
arzularına 
nail 
olmaq, 
özünütəkmilləşdirmək  imkanından  ibarət  hiss  və  təsəvvürlərin 
məcmuudur.
Müasir 
dövlətlərdə 
yüksək 
idarəetmə 
mədəniyyətinin 
formalaşdırılması  kulturoloji yanaşma  üzərində  qurulmalıdır.  Dövlət 
quruculuğu  proseslərini  düzgün  görüb  uğurla  idarə  o,  etmək  üçün 
kulturoloji  yanaşmanın  böyük  elmi  və  praktik  əhəmiyyəti  vardır. 
Bununla  belə,  o,  dövlət  və  sosial  idarəetmə  sisteminin  özünün 
təkmilləşdirilməsi  üçün  olduqca  zəruridir,  çünki,  ölkənin  maddi- 
maliyyə,  təbii-coğrafi  və  insan  resurslarının  effektiv  istifadəsi  ondan 
asılıdır.  O,  idarəetmə  proseslərinin  yüksək  humanist  etika,  insan 
həmrəyliyi, 
vətəndaşların 
maraq 
və 
mədəniyyətlərinin 
harmonizasiyası  əsasında  planlaşdırma  və  nəzarətini  təmin  edən 
düzgün  siyasi  menecmentin  formalaşdınlmasma  imkan  verir. 
Kulturoloji  yanaşma  mədəni  proseslərin  ümumi  dinamikasının  sosial, 
elmi,  etik,  estetik, siyasi,  iqtisadi, ekoloji, psixoloji, antropoloji,  dini 
və uğurlu sosial -  mədəni siyasətin yaradılması üçün digər aspektlərdə 
də öyrənilməsinə  imkan verir.
Beləliklə,  kulturologiva,  inkişaf  prosesində  yaranan 
dialektik 
ziddiyyətlərin  ətraf mühitin  tələbi  və  təşkilatın  daxili  ehtiyaclarına 
uyğun  həll  edilməsinə  düzgün  yanaşmanın  yaradılması,  təşkil  və 
idarəetmə  üsullarının  innovativ  dəyişdirilməsi  üçün  geniş  imkanlar 
açır.  Məlum olduğu kimi, “rəssam şah əsərləri  təqlid edə-edə yaranır”. 
Lakin,  bu,  onun  təşəkkülünün 
birinci  mərhələsidir.  Əsas  odur  ki, 
toplanmış  bilik  və  təcrübə  əsasında  yeni,  daha  kamil  əsər  yaradasan. 
Bu  qanunauyğunluq  idarəetmə mədəniyyəti üçün  də ədalətlidir.  İnsan, 
cəmiyyət  və  dövlətin  rifahı  naminə  özündə  insan  təfəkkürünün  ən 
yüksək  nailiyyətlərini  təcəssüm  etdirən 
yeni,  daha  kamil  effektiv 
idarəetmə  modellərini  yaratmaq  vacib  və  zəruridir.  İdarəetmə 
mədəniyyətinin təkmilləşdirilməsi  məqsədi  ilə  təşkil  fəaliyyətinin beş 
əsas  sahəsi  daimi  kulturoloji  təhlillə  əhatə  olunmalıdır  -   strategiya, 
texnologiya,  psixologiya,  sosiologiya  və  dizayn.  Bununla  belə, 
effektiv  inkişafa nail  olmaq  üçün  imkanlardan  düzgün  istifadə  etmək 
və  hakimiyyət  mədəniyyəti,  rol  mədəniyyəti,  vəzifə  mədəniyyəti  və 
şəxsiyyət  mədəniyyəti  kimi 
təşkilat  mədəniyyəti  formalarının 
harmoniyasına nail olmaq  lazımdır.  Bütün bunlar məmurlann  dövlət- 
inzibati  idarəetmə  sahəsində 
xüsusi  nəzəri  hazırlığı  ilə  bərabər.
361


Kuad  Mammjdo’
l^u|turgiya.effektivlj h?yal to foaliyvatj аватар yçl
onlann 
ciddi 
ümumi  və  xüsusi  kulturoloji 
hazırlığının  həyata 
keçirilməsini  tələb edir.
Əfsuslar olsun ki,  respublikada hələ də  dövlətin  kulturoloji elm  və 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin